Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ƏHALĐNĐN HƏRƏKƏT ƏMSALI
ƏHALĐNĐN ETNĐK TƏRKĐBĐ (ƏHA- LĐNĐN ETNĐK STRUKTURU) - əhali siyahıyaalınmaları və statistik uçotun digər formaları zamanı əhalinin etnik (milli)
əlamətlərinə görə bölünməsidir. Əhalinin etnik tərkibi, ayrılıqda bir ölkə və onun inzibati-ərazi bölgələri (rayon, şəhər və s.) üçün müəyyən olunduğu kimi, ölkələr üzrə və bütövlükdə dünya üçün də müəyyən edilə bilər. Siyahıyaalınmalar zamanı sorğu olunanlar tərəfindən bilavasitə müəyyən edilməsindən başqa, etnik mənsubiyyəti əlavə xarakterizə edən ana dili haqqında məlumatlardan da istifadə edilir. Etnik statistikası inkişaf etməyən region və ölkələrdə danışıq dili, dini mənsubiyyət və digər əlavə göstəricilər haqqında məlumatlara əsaslanan qiymətləndirmə və hesablamalar əsasında aparılır.
– mənzillərdə olan telefon aparatlarının ailələrin sayına (adətən 100 ailəyə) olan nisbətidir. Bu zaman əsas telefon aparatları nəzərə alınır və təşkilatlarda olan aparatların sayı isə çıxılır. ƏHALĐNĐN ƏRAZĐ ÜZRƏ SEÇMƏSĐ –
cəmiyyətin həyat fəaliyyətindəki yeni iqtisadi və sosial-demoqrafik hadisələr haqqında etibarlı məlumatların əldə edilməsi, həmçinin əhali haqqında ənənəvi məlumat
mənbələrinin genişləndirilməsi, əlavə edilməsi və dərinləşdirilməsi məqsədi ilə,
çoxlu əhali
müayinələrinin keçirilməsi üçün müəyyən olunan çoxməqsədli seçmədir. Əhalinin ərazi üzrə seçməsi – ölkənin, təsadüfi seçilmiş müəyyən sayda siyahı vahidlərindən, yaşayış yerlərindən (evlərdən, mənzillərdən və s.),
ev təsərrüfatlarından ibarət əsas
ərazi vahidi
çərçivəsində altçoxluğudur. Əhalinin ərazi üzrə seçməsinin təşkili zamanı:
1) əhali
siyahıyaalmalarının; 2) siyahıyaalmalar arası dövrlərdə əhalinin sosial-demoqrafik müayinələrinin keçirilməsi üçün müəyyən olunan iri seçmə massivlərinin; 3) müxtəlif növ cari məlumatların materiallarından istifadə olunur. Seçmənin əsaslarından və ya ərazi üzrə seçmənin təşkili zamanı tərtib edilməsinin vacibliyindən asılı olaraq, üç pilləli seçmədən (birinci pillə - inzibati-ərazi vahidi; ikinci pillə - ərazinin yaşayış sahələri, məsələn, sayıcı və ya seçki sahələri; üçüncü pillə - yaşayış yerləri və ya ev təsərrüfatları) və ya əgər vacib informasiya (əhalinin siyahıyaalınmasının və ya digər iri müayinələrin) elektron daşıyıcılarında olarsa, iki pilləli seçmədən istifadə olunur (birinci pillə - siyahıya alınan vahid, məsələn, sayıcı sahəsi; ikinci pillə - siyahıyaalma blankı və ya ev təsərrüfatlarına və ya yaşayış ünvanlarına tərtib edilmiş siyahıyaalma vərəqələri). Əhalinin ərazi üzrə seçilmə bazası əsasında sosial-iqtisadi, demoqrafik və sosial problemlərin öyrənilməsi üçün çoxlu sayda müayinələr keçirilir (ictimai rəylərin sorğusu daxil olmaqla).
müxtəlif qrupları tərəfindən əldə olunan,
180
nemətlərin qeyri-bərabər bölüşdürülməsi dərəcəsini ifadə edən
və gəlir
payının müxtəlifliyini göstərən, mövcud istehsal əlaqələri sistemi ilə
obyektiv şərtlənmiş, gəlirlərin bölüşdürülməsinin nəticəsidir. Əhalinin gəlirlərinin diferensiasiyası məşğulluq növlərinin təsiri, ailədə işləyənlərin sayı, uşaqların sayı, ailə üzvləri ilə işləyənlər arasındakı nisbət kimi demoqrafik amillərin, sosial
transferlərin səviyyəsinin və s. təsiri altında formalaşır. Əhalinin gəlirlərinin diferensiasiyasının ifadə üsullarından biri bölüşdürmə sırasının qurulması hesab olunur. Sıralanmış və uyğun olaraq qruplaşdırılmış müşahidə sıraları məcmunun ayrı- ayrı hissələrinin nisbətlərini əks etdirir. Bunu bölüşdürmənin histoqramlarında, poliqonlarda, kumulyasiyalarında aydın
göstərmək olar.
Gəlirlərin diferensiasiyası haqqında məlumatlardan təcrübədə istifadə etmək üçün bir sıra göstəricilər hesablanmalıdır: mərkəzi
tendensiya göstəricilərinə (moda, limit, mediana, orta
kəmiyyət və
s.); diferensiasiyanın ümumiləşdirici göstəricilərinə (dispersiyaya, kınarlaşmaya). Diferensiasiyanın öyrənilməsi (gəlirlər üzrə qeyri-bərabərlik) bir çox ölkələrdə sosial-iqtisadi statistikanın ayrılmaz tərkib hissəsi hesab edilir. Bütün əhali miqyasında gəlirlərin diferensiasiyasının ümumiləşdirici qiymətini daha adekvat ifadə edən, gəlirlərin təmərküzləşməsi (yığılması) indeksi (Cini əmsalı) hesab edilir. ƏHALĐNĐN GƏLĐRLƏRĐNĐN SEÇMƏ MÜAYĐNƏSĐ – ev təsərrüfatlarının müxtəlif qruplarında şəxsi gəlirlər və onların yaranma mənbələri haqqında iqtisadi-statistik məlumatların əldə edilməsini nəzərdə tutan, dövri keçirilən xüsusi müayinələrdir. Eyni zamanda, əhalinin cinsi və yaş tərkibi, məşğulluğu, mənzil şəraiti, mədəni-məişət təyinatlı əşyalarla təmin olunması, həm də şəxsi yardımçı təsərrüfatları haqqında məlumatlar yığılır. Müayinələrin materialları geniş
proqram üzrə
işlənilir. Müayinə
məlumatlarının ev təsərrüfatları qruplarında orta hesabla adambaşına düşən gəlir səviyyəsinə və digər sosial-iqtisadi əlamətlərə görə işlənməsi xüsusi əhəmiyyət kəsb edir, çünki belə işləmə əhali təbəqələşməsini maddi rifaha, yaşayış şəraitinə, şəxsi yardımçı təsərrüfatlarının göstəricilərinə və s. görə təhlil etməyə imkan verir. Belə
qruplaşmaların məlumatlarının əhalinin sosial
müdafiəsi tədbirlərinin hazırlanmasında böyük təcrübi əhəmiyyəti vardır. Belə seçmə müayinələr üçün ev təsərrüfatları məcmusunun formalaşdırılmasında ikipilləli
məcmuda əhalinin tipik qrupları həddində). Müayinələrin nəticələri bütövlükdə ölkə üzrə deyil, həm də müxtəlif regionlar üzrə də kifayət qədər mötəbər məlumatların alınmasını təmin edir.
ƏHALĐNĐN HƏRƏKƏT ƏMSALI – müəyyən dövr (adətən il) ərzində orta hesabla bir sakinə (yaşayana) düşən səfərin sayıdır. Nəqliyyat və əlaqə növləri üzrə qruplaşdırmaqla, verilmiş yaşayış məntəqələri üzrə göndərilmiş sərnişinlərin ümumi sayının, bu məntəqələrdə yaşayan əhalinin ümumi sayına bölünməsi ilə tapılır.
inkişafı ilə ayrılmaz əlaqədə əhalinin maddi və mənəvi rifaha tələbatlarının ödənilməsini tədqiq edir. Əhalinin həyat səviyyəsi statistikası - ölkənin milli gəlirinin bölünməsi və yenidən bölünməsi nəticəsində əhalinin gəlirlərinin yaranmasını, bu gəlirlərin real tərkibini, maddi rifah və mədəni- məişət təyinatlı xidmətlərin istehlakını, mənzillə təminatını, əhalinin məşğulluğunu, onların qeyri- iş vaxtından istifadəsini, səhiyyə, təhsil və bədən tərbiyəsi, sosial təminat və s. sistemlərin inkişafını tədqiq edir. Əhalinin həyat
səviyyəsi statistikasının göstəriciləri ümumilikdə ölkə, onun ayrı-ayrı ərazi qruplarının, maddi gəlirlərindən asılı olaraq, ev təsərrüfatlarının növlərinin, həmçinin regionların iqtisadi, təbii-iqlim, milli və digər xüsusiyyətləri ilə əlaqədar əhalinin həyat səviyyələri arasındakı fərqi müəyyənləşdirmək üçün əhalinin faktiki həyat səviyyəsini əks etdirir. Əhalinin həyat səviyyəsi statistikasının əsas vəzifələrindən biri – əhalinin maddi rifah halındakı dəyişikliklərin meyllərini və qanunauyğunluqlarını öyrənməkdən ibarətdir. Bu
məqsədlə, həyat
səviyyəsi göstəricilərindəki dəyişikliklərin quruluşu, dinamikası və sürəti; müxtəlif əhali qruplarının gəlir
və istehlakın səviyyəsinə görə
bölüşdürülməsi və
müxtəlif sosial-iqtisadi amillərin onun dinamikasına təsiri və s. tədqiq edilir.
Əhalinin həyat
səviyyəsi statistikasının məlumatları sosial normativlərlə müqayisədə əhalinin maddi nemətlər və müxtəlif xidmətlərə tələbatının ödənilməsi səviyyəsini təhlil etməyə imkan verir. Eyni zamanda, Azərbaycanın və xarici ölkələrin əhalisinin maddi və mədəni rifah vəziyyəti haqqında məlumatların müqayisə edilməsi də əhalinin həyat səviyyəsi statistikasının vəzifələrinə aiddir. Bir çox sahə statistika sahələri, xüsusi uçotlar, siyahıyaalmalar, seçmə statistik və sosioloji müayinələr, ekspert qiymətləndirmələri və s. əhalinin həyat səviyyəsi statistikasının mənbələri hesab edilir.
181
ƏHALĐNĐN ĐSTEHLAK ETDĐYĐ MADDĐ NEMƏT VƏ XĐDMƏTLƏRĐN ÜMUMĐ HƏCMĐ – həm bütün növ fərdi gəlirlər (dəyər və natura formasında, əməyin ödənilməsi, şəxsi yardımçı təsərrüfatdan gəlirlər, həmçinin pensiya, yardım və təqaüdlərin ödənilməsi də daxil olmaqla) hesabına, həm də tam və yaxud qismən dövlət ehtiyatlarından ödənən maddi nemətlərin və xidmətlərin (xəstəxanalarda qidalanma, nəqliyyatda pulsuz və ya güzəştli gediş, təhsil, səhiyyə və mədəniyyətdə ödənişsiz xidmət, kommunal xidmətlərin ödənilməsi üzrə güzəştlər və s.) kollektiv istehlakı formasında daxil olan, əhali tərəfindən istehlak olunan maddi nemətlərin (mal və maddi xidmətlər) və qeyri-istehsal xidmətlərinin məbləğidir. Əhalinin istehlak etdiyi maddi nemət və xidmətlərin ümumi həcmi əhalinin real gəlirlərinin həcmindən çoxdur. Belə ki, onda həm pullu, həm də pulsuz qeyri-istehsal xidmətlərin bütün dəyəri nəzərə alınır. Əhalinin real gəlirlərinin həcminə gəldikdə isə, onda yalnız əhaliyə qeyri-istehsal sferasının göstərdiyi pullu, pulsuz və güzəştli xidmətlərlə əlaqədar maddi xərclər nəzərə alınır.
-
əhalinin pul xərclərinin istehlak malları və xidmətlərinin əldə edilməsinə yönəldilmiş bir hissəsidir.
MĐLLĐ YOXSULLUQ HƏDDĐNDƏN AŞAĞI YAŞAYAN HĐSSƏSĐNĐN FAĐZĐ) (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) - hər hansı bir ölkənin əhalisinin gəlirlərinin, bu dövlətin hökuməti tərəfindən müəyyən edilmiş rəsmi yoxsulluq həddindən (və ya hədlərindən) aşağı olan hissəsidir. Milli yoxsulluq həddi adətən müxtəlif ölçülü və müxtəlif tərkibli ev təsərrüfatlarına uyğun olan diapazon qismində müəyyən olunur. Rəsmi yoxsulluq həddi müəyyən edilmədiyi hallarda, onu ev təsərrüfatı üzvlərinin təmin edilməsi üçün zəruri gəlir səviyyəsi kimi, ya ərzaq məhsullarının minimum dəsti, ya da ərzaq üstəgəl ilkin zəruri predmetlər kimi müəyyən etmək olar. Ev təsərrüfatlarının gəlirlərinin (və
ya istehlakının) səviyyəsinin və
onların bölüşdürülməsi variantlarının qiymətləndirilməsi də həmçinin ev təsərrüfatlarının müayinələrinə əsaslanır. Sonra müxtəlif növ ev təsərrüfatlarının gəlirləri onların tərkibindən asılı olaraq bu növ ev təsərrüfatları üçün nəzərdə tutulmuş yoxsulluq həddi ilə müqayisə edilə bilər. Yoxsulluq həddinin ev təsərrüfatının bir böyük üzvünün gəlirinin ekvivalenti formasında və ya hər hansı digər oxşar göstərici formasında müəyyən edildiyi hallarda, ev təsərrüfatlarının gəlirləri də eyni əsasda hesablanmalıdır. Ev təsərrüfatlarının gəlirini Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatında (ĐƏĐT) tətbiq edilən ekvivalentliyin yenidən baxılmış şkalası ilə ev təsərrüfatının bir böyük üzvünün gəlirinə ekvivalent kimi, ya da ekvivalentliyin hər hansı digər şkalasından istifadə etməklə hesablamaq olar (yuxarıda qeyd olunan şkalaya uyğun olaraq, ev təsərrüfatlarının 16 yaşdan yuxarı olan bir üzvünə 1 qiyməti, ev təsərrüfatlarının 16 yaşdan yuxarı olan bütün digər üzvlərinə 0,5 qiyməti, 16 yaşa çatmamış bütün digər üzvlərinə isə 0,3 qiyməti verilir). Sonra
ev təsərrüfatlarının gəlirləri onun
“ekvivalentlik əmsalı üzrə hesablanmış” (məsələn, ĐƏĐT-in şkalası üzrə ev təsərrüfatının iki yaşlı üzvü 1,5 ekvivalent ala bilər) üzvlərinin sayına bölünür və nəticə adama düşən gəlirin miqdarını verir. Yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayan əhalinin payını
müəyyənləşdirmək üçün,
yoxsulluq həddində olan ev təsərrüfatlarının təxmini sayı müəyyən edildikdən sonra bu ev təsərrüfatlarının üzvlərinin ümumi sayının
tapılması həyata keçirilir. ƏHALĐNĐN QĐDA KALORĐSĐ MĐNĐMUM SƏVĐYYƏDƏN AŞAĞI OLAN HĐSSƏSĐ (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) - əhalinin kalori üzrə qida rasionu normal həyat fəaliyyəti üçün vacib olan minimumdan aşağı olan faizini əks etdirir. Bu
göstəricini həm
də əhalinin tam qidalanmamasından əziyyət çəkən hissəsini faizlə ifadə edən geniş yayılmış tam qidalanmama göstəricisi də adlandırırlar.
Əhalinin tam qidalanmayan (aclıqdan əziyyət çəkən) hissəsinin hesablanması digər
dəqiqləşdirmələrlə yanaşı,
qidaları onların
kaloriliyi üzrə
bölüşdürülməsi xarakterinin dəqiqləşdirilməsini, həmçinin ərzağın (milli və dünya
statistika məlumatları əsasında) mövcudluğunun ümumi vəziyyətinin və ərzaq əldə etmənin
mümkünlüyündəki qeyri-
bərabərliyin (ev təsərrüfatları müayinələrinin milli məlumat bazası əsasında) öyrənilməsini nəzərdə tutur. Nəzərdə tutulur ki, belə bölüşdürmə birbaşa və qeyri-bərabərdir. Əhalinin qida kalorisi minimum səviyyədən aşağı olan hissəsinin müəyyən edilməsində loqarifmik normal funksiya və yaxud ayırma nöqtəsi tətbiq edilir. Ayırma nöqtəsi müxtəlif həddi buluğa çatmış qrupların kalori tələblərindən asılı olan adambaşına orta rəqəm qismində və hər yaş qrupu üzrə verilmiş əhali hissəsi üçün hesablanır.
182
Adətən, ölkələrdə bu formada qiymətləndirmə məlumatları olmur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ölkələr səviyyəsində belə qiymətləndirici məlumatlar hazırlayır. Sonra bu məlumatlar toplanır və onların əsasında regional və ümumdünya qiymətləndirilməsi aparılır. ƏHALĐNĐN MƏNZĐLLƏ TƏMĐN OLUNMASI – bir nəfər sakinə düşən ümumi və yaşayış sahəsinin miqdarıdır; ilin axırına bütün yaşayış fondunun sahəsinin həmin tarixə daimi əhalinin orta sayına nisbəti kimi hesablanır.
bir nəfər sakinə orta günlük su buraxılışıdır; il ərzində əhaliyə və kommunal-məişət ehtiyacları üçün buraxılan suyun, həmçinin ildəki təqvim günlərinin sayı nəzərə alınmaqla əhalinin orta illik sayına nisbəti kimi hesablanır. ƏHALĐNĐN MƏŞĞULLUĞU ÜZRƏ DÖVLƏT XĐDMƏTĐ – ölkə ərazisində digər dövlət hakimiyyəti orqanları və
yerli özünüidarəetmə orqanları ilə birlikdə əhalinin məşğulluğuna yardımçı dövlət siyasətinin hazırlanmasını və tətbiqini həyata keçirən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən dövlət xidmətidir. Əhali məşğulluğunun dövlət xidmətinin əsas vəzifələri bunlardır: vətəndaşlara müvafiq iş axtarışında, işverənlərə isə - lazımlı işçilərin seçilməsində yardımçı olmaq, işsiz vətəndaşların, ehtiyac olarsa, peşə istiqamətlərini, hazırlıqlarını, ixtisas artırmalarını və yenidən hazırlanmalarını təşkil etmək; işsizliyə görə müavinət şəklində sosial ödənişlərin verilməsini, məşğulluq xidməti orqanlarının göndərişi ilə dərs dövründə tələbələrə müavinətlərin verilməsini həyata keçirmək, işsiz vətəndaşlara və onların ailə üzvlərinə maddi və digər yardımlar göstərmək; əhali məşğulluğunun qiymətləndirilməsi və proqnozlaşdırılması, bazarda işçi qüvvəsinin vəziyyəti haqqında məlumatlandırmanı həyata keçirmək; əhalinin məşğulluğuna yardım haqqında dövlət, ərazi və digər məqsədli proqramlar (işdən azad olmaq riski altında olan işçilərin məşğulluğuna yardım proqramı daxil olmaqla) hazırlamaq. ƏHALĐNĐN MĐQRASĐYA ARTIMI (XALĐS MĐQRASĐYA, SALDO (QALIQ) MĐQRASĐYA) – müəyyən dövr ərzində (rüb, il, əhali siyahıyaalmaları arasındakı dövrdə və s.) hər hansı bir əraziyə gələnlərin sayı ilə həmin ərazidən gedənlərin sayı arasındakı fərqdir. Əhali
Aşağıdakılar fərqləndirilir: xarici miqrasiyanın saldosu və daxili miqrasiyanın saldosu; müsbət, mənfi və sıfıra bərabər miqrasiya saldosu; şəhər və kənd yerləri, iqtisadi rayonlar və s. arasında miqrasiya saldosu. Hesablama metodikasının seçimi miqrasiya uçotunun dolğunluğu, əhalinin təbii hərəkətinin, həmçinin əhalinin sayının dəqiq müəyyənləşdirilməsi ilə təyin edilir. Miqrasiya saldosu əhalinin ayrı-ayrı cins-yaş, sosial və digər qrupları üçün hesablana bilər.
göstəricilərdir. Mövcud ərazidə əhalinin yaşayış yerinin dəyişməsi hallarının tezliyini, yəni miqrasiyanın intensivliyini xarakterizə edir. Mövcud ərazidə əhalinin orta illik sayı ilə miqrasiyanın mütləq göstəricilərinin (gələnlərin sayı, gedənlərin sayı, miqrasiya artımı və miqrasiya dövriyyəsi) müqayisəsinə əsaslanır. Bu və ya digər dövr üçün hər 1 000 və 10 000 nəfər adama hesablanır. Əhalinin miqrasiya əmsalları həm bütün əhali üçün, həm də onun ayrı-ayrı qrupları üçün – cins, yaş, milliyyət və digər əlamətləri üzrə hesablana bilər. Ən çox aşağıdakı ümumi miqrasiya əmsallarından istifadə edilir: Gəlmə intensivliyi əmsalı - K g =G/Ə; Getmə intensivliyi əmsaı - K get
=Get/Ə; Miqrasiya artımının intensivlik əmsalı - K a =(G-
Get)/Ə; Miqrasiya dövriyyəsinin intensivlik əmsalı - K d
Burada: G - əraziyə gələnlərin ümumi sayı; Get - ərazinin sərhədlərindən çıxanların ümumi sayı; Ə - ərazidə əhalinin orta illik sayıdır. Bunlarla yanaşı, bir neçə ərazi arasında miqrasiya axınını və onların hər birində əhalinin sayını nəzərə alan əhalinin digər miqrasiya əmsalları da tətbiq edilir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling