Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- SOSĐAL-ĐQTĐSADĐ PROQNOZ
- Normativ
- SOSĐOLOJĐ METODLAR
- SÖVDƏLƏŞMƏ VALYUTASI
- SÖZLƏR ÜZƏRĐNDƏ ƏMƏLĐYYATLAR
- SPRED
- STANDARTLAŞMANIN VASĐTƏLĐ ME- TODU
- STANSĐYALARDA VAQONLARIN BOŞ- DAYANMALARININ UÇOTU
- STANSĐYANIN YÜK DÖVRĐYYƏSĐ
SOSĐAL TƏMĐNAT FONDLARI - sosial təminat fondlarının alt bölmələri dövlət idarə etməsinin bütün səviyyələrində fəaliyyət göstərən bütün sosial təminat fondlarından ibarətdir. Sosial təminat fondları dövlət müəssisələri tərəfindən bütövlükdə cəmiyyət və yaxud onun böyük bir hissəsini əhatə edən sosial sığorta proqramlarının həyata keçirilməsi məqsədilə yaradılır və nəzarət edilir.
idarəetmə orqanlarının (dövlət təşkilatlarının), ev təsərrüfatlarına xidmət edən qeyri-dövlət və qeyri- kommersiya təşkilatlarının, habelə qeyri-maliyyə müəssisələri və maliyyə idarələrinin sosial yardım göstərmək və əhalinin rifah halını yaxşılaşdırmaq məqsədilə ev təsərrüfatlarına təqdim etdikləri cari transferlərin bir növüdür. Sosial transferlərə daxildir: 1) dəyər şəklində sosial transferlər; 2) natura şəklində sosial transferlər. SOSĐAL TURĐZM
- vətəndaşların onlara satılmış sosial turlar vasitəsi ilə və ya sərbəst şəkildə dövlət tərəfindən sosial məqsədlər üçün ayrılmış vəsaitlər hesabına həyata keçirilən səyahətləri və turist səfərləri başa düşülür. Sosial turizm konsepsiyasının əsasını 3 prinsip təşkil edir:
1) aşağı səviyyəli gəlirə malik olan əhalinin turizm sahəsinə geniş cəlb edilməsi yolu ilə cəmiyyətin bütün üzvlərinin istirahətinin təmin edilməsi; 2) bu sahəyə subsidiyaların ayrılması; 3) mərkəzi dövlət orqanlarının, bələdiyyələrin, ictimai və kommersiya strukturlarının bu sahənin inkişafında fəal iştirakının təmin edilməsi. Bu konsepsiya praktiki şəkildə Đsveçrə və Fransada “məzuniyyət çekləri” sisteminin köməyi ilə həyata keçirilir. Onun əsas elementi turistlərə ünvanlı yardım göstərilməsi və əhalinin bütün təbəqələri üçün istirahətin əlçatan (əlverişli) olmasını təmin etmək üçün dövriyyəyə buraxılmış ödəniş – hesablaşma vasitəsi olan çekdir. SOSĐAL YARDIM - ünvanlı dövlət sosial yardımı – aztəminatlı ailələrə dövlət tərəfindən verilən pul yardımıdır. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Sosial yardımın əsas prinsipləri: ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;
bərabərlik – sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur. Orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətinin olmaması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və ya ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.), hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər.
ev təsərrüfatlarına xidmət göstərən dövlət idarələri və ya qeyri-kommersiya təşkilatları tərəfindən sosial sığorta üzrə müavinət kimi istifadə olunan ehtiyacları ödəmək üçün, lakin sosial sığorta üzrə sosial sığortaya və müavinətlərə ayırmalara daxil edilən, sosial sığorta proqramı üzrə istehsal olunmayan, ev təsərrüfatlarına ödənilən cari transferlərdir. Deməli, onlar sosial təminat fondları tərəfindən verilən bütün müavinətləri özündə birləşdirmir.
PROQNOZ
- cəmiyyətin, yaxud insan fəaliyyətinin ayrı-ayrı vacib
sferalarının (iqtisadiyyat, sosial münasibətlər, siyasət və s.) gələcək vəziyyəti haqda səmərəli məlumatdır. Çox vaxt demoqrafik proqnozun məlumatlarına əsaslanır. Sosial proseslərin proqnozlaşdırılması insan şüurunun həqiqəti qabaqcadan əks etdirmə qabiliyyətidir. Elmi hipotetik fərziyyələrdən və başqa, gələcəyi qabaqcadan sezmə formalarından fərqli olaraq, sosial-iqtisadi proqnozda sosial
hadisələrin gözlənilən inkişafına kəmiyyətcə qiymət verilir, bu və ya digər hadisələrin başlanma ehtimalı və müddətləri müəyyənləşdirilir. Sosial-iqtisadi proqnozlarda mövcud alternativlərdən optimal variantlar seçmək üçün istifadə olunur. 596
Proqnozlaşdırma – gələcək haqda bilgi verməkdir, sosial inkişafın mövcud ilk şərtlərinin (maddi- texniki şərait, təbii resurslar, elmi-texniki və intellektual potensial, sosial və siyasi qüvvələrin nisbəti, həmçinin ayrı-ayrı insanlar tərəfindən güdülən məqsədlər) təhlilinə əsaslanır. Təbiətdə baş verən proseslərin proqnozlaşdırılmasından fərqli olaraq, sosial-iqtisadi proqnoz insan şüuruna və əxlaqına təsir edir, insanları qabaqcadan xəbər verilmiş hadisələrin (istənilən kimi qavranıldıqda) həyata keçirilməsinə nail olmağa, yaxud onların aradan qaldırılması üçün səylər (onlar arzuolunmaz olduqda, mümkün təhlükələr olduqda) qoymağa vadar edir. Sosial-iqtisadi proqnozun 4 əsas növü var: axtarış proqnozları (bəzən onları kəşfiyyatçı, yaxud realist adlandırırlar) hadisələrin ən ehtimal olunan təbii gedişi və müşahidə edilən meyllərin davam etməsi haqda fərziyyədən çıxış edərək tərtib olunur. Normativ proqnozlar gələcəkdə müəyyən məqsədlərə çatmaq üçün konkret tövsiyələri olan proqnozlardır. Xəbərdarlıq proqnozları, sosial proseslərin inkişafının mümkün əlverişsiz və hətta ağır nəticələrinin ayrılması üçün tərtib olunur. Onların qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi zəruridir. Analitik proqnozlar ciddi idrak-elmi məqsədlə gələcəyin müxtəlif tədqiqi metodlarının doğruluğunu yoxlamaq və təkmilləşdirmək üçün işlənilir. Sosial-iqtisadi proqnozun əsas metodları: 1) ekstrapolyasiya; 2) tarixi
analogiyalar; 3)
mürəkkəb sosial
sistemlərin kompüter modelləşdirilməsi; 4) gələcəyin müxtəlif güman edilən ssenarilərin tərtib edilməsi; 5) ekspert qiymətləndirmə. Sosial-iqtisadi proqnozlar işlənən konkret metodikalarının bir sıra metodların birləşməsi yolu ilə yaranır.
– demoqrafiya elmində tətbiq olunan nəzəri tədqiqatlar, həmçinin ilk sosioloji informasiyanın toplanması və onun emalının sosioloji metodlarıdır. Sosioloji metodlar demoqrafiyada tətbiqi əhalinin
ilə əlaqədar genişlənir. Demoqrafik prosesləri və hadisələri izah etmək üçün təkcə bu və ya digər demoqrafik hadisələri xarakterizə edən amilləri deyil, həm də onların insanın şüurunda əks olunmasını təhlil etmək zəruridir. Motivlərin və demoqrafik göstərişlərin öyrənilməsi bir sıra sosioloji metodlardan istifadəni şərtləndirir. 1970– 90-cı illərdə sosioloji-demoqrafik tədqiqatlar geniş yayılmışdı. Onlarda demoqrafik əxlaqın təhlili, xüsusilə KAR (KAR – ingilis sözləri olan
praktiki fəaliyyət - abreviaturasıdır) adlanan tədqiqatlar həyata keçirilir, doğuma təsir edən müxtəlif amillər aydınlaşdırılır. Demoqrafik hadisə və proseslər öyrənilərkən sosiologiyada işlənilmiş konseptual modellərdən, anlayışlardan və nəzəri prinsiplərdən istifadə səmərəlidir. Əsasən sosial institut və kiçik qrup kimi, ailənin təhlilini, doğum problemləri üzrə ailədaxili kommunikasiyanı, doğum,
nikah, boşanmadakı fərqlərə təsir göstərən amilləri öyrənmək üçün sosioloji-demoqrafik sistemin seçilməsini, boşanmanın və
nikahların səbəblərinin təhlilini göstərmək olar. Demoqrafiyada informasiyanın toplanması və işlənməsində sosioloji metodlar tətbiq olunur. Sosiologiyada üç əsas sosioloji informasiyanın toplanması növü seçilir: sorğu, sənədlərin təhlili və müşahidə. Sorğu müsahibə yolu ilə, yaxud sorğu vərəqini doldurmaqla (anket vasitəsilə) aparılır. Kütləvi fikirlər (geniş insanlar dairəsində), göstərişlər və
faktlar barədə
informasiyanın toplanması üçün aparılan və verilmiş problem üzrə yalnız səlahiyyətli şəxslərin fikrini bilməyə
istiqamətlənmiş ekspert
sorğularına bölünür. Sosioloji tədqiqatlarda sənədlərin təhlili
dedikdə, istənilən informasiyanın iki tip təhlili (çap, yaxud əlyazması mətnində, maqnit lentində, foto və kinoplyonkada təsbit edilmiş) - ənənəvi təhlil və məzmunlu-təhlil başa düşülür. Ənənəvi təhlil, müəyyən məqsəd və vəzifələrə müvafiq olaraq, sənədlərin izahlı təhlilidir. Məzmunlu-təhlil – kütləvi mətnli (yaxud plyonkaya yazılmış) informasiyanın kəmiyyət göstəricilərinə keçirilməsidir. Müşahidə dedikdə isə, adətən, sosiologiyada hadisələrin bilavasitə şahidlərdən alınmış məlumatlara əsasən qeydə alınması başa düşülür. Sorğu – sənədlərin təhlili ilə yanaşı, istənilən demoqrafik informasiyanın alınması üçün ilk mənbədir. Bu zaman xüsusi sorğu vərəqələri tərtib olunur və onlar müxtəlif amillərin demoqrafik əxlaqın və göstərişlərin komponentlərinə təsiri haqda məlumatın alınması məqsədini daşıyır. Demoqrafik göstərişlər öyrənildikdə, mürəkkəb ölçü metodları işlənilir, insanlar və testlər tətbiq olunur. Xaricdə həmçinin ekspert sorğuları yayılmışdı. Demoqraflar çox vaxt məlumat toplamaq üçün spesifik seçmə metodlarından, sosioloji tədqiqatlarda işlədilən nəticələrin emalı metodlarından, məsələn, klaster təhlili, faktor (amil) təhlili kimi metodlardan istifadə edir. Demoqrafik proses və hadisələrin hərtərəfli təhlili üçün onlara təsir edən bir sıra sosioloji amillər öyrənilməli olduğu
üçün, ilkin
sosioloji informasiyanın təhlili, toplanması və işlənməsində sosioloji metodların tətbiqi daim artır.
597
SÖVDƏLƏŞMƏ VALYUTASI – xarici ticarət sazişlərində əmtəənin qiymətinin müəyyən edildiyi və ya verilmiş kreditin məbləğinin ifadə olunduğu valyutadır. Sövdələşmə valyutası ödəniş valyutası ilə uyğun gəlir. Lakin onların uyğun gəlməməsi də mümkündür, xüsusilə klirinq hesablaşmalarında, yəni dövlətlər arasında banklar vasitəsilə nağdsız hesablaşmalarda. Sövdələşmə valyutasının ödəniş valyutasına hesablanması, ödəniş vaxtının çatdığı dövrdə fəaliyyət göstərən valyuta kursu ilə həyata keçirilir.
(proqramlaşdırmada) – EHM-in, tərkibi birləşmiş işarə (simvol, bit) ardıcıllığından ibarət olan (bütöv vahid kimi baxılan) əməliyyat yaddaşı tutumunun ölçü vahididir. Sözün uzunluğu müxtəlif EHM-lər üçün fərqlidir (EHM-in vahid sistemi – 4 bayt). Proqramlarda “söz”ün törəmələrindən istifadə olunur.
– sözlər üzərində EHM-in əmrlər sistemini nəzərdə tutan fəaliyyətdir.
avadanlıqların, proqramların, ya da ayrı-ayrı modulların xarakteristikalarının formal təsviridir; 2) üsulların formal parametrlərinin növ və sinifləri haqqında informasiyadır.
– 1) hər hansı bir anlıq qərarın həll edilməsi üçün bankın öz müştərisinə istisna qaydada verdiyi
qısamüddətli (1-3
aylıq) kreditdir. Bu kreditdən sürətlə istifadə edilir, pul bazarının tarifi üzrə indeksləşdirilir, kifayət qədər riskli hesab olunur; 2) SPOT - sövdələşmədir – dərhal ödənilməli olan sövdələşmədir.
– eyni mala fyuçers sazişlərinin eyni zamanda alınması və satılmasıdır, amma fərqli çatdırma müddəti, ya da fərqli bazarlar üçündür. SPRED birjadaxili, birjalararası, məhsullararası, müvəqqəti ola bilər. SPRED-in məqsədi qiymət fərqinin oynamasından gəlir əldə etməkdir.
müddət
ərzində banklara qaytar ılmamış
ssudalardır.
TODU – demoqrafik əmsalların standartlaşdırma metodlarından biridir; verilmiş qrupun
demoqrafik hadisələrinin faktiki sayının əhalidə demoqrafik proseslərin intensivlik səviyyəsinə müvafiq onların sayı ilə standart kimi qəbul olunmuş müqayisəsinə əsaslanır, həmin əhali qrupunun xüsusiyyətləri saxlanılır.
DAYANMALARININ UÇOTU – qatarların tərkibində gəlmə anından getmə (yola salma) anınadək vaqonların stansiyalarda kateqoriyalar üzrə boşdayanma (yerli, emal edilməklə tranzit və emalsız
tranzit) vaxtlarına ümumi sərfin
müəyyənləşdirilməsi üçün təşkil edilir. Stansiyalarda vaqonların boşdayanmalarının uçotu vaqon dövriyyəsindən asılı olaraq nömrəsiz və nömrəli sistem üzrə aparılır. Nömrəsiz sistem üzrə stansiyalarda vaqonların boşdayanmalarının uçotu hər
bir saatın
sonuna boşdayanmaların kateqoriyaları üzrə (yerli, emal edilməklə tranzit) vaqonların stansiyalarda qalıqlarının müəyyənləşdirilməsinə əsaslanır, bir şərtlə ki, vaqonların bu sayı bütün saat ərzində boş dayansın. Boşdayanmaların ümumi vaxtı hesabat dövründə saatlardakı qalıqların cəmləşdirilməsi ilə alınır. Boş dayanmış vaqonların sayı daxil olma və yola salınmış vaqonların yarısı kimi hesablanır. Emalsız tranzitlə vaqonlar üçün boşdayanma vaxtı qatarın tərkibinin boş dayanma vaxtının tərkibdə olan vaqonların sayına vurulması ilə tapılır. Nömrəli sistem üzrə stansiyalarda boşdayanmaların uçotu ayrılıqda boşdayanmaların hər bir kateqoriyası üzrə hesabat dövründə göndərilmiş vaqonlar üzrə sonradan toplanmaqla ayrı-ayrı vaqonların stansiyada olma vaxtının uçotuna əsaslanır.
– hesabat dövründə stansiyadan göndərilən və stansiyaya gətirilmiş yüklərin həcminin cəmidir.
(lat. stationarius – hərəkətsiz) – nəzəri əhali, əsl təbii artım əmsalı
tipik
olmayan hadisəsidir. Stasionar əhali nəzəriyyəsinin əsası E.Qalleyin (1693) əsərlərində qoyulmuşdu. XIX əsrin sonuncu rübündə Q.F.Knapp stasionar əhalinin əsas kəmiyyət nisbətlərini ətraflı işləmişdi. Son şəkildə A.C.Lotkanın əsərlərində XX əsrin birinci yarısında yazılmışdı. Đlk əvvəl, stasionar əhaliyə doğulanların dəyişməz illik sayı olan və nəslin kəsilməsi ardıcıllığı, doğum rejimi haqda heç bir hipoteza olmayan əhali kimi baxılır. Belə şərh stasionar əhalini ekponensial əhalinin tipik olmayan hadisəsi edir. Stasionar əhali nəzəriyyəsinin əsas məzmunu doğulanların, yaşayanların, ölənlərin müxtəlif qruplarının sayları ilə ölüm (ömür) və doğulma ehtimalları arasında nisbətlər sistemidir. Bu nisbətlər müxtəlif demoqrafik cədvəllərin, ilk 598
növbədə ölüm cədvəllərinin qurulmasında istifadə olunur. Stasionar əhalinin yaş strukturu bir mənalı olaraq ömür funksiyası l(x) ilə müəyyən olunur. Belə ki, yaş strukturunun sıxlığı bərabərdir: ∫ ∞
0 ) ( ) ( ) ( dx x l x l x c
burada x 1 , x 2 yaş intervallarında şəxslərin payı ∫ 2
) (
x dx x c -dir.
Stasionar əhalinin ölümünün ümumi əmsalı (m) doğumun ümumi əmsalına (b) bərabərdir və 0 1
m b = = , burada e 0 - doğulduqda ömrün gözlənilən uzunluğudur. STASĐONAR SOSĐAL XĐDMƏT ĐDARƏLƏRĐ – kənar sosial-məişət, tibbi xidmətlərə və qulluğa ehtiyacı olan qoca və əlillərin daimi, müvəqqəti (2 aydan 6 ayadək), həftəlik, gündəlik yaşayışı üçün nəzərdə tutulmuş müəssisələrdir. Stasionar müəssisələrin dörd əsas növü fərqləndirilir: qoca və əlillər üçün internat evləri (ümumi tipli); psixonevroloji internatlar; əqli cəhətdən qüsurlu uşaqlar üçün uşaq evləri; fiziki cəhətdən qüsurlu uşaqlar üçün uşaq evləri. Göstərilən müəssisələrin bazalarında onlarda yaşayanların kontingentindən asılı
olaraq, aşağıdakı müəssisələri təşkil
edə bilərlər: müharibə və əmək veteranlarının pansionatları, şəfqət evləri, əlillər üçün reabilitasiya mərkəzləri. STASĐONAR TĐCARƏT - daimi yerlərdə (məsələn, mağazalarda ticarət və ya ticarət məntəqələrində pərakəndə ticarət) ticarət
müəssisələri tərəfindən həyata keçirilən ticarət növüdür. STASĐONAR TĐPLĐ YATAQXANALAR – vahid order verilmiş yaşayış binalarıdır və yaxud yaşayış evlərində və qeyri-yaşayış tikililərində yaşayış yerləridir. Stasionar tipli yataqxanalara həmçinin uşaq evləri, əlillər və qocalar üçün evlər, məktəblər yanında internatlar və məktəb-
internatlar da daxildir. Daimi yaşayanlara yaşayış yeri üzrə qeydiyyata alınanlar daxildir. STATĐSTĐK ASILILIQ – əgər birinin ehtimal bölgüsü digərinin kəmiyyətinin mümkün qiymət almasından asılı deyilsə, onda onlar statistik asılı olmayanlar hesab edilirlər və iki təsadüfi kəmiyyətin əlaqəsidir. Əks halda, bu kəmiyyətlər asılı adlanır. Đkidən çox təsadüfi kəmiyyətin müqayisəsində onları qarşılıqlı qeyri-asılı adlandırırlar. Onların bölünmə qaydaları qalan təsadüfi kəmiyyətlərin hansı təsadüfi kəmiyyəti almasından asılı deyildir. Statistik asılı olmamasından keyfiyyətin qeyri- korrelyativliliyi irəli gəlir. Əksinin, ümumiyyətlə, yeri yoxdur.
vahid
bazaya gətirilmiş müqavilə qiymətləri üzrə müəyyən edilən əmtəələrin dəyəridir. Đdxalın dəyəri SĐF qiyməti bazasında – ölkə limanı, ya da SĐP – ölkə sərhədində təyinat məntəqəsi bazasında əmələ gəlir. SĐF (dəyər, sığorta, fraxt) – əmtəənin satış şərtləridir ki, ona uyğun olaraq əmtəənin dəyərinə onun dəyəri və ölkə limanına qədər malın sığorta və nəqliyyat üzrə xərcləri daxil edilir. Đxracın dəyərinin FOB – ölkə limanı, ya da DAF – ölkənin sərhədindəki qiymətlərin bazasında əmələ gəlir. FOB (limanda sərbəst) – malın qiymətinə onun dəyəri və gəmi limanına gətirilmə və yüklənmə üzrə xərclərinin daxil edilməsinə razı olan malın satış müqaviləsidir. SĐF, FOB, SĐP və DAF
“Đnkoterms-90” ticarət
terminlərinin beynəlxalq izah etmə qaydaları”na uyğun müəyyən
edilir. Xarici
ticarətin gömrük
statistikasında statistik dəyər əsasən ABŞ dolları ilə qiymətləndirilir. Azərbaycan Respublikasında yenidən hesablanma yükün gömrük
bəyannaməsinin qəbul edildiyi gündə Mərkəzi Bank tərəfindən təyin edilən məzənnə üzrə həyata keçirilir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling