Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet168/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   164   165   166   167   168   169   170   171   ...   183

 

TĐTUL  SĐYAHISI 

–  investisiya  proqramına 

daxil  edilmiş  müəssisələrin  (obyektlərin)  adbaad 

siyahısıdır.  Hər  bir  tikinti  üçün  vəzifələri  təyin 

edən  sənəddir:  güclərin  istifadəyə  verilməsi  və 

əsas  fondların  istifadəyə  verilməsi,  kapital 

qoyuluşunun  həyata  keçirilməsi,  tikinti  və 

quraşdırma işlərinin, başa çatdırılmamış tikintinin 

həcmi.  Tikintinin  titul  siyahısında  adı,  yerləşdiyi 

yer  və  tabeçiliyi,  sahə  mənsubiyyəti,  tikintinin 

xarakteri  (yeni,  genişlənmə  və  s.),  tikintinin 

müddəti  (başlanğıc  ili  və  başa  çatma  ili),  layihə 

gücü, 


baş 

podratçının 

(kontraktorun) 

və 


avadanlıqları  komplektləşdirən  təşkilatın  adı, 

layihə  gücü  və  illər  üzrə  bölünməklə,  vəzifələr 

göstərilir.  Yeni  başlanan  və  keçici  tikintilərin 

titulları 

fərqləndirilir. 

Keçici 


tikintilərin 

titullarının tərkibinə, yuxarıda sayılanlardan başqa, 

keçmiş  dövrdə  yerinə  yetirilmiş  tapşırıqlar 

haqqında  göstəricilər  və  tikintinin  sonunadək 

yerinə  yetirilməli  olan  tapşırıqlar  da  daxil  edilir. 

Titul 


siyahısına 

uyğun 


olaraq, 

kapital 


qoyuluşunun  maliyyələşdirilməsinin  həcmi  və 

 

653


avadanlıqların,  tikinti  materiallarının  göndərilmə 

müddəti  müəyyənləşdirilir,  podrat  müqaviləsi 

bağlanır.  Titul  siyahısı,  illər  üzrə  bölməklə, 

tikintinin bütün dövrü üçün hazırlanır.   



 

TĐKĐNTĐNĐN  ÜMUMĐ  MƏHSULU

  –  dəyər 

ifadəsində  tikinti  sahəsində  göstərilmiş  iş  və 

xidmətlərin 

dəyəridir. 

Tikintinin 

ümumi 


məhsuluna podrat və təsərrüfat üsulu ilə tikinti və 

quraşdırma  işlərinin,  bina  və  tikililərin  əsaslı  və 

cari  təmiri  üzrə  işlərin;  digər  podrat  işlərinin; 

podrat  və  ya  təsərrüfat  üsulu  ilə  fərdi  bina 

tikənlərin  gücü  ilə  yerinə  yetirilmiş  fərdi  yaşayış 

tikintisi  üzrə  işlərin;  layihə-axtarış  və  podrat 

təşkilatları  tərəfindən  yerinə  yetirilən  layihə-

axtarış 

işlərinin

qazma 


(istismar-qazma) 

işlərinin;  tikintidə  əsas  fondların  ləğvindən  olan 

itkilərin;  konservasiya  olunmuş  və  müvəqqəti 

dayandırılmış  tikinti  və  obyektlər  üzrə  xərclərin; 

sair  əsaslı  işlərin  və  xərclərin  dəyəri  daxildir. 

Tikintinin  ümumi  məhsulu  faktiki  qiymətlərlə 

əlavə 

dəyərə 


vergisiz 

qiymətləndirilir. 

Qiymətləndirmə müqayisəli qiymətlərlə də aparıla 

bilər.   



 

TĐKĐNTĐSĐ  BAŞA  ÇATMIŞ  OBYEKTĐN 

ĐSTĐSMARA  QƏBUL  AKTI

  –  tikintisi  başa 

çatmış obyektin istifadəyə verilməsini təsdiq edən 

əsas  sənəddir.  Bu  sənəd  müvafiq  səlahiyyətli 

orqan 


tərəfindən 

təsdiq 


edilmiş 

dövlət 


komissiyasının qəbul aktıdır.  Obyektin istifadəyə 

verilməsi  haqqında  məlumatın  statistik  hesabata 

daxil  edilməsi  tikintisi  başa  çatmış  obyektin 

istismara  qəbul  aktı  qeydə  alındığı  dövrdə  həyata 

keçirilir.  Đş  icraçısı  qəbul  aktı  əsasında  müqavilə 

öhdəliklərinin 

yerinə 

yetirilməsi 



haqqında 

müəyyən edilmiş qaydada statistik hesabat təqdim 

edir.  

 

TĐKĐNTĐYƏ  SMETA



  –  tikintinin  smeta 

dəyərinin  müəyyən  edilməsinin  əsasında  duran 

sənədlərdir.  Smeta  sənədləri  lokal  smeta,  lokal 

smeta  hesabları,  obyekt  smetası,  obyekt  smeta 

hesabı,  xərclərin  ayrı-ayrı  növlərinə  smeta 

hesabları, tikinti dəyərinin ümumi smeta hesabları, 

yekun xərclər və digər sənədlərdən ibarətdir.  

 

TĐKĐNTĐYƏ,  BĐNALARIN  VƏ  YA  TĐKĐ-

LĐLƏRĐN  YENĐDƏN  QURULMASINA 

ĐNVESTĐSĐYA  QOYULUŞLARI

  –  hesabat 

dövrü  ərzində  tikintiyə  və  binaların  və  ya 

tikililərin 

yenidən 


qurulmasına, 

genişləndirilməsinə  çəkilən  xərclərdir,  həmçinin 

cari  təmir  və  saxlamağa  çəkilən  xərclər  istisna 

olmaqla,  vahidə  məxsus  olan  və  ya  onun 

tərəfindən  icarəyə  götürülmüş  bina  və  ya 

daşınmaz  əmlakın  digər  növlərinin  təmiri  və 

saxlanmasına çəkilən xərclərdir. 

 

TĐPĐK  FƏALĐYYƏT



  -  mühasibat  uçotu 

kontekstində  tipik  fəaliyyət  özündə,  adətən, 

müəssisə  tərəfindən  həyata  keçirilən  istehsal  və 

maliyyə  fəaliyyətlərini  birləşdirir.  Fövqəladə 

fəaliyyətlər bura daxil edilmir. 

 

TĐPĐK  FƏALĐYYƏTLƏRDƏN  GƏLĐR

  – 

tipik  istehsal  və  maliyyə  fəaliyyətlərindən  olan 



gəlirlərin  cəmidir.  Bu,  əmtəə  və  xidmətlərin 

satışından (dövriyyədən) gəlirlərin, subsidiyaların,  

istehsalla bağlı investisiyadan gəlirlərin, faizlər və 

buna oxşar maliyyə gəlirlərinin cəmidir. 

Əsas fondların satışı daxil edilmir. 

Bu  gəlir  uçotun  aşağıdakı  maddələri  üzrə  birbaşa 

yolla hesablanır: 

   Təmiz dövriyyə 

+ Đstehsal fəaliyyətindən olan digər gəlir 

+ Kapitalda iştirakdan olan gəlir 

+  Əsas  fondların  bir  hissəsini  təşkil  edən  digər 

investisiya və ssudalardan olan gəlir 

+  Alınan  faizlərdən  olan  və  buna  oxşar  digər 

gəlirlər 

= Tipik fəaliyyətlərdən gəlir 

 

TĐPĐK  QRUPLAŞDIRMA

  -    statistika 

məcmusunun  yekcins  hissələrə  və  ya  ictimai-

iqtisadi  tiplərə  ayrılmasıdır.    Burada  məqsəd, 

yekcins 


olmayan 

sosial-iqtisadi 

hadisələrin 

yekcins 


tiplərə 

ayrılması 

nəzərdə 

tutulur. 

Müəssisələrin 

təşkilati-hüquqi 

formasına, 

mülkiyyət  növlərinə  və  s.  görə  qruplaşdırılmasını 

misal göstərmək olar. 

 

TĐPOLOJĐ 



TƏHLĐL

 

– 

tədqiq 


olunan 

obyektlərin  qruplara  (siniflərə)  bölünməsinə  və 

oxşar 

obyektlərin 



araşdırılmasına 

əsaslanır. 

Tipoloji  təhlilə  olan  zərurət  oxşar  olmayan 

obyektlər  çoxluğunun  araşdırılması  və  ya  hər 

hansı  bir  qanunauyğunluğun  öyrənilməsi  ilə 

bağlıdır.  Tipoloji  təhlil  məsələlərin  həllində  çox 

vaxt  müşahidələrin  çoxölçülü  təsnifləşdirilməsi 

metodlarından istifadə edilir. 

Tipləşdirmə  (oxşar  qrupların  aşkar  edilməsi) 

prosesi  aşağıdakı  mərhələləri  əhatə  edir:  konkret 

tədqiq  olunan  çoxluğun  (məcmunun)  təhlilində 

istifadə  olunan  tipləşdirici  əlamətlərin  ekspert  və 

statistik 

qiymətləndirilməsində 

əlamətlərin 

seçilməsi; 

təsnifləşdirmənin 

alqoritmlərinin 

seçilməsi  və  istifadə  edilməsi;  nəticələrin  təhlili, 

alınmış  siniflərin  yayılması.  Belə  prosesə, 

məsələnin 

qoyuluşuna 

müvafiq 

olaraq 


(“obyektlərin  yaxınlığı”  dərəcəsinə,  sinif  daxili 

səpələnmənin 

qiymətlərinə 

görə 


və 

s.), 


qiymətləndirilən,  nəzərdə  tutulan  eyni  tipli 

 

654 


obyektlərin  alınmasınadək  bir  neçə  təsvir  (şərh) 

daxil edilə bilər.  

Tipoloji  təhlil  iqtisadi  və  sosioloji  tədqiqatlarda 

tətbiq olunur. 

 

TOLLĐNG 

ƏMƏLĐYYATLARI

 

– 



sifarişçinin 

xammalının 

emalı 


üzrə 

əməliyyatlardır. 

 

TOPDAN  SATIŞ  BAZASI

  –  satış  üzrə 

müəyyən  sayda  (ayrılıqda  iri,  orta  və  ya  hətta 

kiçik)  müəssisələri  birləşdirən  təşkilatdır  və  bu 

təşkilatın  məqsədi  yaradılmış  alıcılıq  və  satış 

potensialı  hesabına,  alış  planında  (qiymət  və  alış 

şəraitində)  olduğu  kimi,  müxtəlif  növ  kömək  və 

yardım  mexanizmi  planında  da  əmtəə  satışı 

(topdan  və  ya  pərakəndə  satış)  sahəsində, 

həmçinin  idarəetmə,  sənədlərin  hazırlanması  və 

maliyyələşdirmə sahəsində tədarükçüdən ən yaxşı 

şəraiti əldə etməkdir. 

 

TOPDANSATIŞ  QĐYMƏT



  –  topdan satıldığı 

şəraitdə  əmtəənin  qiymətidir.  Müəssisənin  öz 

əmtəəsini  vasitəçisiz  satdığı  qiymətdir.  Adətən, 

pərakəndə  satış  qiymətindən  aşağıdır,  çünki 

topdansatışda  hər  əmtəə  vahidinə  düşən  tədavül 

məsrəfləri aşağı olur. 



 

TOPDANSATIŞ 

TĐCARƏT 

DÖVRĐY-

YƏSĐ

 - əvvəllər emal etmək, yenidən satılmaq və 

ya  digər  peşəkar  istifadə  üçün  kənardan  alınmış 

əmtəələrin  kənara  göndərilməsinin  (verilməsinin) 

dəyərini əks etdirir. Topdansatış ticarət dövriyyəsi, 

bundan  əlavə,  özündə  digər  şəxs  və  ya firmaların 

adından və ya hesabına alış-satış sövdələşmələrini 

həyata  keçirən  topdansatış  vasitəçilərinin  əmək 

haqlarını da birləşdirir. 

 

TOPDANSATIŞ  TĐCARƏT:  ALICILA-

RIN  (MÜŞTƏRĐLƏRĐN)  ƏSAS  SEK-

TORU

  –  topdansatış  ticarətlə  məşğul  olan 

müəssisələrin  dövriyyəsinin  onun  alıcılarının 

işgüzar  fəallığının  növlərinə  uyğun  olaraq 

təhlilidir.  Bu  halda  topdansatış  ticarətçilərdən  

satışlarının  təqribən  (faizlə)  aşağıdakı  kimi 

bölüşdürülməsi tələb olunur: 

-  digər  topdansatış  ticarətçilərə  və  ya  topdansatış 

bazalarına; 

- pərakəndə satış ticarətçilərə; 

-  əmtəə  istehsalçılarına  (fermerlərə,  kustarlara  və 

s.); 


- təşkilatlara, dövlət idarələrinə; 

- digər alıcılara (xidmət göstərən şəxslərə və s.). 

 

TOPDANSATIŞ  TĐCARƏTĐ

  –  1)  ticarətin 

vasitəçilik  əməliyyatları,  həmçinin  istehsalçılara 

və  digər  kütləvi  istehlakçılara  əmtəə  satmaq  üzrə 

ixtisaslaşan altsahəsidir; 

2) əmtəələri pərakəndə satış ticarətçilərinə, sənaye, 

kommersiya, 

institusional 

və 


ya 

peşəkar 


istehlakçılara, 

yaxud 


digər 

topdansatış 

ticarətçilərinə  təkrar  satışından  ibarət  olan 

fəaliyyətdir; 



3) ticarətin elə bir növüdür ki, bu zaman əmtəələr 

böyük  miqdarda  alınır,  saxlanılır  və  son 

istehlakçılara  deyil,  alverçilərə,  ixtisaslaşmış 

fərdlərə  və  ya  qruplara  razılaşdırılmış  miqdarda 

hissə-hissə satılır. 

 

TORPAĞA  GÖRƏ  ÖDƏMƏ  (HAQQ) 



torpaq  vergisi  və  ya  icarə  haqqı  şəklində    həyata 

keçirilən,  torpaqdan  istifadəyə  görə  ödəmələrdir. 

Mülkiyyətində,  mülkündə  və  istifadəsində  torpaq 

sahələri  olan  vətəndaşlar  və  hüquqi  şəxslər  vergi 

ödəyiciləri  hesab  edilirlər.  Dövlət,  bələdiyyə  və 

xüsusi  mülkiyyətdən,  icarəyə  verilmiş  torpaq 

sahələrinə  görə  vətəndaş  və  hüquqi  şəxslərdən 

icarə  haqqı  alınır.  Torpaq  mülkiyyətçilərinin  və 

istifadəçilərinin 

təsərrüfat 

fəaliyyətinin 

nəticələrindən  asılı  olmayaraq,  torpaq  vergisi 

torpaq  sahəsinə  görə  sabit  tədiyyə  formasında 

hesablanır. 

Torpaq 


vergisinin 

miqdarı 


qanunvericiliklə  müəyyən  olunmuş  orta  tarif 

əsasında  torpağın  keyfiyyətindən  və  yerləşdiyi 

yerdən  asılı  olaraq  müəyyənləşdirilir.  Torpağa 

görə  icarə  haqqının  kəmiyyəti  mülkiyyətçi  ilə  və 

icarədar  arasında  müqavilə  ilə  müəyyən  edilir. 

Dövlət  və  ya  bələdiyyə  torpaqlarının  icarəsi 

zamanı  icra  hakimiyyətinin  müvafiq  orqanları 

torpaqdan 

istifadə 

növləri 


və 

icarədarın 

kateqoriyaları  üzrə  icarə  haqqının  baza  ölçülərini 

müəyyənləşdirirlər.  

 

TORPAĞA  QOYULAN  ÜMUMĐ  ĐNVES-

TĐSĐYALAR

  –  bu  göstərici  torpaqdan  başqa 

yeraltı  faydalı  qazıntı  mədənlərinə,  meşələrə  və 

daxili sulara qoyulan investisiyaları da əks etdirir. 

Əgər  torpaq,  üzərində  mövcud  olan  binalarla  

birlikdə  alınırsa  və  bu  iki  komponentin  dəyəri 

bölünməzdirsə  və  torpağın  qiyməti  üzərində 

yerləşən  binaların  qiymətindən  çoxdursa,  onda 

ümumi 

məbləğ 


torpağa 

qoyulan 


ümumi 

investisiya  maddəsi  ilə  qeydiyyata  alınır.  Əgər 

mövcud  binaların  dəyəri  torpağın  dəyərindən 

çoxdursa,  onda  ümumi  məbləğ  “Mövcud  bina  və 

tikililərə  qoyulan  ümumi  investisiya”  maddəsi 

üzrə  qeydiyyata  alınır.  Torpağın  hamarlaşdırma 

yolu 

ilə 


yaxşılaşdırılması 

dəyərləri, 

boru 

kəmərlərinin, piyada və şose yollarının çəkilişinin 



dəyərləri  də  buraya  daxil  edilir.  Birləşdirmə  yolu 

ilə əldə olunan torpağın dəyəri isə daxil edilmir. 



 

655


Torpağa  qoyulan  ümumi  investisiyalar  “maddi 

aktivlərə 

qoyulan 

ümumi 


investisiyalar” 

göstəricisinin bir hissəsidir. 



 

TORPAĞIN  MONĐTORĐNQĐ

  –  torpağın 

vəziyyəti 

üzərində 

müntəzəm 

müşahidədir 

(şəklinin  çəkilməsi,  müayinəsi  və  tədqiqatı),  baş 

verən  dəyişikliklərin  aşkar  edilməsi  və  onların 

qiymətləndirilməsidir.  Monitorinqin  obyektinə 

ölkənin  bütün  torpaqları  daxil  edilir.  Torpağın 

monitorinqinə 

aşağıdakı 

vəzifələr 

daxildir: 

torpağın  vəziyyətində  baş  verən  dəyişikliklərin 

vaxtında 

üzə 

çıxarılması, 



onların 

qiymətləndirilməsi,  proqnozlaşdırılması,  neqativ 

proseslərin  qarşısının  alınması  və  nəticələrinin 

aradan 


qaldırılması 

üzrə 


tövsiyələrin 

hazırlanması; 



dövlət 

torpaq 

kadastrının 

aparılmasının, 

torpaq 

ehtiyatları 



dövlət 

idarələrinin  torpaqdan  səmərəli  istifadəsi,  yer 

quruluşu,  torpaqdan  istifadə  və  mühafizəsinə 

nəzarət  edilməsinin  və  digər  funksiyalarının 

məlumatlarla  təmin  olunması.  Məqsəd  və  əhatə 

olunan 


ərazidən 

asılı 


olaraq, 

torpaq 


monitorinqinin  ölkə,  region,  rayon  və  lokal 

formaları  olur  və  müəyyən  proqramlara  müvafiq 

həyata keçirilir. 

 

TORPAĞIN  TƏRKĐBĐ



  –  vəziyyətinə  görə 

torpağın  mövcudluğu  və  nisbəti,  təyinatı  və 

istifadəsi  üzrə  statistika  praktikasında  istifadə 

edilən  göstəricilərin  məcmusudur.  Məqsədli 

təyinat və hüquq rejimi üzrə torpaq aşağıdakı əsas 

kateqoriyalara  bölünür:  kənd  təsərrüfatı  təyinatlı 

torpaqlar;  yaşayış  məntəqələrinin  (şəhərlərin  və 

kənd məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, 

rabitə, 

radio 


verilişlərinin 

idarə 


şəbəkəsi, 

televiziya,  informatika,  kosmik  təmin  etmə, 

energetika,  müdafiə  və  digər  sənaye  təyinatlı 

torpaqlar;  xüsusi  qorunan  ərazi  və  obyektlərin 

torpaqları  (təbiəti  mühafizə,  təbiət  qoruqları, 

sağlamlaşdırma, tənəffüs, tarixi-mədəni təyinatlı); 

meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat 

torpaqlar.  Torpaq  dövlət,  bələdiyyə  və  xüsusi 

mülkiyyətə ayrılır. 

Torpağın  sahibi  torpaq  istifadəçilərinin  qrupları 

nöqteyi-nəzərindən  uçota  alınır  –  kənd  təsərrüfatı 

müəssisələri  (onların  tipi  və  formaları  üzrə), 

sənaye,  nəqliyyat  və  s.  müəssisələri,  meşə  və  su 

təsərrüfatı 

təşkilatları, 

bağ 


və 

bostançılıq 

təsərrüfatları daxil edilməklə, əhali təsərrüfatı. 

Yerlər  növlər  üzrə  kənd  təsərrüfatı  və  qeyri-kənd 

təsərrüfatı  yerlərinə  ayrılır.  Kənd  təsərrüfatı 

yerlərinin  tərkibinə  əkin  yerləri,  çoxillik  əkilmə 

altında  olan  sahələr,  biçənək,  otlaq  və  dincə 

qoyulmuş 

torpaqlar 

daxildir. 

Qeyri-kənd 

təsərrüfatı yerlərinə meşə, kolluq, bataqlıq, tikinti 

və inşaat, yol, sualtı, qumluq, dağ silsiləsi və s. ilə 

tutulmuş torpaqlar aid edilir.  

Suvarılan  və  qurudulmuş  (meliorasiya  edilmiş) 

torpaqların  həcmi  və  tərkibi  xüsusi  olaraq  uçota 

alınır.  Təsərrüfat  yerlərinin  ayrı-ayrı  növlərinin 

vəziyyətinin  qiymətləndirilməsində,  hər  şeydən 

əvvəl,  eroziyaya  uğramış,  bataqlaşmış,  daşlarla 

zibillənmiş,  ekoloji  sağlam  olmayan  və  digər 

torpaqları ayırırlar. 

 

TORPAQ



  –  iqtisadiyyatda  istehsalın  dörd  əsas 

amillərindən  biridir,  adətən,  məhsuldar  olmaq 

üçün əmək və kapitalla birləşməlidir. 

Torpağın  uçotunda  aşağıdakıları  fərqləndirmək 

lazımdır: 

-  tikinti  altında  istifadə  olunmayan  torpaq 

sahələri; 

-  şirkətə  aid  olan  binaların  yerləşdiyi  torpaq 

sahələri; 

-  müəssisəyə  aid  olmayan  binaların  yerləşdiyi 

torpaq sahələri. 

Milli Hesablar Sistemində torpaq, sahiblik hüququ 

müəyyənləşdirilmiş torpaq örtüyü və onunla bağlı 

istənilən  səth  suları  daxil  edilməklə,  torpaq 

(süxur)  kimi  müəyyənləşdirilir.  Torpaq  bina  və 

tikililər  altında  olan  torpaqlardan,  becərilən 

torpaqlardan,  dincə  qoyulmuş  torpaqlardan  və 

onunla  bağlı  səth  sularından  və  sair  torpaqlardan 

ibarətdir. 

 

TORPAQ  EHTĐYATLARININ  MÜHAFĐ-



ZƏSĐ  STATĐSTĐKASI

  –  torpaq  ehtiyatlarının 

istifadəsinin  səmərəlilik  səviyyəsini  (dərəcəsini) 

və  mühafizəsini,  birinci  növbədə  onların  zərərli 

maddələrlə 

(məhsullar) 

çirklənməsinə 

qarşı 

mühafizə  edilməsini,  çirklənmiş  torpaqların 



təmizlənməsi və bərpa edilməsini və s. xarakterizə 

edir.  Torpaq  ehtiyatlarına  dəymiş  zərərlərin, 

həmçinin su və hava eroziyası, deflyasiya, quruma 

və bataqlaşma, şoranlaşma və s. ilə mübarizə üzrə 

işlərin uçotu buraya aid edilə bilər. 

 

TORPAQ  RENTASI



  –  mülkiyyətdən  gəlir 

forması  olan,  torpaq  sahibinin  icarədardan  aldığı 

icarə  haqqıdır.  Renta  hesablanmış  məbləğ 

əsasında  nəzərə  alınır,  yəni  rentaya  torpaq  sahibi 

ilə 

icarədar 



arasında 

bağlanmış 

sazişdə 

göstərilmiş,  bütün  dövr  ərzində  torpaq  sahibinə 

fasiləsiz hesablanmış haqq kimi baxılır. 

 

TÖRƏMƏ  (ĐKĐNCĐ)  GƏLĐRLƏR



  –  ilkin 

gəlirlərin  bazasında,  onun  bir  hissəsinin  bir 

sahibkardan 

digərinə 

verilməsi 

nəticəsində 

yaranan  gəlirlərdir.  Đqtisadiyyat  üzrə  ümumilikdə 

verilmiş və alınmış gəlirlər bir-birinə uyğun gəlir, 

hər  bir  sahibkar  üzrə  isə  əhəmiyyətli  dərəcədə 


 

656 


fərqlənir,  bunun  nəticəsində  də  verilən  və  alınan 

gəlirlərin müsbət və mənfi saldosu formalaşır. 

Planlı  iqtisadiyyat  dövründə  Xalq  Təsərrüfatının 

Balansı  (XTB)  sistemində  müxtəlif  mülkiyyət 

formalı  müəssisə  və  təşkilatlar,  əhali  və  dövlət 

(dövlət  büdcəsi)  gəlir  sahibləri  kimi  çıxış  edirdi. 

Törəmə (ikinci)  gəlirlərə büdcəyə vergi və qeyri-

vergi  ödəmələri,  büdcədən  ödəmələr,  sığorta 

ödəmələri,  istiqraz  faizləri,  pay  və  ianələr,  qeyri-

istehsal sferasının işçilərinin əməyinin ödənilməsi, 

pensiyaların, 

təqaüdlərin, 

müavinətlərin 

ödənilməsi daxil edilir. 

Milli  Hesablar  Sistemində  isə  institusional 

vahidlər  və  ya  onların  məcmusu  (iqtisadiyyat 

sektorları)  gəlir  sahibləri  kimi  çıxış  edir.  Törəmə 

(ikinci)    gəlirlərə  vergilər,  sığorta  ödəmələri, 

istehsala  dövlət  subsidiyaları,  ev  təsərrüfatlarına 

pulsuz  və  güzəştli  qiymətlərlə  xidmətlərin 

göstərilməsi, pensiya və imtiyazlar, pul və natural 

formasında  olan  digər  sosial  transferlər  daxil 

edilir.   



 

TÖRƏMƏ  SƏHMDAR  CƏMĐYYƏTĐ

  - 

nizamnamə  kapitalında  iştirakının  daha  çox 

olması  və  ya  digər  səbəbdən  fəaliyyəti  əsas 

səhmdar  cəmiyyətinin  tam  nəzarəti  altında  olan 

digər  səhmdar  cəmiyyətidir.  Ya  da  cəmiyyət  o 

halda  törəmə  cəmiyyət  sayılır  ki,  digər  (əsas) 

təsərrüfat  ortaqlığı  və  ya  cəmiyyəti  onun 

nizamnamə kapitalında üstün iştirakına görə və ya 

onlar  arasında  bağlanmış  müqaviləyə  əsasən 

həmin 


cəmiyyətin 

qəbul 


etdiyi 

qərarları 

müəyyənləşdirmək  imkanına  malik  olur.  Törəmə 

cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları 

üçün cavabdeh deyildir. 

 

TÖRƏMƏ  ŞĐRKƏT



  -  kapitalının  böyük 

hissəsinə  malik  olan  hüquqi  şəxs  tərəfindən 

nəzarət  olunan  hüquqi  vahiddir.  (Qeyd:  “Bölmə” 

ifadəsi ilə qarışdırmaq olmaz). 

 

TRANSFER 



QĐYMƏTĐ 

– 

istehsalçı 

müəssisənin 

qiymətlərinin 

müxtəlif 

növlü 


olmasıdır.  Eyni  bir  müəssisənin  bölmələri 

arasında  kommersiya  əməliyyatlarında  tətbiq 

edilir.  Həm  hazır  məmulatlar,  yarımfabrikatlar, 

xammallar,  həm  də  xidmətlər  (işlər),  o  cümlədən 

idarəçilik üzrə müəyyənləşdirilir. 

 

TRANSFERLƏR

  –  (I)  -  əməliyyatın  bir 

iştirakçısı  tərəfindən  digərinə  birtərəfli  qaydada 

əvəzi ödənilmədən verilən iqtisadi (təqdim edilən) 

qiymətlilərdir; əvəzində digər iştirakçıdan iqtisadi 

qiymətli ola bilən heç nə alınmır.  Cari transferlər 

(məsələn,  xaricdən  olan  humanitar  kömək)  cari 

əməliyyatlar  hesablarına  daxil  edilir,  kapital 

transferlər  isə  (kapital  investisiyası  ilə  əlaqədar 

əmtəə  və  xidmətlərin  əldə  olunması  çərçivəsində 

xaricdən 

kömək) 

kapitalla 



əməliyyatlar 

hesablarında əks olunurlar. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   164   165   166   167   168   169   170   171   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling