Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ELMĐ-TƏDQĐQAT VƏ TƏCRÜBƏ- KONSTRUKTOR ĐŞLƏRĐNDƏ (ETTKĐ) ĐŞLƏYƏNLƏRĐN SAYI
- EMAL ƏMƏLĐYYATLARI
- EMĐQRASĐYA
- EMPĐRĐK ELASTĐKLĐK ƏMSALI
- ENDOGEN DƏYĐŞƏN
- ENERJĐ ĐLƏ TƏCHĐZ OLUNMA ƏMSALI
- ENERJĐ MƏHSULLARININ ALINMASI (dəyər ifadəsində)
- ENERJĐ TUTUMU
- ENGEL ƏYRĐSĐ
- ETĐBARLILIQ HƏDDĐ
ELMĐ-TEXNĐKĐ PROQRAM
– ölkə hakimiyyəti tərəfindən təsdiq edilmiş ehtiyatlar, icraçı və həyata keçirmək müddəti üzrə əlaqələndirilmiş elmi iş və tədqiqatlar kompleksi, həmçinin elm və texnikanın inkişafının prioritet istiqamətlərində vacib problemlərin səmərəli həlli üçün onların təminatı üzrə tədbirlərdir. Dövlətin elmi-texniki proqramının məqsədləri bunlardır: fundamental və tətbiqi elm sahəsində yeni biliklərin əldə edilməsi; elmi-texniki problemlərin həlli; keyfiyyətcə yeni elmi ideya və texnologiyanın bilik səviyyəsinin ümumi cəhətdən yüksəldilməsini və praktiki həyata keçirilməsini təmin edən texnika, texnologiya, materiallar üzrə rəqabət qabiliyyətli konkret obyektlərin yaradılması; ölkənin elmi-texniki və ixrac potensialının inkişafı. Dövlətin elmi-texniki proqramı - ölkənin sosial- iqtisadi inkişafının proqnozlaşdırılması və proqramları haqqında qanunlarına uyğun olaraq, müəyyən dövr üçün (məsələn, beş illik) hazırlanan, sosial-iqtisadi və
elmi-texniki inkişafın məqsəd və vəzifələrini həyata keçirən tədbirlər sisteminin tərkib hissəsidir. Proqramların dövlət səviyyəsində seçilməsi üçün aşağıdakı əsas şərtlərin mövcudluğu vacibdir: proqramın və ona daxil olan layihələrin elmi və texniki inkişafının prioritet istiqamətləri və sadalanan texnologiyalarla uyğunluğu; həll olunan problemin gözlənilən son nəticələrindən, onun iqtisadiyyat, sosial sahə və ixracat ehtiyacları, elm və texnikanın inkişafı üçün tələbatından irəli gələn əhəmiyyəti; problemin, fəaliyyət göstərən bazar mexanizmindən istifadə etməklə, qəbul olunmuş dövr ərzində həll olunmasının qeyri- mümkünlüyü və dövlət yardımının vacibliyi; iqtisadiyyatın texnoloji qurumunda və istehsalın səmərəliliyinin yüksəldilməsində struktur mütənasibliyinə əhəmiyyətli təsir göstərməyə qabil elmi-texniki nəticələrin prinsipial yeniliyi və texnoloji tərəqqisi; nəticələrin tətbiq sahəsinin miqyaslılığı; texnoloji əlaqədar sahələrin və istehsalın sahələrarası əlaqələrinin qurulmasının vacibliyi; qoyulmuş məsələlərin səmərəli həlli üçün tədbirlər proqramı sisteminin kafiliyi (tamlığı və qarşılıqlı uyğunluğu); problemin həllinin, yaradılmış artıq məhsulun, kadrların, maddi-texnoloji bazanın
və digər
vacib ehtiyatların mövcudluğundan irəli gələn reallığı. Dövlətin elmi-texniki proqramları dövlət
sifarişçiləri ilə müsabiqə əsasında seçilən, proqram
tədbirlərinin icraçıları arasında bağlanılan müqaviləyə əsasən həyata keçirilir. Statistikada dövlətin elmi-texniki proqramının həyata keçirilməsi, dövlət məqsədli proqramları, həmçinin elm və texnikanın inkişafının prioritet istiqamətləri müşahidə çərçivəsində öyrənilir.
bilavasitə elmi-tədqiqat və təcrübə-konstruktor işləri ilə məşğul olan, eyni zamanda bu işlərə birbaşa xidməti təmin edən bütün şəxslərə (məsələn, menecerlər, inzibatçılar və dəftərxana işçilərə) aid edilir. Dolayısı ilə xidməti təmin edən (məsələn, hətta əmək haqları əlavə xərc kimi ümumi xərclərə daxil edilən yeməkxana və mühafizə işçiləri) şəxslərin sayı bu göstəriciyə daxil edilmir.
– həyata keçirilmə vaxtı, yeni malların alınması məqsədi ilə xammalın, yarımfabrikatların xassəsini, tərkibini və ya formasını dəyişən, bəzi məmulatların yaxşı saxlanılması, onlara müəyyən xüsusiyyət verilməsi və ya onlardan istifadə edilməsi zamanı zərərli təsirə məruz qalmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən prosesdir. Məsələn, kənd təsərrüfatı məhsullarının, ağac, metal və tullantıların emalını misal göstərmək olar.
yığılma, bərpa olunma, qaydaya salınma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, emalı və təkrar emalı, təmiri, emal məhsullarının istehsalına xidmət edən və ya istehsalı asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə edilməsidir.
163
EMAL SƏNAYESĐ – sənayenin hasilat və digər sahələrindən daxil olan xammal, material və yarımfabrikatların, həmçinin kənd təsərrüfatı, meşə və digər xammalların emalını həyata keçirən sənaye müəssisələrinin məcmusudur. Đqtisadi fəaliyyət növləri təsnifatına görə, bura qida məhsullarının istehsalı, içki istehsalı, tütün məmulatlarının istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı, mebeldən başqa, ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı; hopdurma və hörmə materialların istehsalı, kağız və karton istehsalı, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması, koks və
təmizlənmiş neft
məhsullarının istehsalı, kimya sənayesi, əczaçılıq məhsullarının istehsalı, rezin
və plastmas məmulatların istehsalı, digər qeyri-metal mineral məhsulların istehsalı, metallurgiya sənayesi, maşın və avadanlıqlardan başqa, hazır metal məmulatlarının istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı, elektrik avadanlıqlarının istehsalı, maşın və avadanlıqların istehsalı, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, sair nəqliyyat vasitələrinin istehsalı, mebellərin istehsalı, sair sənaye məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti daxil edilir.
(lat.
emigro – çıxıram, gedirəm) – 1) daimi, yaxud müvəqqəti (uzun müddətə) yaşamaq üçün başqa ölkəyə (könüllü, yaxud məcburi, özbaşına və mütəşəkkil), bir çox hallarda vətəndaşlığı dəyişdirməklə köçmələrdir (“Beynəlxalq miqrasiya”ya bax). Emiqrasiyanın səbəbləri sosial-iqtisadi amillər (işsizlik, yaşadığı yerlərdə gəlirlərin və həyat səviyyəsinin aşağı olması, köçdüyü yerdə daha yaxşı şəraitin olması və s.), həmçinin siyasi, hərbi (müharibələr, münaqişələr, yeni dövlətlərin yaranması, dövlət sərhədlərinin dəyişdirilməsi), milli (etnik), dini və s. amillərdir. XX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri və regionlarında (Orta və Yaxın Şərq, Hindistan, Pakistan, Yuqoslaviya, Şimali və Cənubi Qafqaz, Tacikistan və s.) hərbi, milli və dini münaqişələr əhalini kütləvi qaçmağa məcbur etdi. Emiqrasiya əhalinin demoqrafik, milli, konfessional və ümumi sayını nəzərəçarpacaq dərəcədə dəyişdirə bilər (hətta onun mütləq azalmasınadək). 2) Hər hansı bir ölkədə yaşayan emiqrantların məcmusu
(məsələn, Fransada – rusların, Argentinada – italyanların emiqrasiyası və s.).
– maliyyələşdirmə üçün istifadə olunan ödəniş vəsaiti və sənədlərinin yaradılması və dövriyyəyə daxil edilməsidir. Emissiyanı qısa mənada, bank sistemi və maliyyə institutları, başlıca olaraq, mərkəzi (milli) bank, dövlət xəzinədarı (Maliyyə Nazirliyi) və digər banklar ilə valyuta yaradılması adlandırırlar.
– qiymətli kağızları dövriyyəyə buraxan hüquqi şəxsdir. Öz adından onlara görə alıcılar və sahibkarlar qarşısında cavabdehlik daşıyır. Emitentlər dövlət – mərkəzi hökumət, bələdiyyə orqanları; dövlət tərəfindən himayəsi olan idarələr və təşkilatlar; xüsusi müəssisələr və təşkilatlar; ölkənin qeyri-rezidentləri; istehsal və maliyyə səhmdar institusional vahidlər ola bilərlər.
– sosial-iqtisadi amillərin, hər şeydən əvvəl qiymət və gəlirlərin dəyişməsinə tələb və təklifin reaksiyasının ölçüsüdür. Empirik elastiklik əmsalı amil əlamətinin 1% artması nəticəsində tələbin (təklifin) faizlə dəyişməsini əks etdirir. O, A.Marşall tərəfindən təklif edilmiş düsturla hesablanır:
y x x y E ⋅ ∆ ∆ =
burada y - tələb; x – amil əlaməti; ∆ -artım
işarəsidir. Çox vaxt cari dövrdə artım bazis dövrü ilə müqayisədə müəyyənləşdirilir; bu zaman empirik elastiklik əmsalı nəticə və amil əlamətlərinin artım templərinin nisbətinə uyğun gəlir:
y ar T ar T x y x x y y E . . . 0 0 0 1 0 1 ÷ = ÷ − − =
burada: y 0 və x 0 baza dövrünün tələb və amil əlamətləri; y 1 və x 1 cari dövrün tələb və amil əlamətləri; T.ar. y , T.ar.
x – tələb və amil əlamətlərinin artım tempidir.
– öyrənilən obyektin daxili strukturundan asılı olan dəyişəndir. Ekzogen dəyişənindən fərqli olaraq, endogen dəyişəninin təsiri modellə müəyyənləşdirilir.
– enerjinin yaranması üçün nəzərdə tutulmuş energetika təsərrüfatının bir hissəsidir: buxar qazanları, bütün mühərrik növləri, elektrik generatorları, elektrik cihazları, qızdırıcı qurğular, güc transformatorları və dəyişdiriciləri.
164
ENERJĐ ĐLƏ TƏCHĐZ OLUNMA ƏMSALI – orta hesabla bir işçiyə və ya bir işçi tərəfindən işlənmiş adam-günə (adam-saata) düşən mexaniki və elektrik enerjisinin miqdar göstəricisidir. Potensial enerji ilə təchiz olunma əmsalı mexaniki ötürücü, elektrik mühərrikləri və elektrik aparatlarının gücünün cəmi daha çoxsaylı növbədə işləyənlərin sayına bölünməklə hesablanır. Faktiki enerji ilə təchiz olunma əmsalı istehsal prosesində istehlak olunan elektrik və mexaniki enerjinin cəminin işçilərin orta siyahı sayına və yaxud onlar tərəfindən işlənmiş adam- günlərin (adam-saatların) ümumi miqdarına bölünməsi ilə hesablanır.
(dəyər ifadəsində) – hesabat dövrü ərzində alınan və ancaq yanacaq kimi istifadə edilməsi nəzərdə tutulan enerji məhsullarını əks etdirir. Xammal kimi və ya yenidən satılmaq üçün alınmış enerji məhsulları buraya aid edilmir. Məlumatlar yalnız dəyər ifadəsində verilir.
(ölkədə) istehlak olunmuş enerjinin həmin ərazidə (ölkədə) istehsal olunmuş ümumi daxili məhsula nisbətidir və inkişafın sabitliyini xarakterizə edən göstəricilərdən hesab olunur. Göstərici son istehlak, həmçinin ümumi istehlak əsasında eyni şərti ölçü vahidinə - neft ekvivalenti tonuna çevrilməklə hesablanır, ümumi daxili məhsul isə faktiki qiymətlərlə götürülür.
– d tələbinin, iki - p dəyişənindən və m gəlirindən asılılığını əks etdirən əyridir: d=f(m, p). Əgər ehtimal edilsə ki, qiymətlər daimidir (dəyişməzdir), (məsələn, p=p 1
1 ) tələbi m gəlirinin funksiyası hesab edilir. Əgər nəzərə alınsa ki, gəlir daimidir, məsələn, m=m 1
1 ,p) tələbi p qiymətinin funksiyası hesab edilir. Verilmiş qiymətdə tələbin gəlirdən asılılığını əks etdirən p 1 ,
2 , ..., p n daimi qiymətləri üçün “tələb–gəlir” əyrisi və m 1 , m 2 ,...,m
n daimi gəlirlərində tələbin qiymətlərdən asılılığını əks etdirən “tələb-qiymət” əyrisi statistik Ernest Engelin (1821-1896) şərəfinə Engel əyrisi adını almışdır.
alınan nemətləri qiymətlər sabit qaldıqda ailənin gəlirlərinin artıb və ya azalmasından asılı olaraq, ailələrin xərclərinin strukturunun dəyişməsi qanunauyğunluğudur (ilk dəfə XIX əsrdə prussiya statistiki E.Engel tərəfindən formalaşdırılmışdır). Engel qanununa uyğun olaraq, gəlir artdıqca aşağı keyfiyyətli və ucuz nemətlərə olan tələb azalır və yığım artaraq daha bahalı, yüksək keyfiyyətli nemətlərin istehlakı çoxalır. ENĐNƏ TƏHLĐL (şərti nəsil və ipotetik nəsil metodları) – demoqrafik proseslərin öyrənilmə üsuludur, qısa təqvim dövrü (adətən 1–2 il üçün) üçün hər hansı demoqrafik vəziyyətlərin uzunluq intervalları üzrə alınmış demoqrafik hadisələrin tezlik göstəricilərinin koqortanın (nəslin) ömrü boyu belə hadisələrin ardıcıl tezlikləri dəsti kimi, interpretasiyasına əsaslanır. Əhalidə istənilən anda həmin vəziyyətin (məsələn, hər yaş intervalında) hər uzunluğu intervalında olan insanların olması sayəsində və həmin ildə onların bir hissəsində hər intervalda həmin
növ demoqrafik hadisə (məsələn, uşaqlar doğulur) baş verir, bu dövr üçün hesablanmış demoqrafik hadisələrin intervallar üzrə tezlik göstəriciləri həmin vəziyyətin uzunluq kəmiyyətlərinin tam dəstini (məsələn, qadınların
yaşlar üzrə doğum əmsalları) əhatə edir. Eninə təhlildə həmin
demoqrafik vəziyyətin uzunluğunun belə ardıcıl kəmiyyətləri üçün sıraya müəyyən xəyali hipotetik nəsli xarakterizə edən sıra kimi baxılır. Qrafik təsvirdə bu, demoqrafik cədvəldə hadisələr məcmusunun ömür xəttinin eninə keçən təsvirinə uyğundur, buradan da metodun adı verilib. Eninə təhlilin ən yayılmış üsulu demoqrafik təsvir və təhlildir. Verilmiş təqvim dövrü (il) üçün dərc olunan xüsusi demoqrafik xarakteristikaların əksəriyyəti – doğum, ölüm, nikah yaş əmsallarının sıraları, həmçinin demoqrafik cədvəllərin göstəriciləri və ümumiləşdirilmiş demoqrafik göstəricilər (ümumi nəsilvermə əmsalı, gələcək ömrün gözlənilən uzunluğu, əhalinin təkrar istehsalının brutto və netto-əmsalları) – adətən real nəsil üçün deyil, hipotetik nəsil üçün göstəricilərdir. Onlar demoqrafik proseslərin müasir vəziyyəti haqda təsəvvür yaradır və yalnız
ilə üst-üstə düşür. ETĐBARLILIQ (QUDVĐLL) – müəssisənin qiymətləndirilə və balansın ayrıca maddəsinə salına bilinməyən kapital aktivini özündə əks etdirir. Müəssisənin ticarət potensialının saxlanması və inkişafına (müştərilər, müəssisənin adı, əmtəə nişanının nüfuzu, şəkillər və modellər, bazardakı pay, satış şəbəkəsi, müştərilərin faylları və s.) imkan yaradır.
həddidir (etibarlılıq intervalının sonudur). 165
ETĐBARNAMƏ – təqdim edənin (etibar olunanın) digər şəxsin (etibar edənin) adından sövdələşmələri və ya qanunauyğun fəaliyyətləri həyata
keçirmək üçün
səlahiyyətləri qeyd olunmuş sənəddir. Etibarnamə - etibar edilən şəxsin səlahiyyətlərinin tərkibini və hüdudlarını müəyyən
edən birtərəfli sövdələşmədir. Etibarnamə etibar edilən şəxs üçün bilavasitə vəzifə və hüquqlar yaradır. Etibarnamənin üç növü fərqləndirilir: hər hansı konkret bir fəaliyyətin yerinə yetirilməsi üçün
etibarnamə; hər hansı
birtərəfli fəaliyyətin yerinə yetirilməsi üçün xüsusi etibarnamə; etibar edənin əmlakının idarə edilməsi, müqavilələrin bağlanması, məhkəmə və arbitrajlarda çıxış edilməsi və s. üçün ümumi və ya baş etibarnamə. Aşağıdakıları misal kimi göstərmək olar: maddi qiymətlilərin, pul vəsaitlərinin, sənədlərin bir dəfə alınması üçün etibarnamə; müəssisə üçün ənənəvi olan (ümumi etibarnamədən fərqli olaraq, burada verilən səlahiyyətlər qanunla məhdudlaşdırılır), daimi sövdələşmələrin aparılmasına hüquq verən, ticarət əməliyyatlarının aparılması üçün etibarnamə; əmanət banklarında olan əmanətlərin hamısının və ya müəyyən bir hissəsinin (birdəfəlik və ya üç illik verilə bilər) alınması üçün digər şəxsə hüquq verən əmanətçinin sərəncamı olan - əmanət üzrə etibarnamə; səhmdarın hüquq etibarnaməsi – səhmdarın öz rəsmi səlahiyyətlərini onun adından fəaliyyət göstərən şəxsə verməsidir. Etibarnamə nümunəvi formada olan blankla rəsmiləşdirilir. Onda göstərilməsi vacib sayılan məlumatlar aşağıdakılar hesab olunur:
müəssisənin adı; onun bank rekvizitləri (bankın adı, hesablaşma hesabının nömrəsi, yerləşdiyi yer); etibarnamənin fəaliyyət müddəti; qiymətli şeylərin alınmasının kimə etibar edilməsi və kimdən alınması (və ya fəaliyyətin harada və kim tərəfindən yerinə yetirilməsi); etibarnaməni alan şəxsin imzası; müəssisə rəhbərinin və baş mühasibinin möhürlə təsdiqlənmiş imzaları. ETNĐK MĐQRASĐYALAR – müəyyən etnik (milli) mənsubiyyətə malik insanların iştirak etdiyi əhali miqrasiyalarıdır. Beynəlxalq miqyasda miqrasiya edənlərin tərkibinin belə seçilməsi bir milli ölkədən köçürülmələr zamanı (məsələn, portuqalların Braziliyaya miqrasiyası) özünü göstərir; bundan əlavə, beynəlxalq və daxili miqrasiyalarda seçim ölkənin müxtəlif sahələrində yaşayan xalqların (məsələn, rusların Sibirə köçürülməsi) qeyri-bərabər sosial-iqtisadi və mədəni inkişafı; milli əsarət və ya qeyri- bərabərsizlik, ayrı-ayrı xalqlar arasında hərbi toqquşmalar, dini təqib (din etnik mənsubiyyətlə üst-üstə düşür) və s. ilə şərtləşə bilər. Uzaq məsafəyə, xarici dilli mühitə etnik miqrasiyalar insanların əsas etnik özəkdən ayrılmasına gətirib çıxarır, digər xalqlarla qarışmağa, onlar arasında əlaqələrin güclənməsinə və etnik proseslərin inkişafına səbəb olur. ETNĐK STATĐSTĐKA –
statistikasının bir bölməsidir, ona əhalinin etnik (milli) tərkibi haqda məlumatların toplanması və işlənməsi daxildir. Əhalinin siyahıyaalınmasından əldə olunan məlumatlar etnik statistika üçün əsas bazadır. Onların
sorğu vərəqəsinə etnik mənsubiyyət, yaxud milliyyət haqda sual, etnik mənşəyi, bir valideyn, yaxud hər iki valideyn üzrə sual, həmçinin ana dili haqda sual daxil edilir. Əhalinin xüsusi
müşahidələri, cari
uçotu materialları da etnik statistika üçün mühüm rol oynayır. Bəzən etnik statistikaya sözün geniş mənasında etnosun xarakteristikası ilə sıx bağlı olan dil, din və irqi statistika daxil edilir.
insanları birgə məişətin təşkili: ümumi ev təsərrüfatının aparılması, birgə yaşaması və s. zamanı yaranan münasibətlərlə birləşdirir. Başqa sözlə, bir evdə yaşayan, bütün gəlirlərini və qiymətlilərini (və ya onların bir hissəsini) birləşdirən, əmtəə və xidmətlərə; əsas etibarilə yaşayış
və ərzaqlara olan tələbatlarının ödənilməsinə çəkilən xərcləri birlikdə həyata keçirən şəxslər qrupudur (və ya tək şəxsdir) və iqtisadi fəaliyyətin üç əsas subyektlərindən (dövlət, müəssisə, ev təsərrüfatı) biridir. Adət- ənənədən, dini, tarixi və digər sosial-iqtisadi amillərdən asılı olaraq, ev təsərrüfatı istənilən forma və ölçüyə malik ola bilər. Uzun müddət ərzində müxtəlif müəssisələrdə (xəstəxanalarda, həbsxanalarda, qocalar evlərində) yaşayan və təsərrüfat müstəqilliyinə malik olmayan şəxslər ev təsərrüfatlarına deyil, digər müvafiq institusional vahidlərə aid edilirlər. Eyni zamanda, oxşar müəssisələrdə qısa
müddətdə yerləşdirilmiş şəxslərə, adətən, onların aid olduqları ev təsərrüfatlarının üzvləri kimi baxılır. Ailədən fərqli olaraq, bir ev təsərrüfatı üzvləri arasında qohumluq münasibətləri, yaxud xassələri mütləq deyil: onların
arasında pensiyaçılar, ev qulluqçuları və başqaları, həmçinin müstəqil yaşayan bir nəfər ola bilər. Şəxslər qrupu kimi ev təsərrüfatını iqtisadi fəaliyyəti növü üzrə ev təsərrüfatı fəaliyyətindən fərqləndirmək lazımdır. Azərbaycanda yalnız 1999-cu ildə keçirilən əhali siyahıyaalınmasında ilk dəfə olaraq BMT-nin tövsiyələrinə uyğun olan
ev təsərrüfatları kateqoriyası nəzərə alınmışdır. Ev təsərrüfatının izahı konkret sosial-iqtisadi şəraitdən asılıdır və ölkələr üzrə fərqlənir. BMT
166
tövsiyələrinə görə, əhalinin siyahıyaalınması üçün ev təsərrüfatı anlayışı məişət tərzinə əsaslanır, onun çərçivəsində ayrı-ayrı şəxslər, yaxud şəxslər qrupu özünü həyatı üçün lazım olan yeməklə və hər şeylə təmin edir. Ev təsərrüfatı bir, yaxud öz gəlirlərini birləşdirib birgə təsərrüfat kimi bir neçə şəxslərdən, həm qohum olan, həm də olmayan, yaxud onlardan və başqalarından ibarət ola bilər. Beləliklə, ev təsərrüfatına istehlak özəyi kimi baxılır, istehsal fəaliyyətinin elementləri isə yalnız o dərəcədə nəzərə alınır ki, ev təsərrüfatı özünün ehtiyaclarını ödəmək üçün lazım olsun. Bu mənada ev təsərrüfatı bir və ya bir neçə ailədən ibarət ola bilər. Ölkələrin əksəriyyəti BMT izahını qəbul etsələr də, fərqli mövqelər də mövcuddur: bir halda ön plana birgə yaşama, digərlərində – birgə qidalanma çıxarılır. ABŞ, Đsveç, Đsveçrə və bir sıra başqa ölkələrdə ayrıca yaşayış sahəsi tutan şəxs, yaxud şəxslər qrupu ev təsərrüfatı sayılır. Məskunlaşdığı yerlər müxtəlif olduğu üçün, belə izah aydın olmur. Adətən, ev təsərrüfatı bir, yaxud çox mənzilli evlərdə yerləşir, lakin düşərgələrdə çadır, mehmanxanalarda otaq, idarə binalarında xidməti
otaqlar və
s. ola
bilər, yaxud
ümumiyyətlə, məskunlaşmaq üçün yeri olmaya bilər; bəzi mürəkkəb ailədən ibarət olan ev təsərrüfatı bir başçı altında birləşməsinə və ümumi yemək qazanından istifadə olunmasına baxmayaraq, onlar ayrı-ayrılıqda yaşayış sahəsinə malik ola bilərlər. Keçmiş SSRĐ-də əhalinin siyahıyaalınması zamanı ev təsərrüfatına yaxın olan ailə kateqoriyası tətbiq olunurdu; ev təsərrüfatından fərqli olaraq, ailənin tərkibinə qohumluqla, yaxud xüsusiyyəti ilə bağlı olmayan şəxslər daxil edilirdi. Lakin yalnız iki və daha çox insandan ibarət olan şəxslər qrupu ailə sayılırdı. Ev təsərrüfatının izahındakı fərqlər müxtəlif ölkələr
üzrə məlumatların müqayisəsini çətinləşdirir. Müqayisə o vaxt asanlaşır ki, ev təsərrüfatına daxil olan adamların qohumluq və iqtisadi münasibətlərinin xarakterinə görə onun tərkibi məlum olsun. Đnkişaf etmiş ölkələrin əksəriyyətində ev təsərrüfatının böyük hissəsi bir ailədən ibarət olur və tərkibində qohum olmayanlar yoxdur. Qrup ev təsərrüfatları xüsusi bir kateqoriya təşkil edirlər, yəni qohumluqla bağlı olmayan, lakin yataqxana tipli yaşayış sahələrində birgə yaşayan insanlar qrupudur (məsələn, kazarmalar, xroniki xəstələr üçün xəstəxanalar və s.). Keçmiş Sovet Đttifaqında keçirilmiş əhali siyahıyaalınmalarında belə adamlar tək, yaxud əvvəllər tərkibinə daxil olan
ailə ilə
müntəzəm maddi
əlaqə saxlamağından asılı olaraq, ailənin ayrıca yaşayan üzvü hesab olunurdu. Demoqrafiyada qohumluqla bağlı
olmayan şəxslərin daxil olmadığı ailə ev təsərrüfatı, yəni praktiki olaraq bir kiçik qrup kimi ailə öyrənilmə obyektidir. Tədqiqat obyekti kimi, demoqrafiyada ailə ev təsərrüfatı götürülür ki, burada da qohumluq əlaqələri olmayanlar ailəyə daxil edilmir, yəni ailəyə kiçik qrup kimi baxılır. Şəxslər qrupu kimi ev təsərrüfatlarını iqtisadi fəaliyyət növü kimi ev təsərrüfatından fərqləndirmək lazımdır. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling