Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet142/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   138   139   140   141   142   143   144   145   ...   183

REGĐONAL ĐQTĐSADĐYYAT

 – iqtisadiyyat 

elmi  sahəsi,  ictimai  istehsalın  ərazi  üzrə  təşkili 

qanunauyğunluqlarını  və  fəaliyyət  mexanizmini 

öyrənir.  Ayrı-ayrı  regionların  və  ərazi-istehsal 

kompleksləri  təsərrüfatlarının  inkişafı  ilə  bağlı 

iqtisadi hadisə və prosesləri tədqiq edir.     

 

REGĐONUN  YÜK  DÖVRĐYYƏSĐ

  –  hər 

hansı  regiondan  göndərilən  və  regiona  gətirilən 

yüklərin 

miqdarıdır. 

Regiondan 

yüklərin 

göndərilməsi  nəqliyyat  vasitələrinə  qəbul  olunan 

məhsulların    həcmini,  həmçinin  bu  məhsulların 

istehsalının regionun ərazisi üzrə yerləşdirilməsini 

xarakterizə  edir.  Yüklərin  regiona  gətirilməsi 

istehlakla 

(tələbatla) 

bağlıdır 

və 


regionun 

xammalla,  yanacaqla,  materiallarla  və  s.  mallarla 

təmin olunmasını xarakterizə edir. 

 

REGĐSTR

  –  (I)  -  vahidlərin  (müşahidə 

obyektlərinin)  siyahısıdır.  Vahidlərin  uçotunu  və 

identifikasiyasını təmin edən məlumat sistemidir. 

(II) 

– 

ixtisaslaşdırılmış 

hüquqi 

registrləri 



(məsələn,  ticarət  registri)  adlandırmaq  üçün  tez-

tez  istifadə  olunan  termindir.  Vahidlərin  bütün 

məcmusunun tam və aktuallaşdırılmış siyahısıdır. 

 

REGĐSTR 



GÖSTƏRĐCĐS

Đ 

– 

registr 



obyektinin kəmiyyət xarakteristikasıdır. 

 

REGĐSTR MÜŞAHĐDƏSĐ

 – statistik registrin 

aparılmasına əsaslanan müşahidədir. 



 

REGĐSTRDƏ  UÇOT  KARTI

  –  özündə 

rekvizitlər  məcmusunu  əks  etdirən,  registr 

obyektinin identifikasiyası üçün  müəyyən  edilmiş 

və  müəyyən  qaydada  kağız  və  ya  maqnit 

daşıyıcılarda 

yerləşdirilmiş 

sənədin  

unifikasiyalaşdırılmış formasıdır. 



 

REGĐSTRĐN  AKTUALLAŞDIRILMA

SI  – 

registr  subyektləri  haqqında  məlumatların  doğru 

(aktual)  vəziyyətdə  saxlanması  məqsədi  ilə 

onlarda dövri dəyişikliklərin aparılmasıdır. 

 

REGĐSTRĐN 



APARILMASI

 

– 

registr 


subyektləri  haqqında  olan  məlumatların  düzgün 

(səhih) vəziyyətdə saxlanmasıdır. 

 

REĐMMĐQRASĐYA

  (lat.  re  –  ön  şəkilçidir, 

burada  əks  hərəkət  deməkdir  və  immiqrasiya)  – 

immiqrasiya  nəticəsində  gəlmiş  şəxslərin  ölkədən 

əks axınıdır. 

 

REKLAM



  -  tələbatın  formalaşdırılması  üçün 

istehlakçılara 

təsirin 

marketinq 

üsuludur, 

həmçinin  informasiya-tanışlıq  funksiyasını  yerinə 

yetirir. Reklam - kütləvi informasiya vasitələri və 

ayrı-ayrı  nəşrlər  vasitəsi  ilə,  həmçinin  ticarət 

müəssisələrinin,  sərgi,  təqdimat,  piştaxtaların 

tərtibatı,  məhsullara  əlavələrin  edilməsi,  təbliğat 

və  məsləhət fəaliyyəti yolu ilə satıcıların alıcılara 

pullu  və  dolayı  müraciətidir.  Reklamın  təsir 

formaları  əmtəənin  cəlbedici  xarici  görünüşü, 

onun 


dizaynı 

və 


firma 

qablaşdırılmasıdır. 

Reklamın  yayılması  və  səmərəliliyi  statistik 

metodlarla öyrənilir.  

 

REKLAM TURLARI 

- turagentliklərin və (və 

ya)  aviaşirkətlərin  işçilərini  hər  hansı  bir  turist 

marşrutları  və  turist  mərkəzləri  ilə  tanış  etmək 

məqsədilə  təşkil  edilmiş  pulsuz  və  ya  güzəştli 

turlardır. 

 

REKLAMASĐYA

  (şikayət,  iddia)

 

-

  turların 

satışı  ilə  məşğul  olan  firmanın  ofisinə  dəyəri 

ödənilmiş  və  təqdim  olunmuş  xidmətlərin  turun 

tərkibində  göstərilənlərə  uyğun  gəlmədiyi  halda, 

turist  tərəfindən  göndərilmiş  şikayət  ərizəsidir. 

Reklamasiya  əsasında  protokol  tərtib  olunur  və 

uyğunsuzluq 

faktı 

sübut 


olunarsa, 

zərərin 


kompensasiya olunması nəzərdə tutulur. 

 

REKURRENT  ƏLAQƏ



  –  onun  ilk  (birinci) 

üzvlərindən  axırıncı  üzvlərinədək  ardıcıllıqla 

bütün  üzvlərini  müəyyən  etməyə  imkan  verən 

düsturdur.  Ardıcıllıq  üzvü  kimi  say,  funksiya, 

vektor,  matris  və  s.  çıxış  edə  bilər.  Rekurrent 

əlaqəsi iterasiya alqoritminin əsası kimi müvəqqəti 



sıraların  parametrlərinin  qiymətləndirilməsində 

və  ekonometrik  modellərin  qurulmasında  tətbiq 

edilməyə başlanmışdır. 

 

REKURSĐV  MODEL

  –  ekonometrik  modelin 

tipik  olmayan  fərdi  halıdır.  Rekursiv  modeldə 



dəyişən 

endogenlər 

arasındakı 

səbəb-nəticə 

əlaqələri  geriyə  əlaqə  olmadan  dəqiq  ardıcıllıq 

yaradır, 

parametrlərin 

matrisaları 

üçbucaqlı 

şəklində 

olur, 


təsadüfi 

kənarlaşmalar 

isə 

korrelyasiya  olunmur.  Rekursiv  model  üçün  adi 



ən  kiçik  kvadratlar  metodunun  tətbiqi  əsaslı 

qiymətləndirməyə səbəb olur.  

 

REQRESSĐV  TƏHLĐL

  –  nəticə  əlamətinin 

səbəb 

əlamətindən 



asılılığının 

forma 


və 

xüsusiyyətləri    tədqiq  olunan  riyazi  statistikanın 

istiqamətidir. Reqressiv təhlilin tətbiqinin nəticəsi 

reqressiv  model  və  ya  reqressiya  tənliyidir. 

Reqressiv 

təhlil 


özündə 

bu 


modelin 

parametrlərinin və alınan nəticələrin etibarlılığının 

qiymətləndirilməsi metodlarını birləşdirir.  

 

REQRESSĐYA

  –  asılı  Y  dəyişəninin,  sərbəst 

dəyişənlərin  verilən  qiymətlərindən  asılılığını 



 

553


göstərən  (χ

1

,  χ



2

,  ...  χ



k

  sərbəst  dəyişənlərdir)  f 

1

,  χ



2

,  ...  χ



k

)  funksiyasıdır.

 

Ümumi  halda, 



reqressiya 

funksiyasının 

təsviri 

üçün 


asılı 

dəyişənlərin 

paylanması 

qanununu 

bilmək 

vacibdir.



 

Đqtisadi  hadisələrin  statistik  təhlili 

təcrübəsində  adətən  belə  məlumatlara  malik 

olmurlar.

 

Buna  görə  də,  paylanma  üçün  statistik 



müşahidə  (seçmə  müayinə)  nəticəsində  alınan 

ilkin  statistik  məlumatlara  əsaslanan  oxşar 

approksimasiyaların  (yaxınlaşmaların)  axtarışı  ilə 

kifayətlənirlər.

 

Reqressiyanın 



funksiyalarının 

qiymətlərinin  ilkin  statistik  məlumatlara  görə 

bərpa  məsələsinin  həlli  üsullarından  asılı  olaraq, 

ortakvadrat, 

median, 

minimaks 

və 

s. 


reqressiyalara bölünür.  

 

RENTA

  –  sahibkarın  sahibkarlıq  fəaliyyəti  ilə 

bağlı 


olmayan, 

əmlakdan 

(əmlak 

rentası), 



torpaqdan  (torpaq  rentası),  kapitaldan  müntəzəm 

əldə etdiyi gəlir növüdür. Bir çox ölkələrdə dövlət 

istiqrazları üzrə ödənilən faizlər də renta adlanır.   

 

RENTABELLĐK



  -  müəssisələrdə,  birliklərdə 

və iqtisadi fəaliyyət sahələrində istehsalın iqtisadi 

səmərəliliyinin  əsas  göstəricilərindən  biridir. 

Müəyyən  dövr  ərzində  fəaliyyətin  son  iqtisadi 

nəticəsini  xarakterizə  edir  və  əldə  olunmuş 

mənfəətin  əsas  fondlara  və  dövriyyə  vasitələrinə 

qoyuluşun kəmiyyətinə nisbəti ilə müəyyən edilir. 

Rentabelliyin aşağıdakı göstəriciləri tətbiq olunur: 

ümumi  rentabellik  –  balans  mənfəətinin  istehsal 

fondlarının  orta  dəyərinə  nisbəti;  məhsulların 

rentabelliyi  –  məhsul  və  xidmətlərin  satışından 

əldə olunan mənfəətin, onların istehsalı və satışına 

çəkilmiş  xərclərin  həcminə  nisbəti;  istehsal 

olunmuş  məhsulun  rentabelliyi  –  buraxılış 

qiymətləri  ilə  (ƏDV  və  aksizsiz)  hesablanmış 

məhsulun  (işlərin,  xidmətlərin)  həcmindən  maya 

dəyərini  çıxmaqla,  məhsul  istehsalından  əldə 

olunan  mənfəətin  məhsul  istehsalının  maya 

dəyərinə nisbəti.  

 

REPATRĐASĐYA

  (keçmiş  lat.  repatriatio  – 

vətənə qayıdış) – hərbi əməliyyatlar və s. məcburi 

şərtlər  nəticəsində  vətəndən  kənarda  olan  hərbi 

əsirlərin və mülki şəxslərin, həmçinin vətəndaşlıq 

hüquqlarının bərpası ilə emiqrantların vətənə (çox 

vaxt mütəşəkkil) qayıtmasıdır. Repatriasiya ikinci 

dünya  müharibəsindən  sonra  ilk  illərdə,  sonra  – 

1960-80-ci illərdə Asiyanın və Afrikanın  bir sıra 

rayonlarında hərbi münaqişələrlə bağlı geniş vüsət 

almışdı. 

 

REPREZENTATĐVLĐK  (TƏMSĐLÇĐLĐK) 

XƏTASI

  –  seçmə  məcmunun  və  baş  məcmunun 

öyrənilən əlamətlərinin qiymətləri (göstəriciləri və 

ya  xüsusiyyətləri)  arasındakı  kənarlaşmadır. 

Təsadüfi  və  sistematik  xətalar  fərqləndirilir. 

Təsadüfi  reprezentativ  xəta  -  seçmə  statistik 

müşahidə  zamanı  seçmə  məcmu  baş  məcmunu 

lazımi  qədər  dəqiq  təsvir  (təmsil)  etmədikdə 

əmələ  gəlir.  Reprezentativ  xətanın  qiymətinin 

müəyyən edilməsi zamanı qeydiyyat xətasının 0-a 

bərabər olması qəbul edilir. Reprezentativ xətanın 

hesablanması  xüsusi  düsturla  aparılır  (“Orta 

seçmə xəta”ya bax). Sistematik reprezentativ xəta 

seçmə müşahidə üçün baş məcmunun vahidlərinin 

seçilməsi  qaydalarının  (qərəzsiz,  qəsdən  olmayan 

seçim)  pozulması  nəticəsində  əmələ  gəlir. 

Sistematik 

reprezentativ 

xəta 


müşahidənin 

nəticələrini tam yararsız hala sala bilir. 



 

REPRODUKTĐV  DÖVR

 

(GENERATĐV 

DÖVR, NƏSĐL VERMƏ DÖVRÜ) 

– qadının 

həyatının  uşaq  doğmağa  qadir  olan  hissəsidir. 

Demoqrafiyada  reproduktiv  dövrün  uzunluğu 



reproduktiv  yaşın  sərhədlərinin  göstərilməsi  ilə 

xarakterizə  olunur.  Hər  bir  qadının  həyatında 

reproduktiv 

dövr 


birinci 

menstruasiyanın 

(menarxe)  olması  ilə  başlayır  və  menopauza  ilə 

başa  çatır.  Demoqrafiyada  reproduktiv  dövrün 

başlanması şərti olaraq 15 yaş, başa çatması isə 50 

yaş qəbul olunur. Bu yaş dövrünün qadınları üçün 

müxtəlif  doğum  əmsalları  hesablanır.  Qadınların 

həyat 


səviyyəsinin 

və 


sağlamlığının 

yaxşılaşdırılması reproduktiv dövrün uzunluğunun 

artmasına  səbəb  olur.  Reproduktiv  dövrün  həqiqi 

uzunluğu 

qadının 

reproduktiv 

dövrün 

hüdudlarında  faktiki  nikahda  olmasından  asılıdır. 



Uşaq 

doğumuna 

praktiki 

məhdudiyyət 

qoyulmayan  əhalidə  reproduktiv  dövrün  həqiqi 

uzunluğunun 

artması 

doğumların 

sayının 

artmasına  gətirib  çıxarır;  uşaq  doğumunun 

ailədaxili  məhdudlaşdırılması,  geniş  yayılmış 

əhalidə  reproduktiv  dövrün  həqiqi  uzunluğunun 

artması  doğumun  sayına  az  təsir  göstərir. 

Reproduktiv  dövrdən  qadının  həyatında  uşaq 

doğma fərqləndirilməlidir. 

 

REPRODUKTĐV YAŞ

  (“fertil” yaşı ifadəsini 

işlətmək  tövsiyə  olunmur)  –  uşaq  doğmağa  qadir 

olan  qadının  yaşıdır.  Demoqrafiyada  reproduktiv 

yaş sərhədinin göstərilməsi ilə reproduktiv dövrün 

uzunluğu  xarakterizə  olunur.  Bir  qayda  olaraq, 

reproduktiv yaş anlayışı altında qadınlar üçün 15–

49  yaş,  doğum  səviyyəsi  aşağı  olan  ölkələrdə 

bəzən  15–44  yaş  (bütöv  illərlə)  başa  düşülür. 

Doğulanların  ümumi  sayı  və  ümumi  doğum 

əmsalının  kəmiyyəti  reproduktiv  yaşda  olan 

qadınların payından asılıdır. Bu pay nə qədər çox 

olsa,  bir  o  qədər  doğulanların  ümumi  sayı  və 

ümumi doğum əmsalı çox olar. Reproduktiv yaşda 


 

554 


olan  qadınlar  üçün  müxtəlif  doğum  göstəriciləri 

hesablanır ( “Doğum əmsalları”na bax).  



 

RESĐDĐVĐST 

CĐNAYƏTKARLIQ

 

– 



məhkəməyə  düşməsi  üstündən  götürülməmiş  və 

ya  kəsilən  məhkəmə  cəzası  qurtarmamış  şəxslər 

tərəfindən törədilmiş qəsdən cinayətlərin cəmidir.  

 

RESTĐTUSĐYA

 

(latincada 

restitutio-

pozulmuş  hüququ  bərpa  etmə,  zərəri  ödəmə 

deməkdir)  – 1) tərəflər arasında bağlanmış saziş 

etibarsız  sayıldıqda  müqavilə  ilə  əldə  edilmiş  pul 

və  malın  qarşılıqlı  qaytarılmasıdır.  Əgər  mal  və 

qiymətliləri 

natura 

formasında 



qaytarmaq 

mümkün  deyilsə,  onda   onların  dəyəri  pul 

formasında  ödənilir.  Əgər  müəyyən  edilsə  ki, 

sazişin pozulmasında yalnız bir tərəf günahkardır, 

onda restitusiya birtərəfli qaydada həyata keçirilir 

və  vəsaitləri  yalnız  günahkar  tərəf  qaytarır;  2) 

işğalçı dövlət tərəfindən qanunsuz zəbt edilmiş və 

qarət  edilmiş    mülkiyyətin  qaytarılmasıdır;  3) 

özəlləşdirilmə  və  milliləşdirmə  zamanı  yaşayış 

evlərinin,  binaların,  tikililərin  və  bir  sıra 

müəssisələrin  əvvəlki  sahiblərinə  qaytarılması 

prosesidir.  Hüquqi  cəhətdən  restitusiya  haqqında 

qanunvericiliklə müəyyənləşdirilir.  

 

REVALVASĐYA 

– valyuta məzənnəsinin digər 

ölkələrin  valyutalarına  nisbətən  və  ya  beynəlxalq 

pul  vahidinə  nisbətən  artmasıdır,  yəni  bu  və  ya 

digər valyutanın paritetinin dəyişməsidir. Adətən, 

revalvasiya  qanunvericilik  qaydasında  baş  verir, 

bu  da  yeni  pariteti  və  baza  dəyəri  ətrafında  enib-

qalxmaların  mümkün  sərhədlərini  müəyyən  edən 

hüquqi  aktların  rəsmi  mövcudluğunu  tələb  edir. 

Revalvasiyadan 

daxili 



pul 

dövriyyəsinin 

stabilləşdirilməsi və inflyasiya dövrlərindən sonra 

pulun  alıcılıq  qabiliyyətinin  yüksəldilməsi  üsulu 

kimi istifadə olunur. 

Revalvasiya  ixracın  dəyərinin  bahalaşmasına  və 

idxalın ucuzlaşmasına səbəb olur. 



 

REZĐDENT 

(fransızca 

resident, 

latınca 

residens – öz yerində qalan) – 1) müəyyən ölkədə 

daimi məskunlaşma yerinə malik olan fiziki və ya 



hüquqi  şəxsdir.  Beynəlxalq  hüquqa  əsasən 

rezident  anlayışı  milli  mənsubluğa  əsaslanmır. 

Əsas  meyar  iqtisadi  maraq  mərkəzi  hesab  edilir. 

Ölkədə  vergi  ilinin  12  ayından  az  olmamaq  şərti 

ilə yaşadığı və orada özünün həyati və ya işgüzar 

maraqlara  malik  olduğu  halda,  fiziki  şəxsə 

rezident  kimi  baxılır.  Bir  neçə  spesifik  vəziyyət 

mövcuddur  ki,  bu  zaman  rezidentlik  anlayışı 

xüsusi  şəkildə  müəyyən  olunur.  Ərazi  anklavları 

(hərbi 


bazalar, 

səfirliklər 

və 

s.) 


qeyri-

rezidentlərdir,  çünki  onların  iqtisadi  maraq 

mərkəzi,  onların  bu  anklavlarda  nə  qədər  uzun 

müddətdə  işləmələrindən  asılı  olmayaraq,  başqa 

ölkədə  yerləşir.  Tələbələr  xaricdə  nə  qədər  uzun 

müddətə  oxumalarından  asılı  olmayaraq,  öz 

ölkələrinin rezidenti sayılırlar. Bu, həm də xaricdə 

müalicədə  olan  xəstələrə  də  aid  edilir;  2)  orta 

əsrlərdə  göndərildiyi  dövlətlərdə  daimi  qalan 

xarici  diplomatik  nümayəndə  olmuşdur;  3) 

metropoliyanın  protektoratdakı  nümayəndəsidir; 

4) 


kəşfiyyatın 

xarici 


ölkədə 

yaşayan 


nümayəndəsidir;  5)  Azərbaycan  Respublikasının 

Vergi  Məcəlləsinə  görə,  aşağıda  göstərilən 

tələblərin  birinə  cavab  verən  istənilən  fiziki 

şəxsdir:  a)  təqvim  ilində  başa  çatan  hər  hansı 

ardıcıl  olan  12  aylıq  dövr  ərzində  üst-üstə  182 

gündən  artıq  vaxtda  həqiqətən  Azərbaycan 

Respublikasının  ərazisində  olanlar;  b)  təqvim  ili 

içərisində,  yaxud  bir  təqvim  ili  ərzində  xarici 

ölkədə 

Azərbaycan 



Respublikasının 

dövlət 


xidmətində  olanlar;  Azərbaycan  Respublikasının 

ərazisində  və  ya  hər  hansı  xarici    ölkədə  fiziki 

şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, 

həmin  fiziki  şəxs  aşağıdakı  ardıcıllıqla  göstərilən 

meyarla  Azərbaycan  Respublikasının  rezidenti 

sayılır:  daimi  yaşayış  yeri;  həyati  mənafelərinin 

mərkəzi;  adətən,  yaşadığı  yer;  Azərbaycan 

Respublikasının vətəndaşlığı. 



 

RƏHBƏRLĐK TƏRƏFĐNDƏN NƏZARƏT

  

– şirkətin fəaliyyət göstərməsi haqqında təsəvvürə 

imkan  verən  dövri  məlumatların  rəhbərliyə 

çatdırılması məqsədi ilə bir sıra tədbirlərin həyata 

keçirilməsidir.  Bu  məlumatların  keçən  ilin 

məlumatları və ya proqnozlaşdırılan məlumatlarla 

müqayisəsi  yolu  ilə  rəhbərlik  mövcud  vəziyyəti 

daha  yaxşı  təsəvvür  edir  və  tez  bir  zamanda 

düzgün  vacib  təshihedici  tədbirlər  həyata  keçirə 

bilir.  


 

RƏQABƏT 

(latınca 

concurrere 

rəqib 



deməkdir)  –  şəxsi  və  ictimai  maraqların 

eyniliyinin baş verməsinə əlverişli şərait yaradan, 

bazar iqtisadiyyatında əsas nəzarət mexanizmidir. 

Müəssisə və ehtiyat tədarükçülərinin mənfəət əldə 

etmə  səbəblərini  elə  ifadə  edir  ki,  ehtiyatlardan 

səmərəli 

istifadə 

edilməsində 

cəmiyyətin 

maraqları 

stimullaşdırılır. 

Rəqabət 


bazarda 

müxtəlif  formalarda  meydana  gəlir  və  müxtəlif 

metodlarla  həyata  keçirilir.  Eyni  bir  tələbatı 

ödəyən,  ancaq  qiymətinə,  keyfiyyətinə  və 

çeşidlərinə  görə  bir-birindən  fərqlənən  əmtəələri 

istehsal 

edən 

və 


bazarda 

satan 


əmtəə 

istehsalçılarının  rəqabət  apardıqları  sahədaxili 

rəqabət;  əhalinin  alıcılıq  qabiliyyəti  tələbinə  görə 

rəqabətlə  xarakterizə  olunan  (yəni  müxtəlif 

konkret  tələbatı  ödəyən  əmtəələr  rəqabət  aparır) 

sahələrarası  rəqabət  ola  bilər.  Həyata  keçirilmə 

metodlarına 

görə 

qiymət 


və 

qeyri-qiymət 



 

555


rəqabətləri 

fərqləndirilir. 



Qiymət 

rəqabəti 

əmtəələrin 

satışını 

və 

ya 


xidmətlərin 

göstərilməsini  digər  bazar  agentlərinə  nisbətən 

daha  aşağı  qiymətlə  nəzərdə  tutur.  Qiymətlərin 

aşağı  salınması  istehsal  xərclərinin  ixtisar 

edilməsi,  yaxud  gəlirin  azaldılması  hesabına 

mümkündür.  Rəqabət  mübarizəsi  prosesində  bəzi 

firmalar 

rəqiblərini 

bazarın 

müəyyən 


seqmentlərindən sıxışdırıb çıxartmaq  üçün  gəlirin 

əldə edilməsindən tamamilə imtina edirlər. Qeyri-



qiymət 

rəqabəti 

daha 

yüksək 


keyfiyyətli 

(erqonomik,  ekoloji  göstəricilər,  təhlükəsizlik 

daxil  edilməklə),  yaxşılaşdırılmış  dizaynlı,  daha 

geniş  çeşidli  əmtəələrin  təklif  edilməsini  nəzərdə 

tutur.  Fəaliyyətdə  olan  bazar  agentlərinin  (satıcı 

və  alıcıların)  sayına  görə,  iqtisadi  nəzəriyyədə 

başa 

çatmış 


və 

başa 


çatmamış 

rəqabət 


fərqləndirilir.  Başa  çatmış  rəqabət  bütün  bazar 

iştirakçılarının  bərabər  bazar  gücünü  (üstünlük 

təşkil  etmənin  olmamasını)  nəzərdə  tutur,  yəni 

satıcı və alıcılar sərbəst şəkildə bazara daxil ola və 

oranı  tərk  edə  bilər.  Real  həyatda  belə  vəziyyətə 

nadir  hallarda  rast  gəlinir.  Adətən,  alıcı  və 

satıcıların  bazara  təsiri  yalnız  məhsulun  qiyməti 

vasitəsilə  baş  verir.  Bu  halda  başa  çatmamış 

rəqabət baş verir.  

Rəqabət 


müəssisələr 

arasında 

bazar 

münasibətlərinin 



formalaşmasının 

əsas 


şərtlərindən  biridir.  Təsadüfi  surətdə  müəssisələr 

seçir. 


Onların 

bir 


hissəsinin 

mövqeyinin 

möhkəmləndirilməsinə məcbur edilir, digərləri isə 

iflasa uğrayır. 

Bazarın  rəqabətliliyini  müəssisələr  statistikasının 

məlumatlarından,  onun  maliyyəsindən  və  bir  sıra 

MHS 

göstəricilərindən 



istifadə 

etməklə 


xarakterizə etmək olar 

 

RƏQƏMLƏR 

ÜZƏRĐNDƏ 

ƏMƏLĐY-

YATLAR

  -  əməliyyatların  yerinə  yetirilməsinin 

verilmiş 



alqoritmlərin 

qaydalarına 

uyğun 

rəqəmlərin  nizama  salınmış  ardıcıllığı  üzərində 



işlərin 

məcmusunun 

EHM-də 

yerinə 


yetirilməsidir.  Rəqəmlər  üzərində  əməliyyatların 

yerinə  yetirilməsinin  nəticəsi  –  rəqəmlərin  və 

yaxud  məntiqi  qiymətlərin  yeni  ardıcıllığıdır. 

Əsas əməliyyatlar hesabi, müqayisə və məntiqdən 

ibarətdir. 

 

RƏSMĐ  QEYDĐYYATDAN  KEÇMĐŞ  ĐŞ-

SĐZLĐK  SƏVĐYYƏSĐ

  –  rəsmi  qeydiyyatdan 

keçmiş  işsizlərin  sayının  (“Dövlət  məşğulluq 



xidmətləri  orqanlarında  rəsmi  qeydiyyata  alınmış 

işsizlər”ə  bax)    baxılan  dövrdə  iqtisadi  fəal 

əhalinin  sayına  nisbətidir.  Rəsmi  qeydiyyatdan 

keçmiş  işsizlərin  səviyyəsi  müxtəlif  yaş  qrupları, 

kişilər  və  qadınlar,  müxtəlif  təhsil  səviyyəli 

şəxslər və s. üçün hesablana bilər. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   138   139   140   141   142   143   144   145   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling