Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- BAZARIN TUTUMU
- BAZĐS
- BAZĐS QĐYMƏTĐ
- ÇƏRÇĐVƏSĐNDƏ QƏRARIN QƏBUL EDĐLMƏ ANINA VƏ PROSESĐN BAŞA ÇATMASI ANINA
- BEYĐN HƏMLƏSĐ
- BEYNƏLXALQ HESABLAŞMALAR BANKI (BHB)
- BEYNƏLXALQ ĐNVESTĐSĐYALAR BA- LANSI
BAZARIN SOSĐAL FƏALĐYYƏTĐNĐN SƏMƏRƏLĐLĐYĐ - aşağıdakıları əks etdirən göstəricilər sistemidir: 1) istehlak bazarında alıcılıq tələbatının ödənilmə səviyyəsi; 2)
alıcıların əmtəələrin əldə olunmasına sərf etdikləri vaxt; 3) ticarətdə xidmət səviyyəsi (alıcılara göstərilən ticarət xidmətinin keyfiyyəti).
– hər hansı dövrdə və müəyyən şəraitdə bazarın qəbul edə biləcəyi əmtəələrin miqdarıdır. Fərz edək ki, bazarın tutumu özündə tələbatın yuxarı həddini əks etdirir. Bu göstərici aşağıdakı düsturla hesablanır:
59
K K B d n N T м ф d р n i i i − − − − ⋅ ⋅ = ∑ = ) ( ) ( . 1
burada: T - bazarın tutumu; N i - eyni qruplu istehlakçıların sayını; n i – i qrupuna (normativ- hesabat və ya əsas) daxil olan bir istehlak vahidinin tələbatının orta səviyyəsini; d рd. –
əmsalı) əsas amillərindəki dəyişikliklərə düzəlişi; B – bazarın dolğunluğunu; K ф – fiziki köhnəlməni; K м – mənəvi köhnəlməni; Đ – istehlakın (natural istehlak, maddi yardım və s.) alternativ, qeyri-əmtəə mənbəyini; n –
BAZĐS – ticarət əşyası olan birja məzənnəsinə edilən əlavə və yaxud ona edilən güzəştdir.
– digər göstəricilərlə müqayisə etmək üçün əsas kimi qəbul edilən göstəricilər və iqtisadi kəmiyyətdir. Bazis göstəriciləri təhlillərin aparılması, iqtisadi göstəricilərin nisbi,
mütləq dinamikasının müəyyən edilməsi və iqtisadi tədqiqatlar aparılması üçün istifadə edilir.
qiymət indeksinin hesablanması üçün istifadə edilən baza dövrünün qiymətləridir.
bu və ya digər yoxsul ölkələrdə islahatların davam etdirilməsini və həmçinin yoxsulluğun miqyasının azaldılması strategiyasının işlənməsi və həyata keçirilməsini öhdəsinə götürən, BVF və Dünya Bankı tərəfindən yardım göstərilən təshih edilmiş proqramların müvəffəqiyyətlə yerinə yetirdiyini dəfələrlə təsdiq edən vaxtı göstərir. BBYÖ haqqında prosesin başa çatması anı - ölkədə yoxsulluğun miqyasının azaldılması üzrə öz proqramının işlənməsi və həyata keçirilməsi də daxil olmaqla, qərarın qəbul edilməsi anında razılaşdırılmış əsas
struktur islahatlarının müvəffəqiyyətlə başa çatdırılması vaxtını bildirir. Bu zaman BBYÖ haqqında təşəbbüsə müvafiq olaraq, bu ölkənin borcu hər-hansı bir əlavə siyasi şərtlər olmadan yüngülləşir. BBYÖ HAQQINDA TƏŞƏBBÜS ÇƏRÇĐVƏSĐNDƏ BORC YÜKÜNÜN YÜNGÜLLƏŞDĐRĐLMƏSĐ ÜZRƏ ÖHDƏLĐKLƏR - (Minilliyin bəyannamə- sində əks olunmuş inkişaf göstəricilərin-dən) - inkişaf məqsədilə rəsmi yardımın tərkib hissəsi kimi müxtəlif vaxtlarda müxtəlif cür qeyd edilmişdir. 1992-ci ilədək inkişaf məqsədilə rəsmi yardım meyarlarına uyğun gələn
inkişaf məqsədilə, qeyri-rəsmi yardım
çərçivəsində borcların silinməsi üzrə belə tədbirlər ĐRY (Đnkişaf məqsədilə rəsmi yardım) kimi nəzərə alınırdı. 1990-1992-ci illərdə belə tədbirlər haqqında məlumatlar əvvəlki kimi ĐRY hissəsi kimi verilirdi. Lakin yekun nəticədə Đnkişafa Yardım Komitəsinin məlumatlarında onlar daha nəzərə alınmırdı. 1993-cü ildən etibarən hərbi məqsədlər üçün götürülmüş borclar “digər rəsmi axın” kimi əks olunurdu. Bu zaman digər istiqrazların silinməsi üzrə fəaliyyətlər ĐRY (əsasən ixrac kreditləri) xətti üzrə deyil, ĐRY çərçivəsində tədbirlər kimi, həm ölkələr üzrə məlumatlarda, həm də yuxarıda göstərilən Komitə tərəfindən tərtib olunan (1989-cu ilədək) ĐRY üzrə yekun məlumatlarda qeyd olunurdu. BEKUS-NAUR NORMAL FORMASI - 1950-ci
ildə proqramçı qismində ĐBM
korporasiyasına işə
düzələn Соn
Bekus “Fortran”dan sonra proqramlaşdırma dillərinin sintaksisinin formal təsvir sistemini yaratdı və sonralar danimarkalı alim Piter Naur tərəfindən bu iş başa çatdırılaraq “Bekus-Naur” forması adını aldı. “Fortran”ı hazırladığına görə C.Bekus bir sıra mükafatlara, o cümlədən elm sahəsində xidmətlərinə görə ABŞ-ın milli medalına və Tyurinq mükafatına layiq görülmüşdür.
yaşlarına görə çəkiləri 59 ayadək olan əhalinin beynəlxalq müqayisə kontingenti üçün
standartdan iki dəfə aşağı olan aşağı çəkili uşaqların faizlə miqdarını əks etdirir. Beynəlxalq müqayisə kontingentinin meyarları Birləşmiş Ştatlar üçün müqayisə meyarları kimi Səhiyyə Statistikası üzrə Milli Mərkəz (SSMM) tərəfindən hazırlanmışdır, sonradan isə beynəlxalq səviyyədə tətbiq edilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən (ÜST) qəbul edilmişdir (hazırda daha
çox SSMM/ÜST müqayisə kontingentinin meyarları adlandırılır). Bu və ya digər ölkələrdə 5 yaşadək uşaqlar arasında çəkiyə dair
nəzarət məlumatları 60
SSMM/DST-nin cədvəlində verilmiş hər bir yaş qrupu üzrə uşaqların çəkisi haqqındakı nəzarət məlumatları ilə müqayisə edilir. Sonra hər bir yaş qrupu üzrə çəkiləri verilmiş qrup üzrə təyin edilmiş orta çəkidən iki dəfə az olan uşaqlar haqqında faiz məlumatlarının orta qiymətləri tapılır və 5 yaşadək uşaqlar arasında aşağı çəkili uşaqların ümumi faizi çıxarılır. BEŞ YAŞADƏK UŞAQLAR ARASINDA ÖLÜM ƏMSALI (Minilliyin bəyannamə- sində əks olunmuş inkişaf göstəricilərin-dən) - əgər verilmiş əmsal yaş qruplarına görə cinslər üzrə bölünməklə cari ölüm əmsalı ilə sıx əlaqədə hesablanırsa, hər hansı bir konkret ildə uşağın doğum anından 5 yaşadək olan dövrdə ölüm ehtimalı (hər 1000
diri doğulan
uşağa hesablanmaqla) göstəricisidir. Đnkişaf etməkdə olan ölkələrdə ölüm əmsalı ədliyyə
orqanlarının qeydiyyat şöbələrində, əhalinin siyahıyaalınması və ev təsərrüfatlarının müayinələri materiallarında mövcud olan doğum və ölüm haqqında məlumatlar əsasında hesablanır. Ev təsərrüfatlarının müayinəsi materialları əsasında əldə edilən qiymətləndirici məlumatlar həm bilavasitə (doğum tarixi məlumatlarından istifadə etməklə, məsələn, bu, demoqrafik və tibbi-sanitar müayinələrin aparılmasında edilir), həm də dolayısı ilə (Brass metodunun tətbiqi ilə - klaster seçməsi tətbiq edilməklə, bir çox göstəricilər üzrə
müayinələrin keçirilməsi əsasında) hesablanır. Sonra əldə
edilmiş məlumatlar 5 yaşadək uşaq kontingentinə tətbiq edilməklə yekunlaşdırılır və əldə edilmiş nəticə 1000 diri doğulma əmsalı şəklində əks etdirilir. BEŞĐNCĐ SĐNFƏDƏK OXUYACAQ BĐRĐNCĐ SĐNĐF ŞAGĐRDLƏRĐNĐN SAYI (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) - başqa sözlə, beşinci sinif səviyyəsinə çatma əmsalı adlanan beşinci sinfədək oxuyacaq birinci sinif şagirdlərinin sayı, özündə müvafiq tədris ilində ibtidai məktəbin birinci sinfinə qəbul olunmuş və beşinci sinfədək oxuma ehtimalı olan şagirdlərin faizini əks etdirir. Adətən, bu göstərici məktəbə daxil olan və müvafiq siniflərdə iki il dalbadal qalmış şagirdlərin sayı haqqında məlumatlar əsasında çıxarılır ki, bu da yaş kontingentinin bərpası metodu adlanan proses çərçivəsində həyata keçirilir. Verilmiş metod çərçivəsində üç ehtimala yol verilir: güman edilir ki, kənarlaşdırılan uşaqlar heç vaxt məktəbə qayıtmayacaq; növbəti sinfə keçənlərin, növbəti
ilə qalanların və kənarlaşdırılan uşaqların əmsalı müvafiq yaş kontingenti üzrə bütün təhsil dövründə dəyişməz qalır, müvafiq səviyyəli siniflərdə təhsil alan bütün şagirdlərin sayında isə bu şagirdlərin ikinci ilə qalıb-qalmamasından asılı olmayaraq, eyni əmsallar tətbiq edilir. Hesablama təhsilin müəyyən edilmiş dərəcələri üzrə sinifdən-sinfə uğurla keçən, bu və ya digər yaş qrupuna daxil olan şagirdlərin ümumi sayının verilmiş yaş qrupunu (burada söhbət ilk dəfə ibtidai sinfin birinci sinfinə gedən uşaqlardan gedir) təşkil edən şagirdlərin ümumi sayına bölünməsi yolu ilə aparılır. Bundan sonra, alınmış nəticə 100-ə vurulur. Ev
təsərrüfatlarının müayinəsi məlumatları əsasında qiymətləndirilmənin aparılmasında yuxarıda göstərilən kontingentin sayı şagirdlərin sayının hətta beşinci sinfədək sinifdən-sinfə keçən şagirdlərin sayına vurulması ilə tapılır. Belə qiymətləndirmələr BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatının (YUNESKO) nəzərdə tutduğu metodikaya uyğun gəlir.
BEŞLƏR QRUPU – bazarda birgə tədbirlər həyata
keçirməklə öz
valyuta kurslarını sabitləşdirmək qərarına gəlmiş dövlətlərdir: Fransa, Yaponiya, Böyük Britaniya, ABŞ və Almaniya.
– konkret səhmlərin gəlirlərinin dəyişməsi ilə bazar indeksi üzrə gəlirlərin dəyişməsi arasındakı korrelyasiyanı xarakterizə edən göstəricidir.
HƏMLƏSĐ
- ekspert qiymətləndirməsinin metodlarından biridir. Đxtisaslı ekspertlər (mütəxəssislər) qrupu tərəfindən problemlərin şifahi müzakirəsindən ibarətdir. Sərbəst fikir mübadiləsi və qeyri- ənənəvi
fikirlərin (nəzərlərin) bildirilməsi əsasında əksəriyyətin tərəfdar çıxdığı nöqteyi- nəzərlərdən biri seçilir.
- BMT-nin əmək
qanunvericiliyi məsələlərinə dair konvensiya və tövsiyələrin hazırlanması üzrə ixtisaslaşmış təşkilatlarından biridir. 1919-cu ildə Millətlər Liqasının nəzdində yaradılmışdır. BƏT-in ali orqanı Baş Konfransdır. BƏT-in statistika fəaliyyəti sahəsində işçi orqanı Əmək statistikası üzrə Beynəlxalq Konfransdır. Onun vəzifəsi əmək statistikasına dair tövsiyə və qətnamə layihələrini işləyib hazırlamaqdan ibarətdir. Hazırlanmış materiallar BƏT-in Baş Konfransı tərəfindən təsdiq edilir. Konfransın icraçı orqanı olan Beynəlxalq Əmək Bürosunun (BƏB) statistika şöbəsi, əmək statistikasına dair Konvensiyada nəzərdə tutulmuş bölmələr üzrə məlumatların toplanması və nəşri ilə məşğul olur. 61
HESABLAŞMALAR BANKI (BHB) – ilk yaradılan beynəlxalq maliyyə institutlarından biridir. 1930-cu ildə beynəlxalq xarakterli maliyyə əməliyyatlarının birgə
aparılması, həmçinin valyuta-maliyyə məsələləri üzrə məsləhətləşmələr üçün Amerika Bank Konsorsiumunun iştirakı ilə Belçika, Almaniya, Fransa, Đngiltərə, Đtaliya və
Yaponiyanın mərkəzi bankları tərəfindən alınan təzminatlar haqqında Haaqa
sazişi üzrə
yaradılmışdır. 1931-1932-ci illərdə ona Avropanın 19 mərkəzi bankı birləşmişdir. BHB – kapitalı iştirakçı ölkələrin mərkəzi bankları arasında və açıq bazarda səhmlərin satılması yolu ilə yaranan səhmdar cəmiyyətdir. BHB-nin əsas məqsədi, nizamnaməsinə uyğun olaraq, mərkəzi bankların əməkdaşlığına imkan yaratmaq və beynəlxalq maliyyə əməliyyatları üçün əlavə əlverişli şəraiti təmin etmək, həmçinin inanılmış tərəf və ya beynəlxalq maliyyə bazarlarında agent kimi fəaliyyət göstərməkdən ibarətdir.
BHB aşağıdakı əməliyyatları həyata keçirir: öz hesabına və ya mərkəzi bankların hesabına qızılı alır, satır və saxlayır; mərkəzi banklara ssudalar verir; asan reallaşdırılan qısamüddətli istiqrazları satır və hesaba alır; valyuta və dövr edən qiymətli kağızları alır və satır; cari və müddətli hesablara mərkəzi banklardan əmanətləri qəbul edir. Bunlardan əlavə, BHB iqtisadiyyat sahəsi və valyuta problemləri üzrə məsləhətlər verir, dünya iqtisadiyyatı və maliyyəsinin vəziyyəti haqqında məlumatları öyrənir. Beynəlxalq Valyuta Fondunun və digər maliyyə qurumlarının agenti rolunda çıxış edir.
BHB-nin yuxarı təşkilatı onun ümumi illik iclasıdır. Cari işlərə BHB-nin prezidentini, Şuranın sədrini və sədr müavinini 3 il müddətinə seçən Direktorlar Şurası rəhbərlik edir. Bankın baş idarəsi Bazel şəhərində yerləşir. BEYNƏLXALQ ĐNKĐŞAF BĐRLĐYĐ (BĐB)
– Dünya Bankına daxil olan dörd təşkilatdan biridir. Đnkişaf etməkdə olan ölkələrə Dünya Bankına nisbətən daha güzəştli şərtlərlə kreditlər vermək üçün yaradılmışdır. BĐB-dən kredit almaq üçün ölkə dörd meyara cavab verməlidir: ölkə yoxsulluğun yüksək son həddini ötməməlidir; kifayət qədər iqtisadi, maliyyə və siyasi stabilliyə malik olmalıdır; tədiyyə balansında həddindən çox gərginlik olmamalı və xarici valyutada kifayət qədər vəsait almaq imkanına malik olmamalıdır; milli iqtisadiyyatını inkişaf etdirilməsinə səy göstərilməlidir. BĐB krediti 50 il müddətinə faizsiz verilir, yalnız inzibati xərcləri ödəyə biləcək kiçik ödəniş nəzərdə tutulur. Müəyyən edilmiş 10 illik güzəşt dövrü başa çatdıqdan sonra borcun ödənişinə (qaytarılmasına) başlanılır.
LANSI - xarici aktivlərin ehtiyatlarının yığılması və ölkənin öhdəlikləri, yəni bu ölkənin rezidentlərinin qeyri-rezidentlərə, həmçinin monetar qızıla və xüsusi borcalma hüquqları üzrə maliyyə tələbi və öhdəliklərinə dair statistik hesabatdır. Qeyri-rezidentlərin torpağa və digər daşınmaz qeyri-maliyyə aktivlərinə olan
mülkiyyətinə şərti rezidentlərin maliyyə tələbi kimi baxılır. Belə ki, torpağın və digər daşınmaz maddi qiymətlilərinin sahibi həmişə
bu qiymətlilərin yerləşdiyi ölkənin rezidentləri hesab edilir.
– yaşayış yerinin dəyişməsi səbəbindən asılı olmayaraq, adamların dövlət sərhədindən keçərək başqa dövlətlərə hərəkətini əks etdirir (“Miqrasiya”ya bax).
Onun predmeti müxtəlif ölkələr üzrə oxşar statistik göstəricilərin birləşdirilməsindən ibarətdir.
– ölkələrin sosial-iqtisadi inkişafının səviyyəsi və dinamikasının nisbətini öyrənən
statistik metoddur. Đqtisadiyyatın müxtəlif göstəricilərinin müqayisə oluna bilən hala salınması üçün tətbiq edilir. Mürəkkəbliyi ilə fərqlənən makroiqtisadi dəyər müqayisələri qiymətli məlumatlar verir. Ölkələri daha tam əhatə etməsinə görə, BMT-nin Beynəlxalq Müqayisələr Proqramı (BMP) daha dolğun hesab edilir. Valyuta məzənnələri əsasında MHS göstəricilərinin və həcminin müqayisəli valyutada hesablanması ilə müqayisədə daha düzgün məlumatlar əldə etmək məqsədilə, XX əsrin 60-cı illərinin sonlarından BMT-nin Đqtisadi və Sosial Şurasının (Komissiyasının) qərarına əsasən işlənib hazırlanmışdır. BMT-nin BMP geniş tədqiqat proqramına bənzəyir və onun yerinə yetirilməsinə beynəlxalq təşkilatların statistika orqanlarının, milli statistika təşkilatlarının, elmi təşkilatların, müxtəlif bilik sahələrinin mütəxəssisləri cəlb
edilmişdir. Müqayisələrin əsas obyektləri son istifadə metodu ilə hesablanan ümumi daxili məhsul (ÜDM) və onun
əsas komponentləri hesab edilir.
Müqayisənin məqsədi üçün ÜDM verilmiş təsnifatlar üzrə çoxsaylı eyni tipli detallaşdırılmış 62
ilkin qruplara bölünür ki, bunlardan da zəruri sayda təmsilçi-mallar (reprezentativlər) seçilir. Hər bir ilkin qrup üçün, milli orta illik qiymətlərlə, ən azı 3 təmsilçi-mal (reprezentativ) seçilir. Beləliklə, ən azı 600-900 istehlak malları, 120-300 investisiya malları və 6-20 tikinti təmsilçi-obyektinin seçilməsi lazımdır. Bu,
mütəxəssis-əmtəəşünasların, mühəndislərin, smetaçıların, konstruktorların və yalnız statistika sahəsində deyil, digər bilik sahələrində çalışan digər mütəxəssislərin cəlb edilməsi ilə qiymətlər üzərində xüsusi müşahidələrin təşkilini tələb edir. Beynəlxalq müqayisələr üzrə işlərin həyata keçirilməsi prosesində iki vəzifə həll edilir: birincisi, qiymətlərin səviyyəsindəki müxtəlifliyin təsirini kənarlaşdırmaq üçün alıcılıq qabiliyyətinin paritetliyi (AQP) müəyyənləşdirilir; ikincisi, “real həcm” müəyyənləşdirilir. BMP-nın nəticələrindən aşağıdakı sahələrdə istifadə edilir: ölkənin ümumi iqtisadi inkişafının və əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində, milli
iqtisadiyyatın səmərəliliyinin müəyyənləşdirilməsində və
müqayisə edilməsində, iqtisadi və
hərbi potensialın müqayisəsində, ölkənin maliyyə imkanlarının (beynəlxalq təşkilatların və s. büdcəsinə üzvlük haqqının ödənilməsi imkanlarının) təhlilində, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yardım siyasətinin və
həcminin hazırlanmasında, bazarın konyunkturasının (bazarın tutumunun) təhlilində, qiymətlərin səviyyəsinin beynəlxalq müqayisəsində, beynəlxalq iqtisadi inteqrasiyanın öyrənilməsində, iqtisadi nəzəriyyənin (inkişaf modelləri və s.) işlənib hazırlanmasında. BMP-nin nəticələrindən Dünya Bankı və BVF tərəfindən həm təhlil, həm də praktiki işlərdə kifayət qədər geniş istifadə edilir. Đqtisadi təhlilin bir çox məsələlərində AQP əsasında real ÜDM
göstəricisinə (yaxud onun komponentlərinə) valyutaların dəyişmə kursları əsasında hesablanmış məlumatlarla müqayisədə üstünlük verilir. Məsələn, BMT-nin Đnkişaf Proqramında (BMT ĐP) ölkənin ümumi inkişaf indeksini hesablamaq üçün
qəbul edilən
üç əsas
göstəricidən biri olan adambaşına real gəlir ÜDM göstəricisidir və insan inkişafı indeksi adlandırılan bu göstərici BMT-nin BMP tədqiqatlarının nəticələrinə əsasən hesablanır. Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatı (ĐƏĐT) və Avropa
Đttifaqı (AĐ)
öz milli
hesabları çərçivəsində BMP-nın nəticələrini müntəzəm olaraq dərc etdirirlər. Bu məlumatlardan AĐ-də həm də inzibati məqsədlər üçün istifadə edilir. Məsələn, bəzi sosial ödənişlər adambaşına ÜDM- un real həcmindən asılı olaraq müəyyənləşdirilir. BMP BMT-də fazalarla həyata keçirilir. Đlk 3 faza 1970, 1973 və 1975-ci ilin məlumatları əsasında həyata keçirilmişdir, və burda çox az sayda dövlətlər iştirak etmişdir (müvafiq olaraq 10, 16 və 34). 4-cü fazadan başlayaraq 1980-ci ildə iştirakçı dövlətlərin sayının artması ilə əlaqədar (60) müqayisənin regional qaydada aparılmasına dair qərar qəbul edilir. Belə ki, əvvəlcə müqayisə dünyanın müxtəlif regionlarında aparılır, sonra regional müqayisənin nəticələri daha qlobal nəticələrin alınması üçün xüsusi metod və düsturlar vasitəsilə birləşdirilir. Bu da ÜDM-in həcminə və ÜDM-in adambaşına düşən səviyyəsinə görə bütün ölkələri sıralamağa imkan verir. Bu prinsip əsasında 1985 və 1993-cü illərdə uyğun olaraq müqayisənin 5-ci və 6-cı fazası keçirilmişdir. 2005-ci ilin göstəriciləri əsasında ÜDM-in qlobal müqayisəsi regional əsasda aparılmışdır (burda MDB dövlətləri ilə yanaşı, 4 region Asiya-Sakit okean regionu, Qərbi Asiya, Afrika, Latın Amerikası ölkələri, eləcə də Đqtisadi Đnkişaf və Əməkdaşlıq Təşkilatı və AĐ-nin Statistika Bürosunun) müqayisəyə daxil etdiyi dövlətlər də iştirak edirdi).
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling