Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet37/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   33   34   35   36   37   38   39   40   ...   183

EDĐFAKT

 - idarəetmə, ticarət və nəqliyyat 

sahəsində məlumatların elektron mübadiləsidir. 



 

EDĐKOM

  -  ticarət  sahəsində  məlumatların 

elektron  mübadiləsidir.  KOMEDĐ  adı  ilə  1992-ci 

ildən başlanmış layihədir. Layihənin əsas məqsədi 

Đntrastatın  texniki  struktur  sistemi  üçün  əsas 

şərtlərin tərtib və müəyyən edilməsidir. 

 

EHM  ŞƏBƏKƏSĐNĐN  ĐNZĐBATÇISI

  – 

hesablama 

maşınlarının 

strukturlaşdırılmış 

qovşağında  lokal  (yerli)  hesablama  qovşağının 

fəaliyyətinə,  məsələlərin  yerinə  yetirilməsində 

onun  tamlığının  və  prioritetinin  saxlanmasına 

(mühafizəsinə),  qovşağın  məlumat  ehtiyatlarının 

qorunmasına, onun inkişafına cavabdeh şəxs və ya 

bir qrup şəxslərdir. 

 

EHM  YADDAŞI

  –  məlumatların  qəbul 

olunması,  saxlanması  və  işlənməsi  qabiliyyətinə 

malik  olan,  seçmənin  həcmi  və  vaxtı  üzrə 

müxtəlif  tipli  iyerarxik  yaddaş  qurğularının 

məcmusudur.  Đyerarxik  səviyyə  üzrə  yaddaş 

qurğularının  bölüşdürülməsi  məlumatların  seçmə 

vaxtının azalması və yaddaş tutumunun çoxalması 

qaydasında həyata keçirilir.  

 

EHM-in  ARXĐTEKTURASI

  –  1)  hesablama 

sistemlərinin 

istifadəçi 

tərəfindən 

proqramlaşdırılmasının 

mümkünlüyünü, 

yeni 

əməliyyat  sistemlərinin  öyrənilməsini,  lokal  və 



qlobal  şəbəkə  sistemlərinin  qurulmasını,  müxtəlif 

servis  proqramların  yoxlanılmasını,  əməliyyat 

sistemləri  arasında  interfeyslərin  yaradılması 

məsələlərini, 

idarə, 

yaddaş 


və 

yönəltmə 

sistemlərini  və  s.  öyrənmək  və  qismən  təsvir 

etməkdir; 



2) 

müəyyən 


ümumi 

səviyyədə 



proqramlaşdırmadan 

istifadəçilərin 

istifadə 

imkanının,  əmrlər  sisteminin  və  istifadəçilərin 

interfeys vasitələrinin, yaddaşın və ünvanlaşdırma 

sisteminin  təşkilinin,  giriş-çıxış  əməliyyatlarının 

və  idarəetmənin  və  s.  təsvirini  özündə birləşdirən 

hesablama sisteminin təsviridir.  

 

EHM-in ETĐBARLILIĞI



 – EHM-in müəyyən 

dövr  ərzində  dayanmadan  işləmə  qabiliyyətidir. 

EHM-in 

etibarlılığının 



ölçüsü 

EHM-in 


dayanmadan  işləmə  ehtimalını  əks  etdirir.  EHM-

in  etibarlılıq  göstəricisi  aşağıdakılardan  ibarətdir: 

dayanmadan  orta  işləmə  vaxtı,  orta  axtarış  vaxtı, 

sıradan  çıxmış  elementlərin  lokallaşdırılması  və 

bərpa  edilməsi,  müəyyən  t  vaxt  anına  vaxt 

vahidində  sıradan  çıxmaların  orta  sayı,  hazırlıq 

əmsalı  (iki  texniki  xidmət  dövrü  arasındakı  vaxt 

ərzində  EHM-in  sərbəst  işləmə  ehtimalı),  texniki 

istifadə  əmsalı  (ümumi  işləmələrdə  və  vaxtda  bir 

neçə  istismar  dövrünə  görə  ölçü  vahidində 

işləmələrin  hissəsi  (çəkisi)  və  həmin  istismar 

dövründə  təmir  və  texniki  xidmətə  sərf  edilən 

vaxt). 

 

EHM-in 



ƏMƏLĐYYAT 

YADDAŞI

 

– 

vəzifələrin  həll  edilməsində  prossesorda  istifadə 

olunan  işçi  və  xidmətedici  proqramlar,  çıxış 

məlumatları,  aralıq  və  son  nəticələr  saxlanılan 

EHM-in qurğusudur. 

 

EHTĐMAL



  –  müvafiq  şəraitdə  (qeyri-məhdud 

sayda 


sınaqlarla) 

müəyyən 


hadisələrin 

imkanlarının  kəmiyyət xarakteristikasıdır.  



A 

hadisəsinin 

ehtimalının 

klassik 


müəyyənləşdirilməsi,  bütün  digər  hadisələrdən 

ibarət  olan  eyni  imkanlı  elementar  hadisələr 

anlayışına  əsaslanır.  Ehtimal  P(A)  =  m/n  düsturu 

ilə müəyyən edilir, burada m - əlverişli nəticələrin 

sayı,  n  –  nəticələrin  ümumi  sayını  göstərir.  Əgər 

elementar  hadisələrin  sayı  sonsuzdursa,  onda 

ehtimal,    ehtimal  nəzəriyyəsinin  aksiomatik 

qurulmasında 

istifadə 

olunan 


hadisələr 

çoxluğundakı ehtimal hüdudunda müəyyən edilir.  

 

EHTĐMAL  STATĐSTĐKASI

  –  baş  (və  ya 

seçmənin)  məcmuların  paylanması  haqqında 

fərziyyənin  bir-birinə  zidd  olmayan  çoxluğudur. 

Ehtimal 


statistikası 

– 

əgər 



ehtimalların 

bölünməsini  birmənalı  olaraq  müəyyən  edirsə,  

sadədir, əks halda isə, mürəkkəbdir. 

 

EHTĐMALLI  SEÇMƏ



  –  məcmunun  hər  bir 

elementinin  seçməyə  düşmə  şansının  sıfıra 

bərabər  olmayan  ehtimalı  olmasıdır.  Ehtimallı 

seçmədə həm həmişə S

1

, S


2

,...S


müxtəlif seçmələr 

çoxluğunu  konkret  məcmudan  seçmənin  bu 

metodu  ilə  necə  alına  biləcəyini,  həm  də  lazım 

olan  formalaşdırılmış  seçmə  ilə  müvafiq  seçmə 

vahidini    dəqiq  göstərmək  imkanı  olur.  Bununla 

yanaşı,  mümkün  seçmədən  hər  biri  üçün  onun 

alınma 


ehtimalı, 

statistik 

göstəricilərin 

qiymətlərinin  hesablanması  metodu  aydındır. 

Yalnız  ehtimallı  seçmənin  təşkili  zamanı  seçmə 

müayinənin nəticələrini bütün  məcmuya  obyektiv 

və  elmi  əsaslandırılmış  tətbiq  etmək  olar. 

Ehtimalsız  seçmənin  tətbiqi  yalnız  ayrı-ayrı 

qarşılıqlı  əlaqələri  dərindən  öyrənmək  məqsədi 

güdən  nisbətən  kiçik  müayinələrdə  məqbul  ola 

bilər.  Seçmənin  ehtimalsız  metodlarına  norma, 

qiymətləndirmə,  ekspert  mülahizələri  və  yaxud 

hər  hansı  digər  meyarlar  əsasında  məcmunun 

formalaşdırılması sxemləri aiddir. 

 

EHTĐYAT  AKTĐVLƏRĐ

  –  tədiyyə  balansı 

statistikasında 

maliyyə 


hesabının 

mühüm 


elementidir.  Ölkənin  xarici-iqtisadi  vəziyyətinin 

 

146 


təhlilində  əhəmiyyətli  rol  oynayır.

 

Ehtiyat 



aktivləri  ölkənin  xarici  aktivlərindən  ibarətdir, 

pul-kredit  tənzimləyici  orqanlarının  nəzarəti 

altındadır  və  istənilən  an  bu  orqanlar  tərəfindən 

tədiyyə 


balansının 

kəsirlərinin 

birbaşa 

maliyyələşdirilməsi  üçün  istifadə  edilə  bilər. 

Ehtiyat 

aktivləri 

kateqoriyasına 

aşağıdakı 

komponentlər  daxil  edilir:  monetar  qızıl,  xüsusi 

borcalma 

hüquqları, 

Beynəlxalq 

Valyuta 

Fondunda 

(BVF) 

ehtiyat 

mövqe

xarici 


valyutalarda aktivlər və digər tələblər. 

 

EHTĐYAT 



AVADANLIQ

 

– 



texnoloji 

ehtiyatda  olan,  qurulmuş  işlək  avadanlıqların  bir 

hissəsidir.  Ehtiyat  avadanlıq  işləyən  avadanlığın 

təmiri  dövründə,  qəzalar  və  avadanlığın  digər 

plandankənar sıradan çıxmaları zamanı onun əvəz 

edilməsi  üçün  nəzərdə  tutulur.

 

Ehtiyat  avadanlıq 



vahidlərinin sayı fəaliyyət göstərən normativlər və 

ya layihə ilə müəyyən olunur və sənədlər əsasında 

təsdiq  edilir.  Đstehsal  üçün  lazım  olmayan 

avadanlıqlar ehtiyat avadanlığına aid edilmir. 

 

EHTĐYAT  ƏMSALI

  –  ehtiyat  vasitələrinin 

həcminin dövriyyə kapitalına nisbətidir. 

 

EHTĐYAT 



FONDU

 

– 

dövriyyəyə 

buraxılmamış  banknot  və  sikkə  ehtiyatlarıdır  ki, 

ölkənin Mərkəzi Bakının sərəncamı üzrə müəyyən 

səviyyədə 

yaradılır 

və 

saxlanılır. 



Ehtiyat 

fondlarına  obyektiv  tələbat  hər  bir  konkret  halda 

iqtisadiyyatın nağd pula ehtiyacının ödənilməsinin 

zəruriliyi  ilə  müəyyənləşdirilir:  banknotların 

köhnəlməsi  ilə  bağlı  pul  kütləsinin  təzələnməsi; 

ölkə  üzrə  pul  kütləsinin  optimal  pul  tərkibinin 

saxlanması;  pul  nişanlarının  daşınması  və 

saxlanmasına xərclərin ixtisara salınması.  

 

EHTĐYAT  MÖVQEYĐ

  –  Beynəlxalq  Valyuta 

Fondunda 

(BVF) 


beynəlxalq 

və 


ehtiyat 

vəsaitlərinin məbləği, onların üzvlərinin paylarına 

və  əlavə  kredit  sazişləri  çərçivəsində  Fonda 

verdikləri  istiqrazlarına  ekvivalentdir.  Hər  bir 

üzvün  ehtiyat  mövqeyinin  ölçüsü  mümkün 

kreditlərin  kəmiyyətini  və  onların  verilməsi 

şərtlərini müəyyənləşdirir. 

 

EHTĐYAT  SAZĐŞLƏR

  –  BVF ilə  üzv-ölkələr 

arasındakı, 

bu 

ölkəyə 


BVF-dən 

müəyyən 


məbləğdə  və  əvvəlcədən  məlum  olan  müddətə 

valyuta  almasına  imkan  verən  sazişdir.  Ehtiyat 

sazişi  –  bu  fondun  üzv-ölkəyə  Ehtiyat  Sazişinin 

qüvvədə  olduğu  müddətdə  istənilən  an  əlavə 

rəsmiləşdirmə  olmadan  kredit  xəttinin  açılması 

haqqında 

qərarıdır.

 

BVF-nin 



rəhbərliyi 

memorandumu  alandan  və  ya  niyyət  haqqında 

Mərkəzi  Bankın  idarəetmə  heyətinin  sədri  və  ya 

maliyyə  naziri  tərəfindən  imzalanmış  ərizədən 

sonra  sazişin  bağlanması  haqqında  qərar  qəbul 

edir. Bu sənəddə daxili iqtisadiyyatın stabilliyi və 

kreditin  qaytarılmaması  riskinin  aşağı  salınması 

üzrə  iqtisadi  və  maliyyə  tədbirlərinin  siyahısı  əks 

olunur. 

 

EHTĐYAT  TƏLƏBLƏRĐ

  –  Mərkəzi  (milli, 

dövlət)  Bankın  xüsusi  hesablarında  saxlanılan, 

kommersiya  banklarının  və  digər  kredit-maliyyə 

idarələrinin ehtiyatlarının bir hissəsidir.  

 

EHTĐYAT VƏSAĐTLƏR

 – (I) - milli hesablar 

sisteminin 

maliyyə 

hesabının 

göstəricisidir. 

Kreditor  və  ya  debitorun  valyuta  vahidində  ifadə 

oluna  bilən  qeyri-rezidentlərə  qarşı  maliyyə 

tələbidir.  Ehtiyatlara  sahib  olma  hüququ  yalnız 

Mərkəzi  Banka  və  ya  Mərkəzi  Hökumətə 

məxsusdur.  Lakin  hər  maliyyə  tələbi  ehtiyatlara 

aid  edilə  bilməz.  Ehtiyatlar  -    istənilən  an  təmin 

oluna  bilən,  yəni  likvidlik  dərəcəsi  yüksək  olan 

maliyyə tələbləridir. 

(II)  -  haqqında  nəzarətedici  orqanlar  tərəfindən  

qərar qəbul edilənədək şirkətdə daimi ehtiyat kimi 

qalan  mənfəətin  kəmiyyətidir.  Belə  qərar  ya 

ehtiyatların 

miqdarını 

müəyyən 


edən 

qanunvericiliyə  (qanunvericiliklə  müəyyən  edilən 

ehtiyatlar)  uyğun  olaraq  qəbul  edilə  bilər,  ya  da 

şirkətin  nizamnaməsinin  (nizamnamə  ehtiyatları) 

dəyişməsi nəticəsində dəyişə bilər. Đstisna hallarda 

onlar xüsusi kapitallarının elementlərindən birinin 

transferinin nəticəsi ola bilər. 

 

EHTĐYATLAR



  –  iqtisadiyyatda  aktivlərin  və 

passivlərin  bütün  növlərini  əks  etdirir  və  

müəyyən tarixə onların uçotunu göstərir. 

 

EHTĐYATLAR  VƏ  BAŞA  ÇATDIRIL-



MAMIŞ  ĐSTEHSAL

  -    aşağıdakı  məqsədlərlə 

şirkətin  istehsal  silsiləsinə  daxil  edilən  bütün 

mallar və xidmətlərdir: 

- onlar olduğu kimi və  ya emaldan sonra  (hazırda 

və ya gələcəkdə) satıla bilər; 

-  onlar birinci istifadədəcə istehlak oluna bilər. 

Başa 

çatdırılmamış 



istehsal 

şəklində 

olan 

ehtiyatlar fərqləndirilir. Belə ehtiyatlara daxildir:  



- xammal ehtiyatları: xammal və materiallar; 

məmulatlar: 



aralıq 

məmulatlar 

(yarımfabrikatlar), 

hazır 


məmulatlar, 

qalıq 


məhsullar; 

- əmtəəlik mallar. 

Ehtiyatlar  təsnifata  uyğun  olaraq  bir  başa  nəzərə 

alına bilər. 

Başa  çatdırılmamış  istehsal  –  bu,  istehsal 

mərhələsində olan mallardır (və ya xidmətlərdir). 



 

147


Onlar  təsnifatlara  görə  “sair  mallar”  və  ya  “digər 

qruplara  aid  edilməyən  mallar”  kimi  nəzərə  alına 

bilər. 

1)  Mənşəyindən  və  emal  səviyyəsindən  asılı 

olaraq, 

qablaşdırma 

materialları 

yuxarıda 

göstərilən kateqoriyalardan birinə aid edilə bilər. 

2) 

Əsas 

kapital 

kimi 

saxlanılan 

mallar 

(məhsullar) 

ehtiyatlar 

kateqoriyasına 

aid 

olunmur,  “əsas kapital” maddəsində göstərilir. 

 

EX  ANTE  PROQNOZU

  –  ekonometrik 

modellərin  parametrlərinin  və  dəyişən  ekzogenin 

qiymətləri  haqqında  bu  və  ya  digər  fərziyyələrin 

qiymətləndirilməsi  əsasında  ekonometrik  dəyişən 



endogen 

modelinin 

gələcək 


qiymətlərinin 

qabaqcadan xəbər verilməsidir. 



 

EX  POST  PROQNOZU

  –  ekonometrik 

modelin  parametrlərinin  və  dəyişən  ekzogenin 

keçmiş 


dövr 

üçün 


faktiki 

qiymətlərinin 

qiymətləndirilməsi  əsasında  dəyişən  endogenin 

keçmiş 


qiymətlərinin 

qabaqcadan 

xəbər 

verilməsidir.  Modelin  dəqiqliyinin,  etibarlılığının 



yoxlanması 

üsullarından 

biri 

hesab 


edilir, 

strukturun, 

dəyişənlərin 

tərkibinin 

və 

parametrlərin 



qiymətləndirilməsi 

üsullarının 

dəqiqləşdirilməsi üçün məlumat verir. 

 

EKOLOGĐYA  XARAKTERLĐ  XĐDMƏT-



LƏR

  –  kənar  obyektlər  üçün  təbiəti  mühafizə 

fəaliyyətinin həyata keçirilməsi üzrə kommersiya, 

müqavilə  və  ya  ödənişsiz  əsasda  müxtəlif 

təşkilatlar  (idarələr)  tərəfindən  reallaşdırılan 

tədbirlərdir.  Statistikada  ekologiya  xarakterli 

xidmətlər  təbiəti  mühafizə  fəaliyyəti  növlərinin 

xüsusi təsnifatı əsasında tənzimlənir. 

 

EKOLOJĐ 



ÇĐRKLƏNMƏNĐN 

TEX-

NOLOJĐ    AZALMASI  ĐLƏ  BAĞLI  AVA-

DANLIQLARA VƏ QURĞULARA, TĐKĐ-

LĐLƏRƏ ĐNVESTĐSĐYALAR

 – ekoloji təmiz 

texnologiya 

ətraf 

mühitin 


çirklənməsinin 

azaldılması  məqsədilə  işlənmiş  və  tətbiq  edilmiş 

konkret  proseslər,  texniki  vasitələr,  qurğular, 

avadanlıqlar  şəklində  ifadə  oluna  bilər.  Son 

mərhələdə  zəhərli  maddələrin  və  tullantıların 

tutulması,  təmizlənməsi,  zərərsizləşdirilməsi  və 

ləğv  edilməsini  həyata  keçirən  avadanlıqlara 

(qurğulara,  tikililərə)  investisiyalardan  fərqli 

olaraq,  ekoloji  elementlər  birbaşa  istehsal 

prosesinə  daxil  edilir.  Ətraf  mühitin  mühafizəsi 

üzrə  avadanlıqlara  belə  investisiya,  avadanlıqlara 

inteqrasiya  nəticəsində  əsas  kapitala  əlavə 

xərclərdən ibarətdir. Əgər ətraf mühitin müdafiəsi 

üçün  nəzərdə  tutulmuş  avadanlıqlar  istehsal 

prosesinin 

ayrıca 


hissəsi 

kimi 


müəyyənləşdirilmirsə  (tanınmırsa),  onda  xərclər 

ətraf  mühitin  qorunması  üzrə  normalara  uyğun 

gəlməyən, 

avadanlıqların 

(və 

ya 


onların 

hissələrinin) 

sərəncamda 

olan 


alternativ 

variantlarının  müqayisəsi  yolu  ilə  fərqləndirilə 

bilər. 

 

EKOLOJĐ  EKSPERTĐZA



  –  təsərrüfat  və 

digər 


fəaliyyətin 

cəmiyyət 

üçün 

ekoloji 


təhlükəsizliyinə 

uyğunluğunu 

yoxlamaq 

məqsədilə  keçirilən  ekspertizadır  (dövlət  və 

ictimai).  Dövlət  ekoloji  ekspertizası  ətraf  təbii 

mühitin  qorunmasının  vacib  tədbiridir.  Bu 

tədbirlər  dövlət  və  ya  yerli  təyinatlı  obyektlərdə 

qüvvədə 

olan 


qanunvericiliklə 

tənzimlənir. 

Nəticələrin  elmi  və  qanuni  əsaslandırılmasında, 

təşkilində və nəticələrin elan edilməsində idarə üst 

təşkilatlardan  asılı  olmadan,  cəmiyyətin  iştirakı 

prinsipləri  ilə  həyata  keçirilir.  Layihə  və 

proqramların 

maliyyələşdirilməsi 

və 

həyata 


keçirilməsi  yalnız  dövlət  ekoloji  ekspertizasının 

müsbət  rəyi  olduqda  mümkündür.  Đctimai  ekoloji 

ekspertiza  elmi  kollektivlər,  ictimai  birliklər 

tərəfindən  onların  təşəbbüsü  ilə  keçirilir  və  onun 

nəticələri  müvafiq  dövlət  ekoloji  ekspertiza 

təşkilatlarının  təsdiqindən  sonra  hüquqi  cəhətdən 

əsaslandırılmış olur. 

 

EKOLOJĐ  FONDLAR

  –  təbiətin  qorunması 

məsələlərinin  həlli,  itkilərin  bərpa  edilməsi, 

vurulan  ziyanın  kompensasiya  edilməsi  və  s. 

təxirəsalınmaz  işlər  üçün  yaradılmış  qeyri-büdcə 

fondlarıdır.  Dövlət,  ölkə,  respublika  və  yerli 

fondlar 


ekoloji 

fondun 


vahid 

qeyri-büdcə 

sistemini  təşkil  edir.  Fondlar  –  ətraf  təbii  mühitə 

atılan və tökülən zərərli maddələrə, tullantıların və 

çirklənmənin  digər  növlərinin  yerləşdirilməsinə 

görə  müəssisə,  idarə,  təşkilatlardan,  həmçinin 

xarici  hüquqi  və  fiziki  şəxslərdən  ödəniş 

formasında daxil olan vəsaitlər hesabına yaradılır. 

Buraya  həm  də  təbiətin  qorunması  haqqında 

iddialar  (tələblər)  üzrə  məbləğlər  daxildir: 

cərimələr;  qaçaqmalçılardan  müsadirə  edilən 

təchizat  və  məhsulların  satışından  əldə  olunan 

vəsaitlər;  əmanətlərə,  bank  depozitlərinə,  fondun 

öz  vəsaitlərindən  müəssisənin  iş  fəaliyyətində 

istifadəsinə  görə  faizlər,  daxil  olan  xarici 

valyutalar  və  s.  Ekoloji  fondda  olan  vəsaitlər 

xüsusi  bank  hesablarına  köçürülür  və  yerli,  ölkə 

və  dövlət  ekoloji  fondlar  arasında  müəyyən  faiz 

nisbətində  paylanır.  Ekoloji  fonddan  vəsaitlər  -  

sağlamlaşdırma  və  ətraf  təbii  mühitin  qorunması 

üzrə  tədbir  və  proqramların  həyata  keçirilməsinə, 

təbii 


ehtiyatların 

təkrar 


istehsalına, 

elmi 


axtarışlara, 

ekoloji 


təmiz 

texnologiyaların 

tətbiqinə, 

təmizləyici 

qurğuların 

tikintisinə, 



 

148 


zərərin 

ödənilməsi 

üçün 

kompensasiyaların 



ödənişinə və s. xərclənir. 

 

EKOLOJĐ QƏZALAR



 – texnoloji pozuntular: 

zərərli  maddələrin  axması,  tökülməsi,  yayılması, 

tullanması  və  onların  ətraf  təbii  mühitə  düşməklə 

atılmasıdır.  Statistikada  ekoloji  qəzaların  sayı, 

onların  növləri  və  təsir  sahələri  üzrə,  həmçinin 

dəymiş  və  əvəzi  ödənilmiş  zərərlər,  inzibati 

tədbirlər və  digər hallar nəzərə alınır. 

 

EKOLOJĐ  NƏZARƏT

  -  ətraf  təbii  mühitin 

vəziyyətinə  yoxlama  və  nəzarət  sistemidir,  ətraf 

təbii  mühitin  vəziyyətinə  müşahidə  dövlət 

xidməti,  həmçinin  dövlət,  ictimai  və  istehsalat 

nəzarətçiləri  tərəfindən  həyata  keçirilir.  Ekoloji 

nəzarət:  ətraf  təbii  mühitin  nəzarəti  və  onun 

təsərrüfat  və  digər  fəaliyyət  təsiri  altında 

dəyişməsinin  müşahidəsidir;  təbiətin  qorunması 

üzrə plan və tədbirlərin yerinə yetirilməsinin, təbii 

ehtiyatların 

səmərəli 

istifadəsinin, 

təbiətin 

qorunması  qanunvericiliyinin  və  ətraf  təbii 

mühitin  keyfiyyət  normativləri  tələblərinə  riayət 

edilməsinin yoxlanmasıdır. Dövlət ekoloji nəzarəti 

ölkə  və  yerli  səviyyəli  yuxarı  qanunvericilik  və 

icra  hakimiyyəti  orqanları  ilə,  həmçinin  təbiətin 

qorunması, 

sanitar-epidemioloji 

nəzarət 

sahəsindəki  xüsusi  təyinatlı  dövlət  orqanlarına 

uyğun olaraq həyata keçirilir. 

Đstehsalat 

ekoloji 


nəzarəti 

müəssisələrin, 

idarələrin,  təşkilatların  ekoloji  xidməti  ilə  həyata 

keçirilir.  Məsələn  -  təbiətin  qorunması  üzrə  plan 

və 

tədbirlərin 



yerinə 

yetirilməsini, 

təbii 

ehtiyatların  səmərəli  istifadəsini,  ətraf  mühitin 



sağlamlaşdırılmasını, ətraf təbii mühitin keyfiyyət 

normativlərinə 

riayət 

edilməsini, 



təbiətin 

qorunması  haqqında  qanunvericiliyin  tələblərinin 

yerinə  yetirilməsinin  yoxlaması.  Đctimai  ekoloji 

nəzarət  ictimai  birliklər,  həmkarlar  ittifaqları, 

əmək  kollektivləri  və  vətəndaşlarla  həyata 

keçirilir.  

 

EKOLOJĐ  NORMATĐVLƏR

  –  insanın  onu 

əhatə 

edən 


təbii 

mühitə 


təsirinin 

elmi 


əsaslandırılmış  və  qanunvericiliklə  müəyyən 

edilmiş  kəmiyyətləridir.  Ətraf  mühitin  keyfiyyət 

normativlərinin  məzmununa  ümumi  tələblər 

belədir:  əhalinin  ekoloji  təhlükəsizliyi;  həm  canlı 

təbiətin,  həm  insanın  özünün  genetik  fondunun 

saxlanılması;  təbiətdən  səmərəli  istifadənin, 

əhalinin 

normal 


təkrar 

istehsalının 

təmin 

olunması.  Normativlərin  məqsədi  –  cəmiyyətin 



inkişafında  iqtisadi  və  ekoloji  maraqların  təmin 

olunmasıdır. Bu məqsədlərdən asılı olaraq, ekoloji 

normativlər  cəmiyyətin  həll  etdiyi  məsələlərdən 

çıxış edərək, dəyişə bilər. 

Ekoloji  normativlər  təhlükə  həddi  əsasında  – 

insanın  sağlamlığı  üçün  ətraf  mühitdə  zərərli 

qarışığın  səviyyəsi  ilə  müəyyən  edilir;  sosial-

iqtisadi  şəraitdən  asılı  olaraq,  ölkə  hökuməti 

tərəfindən  verilmiş  vaxt  dövrünə  təyin  edilir; 

qanun  qüvvəsinə  malikdir.  Ümumdünya  Səhiyyə 

Təşkilatı  ətraf  mühitin  vəziyyətinin  gigiyenik 

meyarlarını  hazırlamış,  bu  da  onun  keyfiyyət 

standartlarını  dəqiqləşdirməyə  imkan  vermişdir. 

Bir  çox  ölkələrdə  müəyyən  texnologiyalar, 

stasionar  və  səyyar  çirklənmə  mənbələri  üçün 

təyin  edilmiş  ayrı-ayrı  çirkləndirici  maddələrin 

tullantılarının  ekoloji  normativləri  geniş  tətbiq 

olunur.  Çox  vaxt  fəaliyyətdə  olan  və  yeni  işə 

salınan güclər üçün standartlar ayrılır. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   33   34   35   36   37   38   39   40   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling