Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- BALANS MƏNFƏƏTĐ
- BALANSLAŞDIRICI MADDƏ ÜZRƏ NƏZƏRƏ ALINAN YARDIMLAR
- BALIQÇILIQ TƏSƏRRÜFATI MƏH- SULLARININ BURAXILIŞI
- BANK AUDĐTĐ
- BANK BALANSI
- Passiv hesablara
- Aktiv
- BANK KAPĐTALI
- BANK KONSORSĐUMUNUN KREDĐTĐ
- BANKIN NĐZAMNAMƏ FONDU (KAPĐTALI)
BAĞLANMIŞ MÜƏSSĐSƏLƏRĐN SAYI - bu göstəricinin hesablanmasında müəssisənin tamamilə bağlanması (fəaliyyətinin tam
dayandırılması) və ya müvəqqəti bağlanması (fəaliyyətin dayandırılması, sonradan bərpa edilməsi) fərqləndirilir. BAĞLI (ƏLAQƏLĐ) MƏHSULLAR –
sənayedə və ya kənd təsərrüfatında bir texnoloji prosesin nəticəsi olan iki və ya bir neçə əsas məhsuldur (məsələn, neft emalında müxtəlif yanacaq növləri; qoyunçuluqda bala artımı, canlı kütlənin artımı, yun və süd və s.) Bağlı məhsullar
Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməridir. Heydər Əliyev adına Bakı-Tbilisi- Ceyhan Əsas Đxrac Boru Kəməri "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1767 kilometrdir, onun 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir. Kəmərin istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti ildə 10 milyon barel nəzərdə tutulub. BTC-nin tarixi: 20 sentyabr 1994-cü il - “Əsrin müqaviləsi” imzalanmış, 18 noyabr 1999-cu ildə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair saziş imzalanmış, 2002-ci ildə kəmərin tikintisini və gələcək istismarını aparmaq üçün BTC Ko şirkəti yaradılmış, 18 Sentyabr 2002-ci ildə Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə
prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulmuşdur. 25 may 2005-ci ildə kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirilmiş, Xəzər dənizi sahilində Səngəçal terminalından boru xəttinə ilk neft vurulmuşdur. 2005-ci ilin oktyabr ayında kəmərin Gürcüstan hissəsi istifadəyə verilmiş, 28 may 2006-cı ildə Azərbaycan nefti Ceyhan limanına çatmışdır.
BAKI-TBĐLĐSĐ-ƏRZURUM QAZ ĐXRAC KƏMƏRĐ (CƏNUBĐ QAFQAZ BORU KƏMƏRĐ) –
nəqletmə layihəsi yeni bir qaz ixracı sistemindən ibarətdir və Gürcüstandan keçməklə Azərbaycandan Türkiyə sərhədinə qədər uzanır. Uzunluğu 690 kilometrdən artıq
olan (Azərbaycanda 442 kilometr və Gürcüstanda 248 kilometr) bir boru kəməridir, ətraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə bu kəmər BTC neft ixracı kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunmuşdur. Boru kəmərinin diametri 42
düyümdür. Tikinti işlərinə 2004-cü ildə başlanmış və 2006-cı ilin iyun ayında sınaq istismarına verilmişdir.
BAKI-TBĐLĐSĐ-QARS-AXALKALAKĐ DƏMĐR YOLU XƏTTĐ –
planlaşdırılmış dəmiryolu lahiyəsidir, Azərbaycan ın paytaxtı Bakı
Gürcüstanın Tbilisi
və
Axalkalaki
şəhərindən Türkiyənin
Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək. Xətt vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə çıxış əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma Đstanbula getmək mümkün olacaq BAL ĐSTEHSALI – arılar tərəfindən toplanmış, şanıdan çəkilmiş balın miqdarı ilə müəyyən olunur.
edilən metodlardan biridir. “Tərəzinin iki gözü” mənasını daşıyır. Tarazlıq yaratmaq deməkdir. Aktivlər və passivlər, ehtiyatlar və istifadəçilər, gəlirlər və xərclər arasında tarazlıq yaradan göstəriciləri özündə əks etdirən ikitərəfli iqtisadi cədvəldir. Enerji məhsulları, ərzaq məhsulları, milli hesablar sisteminin balanslarını misal göstərmək olar; 2) statistik məcmu vahidləri (hüquqi şəxslər) tərəfindən tərtib edilən hesabat formasıdır; 3) müəyyən vaxta mövcud olan aktivlər və passivlər (xüsusi kapitala müvafiq olan) üzrə hesabatdır. Balans illik mühasibat hesabatının bir hissəsini təşkil edən maliyyə hesabatıdır. Geniş mənada, aktivlərin vəziyyətini müqayisə etmək üçün göstəricilər sistemidir. Hüquqi şəxs təsərrüfat ilinin sonunda kapitalı ilə öhdəlikləri arasında nisbəti göstərən balans gəlirlərin və xərclərin müqayisəli (mənfəətlə zərərin) hesabatını tərtib edir. Balans və mənfəətlə zərərin hesabatı illik (yekun) balansı təşkil edir. Đllik balansda bütün əmlak, borclar, ardıcıl hesabat dövrləri arasında məxariclər ilə mədaxilin uçotu maddələri, habelə xərclər və gəlirlər göstərilir.
- əsas fondların, onların mühasibat balansında uçota alındıqları anda nəzərə alınan tam ilkin dəyəridir. Balans dəyəri, 49 bir qayda olaraq, əsas fondların qiymətini göstərir. Đnventar obyektlərin bir hissəsi
sonuncu qiymətləndirmə anına bərpa dəyəri üzrə balanslara salınır, növbəti dövrdə daxil olan əsas fondlar isə ilkin dəyər (alış dəyəri) üzrə nəzərə alınır. BALANS METODU – göstəricilər sisteminin bir-biri ilə müqayisəsindən ibarət olan statistik tədqiqat metodudur (məsələn, ehtiyatlar və onlardan istifadə, istehsal və istehlak, əhalinin gəlirləri və xərcləri, aktivlər və passivlər, istehsal və
bölüşdürülmə və
s.). Balans
metodu proporsiyaların natura və dəyər şəklində tədqiqat üsuludur.
MƏNFƏƏTĐ
– müəssisənin, firmanın əsas vasitələrinin (uzunmüddətli aktivlərinin), bütün obyektlərinin balans cədvəllərində əks etdirilən və onun balansına daxil edilən dəyəridir. Balans dəyəri köhnəlmə çıxılma şərtilə, əsas vəsaitlərin ilk alınma, obyektlərin isə tikinti dəyəri əsasında hesablanır. Şirkətin, firmanın balans dəyəri onun xalis aktivləri və
xüsusi aktivləri və xüsusi
kapitalından, daha doğrusu, məcmu aktivlərindən məcmu öhdəlik və borclarını çıxmaq yolu ilə müəyyən edilir.
– maliyyə ilinin və ya hesabat dövrünün son günüdür. Balansın tərtib olunduğu tarix hesabatlarda göstərilir.
yardım verilməsə baş verə biləcək ümumi itkilərin tam və ya qismən ödənilməsi üçün müəssisə tərəfindən alınmış yardımlardır.
– bu sahəyə daxil olan bütün altsahələrdə istehsal olunan məhsulların dəyəridir. MHS-nin metodologiyasına görə, balıq təsərrüfatlarında balıqyetişdirmə, balıq ovu, əhali tərəfindən satış və özünün istehlakı üçün balıq tədarükü, balıqçılıq təsərrüfatında əsas proseslərə xidmət göstərilməsi buraya daxildir. Balıqyetişdirmənin məhsul buraxılışının dəyəri, balığın süni su hovuzlarında çoxalmasının və çəki artımının dəyəri və təbii su hövzələrində balıq ehtiyatlarının saxlanması üzrə işlərin dəyərləri ilə müəyyənləşdirilir. Balıqçılıq məhsullarına balıq ovu, dəniz heyvanlarının və dəniz məhsullarının hasilatı daxildir. Sahənin bazar məhsulları - satışın faktiki qiymətlərinə görə; qeyri-bazar məhsulları isə (xidmət istisna olmaqla) sərti olaraq orta qiymətlərə görə qiymətləndirilir. “Balıqçılıq təsərrüfatlarında əsas
proseslərə xidmət”
altsahəsinin məhsulu bu işlərə çəkilən xərclərin miqdarı ilə qiymətləndirilir. BANK – fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin hesablarını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır. ”Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa görə, fiziki və hüquqi şəxslərdən depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. BANK AKTĐVLƏRĐ – bankın öhdəlikləri və xüsusi kapitalıdır. Bank kapitalı – mümkün itkilərin ödənilməsi üçün zəmanət fondudur. Bankın aktivlərinə aiddir: banka məxsus tikililər, bankın avadanlıqları, onun yaratdığı ehtiyatlar, həmçinin ona müştərilərindən çatmalı olan məbləğlər (müştərilərin borc öhdəlikləri) və ya onun birbaşa kassasında olan, yaxud depozitdəki (başqa bankda) nağd pul, xarici valyuta, qiymətli metallar, qiymətli kağızlar və s.
dərc etdirdiyi (nəşr etdirdiyi) və ya yuxarı təşkilatlara təqdim etdiyi maliyyə hesabatlarının məlumatlarının hüquqi, iqtisadi və mühasibat cəhətdən qiymətləndirilməsi də daxil olmaqla, maliyyə-təsərrüfat fəaliyyəti nəticələrinin kompleks yoxlanmasıdır (ekspertizasıdır). Bank strukturlarının auditinin məqsədi
- bank
hesabatlarının dürüstlüyünün və onların
apardıqları maliyyə-təsərrüfat əməliyyatlarının normativ aktlarla uyğunluğunun təyin edilməsidir. Bank auditi daxili və xarici auditdən ibarətdir.
maliyyə
hesabatlarının və
digər rəsmi
materiallarının məlumatlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada müstəqil ekspert tərəfindən yoxlanması və təsdiqini özündə birləşdirir. Daxili bank auditi səhmdar bankda idarəetmənin cari məsələlərini, uçot siyasətinin seçilməsini, mənfəətliliyin təhlilini, mühasibat uçotunun konkret
problemlərini özündə
birləşdirir. Bank auditinə səbəb - illik hesabatın yoxlanması və təsdiqi, qiymətli kağız
emissiyasının hesabatlarının yoxlanması və layihəsinin təsdiqi, bankın uçot və hesabatlarının yoxlanması, xarici
50
valyuta ilə
əməliyyatların aparılmasına lisenziyanın alınmasında bankın sifarişinin təsdiqi, həmçinin bank təsisçilərindən hər hansı birinin yuxarı və ya istintaq orqanlarına tələbləri ola bilər. Bank auditi aşağıdakı istiqamətlərdə aparılır: bankın nizamnamə kapitalının, fondlarının və digər pul vəsaitlərinin formalaşdırılması və istifadəsi; gəlirlərin, xərclərin bölüşdürülməsinin formalaşdırılması və istifadəsi, mənfəətin formalaşdırılması və istifadəsi də daxil olmaqla, maliyyə nəticələrinin xarakteristikası; bankın kredit
ehtiyatları və
onların istifadəsinin səmərəliliyi; bankın
faiz siyasəti; bankın fəaliyyətinin iqtisadi normativləri; uçot siyasəti və mühasibat uçotunun vəziyyəti; hesablaşma əməliyyatlarının və
xarici valyuta
ilə əməliyyatların aparılması və s. Bank auditinin xüsusiyyətləri ümumilikdə kommersiya bankının müxbir hesablarının, valyuta ilə
əməliyyatlarının, vaxtı
keçmiş borclarının, gələcək dövrlərdə gəlirlərinin, gəlir və xərclərinin tərkibinin yoxlanması ilə bağlıdır. Bank auditinin keçirilməsi və yekunlarının rəsmiləşdirilməsi qaydası digər audit formalarında olduğu kimidir.
etdirən əsas sənəddir. Bank əməliyyatlarının qruplaşdırılması eynitipli əlamətlər üzrə həyata keçirilir, yəni: aktivlərin satıla bilmə
qabiliyyətinin aşağı düşmə səviyyəsinə və passivlərə tələbat səviyyəsinin azalmasına görə. Aktiv, passiv və aktiv-passiv kimi balans hesabları bir-birindən fərqləndirilir. Passiv hesablara daxil edilir: bankın fondları, fiziki və hüquqi
şəxslərin depozitləri, hesablardakı vəsaitlər, mənfəət, kreditor borcları, digər banklardan alınan maliyyələşmə məbləğləri. Passiv hesablardakı vəsaitlər bankın ehtiyatları hesab olunur. Bank balansının aktiv hesabları aşağıdakılardan ibarətdir: kassada olan pul vəsaitlərindən, qısa və uzun müddətli kreditlərdən, dövlət
büdcəsinin xərclərindən, kapital qoyuluşuna xərclərdən, debitor borclarından, sair mücərrəd vəsaitlərdən. Bank balanslarının aktiv hissəsi ehtiyatların istifadəsini əks etdirir. Aktiv- passiv hesablarda nəzərə alınır: xarici və sair əməliyyatlar üzrə hesablaşmalar, ayrı-ayrı banklarının hesabları, sair debitor və kreditorlar. Bundan başqa, bank balansına mühafizəyə verilmiş malların yolda olmasını və qiymətli əşyaların hərəkətini özündə əks etdirən bir sıra balansdan kənar hesablar, dövlət mülkiyyətinin ödəniş tapşırıqları və nişanları, mühafizəyə verilmiş qiymətli kağızlar da daxildir. Bank balanslarının likvidliyi müəyyən edilmiş müddətlər üzrə bankın balansının aktiv və passivlərinin nisbətidir. Aktiv və passivlər arasında bərabərliyə nail olduqda, balans likvid hesab edilir.
müəyyən tarixə, ya da müəyyən dövr üçün bank balansının aktiv və passiv hissələrinin qalıqları arasındakı nisbətin nəticəsidir. Debet qalıqları aktivdə, kredit qalıqları isə passivdə göstərilir. Bank balansının saldosu hər gün balans və qeyri- balans hesabları üzrə tərtib edilə bilər. Onların bazasında dövr üçün
bank balansı
müəyyənləşdirilir. Bank və bank müəssisələrinin maliyyə fəaliyyətinin nəticələrinin təhlilində istifadə olunur. Beynəlxalq tədiyyə münasibətləri mövcud olduqda, bank balansının saldosu qeyri- rezidentlərlə bağlı daxilolma və xərclər arasındakı fərq hesab edilir. “BANK CƏNNƏTĐ” – vergi və valyuta qanunvericiliyinin bank fəaliyyətinə aid olan ya kifayət qədər çevik, ya da praktiki olaraq hiss olunmayan (məsələn, Đsveçrədə, Kanadada, Lüksemburqda və s.) iqtisadi zonadır.
və ya bankın səhmdarları tərəfindən bank müəssisələrinə qoyulmuş kapitaldır. Bank
passivinin daha etibarlı maddəsidir. Nizamnamə, abunə edilmiş, ödənilmiş və ehtiyat bank kapitalları fərqləndirilir. Əgər səhmlərin yerləşdirilməsi zamanı abunəçilərdən səhmin tam dəyərinin ödənilməsi tələb olunmursa, onda ödənilmiş (real olaraq ödənilmiş) bank kapitalı abunə edilmişlərdən az olur. Bankın gəlirlərindən ayırmalar hesabına yaradılmış ehtiyat bank kapitalından gözlənilməyən xərclər və ziyanların ödənməsi üçün istifadə edilir. Bank kapitalı sahibinə sənaye və ticarət mənfəətinə bərabər miqdarda bank mənfəəti gətirir və sahibinin xüsusi kapitalıdır. BANK KONSORSĐUMU – kredit, zəmanət və digər bank əməliyyatlarının birgə aparılması, həmçinin borcu qaytara bilmədikləri halda hər bir üzvə düşən itkinin azaldılması üçün hər hansı konkret bir
bank (konsorsiumun başçısı) tərəfindən müvəqqəti yaradılan banklar qrupudur. Bank konsorsiumunun başçısı onun bütün iştirakçılarının adından və marağından çıxış edir. Bank konsorsiumunun başçısının funksiyaları konsorsiumun təşkilindən, bir tərəfdən onun iştirakçıları və
müəssisə-müştərilərlə, digər
tərəfdən isə dövlət kredit-maliyyə müəssisələri arasında vasitəçilik etməkdən ibarətdir. 51
– bir müştəriyə bir neçə bank tərəfindən verilən qısamüddətli və ya uzunmüddətli kreditdir. Bank vəsaitlərinin belə cəlb edilmə formasında bank konsorsiumu kreditinin hər bir iştirakçısı verilən kreditin müəyyən faizini təmin edir. Kreditin strukturlaşdırılması müştəri ilə danışıqlar aparan və banklararası qarşılıqlı əlaqələri razılaşdıran əsas funksiyanı öz üzərinə götürən bank tərəfindən təmin edilir. BANK SĐSTEMĐ – ölkənin mərkəzi (milli) bankı, müxtəlif növ kommersiya bankları, həm- çinin ayrı-ayrı bank əməliyyatlarını aparmaq üçün lisenziya almış digər kredit idarələrinin daxil olduğu bütün bank və bank idarələri sistemidir. Beynəlxalq Valyuta Fondunun (BVF) yeni təsnifatına uyğun olaraq, bank sisteminə iki qrup daxildir: həqiqi banklar (pul-kredit müəssisələri) və digər kredit təşkilatları – maliyyə, sığorta, investisiya cəmiyyətləri, pensiya fondları. BANK STATĐSTĐKASI – maliyyə
statistikasının sahələrindən biri olaraq, kredit təşkilatlarının nağd pul dövriyyəsi, uzun və qısamüddətli kreditləşmə, nağdsız hesablaşmalar, kapital
qoyuluşlarının maliyyələşdirilməsi, valyuta əməliyyatları sahəsində fəaliyyətini və bank fəaliyyətinin digər istiqamətlərini öyrənir. Pul dövriyyəsi, pul-kredit sisteminin idarə edilməsi, o cümlədən kassa və
kredit planlaşdırılması və nəzarəti üçün kredit
münasibətlərinin vəziyyəti və inkişafı haqqında müxtəlif məlumatların və analitik materialların işlənib hazırlanmasını təmin edir.
Bank statistikasında bankların pul-kredit əməliyyatlarını (verilmiş və qaytarılmış kreditlərin məbləği, ssudalar üzrə borcların qalıqları, qaytarılmamış borcların orta müddəti, nağdsız və nağd pul dövriyyəsi və s.) əks etdirən göstəricilər sistemi, indekslər üzrə təhlil və korrelyasiya-reqressiya təhlilindən istifadə olunur.
– kapitalın təşkilati-hüquqi formasıdır, məbləği bankın yaradılması haqqında nizamnamə və ya müqavilə ilə müəyyənləşdirilir. Bankın nizamnamə fondunun (kapitalının) minimum miqdarı Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Bankın nizamnamə fondu (kapitalı) balansın passivində əks etdirilir. Kommersiya bankları üçün
onun mütləq
kəmiyyəti və quruluşu Mərkəzi Bank tərəfindən tənzimlənir (bankın nizamnamə fondunun (kapitalının) qeyri-pul hissəsinin son həddi, yüksək risk aktivləri üçün yaradılan ehtiyatların minimum
miqdarı, digər hüquqi şəxslərin səhmlərinin (paylarının) alınması üçün bankların az vəsaitlərinin istifadə edilməsi normativləri).
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling