Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet139/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   135   136   137   138   139   140   141   142   ...   183

PROQRAM TƏMĐNATININ DÜZLÜYÜ

 – 

proqram təminatının istifadəçinin və standartların 

tələblərinə 

uyğunluğunun 

xarakteristikasıdır. 

Dəqiq  spesifikasiyaya  və  bu  tələblərə  proqramı 

hazırlayanlar 

tərəfindən 

əməl 


edilməsinə 

əsaslanır.  

 

PROQRAM  TƏMĐNATININ  ETĐBARLI-

LIĞI

  –  istismar  prosesində  iş  qabiliyyətinin 

saxlanmasına 

görə 

proqram 


təminatının 

xüsusiyyətidir.  Nasazlıq  nəticəsində  proqramın 

yerinə  yetirilməsində  meydana  çıxan  səhvlərlə 

xarakterizə  olunur.  Səhvlər  həm  tapşırığın  yerinə 

yetirilməsində  müəyyənləşdirilmiş  ardıcıllığın 

pozulması  (proqramın  işinin  pozulması)  kimi, 

həm  də  maşının  müxtəlif  əməliyyatları  düzgün 

yerinə  yetirməməsi  və  ya  EHM-in  yaddaşında 

saxlanan  məlumatların  təhrifi  kimi  meydana  çıxa 

bilər.  Sıradan  çıxmanın  son  nəticəsi  çıxış 

məlumatlarının təhrif edilməsinə və ya proqramın 

“daim eyni yerdə təkrarlanmasına” səbəb olur. 

 

PROQRAMLARIN 

DÖVRƏLƏRĐ

 

– 



hesablama  prosesində  dəfələrlə  istifadə  olunan 

proqram bölmələridir. 

 

PROQRAMLARIN 

GENERATORU

 

– 

qeyri-ənənəvi 

təsvirinə 

görə 


proqramların 

yenilənməsidir.  Proqram  generatoru    istifadəçi 

tərəfindən  verilmiş  tapşırığın  parametrlərini, 

massivlərin  strukturunu,  hesablama  ehtiyatlarını 

təhlil  edir  və  konkret  tətbiq  üçün  işçi  proqramını 

formalaşdırır.  Hər  bir  proqram  generatoru 



proqram kitabxanası ilə əlaqəlidir.  

 

PROQRAMLARIN 



SAZLANMASI

 

– 

verilmiş  alqoritmə  və  qoyulmuş  məqsədlərə 

uyğun  olaraq,  proqramda  səhvlərin  müəyyən 

edilməsi 

və 

aradan 


qaldırılması, 

elektron 

hesablama  maşınlarında  düzgün  işləməsi  faktının 

müəyyənləşdirilməsi 

prosesidir. 

Sərbəst 


proqramların  sazlanması  hesabi  əməliyyatların 

düzgünlüyünün  yoxlanmasının  aparılmasına,  şərti 

keçid  əmrlərinin  idarə  edilməsinə,  modifikasiya 

əmrlərinin  yerinə  yetirilməsinə  imkan  verir. 

Sərbəst  proqramların  sazlanması  avtomatik  və 

yarım  avtomatik  rejimdə  həyata  keçirilir.  Yarım 

avtomatik 

rejimdə 


proqramçı 

nəticələrin 

yoxlanması  və  düzəlişlərin  daxil  edilməsi  üçün 

sazlanmış 

proqramın 

yerinə 


yetirilməsinin 

kəsişmə  nöqtəsini  nəzərdə  tutur.  Avtomatik 

rejimdə  proqramın  sazlanması  xüsusi  sazlanmış 

proqramlarla həyata keçirilir.  

 

PROQRAMLARIN 

SEQMENTLƏŞDĐ-

RĐLMƏSĐ

  –  onlardan  hər  birinin  EHM-in 

ayrılmış yaddaş sahəsində yerləşdirilməsi məqsədi 

ilə  proqramların  ayrı-ayrı  hissələrə  (seqmentlərə) 

bölünməsidir. 

 

PROQRAMLARIN  TRANSLYASĐYASI  – 

EHM-də  bir  dildə  yaradılmış  proqramın,  mənaca 

dəyişmədən maşın koduna keçirilmə prosesidir. 

 

PROQRAMLAŞDIRMA



 

komandaların 



ardıcıllığının  xüsusi  işarələrlə  yazılmasından 

ibarət  olan,  bu  əməliyyatlarda  iştirak  edən  zəruri 

kodları,  obyektləri  göstərən  vəzifələrin  EHM-də 

həlli  üçün  hazırlıq  prosesidir.  Komandaların 

özlərinin  ardıcıllığı  alqoritmdən  asılı  olaraq 


 

541


müəyyənləşdirilir. 

Proqramlaşdırma 

prosesi 

aşağıdakı  mərhələlərdən  ibarətdir:  qoyulmuş 

vəzifələrin 

riyazi 


ifadə 

olunması 

(formalaşdırılması),  həlli  metodunun  seçilməsi, 

tapşırığın 

alqoritmik 

təsviri, 



alqoritmin 

proqramlaşdırma  dilində  təsviri  (proqramların 

işlənməsi)  və  proqramlaşdırma  dilinin  maşın 

dilinə çevrilməsi.  

 

PROQRAMLAŞDIRMA 



DĐLĐ

 

– 



proqramların  təsvir  edilməsi  üçün  yaradılan  süni 

dildir. 


Konstruksiyaların 

yazılışını 

müəyyənləşdirən qaydalar çoxluğudur - əlifba ilə, 

sintaksislə və semantika ilə verilir.  

 

PROQRAMLAŞDIRMA  XƏTASI

  –  EHM-

in  işinin  keyfiyyət  göstəricisinin  verilən  və  ya 

maksimum 

yol 


verilə 

bilən 


qiymətdən 

kənarlaşmasının 

xarakteristikasıdır. 

Xətanın 


aşağıdakı  növləri  fərqləndirilir:  hesabi,  məntiqi, 

göstəricilərə  müraciət  xətası,  EHM-in  yaddaşı 

səviyyəsi arasında göstəricilərin mübadiləsi xətası 

və  s.  Proqram  təminatının  hazırlanmasının 

mərhələliyi 

xüsusiyyət, 

layihələndirmə, 

proqramın  sazlanması,  testləşdirmə,  ötürmə 

xətalarının əmələ gəlməsinə şərait yaradır. 

 

PROQRAMLAŞDIRMA 

SĐSTEMĐ

 

– 

müəyyən  avadanlıqlarda  bu  dillərdən  istifadəyə 

xidmət  edən  müvafiq  translyator  və  proqramların 

proqramlaşdırma dillərinin məcmusudur. 

 

PROQRAMLI TURĐZM

 - istehlakçının tipinə 

və  səyahətin  məqsədinə  optimal  şəkildə  cavab 

verən  normativlərə  uyğun  həcmdə  xidmətlər 

kompleksinin  turistlərə  təqdim  edilməsidir.  Eyni 

zamanda,  bu  xidmətlər  kompleksi  rekreasiya 

tələbatlarına  müvafiq  olaraq  məzmunlu  fəaliyyəti 

təmin etməlidir. 

 

PROSESSOR



 

hesab 


və 

məntiqi 


əməliyyatların,  proqramların  yerinə  yetirilməsi 

proseslərini 

idarə 

edən 


qurğudur. 

Fərdi 


kompüterlərin  əsasını  prosessor  və  yaddaş  bloku 

təşkil  edir.  Prosessor  hesab-məntiq  qurğusundan 

və  idarə  qurğusundan  ibarətdir.  Đdarə  qurğusu 

proqramdakı  əmrləri  qəbul  edir  və  onların  yerinə 

yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusu isə 

hesablama əməllərini yerinə yetirir.  

Prosessorun  sürəti  takt  tezliyi,  saniyədə  taktların 

sayı,  yəni  saniyədə  əməliyyatların  sayı  ilə  təyin 

edilir. 

 

PROTOGENETĐK 



ĐNTERVAL

 

(yunan. 



prótos  –  birinci  və  genetikos  –  doğan)  –  nikaha 

daxil  olma  ilə  birinci  uşağın  doğulması  arasında 

vaxt  intervalıdır.  Demoqrafiyada  nəsil  üçün, 

adətən qadınların nəsli üçün orta hesabla müəyyən 

edilir.  Bir  qayda  olaraq  o  9  aydan  az  olmur.  9 

aydan  az  olan  müddət  ya  nikahdan  əvvəl  hamilə 

olduğunu,  ya  da  vaxtından  əvvəl  doğumu  sübut 

edir. 


Protogenetik  intervalın  hesablanması  zamanı 

nikah  bağlama  tarixi  kimi  hansı  tarixin  qəbul 

olunmasının  əhəmiyyəti  var  –  nikah  həyatının 

faktiki 


başlanması, 

yaxud 


nikahın 

hüquqi 


rəsmiləşdirilməsi  anı.  Protogenetik  intervalın 

təhlili  anamnestik  müayinələrin  materialları  üzrə 

intergenetik  intervallarla  yanaşı  həyata  keçirilir. 

Protogenetik 

interval 

uşaq 


doğumunun 

tənzimləmə prosesini əks etdirir.  

Yuxarı  yaşlarda  protogenetik  interval  artır.  Bu, 

uşaq  doğumunun  tənzimlənməsinin  güclənməsi 

ilə,  həm  də  yaş  artdıqca  qadınlarda  nəsilvermə 

qabiliyyətinin bir qədər aşağı düşməsi ilə bağlıdır. 

Protogenetik  intervalın  dəyişməsi  hipotetik  nəsil 

üçün  doğum  göstəricilərinə  əks  təsir  göstərir: 

protogenetik  interval  artıqda  –  aşağı  düşür, 

azaldıqda – artır. 

 

PROVAYDER

 (ingiliscə: The Internet service 

provider)  –  öz  server  resursları  və  korporativ 

lokal şəbəkəsi vasitəsilə şəxslərə və ya təşkilatlara 

xüsusi ödəniş hesabına internetə qoşulmanı təmin 

edən xüsusi lisenziyaya malik firmadır. 



 

PUL

  –  1)  bütün  digər  əmtəələrin  ümumi  qəbul 

edilmiş  dəyər  formasını  əks  etdirən,  ümumi 

ekvivalent  rolunu  yerinə  yetirən  xüsusi  əmtəədir. 

Kağız  pul,  sikkə,  bank  hesablarındakı  qalıqlar 

formasında  çıxış  edir;  2)  hər  hansı  xüsusi 

vəzifənin  (tapşırığın)  həll  edilməsi  üçün  iqtisadi 

agentlər  arasında  bağlanan  saziş  formalarından 

biridir. Belə saziş zamanı gəlir ümumi fonda daxil 

olur  və  pul  iştirakçıları  tərəfindən  əvvəlcədən 

müəyyən 


edilmiş 

kvotalara 

uyğun 

olaraq 


bölüşdürülür.  Pulun  funksiyaları  aşağıdakılardan 

ibarətdir: dəyər ölçüsü, tədavül vasitəsi, yığım  və 

qənaət  (saxlama)  vasitəsi,  ödəmə  vasitəsi,  dünya 

pulu.  


 

PUL    VASĐTƏLƏRĐ

  –  məsrəflərin  xüsusi 

maddələrini  (faiz  tarifi  üzrə  risk,  valyuta 

mübadiləsi  ilə  bağlı  risklər  və  s.)  və  ya  alver 

əməliyyatlarının  maliyyələşdirilməsini  ödəmək 

üçün maliyyə vasitəsidir. 

Onlar  əməliyyatların  etibarlılığına  və  pula çevrilə 

bilmə  qabiliyyətinə  zəmanət  olmaqla  və  ya 

zəmanət  olmamaqla  bazarda  sərbəst  dövr  edə 

bilərlər. 

 

PUL  AQREQATI



  –  pul  kütləsinin  həcm  və 

strukturu  göstəricisidir.  Pul  və  pul  vəsaitlərinin 

bir-birindən  likvidlik  səviyyəsinə,  yəni  tez  bir 


 

542 


zamanda  nağd  pula  çevrilə  bilmək  imkanlarına 

görə  fərqlənən  növləridir.  Müxtəlif  ölkələrdə  pul 

aqreqatlarının tərkibi müxtəlif olur. 

 

PUL 



BARATLARI

 

idarə, 


müəssisə, 

təşkilatların  ünvanına  göndərilən  pul  baratları, 

əmək  haqqı  və  müavinətlərin  ümumi  həcmini 

xarakterizə  edir.  Respublika  daxili  və  beynəlxalq 

göndərmələr, 

həmçinin 

daxil 

olmuş 


pul 

baratlarının sayı və ümumi məbləği daxildir. 

 

PUL  BAZARI

  -  əsas  etibarilə  müəssisələrin 

dövriyyə kapitalının, bankların, dövlətin, ayrı-ayrı 

hüquqi 

və 


fiziki 

şəxslərin 

qısamüddətli 

ehtiyatlarının  hərəkətinə  xidmət  edən,  əsasən 

qısamüddətli  (1  gündən  1  ilədək  olan  müddətdə) 

depozit-borc  əməliyyatlarını  həyata  keçirən  borc 

kapitalı bazarının hissəsidir.  Beynəlxalq valyuta-

kredit münasibətlərinin inkişafı ilə əlaqədar olaraq 

beynəlxalq  pul  bazarı  formalaşdırılmışdır  ki, 

bunun  da  əsas  tərkib  hissələrindən  biri  Avropa 

bazarıdır.  Pul  bazarının  əməliyyat  vasitələri  – 

xəzinə 


və 

kommersiya 

vekselləri, 

depozit 


sertifikatları, bank akseptləri və digər hesablaşma 

vasitələrindən 

ibarətdir. 

Kredit 


mexanizmi 

vasitəsilə    pul  bazarında  maksimum  qısa 

müddətlərə iri əməliyyatlar həyata keçirilir.  

 

PUL  BAZASI



  –  pul  kütləsinin  müstəqil 

komponentidir.  Özündə  M0  aqreqatını  (tədavüldə 

olan  nağd  pulları)  üstəgəl  bankların  kassalarında 

olan  pul  vasitələri,  Mərkəzi  Bankda  kommersiya 

banklarının  məcburi  ehtiyatları  və  Mərkəzi 

Bankda  onların    müxbir  hesablarında  olan 

vəsaitləri  birləşdirir.  Pul  bazası  statistikada 

ənənəvi  olaraq  “N”  hərfi  ilə  (məcmu  pul  kütləsi 

M3-dən  fərqli  olaraq)  ifadə  edilir.  Pul  bazası 

ümumi pul kütləsinə müəyyənedici təsir göstərir. 

 

PUL  FORMASINDA  TRANSFERLƏR

  – 


transferin xüsusi halıdır, bu zaman nağd pullar və 

ya  əmanətlər  bir  vahiddən  digərinə,  hər  hansı  bir 

ekvivalent 

almadan, 

təmənnasız 

köçürülür, 

məsələn, ödənilən pensiyalar, təqaüdlər və s.  

 

PUL  ĐSLAHATI



  –  pul  tədavülünün  qaydaya 

salınması  və  möhkəmləndirilməsi  məqsədilə 

həyata  keçirilən,  pul  sistemlərinin  tam  və  yaxud 

qismən  dəyişdirilməsidir.  Pul  islahatı  ölkənin 

iqtisadi vəziyyətindən, milli valyutanın qiymətdən 

düşmə  dərəcəsindən,  dövlətin  siyasətindən  asılı 

olaraq  müxtəlif  metodlarla  həyata  keçirilir.  Belə 

formalara  valyutaların  denominasiyası,  köhnə  pul 

vahidinin əvəzinə yeni pul vahidinin (və ya köhnə 

pul  vahidi  ilə  paralel)  tədavülə  buraxılması,  milli 

valyutanın  devalvasiyası  və  revalvasiyası,  ayrı-

ayrı  pul  nişanlarının  yeni  nümunələrlə  əvəz 

edilməsi və s. aid edilir. Azərbaycanda pul islahatı 

denominasiya  formasında  2006-cı  ilin  yanvar 

ayının 

1-dən 


həyata 

keçirilmişdir 



(“Denominasiya”ya bax). 

 

PUL  KÜTLƏSĐ



  –  müəyyən  tarixə  və  ya 

müəyyən    dövr  ərzində  pulun  hərəkətinin 

kəmiyyət  xarakteristikasıdır.  Tədavülə  buraxılan 

kağız  pulların  (əsginasların)  və  metal  sikkələrin 

cəmidir. 

Beynəlxalq  statistikada  (BMT)  pul  kütləsinin 

cəmində nağd pullardan  başqa, həmçinin depozit 

pullar da nəzərə alınır.  

Beynəlxalq  Valyuta  Fondu  bütün  ölkələr  üçün 

ümumi  olan  M1  göstəricisini  (nağd  pullar  və  çek 

kitabçalarındakı  əmanətlərin  bütün  növləri)  və 

daha  geniş  göstərici  olan  “kvazipul”u  (təcili  və 

əmanət  bank  hesablarını  və  bazarda  dövr  edən 

daha  çox  pula  çevrilə  bilən  maliyyə  vasitələrini) 

hesablayır. 

ABŞ-da və Đtaliyada pul kütləsi 4 əsas göstəriciyə, 

Đngiltərədə 5 göstəriciyə, Đsveçrə və Almaniyada 3 

göstəriciyə, Fransada isə 10 göstəriciyə bölünür.  



 

PUL  KÜTLƏSĐ  AQREQATLARI

  -  pul 

tədavülünün  tənzimlənməsi  məqsədilə  onun 

öyrənilməsinə  yönəldilən  pul  kütləsinin  həcmini 

və strukturunu əks etdirən göstəricilərdir. Məcmu 

pul kütləsi pul kütləsi aqreqatlarından ibarətdir:  

- M0= bank sistemindən kənar nağd pul;  

-  M1=M0+  kommersiya  banklarında  əhalinin  və 

müəssisələrin depozitləri;  

- tələbli əmanət banklarında əhalinin depozitləri;  

-  müəssisə,  təşkilat  və  vətəndaşların  hesablaşma, 

cari və xüsusi hesablarındakı vəsaitləri;  

M2=M1+ 



əmanət 

banklarında 

müddətli 

əmanətlər;  

- M3=M2+ bankların depozit sertifikatları; dövlət 

istiqraz vərəqələri;  

- bankların və dövlətin digər qiymətli kağızları.  

 

PUL 



MULTĐPLĐKATORU

 

 

– 

bank 


ehtiyatlarının  artması  hesabına  dövriyyədə  olan 

pul kütləsinin artırılmasına xidmət edən əmsaldır. 

Aşağıdakı əmsalla hesablanır:  

 

M2 / H = (C + D) / (C + R) = (C / D + 1) / (C / D 



+ R / D), 

 

Burada M2  –  tədavüldə  olan  pul  kütləsi;  H  –  pul 



bazası;  C  –  nağd  pul;  D  –  depozitlər;  R  – 

kommersiya banklarının ehtiyatlarıdır.  

Pul  multiplikatorunun  son  (maksimum  mümkün 

olan)  həddi  kommersiya  bankları  üçün  Mərkəzi 

Bank  tərəfindən  müəyyən  edilmiş  məcburi 

ehtiyatların  əks  tariflərinə  bərabərdir.    Pul 

kütləsinin 

dinamikasına 

nəzarət 

etmək, 


 

543


kommersiya  banklarının  iqtisadiyyata  kredit 

qoyuluşlarının 

genişləndirilməsi 

imkanlarının 

təhlili üçün istifadə edilir. 

 

PUL  NƏZƏRĐYYƏSĐ



  –  pulun  miqdarının 

iqtisadi  sistemin  vəziyyətinə  təsiri  məsələləri  ilə 

məşğul olan istənilən nəzəriyyədir. 

 

PUL  SĐSTEMĐ 



–  ölkədə  tarixən  yaranmış  və 

qanunvericiliklə  təsdiqlənmiş  pul  dövriyyəsinin 

təşkili  formasıdır.  Özündə  aşağıdakı  elementləri 

birləşdirir: a) rəsmi pul vahidini; b) nağd pulların 

emissiya  qaydasını;  c)  pul  dövriyyəsinin  təşkilini 

və  tənzimlənməsini.  Azərbaycan  Respublikasında 

rəsmi  pul  (valyuta)  vahidi  manatdır.  Azərbaycan 

Respublikasının  ərazisində  digər  pul  vahidlərinin 

tətbiqi 

və 


pul 

surroqatlarının 

buraxılışı 

qadağandır. 

 

PUL STANDARTI

 – bir və ya bir sıra ölkələrin 

pul  sistemi  əsasında  ümumi  razılaşma  ilə  qəbul 

edilən  qiymətli  şeylər  və  ya  materiallardır.  Bu, 

bazaya  münasibətdə  pul  vahidlərinin  təminatı 

(tərkibi) 

ilə 


müəyyənləşdirilir. 

Aşağıdakı 

standartlar  fərqləndirilir:  metal  standartı,  qızıl 

standartla  qızıl  külçə  standartı,  qızıl  deviz 

standartı, qızıl valyuta standartı. 

 

PUL  TƏDAVÜLÜ



  –  1)  əmtəələrin  dövr 

etməsinə,  həmçinin  təsərrüfatda  müxtəlif  ödəmə 

və hesablaşmalara xidmət edən pulun hərəkətidir. 

Pul  tədavülü  sferasına  qeyri-nağd  pul  dövriyyəsi 

və  nağd  pulların  tədavülü  ilə  (“Nağd  pul 

dövriyyəsi bax) hədd qoyulur. Pul tədavülünün 

çox    hissəsi  maliyyə  əməliyyatlarının  (qiymətli 

kağızların 

müxtəlif 

növləri 

ilə 


aparılan 

sövdələşmələr,  ssuda    əməliyyatları,  vergi 

ödəmələri  və  s.)  payına  düşür;  2)  istehsal  sferası 

miqyasında  pul  tədavülü  və  ya  pul  dövriyyəsi  – 

təkrar istehsal prosesində pul vasitələrinin hərəkət 

prosesidir. 

Fasiləsiz 

(arasıkəsilmədən) 

pul 

tədavülü  üçün    daima  ehtiyatlara,  xərclərə, 



hesablaşmalara  və  təkrar  istehsal  dövrəsinin  başa 

çatdırılması 

üzrə 

ödəmə 


vasitələrinə 

olan 


müvəqqəti  tələbatı  ödəməyə  avans  vermək  üçün 

dövriyyə vasitələri lazımdır. 

Pul  tədavülünün  iki  növü  mövcuddur.  Birincisi, 

bu, nağd pulların, yəni banknotların və sikkələrin 

tədavülüdür.  Bu  halda  ödəniş  vasitəsi  qismində 

mallar  üçün  bir  subyekt  tərəfindən  digərinə 

verilən  real  pul  nişanları  çıxış  edir.  Đkincisi,  bu, 

nağdsız pul tədavülüdür. O, bank müəssisələrində 

müəyyən  məbləğin  bir  subyektin  hesabına 

keçirilməsindən ibarətdir.   

 

PUL TƏDAVÜLÜ QANUNU

 – tədavül üçün 

zəruri  olan  pulun  miqdarını  müəyyənləşdirən 

iqtisadi  qanundur.  Pul  tədavülü  qanunu  aşağıdakı 

göstəricilər  arasındakı  əlaqəni  əks  etdirir:  pul 

kütləsi, mal və xidmətlərin qiymətlərinin məbləği, 

kredit,    borcların  qarşılıqlı  ödənilməsi,  pulun 

tədavülünün sürəti və s. 

 

PUL  TƏDAVÜLÜNÜN  SÜRƏTĐ 

–    pul 

nişanlarının  tədavül  və  tədiyə  vasitələri  şəklində 

fəaliyyəti  zamanı,  onların  hərəkətinin  intensivlik 

göstəricisidir.  Pul  tədavülünün  sürəti  statistik 

olaraq,  eyni  adlı  pul  vahidlərinin  dövriyyələrinin 

sayı  ilə  və  ya  tədavüldəki  pul  qalıqlarına 

dövriyyənin  nisbəti  bazasında  hesablanan  bir 

dövriyyənin  davamlılığı  ilə  ifadə  olunur.  Pul 

tədavülünün  sürəti  hesablanarkən,  əhalidə  olan 

pul  kütləsindən  nağd-pul  yığımını  ayırmaq  və 

əhali  əmanətlərindən  cari  xərclər  üçün  ayrılan  və 

ona  görə  də  dövriyyədə  olan  hissəsini  nəzərə 

almaq lazımdır. Nağd pul dövriyyəsinin tam əhatə 

olunmasından 

asılı 

olaraq, 


pulların 

bank 

kassalarına  qayıtma  sürəti  (bank  kassalarına 

qayıdan pul məbləğinin tədavüldə olan pulun orta 

illik  kütləsinə  olan  nisbəti)  və    nağd-pul 

dövriyyəsində  pulun  sürəti  (daxil  olan  pul 

məbləğinin  verilən  nağd  pul  məbləğinə  olan 

nisbəti,  poçtun  və  əmanət  kassaları  dövriyyəsinin 

tədavüldə  olan  pulun  orta  illik  kütləsinə  olan 

nisbəti  daxil  olmaqla)  fərqləndirilir.

 

Əmtəə 



dövriyyəsində 

pul 


tədavülünün 

sürəti 


hesablanarkən, 

dövriyyədə 

pul 

nişanlarının 



dəyişməsinin ümumi sayı deyil, yalnız əmtəələrin 

alış-veriş  aktlarının  xidməti  zamanı  onların  sayı 

nəzərə  alınır.  Bu  zaman  pulların  qeyri-əmtəə 

keçidləri 

qonşu 

əmtəə 


metamorfozalarının 

arasındakı  vaxt  dövrünü  (belə  desək,  əvəzçilik 

səmərəliliyini) uzadır. 

 

PUL VAHĐDĐ

 – ölkə pullarının qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  adıdır  (manat,  marka, 

lirə və s.). Pul vahidi milli pul sisteminin elementi 

hesab olunur. Đstifadənin əlverişli olması üçün pul 

vahidi  xırda  proporsional  hissələrə  bölünür. 

Məsələn; 1 manat = 100 qəpik və s.  

 

PUL  VƏ  KVAZĐPUL  VASĐTƏLƏRĐ

  – 

birlik  və  təşkilatların  (o  cümlədən  büdcə,  kredit, 

sığorta 

təşkilatlarının) 

daimi 

təsərrüfat 



dövriyyəsində  olan,  müxtəlif  növ  gəlir  və 

daxilolmalardan  bank  hesablarında  yığılan  və 

onların öz məqsədləri üçün istifadə etdikləri və ya 

bank 


ehtiyatları 

(resursları) 

şəklində 

yerləşdirdikləri  pul  vasitələridir.  Pul  vasitələri 

tamamilə onların sahibinin sərəncamında  olur. Bu 

vəsaitlər  hesabına  əmtəə  və  xidmətlərə  görə 

ödəmələr,  dövlət  büdcəsinə  ödəmələr,  bankların 

ssudalarının 

ödənilməsi, 

əmək 


haqlarının, 

mükafatların    və  s.  verilməsi  həyata  keçirilir.  Pul 



 

544 


vəsaitinin  bir  hissəsi  birliyin,  müəssisənin, 

təşkilatın kassasında nağd formada yığılır. 



Kvazipullar  –  qanuni  ödəmə  vasitəsi  hesab 

edilməyən,  ancaq  öhdəliyin  ödənilməsi  üçün 

istifadə  oluna  bilən,  pula  çevrilmə  qabiliyyətli 

aktivlərdir. 

Beynəlxalq 

Valyuta 


Fondunun 

metodologiyasına  əsasən,  bu  –  təcili  və  əmanət 

bankı hesablarıdır və bazarda dövriyyə edən, daha 

çox  pula  çevrilmə  qabiliyyəti  olan  maliyyə 

vasitələridir.  Müasir  şəraitdə  kvazipullar  -  pul 

kütləsinin  əsas  komponentdir,  onun  ən  dinamik 

artan tərkib hissəsidir. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   135   136   137   138   139   140   141   142   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling