Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ƏHALĐNĐN MĐLLĐ TƏRKĐBĐ (MĐLLĐ STRUKTUR)
- ƏHALĐNĐN MÜLKĐYYƏTĐNDƏ OLAN QĐYMƏTLĐ KAĞIZLAR
- ƏHALĐNĐN NAQĐLLĐ RADĐO VERĐLĐŞ- LƏRĐ ĐLƏ ƏHATƏ OLUNMASI
- ƏHALĐNĐN NĐKAH TƏRKĐBĐ (NĐKAH STRUKTURU)
- ƏHALĐNĐN PERSPEKTĐV HESABAN- MASI (ƏHALĐNĐN SAYININ VƏ TƏRKĐBĐNĐN
- ƏHALĐNĐN PROFĐLAKTĐK TĐBBĐ MÜAYĐNƏSĐ
- ƏHALĐNĐN PUL GƏLĐRLƏRĐ
- ƏHALĐNĐN PUL XƏRCLƏRĐ
- ƏHALĐNĐN PUL YIĞIMI
- ƏHALĐNĐN REAL GƏLĐRLƏRĐ
- ƏHALĐNĐN SAĞLAMLIĞI STATĐSTĐ- KASI
- ƏHALĐNĐN SAHĐBKARLIQ FƏALĐYYƏ- TĐNDƏN ƏLDƏ ETDĐYĐ GƏLĐRLƏR
- ƏHALĐNĐN SAY VƏ TƏRKĐBĐNĐN CARĐ HESABLAMALARI
- ƏHALĐNĐN SAYININ QĐYMƏTLƏNDĐ- RĐLMƏSĐ
- ƏHALĐNĐN SƏRƏNCAMINDA QALAN REAL GƏLĐRLƏR
- ƏHALĐNĐN SIXLIĞI
- ƏHALĐNĐN SĐYAHIYAALINMASI (MÜAYĐNƏSĐ) METODLARI
- ƏHALĐNĐN SĐYAHIYAALINMASI (MÜ- AYĐNƏSĐ) PROQRAMI
ƏHALĐNĐN MĐQRASĐYA STRUKTURU - əhalinin mövcud yaşayış yerində məskunlaşdığı müddət üzrə bölünməsini əks etdirir. Aşağıdakı qruplar üzrə bölünə bilər: doğulduğu gündən, 20 ildən çox, 10-20 il, 10 ildən az.
STRUKTUR) - əhalinin müəyyən etnik qrupa mənsub
olma əlamətinə görə bölgüsüdür (“Əhalinin etnik tərkibi”nə bax).
ETDĐYĐ GƏLĐRLƏR – öz mülkiyyətini istehsalın aparılmasına və digər gəlir gətirən işlərə 183
qoyan mülkiyyətçilərin (investisiya qoyanların) sahibkar kimi, həm də əhalinin qalan hissəsinin əldə etdiyi vəsaitdir.
QĐYMƏTLĐ KAĞIZLAR - əhali tərəfindən alınan və ya özəlləşdirmə prosesinin gedişində onlar tərəfindən əldə olunan
səhmdar cəmiyyətlərin və dövlətin səhmləri və
istiqrazlarıdır.
LƏRĐ ĐLƏ ƏHATƏ OLUNMASI – naqil vasitəsi ilə verilişlər, o cümlədən çoxproqramlı verilişlər şəbəkəsinə malik olan
yaşayış məntəqələrinin sakinlərinin sayının əhalinin sayına nisbətidir.
STRUKTURU) – kişi və qadınların nikah vəziyyətinin - heç vaxt nikahda olmayanlar, nikahda olanlar, dullar və boşananlar (bəzən ayrılanlarla birlikdə) kateqoriyaları üzrə
bölgüsüdür. Sonuncu 3 qrup nə vaxtsa nikahda olanlar qrupunu təşkil edir. Qanunvericilikdə ərlə arvadın ayrı yaşamasına baxılarsa, onda ayrılıqda yaşayan ər-arvad kateqoriyası ayrılır. Nikah vəziyyətində cins və yaşa görə fərqlər olduqda, əhalinin nikah tərkibi kişi və qadının yaş qrupları üzrə ayrı-ayrılıqda aparılır.
MASI (ƏHALĐNĐN SAYININ VƏ TƏRKĐBĐNĐN PERSPEKTĐV HESAB- LANMASI) –
ölkə və (və ya) onun hissələrinin əhalisinin gözlənilən sayının və
yaş-cins tərkibinin hesablanmasıdır. Hesablamanın komponentləri kimi, hesablama dövrünün əvvəlinə əhalinin faktiki cins-yaş tərkibi və ya doğum və ölümün və miqrasiya tendensiyalarının (demoqrafik proqnoz) faktiki fərziyyə olunan mövcud səviyyələri götürülür. Bu, komponentlər metodu adlanan üsulla həyata keçirilir:
yaş üzrə hərəkət yolu ilə
hesablama ilinin əvvəlinə sağ qalanların sayından hər bir yaşda sağ qalanların sayı, reproduktiv yaşda olan qadınların sayı və doğum hallarının yaş göstəricisi haqqında məlumatlardan istifadə etməklə isə - gələcək doğuşların sayı müəyyən edilir.
Göstərilənlərdən əlavə, ayrı-ayrı ərazilər üçün əhalinin perspektiv hesablanmasında gözlənilən miqrasiya artımı da nəzərə alınır.
Hesablama, adətən gələcəkdə hesablama komponentlərinin dəyişməsi haqqında müxtəlif fərziyyələrə uyğun olaraq, ilbəil, 10-15 il əvvəlcədən bir neçə variantda aparılır.
PROFĐLAKTĐK TĐBBĐ MÜAYĐNƏSĐ – həkimlər tərəfindən əhalinin müayinəsi və xəstəliklərin müəyyən edilməsi məqsədilə laboratoriya-diaqnostik tədqiqatların aparılması və müalicəvi-sağlamlıq tədbirlərinin həyata
keçirilməsidir. Statistik göstəricilərə müayinə olunmuşların sayının müayinə olunmalı olanların və ya bütün əhalinin sayına nisbəti, müayinə olunmuşların sayından aşkar olunmuş xəstələrin sayı daxil edilir.
- əhalinin pul gəlirləri və xərcləri balansının gəlir hissəsidir, özündə əhalinin bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatlardan daxil olan bütün pullarını, nağdsız hesablaşmalarını və vergi ödəmələrinə və digər
ödəmələrə tutulan
məbləğləri, əhaliyə hesablanmış pul gəlirləri hesabına, ona verilmiş məhsul və göstərilmiş xidmətlərin dəyərini birləşdirir. Balansda əhali qrupları arasında olan pul dövriyyəsi nəzərə alınmır.
strukturunu və əhalinin əmanətlərini əks etdirir. Əhalinin pul gəlirləri və xərcləri balansı ölkənin ümumi daxili məhsulunun pul gəlirləri formasında əhalinin sərəncamında qalan, onlar tərəfindən əmtəələrin alınmasında və
xidmətlərin, ödənişlərin, üzvlük haqlarının ödənilməsində istifadə olunan və bütün növ əmanətlərə (banka qoyulan əmanətlərə, valyutaların alınmasına, qiymətli kağızlara və s.) yönəldilən hissəsinin hərəkətini əks etdirir. Pul gəlirlərinə daxildir: iqtisadiyyatın müxtəlif bölmələrində işləyən şəxslərin əmək haqqı şəklində bütün pul daxilolmaları; pensiyalar, təqaüdlər, müxtəlif maddi
yardımlar; mülkiyyətdən faizlər, dividentlər, rentalar və s. şəklində əldə olunan gəlirlər; səhmlərin və digər qiymətli kağızların satışından daxil olan pullar; əmlakın, mal-qaranın və kənd təsərrüfatı məhsullarının satışından daxil olan gəlirlər; sığorta ödəmələrindən, ssudalardan və s. daxil olan pullar. Əhalinin xərclərinin əsasını əmtəələrin alınması və xidmətlərin ödənilməsinə, məcburi ödəmələrə və müxtəlif üzvlük haqlarına, əmanətlərdəki yığımlara, qiymətli kağızlara və digər aktivlərə çəkilən xərclər təşkil edir. Əhalinin pul gəlirləri və xərcləri balansının aşağıdakı maddələrivardır:
1. Əmək haqqı 184
2. Đşçilərin müəssisə və təşkilatlardan aldıqları əmək haqqından başqa gəlirləri 3. Dividentlər 4. Kənd təsərrüfatı məhsullarının satışından daxil olan gəlirlər 5. Fərdi sahibkarlıq fəaliyyətindən gəlirlər 6. Pensiya və maddi yardımlar 7. Təqaüdlər 8. Maliyyə sistemlərindən daxil olan gəlirlər, o cümlədən: a) sığorta ödəmələrindən; b) fərdi yaşayış tikintisi və ya digər məqsədlər üçün alınan ssudalardan; c) istehlak məqsədləri üçün verilmiş ssudalar üzrə borcların dəyişməsindən; ç) qoyulmuş əmanətlərə görə faizlərdən; d) istiqrazlardan, uduşlardan və ödənişlərdən; e) lotereyalar üzrə uduşlardan; ə) əmtəələrin kreditlə alınmasında əhalinin borclarının dəyişməsindən (artım +, azalma -); f) hüquqi şəxs yaratmadan fəaliyyət göstərən şəxslərin ssudalara görə
borclarının dəyişməsindən (artım +, azalma -); g) əlillərə çəkilmiş xərclərin qaytarılmasından; ğ) repressiya olunmuş vətəndaşlara maddi zərərin ödənilməsindən. 9) Xarici valyutanın satışından əhalinin gəliri 10) Sair gəlirlər: a) əşyaların komisyon mağazaları və satınalma məntəqələri vasitəsilə satılmasından; b)
istifadəyə yararlı
xammalın, metal
tullantılarının və s. satışından (qeyri-kənd təsərrüfatı tədarükləri); c) sair gəlirlər. 11. Köçürmə yolu ilə alınan pullar (köçürülmüş və ödənilmiş məbləğ çıxılmaqla) Pul gəlirləri - cəmi Xərclərin gəlirləri üstələməsi Gəlirlərin cəmi Xərclər və əmanətlər 1. Malların alınması və xidmətlərin ödənilməsi o cümlədən: a) malların alınması; b) xidmətlərin ödənilməsi və digər xərclər o cümlədən: yaşayış və kommunal xidmətlərin ödənişi; məişət xidmətlərinin ödənişi; təhsil xərcləri; sanatoriya və istirahət evlərinə putyovkalara, turizmə və tibbi xidmətlərə çəkilən xərclər; kino, teatr və s. tamaşalara çəkilən xərclər; bütün növ nəqliyyat vasitələrinə çəkilən nəqliyyat xərcləri; rabitə xidmətlərinin ödənilməsi; sair xərclər. 2. Məcburi ödənişlər və könüllü üzvlük haqları o cümlədən: a) vergi və rüsumlar; b) sığortalar üzrə ödənişlər; c) ictimai və kooperativ təşkilatlara üzvlük haqları; ç) ssudaların qaytarılması; d) lotereya biletlərinin əldə edilməsi; e) əmtəə kreditinə faizlər; ə) pensiya fonduna məcburi sığorta haqları. 3) əmanətlərdə və qiymətli kağızlarda yığılmış pulların artması o cümlədən: a) banklarda əmanətlərin artması; b) Azərbaycan Respublikasının sertifikatlarının əldə edilməsi; c) plastik kartlardan istifadə etməklə hesablaşma üçün fiziki şəxslərin banklarda depozitə qoyduğu vəsaitlərin artması (azalması); ç) müəssisənin səhmlərinin əldə edilməsi. 4. Yaşayış yerlərinin alınması 5. Xarici valyutanın alınmasına əhalinin xərcləri 6. Köçürmə yolu ilə göndərilən pullar (alınan məbləğ çıxılmaqla) Cəmi pul xərcləri və əmanətlər Gəlirlərin xərcləri aşması Xərclərin cəmi Balans
Əhalinin pul gəlirləri və xərcləri balansı göstəricilərindən (əhalinin pul
gəlirləri, adambaşına pul gəlirləri və s.)
bazar iqtisadiyyatına keçid şəraitində bir sıra MDB ölkələrində bu günə kimi əhalinin həyat səviyyəsinin səciyyələndirilməsi üçün istifadə edilir. Azərbaycanda əhalinin pul gəlirləri və xərcləri balansının göstəriciləri 2006-cı ilədək tətbiq olunmuşdur. Həmin balansın strukturu və göstəricilərinin tərkibi və əhatəliliyi beynəlxalq standartların, xüsusilə də
Milli Hesablar Sisteminin tələblərinə cavab vermədiyindən, əhalinin pul gəlirləri və xərcləri balansı müasir şəraitdə öz aktuallığını itirmişdir. Əhalinin pul gəlirləri və xərcləri balansında, MHS-nin gəlir anlayışına zidd
olaraq, son
istehlakın maliyyələşdirilməsi üçün əhali tərəfindən əmlak, xarici valyuta və qiymətli kağızların satışı, bank hesablarından pulun çıxarılması, kredit və borcların alınması hesabına, başqa
sözlə, sərəncamda olan kapitalın azaldılması və ya müvafiq maliyyə öhdəliklərinin qəbul edilməsi nəticəsində əldə olunan vəsaitlər gəlirlərə aid edilir, natura formasında daxilolmalar isə əksinə - gəlirlərdə nəzərə alınmır. Bu və
digər çatışmazlıqlar əhalinin pul gəlirləri və xərcləri balansının göstəriciləri əsasında əhalinin həyat səviyyəsinin və investisiya yönəltmə qabiliyyətinin obyektiv təhlil
imkanlarını məhdudlaşdırır. 185
ƏHALĐNĐN PUL XƏRCLƏRĐ - əhali tərəfindən pul gəlirlərinin xərclənməsi formasıdır. Onun əsas istiqamətləri əmtəələrin alınmasına, kommunal, nəqliyyat, tamaşa, məişət və digər müəssisə və
təşkilatların xidmətlərinin ödənilməsinə, vergilərə və yığımlara, sığorta ödəmələrinə və ictimai və digər təşkilatlara, mənzil-tikinti kooperativlərinə haqların ödənilməsinə yönəldilən xərclərdən ibarətdir. Əhalinin pul gəlirlərinin bir hissəsi yığılmaq üçün əmanət banklarına, kommersiya banklarına və digər maliyyə-kredit (sığorta, maliyyə, investisiya şirkətlərinə, pensiya fondlarına) təşkilatlarına, təkrar bazarlarda dövlət və sair qiymətli kağızların alınmasına, valyutanın alınmasına yönəldilir. Əhalinin pul xərclərinin məbləği və onların istiqamətləri əhalinin pul gəlirləri və xərcləri balansında müəyyənləşdirilir.
- əhalinin əlində olan nağd pulları, əmanət və digər banklarda olan əmanətlərini, istiqrazları, xəzinə öhdəliklərini, həyatın dövlət sığortası üzrə sığorta vəsiqələrini, sertifikatları, səhmləri və digər qiymətli kağızları birləşdirən pul vasitələrinin məcmusunun kəmiyyətidir.
– ölkə əhalisinin yaşayış səviyyəsinin ümumiləşdirici göstəricisidir. Gəlirlərə görə əldə oluna bilən maddi rifah və xidmətlərin real kəmiyyətini xarakterizə edir. Əhalinin real gəlirlərinin səviyyəsi əhalinin son gəlirlərinin həcmindən, qiymətlərin, əmtəə və xidmətlərin tariflərinin səviyyəsindən asılıdır. Onun həcmi, son gəlirlərin həcminin istehlak qiymətləri indeksinə bölməklə alınan nisbət kimi müəyyən edilir. Əhalinin real gəlirinin ümumi həcmindən başqa, orta hesabla əhalinin bir nəfərinə düşən gəlir də hesablanır.
KASI – əhalinin ümumilikdə və onun ayrı-ayrı kontingentlərinin sağlamlıq vəziyyətinin kəmiyyət xarakteristikasını öyrənir, əhalinin sağlamlıq səviyyəsinin təbii ətraf mühitin amilləri ilə mənalı statistik əlaqəsini aşkar edir. Əhalinin sağlamlığı statistikasına xəstəlik, əlillik, fiziki inkişaf, uşaqların sağlamlığının mühafizəsi statistikası daxildir.
iqtisadi fəaliyyəti nəticəsində fərdi sahibkarın əldə etdiyi və sonradan istehsal təyinatlı (yığım və s.) məqsədlərə və şəxsi istehlaka yönəldilmiş gəlirin bir hissəsidir. Özü məşğul fəaliyyətdən (fermerlər, sənətkarlar, kiçik alverçilər) gəlirlər sahibkarlıq gəlirləri və əməyin ödənilməsinin birləşməsini əks etdirir.
– əhalinin ümumi sayının və əhalinin cins və yaş üzrə sayının əhali
arasındakı dövrdə həyata
keçirilən hesablamalarıdır. Əhalinin ümumi sayı (şəhər və kənd yerləri üzrə) bütövlükdə ölkə və onun ayrı-ayrı regionları üzrə hesablanır. Cari hesablamanın bazası kimi, müvafiq ölkənin
(dövlətin) əhali
siyahıyaalmalarının, demoqrafik proseslərin cari uçotunun və əhali miqrasiyasının cari uçotunun məlumatları götürülür. Əhalinin cins və yaş strukturu üzrə sayının hesablanmasının əsası birillik yaş üzrə
siyahıyaalmaların məlumatları olur. Yaş strukturu üzrə
hesablamalar müvafiq
göstəricilərin sürüşdürülməsi üsulu ilə aparılır.
onun bir hissəsində xüsusi siyahıyaalmalar və uçot aparılmadan əhalinin sayının
təqribi müəyyən
edilməsidir. Adətən,
axırıncı siyahıyaalma və ya əhalinin birbaşa uçota cəlb edilməsi, bunlar
olmadıqda doğum,
ölüm haqqında sənədlər, miqrasiya hadisələri (dolayı göstəricilərlə) əsasında da aparıla bilər. Bu zaman, adətən göstərilən məlumatlar üzrə düzəlişlər edilir.
REAL GƏLĐRLƏR – əhalinin ümumi real gəlirlərindən vergilər, mütləq ödənişlər və könüllü üzvlük haqları çıxılmaqla müəyyən edilən gəlirlərdir.
- konkret ərazidə əhalinin sıxlıq dərəcəsidir. Sahə vahidinə düşən sakinlərin sayı ilə ifadə olunur.
SĐYAHIYAALINMASI – müəyyən vaxt anına ölkənin, yaxud onun yaşayış məntəqələrinin hər bir sakinini xarakterizə edən demoqrafik, iqtisadi və sosial məlumatların toplanması prosesidir. Əhalinin siyahıyaalınması anlayışına həm də
bu məlumatların yekunlaşdırılması, işlənməsi və dərc edilməsi prosesi
daxil edilir.
BMT-nin Statistika Komissiyasının metodologiyasına uyğun olaraq, əhalinin siyahıyaalınması – “müəyyən vaxt vəziyyətinə ölkədə və ya ölkənin məhdud bir
186
hissəsində bütün şəxslərə aid coğrafi demoqrafik, iqtisadi və sosial, etnik-mədəni əlamətlər üzrə məlumatların toplanmasının, ümumiləşdirilməsinin, təhlilinin və dərc edilərək yayılmasının vahid prosesidir”. Əhalinin siyahıyaalınması əhali haqqında digər müşahidələrlə əldə oluna bilməyən məlumatlar (məsələn, insanların özlərinin müəyyənləşdirdiyi etnik mənsubiyyəti, faktiki nikah vəziyyəti) barədə əsas məlumat mənbəyidir. Əhalinin siyahıyaalınması materiallarının statistik işlənməsi yolu ilə əhalinin müxtəlif əlamətlərinə görə bölgüsü haqqında məlumatlar alınır. Əhalinin siyahıyaalınması, istisnasız olaraq, ölkənin bütün sakinlərini, həm də, müvəqqəti qaib olanlar da daxil edilməklə, ölkənin bütün vətəndaşlarını, ölkə daxilində - hər bir ərazinin daimi sakinlərini, yaxud müəyyən anda həmin ərazidə olanları, yaxud həm onları, həm də digərlərini əhatə edir. Bir qayda olaraq, əhalinin siyahıyaalınması bilavasitə yaşayış yerlərini gəzməklə və “siyahıyaalınmanın kritik anı” vəziyyətinə, hər sakin haqqında sorğu yolu ilə adbaad məlumat toplamaqla, qısa müddətə (bir-iki həftə ərzində) həyata keçirilir. Bütün ölkə əhalisi üçün eyni (vahid) proqram əsasında toplanan belə məlumatların dairəsi siyahıyaalma proqramı ilə müəyyənləşdirilir.
SĐYAHIYAALINMASI (MÜAYĐNƏSĐ) METODLARI - əhalinin siyahıyaalınması, yaxud müayinəsi prosesində adamlar, yaxud ailələr haqqında məlumatların əldə edilməsi üsullarıdır. Bir qayda olaraq, belə məlumatları xüsusi olaraq cəlb edilmiş işçilər (qeydçilər, təlimatçılar və s.) toplayırlar. Odur ki, əhalinin siyahıyaalınması (müayinəsi) metodlarında, qeydçilər və məlumat verən şəxs arasındakı əlaqə xarakterinə (yaşayış yerlərinin, evlərin, mənzillərin gəzintisi, poçt və yaxud telefonla) görə, məlumatların mənbəyinə (onlar adamların özləri,
onun ailə və
ya ev təsərrüfatlarının üzvləri, yaxud yaşayış vahidinin rəhbərliyi tərəfindən verilir) görə və onların bilavasitə əldə etmə üsuluna görə fərqlənir. Məlumatların əldə olunmasının müxtəlif üsulları mövcuddur: sorğu edilənlə şifahi müsahibə yolu ilə aparılan - şifahi sorğu; sorğu edilənin ona verilmiş, yaxud poçtla (internet vasitəsilə) göndərilmiş sorğu vərəqlərinin şəxsin özü tərəfindən doldurulması - özü hesablaması yolu ilə.
Əhalinin siyahıyaalınması (müayinəsi) metodunun seçilməsi onu həyata keçirən təşkilati imkanlardan, siyahıyaalma və yaxud müayinə proqramlarının mürəkkəbliyindən, əhalinin sorğuya hazırlıq səviyyəsindən asılıdır.
AYĐNƏSĐ) PROQRAMI - əhalinin siyahıyaalınması, mikrosiyahıyaalınması və ya müayinəsi zamanı adamların, ailələrin (ev təsərrüfatlarının) əlamətlərinin və ya onlar haqqında məlumatların siyahısıdır. Əhalinin siyahıyaalınması (müayinəsi) proqramına uyğun olaraq, siyahıyaalma vərəqinə (müayinə və sorğu blankına) lazımı məlumatlar (ünvan məlumatları,
demoqrafik əlamətlər (cinsi, yaşı, ailə vəziyyəti), vətəndaşlıq, etnik xüsusiyyətlər (özünü hansı xalqa və ya etnik qrupa aid edir, dil), dini mənsubiyyət, təhsil və tədris, sosial-iqtisadi əlamətlər (fəaliyyət növü, məşğuliyyət və məşğulluq vəzifəsi), nikahın
vəziyyəti və
uşaqların sayı, miqrasiya və s. haqqında məlumatlar) əldə etməyə imkan verən bir sıra suallar və əlamətlər daxil edilir. Əlamətlər elə seçilir
ki, siyahıyaalınmanın materialları işləndikdə, onlar əhalinin və onun sosial- demoqrafik qruplarının tərkibi haqqında hərtərəfli məlumatların əldə olunmasına imkan versin.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling