Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- EHM YADDAŞI
- EHM-in ARXĐTEKTURASI – 1)
- EHM-in ETĐBARLILIĞI
- EHM-in ƏMƏLĐYYAT YADDAŞI
- EHTĐMAL
- EHTĐMAL STATĐSTĐKASI
- EHTĐMALLI SEÇMƏ
- EHTĐYAT AVADANLIQ
- EHTĐYAT ƏMSALI
- EHTĐYAT VƏSAĐTLƏR – (I)
- EHTĐYATLAR
- EX ANTE PROQNOZU
- EKOLOGĐYA XARAKTERLĐ XĐDMƏT- LƏR
- EKOLOJĐ ÇĐRKLƏNMƏNĐN TEX- NOLOJĐ AZALMASI ĐLƏ BAĞLI AVA- DANLIQLARA VƏ QURĞULARA, TĐKĐ
- EKOLOJĐ QƏZALAR
EDĐFAKT - idarəetmə, ticarət və nəqliyyat sahəsində məlumatların elektron mübadiləsidir. EDĐKOM - ticarət sahəsində məlumatların elektron mübadiləsidir. KOMEDĐ adı ilə 1992-ci ildən başlanmış layihədir. Layihənin əsas məqsədi Đntrastatın texniki struktur sistemi üçün əsas şərtlərin tərtib və müəyyən edilməsidir.
hesablama maşınlarının strukturlaşdırılmış qovşağında lokal (yerli) hesablama qovşağının fəaliyyətinə, məsələlərin yerinə yetirilməsində onun tamlığının və prioritetinin saxlanmasına (mühafizəsinə), qovşağın məlumat ehtiyatlarının qorunmasına, onun inkişafına cavabdeh şəxs və ya bir qrup şəxslərdir.
olunması, saxlanması və işlənməsi qabiliyyətinə malik olan, seçmənin həcmi və vaxtı üzrə müxtəlif tipli iyerarxik yaddaş qurğularının məcmusudur. Đyerarxik səviyyə üzrə yaddaş qurğularının bölüşdürülməsi məlumatların seçmə vaxtının azalması və yaddaş tutumunun çoxalması qaydasında həyata keçirilir.
sistemlərinin istifadəçi tərəfindən proqramlaşdırılmasının mümkünlüyünü, yeni əməliyyat sistemlərinin öyrənilməsini, lokal və qlobal şəbəkə sistemlərinin qurulmasını, müxtəlif servis proqramların yoxlanılmasını, əməliyyat sistemləri arasında interfeyslərin yaradılması məsələlərini, idarə, yaddaş
və yönəltmə sistemlərini və s. öyrənmək və qismən təsvir etməkdir; 2) müəyyən
ümumi səviyyədə proqramlaşdırmadan istifadəçilərin istifadə imkanının, əmrlər sisteminin və istifadəçilərin interfeys vasitələrinin, yaddaşın və ünvanlaşdırma sisteminin təşkilinin, giriş-çıxış əməliyyatlarının və idarəetmənin və s. təsvirini özündə birləşdirən
– EHM-in müəyyən dövr ərzində dayanmadan işləmə qabiliyyətidir. EHM-in etibarlılığının ölçüsü EHM-in
dayanmadan işləmə ehtimalını əks etdirir. EHM- in etibarlılıq göstəricisi aşağıdakılardan ibarətdir: dayanmadan orta işləmə vaxtı, orta axtarış vaxtı, sıradan çıxmış elementlərin lokallaşdırılması və bərpa edilməsi, müəyyən t vaxt anına vaxt vahidində sıradan çıxmaların orta sayı, hazırlıq əmsalı (iki texniki xidmət dövrü arasındakı vaxt ərzində EHM-in sərbəst işləmə ehtimalı), texniki istifadə əmsalı (ümumi işləmələrdə və vaxtda bir neçə istismar dövrünə görə ölçü vahidində işləmələrin hissəsi (çəkisi) və həmin istismar dövründə təmir və texniki xidmətə sərf edilən vaxt).
ƏMƏLĐYYAT YADDAŞI – vəzifələrin həll edilməsində prossesorda istifadə olunan işçi və xidmətedici proqramlar, çıxış məlumatları, aralıq və son nəticələr saxlanılan EHM-in qurğusudur.
– müvafiq şəraitdə (qeyri-məhdud sayda
sınaqlarla) müəyyən
hadisələrin imkanlarının kəmiyyət xarakteristikasıdır. A hadisəsinin ehtimalının klassik
müəyyənləşdirilməsi, bütün digər hadisələrdən ibarət olan eyni imkanlı elementar hadisələr anlayışına əsaslanır. Ehtimal P(A) = m/n düsturu ilə müəyyən edilir, burada m - əlverişli nəticələrin sayı, n – nəticələrin ümumi sayını göstərir. Əgər elementar hadisələrin sayı sonsuzdursa, onda ehtimal, ehtimal nəzəriyyəsinin aksiomatik qurulmasında istifadə olunan
hadisələr çoxluğundakı ehtimal hüdudunda müəyyən edilir.
seçmənin) məcmuların paylanması haqqında fərziyyənin bir-birinə zidd olmayan çoxluğudur. Ehtimal
statistikası – əgər ehtimalların bölünməsini birmənalı olaraq müəyyən edirsə, sadədir, əks halda isə, mürəkkəbdir.
– məcmunun hər bir elementinin seçməyə düşmə şansının sıfıra bərabər olmayan ehtimalı olmasıdır. Ehtimallı seçmədə həm həmişə S 1 , S
2 ,...S
n müxtəlif seçmələr çoxluğunu konkret məcmudan seçmənin bu metodu ilə necə alına biləcəyini, həm də lazım olan formalaşdırılmış seçmə ilə müvafiq seçmə vahidini dəqiq göstərmək imkanı olur. Bununla yanaşı, mümkün seçmədən hər biri üçün onun alınma
ehtimalı, statistik göstəricilərin qiymətlərinin hesablanması metodu aydındır. Yalnız ehtimallı seçmənin təşkili zamanı seçmə müayinənin nəticələrini bütün məcmuya obyektiv və elmi əsaslandırılmış tətbiq etmək olar. Ehtimalsız seçmənin tətbiqi yalnız ayrı-ayrı qarşılıqlı əlaqələri dərindən öyrənmək məqsədi güdən nisbətən kiçik müayinələrdə məqbul ola bilər. Seçmənin ehtimalsız metodlarına norma, qiymətləndirmə, ekspert mülahizələri və yaxud hər hansı digər meyarlar əsasında məcmunun formalaşdırılması sxemləri aiddir.
– tədiyyə balansı statistikasında maliyyə
hesabının mühüm
elementidir. Ölkənin xarici-iqtisadi vəziyyətinin 146
təhlilində əhəmiyyətli rol oynayır.
Ehtiyat aktivləri ölkənin xarici aktivlərindən ibarətdir, pul-kredit tənzimləyici orqanlarının nəzarəti altındadır və istənilən an bu orqanlar tərəfindən tədiyyə
balansının kəsirlərinin birbaşa maliyyələşdirilməsi üçün istifadə edilə bilər. Ehtiyat aktivləri kateqoriyasına aşağıdakı komponentlər daxil edilir: monetar qızıl, xüsusi
xarici
valyutalarda aktivlər və digər tələblər.
AVADANLIQ
– texnoloji ehtiyatda olan, qurulmuş işlək avadanlıqların bir hissəsidir. Ehtiyat avadanlıq işləyən avadanlığın təmiri dövründə, qəzalar və avadanlığın digər plandankənar sıradan çıxmaları zamanı onun əvəz edilməsi üçün nəzərdə tutulur.
Ehtiyat avadanlıq vahidlərinin sayı fəaliyyət göstərən normativlər və ya layihə ilə müəyyən olunur və sənədlər əsasında təsdiq edilir. Đstehsal üçün lazım olmayan avadanlıqlar ehtiyat avadanlığına aid edilmir.
– ehtiyat vasitələrinin həcminin dövriyyə kapitalına nisbətidir.
FONDU – dövriyyəyə buraxılmamış banknot və sikkə ehtiyatlarıdır ki, ölkənin Mərkəzi Bakının sərəncamı üzrə müəyyən səviyyədə yaradılır və saxlanılır. Ehtiyat fondlarına obyektiv tələbat hər bir konkret halda iqtisadiyyatın nağd pula ehtiyacının ödənilməsinin zəruriliyi ilə müəyyənləşdirilir: banknotların köhnəlməsi ilə bağlı pul kütləsinin təzələnməsi; ölkə üzrə pul kütləsinin optimal pul tərkibinin saxlanması; pul nişanlarının daşınması və saxlanmasına xərclərin ixtisara salınması.
– Beynəlxalq Valyuta Fondunda (BVF)
beynəlxalq və
ehtiyat vəsaitlərinin məbləği, onların üzvlərinin paylarına və əlavə kredit sazişləri çərçivəsində Fonda verdikləri istiqrazlarına ekvivalentdir. Hər bir üzvün ehtiyat mövqeyinin ölçüsü mümkün kreditlərin kəmiyyətini və onların verilməsi şərtlərini müəyyənləşdirir.
– BVF ilə üzv-ölkələr arasındakı, bu ölkəyə
BVF-dən müəyyən
məbləğdə və əvvəlcədən məlum olan müddətə valyuta almasına imkan verən sazişdir. Ehtiyat sazişi – bu fondun üzv-ölkəyə Ehtiyat Sazişinin qüvvədə olduğu müddətdə istənilən an əlavə rəsmiləşdirmə olmadan kredit xəttinin açılması haqqında qərarıdır.
BVF-nin rəhbərliyi memorandumu alandan və ya niyyət haqqında Mərkəzi Bankın idarəetmə heyətinin sədri və ya maliyyə naziri tərəfindən imzalanmış ərizədən sonra sazişin bağlanması haqqında qərar qəbul edir. Bu sənəddə daxili iqtisadiyyatın stabilliyi və kreditin qaytarılmaması riskinin aşağı salınması üzrə iqtisadi və maliyyə tədbirlərinin siyahısı əks olunur.
– Mərkəzi (milli, dövlət) Bankın xüsusi hesablarında saxlanılan, kommersiya banklarının və digər kredit-maliyyə idarələrinin ehtiyatlarının bir hissəsidir.
sisteminin maliyyə hesabının göstəricisidir. Kreditor və ya debitorun valyuta vahidində ifadə oluna bilən qeyri-rezidentlərə qarşı maliyyə tələbidir. Ehtiyatlara sahib olma hüququ yalnız Mərkəzi Banka və ya Mərkəzi Hökumətə məxsusdur. Lakin hər maliyyə tələbi ehtiyatlara aid edilə bilməz. Ehtiyatlar - istənilən an təmin oluna bilən, yəni likvidlik dərəcəsi yüksək olan maliyyə tələbləridir.
qərar qəbul edilənədək şirkətdə daimi ehtiyat kimi qalan mənfəətin kəmiyyətidir. Belə qərar ya ehtiyatların miqdarını müəyyən
edən qanunvericiliyə (qanunvericiliklə müəyyən edilən ehtiyatlar) uyğun olaraq qəbul edilə bilər, ya da şirkətin nizamnaməsinin (nizamnamə ehtiyatları) dəyişməsi nəticəsində dəyişə bilər. Đstisna hallarda onlar xüsusi kapitallarının elementlərindən birinin transferinin nəticəsi ola bilər.
– iqtisadiyyatda aktivlərin və passivlərin bütün növlərini əks etdirir və müəyyən tarixə onların uçotunu göstərir.
MAMIŞ ĐSTEHSAL - aşağıdakı məqsədlərlə şirkətin istehsal silsiləsinə daxil edilən bütün mallar və xidmətlərdir: - onlar olduğu kimi və ya emaldan sonra (hazırda və ya gələcəkdə) satıla bilər; - onlar birinci istifadədəcə istehlak oluna bilər. Başa çatdırılmamış istehsal şəklində olan ehtiyatlar fərqləndirilir. Belə ehtiyatlara daxildir: - xammal ehtiyatları: xammal və materiallar; - məmulatlar: aralıq məmulatlar (yarımfabrikatlar), hazır
məmulatlar, qalıq
məhsullar; - əmtəəlik mallar. Ehtiyatlar təsnifata uyğun olaraq bir başa nəzərə alına bilər. Başa çatdırılmamış istehsal – bu, istehsal mərhələsində olan mallardır (və ya xidmətlərdir). 147
Onlar təsnifatlara görə “sair mallar” və ya “digər qruplara aid edilməyən mallar” kimi nəzərə alına bilər.
modellərin parametrlərinin və dəyişən ekzogenin qiymətləri haqqında bu və ya digər fərziyyələrin qiymətləndirilməsi əsasında ekonometrik dəyişən endogen modelinin gələcək
qiymətlərinin qabaqcadan xəbər verilməsidir. EX POST PROQNOZU – ekonometrik modelin parametrlərinin və dəyişən ekzogenin keçmiş
dövr üçün
faktiki qiymətlərinin qiymətləndirilməsi əsasında dəyişən endogenin keçmiş
qiymətlərinin qabaqcadan xəbər verilməsidir. Modelin dəqiqliyinin, etibarlılığının yoxlanması üsullarından biri hesab
edilir, strukturun, dəyişənlərin tərkibinin və parametrlərin qiymətləndirilməsi üsullarının dəqiqləşdirilməsi üçün məlumat verir.
LƏR – kənar obyektlər üçün təbiəti mühafizə fəaliyyətinin həyata keçirilməsi üzrə kommersiya, müqavilə və ya ödənişsiz əsasda müxtəlif təşkilatlar (idarələr) tərəfindən reallaşdırılan tədbirlərdir. Statistikada ekologiya xarakterli xidmətlər təbiəti mühafizə fəaliyyəti növlərinin xüsusi təsnifatı əsasında tənzimlənir.
ÇĐRKLƏNMƏNĐN TEX- NOLOJĐ AZALMASI ĐLƏ BAĞLI AVA- DANLIQLARA VƏ QURĞULARA, TĐKĐ- LĐLƏRƏ ĐNVESTĐSĐYALAR – ekoloji təmiz texnologiya ətraf mühitin
çirklənməsinin azaldılması məqsədilə işlənmiş və tətbiq edilmiş konkret proseslər, texniki vasitələr, qurğular, avadanlıqlar şəklində ifadə oluna bilər. Son mərhələdə zəhərli maddələrin və tullantıların tutulması, təmizlənməsi, zərərsizləşdirilməsi və ləğv edilməsini həyata keçirən avadanlıqlara (qurğulara, tikililərə) investisiyalardan fərqli olaraq, ekoloji elementlər birbaşa istehsal prosesinə daxil edilir. Ətraf mühitin mühafizəsi üzrə avadanlıqlara belə investisiya, avadanlıqlara inteqrasiya nəticəsində əsas kapitala əlavə xərclərdən ibarətdir. Əgər ətraf mühitin müdafiəsi üçün nəzərdə tutulmuş avadanlıqlar istehsal prosesinin ayrıca
hissəsi kimi
müəyyənləşdirilmirsə (tanınmırsa), onda xərclər ətraf mühitin qorunması üzrə normalara uyğun gəlməyən, avadanlıqların (və ya
onların hissələrinin) sərəncamda olan
alternativ variantlarının müqayisəsi yolu ilə fərqləndirilə bilər.
– təsərrüfat və digər
fəaliyyətin cəmiyyət üçün ekoloji
təhlükəsizliyinə uyğunluğunu yoxlamaq məqsədilə keçirilən ekspertizadır (dövlət və ictimai). Dövlət ekoloji ekspertizası ətraf təbii
tədbirlər dövlət və ya yerli təyinatlı obyektlərdə qüvvədə olan
qanunvericiliklə tənzimlənir. Nəticələrin elmi və qanuni əsaslandırılmasında, təşkilində və nəticələrin elan edilməsində idarə üst təşkilatlardan asılı olmadan, cəmiyyətin iştirakı prinsipləri ilə həyata keçirilir. Layihə və proqramların maliyyələşdirilməsi və həyata
keçirilməsi yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi olduqda mümkündür. Đctimai ekoloji ekspertiza elmi kollektivlər, ictimai birliklər tərəfindən onların təşəbbüsü ilə keçirilir və onun nəticələri müvafiq dövlət ekoloji ekspertiza təşkilatlarının təsdiqindən sonra hüquqi cəhətdən əsaslandırılmış olur.
– təbiətin qorunması məsələlərinin həlli, itkilərin bərpa edilməsi, vurulan ziyanın kompensasiya edilməsi və s. təxirəsalınmaz işlər üçün yaradılmış qeyri-büdcə fondlarıdır. Dövlət, ölkə, respublika və yerli fondlar
ekoloji fondun
vahid qeyri-büdcə sistemini təşkil edir. Fondlar – ətraf təbii mühitə atılan və tökülən zərərli maddələrə, tullantıların və çirklənmənin digər növlərinin yerləşdirilməsinə görə müəssisə, idarə, təşkilatlardan, həmçinin xarici hüquqi və fiziki şəxslərdən ödəniş formasında daxil olan vəsaitlər hesabına yaradılır. Buraya həm də təbiətin qorunması haqqında iddialar (tələblər) üzrə məbləğlər daxildir: cərimələr; qaçaqmalçılardan müsadirə edilən təchizat və məhsulların satışından əldə olunan vəsaitlər; əmanətlərə, bank depozitlərinə, fondun öz vəsaitlərindən müəssisənin iş fəaliyyətində istifadəsinə görə faizlər, daxil olan xarici valyutalar və s. Ekoloji fondda olan vəsaitlər xüsusi bank hesablarına köçürülür və yerli, ölkə və dövlət ekoloji fondlar arasında müəyyən faiz nisbətində paylanır. Ekoloji fonddan vəsaitlər - sağlamlaşdırma və ətraf təbii mühitin qorunması üzrə tədbir və proqramların həyata keçirilməsinə, təbii
ehtiyatların təkrar
istehsalına, elmi
axtarışlara, ekoloji
təmiz texnologiyaların tətbiqinə, təmizləyici qurğuların tikintisinə, 148
zərərin ödənilməsi üçün kompensasiyaların ödənişinə və s. xərclənir.
– texnoloji pozuntular: zərərli maddələrin axması, tökülməsi, yayılması, tullanması və onların ətraf təbii mühitə düşməklə atılmasıdır. Statistikada ekoloji qəzaların sayı, onların növləri və təsir sahələri üzrə, həmçinin dəymiş və əvəzi ödənilmiş zərərlər, inzibati tədbirlər və digər hallar nəzərə alınır.
- ətraf təbii mühitin vəziyyətinə yoxlama və nəzarət sistemidir, ətraf təbii mühitin vəziyyətinə müşahidə dövlət xidməti, həmçinin dövlət, ictimai və istehsalat nəzarətçiləri tərəfindən həyata keçirilir. Ekoloji nəzarət: ətraf təbii mühitin nəzarəti və onun təsərrüfat və digər fəaliyyət təsiri altında dəyişməsinin müşahidəsidir; təbiətin qorunması üzrə plan və tədbirlərin yerinə yetirilməsinin, təbii ehtiyatların səmərəli istifadəsinin, təbiətin qorunması qanunvericiliyinin və ətraf təbii mühitin keyfiyyət normativləri tələblərinə riayət edilməsinin yoxlanmasıdır. Dövlət ekoloji nəzarəti ölkə və yerli səviyyəli yuxarı qanunvericilik və icra hakimiyyəti orqanları ilə, həmçinin təbiətin qorunması, sanitar-epidemioloji nəzarət sahəsindəki xüsusi təyinatlı dövlət orqanlarına uyğun olaraq həyata keçirilir.
ekoloji
nəzarəti müəssisələrin, idarələrin, təşkilatların ekoloji xidməti ilə həyata keçirilir. Məsələn - təbiətin qorunması üzrə plan və tədbirlərin yerinə yetirilməsini, təbii ehtiyatların səmərəli istifadəsini, ətraf mühitin sağlamlaşdırılmasını, ətraf təbii mühitin keyfiyyət normativlərinə riayət edilməsini, təbiətin qorunması haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlaması. Đctimai ekoloji nəzarət ictimai birliklər, həmkarlar ittifaqları, əmək kollektivləri və vətəndaşlarla həyata keçirilir.
– insanın onu əhatə edən
təbii mühitə
təsirinin elmi
əsaslandırılmış və qanunvericiliklə müəyyən edilmiş kəmiyyətləridir. Ətraf mühitin keyfiyyət normativlərinin məzmununa ümumi tələblər belədir: əhalinin ekoloji təhlükəsizliyi; həm canlı təbiətin, həm insanın özünün genetik fondunun saxlanılması; təbiətdən səmərəli istifadənin, əhalinin normal
təkrar istehsalının təmin olunması. Normativlərin məqsədi – cəmiyyətin inkişafında iqtisadi və ekoloji maraqların təmin olunmasıdır. Bu məqsədlərdən asılı olaraq, ekoloji normativlər cəmiyyətin həll etdiyi məsələlərdən çıxış edərək, dəyişə bilər. Ekoloji normativlər təhlükə həddi əsasında – insanın sağlamlığı üçün ətraf mühitdə zərərli qarışığın səviyyəsi ilə müəyyən edilir; sosial- iqtisadi şəraitdən asılı olaraq, ölkə hökuməti tərəfindən verilmiş vaxt dövrünə təyin edilir; qanun qüvvəsinə malikdir. Ümumdünya Səhiyyə Təşkilatı ətraf mühitin vəziyyətinin gigiyenik meyarlarını hazırlamış, bu da onun keyfiyyət standartlarını dəqiqləşdirməyə imkan vermişdir. Bir çox ölkələrdə müəyyən texnologiyalar, stasionar və səyyar çirklənmə mənbələri üçün təyin edilmiş ayrı-ayrı çirkləndirici maddələrin tullantılarının ekoloji normativləri geniş tətbiq olunur. Çox vaxt fəaliyyətdə olan və yeni işə salınan güclər üçün standartlar ayrılır.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling