Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- MÜHƏRRĐKĐN GÜCÜ
- MÜQAVĐLƏ QĐYMƏTĐ
- MÜQAYĐSƏ EDĐLƏN
- MÜQAYĐSƏ OLUNAN MƏHSULLAR
- MÜLKĐ TĐKĐNTĐDƏN DÖVRĐYYƏ
- MÜLKĐYYƏT
- MÜRƏKKƏB QĐYMƏTLƏNDĐRMƏ
- Nisbət
- MÜSABĐQƏ YOLU ĐLƏ SATINALMA (SÖVDƏLƏŞMƏ)
- MÜSTƏSNA MALĐYYƏLƏŞDĐRMƏ
- MÜŞAHĐDƏ PROQRAMI
MÜHASĐBAT UÇOTUNUN QAYDA VƏ PRĐNSĐPLƏRĐ – mühasibat uçotunun əsas prinsipləri aşağıdakı qaydada qruplaşdırıla bilər: - ilkin çıxış nöqtəsi: fəaliyyətin fasiləsizliyi və maliyyə illərinin bölüşdürülməsi (ayrılması); - baza vəziyyəti: ehtiyatlılıq prinsipi, metodların daimiliyi, tarixi dəyər, hər bir il üçün giriş balansı keçən ilin yekun balansına uyğun olmalıdır, əhəmiyyətlilik konsepsiyası və
ödəmənin olmaması.
– mühərrikin məhsuldarlığını (vaxt vahidində faydalı işini) xarakterizə edən göstəricidir. Mühərrikin enerji itkisinin tam uçota alınması nöqteyi-nəzərindən, konstruktiv mühərrik gücü müəyyənləşdirilir və bununla yanaşı, nəzəri (mühərrikdə enerji itkisi nəzərə alınmadan), indikator (yalnız istilik itkisi nəzərə alınmaqla), səmərəli gücləri və yaxud mühərrikin işlək valındakı gücü (istilik və mexaniki itkilər nəzərə alınmaqla) bir-birindən fərqləndirilir. Yüklənmə imkanına görə yüklənmiş mühərrik gücü ayrılır. Yüklənmiş mühərrik gücü normal güclə (normal güc sayılır və mühərrik maksimum səviyyədə işləyir), maksimum qısamüddətli güclə (yalnız qısa müddətdə qəza təhlükəsizliyi olan inkişaf edən mühərriklərlə) və maksimum uzunmüddətli güclə (uzun müddətdə qəza
təhlükəsizliyi olan
inkişaf edən
481
mühərriklərlə) xarakterizə olunur. Həm də pasport adlanan
səmərəli uzunmüddətli maksimal mühərrik gücündən mühərrikin tətbiqini xarakterizə etmək üçün istifadə edilir. Mühərrikdən faktiki istifadə onun istismar gücünü xarakterizə edir. Buraya
aiddir: güc
stansiyalarında (qovşaqlarında) quraşdırılmış, bütün mühərriklərin hesablanmış uzunmüddətli maksimal güclərinin cəmindən ibarət olan
dayanan aqreqatların gücü çıxıldıqdan sonra, qalan quraşdırılmış gücə bərabər sərəncamda olan güc; öyrənilən dövr ərzində mühərriklə artan ən yüksək güc, pik (zirvə) gücü; mühərrikin müəyyən dövrdə işlədiyini göstərən, gücün orta kəmiyyətini xarakterizə edən (istehsal edilən enerjinin mühərrikin faktiki işlədiyi müddətə bölünməsi ilə hesablanır), faktiki orta güc; enerji istehlakçılarının mühərriklərinə və
yaxud mühərriklər sisteminə (güc
stansiyalarına, şəbəkələrinə) qoşulmuş güclərin cəmini göstərən qoşulmuş güc; bu dövrdə istifadə edilmədən qalmış ehtiyat güc. MÜXTƏLĐF QORUYUCU VASĐTƏLƏR- DƏN ĐSTĐFADƏ EDƏN ƏHALĐNĐN SAYI (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) - müxtəlif qoruyucu vasitələrdən istifadə edənlərin sayı – hamiləliyə qarşı bu və ya digər qoruyucu vasitələrdən istifadə edən (özü və ya cinsiyyət tərəfdaşı) qadınların sayıdır. Adətən, belə məlumatlar rəsmi və yaxud mülki nikahda olan 15-49 yaşlı qadınlar barəsində toplanır. Rəsmi və yaxud mülki nikahda olan və müayinənin gedişində özlərinin (və yaxud cinsi tərəfdaşlarının) qoruyucu vasitələrdən istifadə etmələri haqqında məlumat verən 15-49 yaşlı qadınların sayı müayinə ilə əhatə edilmiş bu yaş qrupunda olan bütün qadınların sayına bölünür (bunun tətbiqi mümkün olduqda, eynilə ailə vəziyyətinə). MÜXTƏLĐF QORUYUCU VASĐTƏLƏRĐ TƏTBĐQ EDƏNLƏR ARASINDA PRE- ZERVATĐVLƏRDƏN ĐSTĐFADƏ EDƏN- LƏRĐN SAYI (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) - 15-49 yaşlarında rəsmi və yaxud mülki nikahda olan və qoruyucu vasitə kimi prezervativlərdən istifadə edən qadınların sayının özləri və yaxud partnyorları tərəfindən hamiləliyin qarşısını alan bu və ya digər vasitələrdən istifadə edən, müvafiq yaş qrupları üzrə bu və ya digər kəbin ittifaqında olan qadınların sayına nisbətini əks etdirir. Rəsmi və yaxud mülki nikahda olan və hamiləliyin qarşısını almaq üçün qoruyucu vasitələrdən (onların digər qoruyucu vasitələrdən istifadə edib-etməmələrindən asılı olmayaraq) istifadə etmələri haqqında məlumat verən 15-49 yaşlı qadınların sayı bu və ya digər nikah formasında olanların özləri və yaxud cinsiyyət tərəfdaşları tərəfindən hər hansı bir qoruyucu vasitədən istifadə edən 15-49 yaşlı qadınların ümumi sayına bölünür. Bu göstərici rəsmi və ya mülki nikahda olan və ya özləri, ya da onların cinsiyyət tərəfdaşları tərəfindən qoruyucu vasitələrdən istifadə edən 15- 49 yaşlı qadınların sayının, müvafiq müayinələrə məruz qalan bu yaş qrupunun (və nə vaxt ki bu, oxşar nikah statusuna tətbiq edilə bilər) qadınlarının ümumi sayına nisbəti üzrə faiz payında ifadə olunan qoruyuculardan istifadənin yayılma göstəricisi ilə eyni qiymətə malik deyildir.
Əhalinin hansı hissəsinin qoruyucu vasitələrdən istifadə etməsindən asılı olmayaraq, əgər onlardan 10%-i prezervativdən istifadə edirsə, bu göstərici 10%-ə bərabər olacaqdır. Əgər baxılan göstəricidən yalnız qoruyucu vasitələrdən istifadənin monitorinqi üçün istifadə edilirsə, o, bu zaman başqa cür müəyyən edilir və hesablanır. Belə hallarda rəsmi və yaxud mülki nikahda olan və hamiləliyin qarşısını almaq üçün əsas qoruyucu vasitə kimi prezervativdən istifadə etmələri haqqında məlumat verən 15-49 yaşlı qadınların sayı göstərilir.
razılaşan tərəflərin qarşılıqlı öhdəliklərini, həmçinin müqavilənin pozulmasına görə sanksiyaları özündə əhatə edən müqavilədir, razılaşmadır (çox vaxt yazılı); 2) mülki hüquqda iki və daha çox şəxs (fiziki və ya hüquqi) arasında mülki hüquq və vəzifələrin (istiqraz, alqı-satqı, podrat və s.) müəyyən edilməsi, dəyişdirilməsi və dayandırılmasına dair razılıqdır. Müqavilə yazılı və notarius tərəfindən təsdiq edilmiş formada ola bilər. Đştirakçıların sayından asılı olaraq, ikitərəfli və çoxtərəfli olur. Müqaviləyə görə, bir tərəf üçün yalnız hüquq, digər tərəf üçün isə yalnız vəzifə öhdəliyi yarandıqda, müqavilə birtərəfli, hər iki tərəf üçün həm hüquq, həm də öhdəlik yarandığı hallarda müqavilə ikitərəfli adlanır. Müqavilənin bəzi növləri (məsələn, yaşayış evlərinin alqı-satqı müqaviləsi) dövlət
orqanlarında qeydiyyata məxsusdur. Təsərrüfat və digər müqavilələrin nümunəvi formalarının məcmuələri mövcuddur ki, iş prosesində onlara əsaslanmaq lazım gəlir. Lakin iqtisadi sahədə konkret müqavilənin tərtib edilməsində mütəxəssislərin - yalnız hüquqi qanunları deyil, həm
də vergi
qanunvericiliyini
bilən 482
hüquqşünasların, auditorların
köməyindən istifadə etmək daha məqsədəuyğundur.
– ixrac və ya idxal olunan məhsulların (xidmətlərin) müqavilədə müəyyən edilmiş qiymətinin valyuta ilə ifadəsidir.
ÜZRƏ SĐFARĐŞÇĐNĐN XAMMALININ EMALI – üçüncü tərəfin hesabına, gömrük idarəsinin nəzarəti altında və ya nəzarətsiz həyata keçirilən malların emalı üzrə əməliyyatdır.
və müqavilə şərtlərinə uyğun olaraq istehsal obyektlərinin yaradılması, istifadəyə verilməsi və mənimsənilməsi üzrə öz üzərinə vəzifələr və cavabdehlik götürən
investisiya aktının
iştirakçısıdır. Müqaviləçi həmçinin investisiya aktının digər tərəfləri ilə də (son məhsul istehlakçısından əlavə) əlaqələrdə iştirak edir. Đnvestisiya proqramının yerinə yetirilməsi üçün müqaviləçi müvafiq istehsal obyekt-istiqamətli və təşkilati-məqsədli struktur yaradır. Müqaviləçi – investisiya layihəsinin yerinə yetirilməsi prosesinə məqsədli-proqram idarə edilməsini həyata keçirən, hazır tikinti məhsullarının vahid əmtəə istehsalçısıdır.
– eyni bir ticarət (xidmət sahəsi) müəssisəsində və ya onunla müqayisə oluna bilən ticarət tipi, mülkiyyət növü üzrə eyni və ya keyfiyyəti üzrə ona oxşar əmtəənin qeyd olunmuş qiymətidir. Qiymət məlumatının müqayisəliliyini təmin etmək üçün, məsələn, konkret ticarət müəssisəsində və bütün regionda satışda həmin əmtəə olmadıqda, əmtəə və xidmətin əvəz edilməsi metodundan istifadə edilir.
MÜQAYĐSƏ OLUNAN MƏHSULLAR –
bazis və hesabat dövrlərində, konstruksiyasında standartların və ya texnoloji şərtlərin yenidən baxılmasını tələb edən əhəmiyyətli dəyişikliklər aparılmamaq şərti ilə, sənaye müəssisələrinin istehsal etdiyi məmulatdır. Bazis ilində təcrübə nümunələri, quraşdırma və birinci sənaye seriyası kimi buraxılmış məmulatlar müqayisə olunan məhsulların tərkibinə daxil edilmir (“Təcrübə istehsalı”na bax). “Müqayisə olunan məhsullar” anlayışından qiymət indeksinin və digər
göstəricilərin hesablanmasında istifadə olunur.
– fəaliyyət növü təsnifatında tikinti obyektlərinin bir növü olan, mülki tikinti kimi təsnifləşdirilən fəaliyyətdən alınan dövriyyənin bir hissəsidir. Subpodrat münasibətlərin obyekti olan əmtəə və xidmətlərin satışından dövriyyəni birləşdirir. Alındığı vəziyyətdə təkrar satılmaq üçün alınan əmtəə və xidmətlərin dövriyyəsi istisna olunur. Mülki tikintidən dövriyyə şirkətin hesablarında ayrıca göstərilə bilməz. Bu göstərici “Xalis dövriyyə”nin və “Đstehsal fəaliyyətindən digər gəlirlər”in bir hissəsidir.
daşınan və daşınmaz əmlakdır (“Daşınar əmlak”a və “Daşınmaz əmlak”a bax). O, bu əmlak haqqında istədiyi kimi sərəncam verə bilər: onlardan istehsal, istehlak və yığım üçün istifadə edə bilər, sata bilər, icarəyə verə bilər, digər şəxsə verə bilər və hətta məhv edə bilər. Hüquqi mənada “mülkiyyətə hüquq” ifadəsindən istifadə edilir. Azərbaycan Respublikasında mülkiyyət hüququ qanunvericilikdə (Mülki Məcəllədə) nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranan hüquqdur. Mülkiyyət hüququna görə, mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsi əsasında sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququna malikdir. Mülkiyyətçi bu hüquqları başqa şəxsə verə bilər, əmlakdan girov kimi və ya əməli idarəçilik kimi başqa şəxsə verə bilər, habelə öz əmlakı barəsində qanunazidd olmayan istənilən hərəkətləri etməyə haqqı var. Mülkiyyətçi əmlakdan hər hansı sahibkarlıq fəaliyyəti üçün istifadə edə bilər və qanunla qadağan olunmamış digər fəaliyyətlə məşğul olmaq məqsədləri üçün istifadə edə bilər. Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyətindən, bələdiyyələrin mülkiyyətindən və xüsusi (şəxsi) mülkiyyətdən ibarətdir. Statistik məqsədlər üçün müştərək, xarici investisiyalı və beynəlxalq və beynəlxalq təşkilatlar mülkiyyəti də ayrılır.
LĐR - (I) – istehsal olunmayan və ya maliyyə aktivlərinin sahibinin onları digər şəxsin sərəncamına verməklə əldə etdiyi gəlirdir. Belə gəlirin aşağıdakı formaları mövcuddur: faiz; korporasiyaların bölüşdürülən gəliri
(kvazikorporasiyaların gəlirlərindən götürülmüş dividentlər); birbaşa xarici maliyyə qoyuluşundan reinvestisiya olunmuş, sığorta polislərinin sahiblərinə aid olan mülkiyyətdən gəlir; renta. Mülkiyyətdən gəlirlər ilkin gəlirlərin bir hissəsi hesab edilir. (II) - maliyyə aktivinin və ya maddi istehsal olunmayan aktivi sahibinin vəsaitlərini və ya maddi qeyri-istehsal aktivlərini digər institusional
483
vahidin sərəncamına verdiyinə görə əldə etdiyi gəlirdir. MÜMKÜN YADDAŞ – qismən sürətlə işləyən yaddaşa malik olan qurğuların işçi sahəsidir. Bu yaddaşın həcmi
operativ yaddaşın fiziki tutumundan çox olduğundan, istifadəçiyə proqram və məlumatların yerləşdirilməsi üçün
ünvanlanmış (müraciət olunmuş) yaddaşın ümumi sahəsindən istifadə etməyə imkan verir. Bununla yanaşı, hesablama texnikasından istifadənin səmərəliliyi artır və proqramlaşdırma prosesi sadələşir.
profillə faktiki sahə üzrə qatarın hərəkətində lokomotivin işi və həmin uzunluqda birbaşa horizontal sahə üzrə bu qatarın hərəkətində işi arasındakı nisbətdir. Konkret istiqamətdə sahə üzrə müəyyən seriyalı lokomotivlərin hərəkət sürəti və vaxt sərfi göstəriciləri üzrə dartı hesablamalarının gedişində müəyyən edilir. MÜRƏKKƏB AĐLƏ – bir neçə qohumluq münasibətləri ilə birləşmiş nuklear ailələrdən ibarət olan ailədir. Onlardan hər biri tam və natamam ola bilər və həmçinin düz, yaxud yan xətlər üzrə ər-arvadın qohumları da bura daxil ola bilər. Məsələn, ər-arvad cütlüyü oğlu və gəlini ilə, yaxud ər-arvad cütlüyü baldızı və arvadın anası mürəkkəb ailə yaradır. Əhalinin siyahıyaalınması, yaxud müşahidəsi zamanı ailə başçısı ayrıldığı halda mürəkkəb ailə iki, yaxud bir neçə ailə özəyi olan ailə kimi müəyyən edilir və onların birində ailə başçısı olmur.
– məlumatdan, qiymətləndirilənlə korrelyasiyalı əlaqəli əlamətə görə əlavə istifadəyə əsaslanan qiymətləndirmədir. Mürəkkəb qiymətləndirməyə nisbət üsulu ilə qiymətləndirmə və tənəzzül (yəni tənəzzül üsulu ilə) qiymətləndirmə aiddir. Nisbət üsulu üzrə
ilkin çoxluq
üçün seçmənin məlumatlarına görə,
∑ ∑
y
nisbəti qiymətləndirilir; alınan qiymət ∑ ) (x x vurulur - ilkin çoxluq üçün dəyişənin qiymətlərinin cəmi (orta qiyməti) ∑ )
x
və çoxluq üçün dəyişənin cəmi (orta), yəni ∑ ∧ ) (x x - qiyməti alınır. Reqressiya üsulu ilə x-in qiymətinin dəyişməsinə uyğun olaraq, y-in qiymətinin hesablanmasıdır. Bu
kəmiyyət reqressiya funksiyasının əmsalıdır, seçmədə və ilkin çoxluqda orta qiymətləri arasındakı fərqlərin olduğu zaman seçmə məlumatlarının düzəlişləri üçün istifadə olunur. Reqressiya üsulu nisbət üsulundan onunla fərqlənir ki, birincidə seçmənin qiymətlərini bərabərləşdirən düz xətt, ikincidə isə koordinat mərkəzindən keçən düz xətt götürülür.
(SÖVDƏLƏŞMƏ)
– Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. Alış-verişin müsabiqə üsuludur, bu zaman alıcı satıcılar üçün müəyyən texniki-iqtisadi xarakterli əmtəəyə görə müsabiqə elan edir. Müsabiqə yolu ilə satınalma açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu və kotirovka sorğusu metodları ilə həyata keçirilir. Satınalmaların təşkil olunması üçün
satınalan təşkilat tender komissiyasını formalaşdırır, tenderin əsas şərtlər toplusunu hazırlayır, tender elanını dərc etdirir və ya malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərir. Tender prosedurası tender komissiyası tərəfindən müəyyən olunmuş yerdə və vaxtda tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş proseduralara müvafiq olaraq aparılır və tender təklifləri daxil olduqları ardıcıllıqla açılır. Gecikmiş tender təklifləri tender komissiyası tərəfindən qəbul olunmur
və açılmadan geri qaytarılır. Tender prosedurasının açılışında iştirak edən şəxslərə hər bir iddiaçının adı, ünvanı, tender təklifinin qiyməti, tender təklifinin təminatı elan olunur. Đddiaçı və ya onun notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxs tender proseduralarının açılışında iştirak edir və tender təkliflərinə dair elan
olunan məlumatı təsdiqləyir. Tender
Komissiyasının üzvləri əvvəlcədən elan olunmuş meyarlar əsasında təklifləri qiymətləndirir və müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri müəyyənləşdirir. Satın alan
təşkilat qalib
malgöndərən (podratçı) ilə müqavilə imzalayır. Tenderin nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir. MÜSTƏQĐL DƏYĐŞƏN – iqtisadi obyektin fəaliyyətinin şərtlərini təsvir
edən “giriş”
dəyişənidir. Müstəqil dəyişən tənzimlənməyə və qismən idarəetməyə məruz qalır. Riyazi-statistik modellərə uyğun olaraq müstəqil dəyişən eyni zamanda səbəb-nəticə, ekzogen dəyişəni, prediktor və ya izahedici adlandırılır.
484
MÜSTƏSNA MALĐYYƏLƏŞDĐRMƏ - tədiyyə balansının mənfi saldosunun ehtiyat aktivlər, BVF-dən alınmış kreditlər və borclar kimi mənbələrlə yanaşı, əlavə və ya alternativ mənbələrlə bağlıdır. O, tədiyyə balansının kəsirinin bağlanması məqsədi ilə, ölkənin rəsmi orqanları tərəfindən müəyyən olunan,
maliyyələşdirmənin istənilən alternativ metodlarını özündə birləşdirir.
– statistika müşahidəsinin aparılması prosesində qeydiyyata aid olan müşahidə vahidlərinin əlamətlərinin siyahısıdır və ya statistik müayinə blankında olan sualların siyahısıdır. Müşahidə proqramının tərkibi statistika müşahidəsinin məqsədi və konkret vəzifələri ilə müəyyən edilir. Elmi işlənmiş və əsaslandırılmış müşahidə proqramı bütün statistika tədqiqatları üçün həlledici əhəmiyyət kəsb edir. Müşahidə proqramına əsas əlamətlər daxil edilməlidir, o, qarşıya qoyulmuş məsələləri həll etmək üçün kifayət qədər tam olmalı, lakin ikinci dərəcəli, az əhəmiyyətli və “ehtiyat” adlanan
sualları özündə
əks etdirməməlidir. MÜŞAHĐDƏ VAHĐDĐ – (I) əlamətləri müayinə zamanı ölçülməli və qiymətləndirilməli olan müşahidə obyektlərinin tərkib elementidir (xarici
ədəbiyyatlarda “elementar vahid” terminindən də istifadə edilir). Məsələn, demoqrafiya müayinələrində qarşıda qoyulmuş məqsəddən asılı olaraq, müşahidə vahidi həm adam, həm də ev təsərrüfatı ola bilər. Müəssisələrin maliyyə-iqtisadi fəaliyyətinin öyrənilməsində isə müşahidə vahidi müəssisə hesab edilir. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling