Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ƏHALĐ (demoqrafiya statistikasında)
- ƏHALĐ KATEQORĐYALARI (demoq- rafiya statistikasında)
- ƏHALĐ MÜAYĐNƏLƏRĐ (DEMO- QRAFĐK MÜAYĐNƏLƏR)
- ƏHALĐNĐN ARTIM ƏMSALLARI – “
- ƏHALĐNĐN ARTIMI
- Qayıtmaz
- ƏHALĐNĐN BƏRK YANACAQDAN ĐSTĐ- FADƏ EDƏN HĐSSƏSĐ (Minilliyin
ƏDƏD FORMATI – elektron hesablanma maşınlarının yaddaşında rəqəmlərin təşkilini müəyyənləşdirən parametrlər çoxluğudur. ƏDLĐYYƏ NAZĐRLĐYĐNĐN QEYDĐYYAT ŞÖBƏLƏRĐ (Azərbaycan Respublikasında) – fəaliyyəti ölkənin Ailə Məcəlləsi və ona uyğun qəbul edilmiş qanunlarla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında təlimatlarla, vətəndaşlıq vəziyyəti aktları
qeydiyyatının dəyişdirilməsi, bərpası və
pozulması qaydalarını müəyyən edən müddəalar, akt kitablarının və digər normativ aktların saxlanmasının müddət və qaydaları ilə nizamlanır. Şəhərlərdə və rayon mərkəzlərində qeydiyyat Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən aparılır. Bu orqanlar doğumun, nikahın bağlanmasının, onun pozulmasının, övladlığa götürmənin, atalığın müəyyənləşdirilməsinin, ölümün, adın, soyadın və atasının adının düzəldilməsinin, dəyişdirilməsinin qeydiyyatını aparır, itirilmiş qeydiyyatları bərpa edir, akt kitablarını saxlayır, təkrar şəhadətnamələr verirlər. Qəsəbələrdə və kənd yaşayış yerlərində doğumun, nikahın bağlanmasının, onun pozulmasının, atalığın müəyyənləşdirilməsinin və ölümün
qeydiyyatını yerli inzibati orqanlar aparır.
(demoqrafiya statistikasında) – yer kürəsində, qitələrdə, ölkələrdə, onun ərazisində, ayrı-ayrı hissələrində və regionlarda, eləcə də yaşayış
məntəqələrində yaşayan
insanların cəmidir. Ayrılıqda hər bir ölkədə dövlət statistika xidməti tərəfindən aparılan əhalinin siyahıyaalınması daimi əhalini, yaxud mövcud əhalini və eyni zamanda hər iki əhali kateqoriyasını əhatə edir. Đnsanlar yaşayış
binalarında (evlərində) qeydiyyata alındıqlarından, siyahıyaalma zamanı həmin ərazi daxilində yolda olanlar və qeyri- yaşayış tikintilərində yaşayanlar üçün xüsusi qeydiyyat qaydaları nəzərdə tutulur. Ölkənin əhalisinə siyahıyaalmanın kritik anında ölkənin ərazisində olan, onun
bütün vətəndaşları, həmçinin onun hüdudlarından kənarda yaşayan diplomatlar, onların ailə üzvləri və dənizçilər də daxil olmaqla, hərbi qulluqçular, ticarət donanmasının dənizçiləri və dənizdə səfərdə olan balıqçılar (gəmi kayutasından başqa, digər yaşayış yeri olmayanlar daxil edilməklə), başqa ölkələrdə mövsümi işləyənlər, bəzi hallarda isə bu ölkənin xaricdə daimi və ya müvəqqəti yaşayan vətəndaşları aid edilir. Eyni zamanda, göstərilən səbəblər üzrə bu ölkədə olan əcnəbilər, onun əhalisinin sayına (son nəticədə daimi əhaliyə) daxil edilmir. Əhalinin siyahıyaalınması yalnız əhalinin sayı haqqında deyil, həm də müxtəlif əlamətlərinə görə əhalinin tərkibi, ev təsərrüfatlarının, ailələrin sayı və tərkibi, institusional obyektlərdəki əhali haqqında, həmçinin ölkənin ərazisi və onun regionları, şəhər yerləri və kənd yaşayış məntəqələri üzrə əhalinin yerləşməsi haqqında məlumat əldə etməyə imkan verir. Əhalinin sayında mütəmadi olaraq baş verən dəyişikliklər demoqrafik hadisələrin (doğum və ölüm) cari uçotu, həmçinin miqrasiyanın cari uçotu yolu ilə qeydə alınır. Həmin mənbələrin məlumatları əsasında müntəzəm olaraq əhalinin sayı və tərkibinin cari hesablanması aparılır. Bütün bu materiallar əhalinin təkrar istehsalı meyllərinin təhlil olunmasına və demoqrafik
KATEQORĐYALARI (demoq- rafiya statistikasında) – hər hansı bir yaşayış məntəqəsində və ya ərazidə, bu ərazi ilə əlaqəsindən asılı olaraq, məskunlaşmış sakinlərin məcmusunun ümumi xarakteristikasıdır. Əhalinin üç kateqoriyası fərqləndirilir: daimi əhali, mövcud
aid etmək üçün ölkənin bütün ərazisi üçün vahid meyar müəyyən edilir. Əhalinin siyahıyaalınmasında və ya müayinələrdə əhalinin ya bir, ya da iki əhali kateqoriyalarından, daha
çox daimi
və mövcud
əhali kateqoriyalarından istifadə edilir. Belə hesab edilir ki, hər iki əhali kateqoriyasının uçotunun eyni
vaxtda aparılması siyahıyaalmanın dəqiqliyini təmin edir.
Siyahıyaalma materiallarının işlənməsi əsasən bir kateqoriya üzrə, daha çox daimi əhali kateqoriyası üzrə aparılır. Əhalinin iki kateqoriyasının uçotu eyni vaxtda aparılan zaman hər
bir yaşayış
məntəqəsində, onda yaşayan daimi sakinlərdən mövcud olanlar, həmçinin müvəqqəti qaiblər və müvəqqəti yaşayanlar yazılır. Birinci və ikincinin cəmi daimi əhalinin sayını, birinci və üçüncünün cəmi isə mövcud əhalinin sayını verir.
MÜAYĐNƏLƏRĐ (DEMO- QRAFĐK MÜAYĐNƏLƏR) – əhalinin tərkibini, sosial və demoqrafik prosesləri və yaxud ictimai rəyi öyrənmək üçün ərazidə yaşayanların müəyyən hissəsindən məlumatların toplanmasıdır. Əhali müayinələri (demoqrafik müayinələr) əhali siyahıyaalmalarında və yaxud cari qaydada toplanması mümkün olmayan
və yaxud
məqsədəuyğun olmayan ətraflı məlumatların əldə edilməsi üçün aparılır. Siyahıyaalmadan fərqli olaraq, əhali müayinələri (demoqrafik müayinələr) ölkə əhalisinin müəyyən hissəsinə aid olur və adətən özündə seçmə müayinələri əks etdirir. Müayinə olunan hissə elə seçilir ki, o bütün əhalini təmsil etmiş olsun. Bütün ölkə üzrə
177
əhalinin seçmə müayinəsi (demoqrafik müayinəsi) mikrosiyahıyaalma adlanır. ƏHALĐ REGĐSTRĐ – əhalinin inzibati uçotu məqsədlərinə xidmət edən, sakinlərin adbaad və müntəzəm aktuallaşdırılan siyahısıdır.
Əhalinin registri bir sıra ölkələrdə ayrı-ayrı şəxslərin, ev təsərrüfatlarının və ya ən kiçik inzibati-ərazi vahidlərinin (yaşayış məntəqələrinin, bələdiyyələrin, məhəllələrin və s.) siyahısı və ya qeydiyyatı şəklində aparılır.
Đqtisadi inkişaf etmiş (əsasən Avropa)
ölkələrdə bu
registrlər məlumatların ötürülməsi, saxlanması və işlənməsi üçün EHM-in
tətbiqi ilə
əhalinin avtomatlaşdırılmış kartotekasını əks
etdirir. Əhalinin bu şəkildə
uçotunun
xüsusiyyəti – hər bir sakinə verilən, onun cinsinin, anadan olma tarixinin (gün, ay, il) və doğulduğu yerin kodlarından, həmçinin müvafiq ərazi və tarix üçün doğuşun sıra nömrəsindən tərtib olunmuş, təkrar olunmayan identifikasiya nömrəsinin köməyi ilə fərdi məlumatların saxlanması və müntəzəm olaraq yeniləşdirilməsindən ibarətdir . Nömrə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında şəxsiyyəti təsdiq edən və sosial sığorta, səhiyyə və vergiqoyma müəssisələrinin registrlərində digər əlamətlərin dəyişməsini nəzərə alan sənədlərdə göstərilir.
Nömrə hər bir sakin haqqında məlumatın EHM-də yığılmasına, saxlanmasına və aktuallaşdırılmasına imkan verir.
Müşahidə proqramı ümumi əlamətlərlə məhdudlaşdırılır – sabit (məsələn, nikaha daxil olma tarixi) və dəyişkən. Dəyişmələr cari qaydada (məsələn, nikah vəziyyəti) sənədlərlə nəzərə alınır. Əhali registrində ev təsərrüfatlarının və ailələrin uçotu zamanı onların üzvləri identifikasiya nömrələrinin qarşılıqlı əlaqədə göstərilməsi yolu ilə və ya ailənin
digər üzvləri
haqqında yazılmış məlumatlarla əlaqələndirilirlər (məsələn, ana üçün – uşağın anadan olma tarixi və cinsi). Hər bir doğulan uşağa (və ölkəyə gələn hər bir kəsə) fərdi qeydiyyat açılır və sonradan uçotla əhatə olunaraq bütün məlumatlar oraya əlavə edilir. Ölənlərin və birdəfəlik ölkədən kənarda yaşamağa gedənlərin kartoçkaları arxivə verilir.
Yaşayış yeri dəyişilən zaman məlumatlar müvafiq ərazinin əhali registrinə verilir. Dəyişikliklər sənədlər əsasında nəzərə alındığına görə, əhali registri hüquqi əhali kateqoriyası üzrə aparılır. Əhali registri yerli inzibati idarələr tərəfindən aparılır, onlara ümumi rəhbərlik isə müxtəlif ölkələrdə müxtəlif orqanlar: daxili işlər, ədliyyə nazirlikləri, dövlət statistika xidməti və ya xüsusi orqan tərəfindən edilir. Azərbaycanda əhali registrinə rəhbərlik Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Ümumi əhali registri ilə yanaşı, bəzən ayrılıqda sosial-peşə qruplarının (dövlət qulluqçularının, müəllimlərin, həkimlərin) registrləri də yaradılır. Əhali registrinə özləri haqqında məlumatların bildirilməsi vətəndaşların vəzifəsidir. Əhali registrinə giriş qaydası və fərdi məlumatların məxfiliyi qanunla tənzimlənir. Əhali
registrinin məlumatlarından ayrı-ayrı inzibati-ərazi vahidinin sakinləri haqqında (vergi ödəyicilərinin, hərbi vəzifəlilərin, seçicilərin və s. siyahısının tərtibi üçün onun əhalisinin say və tərkibi haqqında) cari və ya dövri qaydada fərdi məlumatların alınması üçün istifadə olunur. Bu məlumatlardan statistik-demoqrafik təhlil üçün istifadə imkanları məhduddur. Belə ki, ayrı-ayrı şəxslərdə olan dəyişikliklərin uçotunu aparmaq çətin olduğundan, əhali registrində sosial-iqtisadi əlamətlər (məsələn, məşğulluq, təhsil səviyyəsi və s.) azlıq təşkil edir. Buna görə də, əhali registri müntəzəm əhali siyahıyaalmalarını istisna etmir.
müəyyən ərazidə yaşayan insanların məcmusudur. Əhali statistikası vaxtın müəyyən anında və dinamikada əhalinin sayını,
tərkibini və
yerləşməsini öyrənir. Əhali statistikası əhalinin təbii hərəkətinin - doğum və ölümün təsiri altında sayının və tərkibinin, həmçinin dolayısı ilə nikahların və nikahların pozulmasının dəyişməsinin kəmiyyət xarakteristikasını, miqrasiya və ya mexaniki hərəkətin – adamların ərazilərdə yerdəyişməsi hesabına əhalinin hərəkəti məsələlərinə baxır.
məhsulların aşağıdakı qruplar üzrə istehlak və əhaliyə satılma üsulundan asılı olmayaraq, bütün istehsal edilmiş və ölkəyə idxal olunmuş məhsulların həm birbaşa, həm də dolayısı ilə istehlakı nəzərə alınmaqla müəyyən edilir: ət və ət məhsulları; süd və süd məhsulları; yumurta; balıq və balıq məhsulları; şəkər; bitki yağı; kartof; tərəvəz və bostan bitkiləri; çörək məmulatları. Yeyinti maddələrinin kimyəvi tərkibi
və məhsulların istehlak kaloriliyi, ərzaq elementlərinin tərkibinin normativlərinə və bir ailə üzvü hesabına yeyinti məhsullarının faktiki istehlakına əsasən hesablanır. ƏHALĐ TƏSƏRRÜFATLARI – vətəndaşların öz əməkləri ilə onlara ayrılmış torpaq sahələrini hazırladıqları, kənd təsərrüfatı bitkilərini, meyvə-giləmeyvə və
əkilmiş üzümlükləri becərdikləri, kənd
təsərrüfatı heyvanlarını yetişdirdikləri, bitkiçilik və
178
heyvandarlıq məhsulları istehsal etdikləri təsərrüfatlardır. Əhali təsərrüfatlarının mövcudluğu və fəaliyyəti haqqında göstəricilər kənd inzibati orqanlarının təsərrüfatbaşına kitablarında, dövlət
idarə etməsinin digər orqanlarının registrlərində əks etdirilir. Əhali
təsərrüfatlarının statistik öyrənilməsi heyvanların və əkmələrin bilavasitə siyahıya alınması, ev təsərrüfatları büdcəsinin seçmə müayinəsi və statistika müşahidələrinin digər formaları ilə həyata keçirilir. ƏHALĐNĐN ADAMBAŞINA DÜŞƏN OR- TA PUL GƏLĐRLƏRĐNĐN ÖLÇÜSÜNƏ GÖRƏ BÖLGÜSÜ - verilmiş müəyyən intervallar üzrə adambaşına pul gəlirlərinin ölçüsünə görə əhalinin sayını (xüsusi çəkisini) və əhalinin maddi vəziyyətinə görə təbəqələşməsini səciyyələndirir.
– əhali sayının iki ardıcıl tarixlə müqayisəsidir: T t t p P P 1 + = . Adi kəsrlə və ya faizlə ifadə olunur. Əhalinin artım sürəti kəsr ədəd ola bilər. T p >1(>100%) olduqda, əhalinin sayı artır, T
olduqda, azalır, T p =1(=100%) olarsa, dəyişməz qalır. Eyni böyüklükdə olan intervallar – aylar və ya illər – müddəti ərzində əhalinin orta artım sürəti həndəsi orta kimi hesablanır.
dövrün axırına və əvvəlinə əhalinin sayı arasındakı fərqdir. Əhalinin ümumi artımı
cəmindən ibarətdir. Orta əhaliyə aid edildikdə, onlar, müvafiq olaraq əhalinin ümumi artımı, təbii artımı və miqrasiya artımı əmsallarını verir. ƏHALĐNĐN BEYNƏLXALQ MĐQRASĐ- YASI (əhalinin xarici, dövlətlərarası miqrasiyası) - əhalinin dövlət sərhədlərini keçməsi vasitəsilə ərazi hərəkətidir. Bu və ya digər ölkədən gedən miqrantlar axınını ayırmaq üçün emiqrasiya termini və ölkəyə axını ayırmaq üçün immiqrasiya termini tətbiq olunur. 1901-ci ildən dünya birliyi tərəfindən beynəlxalq əhali miqrasiyası göstəricilərini unifikasiya etmək cəhdlərinə baxmayaraq, onların tərifində milli fərqlər hələ də qalmaqdadır. Belə ki, Almaniyada “ölkədə qalmaq niyyəti ilə sərhədi keçən şəxslər” immiqrant hesab olunur, Yaponiyada “xaricdən gələn milli vətəndaşlar və əcnəbilər”, ABŞ-da “ölkədə daimi yaşamaq məqsədilə qanuni əsaslarla buraxılmış əcnəbilər” hesab olunur. Bu sahədə “əməkçi miqrantlar” (haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxs), “qaçqınlar” və s. ifadələr də mövcuddur. Əhalinin beynəlxalq miqrasiyasının təhlili zamanı ortaya çıxan çətinliklər məlumat mənbələrinin müxtəlifliyi ilə bağlı ola bilər. BMT ekspertlərinin fikrincə, üç əsas mənbəni ayırmaq zəruridir: sərhəd nəzarəti; əhali registrləri (məsələn, xarici pasport verilən zaman alınmış məlumatlar); müxtəlif müşahidələr. Onların arasında əhalinin siyahıyaalınması xüsusi yer tutur. Bilavasitə mənbədən alınan məlumatlar ən dəqiq hesab olunur. Əhalinin beynəlxalq miqrasiyası aşağıdakı növlərə ayrılır. Qayıtmaz (dönməz, daimi) əhali onu qəbul edən ölkədə daimi yaşayış məqsədilə baş verir. Müvəqqəti-daimi: bir qayda olaraq, getdiyi ölkədə qalma müddəti 1 ildən 6 ilədək (çıxdığı ölkədən, miqrantların cins-yaş, ailə və peşə xarakterindən asılı olaraq) məhdudlaşır. Beynəlxalq statistikada belə növ miqrantlar “uzunmüddətli emiqrant və
immiqrantlar”, “müqavilə üzrə müvəqqəti fəhlələr”, “daimi zəhmətkeş-miqrantlar” adlandırılır. Mövsümi: mövsümi xarakter daşıyan təsərrüfat sahələrində işləmək üçün qısamüddətli (bir il müddətində) gəlmə ilə bağlıdır. Qərbi Afrika və Yaxın Şərqdə qalmış köçərilik və müqəddəs yerlərə zəvvarlıq mövsümi miqrasiyanın növləridir. Beynəlxalq statistikada mövsümi miqrantlara “qısamüddətli immiqrantlar və emiqrantlar”, “miqrant-mövsümi işçi” və s. terminləri uyğundur. Mütərəddid (kəfkirli) miqrasiya (məkik, sərhədyanı) – bir ölkədən digərinə və əksinə gündəlik, nadir hallarda həftəlik gedib-gəlmə. Belə şəkildə digər ölkədə işləmək üçün sərhədi keçən miqrantlar “frontalyer fəhlələr” adlanır. Əhalinin beynəlxalq miqrasiyasının müasir növü – qeyri-leqal (gizli) immiqrasiyadır. Qeyri-leqal miqrantlar – iş axtarışı ilə başqa ölkələrə qeyri-qanuni gedən şəxslərdir. Həm də qanuni əsaslarla sərhədi keçən (xüsusi dəvətlə, turist kimi və s.) və sonra qeyri- leqal işə düzələn şəxslərdir. Məcburi miqrasiya ilk əvvəl siyasi və ekoloji amillərlə bağlıdır; qaçqınların, məcburi köçkünlərin və s.
hərəkətində ifadə olunur. Əhalinin beynəlxalq miqrasiyasının xüsusi növü
– epizodik miqrasiyadır və ilk növbədə beynəlxalq turizmlə və buna oxşar digər xaricə getmələrlə bağlıdır.
179
ƏHALĐNĐN BƏRK YANACAQDAN ĐSTĐ- FADƏ EDƏN HĐSSƏSĐ (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) - əhalinin yeməyin hazırlanması və mənzilin qızdırılması üçün məişətdə tələb olunan əsas enerji mənbəyi kimi, biokütlədən (odun, ağac kömürü, küləş və təzək), həmçinin daş kömürdən istifadə edən hissəsidir. Bu göstərici, yeməyin hazırlanması və istilik üçün bir və ya bir neçə emal edilməmiş yanacaq növündən (təzək, saman, odun, ağac və daş kömürdən) istifadə edən ev təsərrüfatlarının sayını ölkənin ümumi əhalisinin sayına bölməklə, alınmış qismət kimi hesablanır və faizlə ifadə olunur.
ƏHALĐNĐN CĐNSĐ STRUKTURU - əhalinin cinsi tərkibidir, yəni əhalinin kişi və qadınlara bölünməsidir. Mayalanma və doğuşda, cinslərin nisbəti, yaşama dövrü ərzində kişi və qadınların yaşlar üzrə ölümünün nisbəti, əhalinin miqrasiyası kimi müxtəlif demoqrafik amillərin təsiri altında formalaşır.
üzrə qruplaşdırma üçün, adətən, birillik və beşillik, tək-tək hallarda isə onillik intervallardan istifadə edilir. Əhalinin yaş-cins tərkibinin ümumi qiymətləndirilməsi üçün onların iriləşdirilmiş üç yaş qrupuna bölünməsindən istifadə edilir: 0-17 yaş (uşaqlar), 18-64 (böyüklər), 65 yaş və çox (yaşlı və qoca adamlar). Ölkənin və onun regionlarının bütün əhalisinin yaş və cins üzrə bölünməsi haqqında məlumatların əsas mənbəyi əhali siyahıyaalınmalarıdır. Qrupların mütləq sayından əlavə, qadın və ya kişilərin ümumi sayında hər bir yaş qrupunun payının nisbi göstəriciləri, həmçinin ayrı-ayrı yaşlarda cinslərin sayının müqayisəli göstəriciləri də tətbiq edilir. Demoqrafik təhlildə əhalinin cins-yaş tərkibinin (strukturunun) qrafiki
təsvirindən –
piramidasından istifadə edilir. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling