Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Đcbari miqrasiyadan fərqləndirmək lazımdır


Download 17.41 Mb.
Pdf ko'rish
bet113/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   109   110   111   112   113   114   115   116   ...   183

Đcbari miqrasiyadan fərqləndirmək lazımdır.  

Beynəlxalq 

hüquqda 

məcburi 


miqrasiya 

qurbanları  qaçqın  və  yerlərini  dəyişmiş  şəxslər 

(köçkün)  kimi  müəyyən  edilir.  Azərbaycan 

Respublikasının 

qanunvericiliyində 

həmçinin 

“Məcburi  köçkünlər”  (ölkə  daxilində  köçürülmüş 

şəxslər)  kateqoriyası  var.  Məcburi  köçkün  – 

Azərbaycan 

Respublikası 

ərazisində 

hərbi 


təcavüz,  təbii  və  texnogen  fəlakət  nəticəsində 

daimi  yaşayış  yerini  tərk  etməyə  məcbur  olub 

başqa yerə köçmüş şəxslərdir. 

Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin 

birinci  hissəsində  göstərilən  əsaslara  görə  tərk 

etməyə  məcbur  olub  Azərbaycan  Respublikasına 

gəlmiş  Azərbaycan  Respublikası  vətəndaşına 

müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı  ilə 

məcburi köçkün statusu verilə bilər.  

 

MƏCBURĐ  SOSĐAL  SIĞORTA  SAHƏ-



SĐNDƏ 

XĐDMƏTLƏR 

– 

dövlət 



icra 

hakimiyyəti  orqanları  tərəfindən  sosial  təminatın 

göstərilməsi  ilə  bağlı  xidmətlərdir.  Özündə  sosial 

sığortalar  (ixtisarlar,  gəlirlərin  itirilməsi  və  ya 

qazanmaya  kifayət  qədər  qabiliyyəti  olmadıqda 

kompensasiya şəklində ödəmələr) üzrə və məcburi 

sosial  sığortalar  (xəstəlik,  bədbəxt  hallar  və 

işsizlik,  istefaya  çıxma  halları  üzrə  pensiyalar) 

üzrə xidmətləri birləşdirir. 

 


 

434 


MƏCMU  PUL  KÜTLƏSĐ  (M3  PUL 

AQREQATI) 

-    ölkədə  dövriyyədə  olan  bütün 

nağd  və  nağdsız    pulların  cəmidir.  Mərkəzi  Bank 

tərəfindən  bank  sistemlərinin  yekun  balanslarının 

məlumatları  əsasında  ayın  1-ci  gününə  olan 

vəziyyətə  görə  hesablanır.  Məcmu  pul  kütləsinə 

aşağıdakı göstəricilər daxildir:  

1. M0 pul aqreqatı – dövriyyədə olan nağd pullar;  

2.  Müəssisələrin,  əhalinin  və  yerli  büdcələrin 

hesablaşma,  cari  və  xüsusi  hesablarındakı  vəsait 

(pul); 

3. 


Əhalinin 

və 


müəssisələrin 

kommersiya 

banklarındakı depozitləri; 

4. Əhalinin əmanət banklarındakı tələb edilənədək 

saxlanılan depozitləri; 

5. Dövlət sığortasının vəsaitləri (pulları);  

Pul aqreqatı M1 = (M0 +m.2 +m.3 + m.4 + m.5); 

6.  Əhalinin  əmanət  banklarında  olan  təcili  pul 

depozitləri;  

Pul aqreqatı M2 = (M1 + m.6) 

7.  Dövlət  istiqrazının  sertifikat  və  istiqraz 

vərəqələri. 

Pul aqreqatı M3 = (M2 + m.7) 

 

MƏCMU  TƏLƏB

  –  1)  bütün  istehlakçıların 

tədiyə  qabiliyyətliliyidir  (daxili  bazarda  son  mal 

və  xidmətin  əldə  edilməsi  imkanıdır).  Məcmu 

tələb  əhalinin  gəlir  səviyyəsindən,  qənaətçilik 

meylindən,  dövlət  xərclərindən,  qiymətlərin 

səviyyəsindən 

və 

pul 


təklifindən 

asılıdır;             

2)  istehlakçıların,  müəssisələrin  və  hökumətin 

müəyyən  qiymət  səviyyəsində  almağa  hazır 

olduqları milli istehsal məhsullarının real həcmini 

əks etdirən makroiqtisadi göstəricidir. Cəmiyyətin 

siyasi,  iqtisadi,  sosial  və  mədəni  inkişafı, 

müəyyən 


dövrdə 

dövlətin 

sosial-iqtisadi 

siyasətindən irəli gələn, ümumi məhsulun istehsal 

strukturu,  milli  gəlirin  həcmi,  onun  hissələri  və 

bölünmə mexanizmləri, əhalinin yaşayış səviyyəsi 

ilə  müəyyən  olunur.  Məcmu  tələb  –  makro 

səviyyədə 

bazar 

mexanizminin 



əsas 

elementlərindən  (növbə  ilə  qiymət  və  tələb) 

biridir.  Məcmu  tələbin  modelinin  qrafiki  alınan 

real  ÜMM  və  qiymət  səviyyəsi  arasında  asılılığı 

göstərən  müsbət  meylli  əyri  şəklində  göstərilə 

bilər.  Əyrinin  azalan  trayektoriyası  faiz  tarifləri, 

real  kassa  qalıqları  və  idxal  alışlarının  təsiri  ilə 

şərtlənmişdir.  Məcmu  tələb  statistikanın  müvafiq 

bölmələrində:  milli  hesablar  sistemində,  maliyyə 

və 


qiymət 

statistikasında, 

əmək 

bazarı 


statistikasında, sahə statistikalarında öyrənilir.  

 

“MƏCMU  TƏLƏB  –  MƏCMU  TƏKLĐF”

 

(model)  –  qiymət  səviyyəsi  və  real  xalis  məhsul 

anlayışlarının 

izahı 

üçün 


istifadə 

edilən 


makroiqtisadi  modeldir.  Məcmu  tələb  və  məcmu 

təklif  əyrilərinin  kəsişməsi  qiymətin  tarazlıq 

səviyyəsini  və  real  milli  istehsalın  həcminin 

tarazlığını müəyyən edir. Məcmu tələb və məcmu 

təklifin  əsas  modeli  iqtisadi  problemlərin  daha 

ətraflı təhlili üçün “tramplin” hesab edilir. 



 

MƏCMU  VAHĐD

  –  statistik  məcmunun  fərdi 

tərkib obyektidir         (elementidir). Məsələn,  kənd 

təsərrüfatı 

müəssisələrinin 

(və 

ya 


sənaye 

müəssisələrinin), 

 

ölkə 


sakinlərinin, 

ev 


təsərrüfatlarının və s. məcmusunda  məcmu vahid 

müvafiq 


olaraq, 

kənd 


təsərrüfatı 

(sənaye) 

müəssisələri,  sakinlər,  ev  təsərrüfatları  hesab 

olunur.  Öyrənilən  əlamətə  (sakin,  dəzgah  və  s.) 

münasibətdə  daxili  struktura  malik  olmayan  sadə   

məcmu  vahid,  daxili  struktura  malik  olan 

mürəkkəb 

məcmu 


vahidindən 

fərqləndirilir. 

Statistik  müşahidələrdə  öyrənilən  mürəkkəb 

məcmu  vahidlərin  (müəssisə,  sahə,  rayon  və  s.)  

fərdi  əlamətləri,  bir  qayda  olaraq,  bu  məcmu 

vahidlərin daxilindəki altməcmular (işçilər, sexlər, 

müəssisələr,  əhali  və  s.)  üzrə  yekun  (toplu) 

xarakter daşıyır. 



 

MƏCMU VAHĐDLƏRĐNĐN ƏLAMƏTLƏ-

RĐ 

-  statistik  məcmunun  ayrı-ayrı  elementlərinin 

(vahidlərinin) malik olduğu fərqləndirici xassələr, 

əlamətlər  və  ya  xüsusiyyətlərdir.  Đfadə  formasına 

görə  iki  növ  dəyişən  əlamətlər  fərqləndirilir: 

kəmiyyət və atributiv. 



Kəmiyyət  əlaməti  –  bu  əlamətin  ayrı-ayrı 

qiymətləri  (variantları)  rəqəmlərlə  ifadə  olunur. 

Diskret  (tam  bölünən)  və  fasiləsiz  dəyişən 

əlamətlər  fərqləndirilir  (müvafiq  kəmiyyətin 

müəyyən  həddində  kəsirlə  qiymətin  istənilən 

məcmusunda  iştirak  edən).  Atributiv  əlamətlər 

ancaq  sözlə,  müxtəlif  növ  variantları,  dərəcələri 

ifadə edən müxtəlif anlayışların təsviri formasında 

ifadə  oluna  bilər.  Məsələn,  ailə  vəziyyəti,  təhsil 

səviyyəsi,  sənəti,  mənsubiyyəti,  məhsulun  növü, 

iqtisadiyyatın sahələrini və s. ifadə edir. Atributiv 

əlamətlər  arasında  bir-birini  inkar  edən,  əks 

istiqamətli  iki  müxtəlif  variantı  olan  alternativ 

əlamətlər  ayrılır:  məsələn,  əhali  –  şəhər  və  kənd; 

məmulat – yararlı və zay. Atributlar arasında ayrı-

ayrı 


variantların 

öyrənilən 

xüsusiyyətinin 

təzahürünün  intensivlik  dərəcəsindən  asılı  olaraq, 

müəyyən  qayda  verilən  əlamətlər  üzrə  bölünür, 

məsələn,  təhsil:  ibtidai,  natamam  orta,  ümumi 

orta,  orta  xüsusi,  natamam  ali,  ali.  Đntensivlik 

dərəcəsi  bəzən  şərti  olaraq  rəqəm  formasında 

ifadə  olunur  (fəhlənin  dərəcəsi,  müvəffəqiyyət 

dərəcəsinin  qiymətləndirilməsi),  ancaq  onlar 

rəqəm 

xüsusiyyətlərinə 



malik 

olmurlar. 

Variantların  düzülüşündə  müəyyən  qaydaya  yol 

verən  əlamətlər  qaydaya  salınmış,  sıralanmış  və 

ya  dərəcələnmiş  adlanırlar.  Ayrı-ayrı  vahidlərin 


 

435


qarşılıqlı  əlaqə  əlamətləri  səbəb  və  nəticə 

əlamətlərinə ayrılır. 



 

MƏDƏN  (MƏDƏNÇIXARMA)  SƏNA-

YESĐ 

– daş kömür, liqnit, xam neft və qaz, metal 

filizləri,  daş,  qum,  gil  və  digər  filiz  və  qeyri-filiz 

faydalı 


qazıntılarının 

hasilatını 

və 

zənginləşdirilməsini  həyata  keçirən  müəssisələrin 



məcmusudur. 

Đqtisadi 

Fəaliyyət 

Növləri 


Təsnifatında  B  –  “Mədənçəxarma  və  hasilat” 

seksiyasında cəmlənmiş müəssisələri əhatə edir.   



 

MƏDƏNĐYYƏT  STATĐSTĐKASI

  –  əqli, 

maddi  və  mənəvi  dəyərlərin    statistika  sahəsidir. 

Mədəniyyət 

və 


incəsənət 

müəssisələrinin: 



kitabxanaların, klub tipli mədəniyyət idarələrinin, 

muzeylərin, 

bədii 


qalereyaların 

və 


sərgi 

salonlarının,  teatrların,  konsert  təşkilatlarının, 

mədəniyyət  və  istirahət  parklarının,  sirklərin, 

zooparkların,  kino  qurğularının  işini  öyrənir; 

kitab, jurnal və qəzet məhsullarının buraxılmasını 

əks  etdirir.  Göstəricilər  sistemi  bu  müəssisələrin 

fəaliyyətinin  əsas  istiqamətlərini,  onların  maddi-

texniki  bazalarının  vəziyyətini,  işçilərin  kəmiyyət 

və  keyfiyyət  tərkibini  əks  etdirir.  Mütləq 

məlumatlar 

üzrə 

mədəniyyət 



və 

incəsənət 

müəssisələrinə  gəlmələrin  sayını  (bir  sakin  bir 

dəfə),  orta  kəmiyyətini  (nəşriyyatın  orta  tirajını) 

xarakterizə  edən,  mədəniyyət  və  incəsənət 

müəssisələri və əhalinin sayı (10000 nəfərə, 1000 

nəfərə  düşən  yerlərin  sayı)  arasındakı  nisbəti 

müəyyən edən statistik göstəricilər hesablanır. 



 

MƏDƏNĐYYƏT  VƏ  ĐNCƏSƏNƏT  XĐD-

MƏTLƏRĐNĐN  GÖSTƏRĐLMƏSĐ  (BU-

RAXILIŞI)

 

– 

bu 


sahənin 

təşkilatları 

(kitabxanalar, 

muzeylər, 

sərgilər, 

tamaşa 


müəssisələri, 

zooparklar 

və 

s.) 


tərəfindən 

göstərilən  bazar  və  qeyri-bazar  xidmətlərinin 

dəyəridir. 

Bazar  buraxılışı  göstərilən  pullu  xidmətlərin 

dəyərini ifadə edir. 



Qeyri–bazar  buraxılışı  dövlət  büdcəsindən  və 

qeyri-büdcə 

fondlarından 

maliyyələşdirilən 

müəssisə 

və 


təşkilatların 

cari 


xərclərinin, 

həmçinin  sahənin  əsas  kapital  sərfinin  həcminin 

cəmi kimi hesablanır.   

 

MƏDƏNĐYYƏT  VƏ  ĐSTĐRAHƏT  PARKI



 

-  şəhərin  (qəsəbənin,  kəndin)  təbii  və  mədəni-

istirahət  sahəsi  hesab  edilən,  əhali arasında asudə 

vaxtın  mədəni  və  idman-sağlamlıq  ruhunda 

keçirilməsini təşkil  edən  kompleks,  çoxfunksiyalı 

mədəniyyət 

müəssisəsidir. 

Rəsmi 

statistika 



hesabatları  aşağıdakı  göstəriciləri  birləşdirir: 

maddi-texniki  baza;  park  tikililəri,  obyektləri  və 

attraksionlarla əhatə olunan ərazi; işçilərin sayı və 

onların 


təhsil 

səviyyəsi, 

parkda 

xidmət 


olunanların  sayı;  asudə  vaxtda  mədəni  tədbirlərin 

sayı;  maliyyə  vəsaitlərinin  daxil  olması  və 

istifadəsi.  

 

MƏHDUD  MƏSULĐYYƏTLĐ  CƏMĐY-



YƏT

  –  mülki  qanunvericiliyə  görə,  bir  və  ya  bir 

neçə 

şəxs 


tərəfindən, 

nizamnamə 

kapitalı 

nizamnamə  ilə  müəyyənləşdirilmiş  miqdarda 

paylara 

bölünən 


cəmiyyətdir. 

Məhdud 


məsuliyyətli 

cəmiyyətin 

iştirakçıları 

onun 


öhdəlikləri  üzrə  məsuliyyət  daşımır,  cəmiyyətin 

fəaliyyəti  ilə  bağlı  zərər  üçün  qoyduqları 

mayaların  dəyəri  həddində  risk  daşıyırlar. 

Məhdud  məsuliyyətli  cəmiyyətin  firma  adında 

“məhdud 

məsuliyyətli 

cəmiyyət” 

sözləri 


göstərilməlidir.  

 

MƏHDUD  MƏSULĐYYƏTLĐ  ŞĐRKƏT



  – 

ortaq  (payı  olan)  şirkətlərin  xüsusiyyətlərinə 

malik  şirkətdir,  lakin  onun  üzvləri  bu  şirkətin 

kapitalına qoyduqları əmanətlərdən asılı olaraq və 

onun  hüdudunda  borclara  görə  məsuliyyət 

daşıyırlar.  O,  eyni  zamanda  səhmdar  şirkətlərinin 

(üzvlərinin  məsuliyyətinin  məhdudluğuna  görə) 

və  ortaq  (payçı)  şirkətlərin  (yeni  üzvlərin  qəbulu 

üçün  digər  ortaqların  (payçıların)  razılığı  tələb 

olunur) xüsusiyyətlərinə malik olan şirkət tipidir. 



 

MƏHDUDLAŞDIRILMIŞ  GĐRĐŞLƏ  MƏ-

LUMATLAR

 

toplanması, 

saxlanması, 

işlənməsi,  yayılması  və  istifadə  edilməsinə 

müəyyənləşdirilmiş  xüsusi  icazə  rejimi  tətbiq 

edilən məlumatlardır. 

 

MƏHKƏMƏ  STATĐSTĐKASI

  –  statistikanın 

sahələrindən 

biridir. 

Məhkəmə 

statistikası 

səlahiyyətli dövlət orqanlarında cinayətlərə və sair 

hüquq  pozuntularına  dair  məlumatları  toplayır, 

öyrənir  və  belə  hallarla  mübarizə  tədbirlərinin 

uçotunu  aparır.  Məhkəmə  statistikası  hüquq 

pozuntularının vəziyyətini, dinamikasını və artma 

(enmə)  səviyyəsini  əks  etdirir.  Azərbaycan 

Respublikasında  məhkəmə  statistikasının  işinə 

Ədliyyə Nazirliyi rəhbərlik edir.    

 

MƏHKUM  OLUNANLARIN  SAYI 

 

haqqında  məhkəmələr  tərəfindən  ittihamedici 

hökm  çıxarılmış  və  qanuni  qüvvəyə  minmiş 

şəxslərin sayıdır. 

 

MƏHKUMLARIN TƏRKĐBĐ

 – məhkumların 

ümumi 


sayının 

cinsiyyət, 

yaş, 

məhkəmə 


tərəfindən  təyin  edilmiş  cəza  tədbiri,  törədilmiş 

cinayətlər üzrə bölünməsidir. 



 

436 


MƏHKUMLUĞUN 

ĐNDEKSĐ

 



cinayətkarlığın  ictimai  təhlükəliliyinin  dolayı 

göstəricisidir.  Müəyyən  dövrdə  əhalinin  100  000 

nəfərinə  hesablanan,  müəyyən  ərazidə  (yaşı  14 

yaşdan  yuxarı  olan  əhali  arasında)  törədilmiş 

cinayətə  görə  məhkəmənin  qanuni  qüvvəyə 

minmiş  hökmü  ilə  cinayət  cəzasına  məhkum 

olunmuş şəxslərin sayı ilə səciyyələndirilir. 

 

MƏHSUL



  –  iqtisadi  fəaliyyətin  nəticəsidir.  Bu, 

mal  və  xidmətlərin  ifadə  edilməsi  üçün  istifadə 

olunan ümumi termindir. 

 

MƏHSUL  ĐSTEHSAL  EDƏN  SAHƏLƏR 



VƏ XĐDMƏT GÖSTƏRƏN SAHƏLƏR

 –  

milli 


hesablar 

sisteminin 

praktiki 

olaraq 


qurulmasında  və  yekunların  nəşrində,  onlara 

iqtisadiyyatın  məhsul  istehsal  edən  fəaliyyət 

növləri  və  xidmət  göstərən  fəaliyyət  növləri  üzrə 

bölgüsü  tətbiq  olunur.  Birinciyə,  yəni  məhsul 

istehsal  edən  sahələrə  sənaye,  kənd  təsərrüfatı, 

meşə  təsərrüfatı  və  balıqçılıq,  tikinti  və  digər 

iqtisadi  fəaliyyət  növləri  (nəşriyyat  fəaliyyəti, 

təkrar xammalın istifadə edilməsi, yabanı göbələk 

və  giləmeyvələrin  yığılması  və  s.)  daxildir. 

Xidmət  göstərən  fəaliyyət  növlərinə  aid  edilən 

digər  sahələr  (nəqliyyat,  rabitə,  ticarət,  səhiyyə, 

təhsil,  ümumi  dövlət  idarə  edilməsi,  müdafiə  və 

s.) daxildir ki, bunlar da bir qayda olaraq, bazar və 

qeyri-bazar xidmətlərinə bölünür. Bəzən də bazar 

və  qeyri-bazar  xidmətləri  göstərən  qarışıq  sahələr 

də fərqləndirilir. 

 

MƏHSUL  VAHĐDĐNƏ  SƏRF  EDĐLƏN 

YANACAĞIN  XÜSUSĐ  ÇƏKĐSĐ 

–  faktiki 

sərf olunan yanacağın (natura şəklində və ya şərti 

yanacağa  çevirməklə)  miqdarının  faktiki  istehsal 

olunmuş  müəyyən  məhsul  vahidinin  miqdarına 

bölünməsi ilə müəyyən edilən göstəricidir. 

 

MƏHSUL  VAHĐDĐNƏ  SƏRF  OLUNAN 

ELEKTRĐK 

ENERJĐSĐNĐN 

XÜSUSĐ 

ÇƏKĐSĐ 

– sərf olunan elektrik enerjisinin ümumi 

miqdarının  müəyyən  yararlı  məhsul  növünün 

miqdarına olan nisbəti kimi müəyyən edilir. 

 

MƏHSUL  VAHĐDĐNƏ  SƏRF  OLUNAN 

MATERĐAL  VƏ  XAMMAL  SƏRFĐNĐN 

XÜSUSĐ  ÇƏKĐSĐ

  –  natura  şəklində  hazırlanan 

məhsul vahidinə material ehtiyatlarının məsrəfinin 

miqdarını  (kəmiyyətini)  əks  etdirən  göstəricidir 

(dəmir filizinin 1 ton çuqunun əridilib alınmasına, 

unun  1  ton  çörəyin  bişirilməsinə,  sementin  1  m

3

 



betonun 

alınmasına, 

yemlərin 

heyvanların 

çəkisinin 1 kq artmasına və s. məsrəfidir). Məhsul 

vahidinə  material  və  xammalın  xüsusi  çəkisinin 

miqdarı, materialların faydalı məsrəfindən (təmiz 

çəkisi,  məmulatın  həcmi)  emalda  istifadə  edilmiş  

və  istifadə edilməmiş tullantılardan və itkilərdən 

(zay,  tullantı  və  s.)  alınır.  Faktiki  məsrəf  məhsul 

vahidinə  məsrəfin    müəyyənləşdirilmiş  norması 

ilə müqayisə oluna bilər. 

Bazar  iqtisadiyyatı  şəraitində  hər  bir  istehsal 

müəssisəsi  məhsul  vahidinə  material  və  xammal 

məsrəfinin  xüsusi  çəkisinin  azaldılması  üzrə 

tapşırıq  işləyib  hazırlayır  və  müəyyənləşdirir  ki, 

bu  da  müəssisənin  maliyyə  vəsaitinin  sabitliyinə 

təsir  göstərir.  Bu  tapşırıqlar  kommersiya  sirri 

sayılır  və  yayılmır.  Məsrəfin  xüsusi  çəkisinin  əks 

göstəricisinin  kəmiyyəti  –  material  vahidindən 

məhsul  çıxışı  bu  növdən  məhsul  istehsalının 

həcminin  onun  istehsalına  sərf  edilmiş  materiala 

və ya xammallara nisbəti ilə müəyyənləşdirilir. 

 

MƏHSUL VAHĐDĐNĐN ƏMƏK TUTUMU



 

  məhsul  vahidinin  hazırlanmasına  sərf  olunan 

əməyi  xarakterizə  edir.  Aşağıdakı  düsturla 

hesablanır: 

T = 


g

t

  və ya  T = 



w

1

 



burada  T  -  məhsul  vahidinin  əmək  tutumu;  t  – 

məhsul istehsalına sərf olunan vaxt; g – məhsulun 

natura və ya şərti-natura ifadəsində buraxılışı; w – 

vaxt  vahidində  məhsul  buraxılışıdır.  Əmək  sərfi, 

tamlığından asılı olaraq, fərqləndirilir: yalnız əsas 

istehsalat  işçilərinin  sərf  etdikləri  iş  vaxtı  nəzərə 

alınmaqla,    texnoloji  əmək  tutumu;  sex; 

ümumistehsal 

və 

zavod; 

ümumtəsərrüfat

Sonuncu,  müəssisənin  əsas  fəaliyyəti  ilə  məşğul 

işçilərin sərf etdikləri əməyi əhatə edir. 

 

MƏHSUL  VƏ  XĐDMƏTLƏR  ĐSTEHSALI 



VƏ 

BÖLÜŞDÜRÜLMƏSĐNĐN 

SAHƏ-

LƏRARASI  BALANSI  (MHS  SAB)

  - 


“Xərclər-buraxılış”  cədvəllər  sisteminə  aiddir 

(xarici  təcrübədə  ““Xərclər-buraxılış”  simmetrik 

cədvəli” adını daşıyır), MHS-nin tərkib hissəsidir. 

Balans  məhsul  və  xidmətlərin  sahə  qrupları 

səviyyəsində  istehsalı,  gəlirlərin  yaranması  və 

istifadəsi  hesablarını  detallaşdırır  (təfərrüatı  ilə 

göstərir); 

bazar 


münasibətləri 

şəraitində 

iqtisadiyyatda 

baş 


verən 

təkrar 


istehsal 

proseslərini 

əks 

etdirir; 



MHS-nin 

əsas 


göstəricilərinin  sistemli  hesabını  hazırlamağa, 

əsas iqtisadi mütənasibliyi üzə çıxarmağa, istehsal 

və  tələbatın  quruluş  dəyişikliklərini  öyrənməyə, 

iqtisadiyyatın  sahələrinin  qarşılıqlı  əlaqələrini, 

ixracı, kapital qoyuluşu və kapitalı, idxala tələbatı, 

qiymətin  yaranması  xüsusiyyətlərini  və  s.  təhlil 

etməyə  imkan  verir. MHS  sahələrarası balansının 

riyazi  modellərində  istehsal  sferalarının  geniş 



 

437


anlayışına  (ona  həm  bazar,  həm  də  qeyri-bazar 

xidmətləri  sferası  daxil  edilir)  və  son  məhsulun 

iqtisadi  məzmununa  yeni  məna  verilir.  Birinci 

kvadrantın  sətir  və  sütunlarında  məhsul  və 

xidmətlərin oxşar (həmcins) qrupları verilir, onda 

iqtisadiyyatın  sahələrində  aralıq  istehlakı  əks 

etdirilir  və  sahələr  arasındakı  kəmiyyət  əlaqələri 

açıqlanır. Đkinci kvadrantın sütunları son istehlak 

kateqoriyalarını  əks  etdirir:  son  istehlak  -  ev 

təsərrüfatlarının, dövlət idarəetmə orqanlarının, ev 

təsərrüfatlarına 

xidmət 

göstərən 



qeyri-

kommersiya  təşkilatlarının  istehlaka  xərcləridir; 



ümumi  yığım  -  əsas  kapitalın  ümumi  yığımı, 

maddi 


dövriyyə 

vasitələrinin 

ehtiyatlarının 

dəyişməsi, qiymətlilərin xalis alınmasıdır; məhsul 



və xidmətlərin ixracı

Đkinci kvadrantın sətirlərində məhsul və xidmətlər 

qruplarının son istifadəsi (istehlakı) əks etdirilir. 

Üçüncü  kvadrantda  ÜDM-un  dəyər  ifadəsində 

gəlirlər  üzrə  quruluşu  verilir.  Onun  sütunları 

birinci 

kvadrantda 

verilmiş 

iqtisadiyyatın 

sahələrinə  uyğun  gəlir.  Sətirlər  ÜDM-un  əsas 

dəyər  komponentlərini  göstərir:  muzdlu  işçilərin 

əmək  haqqını,  ümumi  gəliri,  istehsala  vergilər  və 

subsidiyaları, 

əsas 

kapitalın 



istehlakını, 

məhsullara  vergi  və  subsidiyaları.  Beləliklə, 

balansın 

məlumatlarına 

şaquli 

istiqamətdə 



baxdıqda, onda hər sütunda iqtisadiyyatın sahələri 

üzrə  ümumi  istehsalın  tərkibi  aralıq  istehlakın  və 

əlavə  dəyərin  elementləri  ilə  əks  etdirilir.  Sətirlər 

üzrə  hər  bir  sahədə  ehtiyatlardan  istifadənin 

istiqamətləri  əks  etdirilir:  istehsal  məqsədlərinə, 

son istehlaka, yığıma və ixraca.  

Milli təcrübədə sahələrarası balans “xalis” sahələr 

(oxşar  məhsul  və  xidmətlər  qrupu)  üzrə  tərtib 

edilir.  Onun  qurulmasında  məhsulun  istehsalı  və 

axınının  qiymətləndirilməsinin  iki  sistemindən 

(məhsulların  aralıq  və  son  elementləri)  istifadə 

edilir:  baza  qiymətlərində  və  alış  (istehlakçı) 

qiymətlərində.  Azərbaycanda  ilk  dəfə  MHS  üzrə 

sahələrarası  balans  Dövlət  Statistika  Komitəsi 

tərəfindən  2003-cü  ildə  (geniş  proqram  üzrə) 

işlənib hazırlanmışdır. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   109   110   111   112   113   114   115   116   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling