Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet3/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   2   3   4   5   6   7   8   9   ...   183

AXINLAR

  –  

əyyən vaxt dövrü ərzində 

iqtisadi d

əyərin yaradılması, yenidən yaradılması, 

mübadil

əsi, köçürülməsi, itməsi üzrə  istənilən 



f

əaliyyəti  əks  etdirir.  Başqa  sözlə,  axınlar 

institusional vahidl

ər  arasında,  onların  qarşılıqlı 

razılığı  ilə  baş  verən iqtisadi əməliyyatları  əks 

etdirir. Mal v

ə xidmət, gəlirlər, maliyyə ehtiyatları 

axınları  fərqləndirilir.  Malların  axını  mal və 

xidm

ətlərin həcminin  miqdar  xarakteristikasının 



d

əyərlə  ifadə  olunmasından  asılı  olmayaraq, 

onların  hərəkətini  əks etdirir. Gəlirlərin  axını 

ümumi daxili m

əhsulun və  milli gəlirin 

yaradılması  və  istifadəsini  əks etdirir. Maliyyə 



ehtiyatlarının axını, uyğun olaraq, pulun, qiymətli 

kağızların və digər maliyyə aktivlərinin hərəkətini 

əks etdirir. 

 

AXINLAR HESABI 

(CARİ  ƏMƏLİY-

YATLAR) 

  –  MHS-nin 

hesabıdır  və  yığım 

hesablarından  fərqli olaraq, onlarda əmtəə  və 

xidm


ətlərin istehsalı, istehsal prosesində gəlirlərin 

yaranması,  gəlirlərin institusional vahid və 

bölm

ələr arasında ilkin  və təkrar bölüşdürülməsi, 



g

əlirlərdən son istehlak məqsədləri üçün istifadə 

edilm

əsi və əmanətlərin yaranması təsbit olunur. 



 

AXŞAM  (QİYABİ)  ÜMUMİ  TƏHSİL 

MÜƏSSİSƏLƏRİ

  –  v

ətəndaşlara  (işləyən və 

işləməyənlərə) ümumi orta və tam orta əsas təhsil 

almağa imkan verən ümumi təhsil müəssisələridir. 

Onların  aşağıdakı  növləri olur:  axşam  (növbəli) 

ümumt


əhsil məktəbləri, həmçinin islah-əmək 

əssisələrinin və  tərbiyə-əmək  koloniyalarının 



t

ərkibində  olan  axşam  (qiyabi)  ümumtəhsil 

m

əktəbləri. Ümumtəhsil  proqramları  əyani, 



qiyabi,  f

ərdi  təhsil,  eksternat  formalarında 

m

ənimsənilir. 



 

Aİ  XARİCİNƏ  ƏMTƏƏ  VƏ  XİDMƏT-

LƏRİN  İXRACI

  -  Avropa milli hesablar 

sistemi (AMHS-1995) 

əmtəə  və  xidmətlərin 

ixracını  Aİ  ərazisi çərçivəsində  yerləşən 

rezidentl

ərdən Aİ-nin iqtisadi ərazisindən kənarda 

yerl

əşən qeyri-rezidentlərə  əmtəə  və  xidmətlərin 



axınını  yaradan bütün əməliyyatlar  (satış,  barter, 

h

ədiyyə 



v

ə 

əvəzsiz ötürmələr) kimi 



əyyənləşdirir. 

 

AİLƏ

  –  üzvl

ərin qohumluq və  evlilik (nikah) 

əlaqələri, məişət birliyi və 

qarşılıqlı 

m

əsuliyyətlərlə bir-birinə bağlı olduğu kiçik sosial 



qrupdur. Müxt

əlif məqsədlər  üçün ailələri 

müxt

əlif cür müəyyənləşdirmək olar. BMT-nin 



əhalinin  siyahıyaalınması üçün tövsiyəsinə  görə, 

uşaqlı  və  uşaqsız  ər-arvad, yaxud valideynlərdən 

biri il

ə uşaqlı ailə hesab edilir. Burada subay və öz 



uşağı  olmayan  hər  yaş  qrupuna  aid  olan  şəxslər 

uşaqlı kimi başa düşülür. Azərbaycanda (1989-cu 



 

14 


il

ədək)  əhalinin  siyahıyaalınmasında  bir-biri ilə 

qohumluq v

ə  qudalıq  əlaqəsi ilə  bağlı  olan,  bir 

yerd

ə  yaşayan  və  ümumi büdcələri olan iki və 



daha  çox  şəxsdən ibarət qrup ailə  hesab edilirdi. 

Ail


ə övladları ilə bərabər, yaxud övladsız və digər 

qohumları ilə, eləcə də onlarsız bir və ya bir neçə 

ər-arvaddan ibarət ola bilərdi: tərkibində ər-arvad 

olmaya da bil

ər (məsələn,  qardaş  və  bacıdan 

ibar


ət ola bilər).  

Ail


ə  xaricində  yaşayan  bütün  insanlar  ailəsizlər 

(kims


əsiz və  ya ailəsindən  ayrı  yaşayan  üzvlər) 

kimi xüsusi qrupa daxil edilir. Bu m

ənada, 1999-

cu 


il 

siyahıyaalınmasından 

başlayaraq, 

Az

ərbaycan statistikasında BMT-nin tövsiyələrinə 



uyğun  olaraq,  ailə  məfhumu  ev təsərrüfatı 

m

əfhumuna yaxındır. 



Ev t

əsərrüfatı  ailə  məfhumuna bənzər  şəkildə, 

yalnız  obyekt  olaraq  deyil,  eyni  zamanda 

müşahidə  vahidi, yəni məlumatlarından  istifadə 

edil

ən özək  kimi  başa  düşülür.  Demoqrafik 



t

əhlildə  ailəyə  əsas  etibarı  ilə  əhalinin təkrar 



istehsalının özəyi kimi baxılır. 

Əhalinin  siyahıyaalınması  materiallarının  işlənib 

hazırlanmasında ailənin, onun üzvlərinin bu və ya 

dig


ər  əlamətlərə  görə  qruplaşdırılması  həyata 

keçirilir. Burada ail

ənin həcmi, ailədə  uşaqların 

sayı,  eyni  zamanda  ev  təsərrüfatlarında  ailənin 

yaşı,  yəni evli olanların  nikahlarının  davamlılığı 

böyük 


əhəmiyyətə  malikdir.  Əhalinin  ailə  tərkibi 

üzr


ə 

xarakteristikasında 

müxtəlif 

ümumil


əşdirilmiş göstəricilər geniş tətbiq olunur. 

 

AİLƏ (EV) TƏSƏRRÜFATI

 – nikahdan ir

əli 


g

ələn münasibətlərlə  bağlı  insanlardan  ibarət, 

başqa sözlə, bir və  ya bir neçə  qohumluqla bağlı 

ail

ə  özəyindən  ibarət  ev təsərrüfatıdır. Ev 

t

əsərrüfatı  anlayışı  keçmiş  SSRİ-də  əhalinin 



siyahıyaalmasında  qəbul  olunmuş  ailə  anlayışına 

yaxındır. 

 

AİLƏ  BAŞÇISI  (EV  TƏSƏRRÜFATININ 

BAŞÇISI)

  –  r

əhbər rolunu yerinə  yetirən,  ailə 



(ev t

əsərrüfatı)  üzvlərindən  biridir.  Bir  sıra 

ölk


ələrdə  ailə  başçısı  xüsusi  səlahiyyətlərə 

malikdir v

ə  ailəyə  görə  cavabdehlik  daşıyır. 

Az

ərbaycanda  ailə  münasibətlərində  kişi  və 



qadının, 

valideynlərin bərabərliyi qəbul 

olunmuşdur.  

Əhali  statistikasında  ailənin hər bir üzvü üçün 

qohumluq 

əlaqəsinin göstərilməsi,  əhalinin 

siyahıyaalınmasında  və  müayinələrində  bir ailəni 

dig


ər ailədən fərqləndirməyə  və  ailənin hər bir 

üzvünün ail

ə  vəziyyətini təyin etməyə  imkan 

verir. 1989-

cu il siyahıyaalınmasından başlayaraq, 

ail


ə  başçısı  kateqoriyası  bu  məqsəd üçün tətbiq 

olunmur, qohumluq 

əlaqələri isə  BMT-nin 

tövsiy


ələrinə  görə  və  digər ölkələrdə  qəbul 

olunduğu  kimi,  siyahıyaalma  vərəqəsində  birinci 

yazılan  ailənin (ev təsərrüfatının)  yaşlı 

üzvl


ərindən birinə görə göstərilir.  

Bir  sıra  ölkələrdə  ailənin  dolanışığında  əsas rol 

oynayan üzv başçı hesab olunur. 

 

AİLƏ  BÜDCƏSİ

  –  ail

ənin faktiki gəlir və 

x

ərclərinin həcmi və  strukturu, müxtəlif ailə 



qruplarının 

h

əyat səviyyəsinin 

vacib 


xarakteristikasıdır. Ailənin gəlirlərinə əmək haqqı 

v

ə əməyin digər ödənilməsi formaları, sahibkarlıq 



f

əaliyyətindən, fermer təsərrüfatından,  şəxsi 

yardımçı təsərrüfatdan gəlirlər, mülkiyyətdən gəlir 

(faiz, divident, evin icar

əyə verilməsindən gəlir və 

s.) v


ə  digər  əlavə  mükafatlar, pensiya, təqaüd, 

müavin


ət, ssuda və  kreditlər,  işsizlik  müavinəti, 

aliment, müv

əqqəti 

əmək qabiliyyətinin 



itirilm

əsinin ödənilməsi, dotasiya, istirahət və 

müalic

ə  üçün  putyovkanın  alınmasında  güzəştlər 



v

ə  s. daxil edir. Ailənin xərclərinə  əmtəə 

alınmasına, xidmətin ödənişlərinə, könüllü 

haqların  ödənilməsinə  çəkilən bütün pul xərcləri 

daxildir.  

 

AİLƏ  KƏNDLİ  TƏSƏRRÜFATI



  -  ail

ə 

üzvl



ərinin və  onlarla birgə  fəaliyyət göstərən 

şəxslərin fərdi  əməyi və  mülkiyyətində  və  ya 

icar

əsində  olan  əmlak  əsasında  hüquqi  şəxs 



yaratmadan k

ənd yerlərində  istehsal və  digər 

t

əsərrüfat fəaliyyətinin (məhsulların  istehsalını, 



emalını, saxlanmasını, daşınmasını və satılmasını) 

birg


ə həyata keçirilməsidir.  

Ail


ə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə 

üzvl


ərindən və  onlarla qohumluq və  ya digər 

münasib


ətlər  əsasında  birgə  fəaliyyət göstərən 

şəxslərdən ibarət olur. Ailə kəndli təsərrüfatı kənd 

yerl

ərində  qanunvericiliklə  qadağan  olunmayan 



v

ə  məhdudiyyət qoyulmayan bütün iqtisadi 

f

əaliyyət növləri ilə  məşğul  olan  təsərrüfatçılıq 



subyektidir v

ə  onun fəaliyyəti  sahibkarlıq 

sayılmır. Ailə kəndli təsərrüfatının statusu onların 

uçotunu aparan orqan t

ərəfindən ailə  üzvlərinə 

veril


ən sənədlə rəsmiləşdirilir. 

 

AİLƏ 



MÜƏSSİSƏSİNDƏ 

İŞLƏYƏN 

ŞƏXSLƏR

  (köm

ək edən ailə  üzvləri)  

əssisənin sahibi ilə birlikdə yaşayan, daimi bu 



əssisədə  işləyən,  lakin  işə  düzəlmə  haqqında 

müqavil

əsi olmayan və  gördüyü  işə  görə  təsbit 



edilmiş məbləği almayan şəxslər bu kateqoriyaya 

daxildir. “Ail

ə müəssisəsində işləyən şəxs” ifadəsi 

yalnız  ailə  müəssisəsində  daima  işləyən  şəxslərə 

aiddir.  

 

AİLƏ  STATİSTİKASININ  MƏLUMAT 

MƏNBƏLƏRİ

  - 

əhalinin  siyahıyaalınması

seçm


ə  demoqrafik  müşahidələr və  empirik 

 

15 


sosioloji t

ədqiqatlardır.  Bir  ailəni digərindən 

siyahıyaalmada, yaxud müşahidə zamanı ayırmaq 

üçün ail


ənin uçot vahidi kimi müəyyən edilməsi 

mühüm 


əhəmiyyət kəsb edir. Bir çox ölkələrdə 

əhalinin  siyahıyaalınmasında  belə  vahid ev 

t

əsərrüfatıdır  -  bir yerdə  yaşayan  və  ümumi 



t

əsərrüfat  aparan  şəxslərdən ibarət  əsas iqtisadi 

öz

əkdir; onun tərkibinə  qohum olmayanlar 



(muzdl

u işçilər, ev qulluqçuları) da daxil ola bilər. 

BMT  Statistika  Komissiyasının  tövsiyələrinə 

gör


ə, ev təsərrüfatı müstəqil yaşayan bir adamdan, 

yaxud qohum 

əlaqələri ilə  bağlı  olan  və  ya 

olmayan bir neç

ə  adamlardan, yaxud da hər 

ikisind


ən ibarət ola bilər. Ev təsərrüfatı bir və ya 

bir neç


ə  ailədən ibarət ola bilər.  Əksər hallarda 

ail


ə  bir ev təsərrüfatında  birgə  yaşayan  və  öz 

aralarında  qohum  və  ya nikahdan irəli gələn 

münasib

ətlərlə bağlı şəxslər qrupu kimi müəyyən 



edilir. Ail

ə  özəyini  uşaqsız  ər-arvad cütlüyü, 

yaxud ist

ənilən  yaşda bir və  ya bir neçə  nikahda 

olmayan (v

ə uşaqları olmayan) uşaqlar, yaxud bir 

v

ə  ya bir neçə  nikahda  olmayan  uşaqlarla  bir 



valideyn  yaradır.  Ailədən kənar  yaşayan  insanlar 

t

əsərrüfatı müstəqil apardıqda, bir insandan ibarət 



ev t

əsərrüfatı,  yaxud  müxtəlif növ birliklərdə 

(

əlillər, qocalar evlərində  və  s.)  yaşadıqda, 



qruplaşmış  ev  təsərrüfatlarına  aid  edilmiş  hesab 

olunur.  Onların  bir  hissəsinə  təkcə  fərdlər deyil, 

h

əm də ər-arvad cütlüyü (məsələn, qocalar evində 



yaşayan  ər-arvad) daxil ola bilər. Ev 

t

əsərrüfatlarına  tətbiq olunan təriflər və  onların 



uçotunun xüsusiyy

ətləri konkret sosial-iqtisadi 

şəraitdən asılıdır və ölkələr üzrə fərqlənir. İnkişaf 

etmiş  ölkələrdə  ev təsərrüfatlarının  əsas hissəsi 

yalnız  qohumlardan  ibarətdir. Bu səbəbdən, ev 

t

əsərrüfatı və ailə kateqoriyaları çox vaxt üst-üstə 



düşür.  

Ail


ənin statistik tədqiqində  ailənin orta ölçüsü 

(bütün ail

ə  üzvləri  sayını  ailələrin  sayına 

bölm


əklə alınır), yaxud əks kəmiyyət olan ailəlik 

əmsalı 


göstəricilərindən, ailənin iqtisadi 

xarakteristikası üçün isə ailə yükü göstəricisindən 

istifad

ə olunur. 



 

AİLƏ VƏZİYYƏTİ

 – 

insanın ailənin, yaxud ev 



t

əsərrüfatının 

demoqrafik strukturunda

kı 

v

əziyyətidir.  Nikah vəziyyətindən  fərqli olaraq, 



insanın  ailəyə, yaxud ev təsərrüfatına  (adətən, 

ail


əvi ev təsərrüfatı)  daxil  olduğunu  və  onun 

başqa  üzvləri  arasında  hansı  yeri  tutduğunu 

göst

ərir. Ailə  vəziyyətinin  iki  iri  kateqoriyası 



f

ərqləndirilir  –  ailə  (ev təsərrüfatı)  üzvləri və 

ail

əyə mənsub olmayan şəxslər. Birinci kateqoriya 



f

ərdin ailənin strukturundakı  yerinə  müvafiq 

olaraq,  subkateqoriyalara bölünür, çox vaxt 

n

əsillər üzrə  –  ər-arvad,  onların  uşaqları, 



valideynl

əri, baba-nənələri və  s.  qohumları 

(sonuncular qohumluq d

ərəcələrinə  görə  də 

bölün

ə  bilər).  İkinci  kateqoriyanı  tənhalar təşkil 



edir, o

nların  arasında  müstəqil təsərrüfat 

aparanları  və  qruplaşmış  ev  təsərrüfatının 

t

ərkibinə daxil olanları, bəzən tənhaları və ailədən 



ayrı  yaşayan  tənhaları  ayırırlar.  Ailənin hər bir 

üzvünün ail

ə  vəziyyəti  əsasında  nəsillər üzrə 

ail


ənin tərkibi öyrənilir və ailənin demoqrafik tipi 

əyyən edilir ki, bunun da ailənin  müxtəlif 



h

əyat tsikli fazalarında tərkibini xarakterizə etmək 

üçün v

ə əhalinin ailə tərkibinin təhlili üçün böyük 



əhəmiyyəti var. 

 

AİLƏ  YÜKÜ

  –  müst

əqil  yaşamaq  üçün  gəlir 

m

ənbəyinə  malik olan, orta hesabla bir ailə 



üzvünün, yaxud m

əşğuliyyəti olan bir ailə 

üzvünün öhd

əsində  olanların  sayı.  Bəzən ailənin 

iqtisadi v

əziyyətinin ümumi və  təxmini 

xarakteristikası kimi tətbiq olunur. Bu və ya digər 

sosial-demoqrafik qrupun ail

ələr məcmusu üçün 

b

əzən ailənin tipləri,  yaxud ölçüsünə  görə 



hesablanır. 

 

AİLƏLƏRİN  TİPOLOGİYASI

  –  ail

ələrin 


sosial-demoqrafik t

ərkibinin xüsusiyyətlərindən 

v

ə  funksiyalarından  asılı  olaraq,  onların 



bölünm

əsidir. Demoqrafiyada əhalinin təkrar 

istehsalı üçün əhəmiyyətinə görə ayrılan ər-arvad 

cütlüyünün  olmasından,  onun  bütövlüyündən, 

onların  yaşından,  yaxud  nikahın  müddətindən, 

uşaqların olması, onların sayı və yaşından asılıdır. 

Ail

ələrin  tipologiyası  adətən ailələrin sadə  və 



mür

əkkəb ailələrə  bölünməsini nəzərdə  tutur. 

Ümumi q

əbul  olunmuş  ailə  tipologiyası  mövcud 



deyil. Buna gör

ə  də, ailələrin tiplər üzrə 

bölünm

əsi 


haqda 

siyahıyaalmaların 

və 

müşahidələrin məlumatları  çox  vaxt  heç  bir  ölkə 



üçün d

ə  belə  müqayisə  olunmur.  Əhalinin 

siyahıyaalınması  (müşahidəsi)  anına  ailələrin 

tipl


ər üzrə  bölünməsi  əvvəlki demoqrafik 

inkişafın,  xüsusən ailənin həyat  tsiklinin,  doğum 

dinamikasının, 

nikah-ailə 

münasib

ətlərinin 



inkişafındakı  dəyişikliklərin ümumi nəticəsidir. 

D

əyişikliklərin vaxta görə  öyrənilməsi bütün bu 



prosesl

ərin  əhalinin ailə  tərkibinə  ümumi təsirini 

əyyən etməyə imkan verir. 



 

AİLƏLİK  ƏMSALI

 

– 

t



ənhalar daxil 

olmamaqla, 1000 n

əfər daimi əhaliyə  düşən 

ail


ələrin  sayıdır.  Ailənin ölçüsünə  əks olan 

k

əmiyyət; hər bir ölkənin, yaxud ərazinin 



əhalisində  insanların  ailələrdə  “qruplaşma” 

d

ərəcəsini xarakterizə  edir. Ailəlik  əmsalı 



k

əmiyyəti ölkə  əhalisində  ailə  üzvlərinin  sayı  ilə 

t

ənhaların sayı arasında olan  nisbətdən, həmçinin 



ail

ənin böyüklüyündən asılıdır və adətən, 200-dən 



 

16 


400-d

ək tərəddüd edir. Bu göstəricinin  artması 



ail

ənin orta kəmiyyətinin azalmasını əks etdirir. 

 

AİLƏNİN  ARTMASI  EHTİMALI

 

– 

doğumun  xarakteristikasıdır;  n  uşaq  doğan 

qadınların tərkibində (n+1) uşaq doğan qadınların 

payını göstərir. Bütün doğumların ardıcıllığı üçün 

bel

ə  göstəricilər koqortada real, yaxud hipotetik 



doğum səviyyəsini tam xarakterizə  edir. Ailənin 

artması  ehtimalı,  eləcə  də hipotetik koqorta üçün 

əvvəlki  doğumdan  sonra  intervallar  üzrə 

doğumların bölüşdürülməsi əsasında onun təxmini 

hesablanma  metodu  fransız  demoqrafı  L.Anri 

t

ərəfindən 1953-cü ildə təklif olunmuşdur.  



Uşaq  doğumunu  başa  vurmuş  real  koqorta  üçün 

ail


ənin  artması  ehtimalı  aşağıdakı  düsturla 

hesablanır: 



+



=

ω

ω



n

k

n

k

n

W

W

a

1

 



burada n, (n+1) – 

doğumların (n+1) ardıcıllığı; W



k

 

– 



k  ardıcıllıqda uşaq doğan qadınların sayıdır. 

Göst


ərici həm nikahda olanlar koqortasını, həm də 

anadan olma ill

əri üzrə koqorta üçün tətbiq oluna 

bil


ər. Sonuncu halda o,  sonrakı  doğum 

ehtimalları  adlanır.  Hipotetik  koqorta  üçün 

ail


ənin  artması  ehtimalı  xüsusi  doğum 

c

ədvəllərinin yekun göstəricisi  kimi  alına  bilər. 



Ail

ənin  artması  ehtimalı  doğumun  dinamikası  və 

f

ərqləndirilməsinin öyrənilməsi üçün həm 



müst

əqil, həm də digər xarakteristikalarla birlikdə 

t

ətbiq olunur; xüsusilə  ailənin  formalaşması 



templ

ərinin təhlilində  zəruridir və  intergenetik 



interval  ölçül

əri ilə  yanaşı  istifadə  edilir. Digər 

doğum  göstəriciləri ilə ailənin artması  ehtimalı n 

uşaq doğan qadınların sayı ilə bağlıdır: W



n

 = a



a



... a

n

 (1+n)

Əgər  hesablama  nikahda  olanlar  koqortası  üçün 

aparılıbsa,  onda  W

n

-d



ən orta hesab nikahın 

m

əhsuldarlığından,  əgər bütün  qadınlar  üçün 

aparılıbsa, onda ümumi nəsilvermə əmsalıdır.  

Ail

ənin  artması  ehtimalı  kəmiyyəti  sonsuzluq 



mövcud  olduğundan,  birə  bərabər ola bilməz, 

lakin 0,96–

0,97 çatmaqla ona yaxınlaşa bilər.  

 

AİLƏNİN  HƏYAT  TSİKLİ

  –  sosial v

ə 

demoqrafik c



əhətdən mühüm vəziyyətlərin 

ardıcıllığı,  ailənin  yarandığı  vaxtdan  həyatını 

dayandıranadək olan müddətdir. Ailənin həyat 

tsikli  anlayışı  1930-cu illərdə  kənd  əhalisinin 

sosiologiyasında  yaranmışdır, 1950-ci illərdən 

demoqrafik t

ədqiqatlarda tətbiq olunur. Zəruri 

m

əlumatları  toplamaq  çətin  olduğu  üçün,  ailənin 



h

əyat tsikli nadir hallarda hesablanır. 

Ail

ənin həyat tsikli öyrənilərkən aşağıdakı fazalar 



seçilir: uşaqların doğulmasınadək, ailənin artması, 

azalması, qocalması. Bəzən artma fazasında uşaq 

doğumunun növbəliliyindən və yaşından asılı olan 

altfazalar,  azalma  fazasında  –  yaşlı  uşaqların 

ail

ədən getməsi ilə  bağlı  altfazalar  seçilir.  Bir 



qayda  olaraq,  azalma  fazasında  ailə  digər nüvə 

ail


ənin (yaxud ailələrin)  başlanğıcını  (özəyini) 

qoyur, bu da ail

ənin  inkişafına  tsiklik xarakter 

verir. Fazaların hüdudları ailənin həyatında bu və 

ya dig

ər hadisənin  baş  verməsi ilə, məsələn, 



ail

ənin  yaranması,  birinci  uşağın  doğulması,  son 

uşağın doğulması, birinci uşağın nikah bağlaması 

(yaxud ail

ədən ayrılması), ər-arvadın birinin vəfat 

etm


əsi (ailənin həyatının  dayandırılması)  ilə, 

konkret ail

ənin müəyyən  fazada  olması  isə  – 

h

əmin vaxtda onun tərkibi ilə müəyyən edilir. 



Çox vaxt ail

ənin həyat tsikli nuklear (özək)  ailəyə 

gör

ə baxılır, lakin əgər böyük oğul və ya qız nikah 



bağlayıb 

(arvadı, 

əri) 

artma 


fazasında 

valideynl

ərin ailəsinə  daxil olursa, ailə  mürəkkəb 

olur. Fazaların normal ardıcıllıqdan kənarlaşması, 

m

əsələn,  ər və  ya  arvadın  uşaq  doğulanadək 



boşanması,  yaxud  vəfat etməsi  hallarına  da  rast 

g

əlinir.  



Ail

ənin həyat tsiklinə  ailənin məcmusunda, bir 

qayda olaraq, hipotetik n

əsil üçün ər və ya arvadın 

birinin (çox vaxt arvadın) yaş şkalası üzrə, yaxud 

nikahın  müddəti  əsasında  baxılır.  Birinin  (yaxud 

ikisinin)  orta  yaşı,  yaxud  ailənin bu və  ya digər 

fazaya keçm

əsi  zamanı  nikahın orta müddəti 

hesablanır;  qonşu  fazalarda  orta  yaşların 

müqayis

əsi bütövlükdə  dövrələrinə  ayrı-ayrı 



fazaların  sürəkliliyini  qiymətləndirməyə  imkan 

yaradır. Orta göstəricilərin hesablanması fazaların 

normal  ardıcıllığından  bütün  kənarlaşmaların 

t

əsirini dolayı yolla nəzərə almağa imkan verir. 



Tsiklin h

ər  fazasına  ailənin müəyyən tərkibi 

müvafiq  olduğu  üçün,  ailənin həyat tsikli bəzən 

ail


ələrin tərkibi və  tipləri üzrə  bölüşdürmənin 

köm


əyi ilə  xarakterizə  edilir. Bu, qeyri-dəqiqdir, 

çünki  bu,  bölüşdürmənin həmin ailənin müasir 

strukturundan v

ə  keçmiş  dinamikasından  asılıdır. 

Ail

ənin həyat  tsikli  siyahıyaalmaların,  xüsusi 



müşahidələrin məlumatları  əsasında,  yaxud 

modell


ərin köməyi ilə öyrənilir. 

Tsikl  fazalarının  dəyişməsi ailənin tərkibinin 

d

əyişməsinə, həmçinin onun strukturuna və 



əyyən dərəcədə  həyat tərzinə  uyğundur.  Bu 

s

əbəbdən, ailənin həyat tsiklinin təhlili onun 



inkişaf  xüsusiyyətlərini, tələbat strukturunun 

d

əyişməsini, xüsusi mənzilə  olan tələbatını; 



demoqrafik aspektd

ə, mikrosəviyyədə  əhalinin 

t

əkrar  istehsalı  xüsusiyyətlərini və  əsas 



demoqrafik prosesl

ərinin ailənin  inkişafına 

ümumi t

əsirinin öyrənilməsinə imkan yaradır. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling