Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet129/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   125   126   127   128   129   130   131   132   ...   183

NƏSĐL 

– (I) - 1) müəyyən dövrdə (əksər hallarda 

təqvim  ilində),  o  cümlədən  eyni  bir  ildə  doğulan 

insanların  məcmusudur.  Real  nəsli  təşkil  edən 

yaşıdların məcmusu və hipotetik nəsli təşkil edən 

müxtəlif  yaşda  olub,  eyni  dövrdə  yaşayanların 

məcmusu  bir-birindən  fərqləndirilir;  2)  ər-arvad 

cütlüyündən  törəyən  nəsil  və  ya  qohumluq 

dərəcəsinə görə ər-arvad cütlüyünün məcmusudur. 

Nəzərə  almaq  lazımdır  ki,  bu  cütlüyün  özü 

(valideynlər) sıfır dərəcəli nəsil, onların uşaqları - 

birinci  nəsil,  nəvələri  –  ikinci  nəsil  və  sair  hesab 

edilirlər; 3) nəsil budağı - düz xətt üzrə iki qohum, 

yəni ümumi kökdən törəyənlər (ana-qız və ya ata-

oğul)  arasında  qohumluq  əlaqəsinin  müəyyən 

mərhələsidir.  Doğuşlar  arasındakı  vaxt  fasilə  ilə 

ölçülür.  Demoqrafiya  statistikasında  ayrı-ayrı 

adamlar və ya ailələr deyil, bütövlükdə insanların 

məcmusu əsas götürüldüyündən, bu mənada nəsil 

yalnız  orta  göstərici  ola  bilər  və  valideynlərin 

müəyyən  məcmusunun  doğulması  ilə  bütün 

uşaqların  doğulması  arasındakı  orta  müddət  kimi 

müəyyən  edilir.  Bu  zaman  kişi  və  qadın  nəslinin 

orta uzunluğu fərqləndirilir.  

(II) -  bir valideyndən, yaxud ulu babadan (ümumi 

ata-babadan)  törəmiş  insanların  məcmusudur. 

Adətən,  demoqrafiyada  bir  koqortaya  məxsus 

anaların, yaxud ər-arvad cütlüyünün məcmusunun 

nəsli  öyrənilir.  Doğumun  öyrənilməsi  zamanı 

“nəsil”  termini  bəzən  həmin  koqortadan  olan 

qadında,  yaxud  ər-arvadın  reproduktiv  dövrünün 

sonuna doğulan uşaqları ifadə etmək üçün istifadə 

olunur. 

 

NƏSĐLVERMƏ  DÖVRÜ



  –  qadın  həyatının 

faktiki uşaq doğma dövrüdür. Reproduktiv yaşdan 

çıxmış,  yəni  50  və  yuxarı  yaşlı  qadınlar  üçün 

müəyyən  edilmir.  Kəmiyyətcə  nəsilvermə  dövrü 

son  uşağı  doğduğu  zaman  qadının  yaşı ilə  birinci 

uşağı  doğduğu  yaş  arasındakı  fərqdir.  Qadınlar 

koqortası  üçün  nəsilvermə  dövrü  yalnız  orta 

hesabla müəyyən edilə bilər. 

 

NƏSĐLVERMƏ  QABĐLĐYYƏTĐ

  –  qadının, 

kişinin, nikah cütlüyünün döllənməyə və diri uşaq 

doğmağa  bioloji  qabiliyyətidir.  Uşaq  doğma 

qabiliyyəti ilə faktiki uşaq doğma fərqləndirilir və 

uşaq doğma doğulan uşaqların sayı ilə xarakterizə 

olunur.  Nəsilvermə  qabiliyyəti  ər  və  arvadın 

genetik 

xüsusiyyətlərindən 

və 

sağlamlıq 



vəziyyətindən,  nikahda  ər-arvadın  xasiyyətlərinin 

tutmasından 

asılıdır. 

Qadının 


nəsilvermə 

qabiliyyəti  döllənmə,  dölün  saxlanması  və  diri 

uşağın 

doğulması 



ilə, 

kişinin 


nəsilvermə 

qabiliyyəti  –  mayalanma  ilə  xarakterizə  olunur. 

Ayrılıqda normal nəsilvermə qabiliyyəti olan bəzi 

ər-arvadda  müntəzəm  cinsi  əlaqələr  olduqda, 

kontrasepsiya 

tədbirləri 

görülmədən 

bioloji 


uyuşmazlıq səbəbindən döllənmə baş vermir.  

Fərdi  nəsilvermə  qabiliyyəti  genişdir,  lakin  o, 

nadir  hallarda  tam  reallaşır.  Bioloji  növ  kimi, 

insanın  orta  nəsilvermə  qabiliyyəti  ömrü  ərzində 

10–12  diri  doğuş,  yaxud  12–15  hamiləlik  (ölü 

doğuşlar 

və 

qeyri-ixtiyari 



abortlar 

nəzərə 


alınmaqla)  təşkil  edir.  Faktiki  isə  nikahın 

məhsuldarlıq  göstəricisi  15  yaşdan  50  yaşadək 

nikahda  olan  ömür  ərzində  8  diri  doğuşdan  çox 

olmur.  


Demoqrafik  tədqiqatlarda  nəsilvermə  qabiliyyəti 

doğumun və reproduktiv əxlaqın amillərindən biri 



 

497


kimi 

öyrənilir. 

O, 

uşaq 


doğumunu 

məhdudlaşdırmayan  əhali  qruplarında  doğum 

göstəriciləri  və  sonsuzluğun  yayılma  göstəriciləri 

üzrə qiymətləndirilir. 

Hər  bir  faktiki  doğum  göstəricilərinə  əsaslanan 

qiymət 


nəsilvermə 

qabiliyyətinin 

həqiqi 

səviyyəsini  azaldır.  Birincisi,  bütün  xalqlarda 



cinsi  və  nikah  əxlaqını  tənzimləyən  qanun  və 

ənənələr  var.  Đkincisi,  bəzi  xəstəliklər  (vərəm, 

malyariya,  zöhrəvi  xəstəliklər  və  s.)  nəsilvermə 

qabiliyyətini  aşağı  salır.  Üçüncüsü,  bütün  xalqlar 

az dərəcədə olsa da, kontrasepsiya metodlarından, 

yaxud süni abortlardan istifadə edir. 

Uşaq  doğumuna  qabiliyyət  gənclərdə  nikah 

bağlamaq  və  ailə  qurmaq  üçün  tam  iqtisadi 

müstəqilliyə çatdıqdan əvvəl yaranır. Buradan da, 

nikaha  qədər  cinsi  əlaqələrlə  və  nikahsız 

hamiləliklərin  qabağını  almaqla  bağlı  mürəkkəb 

problemlər  yaranır.  Digər  tərəfdən,  qadınlarda 

nəsilvermə  qabiliyyəti  50  yaşa  yaxın  qurtarır  və 

bu da faktiki uşaq doğumunun bitməsinə nisbətən 

gec baş verir. 

Demoqrafların  nəsilvermə  qabiliyyətinə  marağı 



reproduktiv  göstərişlərin,  onların  reallaşması 

motivləri 

və 

planlarının 



sosial-demoqrafik 

tədqiqatlarının 

inkişafı 

ilə 


bağlı 

artmışdı. 

Nəsilvermə  qabiliyyəti  haqda  məlumatlar  sorğu 

yolu  ilə,  anketlərə  müvafiq  sualları  daxil  etməklə 

alınır.  

 

NƏSLĐN  ƏMƏK  POTENSĐALI

  –  əhalinin 

əmək  fəallığının  ümumi  iqtisadi-demoqrafik 

xarakteristikasıdır.  Verilmiş  ölüm  səviyyəsi  və 

əmək  fəallığı  səviyyəsində  iqtisadi  fəal  əhali 

tərkibində  həmin  nəslin  yaşamalı  olan  əmək 

həyatının orta insan-il sayı ilə ifadə olunur. 

Gələcək  əmək  həyatının  maksimal,  hipotetik, 

potensial 

və 

real 


uzunluğu 

fərqləndirilir. 

Maksimal uzunluq dedikdə, iş dövrünün yuxarı və 

aşağı  hüdudları  arasındakı  illərin  sayında  olan 

fərq  başa  düşülür.  Hipotetik  uzunluq  isə  əmək 

fəallığının  cins-yaş  səviyyələri  nəzərə  alınmaqla, 

həmin  fərqdir.  Gələcək  əmək  həyatının  potensial 

uzunluğu – iş dövrünün yuxarı və aşağı hüdudları 

arasında illərin sayıdır (həmin əhalinin yaş ölümü 

səviyyəsinə  düzəliş  edilməklə).  Gələcək  əmək 

həyatının  real  uzunluğu  –  həmin  əhalinin  həm 

əmək fəallığının yaş səviyyələri, həm də ölüm yaş 

səviyyələri uçota alınmaqla, iş dövrünün yuxarı və 

aşağı hüdudlarındakı illərin sayıdır. 

Gələcək  əmək  həyatının  maksimal  və  real 

uzunluğu  arasındakı  fərq  əmək  potensialının 

ümumi  itkilərinin  səviyyəsini  verir,  onların  bir 

hissəsi verilmiş əhali ölümünün yaş səviyyələri ilə 

(əmək  potensialının  mütləq  itkiləri),  bir  hissəsi  – 

əmək  fəaliyyətinin  yaş  səviyyələri  ilə  (əmək 

potensialı ehtiyatı) şərtlənir. 

Əmək  potensialı  itkilərinin  strukturundan  asılı 

olaraq,  onun  təkrar  istehsalının  bir  neçə 

mərhələləri  seçilir.  Birinci  mərhələyə  əmək 

qabiliyyətli  kontingentin  vaxtından  əvvəl  ölümü 

hesabına  itkilər  üstünlük  təşkil  edir,  son 

mərhələdə  isə  əmək  potensialı  ehtiyatı  (təhsil 

müddətinin  uzadılması,  daha  tez  pensiyaya 

çıxmaqla  əlaqədar  məhsuldar  əmək  fəaliyyətinin 

dayandırılması). 

 

NƏSLĐN  KƏSĐLMƏSĐ  ARDICILLIĞI

  – 


doğulanların  müəyyən  çıxış  cəminin  ömür 

uzunluğu 

üzrə, 

yəni 


ölüm 

yaşı 


üzrə 

bölüşdürülməsidir.  Nəslin  kəsilməsi  ardıcıllığı  ya 

verilmiş  yaş  intervalında 

τ

d

x

  ölənlərin  say  sırası 

(“Ölüm  cədvəlləri”nə  bax),  ya  da  sağ  qalanların 

say sırası l

x

, yəni doğulanların əvvəlki cəmindən x 

yaşadək  sağ  qalmış  şəxslərin  payı  ilə  təsvir 

olunur.  Göstərilənlərin  hər  ikisi  ekvivalentdir, 

çünki 

τ

d

x

=l

x

–l

x+τ

.  Nəslin  kəsilməsi  ardıcıllığı 

göstəriciləri 

əsasında 

doğulanların 

verilmiş 

cəminin (nəslin) istənilən digər ölüm  göstəriciləri 

hesablana bilər. 

Müasir  demoqrafiya  ədəbiyyatlarında  nəslin 

kəsilməsi 

ardıcıllığı 

daha 


geniş, 

ölüm 


intensivliyinin  yaşdan  asılılıq  kimi,  az  istifadə 

olunan  “ölüm  qanunu”,  yaxud  “ölüm  rejimi” 

terminlərinin  sinonimi  kimi,  ingilis  mortality 

pattern,  yaxud  mortality  schedule  terminlərinin 

(və 


başqa 

dillərdə 

onların 

analoqlarının) 

ekvivalenti kimi başa düşülür. 

 

NƏSLĐN  SÜRƏKLĐLĐYĐ 

  qızları  doğduğu 

vaxt  anaların  (qadın  nəslinin  uzunluğu)  və  ya  

oğulları  doğulduğu  vaxt  ataların  (kişi  nəslinin 

uzunluğu)  orta  yaşıdır.  Əhalinin  artım  tempi  və 

nəsillərin əvəz edilməsi səviyyəsi arasında asılılığı 

xarakterizə 

edən, 

əhalinin 



təkrar 

istehsalı 

göstəricilərdən  biridir.  Nəslin  sürəkliliyi  nisbətən 

sabit  kəmiyyətdir  və  aşağıdakılardan  ibarətdir: 

qadın  nəslinin  sürəkliliyi  –  təxminən  27-28  yaş, 

kişi nəslinin sürəkliliyi 31-33 yaş. 

 

NƏSLĐN  UZUNLUĞU

  –  valideynlərin  və 

onların  uşaqlarının  nəsillərini  ayıran  orta  vaxt 

intervalıdır.  Nəslin  uzunluğunun  düz  (birbaşa)  və 

dolayı  hesablama  metodları  fərqləndirilir.  D ü z  

metod 

real 


nəsil 

sxeminə 


əsaslanır 

və 


valideynlərin  orta  yaşı  ilə  uşaqlarının  orta  yaşı 

arasında fərqi müəyyən edir. Alim Y.S.Ulitski bu 

metodun  aşağıdakı  modifikasiyalarını  ayırıb: 

valideynlərlə 

bütün 

uşaqları 



arasında; 

valideynlərlə ortancıl uşaq arasında; valideynlərlə 

böyük,  yaxud  kiçik  uşaq  arasında;  ata  ilə  nəsli 

davam etdirən oğulları arasında (kişi xətti); ata ilə 

ortancıl  uşaq  arasında  (kişi  xətti);  ata  ilə  böyük, 

yaxud  kiçik  qızı  arasında  (qadın  xətti).  Təhlilin 



 

498 


konkret  məqsədlərindən  asılı  olaraq,  nəslin 

uzunluğu  düz  metod  üzrə  bu  və  ya  digər 

hesablamanın  nəticələri  kişi  və  qadın  xətləri  üzrə 

mühüm dərəcədə fərqlənə bilər. 

Demoqrafik  təhlil  praktikasında  real  nəsillərin 

demoqrafik tarixini bərpa etmək mürəkkəb olduğu 

üçün,  dolayı  metod  daha  geniş  yayılmışdır  və 

hipotetik  (şərti)  nəsil  sxeminə  əsaslanır.  Nəslin 

uzunluğunun  hesablanmasının  dolayı  metodunu 

1920-ci  ildə  stabil  əhali  nəzəriyyəsini  işləmiş 

A.Lotka  təklif  etmişdi.  Stabil  əhalinin  modelinin 

vacib xüsusiyyəti təkrar istehsalın netto əmsalı R

0



stabil  əhalinin  təbii  artım  əmsalı  r  və  nəslin 



uzunluğu  (T)  arasında  funksional  asılılıqdır:  R

0

  = 



e

Rt

,  burada  e  –  natural  loqarifmlərin  oturacağıdır. 

Buradan nəslin uzunluğu bərabərdir:  

r

nR

T

0

1



=

Lotka  göstərdiyi  kimi,  nəslin  uzunluğu  həmçinin 



hipotetik  nəsildən  olan  anaların  və  onların 

uşaqlarının 

doğulması 

arasındakı 

intervalda 

yaşların orta sayına bərabərdir: 



=



w

w

dx

x

f

x

l

dx

x

f

x

xl

T

0

0



)

(

)



(

)

(



)

(

 



burada l(x) – x yaşında sağ qalanların sayı, f(x) – 

yaş  üzrə  doğum  funksiyasıdır.  Stabil  əhali 

modelində  real  əhalinin  yaş  strukturunun  təsiri 

kənar  edildiyi  üçün,  real  və  model  əhalidə  nəslin 

uzunluğu  əhalinin  artım  potensialı  kəmiyyəti 

qədər fərqlənir. 

Nəslin  uzunluğunu  müəyyən  etmək  üçün  başqa 

cəhdlər  də  edilmişdi.  Belə  ki,  ingilis  statistiki 

L.Konnor  1926-cı  ildə  nəslin  uzunluğunu  orta 

nikah  yaşı  üstəgəl  orta  atalıq  yaşı  kimi 

hesablamağı  təklif  etmişdi;  son  kəmiyyət  orta 

ailədə uşaqların orta sayıdır. Ailədə uşaqların sayı 

və  nəslin  uzunluğu  ilə  əhalinin  orta  artım  tempi 

arasındakı asılılıq aşağıdakı kimi müəyyən edilir: 

0

B

B

T

=

 

burada və B



0

 – cari və bazis dövrlərində ailədə 

uşaqların sayıdır. 

 

NƏŞRĐYYAT



  –  1)  əsas  fəaliyyət  sahəsi 

müəllifə sifariş verilməklə və ya müəllifin  sifarişi 

ilə  nəşriyyat  məhsullarının  hazırlanması,  istehsalı 

və  yayımından  ibarət  olan  ixtisaslaşmış  fəaliyyət 

sahəsidir;  2)  çap  məhsullarının  hazırlanması  və 

buraxılmasını  həyata  keçirən  müxtəlif  mülkiyyət 

formalı 

müəssisələrdir. 

Öyrənilən 

nəşriyyat 

aşağıdakı  növlərə  bölünür:  buraxılan  nəşriyyat 

məhsullarının  növləri  üzrə  -  kitab  və  broşüraları 

(kitabçaları) buraxan kitab nəşriyyatları; kitablarla 

(broşüralarla)  yanaşı,  jurnal  buraxan  kitab-jurnal 

nəşriyyatları;  bütün  məsələlər  və  bütün  qrup 

oxucular  üçün  buraxılan  ədəbiyyatın  tərkibinə  və 

təyinatına görə  - universal nəşriyyatlar; müəyyən 

oxucu  qrupu  və  ya  müəyyən  elm  sahəsi  üçün 

ədəbiyyat  buraxan  ixtisaslaşdırılmış  nəşriyyatlar. 



Statistik  hesabatlarda  aşağıdakı  göstəricilər 

öyrənilir:  adların  sayı,  nüsxəsi,  vərəq-şəkillərin 

çap sayı, vərəqlərdə həcmi və s. 

 

NƏŞRĐYYAT  MƏHSULU

  –  çap  üsulundan 

və  formasından  asılı  olmayaraq,  nəşriyyatların 

(naşirlərin)  sifarişi  ilə  istehlakçı  üçün  nəzərdə 

tutulan kitab, risalə, albom, plakat, buklet, açıqca, 

elektron  nəşrlər  və  digər  nəşriyyat  məhsullarının 

məcmusudur.  

 

NƏTĐCƏLƏR  (MALĐYYƏ  ĐLĐNDƏ)

  – 


gəlirlər  və  xərclər  arasındakı  fərqdir.  Maliyyə 

ilinə  görə  nəticələr,  həmçinin  ilin  əvvəlinə  və 

sonuna 

öz 


xüsusi 

kapitalının 

dəyişməsi 

kəmiyyətinə  bərabərdir.  Çox  vaxt  bu  kəmiyyətin 

miqdarını ilkin təhlilsiz müəyyən etmək  mümkün 

deyildir,  xüsusən  də  əgər  öz  xüsusi  kapitalının 

miqdarına  birbaşa  təsir  göstərən  əməliyyatlar 

nəticələrdə öz əksini tapmırsa. 

 

NƏZARƏT

  –  (I)  –  dövlət  orqanlarının 

qanunçuluğun  və  hüquq  qaydalarının  təmin 

edilməsi  üzrə  fəaliyyətinin  formalarından  biridir. 

Məhkəmə,  konstitusiya  nəzarəti  və  inzibati 

nəzarət  növləri  bir-birindən  fərqləndirilir. Müəllif 

nəzarəti nəzarətin xüsusi formasıdır. 

(II)  -  hüquqi  vahidlər  arasında  qarşılıqlı 

asılılıqdır.  Aşağıdakı  hallarda  bir  hüquqi  vahid 

digər  hüquqi  vahidə  birbaşa  və  ya  dolayısı  ilə 

nəzarət etmək hüququna malikdir:  

a)  şirkətin  abunə  üzrə  buraxdığı  səhmdar 

kapitalının böyük hissəsinə malikdir; 

b)  müəssisənin  buraxdığı  səhmlər  üzrə  böyük  səs 

çoxluğuna malikdir;  

c) müəssisənin müdiriyyətinin, idarə heyətinin  

və  ya  işinə  nəzarət  orqanının  üzvlərinin  yarıdan 

çoxunu təyin edə bilir. 

 

NƏZARƏT MÜŞAHĐDƏSĐ



 – başa çatdırılmış 

müşahidənin  yoxlanması  məqsədi  ilə  aparılan 

statistik  müşahidədir.  Bu  müşahidə,  bir  qayda 

olaraq, 


başdan-başa 

deyil, 


seçmə 

və 


ya 

monoqrafik olur. 

 

NƏZƏRĐ  ELASTĐKLĐK  ƏMSALI

  –  digər 

amillərin  təsirindən  azad  olmuş,  hər  bir  ayrıca 

faktorun dəyişməsinə istehlakçıların reaksiyasının 

ölçüsüdür. 

Empirik 

elastiklik 

əmsalı 

hesablamalarının 



bütün 

sadəliyində 

və 


 

499


interpretasiyasında 

(izahında) 

ciddi 

çatışmazlıqlara  malikdir.  Belə  ki,  bütün  digər 



amillərin  təsirindən  təcrid  edilir.  Bu  çatışmazlıq 

nəzəri  adlanan  Allen-Bouli  elastiklik  əmsalı 

düsturu  ilə  həll  edilmişdir.  O  reqressiyanın 

çoxamilli bərabərliyinə əsaslanır: 

 

x

i

i

y

x

y

E

=



 

 

burada  E



i

  -  x


i

  amilindən  tələbin  elastiklik 

əmsalını;  ′   -  birinci  törəmə  funksiyası  (xətti 

reqressiya üçün o reqressiya əmsalına bərabərdir); 



i

x

i amilinin orta qiyməti; 



x

y

nəticə əlamətinin 

bərabərləşdirilmiş  qiymətinin  orta  qiymətdir 

(təcrübədə 



y

y

x

 



bərabərliyi 

hesablamanı 

sadələşdirir). 

      



NĐKAH

  (demoqrafiya  statistikasında)  –  ərlə 

arvadın    hüquq  və  vəzifələrini  ifadə  edən  kişi  və 

qadının  ailə  qurmaq,  nəsil  davam  etdirmək 

məqsədilə  bağlanan  könüllü  və  bərabərhüquqlu 

ittifaqıdır.  Çox  vaxt  bu  ittifaq  təsərrüfat-məişətə 

uyğun  olur  və  ər-arvad  eyni  ailənin  və  ya  ev 



təsərrüfatının  tərkibinə  daxil  olurlar.  Azərbaycan 

Respublikasında  ədliyyə  orqanları  tərəfindən 

qeydə  alınmış  nikah,  demoqrafik  hadisənin  cari 

uçotunun  statistik  müşahidə  obyekti  kimi  xidmət 

edir.  Ədliyyə  orqanları  tərəfindən  nikahın 

bağlanması,  nikahın  pozulması,  doğum  və  ölüm 

haqqında yazılan aktlar ilkin uçot sənədləri sayılır 

(“Vətəndaşlıq  vəziyyəti  aktları”na  bax).  Əhalinin 

siyahıyaalınmasında  və  xüsusi  müayinələrdə 

nikah  vəziyyəti,  onun  bağlanma  və  pozulma 

tarixlərinə  dair  suallara  verilən  cavablar  sənəd 

tələb  etmədən,  sorğu  edilir:  uçot  obyekti  kimi, 

qeydiyyat faktından asılı olmayaraq, hər hansı bir 

davamlı  ittifaq  qəbul  edilir.  Yəni  nikahlara  dair 

müxtəlif 

mənbələrdən 

alınan 

məlumatların 



müqayisəliliyi, 

qeydə 


alınmamış 

ittifaqların 

yayılmasından asılı olur. 

 

NĐKAH  CƏDVƏLLƏRĐ

  –  bir  sıra  məcmuya 

mənsub olan insanların nikah bağlamaq vaxtlarını 

xarakterizə  edən  kəmiyyətlərin  qaydaya  salınmış 

ardıcıllığıdır.  Nikah  cədvəlləri,  əhalinin  yaranmış 

yaş strukturundan asılı olmayaraq, yaranmış nikah 

prosesinin  təsvirini  verməyə,  əhalinin  müxtəlif 

qruplarında müqayisə aparmağa, proseslərin daxili 

qanunauyğunluqlarını  təhlil  etməyə  və  onun 

xarakterik 

xüsusiyyətlərini 

aydınlaşdırmağa 

imkan verir.   

Đnsanların  əvvəlki  nikah  vəziyyətində  olmalarının 

və  yalnız  müəyyən  bir  nikah  sıraları  və  ya  bütün 

nikahlar  və  nikah  vəziyyətlərinin  ayrı-ayrı 

kateqoriyalarının 

uçotu 

nikah 


cədvəllərinin 

ümumi  və  xüsusi  cədvəllərə  ayrılmasına  əsas 

verir.  Hər  bir  yaş  səviyyəsinin  nikahlarına  vahid 

məcmu kimi baxılırsa və ya cütlərin müəyyən bir 

əlamətinə (xüsusiyyətinə) görə bir neçə məcmuya 

ayrılırsa, 

onda 

nikah 


cədvəlləri 

sadə 


və 

təbəqələşdirilmiş  cədvəllərə  bölünür;  ancaq  nikah 

və ya nikah və ölüm təsiri baxımından asılı olaraq 

–  təmiz  və  kombinə  edilmiş;  yaş  intervalının 

kəmiyyətindən asılı olaraq – tam (birillik) və qısa 

cədvəllərə bölünür. 



 

NĐKAH  DAĐRƏSĐ

  –  mümkün  olan  nikah 

partnyorlarının 

məcmusudur. 

Nikah 

dairəsi 


(cəmiyyəti) 

qanunvericilik 

və 

mənəvi-etik 



normalar  sistemi  ilə,  həmçinin  partnyorların 

sosial-iqtisadi 

vəziyyəti, 

onların 


şəxsi 

keyfiyyətlərinin xüsusiyyətləri ilə müəyyən edilir. 

Nikah dairəsini müəyyən edən ünsiyyət sisteminə 

fərdi 


şəxsiyyətlərarası 

əlaqələrdən 

başqa, 

həmçinin  nikah  cütlüyünün  seçimi  də  daxil  ola 



bilər.  Monoqam  nikah  şəraitində  nikah  dairəsinə 

formal  olaraq  nikahda  olan  şəxslər  daxil  deyil. 

Lakin 

boşanma 


azad 

olduqda, 

ər-arvad 

cütlüyünün  bəzi  hissəsi  həmin  nikah  vəziyyəti 

kateqoriyasından  olan  şəxslər  arasında  seçilir. 

Qanunla,  yaxud  adətlərlə  nikahı  qadağan  edilmiş 

şəxslərə  potensial  nikah  partnyoru  kimi  baxmaq 

olmaz.  Bəzi  cəmiyyətlərdə  nikah  dairəsi  sosial, 

milli, dini maneələrlə məhdudlaşır; onların aradan 

qaldırılması  nikah  dairəsinin  genişlənməsinə 

səbəb  olur.  Nikah  dairəsinin  hüdudları  və 

tərkibinin dəyişməsinə həmin şəxsin yaşı çox təsir 

göstərir.  

 

NĐKAH ƏMSALLARI

 – nisbi kəmiyyətlərdir, 

nikah  bağlamanın  tezliyini  əks  etdirir;  müəyyən 

dövr  ərzində  bağlanmış  nikahların  sayının,  yaxud 

nikah  bağlayan  kişilərin  (qadınların)  sayının 

nikaha daxil ola bilən müvafiq əhali sayına, yaxud 

insanların  məcmusuna  nisbəti  kimi  hesablanır. 

Nikahların sayının, yaxud nikah edənlərin sayının 

hansı  məcmu  ilə  müqayisə  edilməsindən  asılı 

olaraq, fərqləndirilir. 

Ü m u m i   nikah  əmsalları  –  müəyyən  ərazidə  və 

müəyyən dövr üçün nikahların sayının bu ərazinin 

orta  əhali  sayına  nisbətidir.  Nikah  əmsalları 

dinamikası  nikaha  müxtəlif  amillərin,  həmçinin 

əhalinin  yaş  strukturunun  təsirini  əks  etdirir. 

Ümumi  nikah  əmsalları  beynəlxalq  müqayisələr 

üçün 


yararlı 

deyil, 


çünki 

əhalinin 

yaş 

strukturundan  və  nikahlıq  vəziyyətindən  (ölkələr 



üzrə  nikahların  bağlanma  tezliyi  eyni  olduqda, 

nikah  əmsalları  xeyli  fərqlənir  –  əhali  tərkibində 

uşaqların  payı  çox  olan  ölkələrdə  ümumi  nikah 

əmsalları  əhali  tərkibində  uşaqların  payı  kiçik 

olan  ölkələrə  nisbətən  aşağı  olur);  nikahların 


 

500 


bağlanma  və  pozulma  şərtlərini  müəyyən  edən 

qanunlardan; 

hər 

ölkədə 


statistik 

uçotun 


xüsusiyyətlərindən  (statistika  həmin  ölkənin 

qanunvericiliyinə  müvafiq  bağlanmış  nikahları 

uçota  alır  və  adətlərə,  yaxud  dini  qanunlar  üzrə 

bağlanmış 

nikahları 

nəzərə 


almır, 

nəzərə 


alınmayan  faktiki  nikahların  payı  müxtəlif 

ölkələrdə fərqlidir) asılıdır. 

Uşaqların  payında  olan  fərqlərin  nikah  əmsalları 

kəmiyyətinə  təsirini  aradan  qaldırmaq  üçün 

nikahların  sayını  bütün  əhali  ilə  deyil,  nikah 

qabiliyyətli  yaşda  olan  əhali  ilə  müqayisə  etmək 

düzgün olardı. Bu, xüsusi nikah əmsalıdır: 

+

=



16

P

B

k

 

burada B – il ərzində nikahların ümumi sayı; P



16+

 

–  nikah  qabiliyyətli  yaşda  olan  əhalinin  sayıdır. 



Bu  göstəricinin  sonrakı  dəqiqləşdirilməsi:  nikah 

qabiliyyətli  yaşda  olan  əhalinin  sayından  nikah 

qabiliyyətli əhalinin ayrılmasıdır (kişi və qadınlar 

üçün ayrı-ayrı müəyyən edilir): 



b

P

B

k

+

=



16

 

burada  B  –  il  ərzində  nikahların  ümumi  sayıdır; 



b

P

+

16



  –  subay,  dul  və  boşananların  sayı.  Bu 

göstərici  beynəlxalq  müqayisələr  üçün,  həmçinin 

həmin 

ölkədə 


nikahın 

dəyişməsinin 

xarakteristikası  üçün  yararlıdır,  lakin  ölkələr  üzrə 

nikah  qabiliyyətli  əhalinin  yaş  tərkibində  olan 

fərqləri nəzərə almır. 

Yaş  nikah  əmsalları  –  müəyyən  yaşda  nikah 

bağlamış  şəxslərin  sayının  həmin  yaşda  nikah 

qabiliyyətli  əhalinin  sayına  nisbətidir.  Bütün 

nikahlıq  vəziyyətində  olan  şəxslər  üçün,  həm  də 

hər  bir  nikahlıq  vəziyyəti  üçün:  subay,  dul, 

boşananlar üçün hesablana bilər. Bu növ əmsallar 



nikah  cədvəllərinin  hesablanması  üçün  əsasdır. 

Çox  vaxt  xüsusi  yaş  nikah  əmsalları  heç  vaxt 

nikahda  olmayanlar  üçün  (birinci  nikahların  yaş 

əmsalları)  və  dul  və  boşananlara  ayırmadan 

nikahda  olanlar  üçün  (təkrar  nikahların  yaş 

əmsalları) hesablanır. Əhalinin strukturu haqqında 

informasiya siyahıyaalmada əldə edildiyindən, bu 

əmsalların 

qurulması 

yalnız 


əhalinin 

siyahıyaalınmasına 

yaxın 

olan 


illər 

üçün 


mümkündür. 

70-ci  illərin  sonunda  nikahın  təhlili  üçün  yaş 

nikah  əmsallarından  istifadə  olunmağa  başladı  və 

müəyyən yaşda nikah saylarının (bütün və birinci) 

həmin  yaşda  əhalinin  ümumi  sayına  nisbəti  kimi 

hesablanırdı. 

Bütün 

sadalanmış 



yaş 

nikah 


əmsalları,  adətən,  hipotetik  əhali  üçün  qurulur; 

real əhali üçün lazımi informasiya olmadığı üçün, 

bu göstərici daha az hesablanır. 

Yekun  nikah  əmsalları  –  müəyyən  nəslə  aid  olan 

insanların  ömür  boyu  ölümün  və  nəslin  sayını 

dəyişdirən  başqa  səbəblərin  olmadığı  şəraitdə 

bağlanan  nikahların  şərti  orta  sayıdır.  Yaş  nikah 

əmsallarının  cəmi  müəyyən  cins  üçün  16  yaşdan 

69  yaşadək  hesablanır.  70  yaşdan  sonra  bağlanan 

nikahlar  əvvəlki  yaş  qrupuna  aid  edilir.  Yekun 

nikah əmsalları 1 nəfər hesabında müəyyən edilir. 

O,  hamısı  üçün  ümumi  əmsal  kimi,  həm  də 

birinci,  ikinci,  yaxud  bütün  təkrar  nikahlar  üçün 

ayrıca  hesablana  bilər.  Real  nəsil  üçün  yekun 

nikah  əmsalları  verilmiş  nəsildə  nikahların 

bağlanması  tezliyini  ümumən  xarakterizə  edir. 

Onun  kəmiyyətinə  həm  nikahsızlığın,  həm  də 

təkrar nikahların yayılması təsir edir; nikaha daxil 

olma  yaşı  onun  kəmiyyətində  özünü  göstərmir. 

Nikahın təhlili zamanı yekun əmsal “nikaha daxil 

olmanın orta yaşı” göstəricisi ilə yaxşı uyğunlaşır. 

Sonuncu  göstərici  yekun  əmsal  əsasında  mütləq 

rəqəmlərə  nisbətən  daha  dəqiq  müəyyən  edilir, 

çünki əhalinin yaş strukturunun təsiri kənar edilir. 

Birinci  nikahların  yekun  əmsalı  birinci  nikaha 

daxil  olan  nəslin  payını  xarakterizə  edir.  Onun 

birədək  tamamlanması  nikahsızlıq  səviyyəsini 

göstərir.  Təkrar  nikahların  yekun  əmsalı  həmin 

nəsildə  təkrar  nikahların  yayılma  tezliyini 

xarakterizə edir. Hipotetik əhali üçün yekun əmsal 

həmin  təqvim  dövründə  nikahların  bağlanması 

tezliyini xarakterizə edir. Onun kəmiyyətinə nikah 

səviyyəsindən  başqa,  nikah  bağlayanların  yaş 

strukturu  və  real  əhalinin  nikah  təqvimi  təsir 

göstərir.  Bu  amillərin  hipotetik  əhalinin  yekun 

nikah  əmsallarına  təsiri  ona  gətirib  çıxarır  ki, 

birinci  nikahların  yekun  əmsalı  təklikdən  yuxarı 

olur  (əgər  həmin  anda  nikahlar  artmış,  yaxud 

cavan yaşlı tərəf irəliləmiş olarsa). Hipotetik nəsil 

üçün  birinci  nikahların  yekun  əmsallarının  çox 

aşağı səviyyəsi  nikahın azalmasından xəbər verir. 

Bu  proseslərin  təhlili  real  və  hipotetik  nəsillərin 

xarakteristikalarına 

kompleks 

yanaşıldıqda 

mümkündür. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   125   126   127   128   129   130   131   132   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling