Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- BOŞALTMA MƏNTƏQƏSĐ
- BOŞANMA ƏMSALLARI
- Nikahın davamiyyət müddəti üzrə xüsusi
- Nikahın müddəti üzrə xüsusi
- BÖLÜNMƏ
- BRASSIN ÖLÜM MODELĐ
- BROKER KONTORU (FĐRMASI)
- BRUTTO ÇƏKĐ
- BUL CƏBRĐ
- BÜDCƏ
BOŞ ĐŞ YERLƏRĐNĐN SAYI
– 1) müəssisədə, (təşkilatda, idarədə) əlavə tələb olunan işçilərin, yəni işə qəbul edilə biləcək işçilərin sayıdır; 2) təşkilatda tələb olunan işçilərin sayı ilə ifadə olunur, bir şərtlə ki, onlar tam məşğulluqla təmin olunsunlar. 77
KAPĐTAL QOYULUŞU – boş torpaq sahələrinin alınmasını göstərir. Alınmış torpaq sahələri müəssisələrin hesablarında kapital kimi nəzərə alınır.
– idxalda AĐ-nın sərhədini keçmiş malların fəal nəqliyyat vasitələrindən boşaldıldığı məntəqədir.
- nikahın ləğv edilməsi (boşanma) nəticəsində kəbin birliyinin dayandırılması prosesidir. Boşanma səviyyəsi sosial-mədəni normalarla, nikah və qanunvericiliyin üstün formaları ilə müəyyən olunur. Boşanma haqqında statistik məlumatlar boşanmanın rəsmiləşdirilməsinə dair hüquqi
sənədlərin işlənməsinə, həmçinin
(müayinəsinin) məlumatlarına əsaslanır. Boşanma haqqında rəsmi sənəd kimi, ədliyyə orqanlarında tərtib olunan nikahın ləğv edilməsinə dair akt qeydləri xidmət edir. Boşanmanın ölçülməsi üçün boşanma əmsalı tətbiq edilir: ümumi - boşananların illik sayının əhalinin ümumi sayına nisbəti, xüsusi - illik boşananların sayının mövcud cütlüklərin (ər- arvadların) orta illik sayına nisbəti; kişi və qadınlar üçün ayrılıqda hesablanan boşanmaların yaş əmsalı; yaşın əvəzinə nikahın bağlandığı andan onun davamlılığı, həmçinin onlardan kumulyativ və yekun əmsalların törəmələri nəzərə alındığı, nikahın uzunmüddətliliyi üzrə boşanma əmsalı. Boşanma səviyyəsinin tədqiqatını dərinləşdirmək üçün boşanma cədvəlləri qurulur.
– nikahların bəzi məcmusunda nikahın pozulması nəticəsində onların ləğv
olunmasını xarakterizə edən kəmiyyətlərin nizamlanmış ardıcıllığıdır. Real, yaxud hipotetik koqortada boşanma prosesinin riyazi modeli, bu prosesin axınını qarşılıqlı əlaqədə olan göstəricilər sistemi ilə göstərir. Boşanma cədvəllərinin hər göstəricisinə cədvəlin şkalasının qiymətlərinə müvafiq nöqtələr üçün müəyyən demometrik funksiyanın qiymətlər sırası kimi, şkalanın öz qiymətlərinə isə arqumentin qiyməti kimi baxıla bilər. Əhalinin mövcud yaş və nikah strukturundan və digər
demoqrafik proseslərdən asılı olmayaraq, boşanma cədvəlləri boşanmanı təsvir etməyə, prosesin səciyyəvi xüsusiyyətlərini aşkar etməyə və müxtəlif əhalidə boşanmanı müqayisə etməyə imkan yaradır. Đlk boşanma
cədvəlləri statistika elmində Y.A.Korcak-Çepurkovski tərəfindən 1926-cı ildə qurulmuşdur. Boşanma
cədvəlləri demoqrafik proseslərin ümumi prinsipləri üzrə qurulur. Đlkin nisbətdən asılı olaraq,
boşanma cədvəlləri ümumi, boşanmaların sayı nikah vəziyyətindən asılı olmayaraq, əhalinin ümumi sayına nisbətdə götürülür və xüsusi cədvəllərə bölünür. Burada boşanmaların sayı nikahda olanların sayı ilə müqayisə olunur. Ümumi boşanma cədvəlləri 15-70 intervalında yaş şkalası
üçün qurulur. Ümumi boşanma
cədvəllərinin əsas göstəriciləri öz aralarında aşağıdakı nisbətdə olur: k d D k x x k x x ⋅ = + + / / ; ∑ +
x k x x x D D 16 / / 16
Cədvəlin həm real, həm də hipotetik nəsil üçün çıxış göstəricisi orta illik boşanma tezliliyidir d x/x+k və orta hesabla il ərzində boşanmaların sayının həmin yaşda olan şəxslərin sayına, yaxud daha dəqiq həmin nəsildən olan şəxslərin x/x+k yaş intervalında yaşadığı insan-illərə nisbət kimi alınır. Bu göstərici yaşa görə boşanma əmsalından fərqlənmir. Ümumi boşanma cədvəlləri tam – bir illik yaş intervalı ilə və qısa – illik və daha iri intervallarla qurulur. Xüsusi boşanma cədvəlləri nikahın müddəti şkalası üzrə (y) qurulur və hansısa real və ya hipotetik nikah koqortasının boşanmaya görə nikahın müddəti artdıqca, azalmasını göstərir. Lakin çox çətin olduğundan nadir hallarda hesablanır. Xüsusi
boşanma cədvəllərində boşanmalara digər
demoqrafik proseslərdən (ölüm, dul qalma, miqrasiya) ayrı baxılır və buna görə də xalis demoqrafik cədvəl sayılır. Bu proseslərin hamısı nəzərə alındığı xüsusi cədvəllər nikahın ləğv olunması cədvəlləri adlanır. Xüsusi boşanma cədvəllərinin əsas göstəriciləri öz aralarında aşağıdakı nisbətlərdədir: ) 1
/ k y y y k y d M M + + − = ; k y y k y y M M D + + − = / ; ∑ ⋅ = + ω ω y k y y y k D D / / ; y y y M D d ω ω / / = ; 5 , 0 / / + ⋅ ⋅ = ∑ + ξ ω
y k y y y D y k D y . Xüsusi boşanma cədvəllərinin çıxış göstəricisi mövcud olan
nikahlar d y/y+k
üçün y/y+k intervalında boşanma ehtimalıdır. Bu, real koqorta üçün ya nikah koqortasının aqibətinin uzununa müşahidə məlumatları üzrə, ya da retrospektiv müşahidə yolu ilə; hipotetik koqorta üçün – birdəfəlik müşahidə məlumatlarının xüsusi işlənməsi nəticəsində, yaxud boşanmaların cari uçotu üzrə
məlumatların və
siyahıyaalma məlumatlarının müqayisə edilməsi nəticəsində alınır.
78
BOŞANMA ƏMSALLARI – boşanmalar nəticəsində nikahların dayandırılmasının tezliyini əks etdirən nisbi kəmiyyətlərdir; müəyyən dövrdə boşanma sayının müvafiq əhali sayına, yaxud boşanma ilə nəticələnə bilən nikahların sayına nisbəti kimi hesablanır. Boşanmaların sayı hansı məcmu ilə müqayisə edildiyindən asılı olaraq, fərqlənir. Boşanma əmsalları bir neçə ölkə üzrə, yaxud bir ölkə üzrə müxtəlif vaxta görə müqayisə edildikdə, boşanma əmsalları kəmiyyətinə boşanmalara dair qanunvericiliyin xüsusiyyətləri və onların dəyişə bilən uçot qaydası təsir göstərir.
boşanmaların sayının həmin dövr üçün əhalinin orta sayına nisbətidir. Əhalinin yaş və nikah strukturundan asılıdır, çünki boşanmaların sayı nikahda olmayan böyüklər və uşaqlar daxil olmaqla, bütün əhali ilə müqayisə edilir.
boşanmaların sayının həmin dövrün ortalarına (çox vaxt siyahıyaalma məlumatları üzrə) mövcud nikah cütlüyünün orta sayına nisbətidir. Bu göstərici ümumi boşanma əmsallarından daha dəqiqdir, lakin bu, nikahda olanların yaş strukturundan asılıdır; siyahıyaalmalararası illərdə nikahda olanların sayına dair məlumatlar əldə etmək çətindir. Bundan əlavə, hesablama bir o qədər də yaxşı müqayisə olunan məlumatlara əsaslanmır: boşanmaların sayı
hüquqi rəsmiləşdirilmiş nikahın pozulması hallarının cari uçotu məlumatlarından, ailəli olanların sayı isə siyahıyaalma məlumatlarından götürülür. Bu zaman isə sorğu olunan insanlar öz nikah vəziyyətini özləri müəyyən etdiyi kimi qeydə alınırlar. Bəzi hallarda boşanma indeksi hesablanır (V.Đ.Pokrovskinin həyatilik indeksinin analogiyası üzrə) – verilən dövr üçün boşanmaların sayının həmin dövrdə bağlanmış nikahların sayına nisbəti kimi; bütün yaşlar üçün boşanma indeksindən başqa, yaşlar üzrə boşanma indeksləri də hesablana bilər. Bu göstəricilərin kəmiyyətinə əhalinin yaş və nikahlıq strukturu, keçmişdə nikah və boşanmaların dinamikası təsir göstərir. Bu göstəricilər boşanmanın xarakteristikası üçün yararsızdır.
verilmiş yaşda olan kişilərin (qadınların) boşanma sayının həmin dövrdə həmin yaşda olan bütün kişilərin (qadınların) orta sayına nisbətidir; müxtəlif yaşda olan şəxslərin boşanma tezliliyini xarakterizə edir. Bu növ əmsal boşanma cədvəllərinin qurulması üçün əsasdır. Bütün yaşlar
üzrə boşanmanın yaş əmsallarını cəmləşdirərək yekun boşanma əmsalı alınır. Bu əmsal nəsildə (hipotetik, yaxud real) yaşlar üzrə mövcud boşanma intensivliliyində bütün ömrü boyu boşanmaların orta sayını göstərir. Hər iki göstərici əhalinin nikah strukturundan, hipotetik nəsil üçün yekun boşanma əmsalları, həmçinin keçmişdə boşanma
dinamikasında və
boşanmaların yaşlar
üzrə bölgüsündəki dəyişikliklərdən asılıdır. Boşanma
səviyyəsinin daha
adekvat xarakteristikası yekun boşanma əmsallarının analoji hesablanmış yekun nikah əmsalına nisbətidir. Boşanmanın xüsusi yaş əmsalları – müəyyən vaxt ərzində verilmiş yaşda olan kişilərin (qadınların) boşanma sayının həmin dövr üçün həmin yaşda evli (ərdə) olanların orta sayına nisbətidir. Göstərici ümumi
yaş boşanma
əmsallarına nisbətən daha dəqiqdir, çünki əhalinin nikahlıq strukturundan asılı
deyil. Onun
hesablanması kifayət
qədər informasiyanın olmamasına görə çətindir, məlumatlar yalnız siyahıyaalma ilinə olur; onun kəmiyyətinə nikahlıq tarixi təsir edir. Xüsusi boşanma əmsallarının maksimal kəmiyyətləri kişi və qadınlarda müxtəlif yaş qruplarına düşür – kişilərdə 25-29 yaşa, qadınlarda 20-24 yaşa; yaş artdıqca onlar tədricən aşağı düşür.
boşanma əmsalları iki üsulla hesablanır: 1) hər hansı vaxt dövrü üçün müəyyən nikah müddətində boşanma saylarının müvafiq sayda illər əvvəl bağlanmış nikahların nisbəti kimi; 2) hər hansı vaxt dövrü üçün müəyyən nikah müddətində boşanma saylarının müvafiq sayda illər əvvəl bağlanmış nikahlardan həmin dövrə
kimi saxlanmış nikahların sayına nisbəti kimi. Đkinci üsulla hesablanan boşanma əmsalları daha dəqiqdir, çünki bu üsul təkcə nikahlıq tarixini deyil, həm də koqortada ölümün, boşanmanın tarixini də nəzərə
alır. Xüsusi
boşanma əmsallarını cəmləyərək nikahın müddətinə görə birinci, yaxud ikinci üsulla alınan nikahlıq koqortasında (hipotetik yaxud real) boşanma tezlikləri göstəriciləri alınır və bəzən gətirilmiş boşanma saylarının cəmi adlandırılır. Hipotetik koqorta üçün bu əmsal koqortada ləğv olunmuş nikahların mümkün payını göstərir, hər nikah ilində, bu təqvim ilində boşanma intensivliyi eyni olduqda.
– bütün əmsallardan daha dəqiqdir, xüsusi boşanma cədvəllərinin qurulması üçündür. Onlar (başqa xüsusi əmsallar kimi) boşanma zamanı uşaqların sayı, nikah bağlanan zaman ər və ya arvadın yaşı, nikahın növbəliliyi, təhsil səviyyəsi və s. bu kimi amillər nəzərə alınmaqla hesablana bilər. Bu xüsusi boşanma əmsallarının təxmini qiymətləndirilməsi üçün
bir sıra
üsullar mövcuddur, onlar boşanmanın kiçik səviyyədə 79 olduğu zaman kifayət qədər yaxın nəticələr verir. Lakin boşanma səviyyəsi, yaxud boşanma təqvimi dəyişdikcə mənzərə pozulur. Nikah müddətinə görə xüsusi boşanma əmsalları üçün əvvəlcə artma,
sonra isə
tədricən aşağı
düşmə səciyyəvidir.
– müəssisənin, təşkilatın rəsmən fərqləndirilmiş hissəsi və onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə görə cavabdeh olan işçiləridir. Bölmələr onlara tapşırılmış işin profili əsasında fərqləndirilir. Bölmələrə şöbələr, laboratoriyalar, sexlər, sektorlar aid edilir.
– bir hüquqi vahidin bir neçə hüquqi vahidə bölünməsinə dair demoqrafik hadisədir.
– ölüm əyrisini təsvir edən riyazi modellərdən biridir. Đngilis demoqrafı U.Brass
tərəfindən 1968-1971-ci illərdə hesablamışdır. Đki parametri var (yaş və sağ qalanların sayı) və aşağıdakı növ funksiyaya (“loqit” adlanan) əsaslanır. ) / ln( 5 , 0 ) ( log 0 0 0 x x x x q p p it Y = = (1) burada
0 P x =l x /l 0 – 0 yaşdan x yaşadək sağ qalanlar (l
– yaşadək sağ qalanların sayı, l 0 – ölüm cədvəlinin köküdür); oq
. Bu, düz loqitdir. Ona əks olan logit(oq
logit(oq
x ).
0 P x -dən fərqli olaraq Y x funksiyası = –∞ və +∞ arasında müxtəlif qiymətdə ola bilər. Brassın empirik təyin etdiyi kimi, x və 0 P x imkanların loqit-transformasiyası x və 0 P x arasında asılılıq xətti transformasiyaya gətirib çıxarır, yəni:
burada α və β – parametrlər, Y x – öyrənən cədvəlin loqitləri (transformasiya edilmiş
oxu), γ’ x –
standart cədvəlin loqitləri (transformasiya edilmiş yaş oxu). Standart kimi, tədqiqat məqsədlərinə yararlı olan istənilən cədvəldən istifadə oluna bilər. Lakin geniş miqyaslı müqayisələr üçün adətən “Brassın ümumi standartı”, yaxud onun modifikasiyaları tətbiq olunur. Modelin (2) parametrləri istənilən xətti reqressiya tənliyi əmsallarının mənasını daşıyır. α parametri – ümumi ölüm səviyyəsinin indikatorlarından biridir. Ölümün bir əyrisinin digərinə nisbəti yuxarı və aşağı olduğunu göstərir. β parametri ölüm əyrilərinin əyrilməsini ölçür və bununla da onlar arasındakı keyfiyyət fərqlərini göstərir. XX əsrdə ömür uzunluğunun artması ilə ölüm əyrisinin profili V-dan J-formayadək dəyişirdi. Bu da uşaq yaşlarında (o cümlədən körpə ölümünün) daha sürətlə aşağı düşməsi ilə bağlıdır. β parametrini ölüm əyrisinin V yaxud ölçüsü kimi təfsir etmək olar (β kəmiyyəti nə qədər çox olursa, bir o qədər ölüm əyrisi J olur). Brassın ölüm modeli ənənəvi sahələrdə tətbiq olunur: ölümün təhlili və proqnozu, natamam informasiya əsasında sağ qalma cədvəllərinin qurulması, əhalinin və ölümlərin uçot keyfiyyətinin diaqnostikası. Brassın ölüm modeli əsasında işlənilmiş demoqrafik xarakteristikaların dolayı yolla qiymətləndirilməsi üçün bir sıra metodlar mövcuddur. Bu sahədə Brassın ölüm modeli Koul və Demenin modelləri kimi tez-tez tətbiq olunur.
görə komisyon mükafatı alan birja alverçisi və ya vasitəçisidir. Adətən, agent komissiya və ya tapşırıq müqaviləsi əsasında fəaliyyət göstərirlər. Brokerlər alıcı və satıcı arasında əlaqə yaradaraq ticarət sövdələşməsi bağlanmasını təmin edirlər. Broker rolunda ayrı-ayrı şəxslər, firmalar və təşkilatlar çıxış edə bilərlər.
bazarında və ya birja bazarından kənarda olan vasitəçi təşkilatdır.
- bronlaşdırılmış nömrə istifadə edilmədikdə, onun yenidən satışa qaytarılması tarixidir.
– konteyner və digər nəqliyyat avadanlıqlarının çəkisi istisna
olmaqla, qablaşdırma materialının çəkisi daxil olmaqla əmtəənin çəkisidir.
- cəbrin bir sahəsidir. Bul cəbri ikili ədədlər üzərində olan bütün əməlləri həyata keçirməyə imkan verir. Fiziki olaraq bunu elementar oyuqlar şəbəkəsi (ventillər) vasitəsi ilə reallaşdırmaq olur. Đkili hesabdan istifadə edərək, istənilən ədədi kodlaşdırmaq olar (deməli, istənilən simvolu və əməliyyatı) və yaxud sadə fiziki cihazlar sxemindən ibarət olan qurğudan istifadə etməklə, istənilən hesabi və məntiqi əməllərin yerinə yetirilməsinə nail olmaq olar.
– energetika, nəqliyyat və
anbar təsərrüfatı, rabitə, meydandaxili mühəndis kommunikasiya, abadlıq və digər obyektlərin tikintisinin və ya onun növbələrinin hissəsi hesab edilən əsas istehsal və yardımçı təyinatlı obyektlər (və ya onların hissələri) qrupudur. Buraxılış kompleksinin
80
tərkibi və həcmi layihə təşkilatının sifarişçi və baş podratçı ilə razılaşması üzrə müəyyən olunur.
– dövlət hakimiyyəti orqanlarının funksiyalarının təmin edilməsi üçün pul
vəsaitlərinin yaranması və xərclənməsi formasıdır.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling