Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet174/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   170   171   172   173   174   175   176   177   ...   183

ÜSULLARIN  (QAYDALARIN)  MÜƏY- 

YƏN 

EDĐLMƏSĐ

 

– 

riyaziyyatın 

və 

kibernetikanın  obyektlərin  təsnifləşdirilməsi  və 



eyniləşdirilməsi  metodlarını  işləyib  hazırlayan  və 

bu əsasda proqnozlaşdırma məsələlərini həll edən 

bölməsidir.  Obyektlər  əlamətlərin  son  dəsti  ilə 

təsvir 


edilir. 

Üsulların 

müəyyən 

edilməsi 

məsələlərindən 

biri 


obyektlərin 

təsnifləşdirilməsinin 

(müəyyən 

edilməsinin) 

verilmiş dəqiqliyinə nail olunmasına imkan verən 

daha  dəqiq  məlumat  əlamətlərinin  minimum 

sayının müəyyən edilməsi (ayrılması) sayılır. 

Üsulların  müəyyən  edilməsi  məsələsinin  həlli 

üçün  klaster,  əlamət  və  komponent  təhlili  kimi 

riyazi statistikanın metodlarından istifadə olunur.  

 

ÜZMƏ 



NÖVLƏRĐ

 

– 

dəniz 


nəqliyyatı 

statistikasında  yük  və  sərnişin  daşınması  üzmə 

növlərinə görə nəzərə alınır: kiçik kabotaj, böyük 

kabotaj, xaricə üzmə və xarici limanlararası. Kiçik 

kabotaj – başqa dövlətin su ərazisindən keçmədən, 

ölkənin  daxilindəki  iki  liman  arasında  gəmilərin 

üzməsidir.    Böyük  kabotaj  –  başqa  dövlətin  su 

ərazisindən  keçməklə  ölkənin  daxilindəki  iki 

liman  arasında  gəmilərin  üzməsidir.  Xaricə  üzmə 

ölkənin  limanları  ilə  xarici  ölkələrin  limanları 

arasındakı  gəmi  daşımasıdır.  Xarici  limanlararası 

əlaqə  ölkəyə  məxsus  gəmilərin  digər  ölkələrin 

limanları arasında (müqavilə əsasında) xarici ölkə 

fraxtçıları üçün həyata keçirilmiş üzmələrdir.  

 


 

677


-V-

Vahid (subyekt) .......................................... 678 

Vahid tərəfindən istehsal olunan hazır məhsul 

və natamam istehsal ehtiyatlarının    

dəyişməsi .................................................... 678 

Vahidin (həcmin, çəkinin) dəyər       

indeksləri .................................................... 678 

Vahidlərin (müəssisələrin) istifadə etdikləri 

lizinq........................................................... 678 

Vaxt (an) metodu ....................................... 678 

Vaxtamuzd əməkhaqqı ............................... 678 

Vaxtı keçmiş borclar .................................. 678 

Vaxtı uzadılmış gəlir vergiləri ................... 678 

Vaxtı uzadılmiş xərclər .............................. 679 

Vaxtın bölüşdürülməsi ............................... 679 

Vaqon dövriyyəsi ....................................... 679 

Vaqonların və konteynerlərin 

siyahiyaalınması ......................................... 679 

Valideyn himayəsindən məhrum  olmuş uşaq 

və yeniyetmələrin uçotu ............................. 679 

Valyuta ....................................................... 679 

Valyuta  “ilanı” .......................................... 679 

Valyuta “dəhlizi” ........................................ 679 

Valyuta bazarı ............................................ 679 

Valyuta ehtiyatları ...................................... 679 

Valyuta kursu ............................................. 680 

Valyuta nəzarəti ......................................... 680 

Valyuta riski ............................................... 680 

Valyuta tənzimlənməsi ............................... 680 

Valyutanin alıcılıq qabiliyyəti  pariteti ...... 680 

Valyutanin konvertasiya edilə bilməsi ....... 680 

Variasiya göstəriciləri ................................ 681 

Variasiya sirası ........................................... 681 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Vasitə əmsalı .............................................. 681 



Vasitəçilik (agentlərin) fəaliyyətindən 

dövriyyə ..................................................... 681 

Vasitəçilik fəaliyyəti üzrə dövriyyə ........... 681 

Vasitəli vergilər ......................................... 682 

Veb-sayt ..................................................... 682 

Veksel ........................................................ 682 

Vergi güzəştləri .......................................... 682 

Vergi krediti ............................................... 683 

Vergi statistikası ........................................ 683 

Vergi tənzimlənməsi .................................. 683 

Vergi uçotu ................................................ 683 

Vergilər ...................................................... 683 

Vergilər, üzvlük haqları və ödənişlərin digər 

növləri ........................................................ 684 

Vəhşi heyvan və quşların mühafizəsi və təkrar 

istehsalı ...................................................... 684 

Vərəm xəstəliyinə tutulma və ondan ölmə 

səviyyəsi .................................................... 684 

Vəsaitlərin mənbəyi və istifadəsi haqqinda 

hesabat ....................................................... 684 

Vətəndaşların tibbi sığortası ...................... 684 

Vətəndaşlıq ................................................ 684 

Vətəndaşlıq vəziyyəti aktları ..................... 686 

Vəzifə ......................................................... 686 

Vəzifə cinayəti ........................................... 686 

Vəzifə maaşı .............................................. 686 

Virtual maşın ............................................. 686 

Virtual yaddaş ............................................ 686 

www (world wide web) ............................. 686 


 

678 


VAHĐD 

(SUBYEKT)

 

– 

“vahidlərin” 

sinonimidir.  Đngilis  dilində  hüquqi  subyekt 

anlayışı    “qanuni  (hüquqi)  vahid”  anlayışından 

fərqlənir. 

 

VAHĐD 

TƏRƏFĐNDƏN 

ĐSTEHSAL 

OLUNAN  HAZIR  MƏHSUL  VƏ  NA-

TAMAM ĐSTEHSAL EHTĐYATLARININ 

DƏYĐŞMƏSĐ

  –    hesabat  dövrünün  birinci  və 

sonuncu günləri arasında, iqtisadi vahid tərəfindən 

istehsal  olunmuş,  lakin  hələ  satılmamış  və  ya 

istehsal 

prosesində 

olan 


hazır 

məhsul 


ehtiyatlarının  həcmində  baş  verən    dəyişiklikləri 

göstərir.  

Bu  göstəriciyə  iqtisadi  vahidə  aid  olan  natamam 

istehsal, o cümlədən üçüncü tərəfin mülkiyyətində 

olan  istehsal  da  daxildir.  Đqtisadi  vahiddə  olan, 

lakin  üçüncü  tərəfə  mənsub  olan  məhsullar  bu 

kateqoriyaya daxil edilmir. 

Ehtiyatlar  istehsalın  maya  dəyərinə  görə  və 

dəyərin  təshih  edilməsindən  əvvəl  (amortizasiya 

kimi) qiymətləndirilir.  

Đstehsalla  bağlı  ehtiyatların  dəyişməsi  çox  böyük 

(müsbət və ya mənfi kəmiyyət) ola bilər, xüsusilə 

də  istehsal  dövrü  1  ildən  çox  olduqda 

(gəmiqayırmada,  texniki  quraşdırmada  və  s.). 

Lakin  bir  çox  fəaliyyət  növləri  üçün  bu  göstərici 

çox kiçikdir və ya heç mövcud deyildir (məsələn, 

müvəqqəti iş və s.). 

Ehtiyata  daxil  olan  və  istehsal  prosesinə  daxil 

edilmək  üçün  nəzərdə  tutulmuş  məhsullar  həm 

əmtəələr,  həm  də  xidmətlər  kimi  ola  bilər. 

Ehtiyatların  artırılması  üçün  digər  iqtisadi 

vahiddən  alınmış  məhsullar  maya  dəyərinə  görə 

qeydə alınırlar (yəni alınma qiyməti üzrə). 

 

VAHĐDĐN (HƏCMĐN, ÇƏKĐNĐN) DƏYƏR  

ĐNDEKSLƏRĐ

  –  dəyərin  malın  kəmiyyətinə 

bölünməsi  yolu  ilə  hesablanan  göstəricilərdir. 

Avropa 

Statistika 



Bürosu 

illik 


zəncirvari 

indeksləri 

Fişer 

düsturu 


üzrə 

hesablayır. 

Beynəlxalq  bazarın  mövzusu  sayılan  “əmtəələrin 

səbətləri”nin dəyəri çox sürətlə dəyişir, buna görə 

də  illik  zəncirvari  indekslər  aktuallaşdırılmış 

məlumatların çəkilərinə əsaslanır. 



 

VAHĐDLƏRĐN (MÜƏSSĐSƏLƏRĐN) ĐSTĐ-

FADƏ  ETDĐKLƏRĐ  LĐZĐNQ

  -  icarəyə 

verənin icarədara mülkiyyətin (əmlakın) və maddi 

və  ya  qeyri-maddi  kapital  əmtəələrinin  (proqram 

təminatının  və  s.)  uzun  müddətə  icarəyə 

verməsidir.  Bu  zaman,  əvvəlcədən  şərtləşdirildiyi 

dövrdə  müqavilə  vaxtı  başa  çatdıqdan  sonra 

icarədara  əsas  fondları  qalıq  dəyəri  ilə  almaq 

hüququ verilir və aşağıdakılara bölünür:  

–  icarədar  götürən  tərəfindən  lizinqi  verən 

müəssisəyə ödənilən icarə haqqı; 

–  lizinq  əməliyyatlarının  nəticəsi  kimi,  il  ərzində 

yığılan əsas kapital. 



 

VAXT  (AN)  METODU  – 

seçmə  qiymətlər 

üzrə  bölgü  parametrlərinin  qiymətləndirilməsinin 

tapılması  üsuludur,  K.Pirson  tərəfindən  tətbiq 

edilmişdir.  Vaxt  metodu  ilkin  seçilmiş  anların 

müəyyən  sayını  məlum  olmayan  parametrlərin 

funksiyaları  sayılan  müvafiq  bölgü  anlarına 

bərabərləşdirməkdən 

ibarətdir. 

Qiymətləndirmənin 

səmərəliliyi 

nöqteyi-


nəzərindən, vaxt metodu mümkün olan metodların 

ən  yaxşısı  sayılmır,  yəni  ən  az  olmayan 

dispersiyaya  malikdir.  Kifayət  qədər  ümumi 

şərtlər  müqabilində,  hesab  etmək  olar  ki,  vaxt 

metodu 

daha 


dolğun 

və 


səmərəli 

qiymətləndirməni verir. 

 

VAXTAMUZD ƏMƏKHAQQI - 

əməkhaqqı 

formalarından  biridir.  Bu  formada  əməkhaqqı  işə 

sərf 


olunmuş 

faktiki 


vaxtdan 

və 


işçinin 

ixtisasından  asılı  olaraq  verilir.  Bu  formada 

əməkhaqqı  işə  sərf  olunmuş  faktiki  vaxtdan  və 

işçinin ixtisasından asılı olaraq verilir. Vaxtamuzd 

əməkhaqqı  sistemində  işçilər  üçün  onlara  təhkim 

edilmiş  qurğulara,  aqreqatlara  xidmət  normaları, 

yaxud  müəyyən  dövr  üçün  normalaşdırılmış 

istehsalat  tapşırıqları  müəyyən  edilir.  Ayrı-ayrı 

funksiyaları  və  ya  işləri  yerinə  yetirmək  üçün 

işçilərin say normativləri müəyyən edilə bilər.

  

 

 



VAXTI  KEÇMĐŞ  BORCLAR

  –  hüquqi  və 

fiziki 


şəxslər 

tərəfindən 

vaxtında 

həyata 


keçirilməmiş  ödənişlərdir,  yəni  əmtəə-maddi 

qiymətlilərə, 

iş 

və 


xidmətlərə 

görə 


mal 

göndərənlərə  və  podratçılara;  ssudalar  üzrə  kredit 

müəssisələrinə;  büdcəyə  ödəmələr  üzrə  maliyyə 

orqanlarına; 

əmək 

haqqı 


üzrə 

fəhlə 


və 

qulluqçulara ödənişlərdir. 



 

VAXTI 

UZADILMIŞ 

GƏLĐR 

VER-

GĐLƏRĐ

 - korporasiyanın gəlirinə verginin uçotu 

metodudur  ki,  buna  əsasən  aşağıdakı  vergiqoyma 

tipləri  verilən  maliyyə  ilinin  hesabatına  daxil 

olmalıdır: 

-  gəlirə  vergiqoyma  əsasında  hesablanmış, 

məcburi ödənilməli olan vergi; 

-  sonrakı  hesablanmış  vergi  və  ya  mühasibat 

uçotunun və vergi qoyulan gəlirlərin hesablanması 

nəticələri  arasındakı  müvəqqəti  fərqlər  zamanı 

çıxıla bilən vergi (vergi güzəştləri və ya sonradan 

aparılacaq tutmalar); 

- qanunla nəzərdə tutulmuş, ehtiyatların çıxılması 

ilə bağlı sonrakı vergi;  



 

679


investisiya 

subsidiyalarının 

yığılması 

(yaradılması) ilə bağlı sonrakı vergi. 

Vaxtı  uzadılmış  vergilərə  gizli  vergilər  daxil 

edilmir. 

 

VAXTI  UZADILMIŞ  XƏRCLƏR

  –  artıq 

sübut  olunmuş  rentabelliklə  spesifik  əməliyyatın 

bir  hissəsidir:  maliyyə  ili  ərzində  qeydiyyata 

alınmış,  lakin  gələcəkdə  əldə  olunacaq  ayrı-ayrı 

gəlirlərə aid olan xərclərdir. 



 

VAXTIN  BÖLÜŞDÜRÜLMƏSĐ

  -  xüsusi 

əməliyyat  proqramları  əsasında,  bir-birindən  asılı 

olmayaraq  maşına  müraciət  edən  çoxsaylı 

istifadəçilərə  eyni  zamanda  xidməti  həyata 

keçirən iş rejimidir. 

 

VAQON  DÖVRĐYYƏSĐ

  –  stansiyanın  iş 

həcminin göstəricisidir. Stansiyada yük və texniki 

(tranzit)  əməliyyatlarda  istifadə  olunan,  gələn  və 

gedən vaqonların cəmi ilə ölçülür.  



 

VAQONLARIN  VƏ  KONTEYNERLƏ-

RĐN  SĐYAHIYAALINMASI

  –  başdan-başa 

yoxlama 


yolu 

ilə 


dəmir 

yolunun 


bütün 

şəbəkələrində,  yeni  tikintilərdə,  müəssisələrin 

magistrala 

çıxan 


yollarında, 

xarici 


dəmir 

yollarında 

olan 

yük 


vaqonlarının 

və 


konteynerlərinin  eyni  anda  naturada  birdəfəlik 

qeydə 


alınmasıdır. 

Konteynerlərin 

siyahıyaalınması 

eyni 


vaxtda 

dəmir 


yolu 

nəqliyyatında 

həyata 

keçirilir. 



Qeydiyyat 

stansiyaları,  vaqonun  (konteynerin)  mənsubiyyəti 

və  nömrəsi,  növü,  taranın  çəkisi,  yükqaldırması, 

qurulma  və  əsaslı  təmir  ili  və  başqa  əlamətləri 

qeydiyyata  alınır.  Vaqonların  və  konteynerlərin 

siyahıyaalınması  əsasında  vaqon  və  konteyner 

parklarının  inventar  və  cari  uçot  məlumatları 

dəqiqləşdirilir. 



 

VALĐDEYN 

HĐMAYƏSĐNDƏN 

MƏH-

RUM    OLMUŞ  UŞAQ  VƏ  YENĐYETMƏ-

LƏRĐN  UÇOTU

  –  dövlət  himayəsinə  və 

onların uşaq internat müəssisələrində böyüməsinə 

ehtiyacları  olan  uşaqların  aşkar  edilməsi  müvafiq 

icra  hakimiyyəti  orqanları  tərəfindən  həyata 

keçirilir. 

Bundan 

əlavə, 


ailələrə 

tərbiyəyə 

(himayəyə)  verilmiş  uşaqlar  da  nəzərə  alınır. 

Uçotun  məlumatları  əsasında  hər  il  bu  işin 

nəticələrini  xarakterizə  edən  statistik  hesabat 

tərtib edirlir. 



 

VALYUTA

  –    (I)  -  1)  müəyyən  ölkənin  pul 

vahididir  (milli  valyutasıdır)  və  dövlətin  pul 

sisteminin növüdür (qızıl, gümüş, kağız); 2) xarici 

dövlətlərin  pul  nişanlarıdır,  xarici  ölkələrin  pul 

vahidləri  ilə  ifadə  olunan  və  beynəlxalq 

hesablaşmalarda  (xarici  valyuta)  istifadə  edilən 

kredit  və  ödəniş  vasitəsidir;  3)  beynəlxalq 

hesablaşma  vahidi  və  ödəniş  vasitəsidir:  BVF 

çərçivəsində  valyuta  xüsusi  borcalma  hüquqlardır 

(SDR);  Avropa  Đttifaqı  çərçivəsində  istifadə 

olunan Avropa valyuta vahididir (AVRO). 

(II)  –  bu  termin  vahid  inzibati  sənəddə,    hesab-

fakturada  göstərilən  məbləği  ifadə edən  valyutanı 

əks etdirir.  

 

VALYUTA    “ĐLANI”

  –  Avropa  ölkələri 

arasındakı  razılaşmalara  görə,  1972-ci  ildən 

həyata 

keçirilən 



valyuta 

kurslarının 

razılaşdırılması 

sistemidir. 

Valyuta 

siyasəti 

sahəsində vahid və razılaşdırılmış fəaliyyəti təmin 

edən  mexanizm  olmadığından,  1979-cu  ildə 

Valyuta  “ilanı”  Avropa  valyuta  sistemi  ilə  əvəz 

edilmişdir. 



 

VALYUTA 

“DƏHLĐZĐ”

 

– 

ölkənin 


valyutasının  ilkin  və  ikinci  təkrar  bazarlarında 

xarici  valyuta  ilə  dəyişdirilə  biləcəyi,  dəyişmə 

tarifinin  mümkün  aşağı  və  yuxarı  qiymətləri 

arasındakı  intervaldır.  



 

VALYUTA  BAZARI

  –  bank  xidmətlərinin  və 

kapitalların müəyyən növünə olan təklif və tələbin 

görüşdüyü yerdir. Valyuta bazarı aydın, yəni hiss 

olunan, gözə görünən (məsələn, Rendji bazarı) ola 

bilər  və  ya  əksinə,  hər  hansı  bir  real  mücərrədlik 

(məsələn,  avro-dollar  bazarı  kimi)  başa  düşülə 

bilər.  Bu,  nəzəri  konsepsiya  şəklində  (tələb  və 

təklifin  qarşı-qarşıya  durduğu  sahə)  də  ola  bilər. 

Valyuta 

bazarının 

əhəmiyyəti 

qiymətin 



səviyyəsinə və valyuta kursunun səviyyəsinə, yəni  

bazarın  tənzimlənməsinə  rəqabətin  səviyyəsinin 

və 

tələbin, 



təklifin 

və 


həyata 

keçirilən 

sövdələşmələrin  həcminin  səviyyəsinin  təsir 

dərəcəsi ilə müəyyənləşdirilir.  



 

VALYUTA EHTĐYATLARI

 – 1) bir ölkənin 

digər ölkələrlə hesablaşmasında ödəniş balansının 

defisitinin  (kəsirinin)  ödənməsi  üçün  ödəniş 

vasitəsidir. 

Hazırda 

valyuta 


ehtiyatlarının 

yaradılması üç qrupa bölünür: qızıl, valyuta (qızıl 

valyuta  standartlarının  həyata  keçirildiyi  vaxtdan 

–  Amerika  dolları  və  ingilis  funt  sterlinqi)  və 

BVF-yə üzv ölkələrin normaları (ölçüləri). Pul və 

valyuta  siyasətinin  müəyyənləşdirilməsi  üçün 

valyuta  ehtiyatlarının  məbləği  və  tərkibi  xüsusi 

əhəmiyyət  kəsb  edir;  2)  ölkənin  Mərkəzi 

Bankında  və  ya  dövlətin  maliyyə  orqanlarının 

sərəncamında  olan  qızıl  və  xarici  valyuta,    digər 

ölkələrin 

banklarında 

olan 

xarici 


valyuta 

depozitləri, xarici dövlətlərdə  qoyulmuş qiymətli 

kağızlar  rəsmi  ehtiyatlardır.  Valyuta  ehtiyatları 


 

680 


həm  də  beynəlxalq  valyuta-kredit  təşkilatlarında 

yaradılır,  beynəlxalq  hesablaşmalarda  alıcılıq  və 

ödəniş  vasitələrinin  ehtiyatı  kimi  xidmət  göstərir, 

dövlətin  müvafiq  valyuta  siyasətinin  həyata 

keçirilməsi,  onun  valyuta-maliyyə  vəziyyətinin 

təshih  edilməsi,  valyuta  kursunun  saxlanılması 

üçün istifadə edilir. 

 

VALYUTA  KURSU

  –  bir  ölkənin  pul 

vahidinin  digər  ölkənin  pul  vahidi  və  ya 

beynəlxalq ödəniş vasitələri ilə qiymətidir. Rəsmi 

valyuta  kursu  təklifin,  tələbin,  valyuta  bazarında 

həyata  keçirilmiş  (təsbit  edilmiş) sövdələşmələrin 

həcm  və  növünün  miqyas  və  nisbətindən  asılı 

olaraq,  dövlət  tərəfindən  (Mərkəzi  Bankın 

şəxsində)  və  ya  bazarda  müəyyən  edilə  bilər, 

yaxud 

yuxarıda 



göstərilən 

amillərin 

dəyişməsindən  asılı  olaraq  dəyişdirilə  bilər 

(dəyişkən) 

valyuta 

kursu). 


Valyuta 

kursu 


beynəlxalq  valyuta  vahidlərinə  münasibətlərdə 

milli valyutalarda daha tez-tez tətbiq olunur. 



 

VALYUTA NƏZARƏTĐ

 – 1) milli valyutanın, 

ölkənin  milli  valyutasında  qiymətli  kağızların, 

valyuta 

qiymətlilərinin 

ölkənin 

gömrük 


sərhədlərindən  (azad  gömrük  zonalarının  və  azad 

anbarların perimetrləri istisna olmaqla) keçməsinə 

nəzarətdir;  2)  əmtəə  və  nəqliyyat  vasitələrinin 

ölkənin  gömrük  sərhədlərindən  keçməsi  ilə  bağlı 

olan  valyuta  əməliyyatlarına  nəzarətdir;  3) 

valyuta,  ixrac-idxal  və  digər  xarici  iqtisadi 

əməliyyatlar  sahəsində  ölkə  qanunvericiliyinə 

riayət edilməsinin yoxlanması və nəzarətin təşkili 

işi vahid ümumdövlət siyasətinin tərkib hissəsidir; 

4)  rezidentlər  və  qeyri-rezidentlərin  valyuta 

əməliyyatlarının 

həyata 


keçirilməsini  

tənzimləyən  ölkə  qanunvericiliyinə  və  müvafiq 

icra  hakimiyyəti  orqanlarının  normativ  aktlarına 

riayət 


olunmasına, 

rezidentlərin 

dövlət 

qarşısındakı  xarici  valyuta  öhdəliklərini  yerinə 



yetirməsinə  nəzarətdir.  Valyuta  nəzarəti  ölkənin 

qanunvericiliyinə  və  ölkənin  valyutaya  və  ixraca  

nəzarəti  üzrə  Gömrük  Məcəlləsinə  uyğun  olaraq,  

ölkənin  gömrük  orqanları  tərəfindən  həyata 

keçirilir.  

Bundan  əlavə,  Azərbaycanda  Mərkəzi  Bank, 

habelə 

Azərbaycan 



Respublikası 

hökuməti 

valyuta  nəzarəti  orqanları,  müvəkkil  edilmiş 

banklar  və  qanunvericiliklə  valyuta  nəzarətini 

həyata  keçirə  bilən  digər  təşkilatlar  isə  valyuta 

nəzarəti agentləri hesab olunurlar. 



 

VALYUTA RĐSKĐ

 - əmtəə və fond birjalarında 

aparılan 

xarici 

ticarət, 



kredit, 

valyuta  

əməliyyatları 

zamanı, 


milli 

valyuta 


ilə 

müqayisədə xarici valyuta kursunun dəyişməsi ilə 

bağlı  valyuta  itkisi  təhlükəsidir.  Açıq  valyuta 

vəziyyəti  mövcud  olduqda  baş  verir.  Risk 

valyutaların  qabaqcadan  satın  alınması,  habelə 

təcili  əqdlərin  bağlanması  sığortası  ilə  aradan 

qaldırıla bilər. 

 

VALYUTA  TƏNZĐMLƏNMƏSĐ

  –  bankın 

əsas  funksiyalarından  biridir,  ölkə  valyutası  ilə 

xarici  valyutanın  alqı-satqısını,  banklararası  və 

birja  bazarlarında  ödəmə  sənədlərinin  və  xarici 

valyutalarda  öhdəliklərin  alqı-satqısını    həyata 

keçirir 


və 

beləliklə, 

ölkə 

valyutasının 



məzənnəsinin  dinamikasına,  iqtisadiyyatda  pula 

olan tələb və təklifə həlledici təsir göstərir. 

 

VALYUTANIN 

ALICILIQ 

QABĐLĐY-

YƏTĐ    PARĐTETĐ

  –    müəyyən  əmtəə  dəsti 

üçün  iki  və  ya  bir  neçə  milli  valyutanın  alıcılıq 

qabiliyyəti 

arasındakı 

nisbətdir. 

Valyutanın 

alıcılıq  qabiliyyəti  pariteti  əmtəə  siyahısının 

seçilməsindən asılı olaraq xüsusi (müəyyən əmtəə 

qrupu  üzrə)  və  ya  bütün    ümumi  daxili    məhsul 

üzrə  ümumi  ola  bilər.  Valyutanın  alıcılıq 

qabiliyyəti paritetindən beynəlxalq müqayisələrdə 

müqayisənin  sabit  valyutası  olmadığı  şəraitdə 

daha  tez-tez  istifadə  olunur.  Belə  ki,  praktiki 

olaraq o, rəsmi valyuta kursları ilə uyğun gəlmir.  

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   170   171   172   173   174   175   176   177   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling