Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet39/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   35   36   37   38   39   40   41   42   ...   183

ELASTĐKLĐK  ƏMSALI

  –  bir  əlamətin  nisbi 

dəyişməsini  digər  əlamətin  nisbi  dəyişməsi  ilə 

xarakterizə edən artımıdır: 

 

              



X

X

Y

Y

k

E

÷



=

 



 

burada: 


Y

  -  Y  göstəricisinin  artımı, 



X

  -  X 



göstəricisinin əmsalıdır. 

X bir faiz dəyişdikdə elastiklik əmsalı,, Y-in neçə 

faiz  dəyişdiyini  göstərir.  Statistik  tədqiqatlarda 

istehsal  amilləri  üzrə  elastiklik  əmsalını  özündə 

birləşdirən  Kobba-Duqlas istehsal funksiyasından 

tez-tez istifadə edilir. 

Elastiklik  əmsalından  amil  və  nəticə  əlamətləri 

arasındakı  əlaqəni  iqtisadi  cəhətdən  xarakterizə 

etmək üçün istifadə olunur. Xətti asılılıq halında a 

parametrinin  iqtisadi  mənasını  vermək  üçün 

elastiklik əmsalının düsturu aşağıdakı kimi yazılır: 

y

x

E

a

=



1

 

 



ELEKTRĐK ENERJĐSĐ

 - geniş istifadə olunan 

enerji  daşıyıcısıdır.  Elektrik  enerjisi  həm  ilkin, 

həm  də  yanacaqdan  yaranan  enerji  kimi  istehsal 

olunur.  Đlkin  elektrik  enerjisi  su,  külək,  günəş, 

suyun 

qabarma-çəkilməsi 



və 

dalğaların 

enerjisindən  əldə  olunur.  Azərbaycanda  enerji 

əsasən,  istilik  elektrik  və  su  elektrik  fəaliyyəti 

hesabına  əldə  olunur.  SES-də  suyun  potensial  və 

kinetik  enerjisinin  elektrik  enerjisinə  çevrilməsi, 

ĐES-də isə təbii qaz və neft məhsulları kimi yanar 

yanacağın yandırılması ilə əldə olunur. Su elektrik 

stansiyalarının  elektrik  enerjisi  istisna  olmaqla, 

bərpa  olunan  enerji  mənbələri  (günəşin  istilik 

enerjisi,  geotermal  enerji,  külək  enerjisi,  biokütlə 

enerjisi)  və  tullantılar  hesabına  istilik  elektrik 

stansiyalarında  və  kiçik  həcmli  səyyar  generator 

qurğuları  vasitəsilə  istehsal  olunmuş  ikinci 

(təkrar) elektrik enerjisi də istehsal olunur. 

 

ELEKTRĐK 



RABĐTƏSĐ

 

– 



işarələrin, 

siqnalların, məktub mətnlərinin, səslərin, radio və 

digər  elektromaqnit  sistemlərinin  qəbulu  və 

ötürülməsini  təmin  edir.  Bu  alt  sahəyə  şəbəkə  və 

vasitələrin,  telefon,  teleqraf,  faksimil  əlaqəli 

məlumatların  və  digər  sənədli  məlumatların 

(elektron  hesablama  maşınları  arasında  mübadilə 

əməliyyatları  da  daxil  olmaqla),  həmçinin 

televiziya  və  radio  səslərinin  və  televiziya 

təsvirlərinin, radio və naqilli verilişlərin yayılması 

da  daxildir.  Elektrik  rabitəsi  məlumatların 

ötürülməsi  qaydasından  asılı  olaraq  səndəli  və 

digər elektrik rabitəsi növlərinə ayrılır.  

 

ELEKTRĐK  STANSĐYASININ  GÜCÜ



  – 

texniki-iqtisadi 

göstəricidir. 

Elektrik 

generatorlarının 

quraşdırılmış 

uzunmüddətli 

maksimal, 

səmərəli 

məcmu 


gücü 

üzrə 


müəyyənləşdirilir (“Mühərrikin gücü”nə bax), bir 

şərtlə  ki,  bu  göstərici  texnoloji  prosesin  əvvəlki 

mərhələsindəki 

avadanlıqların 

(qazanların, 

turbinlərin  və  s.)  gücünü  aşmır.  Əgər  elektrik 

mühərriklərinin  quraşdırılmış  gücü  qazan  və 

turbinlərin  gücündən  çox  olarsa,  onda  elektrik 

stansiyalarının  gücü  bu  avadanlığın  mümkün 

imkanları  və  onun  artırılması  üzrə  mümkün 

tədbirləri nəzərə almaqla müəyyənləşdirilir. 

 

ELEKTRĐKLƏ SĐLAHLANMA (TƏCHĐZ 



OLUNMA)  ƏMSALLARI

  –  orta  hesabla  bir 

işçiyə  və  yaxud  işçilər  tərəfindən  işləmiş  bir 

adam-günə (adam-saata) düşən elektrik enerjisinin 

və  ya  elektrik  gücünün  miqdarıdır.  Potensial 

elektriklə  silahlanma  əmsalları  orta  hesabla  bir 

işçiyə düşən elektrik ötürücü cihazlarının gücünün 

kəmiyyətini  xarakterizə  edir.  Faktiki  elektriklə 

silahlanma  əmsalları  istehsalatda  orta  hesabla  bir 

işçi tərəfindən istehlak edilmiş enerjinin miqdarını 

xarakterizə  edir.  Đşlənmiş  bir  adam-günə  (adam-

saata)  dair  hesablanmış  sonuncu  əmsal  əməyin 

elektriklə silahlanma əmsalı adlanır. 

 

ELEKTRĐKLƏŞDĐRĐLMĐŞ  YOL

  –  dəmir 

yolu  nəqliyyatı  vasitələrinin  hərəkət  etməsi  üçün 

dartıcıların  elektrik  enerjisi  ilə  təmin  olunması 

məqsədilə  kompleks  quraşdırılmış  əsas  dəmir  yol 

xətti  başa  düşülür.  Sahə  xətti  olan  stansiyalara 

bitişik,  yalnız  manevr  əməliyyatlarını  həyata 

keçirmək  üçün  elektrikləşdirilmiş,  lakin  növbəti 

stansiyaya 

qədər 

xətt 


boyu 

tam 


elektrikləşdirilməmiş xətt bura aid edilmir. 

 

ELEKTRON HESABLAMA MAŞINLARI 

(EHM)  ŞƏBƏKƏSĐNĐN  ÖTÜRMƏ  SƏ-

VĐYYƏSĐ

 

– 



1) 

istifadəçiləri 

şəbəkənin 

hesablama  ehtiyatlarından  istifadə  ilə  təmin  edən 

terminalların 

(abunə 


məntəqələrinin) 

məcmusudur;  2)  uzaqlaşdırılmış  terminalların 

hesablama  sistemləri  ilə  və  müxtəlif  hesablama 

sistemlərini  bir-biri  ilə  əlaqələndirən  məlumat 

ötürücü sistemlərdir.  

 

ELEKTRON  HESABLAMA  MAŞINLA-

RININ  (EHM)  YADDAŞININ  QORUN-

MASI

  –  əməliyyatçının  yanlış  fəaliyyəti, 

proqramlaşdırmada  səhvlər,  icazəsiz  girişlər  

nəticəsində  avadanlıqlarda  nasazlıqlar  meydana 

çıxdıqda,  EHM-nin  yaddaşında  məlumatların 

qorunmasını  (saxlanmasını)  təmin  edən  proqram-

texniki vasitələr kompleksidir.    


 

153


ELEKTRON  NƏŞR

  -  kompüter  və  ya  digər 

elektron  qurğulardan  istifadə  etməklə  çoxaldılan 

və ya bir, yaxud bir neçə şəkil, təsvir, işarə, sənəd 

və  ya  söz  kimi  göstərilə  bilməklə  üzərində 

məlumatın  qeyd  olunduğu  və  ya  saxlanıldığı 

əşyadır  (disk  və  ya  elektron  faylı  da  daxil 

olmaqla).   

 

ELEKTRON  POÇT

  –  1)  fiziki  poçt  xidməti 

formasında  qəbul  edilə  və  ya  yayımlana  bilən, 

həmçinin  məlumatların  (göndərişlərin)  elektron 

ötürülməsi üçün müəyyən edilmiş xidmətdir. 



2) 

məlumatların  yüksək  sürətlə  verilməsi, 

hesablama  texnikası  vasitələrinə  daxil  edilməsi, 

xüsusi  rabitə  vasitələri  ilə  hazırlanması  və 

qaydaya  salınması  üçün  elektrorabitə  kanallarının 

aralıq “elektron poçt qutuları”dır. 

  

ELEKTRON 

SƏNƏD

 

– 

informasiya 

sistemində istifadə  üçün elektron formada təqdim 

edilən  və  elektron  imza  ilə  təsdiq  olunmuş 

sənəddir. 

 

ELEKTRON  TĐCARƏT  –  müəssisə  tərəfindən 

internet  vasitəsilə  əmtəə  və  xidmətlərin  alqı-

satqısını  aparmasıdır.  Telefon,  faks  və  ya  əllə 

yazılan 


elektron 

məktublarla  qəbul 

edilən 

sifarişlər 



elektron-ticarət 

hesab 


edilmir. 

Marketinq,  menecement,  ardıcıl  təminat  və 

informasiya  sistemləri  kimi  bir-birindən  fərqli 

olan təşkilat funksiyalarını birləşdirir.  



 

ELEKTRON-HESABLAMA 

MAŞINI 

(EHM) 

– elektron elementlərdən təşkil  olunmuş 

universal 

hesablama 

sistemidir. 

Verilmiş 

alqoritmlər  üzrə  məntiqi-məlumat  və  hesablama 

tapşırıqlarının  həllinin  avtomatlaşdırılması  üçün 

nəzərdə  tutulmuşdur.  EHM  tərkibinə  daxildir: 

prosessor, 

əməliyyat 

yaddaşı, 

məlumatların 

ötürülməsi  və  rabitə  kanalları,  xarici  yaddaş, 

məlumatların 

daxil 

edilməsi-alınması 

və 

teleişləmə  qurğuları.  EHM  onların  funksional 

şəraitini, 

texniki 

vasitələrin 

siyahısını 

genişləndirmək  və  proqram  təminatını  inkişaf 

etdirmək əsasında təkmilləşdirilməsi imkanları ilə 

açıq sistem kimi yaradılmışdır.  



 

ELEKTROVOZ

  -  ümumi  olaraq  kontakt 

naqilləri və ya kontakt relsləri, yaxud lokomotivdə 

yerləşən  enerji  mənbəyindən  elektrik  cərəyanı  ilə 

qidalanan  bir  və  ya  bir  neçə  elektrik  mühərrikli 

lokomotivdir. 

Bu 


kateqoriyaya 

kontakt 


naqillərindən  və  kontakt  relslərindən  qidalana 

bilməyən, 

lakin 

elektrik 



mühərriklərinin 

qidalanması 

üçün 

cərəyanın 



digər 

enerji 


mənbələrindən  (dizel  və  s.)  alınması  məqsədilə 

avadanlıqlarla  təchiz  olunmuş  elektrovozlar  da 

daxildir. 

 

ELEMENTAR  VAHĐD

  -  əlamətləri  statistik 

müşahidələrin 

(başdan-başa 

və 

ya 


seçmə) 

aparılmasında 

öyrənilməli 

(ölçülməli) 

olan 

müayinə 


məcmusunun 

tərkib 


elementidir. 

Elementar  vahid  anlayışı  müşahidə  vahidi  və  ya 



məcmu vahidi anlayışı ilə oxşar mənalıdır. 

 

ELM  VƏ  ELMĐ  XĐDMƏTLƏRĐN  GÖS-

TƏRĐLMƏSĐ  (BURAXILIŞI)

  –  bu  sahəyə 

aid olan müəssisə və idarələr (aparıcı elmi-axtarış 

işləri 

üzrə 


müəssisələr, 

konstruktor 

və 

layihələşdirmə təşkilatları, öz sənaye məhsullarını 



kənara  buraxmayan  təcrübə  zavodları,  elmi 

müəssisələrə 

xidmət 

göstərən 



təşkilatlar) 

tərəfindən  göstərilən  bazar  və  qeyri-bazar 

xidmətlərinin  dəyəridir.  Dövlət  büdcəsindən  və 

qeyri-büdcə  fondlarından  məqsədli  maliyyələşmə 

hesabına  yerinə  yetirilən  elmi-texniki  işlərin 

buraxılışı  bu  sahə  üzrə  qeyri–bazar  buraxılışına 

aid  edilir  və  cari    xərclər  və  əsas  kapitalın 

istehlakının  cəmi  ilə  müəyyən  edilir.  Büdcə 

təşkilatları daxil olmaqla, müəssisə və təşkilatların 

öz  vəsaitləri  hesabına  müqavilə  qiymətləri  ilə 

sifariş  üzrə  yerinə  yetirdikləri  elmi-texniki  işlərin 

buraxılışı  bu  sahə  üzrə  bazar  buraxılışına  aiddir 

və bu işlərin dəyəri kimi müəyyən edilir. 

 

ELM  VƏ  ĐNNOVASĐYA  STATĐSTĐKASI



 

–  elmi-texniki  və  innovasiya  fəaliyyətində 

hadisələrin və proseslərin kəmiyyət tərəfini tədqiq 

edən  statistika  sahəsidir.  Elm  və  innovasiya 

statistikasının  əsas  vəzifəsi  -  elmi  tədqiqat  və 

işləmə  ehtiyatlarının  kəmiyyəti,  strukturu  və 

dinamikası  haqqında  dəqiq  və  etibarlı  statistik 

məlumatlara 

ictimaiyyətin 

ehtiyacını 

təmin 


etməkdir.  Bu,  kadrlar  və  onların  hazırlanması; 

elmin  maddi-texniki  bazası;  maliyyə  vasitələri 

(eyni  zamanda,  büdcədən  pul  ayırmaları);  elmi 

təşkilatlar  şəbəkəsi,  onların  elmin  bölmələri, 

iqtisadiyyat  sahələri, regionlar,  elm  və  texnikanın 

inkişafının  prioritet  istiqamətləri  üzrə  bölünməsi 

(elmi-texniki 

dövlət 


proqramlarının 

yerinə 


yetirilməsi 

və 


dövlət 

elm 


mərkəzlərinin 

proqramları  daxil  edilməklə);  elmi  tədqiqat  və 

işlərin  səmərəliliyi  (tapılmış,  kəşf  edilmiş, 

yaradılmış yeni məhsul növü nümunələri), onların 

sosial-iqtisadi inkişaf göstəricilərində əksi; texniki 

innovasiyanın  (növlər  üzrə)  həyata  keçirilməsi, 

bunun  üçün  xərcləri,  innovasiya  məhsulunun 

həcmi,  innovasiya  fəaliyyətinin  məqsədləri  üzrə 

innovasiyanın  bölünməsi;  daxili  və  xarici  texnika 

mübadiləsi  (texnologiyanın  kəşf  edilməsi  və 

keçirilməsi 

formaları 

üzrə) 

haqqında 



məlumatlardır.  Elm  və  innovasiya  statistikasının 

 

154 


predmeti  müvafiq  göstəricilər  sisteminin  və 

onların hesablanma metodologiyalarının müəyyən 

edilməsi və təsnifatının hazırlanmasıdır. 

Elmi-texniki  məqsədlər  və  innovasiya  siyasəti  və 

məlumata  tələbatın  təsiri  ilə  əlaqədar  son  illərdə 

elmi  tədqiqatların  və  işlərin  yerinə  yetirilməsinə 

lazım  olan  statistik  müşahidə  alətlərinə  və 

metodologiyaya 

yenidən 

baxılma 


həyata 

keçirilmiş, 

innovasiya 

statistikası 

tarixində 

beynəlxalq  standartlar  nəzərə  alınmış  (“Elm  və 



innovasiya 

statistikası 

üzrə 

beynəlxalq 

standartlar”a 

bax) 


və 

bazar 


iqtisadiyyatı 

şəraitində  elm  və  innovasiya  fəaliyyətinin 

inkişafının 

xüsusiyyətləri 

nəzərə 

alınmaqla, 



inkişaf  əldə  edilmişdir.  Qoyulmuş  beynəlxalq 

statistika prinsiplərinə uyğun olaraq, elmi tədqiqat 

və  işləmələr  haqqında  məlumatların  yığılması  iki 

statistik  məcmunun  –  elmi  tədqiqat  və  işləmələri 

yerinə yetirən təşkilatların (elmi təşkilat) və onları 

maliyyələşdirən  təşkilatların  (nazirlik  və  idarələr) 

müayinəsi yolu ilə təmin edilir. Elm və innovasiya 

statistikası  elmi  tədqiqat  və  işləmələrin  yerinə 

yetirilməsi 

haqqında 

elmi 

təşkilatların 



hesabatlarına;  nazirlik  və  idarələrin  elmi  tədqiqat 

və 


işləmələrinin 

dövlət 


büdcəsi 

hesabına 

maliyyələşdirilməsi  haqqında  məlumatlara;  elmi 

təşkilat və müəssisələrin kəşfləri, faydalı modellər 

və  sənaye  nümunələri  haqqında,  yeni  maşın, 

avadanlıq,  aparat  və  alət  növlərinin  nümunəsinin 

yaradılması  haqqında  hesabatlara;  elmi-tədqiqat 

institutları,  fəlsəfə  doktorlarının  və  doktorantların 

hazırlanması  üzrə  ali  məktəblərin  hesabatlarına; 

sənaye  məhsullarının  istehsalından  alınan  texniki 

innovasiya, 

mənimsəmə, 

sertifikatlaşdırma 

haqqında  hesabatlara,  eyni  zamanda  birdəfəlik 

müayinələrin  materiallarına  (elmin  maddi-texniki 

və  təcrübə  bazası,  elm  işçilərinin  pul  gəlirləri  və 

yaşayış şəraiti və s.) əsaslanır. Elm və innovasiya 

statistikasının  gələcək  inkişafının  perspektiv 

məsələləri arasında – elmin ayrı-ayrı sektorlarının 

xüsusiyyətlərinə  nisbətən  statistik  müşahidə 

alətlərinin 

təkmilləşdirilməsi; 

elmi-texniki 

kadrların  hərəkəti  və  onların  sosial-iqtisadi 

vəziyyətinin  monitorinqinin  təşkili;  texnikada 

tədiyyə  balansının  tərtibi  üçün  xarici  ölkələrlə 

texnikanın  kommersiya  mübadiləsi  haqqında 

məlumatların 

toplanması; 

elmin 


inkişafının 

regional 

aspektlərinin, 

xidmətlər 

sferasında 

innovasiya  fəaliyyətləri,  elm  haqqında  ictimai 

rəyin,  eyni  zamanda  beynəlxalq  müqayisələrin 

metodları və praktikasındakı inkişafın öyrənilməsi 

mühüm yer tutur. 

 

ELM  VƏ  ĐNNOVASĐYA  STATĐSTĐKASI 



ÜZRƏ  BEYNƏLXALQ  STANDARTLAR

 

–  elm  və  innovasiya  statistikasının  sistemli  təsvir 



metodologiyasını  təmin  edən  və  beynəlxalq 

statistika  standartları  kimi  qəbul  edilmiş,  elm  və 

innovasiya 

statistikası 

sahəsində 

aparıcı 


beynəlxalq  təşkilatların  kompleks  tövsiyələridir. 

Elm 


statistikasında 

standartlaşdırma 

və 

göstəricilərin  uçotu  təcrübəsində  milli  fərqlərin 



aradan  qaldırılmasına  zərurilik  ilk  dəfə  sənaye 

cəhətdən  inkişaf  etmiş  ölkələrdə  iqtisadiyyatın  və 

elmi-texniki 

əməkdaşlığın 

inkişafı, 

onların 


iqtisadiyyatının 

inteqrasiyası 

prosesində 

yaranmışdır.  Onlar  tərəfindən  elmi  tədqiqat  və 

axtarış  işlərinə  ayrılan  ehtiyatların  sürətlə  artımı 

müvafiq  məlumatların  yığılması  və  işlənməsinin 

genişləndirilməsini 

tələb 


edirdi. 

Ölkələrin 

səylərini  əlaqələndirmək  üçün  1957-ci  ildə 

Đqtisadi  Əməkdaşlıq  və  Đnkişaf  Təşkilatı  (ĐƏĐT) 

(1960-cı  ilədək  Avropa  Đqtisadi  Əməkdaşlıq 

Təşkilatı  adlanırdı)  nəzdində  elm  və  texnika 

göstəriciləri 

üzrə 


milli 

ekspertlər 

Qrupu 

yaradılmışdır.  Bu  qrup  tərəfindən  elm  və 



innovasiya üzrə beynəlxalq standartların əsaslarını 

təşkil  edən  “Fraskati  Əsasları”  hazırlanmışdır  və 

müntəzəm  olaraq  dəqiqləşdirir.  Sonralar  elm  və 

texnikanın 

inkişafının, 

onların 


ehtiyatlarla 

təminatının,  nəticəliliyinin,  milli  və  beynəlxalq 

səviyyələrdə  iqtisadi  artıma  təsirinin  aktual 

aspektlərinin  statistik  öyrənilməsi  məsələləri  üzrə 

xüsusi standartlaşdırılmış tövsiyələrin işlənməsinə 

tələbatı 

nəzərə 

alaraq, 


ĐƏĐT-in 

ekspertləri 

tərəfindən 

“Fraskati 

Ailəsi” 

adlandırılan 

metodoloji əsaslar, o cümlədən texnologiyaya dair 

tədiyyə  balansının  məlumatlarının  ölçülməsi  və 

şərhinə  dair  qaydalar  (1990-cı  ildə);  texnoloji 

innovasiyalara  dair  məlumatların  toplanması  – 

Oslo  Əsasları  (1992-ci  ildə)  (“Đnnovasiya 



fəaliyyəti”nə, 

“Đnnovasiya”ya 

bax); 

patent 

məlumatlarından elm və texnika göstəriciləri kimi 



istifadə  (1994-cü  ildə);  elm  və  texnika  üzrə  kadr 

ehtiyatlarının  ölçülməsi  –  Kanber  əsasları  (1995-

ci  ildə 

Avrostatla 

birlikdə) 

(“Elmi-texniki 

kadrlar”a bax)  hazırlanmışdır.  Həmçinin  yüksək, 

orta  və  aşağı  texnologiyalı  məhsul  və  sahələrin 

ölçülməsi  üzrə,  bibliometrik  statistikaya  dair 

standartların hazırlanması işləri təşkil edilmişdir.  

Elm  və  innovasiyaya  dair  yeni  beynəlxalq 

standartların  yaradılması  və  mövcud  olanların 

dəqiqləşdirilməsində  Avropa  Đttifaqının  (AĐ) 

statistika təşkilatı olan Avrostatın fəal rolu vardır. 

1969-cu ildə Avrostat tərəfindən elmi proqram və 

büdcənin  təhlili  və  müqayisəsi  üçün  Siyahının 

(Nomenklaturanın)  birinci  redaksiyası  (hazırda 

onun  1992-ci  il  redaksiyasından  istifadə  edilir) 

işlənib  hazırlanmışdır.  Bu  Siyahı  AĐ-yə  üzv 

ölkələrdə  sosial-iqtisadi  problemlər  üzrə  elmi 

tədqiqat  və  axtarış  işlərinə  ayrılmış  büdcə 

məbləğinə  dair  məlumatların  toplanması,  onların 

yekunlaşdırılması 

və 


AĐ-də 

elmin 


dövlət 

maliyyələşdirilməsinə 

dair  illik 

məruzələrin 



 

155


hazırlanması 

üçün 


əsas 

hesab 


edilir. 

Təsnifləşdirmə 

həll 

edilməsi 



üçün 

dövlət 


maliyyələşdirilməsi  ayrılan  elmi  tədqiqatların  və 

işləmələrin  qlobal  vəzifələrini  əks  etdirir.  AĐ-yə 

üzv  ölkələrlə  elmi-texniki  siyasətə  dövlətin 

məqsədlərinin  transformasiyasına  uyğun  olaraq, 

bu  vəzifələr,  dəyişikliklərə  məruz  qalır.  Avrostat 

tərəfindən 

həm 

də 


elm 

və 


innovasiya 

statistikasının  regional  aspektlərinin  əsasları 

hazırlanmışdır.   

Elm  və  texnikaya  dair  məlumatların  toplanması, 

təhlili 

və 


nəşr 

olunması 

istiqamətində 

YUNESKO-nun 

statistika 

şöbəsi 


tərəfindən 

müntəzəm işlər həyata keçirilir 

Məlumatların 

standartlaşdırılması 

müntəzəm 

olaraq  ayrı-ayrı  ölkələr  üzrə  elmi  potensialın 

həcmi 

və 


tərkibinin 

qiymətləndirilməsinin 

aparılmasına, 

elmi-texniki 

və 

innovasiya 



siyasətinin  təkmilləşdirilməsi  üzrə  təkliflərin 

işlənib  hazırlanmasına,  beynəlxalq  əməkdaşlığın 

inkişafına imkan verir. 

 

ELM  VƏ  ĐNNOVASĐYALARIN  MALĐY-



YƏLƏŞMƏ 

MƏNBƏLƏRĐ

 

– 

elmi 


tədqiqatların  və  işləmələrin  yerinə  yetirilməsinə 

və  innovasiya  fəaliyyətinin  həyata  keçirilməsinə 

sərf olunan pul vəsaitlərinin ilkin mənbəyidir. Elm 

və  innovasiyanin  maliyyələşmə  mənbəyi  ilkin 

olaraq  bu  məqsədlər  üçün  nəzərdə  tutulmuş  və 

faktiki  olaraq  istifadə  olunmuş  vəsaitlərin,  uyğun 

olaraq  cari  və  kapital  xərclərinin  birbaşa 

ötürülməsi  meyarları  üzrə  müəyyənləşdirilir. 

Maliyyələşmənin  mənbələri  arasında  (tərkibində) 

statistika 

aşağıdakıları 

fərqləndirir: 

elmi 

tədqiqatları  və  işləmələri  yerinə  yetirən  və  ya  



innovasiyaları  həyata keçirən (gəlirlərdən, yaxud 

buraxılan  məhsulun,  işlərin,  xidmətin  maya 

dəyərindən)  təşkilatların  (müəssisələrin)  xüsusi  

vəsaitləri;  büdcə  vəsaitləri,  o  cümlədən  ölkə  

büdcəsindən; 

təşkilatların 

(müəssisələrin) 

bilavasitə  və  ya  sifarişçilərin  müqavilələr  üzrə  

aldıqları    yerli  büdcə  vəsaitləri;  qeyri–büdcə 



fondlarının 

vəsaitləri 

(iqtisadiyyatın 

stabilləşdirilməsi  fondu,  regional  inkişaf  fondu, 

sahələr  və  sahələrarası  elmi-tədqiqat  və  təcrübə-

konstruktor  işlərinin  büdcədənkənar  fondları, 

texnoloji  inkişaf  fondu,  konversiya  fondu  və  s.); 



xarici  mənbələr  –  dövlətin  sərhədindən  kənarda 

olan  fiziki  və  hüquqi  şəxslərdən,  o  cümlədən 

beynəlxalq  təşkilatlardan  əldə  edilmiş  vəsaitlər. 

Elmi  tədqiqatlara  və  işləmələrə  müvafiq  olaraq, 

statistika 

həmçinin 

digər 

elm 

sektorları 

təşkilatlarının  -  dövlət,  sahibkarlıq,  ali  təhsil  və 

şəxsi təşkilatların vəsaitlərini də öyrənir. Ali təhsil 

müəssisələri  ayrılmış  ümumi  büdcə  hesabına  (o 

cümlədən  kreditorlara)  elmi  tədqiqat  və  işlərin 

maliyyələşdirilməsi  haqqında  da  hesabat  verirlər. 

Đlkin maliyyə mənbəyi qismində, qaytarılmaq şərti 

ilə  verilmiş  istiqraz  vəsaitləri  (bank,  kommersiya 

kreditləri və s.) nəzərə alınmır.   

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   35   36   37   38   39   40   41   42   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling