Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet16/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   12   13   14   15   16   17   18   19   ...   183

BEYNƏLXALQ 

MÜLKĐ 

AVĐASĐYA 

TƏŞKĐLATI  (BMAT)

 

– 

1944-cü 



ildə 

Çikaqoda  Beynəlxalq  mülki  aviasiya  üzrə 

konfransda  hazırlanmış  və  Beynəlxalq  Mülki 

Aviasiyaya  dair  Konvensiya  26  dövlət  tərəfindən 

təsdiq 

edildikdən 



sonra, 

1947-ci 


ildə 

yaradılmışdır.  BMAT-ın  yaradılmasında  məqsəd 

beynəlxalq  mülki  aviasiyanın  təhlükəsizliyini  və 

planauyğun 

inkişafını 

təmin 


etməkdən; 

təyyarələrin  yaradılmasının  və  onlardan  sülh 

məqsədləri  üçün  istifadə  edilməsinin,  mülki 

aviasiya  üçün  hava  yollarının  (xətlərinin),  hava 

limanlarının, 

aeronaviqasiya 

avadanlıqlarının 

yaradılmasını 

həvəsləndirməkdən; 

dünya 


əhalisinin  təhlükəsiz,  daimi,  səmərəli  hava 

daşımalarına  tələbatını  ödəməkdən  ibarətdir.  Bu 

məqsədlərin  yerinə  yetirilməsinə  kömək  etmək 

üçün BMAT bir sıra beynəlxalq standartlar qəbul 

etmiş  və  praktiki  tədbirlər  tövsiyə  etmişdir  ki, 

bunlar da təyyarələrin konstruksiyası (layihəsi) və 

istismar  qaydalarının,  onların  avadanlıqlarının 

xarakteristikasını,  hava  nəqliyyatı  şirkətlərinin 

pilotlarının,  uçuş  ekipajının  (heyəti),  hava 

hərəkətləri  xidməti  üzrə  operatorların  xidməti 

vəzifələrini müəyyənləşdirir. 

 

BEYNƏLXALQ  SƏVĐYYƏDƏ  TÖVSĐYƏ 

EDĐLMĐŞ 

VƏRƏMLƏ 

MÜBARĐZƏ 

STRATEGĐYASI  ÇƏRÇĐVƏSĐNDƏ  VƏ-

RƏM  XƏSTƏLĐYĐNƏ TUTULANLARDA 


 

63

APARILMIŞ  DĐAQNOSTĐKA  VƏ  MÜA-



LĐCƏ  OLUNANLARIN  SAYI

  (Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən)  -  vərəm  xəstəliyinə  tutulma 

hallarının aşkar edilmiş sayı - DOTS (beynəlxalq 

səviyyədə  tövsiyə  edilmiş  vərəmlə  mübarizə 

strategiyası)  çərçivəsində  yenidən  aşkar  edilmiş 

vərəm 


xəstəliyinə 

tutulma 


hallarının 

qiymətləndirmə  sayının  faizlə  ifadəsi  kimi  verilə 

bilir.  DOTS  özündə  beş  elementi  birləşdirir:  cari 

strategiyaya  bağlılığı,  mikroskoplardan  istifadə 

edilməsini,  dərman  preparatları  ilə  təmin  etməni, 

nəzarət  və  kontrol  sisteminin  mövcudluğunu, 

həmçinin  yüksək  səmərəli  rejimlərin  tətbiq 

edilməsini 

(pasiyentin 

bilavasitə 

müşahidə 

edilməsində).  Sağalmanın  faiz  payı  –  bu, 

sağalması  mümkün  olmuş  və  ya  müalicəsində 

DOTS-un 


tam 

kursu 


keçirilmiş 

vərəmlə 


xəstələnmənin  yenidən  qeydə  alınmış  infeksiya 

hallarının  (pasiyentin  bəlğəminin  analizində 

müsbət  reaksiyası  əsasında  müəyyənləşdirilmiş) 

payıdır.  Vərəmlə  xəstələnmə  halları  vərəmin 

mövcudluğunun bakterioloji analizi və ya həkimin 

diaqnostikası  yolu  ilə  təsdiq  olunmuş  pasiyentlər 

kimi müəyyənləşdirilir. 

Aşkar edilmiş vərəm xəstəlikləri hallarının sayı bu 

və  ya  digər  konkret  ildə  vərəmə  yoluxma  halları 

haqqında 

məlumatların 

sayının 


(pasiyentin 

bəlğəminin  analizinin  müsbət  reaksiya  verməsi 

əsasında müəyyənləşdirilmiş) bu il üzrə belə yeni 

hadisələrin  qiymətləndirmə  sayına  bölünməsi  ilə 

hesablanır.  Bir  çox  ölkələrdə  bu  nisbətin 

məxrəcini  kifayət  qədər  dəqiqliklə  müəyyən 

etmək mümkün olmur.  

Uğurlu müalicələrin sayı müalicəsi baş tutmuş və 

ya  DOTS-un  tam  kursunun  tətbiq  edilməsi 

nəticəsində vərəmə yoluxma (bəlğəmin analizinin 

müsbət 

reaksiya 



verməsi 

əsasında 

müəyyənləşdirilmiş)  halları  haqqında  yenidən 

qeydə 


alınmış 

məlumatların 

sayının 

yeni 


qeydiyyatdan  keçmə  hallarının  ümumi  sayına 

bölünməsi  şəklində  hesablanır.  Müalicəsi  DOTS 

strategiyasının 

tətbiqi 


ilə 

həyata 


keçirilən 

pasiyentlər  kontingenti  üzrə  müalicəsinin  uğurlu 

olmasına  bilavasitə  və  kifayət  qədər  dəqiqliklə 

nəzarət 


etmək 

olur. 


Surətdə 

pasiyentlərin 

vəziyyətinin 

və 


müalicələrin 

nəticələrinin 

sistematik qiymətləndirmə rəqəmləri göstərilir. 

 

BEYNƏLXALQ  STANDARTLAŞDIRMA 

TƏŞKĐLATI 

(BST)

 

1946-cı 


ildə 

yaradılmışdır.  Təşkilatın  məqsədi  istehsal  olunan 

məhsulların  intellektual,  elmi,  texniki  və  iqtisadi 

cəhətdən qarşılıqlı inkişafını təmin etməkdir. BST 

Beynəlxalq 

Elektrotexniki 

Komissiyanın 

nəzdində,  hər  bir  standartlaşma  sahəsində 

fəaliyyət göstərir. 

BEYNƏLXALQ  STATĐSTĐKA

  –  rəsmi 

statistikanın əsas prinsiplərindən biri olaraq, ayrı-

ayrı  xarici  ölkələrin  və  beynəlxalq  birliklərin 

iqtisadi  vəziyyətini  xarakterizə  edən  statistik 

məlumatların 

seçilməsi, 

təhlili 


və 

sistemləşdirilməsi  ilə  məşğul  olan  statistika 

bölməsidir.  Bu  məlumatlar  ayrı-ayrı  ölkələrin  və 

beynəlxalq 

təşkilatların 

rəsmi 


statistika 

nəşrlərində dərc edilir. Beynəlxalq statistika sosial 

və  iqtisadi  statistikanın  bütün  sahələrini  əhatə 

edir. 


 

BEYNƏLXALQ 

STATĐSTĐKA 

ĐNSTĐ-

TUTU  (BSĐ)

  –  müasir  dünyada  fəaliyyət 

göstərən  ən  yaşlı  beynəlxalq  cəmiyyətdir.  BSĐ 

1885-ci ildə onun sələfi olan Beynəlxalq Statistika 

Konqresi  isə  1853-cü  ildə  yaradılmışdır.  Đnstitut 

müstəqil  cəmiyyətdir,  məqsədi  statistik  üsulların 

işlənməsi,  təkmilləşdirilməsi  və  onların  dünya 

ölkələrində  beynəlxalq  fəaliyyət  və  əməkdaşlığın 

köməyi ilə tətbiqi, statistika nəzəriyyəsi sahəsində 

tədqiqatların  inkişafı,  məlumatların  beynəlxalq 

müqayisəliliyinin 

yaxşılaşdırılması, 

statistika 

cəmiyyətləri  və  digər  statistika  təşkilatları 

arasında  beynəlxalq  münasibətlərin  inkişafı  yolu 

ilə 


statistikanın 

 

birləşdirilməsidir 



(əlaqələndirilməsidir). 

 

BEYNƏLXALQ 



STATĐSTĐKA 

TƏŞ-

KĐLATLARI

  -  BMT,  YUNESKO  və  AĐ 

çərçivəsində yaradılmışdır. 

BMT-nin 


statistika 

fəaliyyəti 

beynəlxalq 

əməkdaşlığın  inkişafına,  statistik  məlumatların 

düzgünlüyünün və  keyfiyyətinin yüksəldilməsinə, 

onun 


beynəlxalq 

müqayisəliliyinin 

yaxşılaşdırılmasına yönəldilmişdir. BMT-nin əsas 

orqanlarından  biri  Đqtisadi  və  Sosial  Şuradır 

(Economic  and  Social  Council,  ECOSOC)  və  o, 

beynəlxalq  miqyasda  statistika  proqramlarının 

əlaqələndirilməsi  ilə  məşğul  olur.  1946-cı  ildə 

yaradılmışdır  və  BMT-nin  Baş  Assambleyasının 

rəhbərliyi altında iqtisadi və sosial məsələlər üzrə 

beynəlxalq  əməkdaşlıqda  BMT-nin  məqsəd  və 

prinsiplərinin  həyata  keçirilməsinə  xidmət  edir. 

Đqtisadi  və  Sosial  Şuranın  tərkibində  müxtəlif 

komitə  və  komissiyalar  fəaliyyət  göstərir.  BMT-

nin  beş  regional  komissiyası  fəaliyyət  göstərir: 

Afrika üçün Đqtisadi Komissiyası (AĐK), Asiya və 

Sakit  okean  regionu  üçün  Đqtisadi  və  Sosial 

Komissiyası  (ASOĐSK),  Avropa  üzrə  Đqtisadi 

Komissiyası  (AĐK),  Latın  Amerikası  və  Karib 

hövzəsi 

ölkələri 

üzrə 

Đqtisadi 



və 

Sosial 


Komissiyası  (LAKĐK),  Qərbi  Asiya  ölkələri  üzrə 

Đqtisadi 

Komissiyası 

(QAĐK). 


BMT-nin 

ixtisaslaşdırılmış 

təşkilatlarının 

statistika 

fəaliyyətinin  razılaşdırılması  Đqtisadi  və  Sosial 


 

64 


Şuranın  tabeliyində  olan  Əlaqələndirmə  üzrə 

Đnzibatı  Komitəyə  (ƏĐK)  həvalə  olunmuşdur. 

ƏĐK-in 

tərkibində 



beynəlxalq 

statistika 

proqramlarının 

əlaqələndirilməsi 

və 

təkrarlanmanın  azaldılması  ilə  məşğul  olan 



statistik  fəaliyyət  üzrə  Alt  komitəsi  fəaliyyət 

göstərir.   

Beynəlxalq  statistika  məsələləri  ilə  qlobal 

miqyasda  BMT-nin  Statistika  komissiyası,  əhali 

statistikası  məsələləri  və  ümumi  demoqrafik 

problemlərlə isə BMT-nin əhali üzrə Komissiyası 

məşğul olur.  

BMT-nin  Nyu-York,  Cenevrə  və  yerlərdəki 

müxtəlif  struktur  qurumlarına  təşkilati-inzibati, 

maliyyə,  texniki  və  ümumi  xidmətləri,  onun 

katibliyinin 

Beynəlxalq 

Đqtisadi 

və 


Sosial 

məsələlər  üzrə  Departamenti  (Departament  of 

International Economic and Social Affairs) həyata 

keçirir.  1977-ci  ildə  yaradılmış  Departament, 

BMT-nin  bütün  sisteminin  maraqlarına  uyğun 

olaraq,  beynəlxalq  ticarət,  nəqliyyat,  sənaye  və 

tikinti  statistikasına  dair  məlumatları  toplayır, 

təhlil  edir  və  yayır,  standartları  və  statistika 

təsnifatlarını  hazırlayır.  Departamentin  tərkibində 

BMT-nin Statistika Bürosu (UN Statistical Office) 

fəaliyyət  göstərir.  Büro  beynəlxalq  statistika 

məlumatlarının  işlənməsi,  statistik  məcmuələrin 

hazırlanması, metodoloji işlərin həyata keçirilməsi 

və  BMT-nin  Statistika  Komissiyasının  sessiyaları 

üçün  materialların  hazırlanması  ilə  məşğul  olur. 

BMT-nin  Statistika  Bürosu  regional  və  milli 

statistika 

məlumatlarının 

müqayisəliliyinin 

yüksəldilməsinə  xüsusi  diqqət  verir.  Bunun  üçün 

statistika  məlumatlarının  yığılması,  işlənməsi, 

təhlili  və  yayılması  metodlarına  dair  BMT-nin 

bütün  qurumları  üçün  məcburi  olan  standart 

tövsiyələrdən  istifadə  edilir  (bu  standartlar  milli 

statistika  xidmətləri  üçün  təklif  xarakteri  daşıyır 

və  əsas  etibarı  ilə  statistika  məcmuələrinin 

hazırlanmasında 

istifadə 

üçün 

nəzərdə 


tutulmuşdur).  

BMT-nin  statistika  proqramlarının  və  BMT 

sisteminə  daxil  olmayan  təşkilatların  işlərinin 

əlaqələndirilməsi  məqsədilə  1969-cu  ildə  BMT-

nin  Statistika  Komissiyasının  yardımçı  orqanları 

kimi  fəaliyyət  göstərən  təşkilatların  beynəlxalq 

statistika  proqramları  və  statistika  fəaliyyətlərinin 

əlaqələndirilməsi  üzrə  işçi  qrupu  yaradılmışdır. 

BMT-nin  mərkəzi  orqanları  ilə  ixtisaslaşdırılmış 

təşkilatları 

arasında 

qarşılıqlı 

əlaqələr 

müqavilələrlə  tənzimlənir.  BMT-nin  orqanları  və 

ixtisaslaşdırılmış  təşkilatları  statistik  məlumatları 

hazırlayır,  sistemləşdirir  və  illik  məcmuələr, 

külliyyatlar və s. nəşrlər də dərc etdirir. 

Beynəlxalq 

Statistika 

Đnstitutu 

– 

BSĐ 

(Inernational  Statistical  Institute)  -  statistika 

metodlarının  inkişafı  və  təkmilləşdirilməsi  və 

onların  müxtəlif  bilik  sahələrində  tətbiqi  ilə 

məşğul olan qeyri-hökumət təşkilatıdır. Đqtisadi və 

sosial 

şurada 


və 

YUNESKO-da 

məsləhət 

statusuna malikdir. 1885-ci ildə elmi-statistiklərin 

müstəqil beynəlxalq cəmiyyəti kimi yaradılmışdır. 

BSĐ-nin  nəzdində  dörd  bölmə  mövcuddur: 

Y.Bernulli  adına  riyazi  statistika  və  nisbilik 

nəzəriyyəsi  cəmiyyəti,  Statistik  müşahidələr  üzrə 

beynəlxalq 

cəmiyyət, 

Regional 

və 


şəhər 

statistikası  üzrə  beynəlxalq  cəmiyyət,  Rəsmi 

statistika üzrə beynəlxalq ittifaq. 

Avrostat  (Statistical  Office  of  the  Europen 

Communities)  –  Avropa  Đttifaqının  Statistika 

Bürosudur,  Lüksemburqda  yerləşir  və  Brüssel 

şəhərində  departamentə  malikdir.  Avrostatın  əsas 

vəzifələrinə daxildir: Birlik üzvləri və əsas ticarət 

partnyorları  barədə  statistik  məlumatlarla  təmin 

edilməsi;  statistika  standartlarının,  metodlarının, 

konsepsiyalarının  vahidliyinin  təmin  edilməsi; 

milli 

statistika 



institutları 

(təşkilatları) 

ilə 

məlumatlar  mübadiləsi  üçün  vahid  Avropa 



hesablama 

şəbəkəsinin 

yaradılması; 

inkişaf 


etməkdə  olan  ölkələrə,  Mərkəzi  və  Şərqi  Avropa 

ölkələrinə  statistikanın  inkişaf  etdirilməsində 

yardım göstərmək; nəşriyyat fəaliyyəti. 

 

BEYNƏLXALQ 



TƏSNĐFATLAR

 

– 

beynəlxalq  təşkilatlar  tərəfindən  qəbul  edilmiş 

təsnifatlardır. 

Azərbaycan 

statistikasında 

beynəlxalq  təsnifatlar  tətbiq  edilməklə,  onların 

əsasında  milli    təsnifatların  hazırlanması,  yaxud  

keçid açarlarından istifadə etməklə (“Təsnifatların 



harmonizasiyası”na bax) həyata keçirilir. 

Beynəlxalq 

təsnifatlar 

Birləşmiş 

Millətlər 

Təşkilatı (BMT), Avropa Đttifaqı (AĐ), Beynəlxalq 

Valyuta  Fondu  (BVF),  Đqtisadi  Əməkdaşlıq  və 

Đnkişaf  Təşkilatı  (ĐƏĐT),  Gömrük  Əməkdaşlığı 

Birliyi  (GƏB),  Beynəlxalq  Əmək  Təşkilatı 

(BƏT), Beynəlxalq Səhiyyə Təşkilatı (BST) və s. 

kimi təşkilatlar çərçivəsində işlənib hazırlanır. 

Statistik  məqsədlər  üçün  ən  geniş  istifadə  olunan 

beynəlxalq  təsnifatlar    aşağıdakılardır:  iqtisadi 

fəaliyyətin  bütün  növlərinin  beynəlxalq  standart 

sahələr  təsnifatı  (BSST);  Əsas  məhsulların 

beynəlxalq təsnifatı (ƏMBT), Beynəlxalq standart 

ticarət  təsnifatı  (BSTT),  Dövlət  orqanlarının 

funksiyaları təsnifatı (DOFT) və s. 

 

BEYNƏLXALQ 

TRANZĐT

 

– 



ölkənin 

göndərilmə 

və 

çatdırılma 



məntəqələrinin 

hüdudları 

xaricində 

olan 


ölkənin 

yük 


daşınmalarının  həyata  keçirilməsidir.  Birbaşa  və 

dolayı  tranzitlər  fərqləndirilir.  Birbaşa  tranzitə  -  

gömrük anbarına yerləşdirmədən gömrük təminatı 

altında  xarici  əmtəələrin  daşınması;  dolayısı 

tranzitə - gömrük anbarlarına daxil olan və oradan  


 

65

xaricə  göndərilən  xarici  əmtəələrin  daşınması 



aiddir. 

 

BEYNƏLXALQ 

VALYUTA 

FONDU 

(BVF)

  -  BMT-yə  üzv  dövlətlərin  əksəriyyətini 

birləşdirən  ixtisaslaşdırılmış  beynəlxalq  maliyyə 

təşkilatıdır  və  vəzifəsi  beynəlxalq  valyuta 

sisteminin 

fəaliyyətini 

təkmilləşdirməkdən 

ibarətdir. BVF  beynəlxalq valyuta məsələləri üzrə 

məsləhət  və  razılaşdırılmış  fəaliyyət  üçün 

mexanizmlə  təmin  etmək;  məşğulluğun  və  real 



gəlirin  yüksək  səviyyəsi  ilə  beynəlxalq  ticarəti 

tarazlı  inkişaf  etdirmək;  istehsal  imkanlarını 

inkişaf  etdirmək;  valyuta  sabitliyi  və  valyuta 

münasibətlərini    nizamlamaq  yolu  ilə  beynəlxalq 

əməkdaşlığa  təsir  göstərir.  BVF  həm  də 

ödəmələrin çoxtərəfli sistemlərinin yaradılması və 

dünya  ticarətinin  inkişafına  maneçilik  törədən 

valyuta  məhdudiyyətlərinin  aradan  qaldırılmasına 

çalışmağa;  tədiyyə  balanslarında  tarazlığa  nail 

olmaq, 


lazımi 

zəmanətlə 

Fondun 

ümumi 


ehtiyatlarından  müvəqqəti  olaraq  üzv-dövlətlərə 

verilməsinə; 

tədiyyə 

balanslarının 

kəsrinin 

davamlılığını  və  miqyasını  ixtisara  salmağa  təsir 

göstərir. BVF-nin ehtiyatları üzv-ölkələrin üzvlük 

haqqından  və  bazar  götürmələrindən  ibarətdir. 

BVF-nin  idarəedici  orqanı  idarəetmə  şurasıdır  və 

tərkibinə hər ölkədən bir nümayəndə daxildir.  



 

BEYNƏLXALQ  YENĐDƏNQURMA  VƏ 

ĐNKĐŞAF  BANKI  (BYĐK)

  –  BMT-nin 

valyuta-maliyyə  məsələləri  üzrə  konfransında 

işlənib  hazırlanmış  Sazişin  28  ölkə  tərəfindən 

imzalanmasından  sonra,  1944-cü  ildə  Bretton-

Vudsda  (ABŞ)  yaradılmışdır.  Onun  məqsədi  - 

istehsal məqsədləri üçün kapital qoyuluşu yolu ilə 

üzv-dövlətlərin  ərazilərinin  yenidən  qurulması  və 

inkişaf  etdirilməsinə  yardım  göstərmək;  fərdi 

xarici  kapital  qoyuluşunu  maraqlandırmaq  və 

hətta  fərdi  kapitalı  əlverişli  şərtlərlə  almaq 

mümkün  olmadığı  hallarda,  fərdi  kapitala  əlavə 

olaraq, istehsal məqsədləri üçün maliyyə vəsaitləri 

ayırmaq; 

BYĐK-yə 

üzv-dövlətlərin 

istehsal 

ehtiyatlarını 

inkişaf 

etdirmək 

məqsədilə, 

beynəlxalq ticarətin uzunmüddətli tarazlı artımına 

kömək  göstərməkdən  və  tədiyyə  balanslarının 

tarazlığını  saxlamağa  yardım  etməkdən  və 

beynəlxalq 

kapital 


qoyuluşunu 

həvəsləndirməkdən  ibarətdir.  BYĐK-in  bütün 

səlahiyyətləri  idarəetmə  şurasına  məxsusdur.  Bu 

idarəetmə  şurasına  hər  bir  üzv-dövlətdən  bir 

idarəedici və onun bir müavini daxil edilir.  

 

BƏDBƏXT  HADĐSƏLƏRDƏN  VƏ  XƏS-

TƏLĐKLƏRDƏN  SIĞORTALANMA

 

– 

sığortaçının,  tibbi  sığortaya  aid  olan  sığortalar 

istisna  olmaqla,  sığorta  olunanla  sığorta  hadisəsi 

baş verərsə: bədbəxt hadisə, xəstəlik və ya onların 

əmək 

qabiliyyətlərinin 



həmin 

səbəblərdən 

itirilməsi  nəticəsində  sağlamlığına  zərər  dəyərsə, 

çəkdiyi 


əlavə 

xərclər 


müqabilində 

kompensasiyaların  qismən  və  yaxud  tam  ölçüdə 

qəbul  olunmuş  məbləğdə  sığorta  ödənişləri  üzrə 

vəzifələrini  nəzərdə  tutan  şəxsi  sığorta  növlərinin 

məcmusudur.  

 

BƏLƏDĐYYƏ QĐYMƏTLĐ KAĞIZLARI

 – 


bələdiyyənin  büdcə  kəsirini  doldurmaq  və 

büdcədənkənar tədbirlərin yerinə yetirilməsi üçün 

maliyyə  ehtiyatları  cəlb  etmək  məqsədilə,  yerli 

idarəetmə  orqanlarının  təsis  etdiyi  qiymətli 

kağızlardır. 

 

BƏLƏDĐYYƏ 

MÜLKĐYYƏTĐ

 

– 

yerli 


maliyyə, 

dövlət 


mülkiyyətində 

olan 


və 

bələdiyyələrin  istifadəsinə  verilmiş  bələdiyyə 

əhalisinin  tələbatının  ödənilməsinə  xidmət  edən 

bütün növdən olan daşınan və daşınmaz əmlakdır.  

“Bələdiyyələrin  statusu  haqqında”  Qanuna  uyğun 

olaraq,  bələdiyyə  mülkiyyətinin  tərkibinə  yerli 

vergilər  və  ödənişlər  hesabına  formalaşan  yerli 

büdcənin  vəsaiti,  bələdiyyənin  büdcədənkənar 

fondları,  bələdiyyə  əmlakı,  habelə  bələdiyyə 

torpaqları,  bələdiyyə  müəssisələri  və  təşkilatları, 

bələdiyyə  mənzil  fondları  və  qeyri-yaşayış 

binaları, 

dövlət 

mülkiyyətində 



və 

xüsusi 


mülkiyyətdə  olmayan  yollar,  bələdiyyə,  təhsil, 

səhiyyə, mədəniyyət və idman müəssisələri, digər 

daşınan və daşınmayan əmlak daxildir. 

Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. 

Bələdiyyə  mülkiyyətinin  tərkibinə  daxil  olan 

əmlak 


barəsində 

mülkiyyət 

hüququnu 

bələdiyyələr, 

Azərbaycan 

Respublikasının 

qanunları  ilə  nəzərdə  tutulmuş  hallarda  isə 

bilavasitə  əhali  həyata  keçirir.  Qanuna  uyğun 

olaraq,  bələdiyyələr  yerli  əhalinin  mənafeyi 

naminə  bələdiyyənin  hüdudları  daxilində  olan 

torpaqlardan  istifadə  şərtlərini  müəyyənləşdirə 

bilərlər.  



 

BƏLƏDĐYYƏ  STATĐSTĐKASI

 

– 



yerli 

idarəetmə 

orqanlarının 

işinin 


aparılması 

predmetinə  daxil  olan  kütləvi  hadisə  və 

proseslərin  vəziyyətini  xarakterizə  edən  statistika 

məlumatları sistemidir. 

Bələdiyyə  statistikasının  göstəricilər  sistemi 

bələdiyyə  mülkiyyətinin  miqdarını  (ölçüsünü), 

tərkibini və istifadəsini; bələdiyyələrin yaşayış və 

qeyri-yaşayış  fondlarının  tərkibini  və  istifadəsini; 

bələdiyyələrin  təhsil  və  səhiyyə  idarələrinin 

orqanlarının  təşkilini,  saxlanmasını  və  inkişafını; 

ictimai 

qaydaların 

mühafizəsinin 

təşkilini; 

bələdiyyələrin 

enerji, 


qaz, 

istilik 


və 

su 


təchizatının,  kanalizasiya  sisteminin  saxlanmasını 

 

66 


və inkişaf etdirilməsini; yerli əhəmiyyətli yolların 

saxlanmasını; 

bələdiyyənin 

ərazisinin 

abadlaşdırılmasını  və  yaşıllaşdırılmasını;  əhalinin 

rabitə, ticarət, ictimai iaşə və məişət xidməti və s. 

xidmətlərlə təmin edilməsini xarakterizə edir. 

Bələdiyyə  statistikası  göstəriciləri  rəsmi  statistika 

orqanlarının  həyata  keçirdiyi  rəsmi  statistika 

tədqiqatları çərçivəsində işlənib hazırlanır. 

Yerli  idarəetmə  üçün  tələb  edilən  məlumatların 

digər  hissəsi  isə  icraedici  orqanların  ərazi 

nümayəndəlikləri  (Əmlak  Məsələləri  üzrə  Dövlət 

Komitəsinin  yerli  orqanları,  əmək  və  məşğulluq 

təşkilatları,  daxili  işlər,  təhsil,  mədəniyyət  və 

səhiyyə  şöbələri,  torpaq  ehtiyatları  və  yer 

quruluşu,  su  təsərrüfatı  və  su  mühafizəsi  ilə 

məşğul  olan  təşkilatlar  və  s.)  tərəfindən,  habelə 

yerli  bələdiyyə  orqanlarının  özləri,  onların 

müvafiq 


funksional 

təşkilatları 

tərəfindən 

hazırlanır. 



 

BƏRPA  EDĐLMĐŞ  MƏMULATLAR

  – 


təkrar 

işlənmə 


nəticəsində 

alınan 


bütün 

məmulatlardır. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   12   13   14   15   16   17   18   19   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling