Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet13/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   9   10   11   12   13   14   15   16   ...   183

BANKIN  ÖDƏMƏ  QABĐLĐYYƏTĐ

 

– 

bankın  açıq  bazarda  öz  kontragentləri  ilə 



müştərilərlə əməliyyatlardan irəli gələn öz ödəmə 

öhdəliklərini  vaxtında  və  tam  yerinə  yetirmək 

qabiliyyətidir. 

 

BANKLARA  OLAN  QISAMÜDDƏTLĐ 



ÖHDƏLĐKLƏR

  –  şirkətin  normal  işləməsi 

üçün 

zəruri 


olan 

pul 


vəsaitinə 

tələbatın 

ödənilməsinə  alınmış  istiqrazlarla  bağlı  banklara 

olan borclardır. 

 

BANKLARARASI  FAĐZ  DƏRƏCƏSĐ

  –


banklar 

arasındakı 

gündəlik 

əməliyyatlarda 

müəyyən  edilən  və  pul  bazarında  istifadə  üçün 

təklif  olunan  faiz  dərəcəsidir  (“Libor”a  bax). 

Məsələn,  Paris  birjalarının  (TIOP  və  yaxud 

PIBOR) banklararası faiz dərəcəsi hər gün saat 11 

vəziyyətinə  Fransanın  Banklar  Assosiasiyası 

tərəfindən müəyyən edilir. 

  

BANKLARIN  RĐSKĐ

  -  bankın  fəaliyyətinin 

situativ  xarakteristikasıdır.  Ölkədə  iqtisadiyyatın 

tənəzzülü  ilə  əlaqədar  qeyri-müəyyənlik  və 

zərərin yaranması və mənfəətin itirilməsi ehtimalı, 

verilmiş  kreditlərin  qaytarılmaması,  qiymətli 

kağızların 

qiymətinin, 

faiz 


dərəcələrinin 

dinamikasının  dəyişməsi,  ehtiyat  bazalarının 

ixtisarı, 

balans 


arxası 

əməliyyatlar 

üzrə 

ödəmələrin  həyata  keçirilməsi  ilə  ifadə  olunur. 



Bankların riski xarici (sığorta, valyuta, fors-major 

vəziyyətləri)  və  daxili  (kredit,  portfel,  konkret 

bank  əməliyyatları  riski)  risklərə  bölünür. 

Bankların  riski  onun  baş  verməsi  vaxtına 

(keçmişə  aid,  təcili  və  gözlənilən)  və    dərəcəsinə 

(aşağı,  orta  və  yüksək)  görə  təsnifləşdirilir.  Bank 

riskinin  təhlili  üçün  əsasən  bankın  alınmış  və 

gözlənilən 

mənfəətinin 

orta 


kvadratik 

kənarlaşmasının  dinamikasından  istifadə  olunur. 

Təhlil  eyni  vaxt  üçün  və  dinamikada  aparılır. 

Riskin  səviyyəsi  konkret  bank  əməliyyatları 

(forfeter və s.) və ya onların sığortalarının köməyi 

ilə aparılır.  

 

BARAT  VEKSEL  (TRATTA)

  –  veksel 

sahibinin  (trassantın)  vekseldə  göstərilmiş  pul 

məbləğinin  üçüncü  şəxsə  -  vekselin  birinci 

sahibinə 

(remitentə) 

ödənilməsi 

haqqında 

ödəyiciyə (trassata) göndərdiyi yazılı göstərişdir. 



 

BARTER

  –  (ingiliscə  barter  -  dəyişmək,  əmtəə 

mübadiləsi  deməkdir)  pul  şəklində  nağd  və  ya 



 

52 


qeyri-nağd  hesablaşma  əməliyyatları  ilə  müşayiət 

olunmayan  əmtəə  mübadiləsi  növlərindən  biridir. 

Əmtəələrin  mübadiləsi  ekvivalent  əmtəə  (pul 

məbləğləri)  ilə  həyata  keçirilir  və  barter 

iştirakçıları  üçün  mənfəətli  xarakter  daşıyır. 

Müasir dövrdə barter sövdələşmələri əsasən xarici 

ticarətdə  həyata  keçirilir.  Bu  zaman  barter 

əməliyyatları, 

razılaşdırılmış 

müddətdə 

çatdırılmaqla 

kəmiyyəti, 

dəyəri 

(müqavilə 



qiymətləri ilə) və əmtəə çeşidlərini müəyyən edən 

bir  ixrac-idxal  müqaviləsi  əsasında  həyata 

keçirilir.  Barter  əməliyyatları  üzrə  tərəflərin 

müqaviləyə 

görə 

öhdəliklərinin 



yerinə 

yetirilməsini  təmin  etmək  üçün  bank  təminatı, 

qarşılıqlı  akkreditivlər  və  ya  şərti  hesablama 

vahidlərində  hesablardan    istifadə  edilir.  Barter 

əmtəə tədavülünün formalarından biridir və barter 

əməliyyatlarının  uçotu  əmtəə  satışının  digər 

formalarında  olan  qaydalarda,  əməliyyatın  pul 

şəklində  məbləğinin  və  onun  satışının  ümumi 

həcminə  daxil  olması  ilə  aparılır.  Bir  qayda 

olaraq,  barter  əməliyyatı  birdəfəlik  müqavilə 

əsasında  həyata  keçirilir.  Əgər  barter  müntəzəm 

xarakter  daşıyırsa,  onda  müqavilə  qiymətləri, 

onların təyin olunması qaydası və ya qiymətlərinə 

dair tərəf-müqabillər üçün əsas olan əmtəə birjası 

qaydaları 

əsasında 

uzunmüddətli 

xüsusi 


müqavilələr bağlanılır.  

 

BARTER 

SAZĐŞĐ

 

 

idxal-ixrac 

sazişi 

kontragentləri  arasında  mübadilə  müqavilələri  ilə 



rəsmiləşdirilən,  balanslaşdırılmış  əsasda  natural 

əmtəə  mübadiləsini  nəzərdə  tutan  sazişdir. 

Müqavilə  malların  dəyərinin  gömrük  nəzarəti 

üçün 


və 

qarşılıqlı 

əmtəə 

axınının 



tarazlaşdırılmasının 

qiymətləndirilməsi 

üçün 

istifadə  olunan,  mübadilə  edilən  əmtəələrin  hər 



birinin 

dəyər 


qiymətləndirilməsini 

əks 


etdirməlidir.  

 

BAŞ (YUXARI) BANK

 – bölmələri (şöbələri), 

filialları  və  özünün  müştərisi  olan  hər  hansı 

müəssisə  ilə,  digər  banklarla  münasibətləri  təmin 

edən  kommersiya  bankıdır.  Baş  bank  –  əsas 

təşkilatçıdır və istiqrazın zaminidir.  



 

BAŞ  DĐSPERSĐYA

  –  təsadüfi  kəmiyyətlərin, 

onların  riyazi  gözləməsindən  kənarlaşmasının 

kvadratının  riyazi  gözləməsidir.  Baş  dispersiya 

həmçinin  əlamətlərin  kəmiyyətinin,  onun  baş 



məcmuda  orta  kəmiyyətindən  kənarlaşmasının 

orta qiyməti də adlanır.  Əsas dispersiya D

x

 və ya 


2

x

σ

ilə ifadə olunur.   



 

BAŞ  MƏCMU

  –  mümkün  müşahidələrin 

sonsuz  (hipotetik)  məcmusudur.  Statistikanın 

ümumi nəzəriyyəsində və statistika təcrübəsində – 

əlamətləri  müayinədə  öyrənilməli  (ölçülməli, 

qiymətləndirilməli)  olan  real  mövcud  obyektlərin 

(elementar vahidlərin) bütöv məcmusudur. Seçmə 

müşahidənin  təşkilində  baş  məcmunu  seçmənin 

aparıldığı 

obyektlərin 

məcmusu 


(çoxluğu) 

adlandırırlar.  Đqtisadi-sosial  müayinələrdə,  eyni 

zamanda 

digər 


sahələrdə, 

məsələn, 

tibdə, 

texnikada  və  digərlərində  müayinə  olunan 



çoxluqların miqdarı ümumi halda sonludur, amma 

onlar  öz  tərkibində  çox  böyük  miqdarda 

elementdən 

ibarət 


ola 

bilər 


(məsələn, 

Azərbaycanın,  Bakının  və  digər  şəhərlərin 

əhalisi).  Təcrübədə  belə  məcmulara  sonsuz  kimi 

baxılır.  Riyazi  statistikada  baş  məcmu  –  mövcud 

şərait  kompleksindən  əldə  edilə  bilən  bütün 

mümkün  olan  müşahidələrin  nəticələrinin  çoxunu 

özündə 

əks 


etdirən 

mücərrəd 

anlayışdır. 

Ümumilikdə  sonsuz  baş  məcmu  anlayışı,  hətta 

bundan  təcrübənin  hədsiz  təkrarının  potensial 

imkanının  başa  düşüldüyü  zamanı  belə,  şeylərin 

həqiqi vəziyyətinin ideallaşdırılmasını əks etdirir.  

 

BAŞ  MÜƏSSĐSƏ  (MÜƏSSĐSƏLƏR  QRU-

PUNDA) 

– mövcud ərazidə özünə heç bir başqa 

vahid  tərəfindən  nəzarət  olunmayan,  ancaq  digər 

hüquqi vahidlərə nəzarət edən hüquqi vahiddir. 



 

BAŞ  PODRATÇI

  –  texnologiya  və  digər 

avadanlıqların  quraşdırılması,  sazlanması  və 

onlarla bağlı sair iş və xidmətlər də daxil olmaqla,  

əsaslı  tikintiyə  dair  sifarişçi təşkilatlarla  bağlanan 

podrat  müqaviləsi  əsasında  obyektlərin  tikintisi 

üzrə  öhdəçiliyi  yerinə  yetirən  təşkilatdır.  Baş 

podratçı  sifarişçinin  razılığı  ilə  öz  öhdəliklərini 

yerinə yetirmək üçün milli və xarici firmaları cəlb 

edə  bilər,  amma  o,  həmişə  subpodratçılar 

tərəfindən yerinə yetirilən işə görə cavabdeh kimi 

qalır.  Baş  podratçı  podrat  işləri  kompleksinin 

həyata  keçirilməsi  və  onların  lazımi  keyfiyyəti, 

qüsurların  və  çatışmazlıqların  vaxtında  aradan 

qaldırılması 

üçün 


sifarişçi 

qarşısında 

tam 

məsuliyyət daşıyır. 



 

BAŞA  ÇATDIRILMAMIŞ  TĐKĐNTĐLƏ-

RĐN  SĐYAHIYAALINMASI

  –  müəyyən 

edilmiş kritik dövrə, adətən ilin əvvəli vəziyyətinə 

rəsmi  statistika  orqanları  tərəfindən  həyata 

keçirilən  başa  çatdırılmamış  tikintilərin  statistik 

müayinəsidir.  Başa  çatdırılmamış  tikinti  dedikdə, 

tikinti  işləri  başlanandan  istifadəyə  verilənə  kimi 

tikilən  tikililər  və  obyektlər  üzrə  faktiki  yerinə 

yetirilmiş 

işlərin 

(xərclərin) 

həcmi 

tamamlanmamış  tikilini  və  ya  obyekti  təşkil  edir. 



Bu  işlərin  həcmi  tikinti-quraşdırma  işlərinin  tikili 

və  obyektə  aid  olan  avadanlıqların  və  onların 

quraşdırılması 

xərcləri, 

tikinti 

sahəsinin 



 

53

hazırlanması  və  tikinti  işləri  ilə  əlaqədar  digər 



işlərin dəyərinin cəmindən ibarətdir. Tikintisi başa 

çatdırılmamış  tikili  və  obyektlərə  layihə-smeta 

sənədlərində 

nəzərdə 


tutulmuş 

vəsaitdən 

(investisiyadan)  tam  istifadə  olunmayan  və 

tikintisi  davam  etdirilən,  tikintisi  müvəqqəti 

dayandırılan  və  ya  konservasiya  olunan  və 

tamamilə  dayandırılan,  lakin  müəyyən  edilmiş 

qaydada  silinməyən  və  yaxud  nəzərdə  tutulmuş 

vəsaitdən  tam  istifadə  olunaraq  istismarda  olan, 

lakin  qəbul  aktı  müəyyən  edilmiş  qaydada  hələ 

təsdiq edilməmişlər aid edilir.   

Başa  çatdırılmamış  tikintilərin  siyahıyaalınması 

həm  istehsal,  həm  də  qeyri-istehsal  təyinatlı 

tikintilərdə və obyektlərdə keçirilir. Siyahıyaalma 

blankında  hər  bir  tikintinin  və  obyektin  konkret 

(müqavilə)  dəyərini,  tikintinin  başlanmasından 

siyahıyaalınmanın 

keçirilmə 

tarixinə 

qədər 

istifadə 



edilmiş 

əsas 


kapitala 

yönəldilmiş 

investisiyanın  həcmini,  siyahıyaalma  tarixindən 

sonra  istismara  verilmiş  gücləri  və  s.  əks  etdirən 

əsas  göstəricilər  nəzərdə  tutulur.  Uzunmüddətli 

inflyasiya 

şəraitində 

başa 


çatdırılmamış 

tikintilərin  siyahıyaalınması  proqramında  daha 

çox üstün tutulan iş həcminin natural göstəriciləri 

hesab  edilir.  Başa  çatdırılmamış  tikintilərin 

siyahıyaalınmasından əsaslı tikintinin vəziyyətinin 

qiymətləndirilməsində 

və 

investisiya 



kompleksinin və bütövlükdə iqtisadiyyatın inkişaf 

proqnozlarının 

hesablanmasının 

həyata 


keçirilməsində istifadə olunur. 

 

BAŞA  ÇATMAMIŞ  ĐSTEHSAL



  –  bu 

göstərici  istehsalı  hələ  başa  çatdırılmamış 

məhsulları göstərir. Aşağıdakı növləri mövcuddur: 

yetişən  məhsul,  inkişaf  edən  ağac  və  mal-qara, 

yarımçıq  konstruksiyalar,  məsələn,  gəmilər  və  ya 

neft-qazma  buruqları,  qismən  başa  çatdırılmış 

tədqiqatlar, 

filmlərin 

və 

ya 


kompüter 

proqramlarının istehsalı. 

Başa çatmamış istehsal hesabat dövrünün sonunda 

nəzərə  alınır  və  başa  çatmamış  istehsalın 

həcminin  azalması  (sıfıradək)  istehsal  prosesi 

qurtardıqdan 

sonra 

müşahidə 



olunur. 

Bu 


mərhələdə  bütün  başa  çatmamış  istehsal  son 

məhsula çevrilir. 



 

BAŞDAN-BAŞA  MÜŞAHĐDƏ

  –  öyrənilən 

statistik  müşahidə  obyektlərinin  istisnasız  bütün 

vahidlərini  əhatə  edən  ümumi  müşahidədir. 

Məsələn, 

əhalinin 

ümumi 


siyahıyaalınması, 

təsərrüfat subyektlərinin ümumi siyahıyaalınması. 



 

BAŞLANMIŞ  TĐKĐNTĐ

  –  smeta  layihə  üzrə 

tikintisinin həyata keçirilməsi nəzərdə tutulmuş və 

tikilmə  mərhələsində  olan,  lakin  müəyyən 

olunmuş  qayda  üzrə  hələ  istifadəyə  verilməmiş 

tikili  və  obyektlərdir.  Başlanmış  tikinti  əsas 

fondların 

və 

güclərin 



vaxtında 

istismara 

verilməsini,  həmçinin  tikintinin  ahəngdarlığını 

təmin  edir  və  müəyyən  tarixə  hesablanır.  Əsas 

kapitala  yönəldilmiş  investisiya  üzrə  başlanmış 

tikinti,  müəyyənləşdirilmiş  qaydada  istifadəyə 

verilməmiş,  tikililər  və  tikinti  obyektləri  üzrə 

istifadə  olunmuş  əsas  kapitala  yönəldilmiş 

investisiyanın həcmi ilə xarakterizə edilir.  

 

BAYES QĐYMƏTLƏNDĐRĐLMƏSĐ

 – Bayes 

yanaşması 

əsasında 



X 

əsas 


çoxluğundan 

)

,...,



,

(



2

1

n



x

x

x

=

seçmə  üsulu  ilə  hesablanan  θ 

parametrinin 

)

,...,



,

(



2

1

n



x

x

x

θ

 qiymətidir. 



 

θ



)

,...,


,

(

2



1

n

x

x

x

  θ  parametrinin  bəzi  qiymətləri 

verildikdə,  parametrin  hər  bir  qiymətinin  (bayes 

qiymətinin)  θ-ya  olan  yaxınlığı    riyazi  gözləmə  - 

)

/

)



((

)



(

2



θ

θ

θ



θ

θ



M

E

    ilə  ölçülür.  Belə  ki, 

əgər  θ  təsadüfidirsə,  onda 

)

(



θ

θ



E

da  təsadüfi 

olacaq. 

1



Б

θ

Bayes  qiymətidir  və  bu  zaman 



))

(

(



θ

θ



E

M

-  riyazi  gözləməsi  minimumdur, 

yəni

)).


(

(

arg



1



θ

θ

θ



θ

E

nM

i

m

Б

=



=

θ

θ



θ

θ

θ



d

x

f

Б

)



/

(



1

  olduğunu  isbat  etmək  olar. 

Burada 

)



/

(

x



f

θ



x

 seçmə müşahidəsindən sonra 

θ parametrinin paylanmasının aposterior sıxlığıdır 

və  θ-nın  müəyyən  edilmiş  qiymətində 



x

 

seçməsinin  paylanma  sıxlığı 



)

/



(

θ

x



f

  parametrin 

paylanma 

aprior 


sıxlığı 

)

(



0

θ

f

 

olan 


=

θ



θ

θ

θ



θ

θ

θ



d

f

x

f

f

x

f

x

f

)

(



)

/



(

)

(



)

/



(

)



/

(

0



0

  -  Bayes  düsturu 

üzrə hesablanır.  

Bayes  qiymətinin  digər  növləri  də  vardır. 

Məsələn,

)



/

(

arg



2

x



xf

a

m

Б

θ

θ



θ

=



 

BAYES  YANAŞMASI

  –  seçmə  üzrə  θ 

parametrinin  qiymətinin  tapılması  üsullarından 

biridir.  θ-nı  sabit  kəmiyyət  fərz  edən  maksimal 

doğruluq,  anlar  üsullarından  fərqli  olaraq,  Bayes 

qiyməti, θ parametrinin bu və ya digər qiymətləri 

üstünlüyünün 

bəzi 

aprior 


mülahizələrinin 

mövcudluğu  fərziyyəsində  yerləşir.  Yəni  θ 

parametrinin  təsadüfi  qiymətinin  bəzi  apriori 

paylanması verilmiş hesab olunur. 



 

BAYT

  –  fərdi  kompüterlərdə  məlumatların 

ötürülməsi, 

saxlanması 

və 


işlənməsinin 

informasiya  vahididir,  8  bitdən  ibarət  olub, 



 

54 


məlumat miqdarının minimal vahidini göstərir. Đri 

həcmli məlumatlar üçün kilobayt (KB), meqabayt 

(MB),  giqabayt  (GB)  və  terabayt  (TB)  kimi  ölçü 

vahidlərindən istifadə edilir. 

 

BAZA

 – (yunan, vasis. fran base) – 1) müəyyən 

vaxt  dövrünə  (ay,  il)  aid  edilən,  digər  analoji 

göstəricilərlə 

müqayisə 

üçün 


əsas 

sayılan 


göstəricilər,  məlumatlarıdır.  Adətən  baza  kimi 

ilkin  səviyyə,  yəni  dövr  (il,  ay  və  ya  hər  hansı 

beşillik,  onillik,  yüzillik)  qəbul  edilir  və  həmin 

dövrə  nisbətən  iqtisadi  göstəricilərin  dinamikası 

nəzərdən keçirilir; 

2) malların anbarı, onların saxlandığı yeridir.  

 

BAZA  BANK  DƏRƏCƏSĐ

  –  bank  tərəfindən 

müəyyənləşdirilən  və  verilən  müxtəlif  növ 

kreditlər  üzrə  faizlərin  müəyyənləşdirilməsi  üçün 

əsas  hesab  edilən  illik  faiz  dərəcəsidir.  Baza  faiz 

dərəcəsinin səviyyəsi kredit resurslarına olan tələb 

və 


onun 

təklifindən 

pul 

bazarının 



faiz 

dərəcələrinin,  həmçinin  Mərkəzi  Bank  tərəfindən 

müəyyən edilən faiz dərəcələrindən asılıdır. Məhz 

baza  bank  dərəcəsinin  səviyyəsinə  əsaslanaraq, 

faiz dərəcələrinin şkalası müəyyənləşdirilir. ABŞ-

da  baza  bank  dərəcəsi  (prime-rate)  dedikdə,  həm 

də 

daha 


etibarlı 

müştərilərə 

qısamüddətli 

kreditlərin verildiyi dərəcə başa düşülür.  



 

BAZA DÖVRÜ

 – (I) məlumatları cari (hesabat 

dövrü)  və  ya  gələcək  (proqnoz)  dövrün,  digər 

sonrakı  dövrün  (anın)  məlumatları  ilə  müqayisə 

olunan  vaxtdır  (ay,  il  və  an).  Dinamikanın, 

indekslərin,  artım  sürətlərinin  nisbi  kəmiyyəti 

hesablanarkən  baza  dövrünün  göstəricisi  kəsrin 

məxrəcində  göstərilir  və  o,  bazis  kəmiyyəti 

adlanır.  Başqa  sözlə,  dinamika  sırasını  təhlil 

etmək  üçün  istifadə  edilən  anlayışdır.  Mütləq 

artım,  nisbi  artım  sürətini  hesablamaq  üçün 

istifadə edilir. Mütləq və nisbi kəmiyyətlərlə ifadə 

edilir.    



(II)  -  statistik  məlumatlar  hesabat  dövrünün 

bazasında  tərtib  olunur.  Baza  dövrü  özlüyündə 

aşağıdakılar  üzrə  müəyyənləşdirilmiş  təqvim 

dövrünü əks etdirir: 

-  gömrük  bəyannaməsinin  qeydiyyatı  tarixini  və 

ya  əgər  o  yoxdursa,  onda  idxal  və  ya  ixrac 

haqqında statistik bəyannamənin tarixini; 

-  əmtəələr  daxil  olduqda  və  ya  göndərildikdə, 

əlavə  dəyərə  vergi  tələb  olunması  mümkün  olan 

ayı. 


 

BAZA ĐLĐ 

– Baza dövrü”nə bax. 

 

BAZA  QĐYMƏT  ĐNDEKSĐ

  –  cari  dövrdəki 

qiymətlərin  müqayisə  bazası  kimi  qəbul  edilmiş 

dövrün  qiymətlərinə  nisbəti  kimi  hesablanır. 

Statistika  təcrübəsində  sabit  iqtisadiyyata  malik 

olan  ölkələrdə  adətən  baza  qiymət  indeksinə 

üstünlük  verilir.  Bununla  yanaşı,  onun  əsas 

nailiyyətləri  kimi  aşağıdakılar  qeyd  olunur: 

hesablamaların  sadəliyi,  quruluş  konstruksiyası, 

hesablamanın yüngüllüyü, indekslərlə müqayisədə 

aydın  məna  və  s.  Bir  üstünlük  də  ondan ibarətdir 

ki, 

əvvəlki 


baza 

qiymət 


indeksinin 

hesablamalarında  buraxılmış  səhv  sonrakı  baza 

qiymət  indeksinin  dəqiq  hesablanmasına  təsir 

etmir. 


 

BAZAR  DƏYƏRĐ

  –  dəqiq  müəyyənləşdirilmiş 

xarakterindən və təyinatından asılı olaraq, konkret 

tarixə  aktivlərin  və  ya  əmtəələrin  bazarla 

müəyyənləşdirilən qiymətidir. 



 

BAZAR  XĐDMƏTLƏRĐ

  –  bazarda  satış  və 

alış  obyekti  ola  bilən  və  pul  vəsaitini  əsasən 

müəyyənləşdirilmiş  qiymət  üzrə  bazar  xidmətinin 

satılmasından  formalaşdıran  (50%  və  daha  çox) 

vahid tərəfindən təklif olunan bütün xidmətlərdir. 

Onlar 


özündə 

aşağıdakı 

daha 

əhəmiyyətli 



kateqoriyaları birləşdirirlər: 

- topdan və pərakəndə ticarət, təmir və bərpa; 

-  mehmanxanalar,  restoranlar,  şadlıq  sarayları, 

kafe və yeməkxanalar; 

- nəqliyyat xidməti (daxili, dəniz, hava); 

- rabitə xidməti; 

-  bank  əməliyyatları  üzrə  və  sığortalar  üzrə 

xidmətlər; 

-  digər  bazar  xidmətləri  (işgüzar  müəssisələrə 

xidmətlər,  audiovizual  xidmətlər,  icarə  üzrə 

xidmətlər, 

yığışdırma 

və 

təmizləmə 



üzrə 

xidmətlər, öyrətmə (təhsil) üzrə xidmətlər və s.) 



 

BAZAR  ĐQTĐSADĐYYATI

  –  sahibkarlar 

arasında rəqabət və sərbəst formalaşdırılan qiymət 

şəraitində  təkrar  istehsalın  obyektiv  iqtisadi 

qanunlarına  (dəyər  qanunu,  tələb  qanunu,  təklif 

qanunu  və  s.)  əsasən  tənzimlənən  münasibətlərin 

məcmusudur.  Bazar  iqtisadiyyatında  ehtiyatların 

bölüşdürülməsi  istehlakçıların,  istehsalçıların  və 

ehtiyat 

sahiblərinin 

özləri 

tərəfindən



 

müəyyənləşdirilir.  Bazar  iqtisadiyyatı,  bir  qayda 

olaraq, inkişaf etmiş dövriyyə sahəsinə və maliyyə 

institutları 

sisteminə 

malik 


olur.

 

Bazar 



iqtisadiyyatı  şəxsi  mülkiyyətin  üstünlük  təşkil 

etməsinə  əsaslanır  və  rəqabət  və  qiymət 

mexanizminin  köməyi  ilə  özünü  tənzimləyir. 

Bununla  yanaşı,  müəyyən  mənada  iqtisadiyyata 

qanunvericilik  və  icra  hakimiyyəti  orqanları  ilə 

dövlət tənzimlənməsi də həyata keçirilir.  

Xalis  bazar  iqtisadiyyatı  (və  ya  sərbəst  rəqabət 

iqtisadiyyatı)  bir  sıra  məhdudlaşdırıcı  şərtləri 

nəzərdə  tutur  –  satıcı-istehsalçı  və  alıcıların  çox 

sayda  mövcudluğunu,  yeni  istehsalçılar  üçün 



 

55

asanlıqla iqtisadi prosesə daxil olmaq imkanlarını, 



bu  və  ya  digər  məhsulun,  həmçinin  kollektiv 

əmtəə  və  xidmətlərin  (dövlət  idarəetmə  xidməti 

kimi)  istehsalında  uzunmüddətli  üstünlüyün, 

güclü  xarici  və  digər  təsirin  olmamasını.

 

Müasir 


şəraitdə  iqtisadiyyatın  təşkilinin  üstün  forması 

qarışıq  bazar  iqtisadiyyatı  olduğundan,  bu 

məhdudiyyətlərin  gözlənilməsi  praktiki  olaraq 

mümkün  deyildir.

 

Belə  iqtisadiyyat  planlı 



təsərrüfat  xüsusiyyətlərinə  malik  olduğu  kimi, 

həm  də  bazar  təsərrüfatlı  xüsusiyyətlərinə 

malikdir.  Belə  ki,  iqtisadiyyatda  dövlət  və  xüsusi 

mülkiyyət  növlərinin  payından  asılı  olaraq, 

idarəetmənin bu və ya digər üsullarının üstünlüyü 

müasir  bazar  iqtisadiyyatının  (məsələn,  daha 

liberal  olan  Amerika  və  ya  iqtisadiyyatın  idarə 

olunmasında və gəlirlərin bölüşdürülməsində əsas 

rolu  dövlət  oynayan  Đsveç  iqtisadiyyatı  –  “Đsveç 

sosializmi”) 

müxtəlif 

modellərini 

yaranır.

 

Yaponiyanın  bazar  iqtisadiyyatı  modeli  ABŞ, 



Almaniya, Fransa və digər ölkələrdə tətbiq olunan 

modellərdən  əhəmiyyətli  dərəcədə  fərqlənir. 

Bütün  bu  variantların  çoxluğu  və  spesifikliyi  ilə 

müasir  bazar  iqtisadiyyatının  əsas  prinsipləri 

bunlardır:

 

çox yığımlılıq, dövlətin fəal müdaxiləsi, 



iqtisadi  artımın  əsası  kimi  yüksək  inkişaf  etmiş 

texnologiyadan istifadə. Bazar sistemində peşəkar 

və istehlakçı seçiminin azad sahibkarlığı fəaliyyət 

göstərir.

 

Seçmənin 



əsasında 

sahibkarın 

(istehsalçının)  və  istehlakçının  iqtisadi  maraqları 

durur. 


Sahibkarlar 

gəlirlərinin 

maksimuma 

çatdırılmasında,  istehlakçılar  isə  vacib  əmtəə  və 

xidmətlərin 

əldə 


edilməsi 

zamanı 


optimal 

faydalanmalarda 

maraqlıdırlar.

 

Maraqların 



toqquşması  bazar  münasibətləri  iştirakçılarının 

rəqabət, yarışma münasibətləri vasitəsilə meydana 

çıxır.  Sadələşdirilmiş  şəkildə  bazar  şəraitində 

istehsalçı və istehlakçıların qarşılıqlı təsiri iqtisadi 

dövriyyə modelində əks olunur.   


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling