Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- MALĐYYƏ XĐDMƏTĐ
- MALĐYYƏ ĐCARƏSĐ, MALĐYYƏ LĐZĐN- QĐ
- MALĐYYƏ ĐDARƏLƏRĐ
- MALĐYYƏ ĐNVESTĐSĐYALARI
- MALĐYYƏ KORPORASĐYALARI
- MALĐYYƏ LĐZĐNQĐ - (I)
- MALĐYYƏ LĐZĐNQĐNDƏN ĐSTĐFADƏ ETMƏKLƏ ƏLDƏ EDĐLMĐŞ MADDĐ ƏMTƏƏLƏRĐN DƏYƏRĐ
- MALĐYYƏ TƏLƏBĐ
- MALĐYYƏ UÇOTU
- MALĐYYƏ VASĐTƏÇĐLƏRĐNĐN ŞƏRTĐ HESABLANMIŞ MƏHSULLARI
- MALĐYYƏ VASĐTƏÇĐLĐYĐ
- MALĐYYƏ VASĐTƏÇĐLĐYĐ ÜZRƏ XĐD- MƏTLƏR
MALĐYYƏ XƏRCLƏRĐ - ödənilmiş faizlərdən və oxşar xərclərdən ibarətdir. Ödənilmiş faizlər bu
aktivlərin nominal
dəyərindən əvvəlcədən müəyyən edilmiş vaxtda qeyd edilmiş faizlərin ödənilməsinə xarakterik olan bəzi maliyyə aktivlərinin (depozitlər, veksellər, istiqraz və kreditlər) ödənilməsinə uyğun gəlir. Əsasən, bu xərclərə istiqraz vərəqələri (və digər istiqraz növləri), ticarət kreditləri, cari hesab üzrə kredit kreditorlarının faizləri və s. daxildir. Maliyyə xərclərinə müştərilərlə razılaşdırılmış əlavə gəlir və nağd pulların itirilməsi (valyuta bazarlarında itkilər) də daxil edilə bilər.
– akkreditivlər, bank akseptləri, xarici valyuta, maliyyə lizinqləri, kredit xətlərinin verilməsi və s. ilə əməliyyatlarda maliyyə vasitəçilərinin xidmətinin ödənilməsi aid edilən xidmətdir. Valyuta əməliyyatlarında xidmətə görə ödəniş valyuta məzənnəsinin orta kəmiyyəti ilə alıcı (və ya satıcı) məzənnəsinin arasındakı fərqə bərabər nəzərdə tutulur. Bu kateqoriyaya həmçinin qiymətli kağızlarla əməliyyatlar üzrə komisyon haqları və broker sövdələşmələrinə, qiymətli kağızların yerləşdirilməsinə, borcun alınmasına, svopların, opsionların və xedjerləşdirmənin digər alətlərinin təşkilinə, maliyyə aktivlərinin saxlanmasına, maliyyə bazarlarının təşkilinə, bank kreditlərinin istifadə olunmamış hissəsinə və s. görə ödəmələr də daxil edilir.
QĐ – bu, lizinq növündə icarə müddəti əmlakın nəzərdə tutulmuş xidmət müddətini təxminən tam əhatə edir, icarədar onun istifadəsindən ümumi mənfəət əldə edir və əmlaka sahib olma ilə əlaqədar bütün riskləri öz üzərinə götürür. Nəticədə, mövcud əmlak satıla və ya satılmaya bilər. Verilmiş lizinq növünə eyni zamanda əməliyyat lizinqi də daxil edilir.
(“Maliyyə korporasiyaları bölməsi (sektoru)”na bax).
– dövlət büdcəsinin işləndiyi və qüvvədə
olduğu müddətdir. Maliyyə ili
astronomik, təqvim ili üst-üstə düşməyə bilər.
420
MALĐYYƏ ĐNVESTĐSĐYALARI – maliyyə aktivlərində vəsaitlərin yerləşdirilməsidir. Maliyyə investisiyası səhmlər, istiqrazlar, digər qiymətli kağızlar şəklində çıxış edə bilər. Maliyyə investisiyasının yaranması ayrı-ayrı bölmələr və institusional vahidlər arasında maliyyə
vəsaitlərinin yenidən bölüşdürülməsi və buna görə də qarşılıqlı tələb və vəzifələrin meydana gəlməsi ilə bağlıdır. Maliyyə investisiyasından məqsədli istifadə müəyyənləşdirilməmişdir, onlar həm kapital qoyuluşunun əlavə mənbəyi, həm də
obyekti ola bilərlər. Maliyyə investisiyaları qısamüddətli və
uzunmüddətli investisiyalardan ibarətdir. Maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq, qısamüddətli investisiyalara öz dövründə sərbəst satılan və bir ildən çox olmayaraq mülkiyyətdə olma
üçün nəzərdə
tutulan investisiyalar daxildir. Digər
investisiyalar uzunmüddətli investisiyalar hesab edilirlər.
– sənayenin inhisarçı kapitalı ilə birləşən bankın inhisarçı kapitalıdır. XIX əsrin sonunda - XX əsrin əvvəlində yaranmışdır. Đstehsalın təmərküzləşməsi prosesinin bilavasitə təsiri ilə bank kapitalının yığılması və mərkəzləşdirilməsi güclənir, bu da bankların rollarının dəyişməsinə gətirib çıxarır: onlar kiçik vasitəçilərdən qüdrətli inhisarçılara çevrilirlər. Həmçinin, sənaye ilə bank arasındakı qarşılıqlı münasibətlərin xarakteri dəyişir: sonuncular sənaye müəssisələrinə məhdudiyyət qoymadan kredit verməklə daha çox onlara tətbiq olunur, onlara şərik çıxırlar. Qovuşmanın yol və formaları müxtəlifdir: bankların sənaye müəssisələrinin səhmlərini alması; bankların sənaye şirkətlərinin səhmlərini yerləşdirməsi; yeni səhmdar müəssisələrin yaradılmasında bankların iştirak etməsi. Bank inhisarçılığının sənayeyə nüfuz etməsi ilə eyni zamanda, inhisarçı sənaye kapitalının da bank sahəsinə tətbiqi baş verir. Yəni, bank və sənaye inhisarçıları arasında çox sıx qarşılıqlı əlaqə yaranır.
- əsasən
maliyyə fəaliyyəti ilə əlaqəli müəssisələrdir.
maliyyə vasitəçiliyi hesab olunan korporasiyaların və kvazikorporasiyaların məcmusudur. Maliyyə korporasiyalarına Mərkəzi Bank; kommersiya bankları, digər maliyyə vasitəçiləri (investisiya fondları, lizinq təşkilatları və s.); köməkçi maliyyə idarələri (fond birjaları), qiymətli kağızlarla əməliyyatlar üzrə dəllallar və brokerlər; sığorta korporasiyaları və pensiya fondları daxildir. Dövlət, milli,
xüsusi və
xarici korporasiyaları fərqləndirmək lazımdır.
icarəyə götürən arasında müqavilədir ki, onun əsasında da icarəyə verən əmtəə kapitalını alır, icarəyə götürən isə icarəyə verənə xərclərinin ödənməsi və faiz əldə etməsi imkanını verən icarə haqqının ödənilməsinə dair öhdəlik götürür. Əməliyyat lizinqinin əksinə olaraq, maliyyə lizinqi istehsal fəaliyyətinin növü sayılmır; o özündə kreditə
alternativi, maşın
və avadanlıqların alınmasının maliyyələşdirilməsi üsulunu əks etdirir. Đcarə haqqına bu halda kreditin qaytarılması və faizin ödənişi kimi baxılır. Belə ki, lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu dövrdə lizinq şirkətinə, amortizasiyanın tam dəyərinə və avadanlıqlardan istifadəyə görə əldə edilən mənfəətdən ona çatası paya bərabər məbləği
ödəyir. O,
müqavilə müddəti
qurtardıqdan sonra avadanlıqları qalıq dəyəri ilə almaq, avadanlıqları qaytarmaq və ya müqavilə müddətini uzatmaq hüququnu əldə edir.
maliyyələşdirilməsi metodu kimi,
alternativ kreditləşdirmə hesab olunur. Bu, kreditordan borc alana verilən vəsait üzrə müqavilədir: icarəyə verən avadanlığı alır, icarədar isə müqavilədə qeyd edilmiş dövr ərzində, faizlər də daxil olmaqla, icarəyə verənə bütün və ya praktiki bütün xərcləri əhatə etməyə imkan verən icarə haqqını ödəməyi öhdəsinə götürür. (III) - gözlənilməz risklərin və hadisələrin bütün növlərinin böyük hissəsinin icarəyə verəndən (əmlak sahibindən) hüquqi sahibkara (icarəyə götürənə) ötürdüyü lizinqdir. Zəruri hallarda mülkiyyətə sahiblik hüququnu təsdiq edən sənəd verilə və ya verilməyə bilər. AĐ-nin xarici ticarəti və üzv dövlətlər arasında ticarət üzrə statistik məlumatların tərtib olunmasında qərara alınmışdır ki, növbəti lizinq ödəmələri hesablansın və əmtəənin əhatə etdiyi bütün dəyər orada əks olunsun. Müqavilə bitdiyi vaxt icarədar qanuni sahibkara çevrilir.
vermək, icarəyə vermək) – tərəflər arasındakı razılaşma əsasında müəyyən vaxt ərzində icarəyə verən öz əmlakının bir hissəsindən istifadə hüququnu icarəyə götürənə verməsi haqqında razılaşma kimi müəyyənləşdirilir. Maliyyə lizinqi lizinqin formalarından biridir və bunun əsasında
421
əmlakın bir hissəsinə sahib olma hüququ ilə bağlı bütün risk və öhdəliklər nəzərəçarpacaq dərəcədə icarəyə götürənə ötürülür. Mülkiyyətə sahiblik adətən verilə və verilməyə də bilər. Bu göstəriciyə maliyyə lizinqi haqqında müqavilə əsasında vahidin istifadə etdiyi bütün maddi əmtəələrin dəyəri (və ya dəyərin qiyməti) daxil olunur. Maliyyə lizinqi üzrə istifadə olunan əmtəələrin dəyəri lizinq haqqında müqavilənin fəaliyyətə başladığı hesabat dövrünün hesabatında nəzərə alınmalıdır. “Maddi kapital əmtəələrinə ümumi investisiya” bölgüsünə uyğun olaraq maddi əmtəələrin bütün kateqoriyaları daxil edilir: - binaların tikintisi və yenidən qurulmasına ümumi investisiya; - mövcud bina və tikililərə ümumi investisiya; - tikilməmiş (boş) əraziyə ümumi investisiya; - maşın və avadanlıqlara ümumi investisiya. Maliyyə lizinqi üzrə istifadə olunan aktivlərə görə ödəmələr çıxılmalıdır. Həmçinin maliyyə lizinqi üzrə istifadə olunmayan əmtəələrin dəyəri də çıxılmalıdır. 1993-cü ilin MHS və Avropanın baxılmış 1995-ci il MHS versiyasına uyğun olaraq, müəssisələrin struktur statistikası haqqında Əsasnaməyə görə, lizinq formaları arasında müxtəliflik müəyyənləşdirilir. Əməliyyat lizinqi üzrə icarə haqqı aralıq istehlak forması kimi izah edildiyi halda, maliyyə lizinqi üzrə alınmış əmtəələrin dəyəri milli hesablar sistemində “Əsas kapitalın ümumi yığımı”nın bir hissəsini təşkil edir. Lakin maliyyə və əməliyyat lizinqləri arasındakı fərqlər çox vaxt icarəyə verənə aid edilir. Avropa Đttifaqına daxil olan bir sıra üzv ölkələrdə maliyyə lizinqi əvvəllər hüquqi cəhətdən müəyyən maliyyə institutlarına xas idi, eyni vaxtda bu əməliyyat lizinqinə aid deyildi. MALĐYYƏ MƏNFƏƏTĐ – dividentlər, faizlər və analoji gəlirlər kimi maliyyə gəlirləri və ödənilmiş faizlər və analoji xərclər kimi maliyyə xərcləri arasında olan fərqdir. Maliyyə mənfəəti aşağıdakı kimi hesablana bilər: maliyyə gəlirləri çıxılsın (-) maliyyə xərcləri, bərabərdir (=) maliyyə mənfəəti.
uzun müddətli bank depozitlərinə, borc və istiqrazdan gəlirlərə aid olan
faizlər, razılaşdırılmış borclar və cari hesab üzrə debitorların borclarından faizlər, ticarət kreditləri, mal göndərənlərdən gələcək dövrlərdə gəlir və əlavələr, mübadilə kurslarının fərqliliyindən gəlirlər, səhmlərin satılmasından mənfəət və digər analoji gəlirlər kimi müəyyən edilə bilər.
dəyərindən əvvəlcədən müəyyən edilmiş vaxtda qeyd edilmiş faizlərin ödənilməsi xarakterik olan bəzi maliyyə aktivlərinin (depozitlər, veksellər, istiqraz və kreditlər) ödənilməsinə uyğun gəlir. Bura borclar, ticarət kreditləri və cari hesab üzrə kreditorların kreditləri üzrə faizlər də daxil edilir. Aşağıdakı maddədən maliyyə xərcləri kimi şirkətin mühasibat uçotunda tez-tez rast gəlinir: müştərilərlə razılaşdırılmış qabaqcadan ödənişlər və əlavə
gəlirlər, mübadilə kurslarının müxtəlifliyindən zərərlər (valyuta bazarlarında zərərlər), maliyyə aktivlərinin satışından zərərlər (qeyd edilmiş maliyyə aktivləri və cari investisiya aktivləri) və oxşar xərclər.
– sığortaçının, şərtləşdirilmiş hadisələrdən sonra istehsalın dayandırılması və ya istehsal həcminin azaldılması; iş yerinin itirilməsi (fiziki şəxslər üçün), müflisləşmə; gözlənilməyən məsrəflər; sövdələşmə üzrə
kreditor olan
sığortalanan şəxsin
kontragenti tərəfindən müqavilə vəzifələrinin yerinə yetirilməməsi (yerinə yetirilməsi lazım olmayan); sığorta olunan şəxsin xidməti xərcləri (məsrəfləri) və digər hadisələr nəticəsində gəlirlərini itirmiş şəxslərin qismən və ya tam ölçüdə kompensasiyalarının sığorta ödənişləri ilə əlaqədar bağlanılan sığorta müqavilələri üzrə vəzifələrini nəzərdə tutan sığorta növlərinin məcmusudur. MALĐYYƏ STATĐSTĐKASI – sosial-iqtisadi statistika sahəsidir. Onun tədqiqat obyekti təkrar istehsal prosesində yaranan maliyyə-pul münasibətlərinin kəmiyyət və keyfiyyətinin təhlilidir. Maliyyə statistikası tərəfindən həll edilən məsələlərə aşağıdakılar daxildir: maliyyə- kredit idarə, müəssisə və təşkilatları üçün, hesabat formalarının işlənib hazırlanması da daxil edilməklə, maliyyə ehtiyatları üzərində statistik müşahidələrin təşkili və metodologiyanın işlənib hazırlanması; xüsusi balans hesablamalarının aparılması; məlumatların işlənməsinin statistik metodlarının seçilməsi; nəşrlər sisteminin işlənib hazırlanması. Azərbaycanda statistika praktikasında uzun müddət ərzində maliyyə statistikası aşağıdakı bölmələrə ayrılmışdır: dövlət maliyyəsinin statistikası; sığorta statistikası; kredit və hesablaşmalar statistikası; əmanət kassaları və istiqrazlar statistikası; maliyyə müəssisələrinin statistikası. XX əsrin sonlarından etibarən, Azərbaycan Respublikasında maliyyə statistikasının tədqiqi sahəsi dövlət statistika orqanları çərçivəsində dövlət maliyyəsi və pul-kredit sferasının vəziyyəti ilə məhdudlaşdırılmışdır. Bu keçid
422
mərkəzləşdirilmiş iqtisadiyyatla müqayisə üzrə keçid
iqtisadiyyatında maliyyə
sferasının vəziyyətindəki – maliyyə bazarlarının inkişafı, Maliyyə Nazirliyi və Mərkəzi Bankın rolları və funksiyalarındakı dəyişikliklər, müəssisələrin fəaliyyətinin bazar prinsiplərinə keçidi kimi əsaslı dəyişmələrin nəticəsində olmuşdur. Đnkişaf etmiş ölkələrdə maliyyə statistikası dövlət maliyyəsi statistikası, vergi statistikası, eyni zamanda dövlət idarəetmə orqanlarının işçilərinin sayı haqqında və dövlət idarəetmə orqanlarının büdcələrinin balanslaşdırılmış statistikası deməkdir.
təsərrüfat subyektlərinin, sahələrin və ərazilərin maliyyə vəziyyətinin araşdırılmasına yönəldilmiş təhlildir. Bu iş maliyyə təhlilinin istiqamətlərindən və tərkibindən irəli gələn göstəricilər sisteminin işlənməsi və onun tətbiqi metodlarının seçilməsi yolu ilə həyata keçirilir. Onların arasında pul vəsaitlərinin qalıqlarının və dövriyyəsinin balans uyğunluğu (əlaqəsi) metodunu; indeks metodundan və orta kəmiyyət metodundan istifadə etməklə
maliyyə göstəriciləri dinamikasının statistik xüsusiyyətlərini; qruplaşdırma metodunu; hadisələrin struktur xüsusiyyətlərini; maliyyə
vəziyyətinin trendlərinin müəyyənləşdirilməsini: maliyyə-pul dəyişmələrinin reqressiyalı, korrelyasiyalı və dispersiyalı təhlilini; təhlil olunan hadisələrin qrafiki xüsusiyyətlərini ayırmaq olar.
öz
aralarında razılaşdırılmış müqavilədə göstərilmiş bəzi xüsusi vəziyyətlərdə sahiblərinə, kreditorlara digər
vahiddən, debitordan ödəmə və ya bir sıra ödəmələr almaq hüquqi verən aktivlər hesab olunur.
– (I) - müəssisənin fəaliyyətinin maliyyə nəticələri haqqında (onun gəlirli və ya zərər gətirən olması) məlumatların formalaşmasıdır. Bu məlumat daxili istifadə üçün nəzərdə tutulduğu kimi, istənilən kənar hüquqi və fiziki
şəxslər: investorlar, səhmdarlar, təchizatçılar, banklar, vergi orqanları üçün də nəzərdə tutulur. Maliyyə uçotunun predmeti, müvafiq mühasibat hesablarında əks olunan maliyyə əməliyyatlarıdır; onun məqsədi – mənfəətliliyin, müəssisənin özünün və alınmış vəsaitlərinin vəziyyətinin, onun istifadəsinin və pula çevrilə bilməsinin maliyyə sabitliyinin müəyyən
edilməsidir. Maliyyə
hesabının vəzifəsi – müəssisə fəaliyyətini xarici, konyunktur (müəyyən qədər vergi vasitəçiləri vasitəsilə yaranan) şəraitlər və
idarəetmə uçotunun istifadəsi ilə müəyyən edilən daxili (istehsalat) imkanlarla əlaqələndirməkdir. Maliyyə uçotunun yekunları aşağıdakı maliyyə hesabatlarında öz əksini tapır: balansda, mənfəət və zərər haqqında hesabatda, maliyyə vəziyyəti haqqında hesabatda, xalis
gəlirlərin bölüşdürülməsi haqqında hesabatda, hesablar üzrə izahatlarda. Maliyyə uçotu müəssisələrin maliyyə fəaliyyəti göstəriciləri ilə sahələrarası maliyyə axınları və Milli hesablar sistemində özünün son əksini tapan təsərrüfat fəaliyyəti sahələri arasında əlaqələndirici halqadır. Kommersiya müəssisələrinin illik maliyyə hesabatı auditor yoxlamalarından sonra nəşr olunur. Analitik maliyyə uçotu müəssisənin gəlirlərlə, vergilərlə, pul vəsaitlərinin hərəkəti və s. ilə bağlı olan
xarici statistika məlumatlarının formalaşmasının əsasıdır. (II) - standartlaşdırılmış dildə müqayisəli maliyyə hesabatlarının tərtib edilməsi üçün nəzərdə tutulmuş mühasibat uçotu metodudur.
HESABLANMIŞ MƏHSULLARI – maliyyə vasitəçilərinin (“Maliyyə korporosiyaları bölməsi (sektoru)”na bax) ümumi buraxılışının şərti dəyərini xarakterizə edən, MHS-də qəbul edilmiş göstəricidir. Cəlb olunmuş investisiyalaşdırmadan əldə
olunmuş bütün
gəlirlərlə faizlərin, mükafatların və s. bütün ödəmələri arasındakı fərq kimi hesablanır. Maliyyə vasitəçilərinin şərti hesablanmış məhsullarının istehlakının əks
etdirilməsinin xüsusiyyətləri, onun bütünlükdə şərti sahənin istehlakına “maliyyə vasitəçilərinin xidmətlərinin ödənilməsinin şərti hesablanması”na aid edilməsi hesab edilir, o müvafiq sahələrin aralıq istehlakına aid edilmir. MHS-93-ün tövsiyələrinin maliyyə vasitəçilərinin şərti hesablanmış məhsulları təcrübəsində tətbiqi, bu xidmətlərin istehlakçı – sahələrin aralıq istehlakı arasında bölüşdürülməsinə imkan
yaratmışdır.
– (I) - istehsal fəaliyyətidir, bu zaman maliyyə vasitəçiləri kredit verəndən kapitalı alır və borc alanların tələbatını ödəmək
üçün onları
dəyişdirirlər. Onlar,
depozitləri qəbul etmək və veksel, istiqraz və digər qiymətli kağızlar buraxmaqla kapital əldə edirlər və avans ssuda və borc verməklə, qiymətli kağızlar almaqla, bu kapitaldan istifadə edirlər. Maliyyə vasitəçiləri özlərinin sonda gəlir əldə etmək məqsədləri ilə öhdəlikləri öz üzərlərinə götürərək, riskə gedirlər.
əldə etmək məqsədilə, institusional vahidin öz üzərinə götürdüyü öhdəlik istehsal fəaliyyəti növü
423
kimi müəyyənləşdirilə bilər. Maliyyə
vasitəçilərinin rolu
onların vasitəçiliyi ilə vəsaitlərin kreditorlardan borc alanlara hərəkətini təmin etməkdən ibarətdir.
MƏTLƏR – sığorta və pensiya təminatı məqsədləri üçün nəzərdə tutulmuşlardan başqa, maliyyə vəsaitlərinin alınması və yenidən bölüşdürülməsi ilə bağlı xidmətlərdir. Ona dövlət,
vasitəçiliyinin sair formaları (maliyyə lizinqi, müxtəlif növlərdə kreditləşdirmə, maliyyə
aktivlərinin formalaşdırılması) üzrə xidmətlər daxildir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling