Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet51/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   47   48   49   50   51   52   53   54   ...   183

ÖDƏMƏLƏR 

– 

aşağıdakıları 

özündə 

birləşdirir: 



- müəssisə tərəfindən işçi heyətinə ödənilən əmək 

haqqının  bütün  növlərini.  Həmçinin  yerinə 

yetirilmiş 

işə 


görə 

təkbaşına 

sahibkara 

kompensasiya kimi ödəniş də daxil edilə bilər; 

-  əmək  haqqı  ilə  əlaqədar  olan  və  müəssisədə 

işləyənlərin  xeyrinə  həyata  keçirilən  xərclər: 

sosial  sığortaya  ödəmələr,  bayram  günlərinin 

ödəmə  fondlarına  ödənişlər,  çoxuşaqlı  ailələrə 

müavinətlər,  xeyriyyə  məqsədlərinə  xərclər, 

qarşılıqlı  yardım  kassalarına,  pensiya  fondlarına 

və s. xərclər. 

 

ƏMƏK  HAQQININ  ALICILIQ  QABĐ-

LĐYYƏTĐ

  -  mal  və  xidmətlərin  əldə  edilməsi 

üzrə  əhalinin  potensial  imkanları  göstəricisidir. 

Ölkə  (region)  üzrə  əmək  haqqının  orta  mal 

ekvivalenti  və  onun  yaşayış  minimumunun 

müvafiq  kəmiyyətinə  nisbəti  vasitəsi  ilə  ifadə 

olunur. 


 

ƏMƏK  HAQQININ  FORMALARI

  -  əmək 

haqqının  təşkilinin  növ  müxtəlifliyidir.  Əmək 

haqqının  iki  forması  fərqləndirilir:  vaxtamuzd  və 

işəmuzd.  Əməyin  işəmuzd  ödənilməsi  –  işəmuzd 

qiymət  müəyyən  edilmiş  iş  dərəcələri,  əməyin 

ödənilmə  dərəcələri,  tarif  maaşları  və  hasilat 

normaları  əsas  götürülməklə  müəyyən  edilir. 



Əməyin  vaxtamuzd  ödənilməsi  –  vaxtamuzd 

qiymət  görülən  işin  dərəcəsinə  uyğun  olan 

gündəlik və ya saatlıq tarif maaşının günlə (və ya 

saatla) 


müəyyən 

edilmiş 


vaxt 

normasına 

vurulması yolu ilə tapılır. Đşəmuzd ödəmələr fərdi 

və  kollektiv  (qrup,  briqada)  olur.  Kollektiv 

işəmuzd  əməyə  görə,  ödəmələr  zamanı  əmək 

haqqı  bütün  kollektivə  (qrupa,  briqadaya) 

hesablanır 

və 


kollektivin 

üzvləri 


arasında 

mütənasib  olaraq,  hər  bir  kollektiv  üzvünün  tarif 

əmsalı  və  tarif  üzrə  ona  verilən  dərəcə  nəzərə 

alınmaqla  işlənmiş  saatlarına  görə  və  ya  xüsusi 

hesablanmış  əməkdə  iştirak  əmsalının  köməyi  ilə 

bölüşdürülür. 



 

ƏMƏK 

HAQQININ 

MĐNĐMUM 

MƏBLƏĞĐ

  –  normal  iş  şəraitində  işçilər 

tərəfindən  sadə  işlərin  yerinə  yetirilməsində 

onlara 

ödənilən 



əmək 

haqqının 

minimum 

həddidir.  Əmək  haqqının  minimum  miqdarı 



 

198 


Azərbaycan 

Respublikasında 

qanunla 

müəyyənləşdirilir.  Qanuna  görə  ay  ərzində 

müəyyən  iş  vaxtı  normalarını  tam  işləmiş  və 

özünün  əmək  vəzifəsini  (əmək  normasını)  tam 

yerinə  yetirmiş  işçinin  aylıq  əmək  haqqı 

müəyyənləşdirilmiş  minimum  həddən  az  ola 

bilməz. 

 

ƏMƏK HAQQININ ÜMUMĐ MƏBLƏĞĐ

 – 

evdə (onlar tərəfindən görülmüş işlərin ödənilməsi 

yolu  ilə)  işləyənlər  də  daxil  olmaqla,  müəssisədə 

işləyənlərin hamısına, birbaşa vergilər və işçilərin 

sosial  sığorta  və  pensiya  fondlarının  üzvlük 

haqları  çıxılmazdan  əvvəl  nağd  pul  və  natura  ilə 

ödənilən əmək haqlarının ümumi cəmidir.  

Əmək  haqqının  ümumi  məbləğinə  bütün  pul 

müavinətləri,  mükafatlar,  “on  üçüncü  maaş”, 

işdən  çıxma  pulu  (işdən  çıxan  zaman  işçiyə 

verilən  kompensasiyalar),  mənzilə  görə  maddi 

yardımlar  (icarə  haqqı),  nəqliyyat  yardımları, 

minimum  əmək  haqqına  görə  müavinətlər, 

çoxuşaqlı  ailələrə  maddi  yardımlar,  çaypulu, 

komisyon  mükafatlandırmalar  (iclaslarda  iştiraka 

görə) və işçilərin aldığı digər ödənişlər, həmçinin 

sosial sığortaya üzvlük haqları və işçilərin ödədiyi 

və  işverənin  hesablanmış  məbləğdən  tutduğu 

digər məbləğlər daxildir.  

Bu  göstəriciyə  həmçinin  xəstəlik,  bədbəxt 

hadisələr,  hamiləlik  zamanı  işverənin  işçiyə 

ödəməyi davam etdirdiyi əmək haqqı da daxildir. 

Đstisna  edilən  yardımlar:  işverənin  ödədiyi  sosial 

sığorta  və  pensiya  fondunun  üzvlük  haqları,  ailə 

müavinətləri,  qocalığa  görə  pensiyalar,  əmək 

haqqına  olan  vergilər.  Əmək  haqqının  ümumi 

məbləği bir işçiyə və ya bir saata düşən orta əmək 

haqqının hesablanması üçün bazadır. 



 

ƏMƏK QABĐLĐYYƏTLĐ YAŞ (ĐŞÇĐ YAŞ)

 

– insan yaşının, onun istehsalda iştirak etməsindən 



asılı  olan,  şərti  dərəcə  elementlərindən  biridir. 

Azərbaycan  Respublikasında  əmək  qabiliyyətli 

yaşa  15-63  yaşda  kişilər,  15-60  yaşda  qadınlar 

daxildir.  Əmək  qabiliyyətli  yaşda  olan  əhalinin 

sayı doğum və ölümlə, ayrı-ayrı ərazilər üçün həm 

də  miqrasiya  ilə  müəyyən  edilir.  Bu  proseslərin 

intensivliyindən asılı olaraq, əhəmiyyətli dərəcədə 

kənarlaşmalar  ola  bilər.  Əmək  qabiliyyətli  yaşda 

olanlar  arasındakı  əmək  ehtiyatlarının  təhlili 

zamanı,  cavan  əmək  qabiliyyətli  yaşdakılar  40 

yaşadək,  yaşlı  əmək  qabiliyyətli  yaşdakılar  40 

yaşdan  sonra  seçilir.  Bu  da  onların  əmək 

məhsuldarlığı, 

peşəkarlığı, 

ərazidə 

hərəkət 


etmələri və s. ilə əlaqədardır. 

 

ƏMƏK  QABĐLĐYYƏTLĐ  YAŞDA  OLAN 

ƏHALĐNĐN  MƏŞĞULLUQ  SƏVĐYYƏSĐ 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf  göstəricilərindən)  -  15-64  yaşında  olan 

insanları  əhatə  edir.  Məşğulluq  beynəlxalq 

təriflərə  uyğun  başa  düşülür  və  konkret  hesabat 

dövründə  bu  və  ya  digər  gəlir  gətirən  iqtisadi 

fəaliyyət  növlərində  iştirakı,  yaxud  müvəqqəti 

iştirak  edilməsini  bildirir.  Đqtisadi  fəallıq  haqqı 

ödənilməklə  və  ya  gəlir  əldə  etmək  məqsədi  ilə, 

yaxud  ev  təsərrüfatında  istifadə  üçün  mal  və 

xidmətlərin istehsalını əhatə edir. 

Əmək  qabiliyyətli  yaş  bu  və  ya  digər  milli 

reallıqlardan  asılı  olaraq  müəyyən  edilir.  Belə  ki, 

uşaqların əksəriyyəti məcburi təhsili başa vurur və 

müvafiq  pensiya  sisteminin  ümumi  şərtlərinə 

uyğun  olaraq,  müvafiq  yaş  həddinə  çatdıqda 

adamlar  pensiyaya  çıxmaq  hüququ  alırlar.  BMT 

siyahıyaalma 

cədvəllərində 

əhalinin 

məşğulluğunu 15 yaş və daha böyük, hələ 15 yaşı 

olmayan  adamları  isə  işə  götürməyə  hədd 

qoymağı tövsiyə edir.  

Đşləyənlərin 

sayı 


əhalinin 

seçilmiş 

əmək 

qabiliyyətli  yaş  diapazonuna  daxil  olan  (adətən 



15-64 yaş) adamların ümumi sayına bölünür. 

 

ƏMƏK  QABĐLĐYYƏTLĐ  YAŞDA  OLAN 

ƏMƏK  QABĐLĐYYƏTLĐ  ƏHALĐ

  -  I  və  II 

qrup  işləməyən  əlillərdən,  imtiyazlar  əsasında 

pensiya  alan  işləməyən  şəxslərdən  başqa,  əmək 

qabiliyyətli yaşda olan əhalidir. 

 

ƏMƏK  MƏHSULDARLIĞI

  (bir  işçiyə 

hesablamaqla)  –  bu  göstərici  uçotda  aşağıdakı 

kimi  müəyyənləşdirilir:  “Bazar  qiymətlərində 

ümumi əlavə dəyər / muzdlu işçilərin sayı”. 

 

ƏMƏK  MƏHSULDARLIĞI  ƏMSALINA 

NĐSBƏT  ÜZRƏ  ƏMƏK  HAQQI

  –  bazar 

qiymətləri ilə  ümumi  əlavə  dəyərin  heyətin  əmək 

haqqı xərclərinə nisbətidir. 

 

ƏMƏK 



MĐQRASĐYASI

 

– 



iş 

yerinin 


dəyişməsi 

ilə 


əlaqədar 

məşğul 


əhalinin 

yerdəyişməsidir. 

Daxili 

və 


xarici 

əmək 


miqrasiyası 

fərqləndirilir. 

Daxili 

əmək 


miqrasiyasına 

ölkənin 


daxilində 

ayrı-ayrı 

regionlar,  şəhərlər,  şəhər  və  kənd  arasındakı 

miqrasiyalar aiddir. Xarici əmək miqrasiyasına isə 

işləmək  məqsədi ilə ölkədən kənara hərəkət daxil 

edilir. 


 

ƏMƏK  MĐQRASĐYASI  KVOTASI 

–  il 


ərzində  ölkə  ərazisində  haqqı  ödənilən  əmək 

fəaliyyəti  ilə  məşğul  olmaları  nəzərdə  tutulan 

əcnəbilərin sayının son həddidir. Kvota yerli əmək 

ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək 

miqrasiyası 

proseslərinin 

tənzimlənməsi 


 

199


sahəsindəki  işlərin  səmərəliliyinin  artırılması 

məqsədi ilə tətbiq edilir. 

Kvota  daxili  əmək  bazarının  vəziyyəti,  işçi 

qüvvəsinə  tələbat,  iş  yerinin  tələblərinə  cavab 

verən  peşə  hazırlığına  və  ixtisasa  malik  ölkə 

vətəndaşının  iddia  etmədiyi  boş  iş  yerlərinin 

mövcudluğu,  məşğulluq  xidməti  orqanlarının 

işəgötürənlərin  işçi  qüvvəsinə  olan  ehtiyaclarını 

yerli  əmək  ehtiyatları  hesabına  təmin  etmək 

imkanı nəzərə alınmaqla müəyyən edilir. 



 

ƏMƏK  MÜBAHĐSƏSĐ

  –  müəyyən  məsələlər 

üzrə  işçilər  və  işverənlər  arasında  narazılıq  baş 

verdiyi vəziyyətdir. 

 

ƏMƏK 

SƏRFĐNĐN 

SAHƏLƏRARASI 

BALANSI

 – məhsul (xidmət) istehsalı və sahələr 

arasındakı  əlaqələr  prosesi  əmək  sərfi  ilə  ifadə 

olunmuş  iqtisadi  cədvəldir.  Əmək  sərfinin 

sahələrarası 

balansı 


məlumatları 

ayrı-ayrı 

məhsulların  (xidmətlərin)  istehsalında  canlı  və 

maddiləşmiş  əmək  sərfinin  ümumi  həcmini 

müəyyənləşdirməyə,  bu  sərfin  hər  bir  sahə  üzrə 

ayrılıqda  nisbətini  müəyyənləşdirməyə,  ayrı-ayrı 

məhsul  növlərinin  istehsalına  birbaşa  və  tam 

əmək  sərfləri  əmsalını  hesablamağa  və  bir  sıra 

digər hesablamaları aparmağa imkan verir.  

Balansda  əmək  sərfləri  orta  illik  işçilərə  görə 

göstərilir.  Onu  həm  də  adam-günlə  hesablamaq 

olur. 


Hər  bir  sahə  üzrə  maddiləşmiş  əməyin  sərfi 

göstəriciləri,  müəyyən  sahənin  məhsullarının 

digər  sahələrdə  istifadəsinə  uyğun  olaraq,  sahədə 

mütənasib  bölünən  canlı  əmək  sərfi  haqqında 

məlumatlar  əsasında  müəyyənləşdirilir.  Belə 

bölgü  şərti  xarakter  daşıyır,  lakin  sahələr  üzrə 

məhsul  istehsalına  maddiləşmiş  əmək  sərfi 

haqqında təxmini təsəvvür verir. 

Əmək sərfinin sahələrarası balansının hər bir sətri 

müvafiq  sahənin  məhsul  istehsalına  canlı  əmək 

sərfinin,  onun  məhsulundan  istifadə  edən  bütün 

sahələr arasında, həmçinin son istehlaka və ümumi 



kapital  yığımına  necə  bölüşdürüldüyünü  göstərir. 

Əgər  balansın  məlumatlarına  şaquli  xətt  üzrə 

baxsaq,  onda  əməyin  bu  sərfinin  ayrı-ayrı 

sahələrin  aralıq  istehlakında  sərfi  kimi  istifadə 

olunan,  məhsullarda  maddiləşmiş  keçmiş  əmək 

sərfi kimi çıxış etdiyini görərik. Bundan əlavə, hər 

bir sütunda canlı əməyin sərfi göstərilir. Yekunda 

sahələrin  hər  bir  qrupu  üzrə,  hər  bir  sahə  üzrə 

məhsul  istehsalına  canlı  və  maddiləşmiş  əməyin 

sərfinin  cəmi  (məcmu  əmək  sərfi)  barədə 

məlumatlar əldə edilir. Əmək sərfinin sahələrarası 

balansının  tərtib  edilməsi  üçün  əsas  mənbə 

sahələrarası 

balansın 

(SAB) 

və 


əmək 

statistikasının məlumatları hesab edilir. 



 

ƏMƏK 

STATĐSTĐKASI 

HAQQINDA 

1985-ci il KONVENSĐYASI

 – 25 iyun 1985-ci 

ildə  Beynəlxalq  Əmək  Təşkilatının  baş  konfransı 

tərəfindən  qəbul  edilmişdir,  əmək  statistikasının 

müntəzəm  toplanmalı  və  dərc  edilməli  olan  əsas 

göstəricilərinin  siyahısını  əhatə  edir.  Göstəricilər 

aşağıdakı 

bölmələrdə 

qruplaşdırılmışdır: 

a) 

iqtisadi  fəal  əhali,  məşğulluq,  işsizlik;  natamam 



məşğulluq;  b)  iqtisadi  fəal  əhalinin  strukturu  və 

bölünməsi;  c)  orta  əmək  haqqı,  əmək  haqqının 

vaxtamuzd tarifi, iş vaxtının davamlılığı; ç) əmək 

haqqı;  d)  iş  qüvvəsinin  dəyəri;  e)  istehlak 

mallarının  qiymət  indeksi;  ə)  ev  təsərrüfatlarının 

xərcləri,  ev  təsərrüfatlarının  gəlirləri;  f)  istehsal 

zədələri 

və 


peşə 

xəstəlikləri; 

g) 

əmək 


mübahisələri. 

 

ƏMƏLĐYYAT

 

– 

iqtisadi 

qiymətlilərin 

yaradılması, 

dəyişdirilməsi, 

mübadiləsi, 

ötürülməsi  və  ya  ləğv  edilməsini  əks  etdirən  və 

mal  və  ya  maliyyə  aktivlərinə  mülkiyyət 

hüququnun  dəyişməsini,  xidmət  göstərilməsini, 

yaxud  əmək  və  kapitalın  verilməsini  birləşdirən 

iqtisadi axındır. 

 

ƏMƏLĐYYAT  (SÖVDƏLƏŞMƏ)

  -  xarici 

ticarət  statistikası  ilə  əhatə  olunan,  əmtəələrin 

hərəkətini öz arxasınca çəkən ixtiyari kommersiya 

və ya qeyri-kommersiya əməliyyatlarıdır. 

 

ƏMƏLĐYYAT  BORCLARI

  -  əməliyyat 

dövrləri  (silsiləsi)  ilə  əlaqəli  və  öhdəliklərə 

ekvivalent olan borclardır. 



 

ƏMƏLĐYYAT  DEBĐTOR  BORCLARI

  - 


əməliyyat  dövrləri  (silsiləsi)  ilə  bağlı  və  debitor 

öhdəliklərinə ekvivalent olan debitor borclarıdır. 



 

ƏMƏLĐYYAT 

LĐZĐNQĐ

 

– 

maşın 


və 

avadanlıqların  texniki  xidmətləri  və  təmiri  də 

daxil  olmaqla,  onların  icarəyə  verilməsi  ilə  bağlı 

xidmətlərin  göstərilməsi  üzrə  istehsal  fəaliyyəti 

növüdür.  Bu  xidmətlərin  dəyəri  icarə  haqqı  ilə 

müəyyənləşdirilir. 



 

ƏMƏLĐYYAT  SĐSTEMĐ

  –  məlumatların 

işlənməsi  prosesinin  planlaşdırılması  və  təşkili, 

onların 


daxil 

edilməsinin-çıxışının 

və 

məlumatların 



idarə 

olunmanın, 

EHM 

ehtiyatlarının  bölüşdürülməsinin,  proqram  və 



xidmətin 

digər 


köməkçi 

əməliyyatlarının 

hazırlanması və sazlanması üçün nəzərdə tutulmuş 

proqram təminatının özək hissəsidir.  

 

ƏMƏLĐYYAT  SUBSĐDĐYALARI

  –  əsas  iş 

fəaliyyətindən  gəlir  üzrə  mövcud  çatışmazlığı 


 

200 


kompensasiya etmək və ya bəzi istismar xərclərini 

örtmək  məqsədi  ilə  şirkətin  aldığı  subsidiyadır 

(köməkdir). 

 

ƏMƏLĐYYATLARIN 

(SÖVDƏLƏŞMƏ-

LƏRĐN)  XARAKTERĐ

  –  bir  əməliyyatı 

digərindən  fərqləndirən  bütün  xarakteristikalardır 

(məsələn, alqı-satqı, lizinq, emal və s.). 

 

ƏMƏYĐN  ELEKTRĐK  ENERJĐSĐ  ĐLƏ 



TƏCHĐZ  EDĐLMƏSĐ

  –  istehsalda  elektrik 

enerjisinin  və  ya  iş  vaxtı  vahidində  elektrik 

gücünün  istehlak  səviyyəsini  xarakterizə  edən 

göstəricidir.  Burada  iki  göstərici  hesablanır: 

əməyin  elektrik  enerjisi  ilə  təchizi  əmsalı  və 

işçilərin  elektrik  enerjisi  ilə  təchizi  əmsalı. 

Əməyin  elektrik  enerji  ilə  təchizatı  əmsalı  -  dövr 

ərzində  istehsalda  istehlak  olunan  elektrik 

enerjisinin  ümumi  həcminin  işçilərin  orta  siyahı 

sayına  və  ya  onların  işlədikləri  vaxta  (adam-gün 

və  ya  adam-saata)  bölünməsi  ilə  müəyyən  edilir. 

Đşçilərin  elektrik  enerjisi  ilə  təchizatı  əmsalı  - 

istehsal 

prosesinə 

xidmət 


edən 

elektrik 

mühərriklərinin  və  elektrik  cihazlarının  elektrik 

güclərinin  cəminin  növbədə  ən  çox  məşğul  olan 

işçilərin sayına bölünməsi ilə hesablanır. 

 

ƏMƏYĐN  ENERJĐ  TƏCHĐZATI



  -  əməyin, 

enerjinin  bütün  növləri  ilə  təminatını  xarakterizə 

edən  göstəricidir.  Əməyin  enerji  təminatının 

potensial  və  faktiki  əmsallarından  istifadə  edilir. 

Əməyin enerji təminatının potensial əmsalı, bütün 

maşın  və  mexanizm  mühərriklərinin,  həmçinin 

istehsal 

prosesinə 

xidmət 

edən 


elektrik 

cihazlarının  güclərinin,  işçilərin  ümumi  sayına 

bölünməsi  ilə  müəyyən  edilir.  Əməyin  enerji 

təminatının  faktiki  əmsalı,  istehsala  sərf  edilmiş 

mexaniki  və  elektrik  enerjisinin  orta  hesabla  bir 

işçiyə və ya bir işlənmiş adam-saata (adam-günə) 

düşən miqdarını xarakterizə edir. 

 

ƏMƏYĐN 



FONDLA 

TƏCHĐZATI

 

– 



müəssisə  və  ya  sahə  işçilərinin  əsas  fondlarla 

təchizatını  xarakterizə  edən  göstəricidir.  Əməyin 

fondla təchizatı əsas fondların orta illik dəyərinin 

işçilərin  və  ya  fəhlələrin  orta  illik  sayına  nisbəti 

ilə müəyyən edilir. 

 

ƏMƏYĐN  TAM  SƏRFĐ  ƏMSALLARI

  – 

verilmiş 

sahənin 

digər 


sahələrlə 

texnoloji 

əlaqələrinin bütün silsiləsi üzrə əlaqədar sahələrdə 

məhsulların  istehsalı  ilə  həm  birbaşa,  həm  də 

dolayısı  ilə  bağlı  olan  əməyin  (canlı  və 

maddiləşmiş)  tam  sərfini  xarakterizə  edir.  Əmək 



sərfinin  sahələrarası  balansının  hər  bir  elementi 

üzrə  və  hər  bir  sahə  üzrə  ümumilikdə  hesablana 

bilər. Birinci halda, əməyin tam sərfi əmsallarının 

matrisi  sahələrarası  balansın  I  kvadrantının 

elementləri  üzrə  alınır.  Hesablama  D

tr

  =  K



m.ə

*(E-


A)

-1

 düsturu (matrisa qeydi)  ilə hesablanır, burada 



D

tr

-tam əməyin tam sərfi əmsalının matrisi; K



ə.m.

məhsul  istehsalına  maddiləşmiş  əməyin  birbaşa 



sərfi  əmsalının  matrisası;  (E-A)

-1

  –  məhsul 



istehsalında  aralıq  istehlakı  elementlərinin  tam 

sərfi  əmsalının  matrisasıdır.  Đkinci  halda  hər  bir 

sahələrarası  balansın  hər  bir  sahəsi  üzrə  bütün 

məhsulların  istehsalına  əməyin  tam  sərfinin 

vektoru  alınır.  Hesablama  t=T(E-A)

-1

  düsturu  ilə 



aparılır.  Burada,  t  -  sahələrarası  balansın  sahələri 

üzrə  əməyin  tam  sərfi  əmsalının  vektoru;  T  – 

sahələrarası  balansın  sahələri  üzrə  canlı  əməyin 

birbaşa sərfi vektorudur. Təcrübədə adətən t, yəni 

sahələrarası  balansın  sahələri  üzrə  əməyin  tam 

sərfi əmsalının vektoru hesablanır.  



 

ƏMƏYĐN 

TEXNĐKA 

ĐLƏ 

TƏCHĐZ 

EDĐLMƏ  (SĐLAHLANMA)  ƏMSALI

  – 

işçilərin istehsal avadanlıqları ilə (iş və güc maşın 

və  avadanlıqları,  ölçü  və  tənzimedici  cihaz  və 

qurğular, nəqliyyat vasitələri və s.) təchiz edilməsi 

göstəricisidir.  Əməyin  texnika  ilə  təchiz  edilməsi 

əmsalı özündə, istehsal avadanlıqlarının dəyərinin 

işçilərinin  sayı  çox  olan  növbədə  məşğul  olan 

işçilərin sayına olan nisbəti əks etdirir.  



 

ƏMLAK

 – aşağıdakıları ifadə etmək üçün tətbiq 

olunan 


anlayışdır: 

1) 


vətəndaşların 

şəxsi 


mülkiyyətində,  yaxud  təşkilatın  mülkiyyətində 

olan  şeylərin  və  maddi  sərvətlərin  məcmusudur. 

Pul  və  qiymətli  kağızlar  da  əmlaka  aiddir. 

Əmlakın  tərkibinə  aid  olan  obyektlərin  dairəsi 

əmlakın 

hansı 


mülkiyyət 

formasına 

daxil 

olmasından  asılıdır;  2)  başqa  şəxslərdən  şeylərin 



alınması, yaxud əmlak xarakterli digər hüquqların 

məcmusudur  (aktiv);  3)  şəxsin  əmlak  vəziyyətini 

(aktiv və passiv) xarakterizə edən şeylərin, əmlak 

hüquqlarının 

və 

vəzifələrinin 



məcmusudur. 

Vərəsəlikdə  və  yenidən  qurulması  nəticəsində 

hüquqi  şəxsə  xitam  verilməsi ilə  əlaqədar  ümumi 

hüquq  varisliyi  (aktiv  və  passivin,  yəni  hüquq  və 

vəzifələrin başqasına keçməsi) də əmlakın bu cür 

başa düşülməsi ilə bağlıdır. 

Əmlak  iki  yerə  bölünür  -  daşınar  və  daşınmaz 

əmlaka.  



 

ƏMLAK CĐNAYƏTĐ

 – oğurluq, soyğunçuluq, 

quldurluq,  fırıldaqçılıq,  zorakılıq,  şantaj  yolu  ilə 

dövlətin, 

müəssisələrin, 

idarələrin, 

ictimai 

təşkilatların  və  vətəndaşların  əmlak  hüququ  və 

maraqlarına  qəsd  etmək,  həvalə  edilmiş  əmlakı 

mənimsəmək,  qəsdən  əmlakı  məhv  etmək  və  ya 

korlamaqdır. 

 


 

201


ƏMLAK  SIĞORTASI

  –  sığorta  obyektinin 

məruz  qaldığı  zərərə  görə  tam  ölçüdə  və  ya 

qismən 


kompensasiya 

ödənilməsinin 

(verilməsinin)  sığorta  ödənişləri  üzrə  sığortaçının 

vəzifələrini  nəzərdə  tutan  sığorta  növlərinin 

məcmusudur.

 

Bu  zaman  sığorta  obyekti  şəxsin 



əmlak  maraqları  olur,  çünki  onun  əmlaka  malik 

olmaq, idarə etmək, istifadə etmək, habelə əmlaka 

(yerüstü,  hava  və  su  nəqliyyat  vasitələrinə, 

yüklərə,  ev  əmlakına,  avadanlıqlara,  əmtəə-mal 

qiymətlilərinə  və  s.)  zərər  dəyərsə  və  ya  əmlak 

dağılarsa,  onun  sığortası  haqqında  bağlanmış 

müqavilədə (sığorta olunanın müqaviləsi) nəzərdə 

tutulduğu  həcmdə  ödəniş  almaq  hüququna  malik 

olur.  Əmlak  sığortasına  həm  də  maliyyə 

risklərinin sığortası aiddir.   

 

ƏMLAKIN  BAZAR  DƏYƏRĐ

  -  əmlakın  pul 

ifadəsində  qiymətidir  və  o,  açıq  bazarda  əmlakın 

xüsusiyyətləri  haqqında  xəbərdar  olanların  və 

tipik  səbəbləri  olan  və  əmlakın  satışa  kifayət 

qədər  uzun  müddətə  qoyulması  şəraitində  öz 

xeyrini  güdmək  maraqlarına  malik  alıcı  və 

satıcıları  məcbur  etmədən,  fəaliyyət  göstərənlərin 

arasındakı  rəqabət  şəraitində  bir  əldən  o  biri  ələ 

keçməsidir.  Əmlakın  dəyəri,  onun  satış  xərclərini 

çıxmaqla, xalis bazar dəyəridir. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   47   48   49   50   51   52   53   54   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling