Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- MAGĐSTRAL NEFT KƏMƏRLƏRĐ
- MAL GÖNDƏRƏNLƏRĐN (YALNIZ PƏ- RAKƏNDƏ TĐCARƏTDƏ) TĐPLƏRĐ ÜZRƏ ALIŞIN BÖLÜŞDÜRÜLMƏSĐ
- MAL GÖNDƏRMƏNĐN BƏRABƏRLĐYĐ
- MAL GÖNDƏRMƏNĐN ŞƏRTLƏRĐ
MAAŞ, MƏVACĐB – tutduğu vəzifəyə görə işçiyə təyin edilmiş nominal aylıq əmək haqqının həcmidir. Maaş ştat cədvəlinə və kateqoriyalar dərəcəsinə uyğun olaraq müəyyən edilir. Đş stajından, peşə səviyyəsindən və s.
üstünlüklərindən asılı olaraq, vəzifə maaşına əlavələr müəyyən edilir. Əlavələr və işin görülmə keyfiyyəti, təcililiyinə görə mümkün ola bilən mükafatlarla birlikdə maaş real əmək haqqını təşkil edir.
– 1992-ci il fevralın 7-də Avropa Birliyinə üzv olan 12 dövlət tərəfindən imzalanmış müqavilədir. Bu
müqaviləyə əsasən Avropa Đttifaqı təsis edilmiş və 4.11.1993-cü ildən qüvvəyə minmişdir. Maastrixt müqaviləsi Qərbi Avropanın iqtisadi birliyini ümumi çərçivədə başa çatdırmışdır. MADDĐ ĐSTEHSAL SFERASININ DĐ- GƏR FƏALĐYYƏT NÖVLƏRĐNĐN MƏH- SUL BURAXILIŞI – bu sahəyə daxil olan bütün
altsahələrdə yaradılan məhsulların dəyəridir. MHS-nin metodologiyasına görə, ona daxildir: redaksiya və nəşriyyat fəaliyyəti, metal qırıntıları və tullantılarının tədarükü və emalı, idarədən kənar
mühafizə. Redaksiya və nəşriyyatın məhsul buraxılışı kitabların, jurnalların, qəzetlərin və s. nəşr edilmiş məhsulların orijinallarının dəyəri ilə müəyyən edilir. Metal qırıntılarının və tullantılarının tədarükü və emal olunan məhsullar satışa qoyuluşun tipinə görə, yəni təkrar xammalın tədarükü və satışının dəyərləri arasındakı fərqlə, “Đdarədən kənar mühafizə” altsahəsinin buraxılışı isə göstərilən xidmətlərə görə istehlakçının ödənişlərinin dəyəri ilə müəyyən edilir.
– mülkiyyət hüququ tətbiq olunan maddi qiymətlilərdir. Belə aktivlər tam başa çatmış şəkildə balansda aşağıdakı bölmələr üzrə nəzərə alınır: - torpaq (ərazinin abadlaşdırma ilə bağlı planlaşdırılması daxil olmaqla); - tikililər; - texniki qurğular və sənaye avadanlıqları; - digər maddi-cismi aktivlər. Başa çatmış şəkildə olan maddi aktivlər “tamamlanmamış maddi aktivlər” bölməsində nəzərə alınır.
– maddi və fiziki mövcud olan ixtiyari maldır.
qiymətlərlə hesablanan, dövrün əvvəlinə və sonuna mövcud olan maddi dövriyyə vasitələrinin ehtiyatları arasındakı fərqdir. Bu, istehsal ehtiyatlarının, natamam
istehsalın, hazır
məhsulların və yenidən satılmaq üçün malların dəyərinin dəyişməsidir. Yüksək
inflyasiya şəraitində bu məqsədlər üçün dövrün orta qiyməti tətbiq edilir.
bağlı əməliyyatlar, istənilən digər maliyyə və ya qeyri-maliyyə aktivləri ilə bağlı əməliyyatlar kimi izah edilir. Beləliklə, kapitalla əməliyyatlar hesabında əks etdirilən bu ehtiyatların dəyərinin dəyişməsi, müəssisələr tərəfindən alınmış ehtiyatların dəyəri ilə hesabat dövrü ərzində sıradan çıxmış ehtiyatların dəyəri arasında olan fərqə bərabərdir. Bu əldə edilmiş və sıradan çıxmışların bəziləri özlüyündə faktiki alınmışları və satılmışları əks etdirir, digərləri isə eyni vaxtda müəssisənin öz daxilində həyata keçirilən əməliyyatları əks etdirir. MADDĐ ĐNVESTĐSĐYA MALLARININ SATIŞI – bu göstəriciyə üçüncü tərəfə satılmış mövcud maddi kapital mallarının dəyəri daxildir. Onlar balans dəyəri ilə deyil, mülkiyyət hüququnun verilməsində məruz qaldığı istənilən xərclər çıxıldıqdan sonra satıcının faktiki alış qiyməti üzrə qiymətləndirilməlidir. Satışdan başqa, dəyərin təshihi və digər çıxılma növləri daxil edilmir. MADDĐ QEYRĐ-ĐSTEHSAL AKTĐVLƏRĐ – təbii yolla bərpa olunmayan və ya bərpa olunan (yəni institusional vahidlər tərəfindən birbaşa nəzarət olunmadan, cavabdehlik olmadan və idarə edilmədən) təbii mənşəli iqtisadi aktivlərdir. Onlara torpaq, yeraltı su ehtiyatları, yeraltı sərvətlər, təbii bioloji ehtiyatlar aiddir.
– hesabat dövründə bütün maddi məhsullara çəkilən xərcləri özündə əks etdirir. Onlara aiddir: xidmət müddəti bir ildən çox olan yeni və ya mövcud, digər müəssisələrdən alınmış və ya özünün istifadəsi üçün istehsal edilmiş kapital malları; torpaq kimi qeyri-istehsal maddi məhsullar da bura daxildir. Bütün investisiyalar dəyərin düzəlişindən (yəni tam dəyər üzrə) və satışdan əldə olunmuş məbləğin çıxılmasından əvvəl qiymətləndirilir. Nəqliyyat və quraşdırma xərcləri, komisyon yığımları, vergilər və mülkiyyətin verilməsi ilə əlaqədar digər xərclər daxil edilməklə, satın alınmış
əmtəələr alış
qiymətləri ilə
qiymətləndirilir. Şəxsi istifadə üçün istehsal 413
edilən maddi əsas fondlar istehsal dəyəri ilə qiymətləndirilir. Đri investisiyalar zamanı xərclər bir hesabat dövründən çox dövrdə istehsal olunursa, onda bu xərclər həyata keçirildikləri hesabat dövründə investisiya kimi yazılmalıdır. Müəssisələrin birləşməsi nəticəsində əldə olunan əsas fondlar çıxılır. Kapital yaratmayan, kiçik və az qiymətli alətlərin alınması ilə bağlı xərclər cari xərclərə aid edilir. Kapital aktivlərinin normal xidmət vaxtını uzadan və
ya istehsal gücünü artıran
genişləndirmə, yenidənqurma, təkmilləşdirmə və modernləşdirmə ilə bağlı bütün investisiyalar da bura daxil edilir. Cari xərclərə daxil edilmir: texniki xidmətə çəkilən xərclər; icarə və lizinq müqaviləsi üzrə istifadə olunan kapital aktivlərinin dəyəri və onlara çəkilən cari xərclər. Qeyri-maddi və maliyyə aktivlərinə investisiyalar çıxılır. Maddi məhsullara qoyulan ümumi investisiyaları aşağıdakı kimi bölmək olar: • torpağa;
hesabat dövründə binaların və digər mülklərin tikintisinə və ya yenidən qurulmasına çəkilən xərclər, həmçinin müəssisənin sahib olduğu və ya icarəyə götürdüyü binaların və digər mülklərin saxlanmasına məsrəflər daxildir; binaların saxlanılması üzrə cari məsrəflər çıxılır; • obyektdən kənarda istifadə üçün nəqliyyat
(nəqliyyat vasitələri parkı):
obyektdən kənarda istifadə olunan bütün quru və su nəqliyyat vasitələri, yəni minik və yük avtomobilləri, həmçinin bütün növlərdən olan xüsusi nəqliyyat vasitələri, su və dəmir yolu nəqliyyatı və s. daxildir; • maşın və avadanlıqlara idarə avadanlıqları, obyekt daxilində istifadə olunan xüsusi maşın vasitələri, digər maşın və avadanlıq növləri daxildir. Müəssisələrin birləşməsi nəticəsində əldə olunan başa çatdırılmamış istehsala və maddi aktivlərə qoyulan investisiyaları da həmçinin nəzərə almaq lazımdır. Maddi məhsullara qoyulan ümumi investisiyalar aşağıdakı kimi müəyyən edilir: Torpağa qoyulan ümumi investisiyalar + mövcud bina və tikililərə qoyulan ümumi investisiyalar + binaların tikilməsinə və yenidən qurulmasına qoyulan ümumi investisiyalar + maşın və avadanlıqlara qoyulan ümumi investisiyalar = Maddi məhsullara qoyulan ümumi investisiyalar. MADDĐ VASĐTƏLƏRƏ ĐNVESTĐSĐYA QOYULUŞLARI (BOŞ QALMIŞ TOR- PAQ SAHƏLƏRĐ ĐSTĐSNA OLMAQLA) – xidmət müddətləri bir ildən çox olan və vahidin (müəssisənin) istifadəsi üçün nəzərdə tutulan, digər müəssisələrdən alınmış və ya özünün istifadəsi üçün istehsal edilmiş bütün yeni və ya istifadədə olan investisiya mallarına çəkilən xərclərdir. Yalnız maddi vasitələr nəzərə alınır (mebel, maşın və nəqliyyat avadanlıqları, digər investisiya malları, binaların tikintisi, torpaq sahələrinin və binaların alınması və s.). Əksinə, qeyri-maddi aktivlərə (qeyri-maddi aktivlərə hüquqların alınması məqsədi ilə
bağlanmış ticarət
sövdələşmələrinə), həmçinin səhmlərin və digər qiymətli kağızların alınmasına qoyulan investisiyalar daxil edilmir. Bu anlayışa həmçinin əsas
fondların genişləndirilməsi, yenidən qurulması, təkmilləşdirilməsi və normal xidmət müddətlərini uzadan və ya iqtisadi səmərəliliyini artıran təmir işləri daxildir. Cari təmirə və texniki xidmətlərə çəkilən xərclər daxil edilmir. MADDĐLƏŞMĐŞ ƏMƏK XƏRCLƏRĐ ƏMSALLARI - əmək vahidlərində ifadə edilən ayrı-ayrı xərc növlərinin istehsal edilmiş
məhsulun dəyər ifadəsində ümumi həcminə olan nisbətidir. Məsələn, elektrik enerjisinin istehsalı üçün sərf edilmiş kömürün çıxarılmasına əmək xərcləri. Maddiləşmiş əmək xərcləri əmsalları K- ij =t
X j düsturu ilə hesablanır. Burada: K ij - j
sahəsində məhsul vahidinin istehsalı üçün istifadə edilən
i sahəsinin məhsul istehsalında maddiləşmiş əmək xərcləri əmsalları, t ij – j sahəsinin məhsul istehsalı üçün (cari xərclər qismində) istifadə edilən i sahəsinin həmin hissəsinin istehsalında maddiləşmiş əmək xərcləri; X j – j sahəsinin məhsulunun həcmidir. Əmək xərclərinin sahələrarası balansının və məhsul və xidmətlərin istehsalı və bölüşdürülməsinin sahələrarası balansının məlumatları əsasında hesablanır. MAGĐSTRAL QAZ KƏMƏRLƏRĐ – mədənlərdən uzaq məsafəyə nəql edilməsi üçün təbii qazın yüksək təzyiqlə qaz paylayıcı stansiyalara, kompressor stansiyalarına, yeraltı qaz anbarlarına və yeraltı qaz anbarlarından qəbul edilən qazı nəql edən boru kəmərləri və onlardan ayrılan qollardır. Əhaliyə, müəssisə və təşkilatlara qazın bölüşdürülməsini təmin etmək üçün nəzərdə tutulmuş qaz təchizatı şəbəkələri magistral qaz kəmərlərinə aid edilmir.
–
neftin və emal olunmuş maye neft məhsullarının nəql edilməsini təmin etmək üçün quraşdırılmış 414
boru kəmərləridir. Neft (neft
məhsulları) kəmərləri yeraltı, sualtı, yerüstü və yerüstü dayaqlarda qoyulmuş neft (neft məhsulları) kəmərləri və onunla bağlı olan, neftin nəqlini, qəbulunu, istehlakçıya çatdırılmasını və ya digər nəqliyyat vasitələrinə boşaltma-yükləməsini təmin edən nasos stansiyaları, neft (neft məhsulları) anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğuları şəbəkəsindən ibarətdir.
– 1) malları yerləşdirmək üçün ticarət zalına, yerə və köməkçi yerə malik olan, ayrıca binada
yerləşən pərakəndə ticarət müəssisəsinin əsas növüdür. Mağazalar müəyyən növ mal və ya mal qruplarının satışını həyata keçirən ixtisaslaşdırılmış mağazalara və faktiki olaraq özündə
ixtisaslaşdırılmış mağazaları birləşdirən, bölmələr (seksiyalar) üzrə
qruplaşdırılmış, geniş çeşidli müxtəlif əmtəələrin satılması ilə məşğul olan universal mağazalara bölünür. Mağazaların ölçüsü onun ümumi sahəsi və ticarət zalının sahəsinə görə müəyyənləşdirilir; 2) hüquqi şəxs kimi çıxış edən, yaxud əlahiddə otaqda, ticarət yerində yerləşən hər hansı pərakəndə ticarət müəssisəsidir.
zəruri
əmtəələrin alınması məqsədi ilə
alıcıların gəldikləri daimi yerdir, mağazadır. MAKROĐQTĐSADĐ MODEL – bir qayda olaraq, tam vahid kimi aqreqasiya olunmuş (birləşdirilmiş) makroiqtisadi indikatorlara və aqreqasiya olunmuş
iqtisadiyyat sahələri bölgüsündə göstəricilərə əsaslanan, ölkənin
iqtisadi modelidir. Tipik olmayan hadisə kimi, makroiqtisadi model ümumilikdə iqtisadiyyat sahələri üçün Kobba-Duqlasın istehsal funksiyası, məhsul
və xidmətlərin istehsalı və
bölüşdürülməsinin sahələrarası balansı modeli hesab edilir. MAKROĐQTĐSADĐYYAT
– iqtisadiyyat elminin bir hissəsidir, ümumiləşdirilmiş (yekun) iqtisadi göstəricilər (aqreqatlar) əsasında iqtisadiyyatı həm bütövlükdə, həm də onun mühüm məcmusu olan ev təsərrüfatını, biznes, dövlət bölmələrini və s.
öyrənir. Makroiqtisadiyyatın vəzifəsi iqtisadiyyatın ümumi vəziyyətini və quruluş sxemini və iri göstəricilər arasında iqtisadi əlaqələri əks etdirməkdən ibarətdir. Makroiqtisadiyyat məcmusu bazarların: mal və xidmətlərin, işçi qüvvəsinin, kapital və qiymətli kağızların təhlili ilə məşğuldur. Bununla yanaşı, tədqiqat obyekti kimi məhsulların ümumi həcmi, məşğulluq səviyyəsi, gəlir və xərclərin həcmi,
qiymətlər və
s. çıxış
edir. Makroiqtisadiyyatın tədqiqat obyekti kimi milli sərvət, ümumi daxili məhsul, milli gəlir, məcmu dövlət və özəl investisiyaları, tədavüldə olan pulların ümumi
miqdarı da
çıxış edir.
Makroiqtisadiyyat bütövlükdə ölkə iqtisadiyyatı səviyyəsində iqtisadi qərarların qəbul edilməsi üçün nəzərdə tutulmuşdur. Makroiqtisadi təhlil üçün,
praktiki olaraq,
statistikanın bütün
bölmələrindən, birinci növbədə isə milli hesablar statistikasından istifadə edilir. Makroiqtisadi proseslər əmtəə bazarları, müəssisələr, maliyyə və qiymət, ev təsərrüfatları, vergiqoyma statistikası ilə konkretləşdirilir.
- əmək qanunvericiliyinə uyğun olaraq, müəyyən dövr ərzində maksimum işlənmiş mümkün olan iş vaxtıdır. Bu göstərici bayram və bazar adam- günlərinin, həmçinin növbəti məzuniyyət (illik) adam-günlərinin təqvim günlərindən çıxılması ilə hesablanır. MAQNĐT DĐSKĐ – bir və yaxud hər iki tərəfindən maqnit materialları ilə örtülmüş, özlüyündə yastı (düz) plastini (lövhəni) əks etdirən məlumatların elektron daşıyıcısıdır. Məlumatların
yazılması üçün nəzərdə
tutulmuşdur. MAL DÖVRĐYYƏSĐNĐN MÜDDƏTĐ - mal dövriyyəsi göstəricinin əksidir
və malın
istehsaldan istehlakçıya çatana qədər əmtəə tədavülü sferasında keçirdiyi günlərin sayı ilə xarakterizə olunur.
Dövr ərzində
mal ehtiyatlarının bir günlük əmtəə dövriyyəsinə olan orta nisbəti və ya dövrdəki günlərin sayının mal
olan
nisbəti kimi
hesablanır. Mal ehtiyatları və mal dövriyyəsi statistikasında mal dövriyyəsi müddətinin amil, indeks və geriləmə modelləri qurulur.
– əmtəə dövriyyəsinin tərkibidir, ümumi əmtəə dövriyyəsində ayrı-ayrı əmtəə və əmtəə
qrupları arasındakı nisbətdir. Mal
dövriyyəsinin əmtəə strukturu hər bir əmtəənin nisbi göstəricisinin – faizlə xüsusi çəkisinin yekuna nisbəti ilə onun ümumi satışda yerini əks etdirir. Mal dövriyyəsinin əmtəə strukturunun birbaşa hesablanması ticarət prosesi uçotunun tam kompüterləşməyə keçməsini tələb edir. Đndiki zamanda hesablamanın P = Z
+P-V-Z
k balans düsturunun köməyi ilə dolayı üsulundan istifadə edilir (“Bazar statistikasında balans üsulu”na bax).
415
MAL GÖNDƏRƏNLƏRĐN (YALNIZ PƏ- RAKƏNDƏ TĐCARƏTDƏ) TĐPLƏRĐ ÜZRƏ ALIŞIN BÖLÜŞDÜRÜLMƏSĐ – pərakəndə ticarətin təchizatı şəbəkəsinin təsvirini verir. O, birbaşa istehsalçılarda alışın payının (hissəsinin) müəyyənləşdirilməsi məqsədi ilə pərakəndə ticarətçilər tərəfindən edilmiş təxmini qiymətləndirmə sayılır. Tədarükçülərin müxtəlif tipləri üzrə alışın bölüşdürülməsi faizlə ifadə oluna bilər. MAL GÖNDƏRMƏNĐN BAZĐS (ĐLKĐN) ŞƏRTLƏRĐ – əmtəənin çatdırılması, müvafiq sənədlərin rəsmiləşdirilməsi və nəqliyyat xərclərinin ödənilməsi, əmtəə üzərində mülkiyyət hüquqlarının satıcıdan alıcıya keçmə məqamının müəyyənləşdirilməsi, əmtəənin təsadüfi korlanması və ya itməsi riski, habelə mal göndərmə tarixi üzrə satıcı və alıcı arasında vəzifə bölgüsünü (öhdəlikləri) özündə əks etdirən xarici ticarət
sazişinin şərtləridir. Bazis şərtləri beynəlxalq ticarət təcrübəsinə uyğun hazırlanır. Beynəlxalq ticarətin müasir praktikasında xarici ticarət (gömrük) statistikasında “Đnkoterms-2000” ticarət
terminlərinin beynəlxalq qaydalar toplusundan geniş istifadə edilir.
– malların eyni fasilələrlə və bərabər partiyalarla daxil olmasıdır, variasiya göstəricilərinin köməyi ilə öyrənilir.
– Beynəlxalq Ticarət Palatasının “Đnkoterms” ticarət terminlərinin toplusuna uyğun olaraq, alıcı və satıcıların qarşılıqlı öhdəliklərini müəyyən edən “alqı-satqı” müqaviləsinin əsaslarıdır. Beynəlxalq ticarətdə göndərmənin və malların haqqının ödənilməsi qaydalarını müəyyənləşdirən kommersiya şərtləridir. SĐF – “Dəyər, sığorta və fraxt (təyinat limanının adı)” onu göstərir ki, satıcı malların göstərilmiş təyinat limanına çatdırılması üçün zəruri olan xərclərin və fraxtın ödənilməsinə borcludur, həmçinin malların məhv olması və ya daşınma vaxtı malların zədələnməsi təhlükəsindən dəniz sığortasını təmin etməlidir. SĐP – “Daşınma haqqı və sığorta əvvəlcədən (təyinat məntəqəsi göstərilməklə) ödənilir”, onu göstərir ki, satıcı göstərilən təyinat yerinədək malların daşınmasına görə fraxtı ödəyir, həmçinin daşınma vaxtı malların məhv olması və ya zədələnməsi təhlükəsindən nəqliyyat sığortasını təmin edir. SFR – “Dəyər və fraxt (təyinat limanının adı)”, onu göstərir ki, satıcı malların göstərilən təyinat limanına çatdırılması üçün zəruri olan xərcləri və fraxtı ödəməyə borcludur. Ancaq malların itkisi və ya zədələnməsi təhlükəsi, həmçinin malların gəminin bortundan keçdikdən sonra baş verən xərclərin istənilən artma təhlükəsi malların gəminin tutacağı vasitəsilə yüklənmə limanına keçməsi anından satıcıdan alıcıya keçir. SPT – “Daşınma əvvəlcədən ödənilmişdir (təyinat məntəqəsi göstərilməklə)”, onu göstərir ki, satıcı malların göstərilən təyinat yerinə daşınmasına görə fraxtı ödəyir. Malların məhvi və zədələnməsi təhlükəsi, həmçinin malların daşıyıcıya verilməsindən sonra əmələ gələn xərclərin istənilən artımı, malların daşıyanın sərəncamına verildiyi vaxtdan satıcıdan alıcıya keçir. DAF – “Sərhəddə qədər mal göndərmə (məntəqə göstərilməklə)”, onu göstərir ki, malların göndərilməsi üzrə satıcının öhdəlikləri o zaman yerinə yetirilmiş sayılır ki, göndərilmə üçün rüsumdan azad edilmiş mallar qəbul edən ölkənin
göstərilən məntəqəyə və ya yerə daxil olur (gəlir). EXW – “Zavoddan (məntəqə göstərilməklə)”, onu göstərir ki, satıcı göndərmə üzrə öz öhdəliklərini, öz müəssisəsində (zavodunda, fabrikində və s.) malları alıcının sərəncamına verdiyi vaxt yerinə yetirmiş olur. FAS - “Gəminin bortunadək sərbəst (yükləmə limanı göstərilməklə)”, onu göstərir ki, satıcı göndərilmə üzrə öz öhdəliklərini o zaman yerinə yetirmiş hesab edilir ki, mallar razılaşdırılmış yükləmə məntəqəsində, körpüdə və ya lixterlərdə gəminin bortu boyunca yerləşdirilsin. Bu onu göstərir ki, bu mərhələdən sonra alıcı bütün xərcləri malların məhv və ya zədələnməsi risklərinə cavabdehlik daşıyır. FCA –
daşıyıcı (məntəqə göstərilməklə)”, onu göstərir ki, satıcı malların göndərilməsi üzrə öz öhdəliklərini o zaman yerinə yetirmiş hesab edilir ki, göndərilmə üçün gömrük nəzarətindən keçmiş malları
şərtləşdirilmiş məntəqədə daşıyanın sərəncamına versin. FOB – “Bortda müstəqil (yükləmə limanının adı)”, onu göstərir ki, satıcı mal göndərilməsi üzrə öz öhdəliklərini, malları yükləmə limanında gəmiyə verməsi anından yerinə yetirmiş hesab edilir. Bu andan alıcı bütün xərclər və malların məhv
və zədələnməsinin təhlükəsizliyinə cavabdehlik daşıyır.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling