Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- NĐKAHIN BRUTTO-MƏHSULDARLIĞI (SƏMƏRƏLĐLĐYĐ)
- NĐKAHIN DAVAMĐYYƏTĐ
- NĐKAHIN MƏHSULDARLIQ DÖVRÜ
- NĐKAHIN NETTO-MƏHSULDARLIĞI
- NĐKAHIN POZULMASI (BOŞANMA)
- NĐKAHIN POZULMASI CƏDVƏLLƏRĐ
- NĐKAHIN STRUKTURU
NĐKAHDAN KƏNAR DOĞUŞ – nikahdan kənar doğuşlarla nəticələnən doğuşun bir hissəsidir. Doğuşların ümumi sayında nikahdan kənar doğuşların payı ilə, nikahdan kənar doğuş əmsalı (“Doğum əmsalları”na bax), yaxud indekslərlə (“Demoqrafik indekslər”ə bax)
ölçülür. Əgər nikahdan kənar doğuş haqqında məlumatlar müxtəlif mənbələrdən alınırsa, onda nikahda, yaxud
nikahdan kənar
doğuş anlayışlarının traktovkası nöqteyi-nəzərindən, onların tutuşdurula bilməsinin mühüm əhəmiyyəti var. Xüsusən doğuşların cari uçotu zamanı ananın nikahda olmasının hüquqi traktovkası (göstəricinin surəti üçün informasiya) adətən əhalinin siyahıyaalınmasındakı traktovkası ilə (göstəricilərin məxrəci üçün informasiya) üst-üstə gəlmir. Bu isə nikahdan kənar doğuş əmsallarının onun intensivliyinə tam uyğun gəlmədiyini göstərir. Nikahdan kənar doğuş
səviyyəsi əhalinin matrimonial və
reproduktiv davranışından asılıdır. Eyni zamanda, ona ölkənin qanunları və milli statistika praktikası təsir göstərir. Bir qayda olaraq, nikahdan kənar doğuş səviyyəsi nikahdakı doğumdan xeyli aşağıdır.
(SƏMƏRƏLĐLĐYĐ) – nikahlı doğuşların orta sayıdır, reproduktiv dövrün sonunadək nikahın dayandırılması mümkünlüyünü uçota almadan hesablanır (“Nikahın məhsuldarlığı”na bax).
DAVAMĐYYƏTĐ
– nikahın bağlanması anından bu və ya digər demoqrafik hadisənin (nikahın cari davamiyyəti) müşahidəsi, yaxud başlanması anınadək, yaxud nikahın dayandırılması (son
nikahın davamiyyəti) anınadək davamını xarakterizə edən kəmiyyətdir. Adətən, il ilə (nadir aylarla) real və ya hipotetik nikah koqortası üçün orta nikahın davamiyyəti kimi ölçülür. Hüquqi və faktiki nikahın davamiyyəti fərqlənir, onlardan birincisi hüquqi nikahın, ikincisi – faktiki nikahın xarakteristikasıdır (nikahın qeydə alınmasınadək nikahlıq həyatının dövrü daxil ola bilər). Nikahın pozulması zamanı faktiki nikahın davamiyyəti, bir qayda olaraq, hüquqi nikahdan az olur, çünki nikahın faktiki pozulması onun hüquqi rəsmiləşdirilməsindən qabaq olur.
Konsensual nikaha (hüquqi rəsmiləşdirilməyən) yalnız faktiki nikahın davamiyyəti xasdır. Hər hansı bir şəxsin bütün nikahlarının müddəti cəmdə onun nikahda olan ümumi müddətini təşkil edir. Demoqrafiyanı faktiki
nikahın davamiyyəti maraqlandırır. Lakin nikahlıq həyatının faktiki başlanmasını təyin etmək çətin olduğu üçün, adətən, hüquqi nikahın davamiyyətinə baxılır. Nikahın
davamiyyəti haqda
informasiya mənbələri əhalinin siyahıyaalınması və xüsusi müşahidələr, həmçinin demoqrafik hadisələrin cari uçotu materiallarıdır. Bu mənbələrin məlumatlarına əsasən, nikahın davamiyyəti siyahıyaalma, yaxud qeydiyyat zamanı nəzərə alınan nikahın bağlama tarixi və siyahıyaalma (müşahidə) tarixi arasında fərq kimi hesablanır. Nikahın davamiyyəti həmçinin nikahın dayandırılması cədvəlləri, dullaşma cədvəlləri və boşanma cədvəlləri əsasında hesablana bilər. Son nikahın davamiyyəti kəmiyyətinin dəyişməsi ər- arvadın yaş fərqindən asılıdır. Çünki bu fərq artdıqca ər-arvadın birinin ölümü, yaxud boşanma nəticəsində nikahın dayandırılması ehtimalı artır. Birinci nikahların orta son müddəti təkrar nikahlara nisbətən çoxdur. Boşanma nəticəsində dayandırılan nikahlar üçün o, ər-arvadın birinin ölümü ilə dayandırılan nikahlara nisbətən azdır. Son nikahın davamiyyəti nikahın dayandırılmasını və onun
əhalinin təkrar
istehsalı üçün
əhəmiyyətini xarakterizə edən əsas göstəricilərdən biridir. Demoqrafik tarixin xeyli dövrü ərzində orta son nikahın davamiyyəti kəmiyyəti demək olar ki, sabit olmuş, demoqrafik inqilabın gedişində isə orta ömür uzunluğunun artması ilə xeyli artmışdır. Lakin boşanmaların artması bu göstəricinin azalmasına səbəb olmuşdu. Nəticədə, müasir şəraitdə nikahın davamiyyəti göstəricisi təqribən 100-150 il əvvəl olduğu səviyyədədir.
– ər-arvad cütlüyündə
tamamlanmış sayı əsasında doğumu xarakterizə edən göstəricidir; nikah koqortasında (real və hipotetik) bir nikaha düşən doğulan uşaqların orta sayı kimi hesablanır. Nikahın məhsuldarlığı doğum göstəricilərindən çıxış edərək müəyyən edilir, göstəricilər nikahın 505
müddət şkalası üzrə həm onun dayandırılması uçota alınmaqla – nikahın brutto-məhsuldarlığı, həm də bu amil nəzərə alınmaqla – nikahın netto-
Brutto N.m.: ∫ ⋅
ω 0 ) ( dz z F F
burada F(z) – z-uzunluğunda olan nikahlarda uşaq doğuşunun tezliyidir. Netto N.m.: ∫ ⋅
= dz z P z F F ) ( ) ( 0 burada
P(z) –
nikahın saxlanması ehtimalıdır. Nikahın məhsuldarlığı həm koqortanın bütün nikahları üçün, həm də onların hər hansı bir hissəsi üçün hesablana bilər. Məsələn, qadının, yaxud kişinin nikah bağladığı zaman yaşından, həmçinin ər-arvadın yaşlarının kombinasiyasından asılı olaraq. Nikahın məhsuldarlığı birinci və təkrar nikahlar üçün ayrıca hesablana bilər. Real nikah koqortası üçün nikahın məhsuldarlığı həm cari müşahidə metodu ilə, həm də retrospektiv sorğu yolu ilə anamnestik metodla müəyyən edilir. Lakin sonuncu halda müşahidə anınadək ölənlər (yaxud getmişlər) hesaba düşmür. Bu da nəticəni təhrif edə bilər, əgər ölüm (yaxud miqrasiya) doğumla korrelyasion bağlıdırsa. Netto nikahın məhsuldarlığına ölüm və boşanma səviyyələri mühüm təsir göstərir. Nikahın məhsuldarlığının qiyməti erkən
nikahlarda uşaq
doğuşuna ailədaxili məhdudlaşdırma olmadıqda və sonsuzluq səviyyəsi aşağı olduqda, bir nikaha 11-12 doğum, gecikmiş nikahlar üçün
isə çox
aşağı kəmiyyətlərədək düşür. Nikahın məhsuldarlığı – ərdə olan qadınlar üçün hesablanmış doğum cədvəllərinin yekun
göstəricilərindən biridir; doğumun təhlili zamanı geniş tətbiq olunur, lakin onun hesablanma metodikasına həmişə ciddi riayət olunur.
– nikah bağlandığı vaxtla sonuncu doğuş arasında olan intervaldır. Doğum olmadıqda (infertil nikah) nikahın məhsuldarlıq dövrü sıfıra bərabər sayılır. Real nikah koqortası üçün nikahın məhsuldarlıq dövrü son uşağın doğulması anına olan nikahın orta müddətinə bərabərdir (“Nikahın məhsuldarlığı”na bax).
– bir nikaha reproduktiv dövrün sonunadək düşən nikah doğumlarının nikahın pozulması nəzərə alınmaqla hesablanmış orta sayıdır.
- ər-arvaddan birinin ölməsinin (dul qalması) və ya nikah birliyinin dağılmasının nəticəsidir. Hüquqi nikah üçün nikahın pozulması, nikahın qüvvədən düşməsi təsdiq olunduqdan sonra baş verir. Demoqrafiya statistikasında nikahın pozulmasını xarakterizə edən göstəricilər sistemi mövcuddur.
– ər-arvadın arzusu ilə, ölkənin qanunları və ya adətlərinə uyğun
olaraq, nikahın dayandırılmasıdır. Azərbaycan
Respublikasında nikahın pozulması qaydası Ailə Məcəlləsi ilə tənzimlənir. Nikahın pozulması ər-arvaddan biri və ya hər ikisi tərəfindən verilən ərizə üzrə ədliyyə orqanlarında məhkəmə qaydasında həyata keçirilir. Nikahın pozulması haqqında məlumatlar
qeydiyyatı kitabında qeydiyyatdan keçirildikdən sonra
pozulmuş sayılır. Nikahın pozulması haqqında akt tərtib edilir ki, bu da hüquqi sənəd və eyni zamanda statistik uçotun ilkin sənədi sayılır (“Vətəndaşlıq vəziyyəti aktları”na bax).
– ər-arvadın ölümü, yaxud boşanma nəticəsində nikahların hər hansı məcmusunda vaxt keçdikcə onların
pozulmasını xarakterizə edən kəmiyyətlərin nizamlanmış ardıcıllığıdır. Nikahın pozulması prosesini qarşılıqlı əlaqədə olan göstəricilər sistemi növündə göstərən bu prosesin rəqəmli modelidir. Nikah koqortasının strukturundan və
konkret əhalinin digər xüsusiyyətlərindən asılı olmayaraq, bu cədvəllərin əsas təyinatı nikahın pozulması prosesinin və boşanma və dul qalmanın müqayisəli təhlilidir. Onlar
həmçinin əhalinin nikah və
ailə strukturunun proqnozu üçün də tətbiq oluna bilər. Nikahın pozulması cədvəlləri birinci nikahlar üçün çıxma demoqrafik cədvəldir; koqortanın onun üzvləri tərəfindən təkrar nikah bağlanması nəticəsində dolması nəzərə alınmır. Cədvəllər adətən nikahın müddəti şkalası üzrə qurulur. Demoqrafik cədvəlin kökü müəyyən yaşda olan nikah bağlamış kişi və qadınların sayıdır. Nikah bağlayanların yaşlarının müxtəlif olması mümkün olduğundan, nikahın
pozulması cədvəlləri fərqlənir: ümumi – nikah bağlayanların bütün yaşları üçün və xüsusi cədvəllər sistemi – müxtəlif nikaha daxil olma yaşları üçün. Birinci halda nəzərdə tutulur ki, bütün bəy və gəlinlərin yaşları çox vaxt eynidir, onlar müvafiq nikaha daxil olan kişi və qadınların orta yaşına yaxındır; ikinci halda cədvəllər yaş qrupları və bəy və gəlinlər üçün bu qruplarda yaş şkalasına görə ən geniş yayılmış birləşmələr üzrə qurulur. Adətən
506
nikah müddətinin intervalı 1 il olan tam cədvəllər qurulur. Nikahın pozulması cədvəllərinin çıxış göstəriciləri – ərin öldüyünə görə (q m y ) nikahın y-ildə pozulmasının müstəqil ehtimalları; arvadın
ölməsinə görə (q f y ) və boşanmaya görə (q d y ). Bu
səbəblərin heç olmasa birinin nəticəsində nikahın pozulmasının ümumi ehtimalı: ) 1
1 )( 1 ( 1
y f y m y y q q q q − − − − = . Əsas funksiyaları aşağıdakılardır: nikahın verilmiş ilində ərin ölmək ehtimalı; nikahın verilmiş ilində arvadın ölmək ehtimalı; nikahın verilmiş ilində boşanma ehtimalı; nikahın verilmiş ilində nikahın pozulmasının ümumi ehtimalı; nikahın verilmiş ilində qalmaqda olan nikahların sayı U
ümumi sayı d y =U y+1 –U y ; nikahın verilmiş ilində pozulmuş nikahların sayı aşağıdakılara görə: ərin ölməsinə y m y y m y q q d d = ; arvadın ölməsinə y f y y f y q q d d = ; boşanmaya y d y y d y q q d d = ; nikahın gözlənilən müddəti: ∑ ∑ ∑ − = − = − = ⋅ + = 1 0 1 0 1 0 0 : 5 , 0 ω ω ω y y y y y y u d y d d e
burada ω - nikahın son müddətidir və bu müddətə koqortada bütün nikahlar mövcud olmur. Bəzən digər göstəricilər də hesablanır, məsələn, hər bir səbəbdən, yaxud bütün səbəblərdən birlikdə pozulanadək nikahda yaşamış insan-ilin sayı; hər bir səbəbə görə verilmiş ilə pozulmuş nikahların payı və s. Nikahın pozulması cədvəllərini qurmaq üçün çıxış məlumatlar kimi ölüm cədvəllərindən müvafiq göstəricilər götürülür, nikahların pozulması nəzərə alınırsa, onda boşanma cədvəllərindən də istifadə olunur. Lakin bütün məlumatlar lazımi həcmdə və qruplaşmada bütün ölkələrdə olmadığı üçün, bu cədvəllər nisbətən nadir hallarda tutulur.
– nikahın vəziyyəti üzrə əhalinin bölgüsünü göstərir. Nikahın strukturu üzrə
məlumat mənbəyi
əhalinin siyahıyaalmaları hesab edilir. Nikah strukturuna aşağıdakı kateqoriyalar daxildir: nikahda olanlar, o cümlədən faktiki nikahda olanlar; nikahda heç vaxt olmayanlar; dullar; boşanmışlar; ayrılmışlar.
– ərdə olan qadınlar üçün tərtib olunmuş doğum cədvəlləridir.
– əhalidə nikah
(ər-arvad) cütlüyünün yaranması prosesidir; ona birinci və təkrar nikahlar daxildir. Dul qalma və boşanma prosesləri ilə əhalinin nikah strukturunda təkrar istehsalını müəyyən edir. “Nikah bazarında” vəziyyətdən, nikah dairəsinin formalaşmasından, nikah seçiminin olmasından asılıdır. Nikahlıq sosial-demoqrafik proses olmaqla, sosial-mədəni normalarla şərtlənir və tənzimlənir. Hüquqi, sosial, iqtisadi və digər aspektləri var. Nikahlığın demoqrafik əhəmiyyəti onun əhalinin təkrar istehsalı ilə sıx əlaqəsindədir. Nikahlıq doğumun, ailənin formalaşması və əhalinin ailə strukturunun dəyişməsinin mühüm demoqrafik amilidir. Demoqrafiyada nikahlıq əsasən reproduktiv yaşlar çərçivəsində öyrənilir və bu zaman kişilərin nikahlığından daha çox qadınların nikahlığı götürülür. Nikahlıq prosesinin əsas
kəmiyyət xarakteristikaları: hər nəsildən nikah bağlayan şəxslərin payı və nikah bağlamayan şəxslərin payı (nikahsızlıq); birinci nikah bağlayanların yaşı; boşanmadan sonra və dul qaldıqdan sonra təkrar nikah bağlayan şəxslərin payı (boşanma və dul qalma dərəcəsi); boşanma (dul qalma) ilə təkrar nikah arasındakı interval. Nikah üstünlüyü və “nikah bazarında” vəziyyət nikahlıq indeksi və digər göstəricilərlə verilir. Nikahlıq prosesinin ölçüləri sırasında nikah əmsalları daha çox yayılmışdır, bütün əhali arasında (ümumi nikahlıq əmsalları) və nikah qabiliyyətli əhalinin ayrı-ayrı qrupları arasında (xüsusi nikahlıq əmsalları) nikah bağlamanın intensivliyini, həmçinin müəyyən vaxt
anında əhalinin nikah strukturunun xarakteristikalarını göstərir. Bu göstəricilər nikahlığı dolayı yolla təsvir edir; düzgün ölçü nikah cədvəllərinin köməyi ilə mümkündür. Nikahların formalaşması və dayandırılması üzrə bütün proseslər kompleks şəklində əhalinin nikah strukturunun təkrar istehsalında əks olunur. Nikah səviyyəsinə həmin cəmiyyətdə hakim olan dəyərlər, hüquqi amillər, xüsusən də hüquqi normalarda həmin cəmiyyətdə müəyyən edilmiş minimum nikah yaşı təsbit edilməsi – müxtəlif ölkələrin qanunvericiliyində 12-14 yaşından 21- 22 yaşadəkdir; boşanmalara yol verilməsi və onların prosessual cəhətdən mürəkkəbliyi təsir edir. Nikahlıq səviyyəsinə həmçinin dini normalar da təsir göstərir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin statistik emalı nəticələri, əhalinin siyahıyaalınması və xüsusi yoxlamaların nəticələri nikahlıq haqqında informasiya mənbəyidir. Siyahıyaalmalarda və yoxlamalarda insanın həmin ana nikah vəziyyəti və bütün nikah bioqrafiyası haqqında informasiya özünün müəyyən etmə prinsipi əsasında alınır və bu hadisələrin hüquqi
507
sənədlərdə əks olunduğu kimi, üst-üstə gəlməyə bilər. Bu uyğunsuzluq nə qədər çox olarsa, bir o qədər siyahıyaalma və yoxlama nəticələrini bir tərəfdən və cari uçot məlumatlarını digər tərəfdən müqayisə etmək çətinləşir. Əvvəllər nikahlıq göstəriciləri sistemi xeyli dərəcədə müxtəlif statistik mənbələrdən birgə istifadəyə əsaslanırdı. Başqa sosial və mədəni normaları olan ölkələrdə nikahlıq haqqında informasiya genişləndikcə, nikahlığın təhlili bir mənbədən siyahıyaalma və yoxlama zamanı
alınan məlumatlara istiqamətlənir. Ölkələr arasında, bəzən isə bir ölkə içərisində əhali qrupları arasında sosial-mədəni fərqlər müqayisəni çətinləşdirir. Bu, bir çox inkişaf edən ölkələrdə nikahlığın zəif öyrənilməsi ilə daha da ağırlaşır. Nikahlığın məskunlaşma əlaməti (şəhər, kənd), təhsil səviyyəsi, əməyin xarakteri üzrə fərqlənmə qeyd olunur. Bu fərqlər cüzi olur və təhsilin müddəti və sosial yetkinlik yaşının digər amilləri ilə bağlıdır. Sənaye cəhətdən inkişaf etmiş və inkişaf edən ölkələrdə nikahlıq böhranlar müddətlərində aşağı düşməklə, iqtisadi konyunkturadan asılılığını göstərir. Həmçinin nikah bağlama intensivliyinin mövsümi enib-qalxması da mövcuddur. Bu da kənd
təsərrüfatı işləri
və dini
təqvimin xüsusiyyətləri ilə bağlıdır. NĐKAHSIZ DOĞUŞ – doğuşun bir növüdür. Azərbaycan Respublikasında doğuşlar o vaxt nikahsız sayılır ki, uşağı doğulan şəxslər öz aralarında nikah qeydiyyatında olmasınlar. Belə hallarda uşaqlarının doğum haqqında qeydiyyat aktında uşağın atası valideynlərin birgə verdikləri ərizəyə, atanın ərizəsinə və ya məhkəmənin çıxartdığı qərara görə göstərilir. Nikahsız doğuşlar doğuşun ümumi sayında bir hissə kimi, nikahsız doğuş əmsalı və ya indeksi ilə ölçülür. Əgər nikahsız doğuşlar haqqında məlumatlar müxtəlif mənbələrdən alınırsa, onda nikah anlayışının və nikahlı və ya nikahsız doğuşun şərhi nöqteyi- nəzərindən onların müqayisəsi vacib olur. Xüsusi hallarda, əgər ananın nikah vəziyyətinin hüquqi şərhi, doğuşun cari uçotu zamanı, məsələn, əhalinin siyahıyaalınmasındakı şərhi ilə nikah vəziyyətində olma faktı üst-üstə düşmürsə, onda bu, nikahsız doğuş əmsalının, onun həqiqi səmərəliliyinin qeyri-adekvatlığına gətirib çıxarır. Bir qayda olaraq, nikahsız doğuşların səviyyəsi nikahlı doğuşların səviyyəsindən xeyli aşağı olur.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling