Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- NĐKAH ĐNDEKSLƏRĐ
- NĐKAH KOQORTASI
- NĐKAH SƏVĐYYƏSĐ
- NĐKAH TƏQVĐMĐ
- NĐKAH VƏZĐYYƏTĐ
- NĐKAHA DAXĐL OLMA YAŞI
- NĐKAHDAN ƏVVƏL DÖLLƏNMƏ
NĐKAH ĐNDEKSĐ (HOMOQAMĐYA VƏ QETERQAMĐYA ĐNDEKSLƏRĐ, CƏZB ETMƏ VƏ ĐTƏLƏMƏ ĐNDEKSLƏRĐ) – həyat yoldaşının seçilməsində bu və ya digər əlamətlərinə görə
partnyorların üstünlük dərəcəsinin ölçülməsi üçün tətbiq
edilən demoqrafik göstəricilərdir.
qrupları üzrə nikah partnyorlarının hər hansı bir əlamətə (məsələn, yaşa, milliyyətə, təhsil səviyyəsinə, gəlirin məbləğinə və s.) görə üstünlük səviyyəsini ölçmək üçün tətbiq olunan demoqrafik göstəricidir. Nikah indekslərinin hesablanmasının əsasında, yaranan nikah
501
cütlüyündə ər-arvadın xarakterlərinin faktiki uyğunlaşma tezliklərinin (məsələn, müəyyən millətdən olan
bəy və
gəlinin bir-birinə uyğunlaşması) nikah cütlüyünün təmiz təsadüfi seçilməsi zamanı nəzəri cəhətdən mümkün olan tezliklə müqayisəsi durur. Đlk dəfə nikah indeksləri fransız demoqrafı J.Bertilyon tərəfindən (1882) təklif olunmuşdur. Statistik informasiyanın müxtəlif mənbələrindən istifadə edən bir neçə nikah indeksləri sistemi mövcuddur. Nikahın üstünlüyü olan halda qomoqamiya dərəcəsi (cazibə) bu sistemdə ayrıca kişilər və qadınlar üçün nikahların cari uçotu məlumatları ilə aşağıdakı düsturla müəyyən edilir: ( ) C T L CL AT S − − = ′ ; ( )
T C CL AT S − − = ′′ , burada S’ və S ″ – kişi və qadın üçün müvafiq qomoqamiya indeksləri; L və C – verilən əlamətin baxılan kəmiyyətinə malik nikah bağlayan kişi və qadının sayı (məsələn, verilən təhsil səviyyəsi); A – onlar arasında nikahların sayı; T – nikahların ümumi sayıdır. Hər iki cins üçün qomoqamiya indeksi, adətən, kişi və qadın üçün indekslərin orta həndəsi kəmiyyətləri kimi, aşağıdakı düstur üzrə tanınır: ( )(
L T C T CL CL AT S S S − − − = ′′ ⋅ ′ = Homoqamiya indeksi +1-dən
0-dək, yəni
maksimum üstünlük dərəcəsindən partnyorun verilən xarakteristikasına tam laqeydliyədək dəyişə bilər. Nikah cütlüyü seçilən zaman həmin qrupdan (AT– CL< 0) olan partnyorlarla nikaha mənfi münasibət müşahidə olunursa, onda hər iki cins üçün (a) geteroqamiya indeksi (uzaqlaşma) hesablanır: 1 − = − = CL AT CL CL AT a
Geteroqamiya indeksi 0-dan 1-dək, yəni tam etinasızlıqdan maksimum geteroqamiyayadək, yaxud
həmin qrupdan
olan partnyorların maksimum uzaqlaşmasınadək dəyişə bilər. Nikah indeksləri nikah partnyorlarının üstünlük dərəcəsini yalnız əlamətlərdən birinin təsiri ilə eyni vaxtda nəzərə almağa imkan verir. Bu zaman qomoqamiya və geteroqamiya indeksləri şkalaları öz aralarında müqayisə edilməzdir və hər bir indeksin hesablanması nəticələri yalnız kəmiyyətcə eyni məcmular üçün müqayisəlidir. Nikah indekslərinin qurulması zamanı qəbul edilən həmin qrupun potensial nikah partnyorları arasında kontaktların bərabər ehtimalı haqqında fərziyyə yalnız kiçik məskun yerlərində nikah kontingentləri üçün həqiqətə yaxındır. Buna görə də, nikah indekslərinin məzmunlu interpretasiyası zamanı onların hesablama nəticələrindən istifadə edildikdə, ehtiyatlı olmaq lazım gəlir.
– eyni dövrdə, adətən bir il, yaxud beş il ərzində nikah bağlamış şəxslərin məcmusudur. Nikah koqortası təhlili əsasən nikahda doğumun və nikahın pozulması (boşanma, dul qalma) prosesinin təsvirində və təhlilində tətbiq olunur. Nikah koqortasının bu və ya digər demoqrafik hadisənin baş verməsi tezliyinə nikah
bağlandıqdan sonra
keçən intervaldan asılı olaraq baxılır.
– əhali arasında nikahın yayılma dərəcəsidir. Nikahda ömür uzunluğunun real, yaxud hipotetik nəsildə ümumi ömür uzunluğuna nisbəti ilə ölçülür. Bu nisbətin qiymətləndirilməsi üsulları müxtəlifdir. Ümumi ömür uzunluğu ölüm cədvəlləri üzrə alınır. Nikahda yaşamağın dəqiq illərinin sayını stabil əhalidə nikahda olan son payını bilməklə hesablamaq olar; bu məlumatları nadir hallarda almaq mümkün olduğu üçün, adətən dolayı yolla qiymətləndirmə həyata keçirilir – ölüm
cədvəllərində real əhalinin hər yaşında nikahda olanların payını stasionar əhalinin müvafiq yaş saylarının üstünə qoymaqla. Bu zaman nəzərdə tutulur ki, hər yaşda stasionar əhalinin nikah strukturu həmin dövrün real əhalisinin nikah strukturuna müvafiqdir. Sonra hər yaşdakı nikahda olanların sayını nəslin ilk (çıxış) sayına bölməklə, stasionar əhalidə bir insana düşən nikah həyatı illərinin orta sayı alınır. Əhalinin nikah strukturunda görünən dəyişikliklərin və sıçrayışların olmadığı şəraitdə belə qiymətləndirmə məqbuldur. Lakin nikah strukturu müharibə nəticələrinin güclü təsiri altında olduqda, onlar nikah səviyyəsi haqda düzgün təsəvvür yaratmır. Əhali sayında cinslər arasında nisbət uyğunsuzluğu və son yüz ildə kişi və qadınların ömür uzunluğunun qeyri-bərabər artması nəticəsində kişilərin nikah səviyyəsi bir qədər artmış, qadınların nikah səviyyəsi isə aşağı düşmüşdür. Nikah səviyyəsi nikahsızlığın yayılmasından, birinci nikaha daxil olmadan dul qalmaq və boşanmaq nəticəsində nikahları pozulanların təkrar
nikahlarla kompensasiya olmasının dolğunluğu və müddətlərindən asılıdır. Əhalinin təkrar istehsalının təhlilində reproduktiv yaşda olan qadınların nikah səviyyəsinin böyük əhəmiyyəti var. Bu göstərici nikahda yaşamış illərin sayının reproduktiv yaşda ömrün illərindəki ümumi sayında payı kimi hesablanır. Nikahın doğuma təsiri nöqteyi-nəzərindən, nikah səviyyəsi xüsusi indekslə də qiymətləndirilə bilər:
502
100 49 15 49 15 ⋅ ⋅ = ∑ ∑ x x M x f f W I
burada W M x – stabil (və ya real) əhalidə x-yaşda nikahda olan qadınların payı; f
qadınlar üçün nikahda doğum əmsalıdır.
nikaha daxil olanların bölgüsüdür. Bu termin hipotetik nəslin nikah göstəricilərində real nəsillərdə nikaha daxil olma yaşının dəyişməsinin təsiri altında irəliləmələrin təhlilində tətbiq olunur.
NĐKAH VƏZĐYYƏTĐ
– şəxsin nikah
institutuna qarşı olan vəziyyəti ölkənin ənənələri və hüquqi normaları ilə müəyyən edilir. Nikahın növləri və formalarından asılı olmayaraq, nikahda olanlar və nikahda olmayanlar fərqləndirilir. Monoqam nikahın olduğu şəraitdə nikahda olmayanlar heç vaxt nikahda olmayanlara, dul qalanlara və boşananlara ayrılırlar. Sadalanan nikah vəziyyəti kateqoriyaları əsas sayılır və statistik məlumatların işləmələrində ayrıca seçilir. Nikah, boşanma, dul qalma zamanı şəxsin nikah vəziyyətinin bir kateqoriyadan digərinə keçməsi baş verir. Bu keçidlərin məcmusu əhalinin nikah strukturunun təkrar istehsalı prosesidir və
demoqrafiyada buna “əhalinin təkrar istehsalı” kimi baxılır. Nikah vəziyyətinin sadalanan kateqoriyalardan başqa, bəzi ölkələrin statistikasında nikahda olanlar nikahın növündən və formalarından asılı olaraq bölünür. Belə ki, konsensual (hüquqi cəhətdən rəsmiləşdirilməmiş) nikah və qanuni nikah fərqləndirilir. Bəzi hallarda ayrı yaşayan ər- arvad, həmçinin birinci və ikinci nikahda olanlar da seçilir. Nikah vəziyyətinin kateqoriyaları üzrə əhalinin bölüşdürülməsinin uçota alınması nikahlığın, nikahın pozulması, ailənin formalaşması və inkişafı, həmçinin doğum və ölüm proseslərinin öyrənilməsi üçün zəruridir. Əhalinin siyahıyaalınması zamanı şəxsin nikah vəziyyətini adətən şəxsin özü müəyyən edir. Bu prinsip (yəni sorğuya cavab verənlərin sözlərinə görə) üzrə nikah vəziyyəti müəyyən edilir və bu, sənəddə yazılanlarla üst-üstə düşmür. Nəticədə, müxtəlif mənbələrdən götürülən məlumatların natamam müqayisəsinə gətirib çıxarır.
– minimum nikah yaşıdır, bu yaşdan başlayaraq, qanun və ya adət nikaha daxil olmağa yol verir. Bir çox ölkələrdə nikah yaşı qanunvericiliklə yetkinlik yaşına çatmaq yaşı, nikah bağlayanların psixoloji və sosial yetkinliyi, həmçinin həmin ölkənin adət-ənənələri və s. nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasında Ailə Məcəlləsinə görə, nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunmuşdur. Bir çox ölkələrin qanunlarına görə, nikah yaşı yerli hakimiyyət orqanları, məhkəmə, yaxud qəyyumluq orqanları tərəfindən 1–2 yaş aşağı salına bilər. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə
bilər. Müəyyən olunmuş qaydada nikah yaşı azaldılmış şəxslər nikah
bağladığı vaxtdan
hüquqi səlahiyyətli olurlar. Yetkinlik yaşına çatmamış və nikah yaşı
azaldılmamış şəxs
tərəfindən bağlanmış nikah, onun maraqları bunu tələb etdiyi halda, qeyri-qanuni hesab oluna bilər. BMT-nin Baş Assambleyası 7 noyabr 1962-ci ildə nikah bağlamağa razılıq, nikah yaşı və nikahın qeydə alınması haqqında xüsusi Konvensiya qəbul etmişdir. Konvensiyada BMT üzvü olan dövlətləri qanunvericilik qaydasında minimum nikah yaşını müəyyən etməyə məcbur edən müddəalar var. BMT-nin Baş Assambleyası 3 noyabr 1965-ci ildə BMT üzvü olan dövlətlərdə minimum nikah yaşını 15 ildən aşağı olmayan yaşda müəyyən edən qanunvericilik aktlarının nəşri haqqında tövsiyə qəbul etmişdir. Daha erkən yaşda isə nikah bağlamaq yalnız səlahiyyətli orqanların razılığı əsasında mümkündür.
– nikahın əsas xarakteristikalarından biridir. Fərdin doğulma tarixi ilə nikahın bağlandığı tarixin arasında vaxt intervalı kimi ölçülür (adətən, bütöv illərdə). Nikaha daxil olma yaşı haqda informasiya həm əhalinin siyahıyaalınması və əhalinin müşahidəsi zamanı, həm də demoqrafik hadisələrin cari uçot məlumatları üzrə alına bilər. Birinci halda - siyahıyaalma (müşahidə) anına bütün nikahda olanlar, yaxud əvvəllər nikahda olmuş və bu ana kimi sağ qalanlar üçün alınır və nikaha daxil olma yaşı hər nəsildə bütün yaşayan insanlar üçün müəyyən edilə bilər. Đkinci halda - cari qaydada hər nəsil üçün yalnız həmin ildə bağlanmış nikahlar qeydə alınır və nəsil üzrə nikaha daxil olma yaşını qiymətləndirmək üçün bir sıra illərin məlumatları lazım gəlir. Bundan əlavə, cari qaydada nikahın hüquqi rəsmiləşməsi tarixi, əhalinin siyahıyaalınması (müşahidəsi) zamanı isə çox vaxt ər-arvad həyatının faktiki başlanğıc tarixi göstərilir və yazı sorğu aparılanın sözlərinə əsasən aparıldığına görə, cavablarda adət və ənənələrdə təsbit olunmuş mövcud nikah anlayışı əks oluna 503
bilər ki, bu da məlumatların şərhi zamanı nəzərə alınmalıdır. Nikahın bağlanma tarixi fərdlər üçün nəzərə alındığına görə, demoqrafik təhlildə nikaha daxil olma yaşı həmişə insanlar məcmusu üçün baxılır və bu göstərici onların bölüşdürülməsi, yaxud bu bölgünün ümumiləşdirilmiş xarakteristikası kimi – orta nikaha daxil olma yaşı kimi çıxış edir. Hesablamalar birinci və təkrar nikahlar üçün ayrıca aparılır. Orta nikaha daxil olma yaşı həmin ildə nikaha
daxil olanların yaşlar üzrə
bölüşdürülməsi əsasında, real və hipotetik nəslin nikah cədvəlləri üzrə, əhalinin siyahıyaalma məlumatları üzrə hesablana bilər. Nikaha daxil olma yaşı üzrə bölüşdürmə və orta nikaha daxil olma yaşı ən geniş yayılmış göstəricilərdir. Nikaha daxil olanların orta yaşı bu halda orta hesabi kəmiyyət kimi hesablanır və nəzərdə tutulur ki, x-yaşında nikaha daxil olanın hər biri üçün bu hadisə x-dən x+1 ilədək yaş intervalının ortasına düşür: ∑ ∑
= x x B B x x ) 5 , 0 ( burada x – fərdin nikaha daxil olma yaşı, B x – x-
yaşında nikaha daxil olanların sayıdır. Daha 2 növ orta kəmiyyət hesablanır – median və modal. Median (M e ) aşağıdakı düstur üzrə hesablanır: j j e m m m n j M ∑ ∑ − − + = 1 5 , 0
burada j – yaş intervalının aşağı həddini, bütün nikaha daxil olanların sayının yarısını (medianı) göstərir, n – bu intervalın kəmiyyəti (illərlə), ∑
– bütün nikaha daxil olanların sayı, ∑ −1 j m –
median yaşınadək bütün yaşlarda nikaha daxil olanların sayı, m j – median intervalında nikaha daxil olanların sayıdır.
) aşağıdakı düsturla hesablanır: ) ( ) ( 1 1 1 0 + − − − + − − + = j j j j j j m m m m m m n j M
burada j – yaşın modal intervalının aşağı həddi, n – bu intervalın kəmiyyəti, illərlə, m j – modal intervalda nikaha daxil olanların sayı; m
–
m modaldan əvvəl intervalda nikaha daxil olanların sayı, m
– modaldan sonra gələn intervalda nikaha daxil olanların sayıdır. Müxtəlif növ orta kəmiyyətlərin tətbiqi ilə yanaşı, nikaha daxil olma yaşının təmərküzləşməsi xarakteristikasından istifadə olunur: ən çox birinci (Q 1 ) və üçüncü (Q 3 ) kvartillər hesablanır. Onlar həmin nəsildən (real və hipotetik) nə vaxtsa nikaha daxil olan şəxslərin sayından, müvafiq olaraq, 25% və 75% nikaha daxil olanların yaşını müəyyən edir. Bu göstəricilər ərazi üzrə müqayisə və uzun müddət ərzində nikah dinamikasının təhlili üçün yararlı deyil. Bu məqsədlər üçün nikah cədvəlləri əsasında hesablanmış və yaş strukturundan asılı olmayaraq, real, yaxud hipotetik nəsillərdə nikah bağlama prosesini xarakterizə edən analoji göstəricilər tətbiq olunur. Demoqrafiyada əhalinin siyahıyaalınması məlumatları üzrə ingilis demoqrafı C.Xacnal tərəfindən təklif olunmuş birinci nikaha daxil olmanın orta yaşının təxmini hesablama metodu geniş tətbiq olunur. Hesablama adlanan orta yaş (SMAM – Singulate Mean Age at Marriage) düsturu üzrə hesablanır: 2 100
2 50 ) ( 1500
5 54 50 49 45 49 45 19 15 54 50 49 45 − − − − − − + − + − + ⋅ = ∑ W W W W W x x
burada W x ,
W 45-49
, W 50-54
– x-yaşda nikaha daxil olan şəxslərin payıdır, müvafiq olaraq 45–49 və 50–54 yaş qruplarında. Nikaha daxil olmada kişi və qadınların yaşları geniş şəkildə dəyişir: elə nikahlara rast gəlmək olur ki, ər arvadından çox yaşlı və ya əksinə, arvad kişidən yaşca böyük olur. Lakin bəy və gəlinin yaşlarında uyğunsuzluq kiçikdir, orta hesabla kişi 2–3 yaş böyük olur. Doğumun enib- qalxması, miqrasiya və keçmişdə baş verən digər hadisələr nəticəsində cins-yaş strukturundakı güclü deformasiyalar zamanı bəy və gəlinlərin bəzi nəsillər üçün konyunkturası pisləşir və azsaylı
nəsillərdə nikah
partnyorlarının çatışmaması daha gənc və daha yaşlı nəsillər hesabına əvəz olunur. Xüsusi müşahidələrdən alınan “Đdeal” adlanan nikaha daxil olma yaşı nikaha dair sosial-psixoloji göstərişi birtərəfli xarakterizə edir. “Đdeal” nikaha daxil olma yaşının kəmiyyəti haqda məlumatların azlığı və onun real kəmiyyətdən kənarlaşması göstərir ki, cavan yaşda nikahlar üstünlük təşkil edən ölkələrdə “ideal” nikaha daxil olma yaşı real yaşdan yüksəkdir, nisbətən gecikmiş nikahlar üstün olan ölkələrdə isə realdan aşağıdır. Təhsil səviyyəsi aşağı olan qadınlar arasında “ideal” nikaha daxil olma yaşı realdan yüksəkdir, təhsil səviyyəsi yüksək olduğu halda isə real yaşdan az fərqlənir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşını 1 ildən çox olmayaraq azalda bilər.
qadının nikahdan əvvəl uşağa qalmasıdır. Nikah 504
qeydə alındıqdan sonra 9 aydan tez uşaq doğulmasının bütün halları statistikada nikahdan əvvəl döllənməyə aid edilir. Yəni, yalnız hüquqi
əvvəl
doğuşlar ayrılmır. Nikahdan əvvəl
döllənmənin yayılma dərəcəsi sosial-mədəni xüsusiyyətlərdən asılıdır və buna görə də dünya ölkələri, müxtəlif xalqlar və əhalinin müxtəlif qrupları üzrə fərqlənir. Seksual əxlaqın
liberallaşması ilə nikahdan əvvəl döllənmə nəticəsində doğuşların payı artır, xüsusilə də kontrasepsiya mədəniyyəti yüksək olmadıqda. Nikahdan əvvəl döllənmə çox vaxt nikaha girməni stimullaşdırır. Deməli, ərdə olmayan qadınlar tərəfindən döllənmiş uşaqların bir hissəsi nikah dövründə doğulur. Lakin hesab edilir ki, bu nikahlar daha çox boşanmaya məruz qalır.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling