Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- DOLAYI VERGĐLƏR
- DOMEN
- DOMNA SOBASININ FAYDALI HƏC- MĐNDƏN ĐSTĐFADƏ ƏMSALI
- DOTASĐYA - (xərclərini ödəmək üçün idarələrə, müəssisələrə və ya təşkilatlara dövlət tərəfindən verilən yardım - pul)
- DOU JONS ĐNDEKSĐ
- DÖLÜN ÖLÜMÜ
- DÖVLƏT BORCU
- DÖVLƏT BÖLMƏSĐ (SEKTORU)
- DÖVLƏT BÜDCƏSĐ
- DÖVLƏT BÜDCƏSĐ KƏSĐRĐNĐN MA- LĐYYƏLƏŞDĐRĐLMƏSĐ
- DÖVLƏT BÜDCƏSĐNĐN KƏSĐRĐ
- DÖVLƏT ELMĐ MƏRKƏZĐ
- DÖVLƏT FUNKSĐYALARININ OPTĐ- MALLAŞDIRILMASI
- DÖVLƏT ĐDARƏETMƏSĐNĐN REGĐO- NAL ORQANLARI
DOLAYI XƏRCLƏR
– “dərhal” bölüşdürülməsi mümkün olmayan xərclərdir. Onlar verilmiş məhsulun dəyərinə daxil edilməzdən əvvəl aralıq
hesablamaların aparılmasını tələb edir.
qiymət
və ya tariflərinə əlavədir. Malın mülkiyyətçisi və ya xidmət göstərən şəxs verginin ödəyicisi sayılmır. Belə ki, sonda onun ödəyicisi bu mal və xidməti onun maya dəyərindən artıq olan qiymətə alan istehlakçı olur. Nəzəri cəhətdən birbaşa vergidən qaçmaq olmaz, dolayı vergidən isə mal və xidmətin alınmasından imtina etməklə qaçmaq olar.
– internet şəbəkəsində domen adlar fəzasının sahəsidir. Domen ad dedikdə, domenin simvolik adı nəzərdə tutulur. Domen ad bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil
olunur və
internetdə yerləşdirilmiş hər hansı veb-saytın ünvanını göstərir. Domen - sadə dildə desək, saytın ünvanıdır, məsələn, www.microsoft.com . Domenlər birinci, ikinci və üçüncü səviyyəli olurlar. Birinci səviyyəli domen bir vahiddən ibarətdir - www.com. Đkinci səviyyəli domenə isə www.sayt.com növlü ünvanlar daxildir, məsələn, www.microsoft.com
Üçüncü səviyyəli domenə isə
www.sayt.hostinq.com növlü ünvanlar daxildir. Saytların rəqəm şəklində verilmiş ĐP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan, DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adlar ilə əvəz olunur. Beləliklə, domen ad – istənilən Đnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır.
metallurgiyada texniki-iqtisadi göstəricidir. Sobanın nominal metr-sutkalıq işinin əridilmiş çuqunun miqdarına bölünməsi ilə müəyyən edilir. Nominal metr-sutkaların kəmiyyəti domna
sobasının faydalı həcminin m 3 -lə nominal sutkaya (sobanın təqvim vaxt fondu minus onun soyuq boş dayanmaları) vurulması ilə müəyyən edilir. Domna sobasının faydalı həcmindən istifadə əmsalı nə qədər kiçik olursa, domna sobasından bir o qədər yaxşı istifadə edilir.
- (xərclərini ödəmək üçün idarələrə, müəssisələrə və ya təşkilatlara dövlət tərəfindən verilən yardım - pul) – əgər məhsulun istehsalına və satışına çəkdikləri xərcləri əldə edilən gəlir ödəmirsə, geri qaytarılmamaq şərti ilə, dövlət hakimiyyəti və idarəetmə orqanları tərəfindən itkilərini tam və ya qismən ödəmək üçün fiziki və hüquqi şəxslərə, həmçinin əhalinin ayrı-ayrı qruplarına verilən pul vəsaitidir. Dotasiya büdcə və müəssisənin öz ehtiyatları (öz işçilərinə verilən dotasiya) hesabına verilir. Qeyri-səmərəli fəaliyyətli müəssisələrə dotasiyaların verilməsindən imtina edilməsi nəticəsində dotasiyaların həcmi tədricən azalır. Dotasiya əsasən bir sıra fəaliyyət növlərinə (kənd 133
təsərrüfatı) və əhalinin sosial cəhətdən müdafiə olunmayan qrupuna kömək kimi verilir.
və
etibarlı şirkətlərinin səhmlərinin orta
qiymətinin gündəlik hesablanan indeksidir. Qiymətlər Nyu-York fond birjasının bağlanma anındakı qiymətlərə uyğun olur. Hesablama üçün baza 1920-ci il hesab edilir. Dou Jons indeksinin dinamikası ümumilikdə ABŞ-ın nominal ümumi milli məhsulunun dinamikasını əks etdirir.
ÖLÜMÜ – hamiləliyin 9-cu həftəsindən başlayaraq, doğum anınadək insan orqanizminin tələf olmasıdır. Döllərin ölüm göstəricisi faizlə ifadə olunur və aşağıdakı düsturla hesablanır: hamiləliyin 28 həftəsinədək biixtiyar uşaqsalmaların sayı bölünsün biixtiyar uşaqsalmaların sayı + ölü doğulanların sayı + diri doğulanların sayı, vurulsun 100. Hamiləliyin ilk 27 həftəsi ərzində döl yaşamağa az qabil hesab olduqda, həyat əlamətləri olmayan ölü dölün
ananın orqanizmindən tamam qovulması və ya çıxarılması uşaqsalma, yaxud biixtiyar abort, hamiləliyin 28 həftəsindən sonra isə – ölü doğulmuş adlanır. Döllənmədən embrionun bətndaxili inkişaf
prosesi orta hesabla 280 sutka (10 mehtab ayı) davam edir və üç dövrə bölünür: ilkin (1-ci inkişaf həftəsi), embrion (2–8 inkişaf həftəsi) və döl (9-cu həftədən hamiləliyin başa çatmasınadək). Erkən dölün ölümü (9–21 həftə), orta (22–27 həftə) və gec (28 həftə və daha gec) hamiləlik müddətləri fərqləndirilir. Hamiləliyin ən erkən müddətlərində (12 həftəyədək) uşaqsalma nəticəsində hər nəslin itkiləri ən yüksəkdir. Sonra onlar tədricən aşağı düşür.
Hamiləliyin erkən,
orta və
gec müddətlərində dölün ölümünün nisbəti təxmini 15:3:1-ə bərabərdir. Lakin, hamiləliyin erkən müddətlərində embrionların və döllərin məhv olunması hallarının uçotu və bunun tamamilə dürüst statistikasının aparılması çətindir. Həyat tsiklinin müxtəlif mərhələlərində nəslin döllənmiş insan ömrünün
ölümü bütöv
qabiliyyətinin vacib xarakteristikalarından biridir. Ətraf mühitin müxtəlif zəhərli amilləri, valideynlərin irsi və əldə edilmiş xəstəlikləri döllənmiş ömürlərin təxminən 5 1
məhvinə, dönməz patologiyaya gətirib çıxarır. Onlarda 12–15% biixtiyar abortlar, 1–2% ölü doğumlar, 4–8%
– irsi
xəstəliklərlə və
eybəcərliklərlə olan uşaqlar təşkil edir. Onların çoxu doğulduqdan sonra müxtəlif müddətlərdə ölür, yaxud uşaqlıqdan əlil olur.
– 1919-cu il mart ayının 7- də
Azərbaycan Demokratik Respublikası Hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankının (Mərkəzi Bankın) təşkil edilməsi təklifi bəyənilmiş və onun nizamnaməsinin hazırlanması Maliyyə Nazirliyinə tapşırılmışdır. 16.09.1919-cu ildə ölkə parlamenti Maliyyə Nazirliyinin kredit şöbəsi tərəfindən hazırlanmış Azərbaycan Dövlət Bankının Nizamnaməsini təsdiq etmişdir. 1919-cu il sentyabrın 30-da isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı olmuş və həmin gündən etibarən fəaliyyətə başlamışdır. 1919-cu il noyabr ayının 9-da Dövlət Bankının Gəncə bölməsi, sonralar isə
digər regionlarda bölmələri açılmışdır. Azərbaycan Dövlət Bankının əsas məqsədi pul dövriyyəsini asanlaşdırmaq, ticarət, sənaye və kənd təsərrüfatı sahələrinə yardım etmək, habelə pul sistemini möhkəmlətməkdən ibarət olan hökumət idarəsi idi. Pul nişanlarının emissiyası səlahiyyətləri də Dövlət Bankına mənsub idi. Müstəqillik qazanıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli fərmanı ilə Dövlət Bankının, keçmiş SSRĐ Sənaye-Tikinti Bankının, SSRĐ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazasında Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. 1992-ci
il dekabrın 1-də Azərbaycan Respublikasının Milli
Məclisi "Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir. 1992-ci il
avqustun 7-də
"Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yanaşı, "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Qanun da qəbul olunmuşdur.
1996-cı il iyunun 10-da qanun yeni redaksiyada qəbul edilmişdir. Yeni bank
qanunları respublikanın bank sisteminin qabaqcıl dünya bank təcrübəsinə yiyələnməsində və etibarlı kredit təşkilatlarının yaradılmasına imkan yaratdı. 18 mart
2009-cu il
tarixində keçirilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Referendumunun yekunlarına uyğun olaraq, Milli Bank Mərkəzi Bank adlandırılmışdır.
– daxili və xarici dövlət borcundan ibarət olmaqla, ölkənin təxirəsalınmaz sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin maliyyələşdirilməsi üçün qəbul edilən, ölkə hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Azərbaycanda dövlət borcunun mütləq və nisbi həddini Milli Məclis qarşıdakı maliyyə ilinin büdcəsi ilə eyni vaxtda 134
təsdiq edir.
Dövlət borcuna
hökumətin sərəncamında olan bütün aktivlərlə təminat verilir. Dövlət borcu aşağıdakı formalarda ola bilər: hökumətin aldığı kreditlər, hökumətin adından buraxılan qiymətli kağızlar şəklində olan dövlət istiqrazları və hökumətin təminat verdiyi digər borc öhdəlikləri. Dövlət borcu ötən illərdən qalan və yeni yaranan borcdan ibarətdir. Dövlət borcu qısamüddətli, ortamüddətli və uzunmüddətli borc öhdəlikləri şəklində ola bilər.
– (I) – iqtisadiyyatın dövlət orqanları tərəfindən idarə edilən və dövlət mülkiyyətində olan hissəsidir;
kompleksidir. Müəssisənin bölgüsü Mülkiyyət Növləri Təsnifatı əsasında həyata keçirilir.
müvafiq
icra hakimiyyəti orqanları vasitəsi ilə dövlətə məxsus funksiyaların yerinə yetirilməsini təmin etmək üçün lazım olan pul vəsaitinin qanunla müəyyən olunmuş qaydada yığılması və xərclənməsi sistemidir. Dövlət büdcəsinin gəlirləri ümumdövlət vergiləri, rüsumlar və məcburi ödənişlər hesabına (muxtar respublikanın və yerli büdcəyə daxil olan hissə çıxılmaqla) yaranır. Dövlət büdcəsinin xərcləri aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir: ümumdövlət sosial proqramlarının maliyyələşdirilməsi; sosial və iqtisadi infrastrukturların maliyyələşdirilməsi (buraya hərbi xərclər, hüquq-mühafizə, dövlət hakimiyyəti və idarəetmə orqanlarının saxlanmasına çəkilən xərclər
daxildir); dövlətdaxili vəzifələrin yerinə
yetirilməsinə çəkilən xərclər; xarici iqtisadi fəaliyyətə çəkilən xərclər; elmin maliyyələşdirilməsinə çəkilən xərclər və s. Büdcə ili yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövrdür. Dövlət
olmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsilə ünvanlı istifadəsini təmin edən icra mexanizmidir. Azərbaycanda büdcə təsnifatı dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi və digər prinsiplər əsasında qruplaşdırılmasıdır.
LĐYYƏLƏŞDĐRĐLMƏSĐ – kəsiri ödəmək üçün borc vəsaitlərinin mənbə kimi dövlət tərəfindən cəlb edilməsidir. Maliyyələşmə formaları bunlardır: dövlət
öhdəliklərinin buraxılışı və yerləşdirilməsi; ölkənin mərkəzi bankından, digər banklardan və beynəlxalq maliyyə təşkilatlarından alınan borclar; dövlət hakimiyyətinin digər səviyyələrindən və ya dövlət qeyri-büdcə fondlarından və xarici dövlətlərdən alınan borclar. Maliyyələşdirmə formalarına həm də büdcə hesablarındakı vəsait qalıqlarının dəyişməsi və
dövlətin Maliyyə
Nazirliyi tərəfindən idarə olunan qızıl-valyuta ehtiyatlarının dəyişməsi daxildir.
– dövlət büdcəsinin xərclər hissəsinin gəlir hissəsindən artıq olmasıdır. Dövlət büdcəsinin kəsirləri dövlət öhdəliklərinin buraxılması və əhali və müəssisələr arasında yerləşdirilməsi ilə tənzimlənir.
sərvətlər ehtiyatıdır. Bu sərvətlər dövlətin səfərbəredici ehtiyatlarının, fövqəladə halların nəticələrinin ləğvində birinci növbəli işlərin təmin edilməsini; sənayenin və təsərrüfatın müxtəlif sahələrinə, idarə, müəssisə və təşkilatlara dövlət yardımı göstərilməsini; daxili bazarda tələblə təklif arasında disporsiyanın yarandığı halda xammalın mühüm növləri ilə yanacaq-enerji ehtiyatları ilə təchizatın müvəqqəti pozulması zamanı iqtisadiyyatı sabitləşdirmək məqsədilə dövlət tərəfindən kömək edilməsini; humanitar yardım göstərilməsini və bazara tənzimedici təsir edilməsini nəzərdə tutur.
eksperimental avadanlıqlarına və yüksək ixtisaslı kadrlara, beynəlxalq aləmdə tanınmış elmi- tədqiqatların nəticələrinə malik olan ayrı-ayrı elmi təşkilatlara, müəssisələrə, ali təhsil müəssisələrinə hökumətin qərarı ilə verilən statusdur. Belə təşkilatlara dövlət əhəmiyyətli obyektlər kimi baxılır və onların fəaliyyəti xüsusi formalarla kompleks dövlət təminatında olur. Təşkilata Dövlət Elmi Mərkəzi statusu verilməsi onun təşkilati-hüquqi formasında dəyişikliklərə səbəb olmur. Dövlət Elmi Mərkəzinin fəaliyyəti müvafiq qaydada təsdiq edilmiş işlər proqramına uyğun olaraq həyata keçirilir. Dövlət Elmi Mərkəzinin fəaliyyətinin statistik müşahidəsi elmin büdcə maliyyələşdirilməsi statistikası çərçivəsində həyata keçirilir (“Elm və
Mərkəzinin proqramlarının maliyyələşdirmə həcmini, həmçinin elmin sahələrini, işləri (“Elmi
məqsədlər üzrə xərclərin növünü (“Elmi tədqiqat və işləmələrə ayrılan xərclər”ə bax), habelə elmi tədqiqat və işləmələrlə məşğul olan heyətin sayı və tərkibini əhatə edir.
135
DÖVLƏT FUNKSĐYALARININ OPTĐ- MALLAŞDIRILMASI – özündə ictimai prioritetlərin təminatını, ilk növbədə insan potensialının inkişafı nöqteyi-nəzərindən onların məqsədəuyğunluğunun təhlilini nəzərdə tutur. Praktiki olaraq, istənilən müdiriyyətin funksiyalarının real yığımı, bir qayda olaraq, optimallıqdan kənarda qalır. Adətən, əvvəlki struktur quruluşundan irsi olaraq qalan elə əhəmiyyətli sayda dövlət vəzifələri var ki, dövlətin, iqtisadiyyatın və cəmiyyətin indiki inkişafı əvvəllər vacib sayılan bu vəzifələrin lazımsızlığını labüd edir. Lakin bürokrat idarəçilər öz səlahiyyətlərini qoruyub saxlamaq və genişləndirmək məqsədilə, nəinki
lazımsız vəzifələri ləğv edir, hətta oxşar vəzifələrin meydana çıxmasına şərait yaradırlar. Bu, bir tərəfdən müdiriyyət arasında narazılığa, konfliktə gətirib çıxarır, eyni zamanda müəyyən edilmiş məqsədlərə çatmaq ehtimalını çətinləşdirir. Digər tərəfdən isə, səmərəsiz və özünü doğrultmayan nəticələr birbaşa və dolayı məsrəflərə gətirib çıxarır. Bu vəziyyəti nəzərə alaraq, dövri olaraq dövlət tərəfindən nəzarət həyata keçirilməli, aktuallaşdırılması labüd olan lazımsız və oxşar dövlət vəzifələrinin ixtisar edilməsi təklifi irəli sürülməli və bu vəzifələrin dövlət səviyyəsində bölüşdürülməsi variantına baxılmalıdır. Bu prosesə insan inkişafını nəzərə alan vətəndaş cəmiyyəti təşkilatlarının cəlb olunması daha vacibdir. Vəzifələrin paylaşdırılmasını təhlil etdikdə nəzərə almaq lazımdır ki, vətəndaş cəmiyyəti təşkilatları müəyyən dövlət vəzifələrini öz üzərilərinə götürə bilərlər. Özünü tənzimləmə sisteminin inkişafı nəinki iqtisadi sahələrdə, insan inkişafı ilə bağlı olan digər sahələrdə, təhsildə, səhiyyədə və mədəniyyət sahəsində də mümkündür.
– ümumi qanunvericilik qaydalarına uyğun olaraq, idarə edilməsi həyata keçirilən ictimai-faydalı fəaliyyət növüdür. Dövlət hakimiyyəti dövlət sferasında əhaliyə xidmətin təşkilinə cavabdeh hesab edilir, lakin onun tərəfindən göstərilən xidmətlərin xarakterindən (bazar və ya qeyri-bazar) asılı olaraq, xidmətlər inzibati idarələr, dövlət müəssisələri, şəxsi müəssisə və firmalar tərəfindən də göstərilə bilər. DÖVLƏT ĐDARƏETMƏ BÖLMƏSĐ (SEKTORU) – qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının, sosial təminat fondlarının və onların nəzarət etdikləri qeyri- kommersiya təşkilatlarının məcmusudur.
Dövlət idarəetmə bölməsinin əsas funksiyaları - cəmiyyətə və ya ev təsərrüfatlarına əmtəələrin çatdırılmasının və xidmət göstərilməsinin təşkil edilməsi və bu xidməti vergiqoyma vəsaitlərindən və ya digər gəlirlərdən maliyyələşdirməkdən; transferlər yolu ilə gəlir və maddi nemətlərin yenidən bölüşdürülməsindən; qeyri-bazar xidmətlərinin istehsalından ibarətdir. Dövlət idarələri bölməsinə mərkəzi və yerli səviyyələr daxildir. DÖVLƏT ĐDARƏETMƏ ORQANLARI BÖLMƏSĐ - aşağıdakı institusional rezident vahidlər qruplarından ibarətdir: a) mərkəzi, regional və yerli səviyyələrdə idarəetmə orqanlarının bütün vahidlərindən; b) hər bir idarəetmə səviyyəsində bütün dövlət sosial təminat fondlarından; c) dövlət vahidləri tərəfindən nəzarət edilən və əsasən maliyyələşdirilən bütün qeyri-kommersiya təşkilatlarından. Hətta
bütün səhmləri dövlət vahidlərinin mülkiyyəti olan
dövlət korporasiyaları bu bölməyə daxil edilmir. Bura həmçinin dövlət vahidlərinin mülkiyyətində olan
və onun
tərəfindən nəzarət olunan kvazikorporasiyalar da daxil
edilmir. Lakin
dövlət vahidlərinin mülkiyyətində olan və kvazikorporasiya hesab olunmayan qeyri-korporativ müəssisələr bu vahidlərin ayrılmaz bir hissəsidir və buna görə də dövlət idarəetmə orqanları bölməsinə daxil edilməlidir. DÖVLƏT ĐDARƏETMƏ ORQANLARI- NIN APARATI – qanunvericilik, icraedici, məhkəmə hakimiyyəti orqanlarında və digər dövlət orqanları sistemlərinin aparatında məşğul olan işçilərin məcmusudur. Azərbaycanda dövlət idarəetmə orqanlarının aparatının tərkibinə aşağıdakılar daxildir: mərkəzi və yerli orqanların aparatı.
regional orqanlarının alt
bölmələri ayrıca
institusional vahidlər hesab edilən idarəetmənin dövlət orqanlarından və dövlət idarələri tərəfindən nəzarət olunan və əsasən onlar tərəfindən maliyyələşdirilən qeyri-kommersiya təşkilatlarından ibarətdir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling