Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- UŞAQ ÖLÜMÜ PARADOKSU
- UŞAQ SAĞLAMLIQ-TƏHSĐL MÜƏSSĐ- SƏSĐ
- UŞAQLAR - 1)
- UŞAQLARIN ARZU OLUNAN SAYI
- UŞAQLARIN GÖZLƏNĐLƏN SAYI
- UŞAQLARIN ĐDEAL SAYI
- UŞAQLARIN MƏKTƏBƏQƏDƏR TƏH- SĐL MÜƏSSĐSƏLƏRĐ ĐLƏ TƏMĐN OLUNMASI
- UŞAQLARIN MƏKTƏBƏQƏDƏR TƏH- SĐL MÜƏSSĐSƏLƏRĐNDƏ YERLƏRLƏ TƏMĐN OLUNMASI (hər 1000 nəfərə düşən yer)
- UŞAQLARIN ORTA SAYI
- UŞAQLARIN PLANLAŞDIRILAN SAYI
- UŞAQLI OLMA ĐNDEKSĐ
UNĐVERSAL MAĞAZA – bu, əhali üçün əlverişli olan (adətən şəhər mərkəzlərində), eyni bir dam altında yerləşən, geniş çeşidli istehlak malları (xüsusən məişət texnikası və geyim) təklif edən, geniş sahəyə malik olan pərakəndə ticarət müəssisəsidir. Mallar (və bəzi xidmətlər) hər biri ixtisaslaşmış mağaza kimi fəaliyyət göstərən şöbələrdə satılır. Universal mağazaların hüdudlarında yerləşən supermarketlərdə ərzaq malları şöbəsi (satıcılar tərəfindən satılan qənnadı və delikates (zərif yemək) malları istisna olmaqla) adətən özünə xidmət prinsipi əsasında işləyir.
(fr.
urbanisation, ing.
urbanization, lat. urbanus – şəhərli, urbs – şəhər) – cəmiyyətin inkişafında şəhərlərin rolunun tarixi artma prosesidir; istehsalın yerləşdirilməsində və ilk növbədə əhalinin yerləşməsində, onun sosial- peşə, demoqrafik strukturunda, həyat tərzində, mədəniyyətində və s. dəyişiklikləri əhatə edir. Urbanizasiya – çoxtərəfli sosial-iqtisadi, demoqrafik və coğrafi prosesdir: tarixən təşəkkül tapmış ictimai və ərazi əmək bölgüsü əsasında baş verir. Demoqrafik statistik anlayışda urbanizasiya – şəhərlərin, xüsusən böyük şəhərlərin artmasıdır, ölkədə, regionda, dünyada şəhər əhalisinin xüsusi çəkisinin yüksəlməsidir (əhalinin
Đlk şəhərlər e.ə. 3-1-ci minilliklərdə Misirdə, Mesopotamiyada, Çində,
həmçinin Aralıq
dənizinə yaxın Avropa və Afrikanın bəzi 665
regionlarında meydana gəlmişdir. Yunan-Roma dünyasında Afina, Roma, Korfagen kimi şəhərlər çox böyük rol oynayırdı. Sənaye cəmiyyətinin inkişafı ilə maddi və mənəvi fəaliyyətin müxtəlif forma və
növlərinin təmərküzləşmə və inteqrasiyanın zəruriliyi urbanizasiya prosesinin güclənməsinə, əhalinin daha çox şəhərlərdə cəmləşməsinə səbəb olmuşdur. Urbanizasiya prosesinin inkişafı şəhər əhalisinin formalaşması və şəhərlərin artması xüsusiyyətləri ilə sıx bağlıdır: şəhər əhalisinin özünün təbii artımı; şəhərətrafı ərazilərin (şəhər, qəsəbə və kəndlər daxil olmaqla) şəhər hüduduna daxil edilməsi, yaxud inzibati tabeçiliyə aid edilməsi; kənd yaşayış məntəqələrinin şəhər məntəqələrinə çevrilməsi. UŞAQ ÖLÜMÜ – 0 yaşından 5 (0-4 yaş) yaşınadək olan uşaqların ölümüdür. 1987-ci ilədək uşaq ölümü ifadəsindən körpə ölümünün sinonimi kimi istifadə edilirdi.
– demoqrafik ədəbiyyatlarda istifadə olunan
termindir, gələcək ömrün orta uzunluğunun adi vəziyyətdə yaşa dolduqca azalmasından fərqli olaraq, onun yaşa dolduqca artması vəziyyətini ifadə edir. Uşaq ölümünün paradoksu körpə ölümünün nisbətən yüksək səviyyədə olması zamanı müşahidə olunur və onunla bağlıdır ki, bir yaşadək ölənlərin böyük sayı ölüm cədvəlləri üzrə hesablanmış və doğulanda gözlənilən orta ömür uzunluğuna bərabər olan ölənlərin orta yaşını xeyli azaldır. Misal üçün, ömrünün birinci yaşında bütün doğulanların orta hesabla 10%-i 0,5 il yaşında ölür; 1 yaşa çatmışlar üçün gözlənilən orta ömür uzunluğu isə 59 yaş təşkil edir. Onda yeni doğulmuşlar üçün gözlənilən orta ömür uzunluğu bərabərdir: 0,1 x 0,5 + 0,9 x (59 +1) = 54,05 il, yaxud 1 illik yaş üçün gözlənilən orta ömür uzunluğuna nisbətən demək olar ki, 5 il az. Körpə ölümü əmsalı 10%-dən aşağı olduqda, uşaq ölümünün paradoksu praktiki olaraq müşahidə olmur.
uşaqların sağlamlıq durumunun möhkəmləndirilməsi, onların gigiyenik və fiziki mədəniyyətinin inkişaf etdirilməsi, qüvvələrinin bərpa edilməsi, özünün peşə müqəddəratını təyin etmə, yaradıcılığının həyata keçirilməsi, hüquqi, vətəndaşlıq, vətənpərvərlik, ekoloji tərbiyə və uşaqların inkişafına yönəldilən tibbi-profilaktik, idman, təhsil, asudə-mədəni vaxt proqramlarının və xidmətlərinin həyata keçirilməsi üçün şəraitin yaradılmasını təmin edir. Uşaq sağlamlıq-təhsil müəssisəsinin növləri aşağıdakılardan ibarətdir: stasionar düşərgələrdən, bağlardan, şəhərkənarı sağlamlıq mərkəzlərindən, bazalardan və s.
insanlardır. Tədqiqatın məqsədindən asılı olaraq, demoqrafiyada onun yuxarı həddi fərqlənən yaş kateqoriyasıdır. Əhalinin təkrar istehsalı öyrənildikdə, uşaqları yaşlılardan ayıran hədd adətən 15 yaş hesab olunur. Bu yaş həddi çox aşağı olsa da, nəzərdə tutulur ki, bu yaşda olan adamlar çox nadir halda doğurlar, lakin bu, 5 bölünən ədəddir. Bu isə müqayisə etmək və hesablamalar üçün rahatdır, xüsusilə 5-illik yaş qrupları üzrə qruplaşdırdıqda. Uşaqlar kateqoriyasını demoqrafik və
sosial xüsusiyyətlərinə görə (onun sayının əvvəlki illərdə doğumların sayından və ömrünün birinci ilində ölüm səviyyəsindəki fərqlərdən asılılığı) adətən daha kiçik qruplara bölürlər. Südəmər (körpə) uşaqlar qrupu 0 il yaşında (yəni doğulduqdan dəqiq 1 yaşadək olan intervalda) xüsusilə vacib hesab olunur, körpə ölümünü öyrənən zaman onu aylar, hətta həftələr üzrə bölürlər. Birinci 5-illik qrup üzrə 0–4 yaşda uşaqlar (doğulduqdan dəqiq 5
haqqında məlumatlar əhalinin siyahıyaalınması və müayinə
məlumatları üzrə
uşaqlı olma
göstəricilərini hesablamaq üçün tətbiq olunur. Demoqrafik təhlildə uşaqlar kateqoriyası əhalinin təkrar istehsalının nəticəsi və onun perspektivini qiymətləndirmək üçün əsas kimi vacibdir. Đqtisadi-coğrafi tədqiqatlarda uşaq yaşının yuxarı həddi qanunvericilikdə təsbit olunan əmək qabiliyyətinin başlandığı yaş (16 yaş) götürülür. Sosioloji tədqiqatlarda 14–15 yaşlı uşaqlar yeniyetmələr; planlaşdırma ehtiyacları üçün ölkə statistikası südəmər, yaşlı, məktəbəqədər və məktəbyaşlı uşaqlar fərqləndirilir. 2) Düz (birbaşa) xətt üzrə 1-ci qohumluq dərəcəli kişi və qadının gələcək nəsli – oğul və qızlarıdır.
uşaqların sayı ailənin həyat sikli mərhələlərinin vacib xarakteristikasıdır. Ailə haqqında məlumatlar əhalinin siyahıyaalınması üzrə onların tərkibində uşaqları yaşından asılı olmayaraq ayırırlar və bu zaman uşaqlar kateqoriyasını azyaşlı uşaqlarla eyniləşdirmək lazım deyil. “Uşaqlar” termininin doğumun xarakteristikası kimi istifadə olunması düzgün deyil. Çünki bütün doğulmuş uşaqlar sağ qalmır və onların hamısı həmin ailənin tərkibinə daxil olmur. 3) Doğum və diri doğuş anlayışının sinonimidir. Bu mənada ailədə uşaqların sayı uşaq doğma dövrünün sonuna qadın nəslində doğuşların sayı kimi başa düşülür, doğumun və demoqrafik əxlaqın ailədə
ideal, gözlənilən, istənilən,
666
planlaşdırılan uşaqların sayının öyrənilməsi zamanı işlədilir. Çox vaxt “uşaqlar” termini müxtəlif anlayışları və ölçüləri işarə etmək üçün tətbiq olunur və onun düzgün tətbiq olunmaması yanlış nəticələrə gətirib çıxara bilər. Siyahıyaalma vaxtına ailədə diri və ya yaşayan uşaqların sayının qadının doğuşlarının sayı ilə eyniləşdirilməsi daha çox yol verilən səhvlərdəndir. Bir halda ki, bəzi uşaqlar kiçik yaşlarında ölür, yetkinlik yaşına çatmır, yaxud ayrı yaşayır, anaları ilə birlikdə yaşayan uşaqların sayı hətta uşaq ölümünün aşağı səviyyədə olması zamanı, orta hesabla həmişə doğulan uşaqların sayından azdır. Bu səbəbdən də, qadınların (ailələrin) uşaqların sayına
görə bölgüsü
doğumların sayına görə onların bölgüsündən fərqlənir və ananın yaşı artdıqca ailənin böyüməsinin xarakteristikası kimi izah etmək olar.
4) Yetkinlik yaşına çatmayan şəxslər (hüquqi). Mülki, ailə, pensiya qanunvericiliyində “uşaqlar” termini həmçinin qanunla müəyyən olunmuş yetkinlik yaşına çatmış şəxslər barədə də tətbiq olunur.
– öz arzusundan çıxış edərək, fərdin ailəsində istədiyi uşaqların sayının olmasıdır. Uşaqların arzu olunan sayı şəxsiyyətin dəyərləndirmə oriyentasiyası, onun sosiallaşma xüsusiyyətləri, ailə təcrübəsi və başqa fərdi keyfiyyətlərlə bağlıdır. Uşaqların arzu olunan sayı haqda informasiya əhali arasında müşahidə aparılan zaman verilən xüsusi suala cavab kimi alınır. Adətən belə suallar verilir: “Neçə uşağın olmasını istəyərsiniz?”, yaxud “Əgər bunun üçün şərait olarsa, ailədə neçə uşağın olmasını istəyərsiniz?”. Cavab rəqəmlə
ifadə olunan
kəmiyyət xarakteristikasıdır. Məlumatlar işləndikdə qeyri- müəyyən cavablar istisna olunur, alternativ (“iki” yaxud “üç”) cavablar isə orta kəmiyyətlə müəyyənləşir. Xaricdə aparılan müşahidələrdə qrup göstəricilər iki variantda: birmənalı olmayan cavabların minimum və maksimum kəmiyyətləri üzrə verilir. Eyni cinsli sosial qruplar çərçivəsində uşaqların arzu olunan sayı haqda suala cavabların variasiyası adətən çox olur, nəinki uşaqların ideal sayı haqda suala. Uşaqların arzu olunan
sayı qrupunun xarakteristikası kimi, sayca müəyyən cavabların bölgüsü növündə ifadə olur. Bu bölgünün parametrlərindən ən çox orta hesabi (uşaqların arzu olunan orta sayı) göstərici tətbiq olunur, bəzən də ortanın ətrafında cavabların variasiyası ölçülərini göstərməklə müşayiət edilir. Đlk dəfə uşaqların arzu olunan sayı haqda məlumatlar ABŞ-da XX əsrin 50-ci illərinin ortalarında alınmışdır. Sonrakı illərdə uşaqların arzu olunan sayı haqda sual müxtəlif ölkələrdə aparılan müşahidələrə daxil edilmişdir. Keçmiş SSRĐ-də uşaqların arzu olunan sayı haqqında informasiya isə 60-cı illərin sonunda alınmışdır. 1980-ci ilə kimi 10-dan çox müşahidə aparılmış və bu sual ora salınsa da, onlar lokal xarakter daşımışdır. Qrup səviyyədə uşaqların arzu olunan orta sayı – uşaqların gözlənilən orta sayından bir qədər yüksəkdir. Fərdi səviyyədə bu kəmiyyətlər müxtəlif ola bilər, lakin uşaqların gözlənilən sayının sistematik olaraq istənilən saydan çox olması doğumun azalması başlayan əhali qruplarında olur. Uşaqların arzu olunan sayı göstəricilərinin mənasının izahı müxtəlifdir. Müəlliflərin çoxu bunu reproduktiv məqsədin vacib xarakteristikası və uşaqlara olan tələbatın əksi hesab edir.
–
konkret həyat vəziyyətini və şəxsi üstünlüklərini nəzərə alaraq, öz ailəsində fərdin fikrində olan uşaqların sayıdır. Bu halda nəzərdə tutulur ki, “olmaq” və “doğmaq” anlayışları eynidir və uşaq doğumu ailədə uşaqların olmasının yeganə mənbəyidir, ona görə də, uşaqların gözlənilən sayı fərdi uşaq doğumu planının uyğun əks edilməsi hesab oluna bilər. “Uşaqların gözlənilən sayı” anlayışı yalnız uşaq doğumunun ailədaxili tənzimlənməsi yayıldığı əhali üçün məna daşıyır. Uşaqların gözlənilən sayı haqda məlumat əhalinin müşahidəsi zamanı qoyulan xüsusi suallara cavablardan alınır – “Cəmi neçə uşağın olmasını istəyirsiniz?”, “Daha neçə uşağın olmasını nəzərdə tutursunuz?”. Suallar bir qayda olaraq ərdə olan reproduktiv yaşlı qadınlara ünvanlanır. Cavablar çox vaxt müəyyən xarakter daşıyır və birmənalıdır. Buna görə də, onların statistik işlənilməsi çətinlik törətmir. Ailədə
uşaqların gözlənilən sayı haqda
məlumatlar ilk dəfə 1955-ci ildə ABŞ alimləri tərəfindən Amerika ailələrinin artımının tədqiq edildiyi zaman alınmışdır. Sorğu aparılan hər qadınla öz ailəsinin inkişaf proqnozunun verilməsi təklif olunmuşdu. Bu şəxsi proqnozlar əsasında ölkə
əhalisinin perspektivdə inkişafını qiymətləndirməyə cəhd edilmişdi. Sonralar bu göstərici əhalinin proqnozları üçün praktiki istifadədə xüsusi əhəmiyyətə malik oldu. Keçmiş SSRĐ-də uşaqların gözlənilən sayı haqqında informasiya ötən əsrin 60-cı illərin ortalarından alınmağa başlamışdı. Uşaqların gözlənilən sayı reproduktiv göstəricinin bu və ya digər aspektlərinin aşkara çıxarılması ilə bağlı yeganə suallardan biri idi ki, ümumittifaq müşahidələrə salınırdı. Uşaqların gözlənilən sayı haqda
məlumatlar demoqrafik vəziyyətin
667
təhlilində, doğum
dinamikasının və
diferensiasiyasının izah olunmasında vacib yer tutur.
Uşaqların gözlənilən sayı qrup
xarakteristikalarının izahı onların real koqortada doğulma illəri üzrə, yaxud real nikah koqortasında doğum saylarının proqnozlaşdırılmasında istifadəsi ilə bağlıdır. Bu zaman nəzərdə tutulur ki, uşaqların gözlənilən sayı ilə doğulmuş uşaqların sayı arasında fərq koqorta üzvlərinin gələcək reproduktiv fəaliyyətində orta hesabla olmasını istəyən uşaqların sayıdır.
şərait və şəxsi üstünlüklər nəzərə alınmadan fərdin, ümumiyyətlə, ailədə uşaqların ən yaxşı sayı haqda təsəvvürdür. Uşaqların ideal sayı ideal həyat tərzi
haqqında ümumi
təsəvvürlər kompleksinin elementlərindən biridir. Eyni sosial-mədəni birliklər çərçivəsində uşaqların ideal sayı haqqında təsəvvür məhdud müxtəlifliklə fərqlənir. Qruplar arasında fərqlər mövcud olur. Bu təsəvvürlər, bir insanda hansı ailədən söhbət getdiyindən (şəhər və kənd, maddi cəhətdən yaxşı, yaxud nisbətən pis təmin olunmuş və s.) asılı olaraq, fərqlənə bilər. Uşaqların ideal sayı haqda məlumatlar əhalidə müşahidələrin aparılması zamanı verilən xüsusi suallara cavab kimi alınır. “Fikrinizcə, ailədə uşaqların ən yaxşı (ideal) sayı neçədir?”, “Ümumiyyətlə, ailədə neçə uşağın olması yaxşıdır?” sualları daha geniş yayılmışdır. Bəzən qeyd olunur ki, sual eyni təbəqədən olan, yaxud eyni şəraitdə yaşayan ailələrə aiddir. Rəqəmlə ifadə olunan kəmiyyət xarakteristikaları növündə cavabları almağa çalışırlar. Lakin bu heç də həmişə mümkün olmur, ona görə də “iki-üç”, yaxud “üç-dörd” tipli cavablara yol verilir. Onlar orta kəmiyyətlə nəzərə alınır. Đlk dəfə uşaqların ideal sayı haqda məlumatlar 1936-cı ildə ABŞ-da Qellap Đctimai Rəy Đnstitutu tərəfindən alınmışdı. ABŞ-da uşaqların ideal sayı haqqında sual 1955-ci ildən doğumun ümummilli müşahidələrinə daxil edilir. Bu sual Doğumun ümumdünya müşahidəsi Proqramına daxil
edilmişdir. Bu proqram BMT-nin tövsiyəsi ilə dünya ölkələrinin çoxunda 1972–77-ci illərdə həyata keçirilirdi. Keçmiş SSRĐ-də uşaqların ideal sayı haqda məlumat 60-cı illərin ortalarından əhalinin ayrı- ayrı qrupları üzrə alınırdı. Uşaqların ideal sayı haqda sual daxil edilmiş ümumittifaq müşahidələr 1969 və 1989-cu illərdə keçirilmişdir. 20 il ərzində ərdə olan cavan qadınların (18–29 yaş) rəyində uşaqların ideal sayının aşağı düşməsində nəzərəçarpacaq dəyişiklik baş vermişdi və iki uşaqlı
ailəyə üstünlük verilirdi. Təhsil
səviyyəsindən, etnik
mənsubiyyətindən, respondentlərin yaşadığı məskun tipindən və bəzi başqa amillərdən asılı olaraq, təbəqələşmə aşkar olunmuşdu. Uşaqların ideal sayı haqda məlumatlar demoqrafik vəziyyətin, doğumun dinamika və təbəqələşməsinin təhlilində mühüm rol oynayır. Lakin doğumun determinasiyasının ümumi qəbul olunmuş nəzəriyyəsinin olmaması səbəbindən müxtəlif müəlliflərdə uşaqların ideal sayı haqda məlumatların izahı üst-üstə düşmür. Çoxları uşaqların ideal sayını reproduktiv göstərişin vacib xarakteristikalarından biri sayır. Uşaqların ideal sayı həmçinin reproduktiv əxlaqın
sosial normaları və doğum
nəzəriyyəsinin digər
anlayışları ilə əlaqələndirilir.
SĐL MÜƏSSĐSƏLƏRĐ ĐLƏ TƏMĐN OLUNMASI – məktəbəqədər təhsil müəssisələrinə gələn uşaqların sayının
yaşlarında olan uşaqların sayına nisbəti kimi müəyyən edilir. Bu göstərici region, şəhər və kənd yerləri üzrə hesablanır.
yerlərin sayının
göstəriciləri üzrə 1-5 yaşlarında olan uşaqların sayına nisbəti kimi hesablanır. Hesablamalar region, şəhər və kənd yerləri üzrə aparılır.
sayına
görə sorğu
edilmiş qadınların bölüşdürülməsi əsasında əhalinin siyahıyaalınması və ya müayinəsinin məlumatlarından əldə edilən
doğum sayı
göstəricisidir. Sualın xarakterindən asılı olaraq, göstərici fərqli tərkibdə ola bilər: anadan olmuş uşaqların orta sayı; doğulanların sayından siyahıyaalma (müayinə) anına qədər yaşayan uşaqların orta sayı; siyahıyaalma (müayinə) anına ailədə yaşayan uşaqların orta sayı; uşaqların orta ideal sayı; uşaqların gözlənilən orta sayı və s. Bu göstəricilərin hesablanma metodikası oxşardır, lakin onlar fərqli məna daşıyır və qarşılıqlı əvəz edilmir, qarşılıqlı olaraq bir-birini tamamlayır. Əhalinin fərqli qruplarında uşaqların orta sayının müqayisəsində göstəricilər öz
reproduktiv dövrünün eyni mərhələsində olan koqortalara aid edilməlidir.
668
UŞAQLARIN PLANLAŞDIRILAN SAYI – reproduktiv məqsədin xarakteristikalarından biridir. Müşahidələr zamanı uşaqların sayı haqqında suala cavab kimi alınır və sorğu aparılanın nikah
bağladığı zaman
istədiyi (planlaşdırdığı) uşaqların sayını
göstərir. Uşaqların ideal sayı, uşaqların istənilən sayı ilə yanaşı, uşaqların planlaşdırılan sayı göstəricisi doğumun uzununa
müşahidələrində istifadə olunur; 60–70-ci illərdə əsasən inkişaf etmiş ölkələrdə yayılmışdır, lakin nə “Ümumdünya doğumun müşahidəsi”nə, nə də başqa beynəlxalq layihələrə daxil edilmişdir. 8 inkişaf etmiş ölkə üzrə məlumatların müqayisəli tədqiqi göstərmişdir ki, uşaqların planlaşdırılan sayı reproduktiv məqsədin başqa xarakteristikaları kimi eyni amillərdən asılılığını aydınlaşdırır.
nəsildə doğum səviyyəsini dolayı ölçən uşaqlı olma indeksi yüklənmə göstəricilərinə aiddir, çünki kiçik yaşda olan uşaqların sayının yaşa görə onların anası ola bilən qadınların sayına nisbətini xarakterizə edir. Uşaqlı olma indeksi (Q) – 0–4 yaşlı (S 0-4
), yaxud 0–9 yaşlı (S 0-9
) uşaqların sayı 20–49 yaşlı (W 20-49 ) 1000 qadına nisbəti ilə hesablanır. Birinci halda: 1000
49 20 4 0 4 0 ⋅ = − − −
S Q
Đkinci halda: 1000 49 20 9 0 9 0 ⋅ = − − − W S Q
Uşaqlı olma indeksi öz-özlüyündə nəsillərin əvəz olunma səviyyəsini xarakterizə etməsə də, müxtəlif əhali qruplarında (yaxud dinamikada eyni əhalidə) uşaqlı olma indeksi doğum səviyyəsində fərqləri (dəyişiklikləri) çox düzgün xarakterizə edir. Buna görə də, əhalinin hər hansı qrupunun cins-yaş tərkibi haqqında yalnız siyahıyaalma məlumatları olduqda və
bu qruplarda doğum haqqında məlumatlar olmadıqda, uşaqlı olma indeksi bu qruplar arasında doğumdakı fərqləri xarakterizə edə bilər.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling