Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- DƏYĐŞƏN TƏRKĐBLĐ ĐNDEKS
- DƏYĐŞƏNLƏRĐN STANDARTLAŞDI- RILMASI
- DĐALOQ REJĐMĐ
- Artım sürəti .
- Nisbi artım .
- DĐNAMĐKA SIRALARININ TƏSHĐHĐ METODLARI
- Sürüşkən orta kəmiyyət metodu
- Eksponensial düzəltmə metodu
DƏYĐŞƏN - proqramlaşdırma dilində mürəkkəb informasiya obyektidir. Dəyişən, verilmiş sadə element, ya da strukturlaşdırılmış obyektdən ibarətdir.
– istehsalına uzun müddət tələb olunan məhsula qoyulan qiymətdir. Belə qiymətlər həmin məhsulun hazırlanması dövründə olan istehsalat xərclərinin (mal-material, yanacaq
və s.)
dəyişməsini nəzərə
alan dəyişkənlik prinsipi əsasında hesablanır. Məsələn, gəmi tikintisi, iri tikinti
komplekslərinin hazırlanması və s.
– müxtəlif amillərin müqayisədə birgə təmsilçiliyini əks etdirən indekslər orta səviyyə indeksi və yaxud dəyişən tərkibli indeks adlanır. Dəyişən tərkibli indeks
indeksləşdirilən kəmiyyətin təsirini xarakterizə edən sabit tərkibli indeksə və quruluşun dəyişilməsi təsirini xarakterizə edən quruluş dəyişilməsi indeksinə ayrılır. Sabit tərkibli indekslər isə ancaq bir amilin - indeksləşdirilən göstəricinin dəyişilməsini xarakterizə edir. Bu məqsədlə göstəricinin quruluşu sabit götürülür. Quruluş dəyişilməsi indeksində indeksləşdirilən göstərici sabit qalır və əsas dövrün səviyyəsində ifadə olunur və dəyişən hadisənin quruluşu olur.
STANDARTLAŞDI- RILMASI – µ riyazi gözləməsi olan və σ orta kvadrat
kənarlaşması olan
x təsadüfi kəmiyyətindən standartlaşdırılan, ya da
normalaşdırılmış dəyişən
adlanan t= σ µ −
köməkçi kəmiyyətinə keçiddir. Dəyişənlərin standartlaşdırılması hesablamalarda statistik cədvəllərdən istifadə olunmasına imkan verir ki, bu da statistik məlumatların işlənməsini və bir çox məsələlərin həllini əhəmiyyətli dərəcədə asanlaşdırır.
interaktiv qarşılıqlı əlaqəsidir; məlumatların ikitərəfli mübadiləsi xüsusi dil və terminalın köməyi ilə yerinə yetirilir. Dialoq rejimindən ən çox hesablama sistemində
sorğuların təşkilində, proqramların hazırlanmasında və
məlumatların təshih
edilməsində, təlim proseslərində, konstruktor işlərində və s. işlərdə istifadə edilir.
– ölümün demoqrafik təhlilində istiqamətdir, ayrı-ayrı demoqrafik və sosial-iqtisadi qrupların ölüm səviyyələrindəki fərqlərin öyrənilməsinə əsaslanır. Diferensial ölümün təhlili həm bütün yaş qrupları, həm də ayrıca kontingentlər (əmək qabiliyyətli yaşda olan əhali, yaşlılar, uşaqlar) üzrə aparılır. Diferensial ölümün təhlilinə formal olaraq şəhər və kənd əhalisinin ölümündəki cins-yaş fərqlərinin öyrənilməsi də aid edilir. Lakin demoqrafik təhlil praktikasında çox vaxt diferensial ölümün irqi və etnik mənşəyindən, dinindən, sosial statusundan, gəlirlərin səviyyəsindən, məşğuliyyətindən (peşə
uşaqların sayından və s. asılı olaraq ölümdəki fərqləri də aid edirlər. Nəzərdə tutulur ki,
122
ölümdəki fərqlər sosial qrupların həyat tərzi və səviyyəsi xüsusiyyətlərini, həmçinin gigiyenik normalardakı fərqləri, sağlamlığının qorunmasına, həyat və ölüm problemlərinə münasibəti və s. əks etdirir. Diferensial ölümün təhlilinin əsasını ölüm əmsalları təşkil edir. Onların hesablanması üçün əhalinin baxılan dövrdə tədqiq olunan hər yarımqrupu üzrə ölənlərin və yaşayanların (dövrün ortalarına) sayı haqqında məlumatlara malik olmaq lazımdır. Bu saylardan heç olmasa biri yaş (birillik, 5 yaxud 10 illik) qrupu üzrə bölüşdürülməlidir, çünki əhalinin yaş strukturu nəzərə alınmadan hesablanmış göstəricilər real vəziyyəti əks etdirmir. Əgər hər iki say yaşlar üzrə bölüşdürülübsə, onda ölümün yaş əmsalları, lazım gəldikdə isə ölüm cədvəlləri, yaxud düz metodla standartlaşdırılmış ölüm əmsalları hesablanır. Əgər yaşayanlar haqqında məlumatlar yaş üzrə bölüşdürülübsə, onda dolayı
metodla standartlaşdırılmış ölüm əmsallarından, əgər ölənlər haqqında məlumatlardırsa – əks metodla standartlaşdırılmış ölüm əmsallarından istifadə olunur. Əhali yarımqrupları üzrə yaşayanlar və ölənlərin sayı haqqında uyğunlaşan məlumatlar almaq üçün statistika praktikasında bir neçə yanaşmalar mövcuddur. Birinci
yanaşma əhalinin siyahıyaalınması və ölüm haqqında məlumatların cari uçotu proqramlarına identik sualların daxil edilməsinə əsaslanır. Bu, yaşayanlar və ölənlər haqqında məlumatların tam müqayisə edilməsinə zəmanət vermir. Çünki ölənin qohumlarından alınan məlumatlar siyahıyaalma zamanı alınan cavablardan fərqlənə bilər. Đkinci yanaşma siyahıyaalmadan sonra gələn illərdə ölənlər haqqında məlumatlardan istifadəni nəzərdə tutur. Ölənlərin sosial-demoqrafik xarakteristikaları haqqında fərdi məlumatların siyahıyaalma zamanı onun haqqında alınan məlumatla birləşdirilməsi yolu ilə müəyyən edilir. Dövrün ortalarına ölənlərin sayı hesablama yolu ilə müəyyən edilir. Bu cür alınan məlumatlar daha dəqiqdir, lakin siyahıyaalma materiallarında hər bir ölən haqda məlumatın axtarışı zamanı zəhmət tələb edən işdir. Üçüncü yanaşma əhali registrində ölənlər haqqında olan statistik informasiyanın tətbiqi ilə bağlıdır. Bütün sadalanmış hallarda yaşayanlar və ölənlərin sayı haqqında məlumatlar identik proqram
üzrə fərdi
məlumatların işlənib
hazırlanması yolu ilə alınır. Dördüncü yanaşma fərdə həmin yaşayış yeri üçün (siyahı sahəsi, şəhər məhəlləsi, yaxud yaşayış məntəqəsi) səciyyəvi (tipik) olan
sosial-demoqrafik xarakteristikaların verilməsinə əsaslanır. Belə yanaşma ölümün sosial fərqləndirmə səviyyəsi haqda yalnız qismən danışmağa imkan verir. Ömrünün birinci ilində diferensial ölümün təhlili hər qrup üçün körpə yaşda ölüm əmsallarının hesablanmasına əsaslanır. Bunun üçün müvafiq dövr üzrə əhalinin müəyyən yarımqrupları üçün doğulanların və
ölənlərin sayı
haqqında məlumatlar, ömrünün birinci ilində doğum və ölümlərin qeydə alınması zamanı valideynlər haqqında identik məlumatlar olmalıdır. Demoqrafiyada geniş yayılmış nəzər nöqtəsinə görə, ayrı-ayrı demoqrafik və sosial-iqtisadi qrupların ölüm səviyyələrində fərqlər tarixin bütün mərhələlərində mövcud olmuşdur. Onlar demoqrafik keçidin başlanması ilə xeyli artmışdır. Çünki ölüm səviyyəsinə nəzarət vasitələri və metodları əhalinin ayrı-ayrı qrupları üçün qeyri- bərabər dərəcədə əlçatan idi. Diferensial ölümün təhlilinin ilk cəhdləri italyan həkimi B.Ramassininin adı ilə bağlıdır. O, peşə xəstəliyini öyrənmiş və peşə ilə ölüm səviyyəsi arasındakı əlaqəni aşkar etmişdir. Ölümün sosial fərqlənməsinin öyrənilməsi elmi tədqiqatların vacib məsələlərindən biri kimi qalmaqdadır, çünki
ölümün azalması bu demoqrafik prosesə ayrı-ayrı sosial-iqtisadi amillərin təsirinin neqativ nəticələrini aradan götürmədən mümkün deyildir.
mühasibatlıq məsrəfləri, məsləhət xidmətləri, dəftərxana malları, işçi heyətin toplanması, sığorta ödəmələri, kollektiv nəqliyyat, bank xidmətləri (faizlərin ödənilməsi də daxil olmaqla), poçt və rabitə (telefon, teleks) məsrəflərini birləşdirir. Bu göstərici “Mal və xidmətlərin alınması” göstəricisinin bir hissəsi hesab edilir. Topdansatış ticarət və yenidən satışa münasibətdə “Mal və xidmətlərin alınması” göstəricisinin digər hissəsini “Alındığı vəziyyətdə yenidən satılma üçün əmtəə və xidmətlərin alınması”, “Bina və avadanlıqların istismarı ilə əlaqədar istehsal xərcləri” və “Satış xərcləri” təşkil edir. DĐLER (ticarətçi) – 1) istehsalçıdan malı topdansatış qiymətində alan və onu, adətən, satışdan sonra xidmət göstərməklə istehlakçılara satan
topdan-pərakəndə satış
müəssisədir (sahibkardır). Bir qayda olaraq, iri sənaye korporasiyalarının agenti olur və onun diler şəbəkəsində fəaliyyət göstərirlər; 2) ticarət sövdələşmələrində, o cümlədən birjalarda agent- vasitəçidirlər. Öz vəsaitləri hesabına fəaliyyət göstərir, işə öz şəxsi pullarını qoyur, qiymətli kağızların, valyutanın, qiymətli metalların sərbəst alqı-satqısını həyata keçirirlər.
– prosesin inkişafını və ya vaxta görə modelləşdirilən obyektin hərəkətini
123
təsvir edən modeldir. Statistik modeldən fərqli olaraq,
dinamiki model
cari dövrün
modelləşdirilən endogen dəyişikliklərinin əvvəlki dövrün (və yaxud gecikmiş paylama hallarında əvvəlki dövrlərin) ekzogen və
endogen dəyişikliklərindən asılılığını müəyyənləşdirir. DĐNAMĐKA SIRALARININ MÜNTƏ- ZƏM TƏRKĐBĐ – aşağıdakı şəkildə verilmiş vaxt sırasının bir sıra komponentlərinin cəmidir: + + = t t t V U X t W +
E , t = 1,2, ... T burada, X t – t zamanında vaxt sırasının müşahidə edilən dəyəridir, U t – trend, ya da sistematik hərəkət adlanan tərkib hissəsidir, V t – böyük, ya da kiçik müntəzəmliklə trendə aid titrəyişi əks etdirən komponentdir; W t – zamanın bərabər aralığında təkrarlanan, dövri titrəyişin böyük, ya da kiçik daimi formalarıdır; E t – səbəblərinin təyin edilməsi mümkün olmayan nizamsız titrəyişdir; bu, qalıq titrəyişlər adlandırılır. X t sırasının t t t t S W V E = + = cəmi dinamika sıralarının müntəzəm tərkibi adlanır. E
t t S X − = qalığı dinamika sırasının təsadüfi tərkib hissəsi sayılır. DĐNAMĐKA SIRALARININ TƏHLĐLĐ – dinamika sıralarının kəmiyyətinin dəyişməsi qanunauyğunluğunun aşkar
edilməsi üçün
aparılan elmi tədqiqatdır. Dinamika sıralarının təhlilinin əsas şərti onların zamana görə müqayisəliliyi hesab edilir. Statistik məlumatlar hər şeydən əvvəl vaxta görə müqayisə oluna bilməlidir. Müqayisəsizlik müxtəlif səbəblərdən irəli gələ bilər: ərazinin dəyişməsi; müşahidə vahidinin dəyişməsi; valyutanın dəyişməsi; hadisələrin statistik müşahidələrlə əhatə dərəcəsinin müxtəlifliyi; statistik müşahidənin metodologiyasının mükəmməl olmaması və s. Sosial-iqtisadi hadisələrin zaman ərzində
dəyişməsini xarakterizə edən statistika göstəriciləri sırasına dinamika sırası deyilir. Dinamika sıralarının elementləri aşağıdakılardır: 1) statistika məlumatının aid olduğu vaxt anı (adətən, tarix və yaxud dövrdür) - gün, ay, rüb, il; 2) sıranın səviyyəsi adlanan məlumatın özüdür. Hər iki element, vaxt və səviyyə dinamika sırasının üzvləri adlanır. Dinamika sıralarını düzgün tədqiq etmək üçün onların növlərini bilmək lazımdır. Vaxt əlamətinə görə dinamika sıraları an və fasiləli dinamika sıralarına ayrılır. An dinamika sıralarında sıranın səviyyəsi müəyyən tarixə
verilir. Fasiləli dinamika sıralarında sıranın səviyyəsi sosial- iqtisadi hadisələri müəyyən vaxt ərzində ifadə edir. An dinamika sırasından fərqli olaraq, fasiləli dinamika sıralarının səviyyələrini cəmləmək olar və iqtisadi mənası olan göstəricilər alınar. Belə cəmləmə nəticəsində daha iri dövr ərzində hadisənin səviyyəsini xarakterizə etmək
mümkündür. Dinamika sıralarını tam və tam olmayan dinamika sırasına ayırmaq olar. Dinamika sıralarının təhlili zamanı istifadə edilən göstəricilərdən mütləq artımı, artım sürətini, nisbi artımı və bir faiz nisbi artımın mütləq qiymətini göstərmək olar. Mütləq artım. Sosial-iqtisadi hadisələrin mühüm
göstəricilərindən biri mütləq artımdır. Dinamika sırasının sonrakı səviyyəsi ilə müqayisə üçün əsas götürülmüş səviyyə arasındakı fərqə mütləq artım deyilir. Mütləq
artımı silsiləvi qaydada hesablamaq üçün sıranın
hər sonrakı
səviyyəsindən əvvəlki
səviyyəsini çıxmaq
lazımdır. Mütləq artımı əsas qaydada hesablamaq üçün sıranın hər bir sonrakı səviyyəsindən müqayisə üçün əsas götürülmüş səviyyəni çıxmaq lazımdır. Dinamika sırasının ilk səviyyəsini Y 1 , son
səviyyəsini Y n , sıranın cari səviyyəsini Y i , özündən qabaqkı səviyyəni Y i-1 , mütləq artımı ∆ ilə işarə etsək, o zaman mütləq artım silsiləvi qaydada 1 1 − − = ∆ i i Y Y , bazis qaydada isə 1
− = ∆ düsturları ilə hesablana bilər. Artım sürəti. Sosial-iqtisadi hadisələrin inkişaf sürətini xarakterizə etmək üçün artım sürəti göstəricisindən tez-tez istifadə olunur. Artım sürəti
sıranın cari
səviyyəsinin əvvəlki
səviyyəsindən neçə dəfə (faiz) çox və ya az dəyişdiyini göstərir. Artım sürəti faiz və ya əmsal şəklində hesablanır. Təhlilin məqsədindən asılı olaraq, artım sürəti də silsiləvi və ya bazis qaydada hesablana bilər. Silsiləvi qaydada artım sürətini hesablamaq üçün sıranın cari
səviyyəsini özündən
qabaqkı səviyyəyə bölmək və alınan nəticəni faiz şəklində ifadə etmək üçün 100-ə vurmaq lazımdır. Bazis qaydada artım sürətini hesablamaq üçün sıranın cari səviyyəsini müqayisə üçün bazis götürülmüş səviyyəyə bölmək lazımdır. Artım sürəti faiz şəklində aşağıdakı kimi hesablanır: Silsiləvi qaydada 100 1
= −
i i Y Y S , bazis qaydada 100 1
= Y Y S i
götürülmüş səviyyəyə nisbəti nisbi artım adlanır. Nisbi artımın hesablanmasının digər üsulundan biri də artım sürətindən 100-ü çıxmaqdır (artım sürəti əmsal şəklində hesablanırsa, vahidi çıxmaq lazımdır). Nisbi artım faizlə ifadə olunursa, onun
124
hesablanması aşağıdakı düsturlar vasitəsilə həyata keçirilir: Silsiləvi qaydada 100
1 1 ⋅ ∆ = − i i y n , yaxud N i =S
- 100
Bazis qaydada 100
1 ⋅ ∆ = y n , yaxud N = S - 100 1% nisbi artımın mütləq qiyməti. Bir faiz nisbi artımın mütləq qiymətini hesablamaq üçün mütləq artımı nisbi artıma bölmək lazımdır. Bu göstəricini aşağıdakı düsturla hesablamaq olar: %
∆ = burada
i ∆ silsiləvi mütləq artım, % i n isə faiz ifadəsində silsiləvi nisbi artımdır. Dinamika sırasının təhlilində mühüm əhəmiyyətə malik olan orta göstəricilərdən biri orta mütləq
sıranın səviyyəsinin orta hesabla nə qədər artdığını və ya azaldığını göstərir. Orta illik mütləq artım silsiləvi mütləq artımlar əsasında aşağıdakı kimi hesablanır: 1 1 ... 2 1 − ∆ = − ∆ + + ∆ + ∆ = ∆ ∑ n n i n y
burada i ∆ - silsiləvi mütləq artımdır, n – sıranın sayıdır. Sosial-iqtisadi hadisələrin inkişafının intensivliyinin ümumiləşdirici göstəricisi kimi, təhlil prosesində orta illik artım sürəti və orta illik nisbi artım göstəriciləri hesablanır. Orta illik artım sürəti silsiləvi artım sürəti əsasında həndəsi orta kəmiyyətin aşağıdakı düsturu ilə hesablanır:
⋅ ⋅ ⋅ ⋅ ⋅ ⋅ = 2 1
Burada S - orta illik artım sürəti, n S S S ⋅ ⋅ ⋅ ⋅ ⋅ ⋅ 2 1 - silsiləvi artım sürətinin əmsalları, n – silsiləvi artım sürəti əmsallarının sayıdır.
METODLARI – vaxta görə hadisələrin inkişafının əsas meylini əks etdirən qiymətlərlə hesablanmış dinamika sırasının faktiki
səviyyəsinin dəyişdirilməsidir. Sürüşkən orta kəmiyyət metodu. Bu metoddan istifadə edilərkən dinamika sırasının səviyyəsinin faktiki qiymətləri bir neçə qonşu səviyyələrin orta qiyməti ilə əvəz olunur. Fərz edək ki, y 1 , y 2 , ..., y n
ilkin dinamika sırasıdır. Onda hər bir m qonşu səviyyələr üçün orta hesabi qiymət hesablana bilər:
, 1 ,..., 2 , 1 ; 1 1 + − = = ∑ − + = = m n k y m y m k i k i i
burada m düzəldilmə intervalının həcmidir (sayıdır). Əgər m tək ədəddirsə, onda yuxarıda göstərilmiş düstur əsasında hesablanmış qiymətlə düzəldilən intervalın ortasında yerləşən sıranın səviyyəsini əvəz edir. m cüt ədəddirsə, onda hesablanmış qiymət guya düzəldilən intervalın ortasına aid olur (məsələn, m = 4 olduqda, hesablanan qiymət ikinci və üçüncü səviyyələrin arasına düşür). Düzəldilmə intervalı sıranın səviyyəsindəki təsadüfi kənarlaşmaların ödənilməsi üçün kifayət qədər böyük olmalıdır. Çox vaxt 5-10 illik intervaldan istifadə edilir. Metodun çatışmazlığı ondan ibarətdir ki, düzəldilmə səviyyələrinin sayı verilmiş m-1 sayından az olur. Belə ki, m=3 olduqda, iki kənar (son), m=5 olduqda, 4 kənar qiymətlər itirilir. Çəkili sürüşkən orta kəmiyyətdən istifadə etmə hallarında hər bir səviyyəyə orta kəmiyyət hesablandıqda, çəki verilir. Çəkinin verilməsi üsulu təhlilin məqsədindən asılı olur. Əgər məlumatların əhəmiyyətlilik dərəcəsi vaxtdan asılı olaraq artırsa, onda daha sonrakı müşahidələrə yüksək çəki verilir və əksinə. Eksponensial düzəltmə metodu. Bu metod zamanı sadə orta qiymətlər əvəzinə eksponensial orta kəmiyyətlərdən istifadə edilir.
sırasının inkişaf meylini əks etdirən müəyyən əyrinin seçilməsindən ibarətdir. Arqument t vaxtı kimi çıxış etdikdə, əyri formasının seçilməsi nəzəri təhlil, ilkin dinamik sıranın qrafik təsviri və digər üsullar əsasında həyata keçirilir. Düzəltmə düz xətt, parabol, hiperbol, eksonensial əyrisi və s. üzrə tətbiq edilir. Parametrlərin hesablanması çox vaxt ən az
FEHM-nin statistik proqramlar paketinə əyrilərin hesablanmasının geniş spektri daxildir və bununla əlaqədar hesablama problemi ikinci plana keçir. Ən yaxşı əyrinin seçilməsinin formal amili Y x -dən faktiki Y-ə kimi düzəldilən dinamika sırasının kənarlaşması üçün minimum qalıq dispersiyası hesab edilir ∑
x ) 2 = min. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling