Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet28/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   24   25   26   27   28   29   30   31   ...   183

 

DEMOQRAFĐK  MÜAYĐNƏ

  –  əhalinin 

təkrar    istehsalının  ayrı-ayrı  tərəflərini  və  onun 

amillərini  öyrənmək  üçün  ölkə  sakinləri  və  ya 

əhalinin  bir  hissəsi  haqqında  məlumatların 

yığılmasıdır.  Bu  müayinələr  adətən  seçmə,  çox 

vaxt  birdəfəlik,  bəzən  isə  dövri  gəzmə  üsulu,  ya 

da  anket  sorğusu  vasitəsilə  həyata  keçirilir. 

Demoqrafik  müayinənin  mövzusu  müxtəlifdir  və 

əhalinin 

problemlərinin 

aktuallığı 

ilə 

müəyyənləşdirilir. 



Demoqrafik 

faktlara 

dair 

məlumatların  toplanması  ilə  yanaşı,  çox  vaxt 



onlarda  istiqamət,  meyl,  məqsədlər  də  (məsələn, 

ailədə 


gözlənilən 

uşaqların 

sayı 

haqqında 



qadınların rəyi) öyrənilir.  

 

DEMOQRAFĐK 

OPTĐMUM

 

(əhali 


optimumu, optimum – ən yaxşı) – seçilmiş meyar 

(yaxud  onların  sistemi)  nöqteyi-nəzərincə,  bütün 

mümkün  olanlardan  ən  rasional  (səmərəli) 

əhalinin  təkrar  istehsalı  tipi,  doğum  və  ölüm 

proseslərinin təkcə optimal intensivliyi deyil, həm 

də  demoqrafik  strukturların  müvafiq  təkrar 

istehsalıdır  (əhalinin  miqrasiyası  daxil  olmaqla). 

Demoqrafik  optimumda  demoqrafik  proseslərin 

və  demoqrafik  strukturların  inkişafının  istənilən 

intensivliyi  ilə  xarakterizə  olunan  dinamik  və 

müəyyən  tarixə  onların  vəziyyətini  ifadə  edən 



statik  demoqrafik  məcmular  fərqlənir.  Əhalinin 

optimumu  problemi  hələ  qədim  mütəfəkkirlər 

tərəfindən  (Konfusi,  Platon,  Aristotel  və  b.)  irəli 

sürülmüşdür. XX əsrin əvvəlindən bir sıra alimlər 

özlərinin  demoqrafik  optimum  konsepsiyasını 

qurduqda,  iqtisadiyyatda  böhran  hadisələri  ilə 

törənmiş demoqrafik problemlərin həllini tapmağa 

cəhd göstərmişlər.  

Demoqrafik 

optimumun 

parametrləri 

onun 


müəyyən  edilməsi  üçün  seçilmiş  meyarlardan 

asılıdır. Belə meyarlar cəmiyyətin optimal inkişafı 

meyarları  sisteminə  daxil  olan  iqtisadi,  sosial  və 

digərləri  ola  bilər.  Riyazi  modellər  əsasında 

aparılan  tədqiqatlar,  uzunmüddətli  perspektivdə 

əhalinin  təkrar  istehsalının  optimal  tipi,  bəzi 

iqtisadi  meyarlara  (iqtisadi-demoqrafik  optimum) 

görə  və  əhalinin  inkişafının  baş  tendensiyası 

nəzərə  alınmaqla,  1,0-dən  1,1-dək  intervalda 

(əhalinin  stabil  yaş  strukturunda)  olan  əhalinin 



 

111


təkrar  istehsalının  netto-əmsalı  ilə  xarakterizə 

oluna bilər. 



 

DEMOQRAFĐK  PROQNOZ

  –  əhalinin 

hərəkətinin  və  gələcək  demoqrafik  vəziyyətinin 

əsas  parametrlərinin  qabaqcadan  elmi  cəhətdən 

əsaslandırılmasıdır.  Bunlara  əhalinin  sayı,  cins-

yaş  və  ailə  strukturu,  doğum,  ölüm,  miqrasiya 

haqqında  məlumatlar  aiddir.  Adətən,  əhalinin 

proqnozunun  hesablanması  –  doğum,  ölüm  və 

miqrasiyanın  bu  və  ya  digər  xarakteristikasının 

gələcək 

dinamikasına 

münasibətdə 

bəzi 


fərziyyələr  əsasında  qurulmuş  əhalinin  say  və 

cins-yaş tərkibinin (bir qayda olaraq, çoxvariantlı) 

hesablanması  formasında  çıxış  edir.  Bəzən 

demoqrafik  proqnoz  gələcəkdə  əhalinin    sayının 

yalnız ümumi qiymətləndirilməsini göstərir. 

Demoqrafik  proqnozun  düzgünlüyü  əhalinin 



siyahıyaalınması,    demoqrafik  hadisələrin  cari 

uçotu 

və 


əhalinin 

seçmə 


müayinələrinin 

məlumatlarını  təşkil  edən  ilkin  məlumatların 

dəqiqliyindən,    sosial-iqtisadi  şəraitin  bütün 

kompleks  təsiri  altında  demoqrafik  proseslərin 

dəyişilməsinə 

dair 


fərziyyələrin 

əsaslandırılmasından, 

demoqrafik 

proqnozun  

davamiyyət  dövründən  asılıdır.  Qısa  müddətli, 

orta  müddətli  və  uzun  müddətli  proqnozlar 

fərqləndirilir  və  onlar  bir-biri  ilə  müqayisə 

edilərək fərqləndirilir.  

Demoqrafik proqnoz əhali sakinliyi nəzəriyyəsi və 

ümumi  qanunauyğunluqlarına  aid  biliklərə,  yaxın 

tarixi perspektivdə əhalinin təkrar istehsalının baş 

meyllərinin uçotuna əsaslanır. 

Demoqrafik  proqnoz  gələcək  əmək  ehtiyatlarının 

sayını və strukturunu (cins-yaş) müəyyən etməyə, 

həm  də  əhalinin  müxtəlif  sosial-demoqrafik 

qruplarının  müxtəlif  əmtəələrə  və  xidmətlərə 

mümkün  olan  tələbatlarını  qiymətləndirməyə 

kömək edir. Əhalinin proqnoz sayını, onun cins və 

yaş  üzrə  bölgüsünü  və  hər  hansı  ərzağın,  yaxud 

xidmətin  istehlakı  göstəricilərini  (normativləri) 

bilməklə, ərzaq məhsullarına, geyimə, mənzilə və 

s. 


ümumi 

tələbat 


istehlakın 

cins-yaş 

diferensiasiyası  nəzərə  alınmaqla  hesablanır. 

Demoqrafik  proqnoz  sosial  sfera  obyektlərinin 

inkişafı 

və 


yerləşdirilməsini 

perspektivə 

qiymətləndirmək 

üçün 


zəruridir. 

Đstehlak 

qruplarının 

(demoqrafik 

seqmentlərin) 

dinamikasının  proqnozu  marketinqdə  (malların 

satış  bazarlarının  öyrənilməsi  və  formalaşması) 

istifadə 

olunur. 

Demoqrafik 

proqnoz 

məlumatlarından  sosial  təminat  üzrə  dövlət 

tədbirlərinin  hazırlanmasında  da  istifadə  olunur. 

Demoqrafik proqnoz əhalinin konkret tibbi xidmət 

formalarına 

perspektiv 

tələbatını 

müəyyənləşdirməyə imkan verir. 

Đlk əhali proqnozları XVII əsrin sonu,  XVIII əsrin 

əvvəlinə  aiddir.  L.Eyler  əhali  artımının  riyazi 

nəzəriyyəsini  yaratmışdı.  XVIII  və  XIX  əsrlərdə 

T.Maltusun  əhalinin  artma  nəzəriyyəsi  meydana 

çıxmışdır.  Sənayesi  inkişaf  etmiş  ölkələrdə  XIX 

əsrin  sonunda  əhali  artımının  yavaşıması  ilə 

Maltusun  həndəsi  proqressiyasını  Pirl  –  Ridin 

logistik əyrisi əvəz etdi. Bəzi proqnozların əsasına 

riyazi və bioloji nəzəriyyələr qoyulurdu. XX əsrin 

20-ci  illərində  əhalinin  perspektiv  hesablamaları 

metodikasını  ölüm  və  doğumun  dinamikasının 

müxtəlif 

hipotezalarından 

istifadə 

etməklə 


təkmilləşdirmək  cəhdləri  də  olmuşdur.  BMT 

himayəsi  altında  edilmiş  demoqrafik  proqnoz 

beynəlxalq  inkişaf  strategiyasının  və  əhali 

sakinliyi  sahəsində  tövsiyələrin  işlənməsi,  qlobal 

və regional iqtisadi, siyasi və ekoloji problemlərin 

həlli  üçün  istifadə  edilir.  BMT  qiymət  və 

proqnozlarına  hər  ikinci  ildə  yeni  məlumatlar 

əsasında yenidən baxılır.  

 

DEMOQRAFĐK  PROSES

  (lat.  processus  – 

irəliləmə)  –  insanların  nəsillərini  dəyişmək  üçün 

əhəmiyyəti  olan,  onların  həyatında  eyni  adlı 

hadisələrin ardıcıllığıdır. Əsas demoqrafik prosesə 

– doğumölümnikah, boşanma – demoqrafiyada 

nəsillərin,  yaxud  koqortanın  azalma  prosesi  kimi  

baxılır.  Demoqrafik  təhlildə  nəslin  sayının 

dəyişməsi bir (məsələn, ölüm), iki (məsələn, ölüm 

və  nikah),  yaxud  bir  neçə  demoqrafik  prosesdir 

(məsələn,  ərlərin,  arvadların  ölümünün  və 

boşanmasının  təsiri  altında  nikahlar  koqortasının 

azalması).  Demoqrafik  proses  sırasında  artma 

(doğum,  nikah)  və  azalma  (ölüm,  boşanma) 

prosesləri  ayrılır.  Demoqrafik  proses  vaxtdan  və 

yaşdan,  həmçinin  əhalinin  müxtəlif  qruplara 

keçməsinin  xarakterindən  asılı  olaraq  öyrənilir. 

Demoqrafik 

prosesin 

əsas 


xarakteristikası 

demoqrafik prosesin intensivliyidir, nəsildə yaxud 

ailədə demoqrafik hadisələrin tezliyi ilə ölçülür. 



 

DEMOQRAFĐK  PROSESĐN  ĐNTENSĐV-

LĐYĐ

  –  demoqrafik  prosesin  gərginlik  dərəcəsi, 

onun 


əsas 

xarakteristikasıdır. 

Demoqrafik 

prosesin 

intensivliyi 

haqqında 

təsəvvür 

demoqrafik 

təhlilin

demoqrafik 

prosesin 

modelləşdirilməsinin 

əsasıdır. 

Bu 


təhlilin 

zəruriliyi 

onunla 

şərtlənir 



ki, 

koqortada 



demoqrafik  hadisələrin  sayı  koqortanın  öz 

sayından  və  baxılan  vaxt  arasının  kəmiyyətindən 

asılı  olsun.  Hərçənd  ki,  koqortanın  sayı  fasiləsiz 

olaraq  dəyişir,  o  cümlədən  həm  də  baxılan 

prosesin  təsiri  altında,  vaxt  vahidində  bir  adam 

hesabında 

demoqrafik 

hadisələrin 

sayı 

– 

demoqrafik  hadisələrin  ehtimalı  ola  bilər.  Bu 



kəmiyyət 

müəyyən 


vaxtda 

baş 


verən 

dəyişikliklərin  ümumi  xarakteristikasını  verir, 



 

112 


lakin  bu  vaxt  intervalı  ərzində  baxılan  prosesin 

dəyişikliklərinin  müntəzəmlik  dərəcəsini  nəzərə 

almır  və  vaxta  düz    münasibət  deyil.  Buna  görə 

də,  demoqrafik  təhlildə  intensivliyin  daha  dəqiq 

ölçüsü  demoqrafik  prosesin  gücüdür,  yaxud 

vaxtın intervalı sıfıra doğru yönəldikdə, hadisənin 

ehtimalının  can  atdığı  həddir.  Demoqrafik 

prosesin  intensivliyini  bütöv,  bəzən  isə  kifayət 

qədər  böyük  vaxt  arasında  ölçmək  tələb  olunur. 

Praktikada 



demoqrafik 

əmsallar 

intensivlik 

göstəriciləri kimi yayılmışdır. 

Demoqrafik  prosesin  intensivliyi  göstəriciləri 

koqortanın  bir,  yaxud  iki  (bir  neçə)  (məsələn, 

ölüm 

və 


nikah

prosesin 

təsiri 

altında 


dəyişdiyindən  asılı  olaraq,  fərqlənir.  Đkinci  halda 

əmsalı  hesablamaq  üçün  məxrəc  kimi  həmin 

hadisənin  riski  altında  yaşamış  insan-il  götürülür. 

Bütün  bu  göstəricilər  adətən  demoqrafik  cədvəl 

şəkilində təqdim olunur. 

Konkret  əhalidə  demoqrafik  proseslər  təsvir 

olunduqda, 

əmsal 


müəyyən 

vaxt 


ərzində 

hadisələrin  sayını  bu  hadisənin  baş  verdiyi 

əhalinin sayı  ilə müqayisə etməklə hesablanır. 

 

DEMOQRAFĐK  PROSESĐN  QÜVVƏSĐ

  – 


sonsuz  kiçik  vaxt  arasında  demoqrafik  hadisənin 

ehtimalıdır.  Demoqrafik  prosesin  intensivliyinin 

analitik  ölçüsü  onun  dəqiq  ifadəsini  verir.  Əgər 

koqorta  (nəsl)  öz  sayını  yalnız  həmin  prosesin 

təsiri  altında  dəyişirsə  və  ∆t  vaxt  ərzində  



demoqrafik  hadisələr  baş  verirsə  və  koqortanın 

sayı P



t

-dən P



t+∆t

-dək dəyişirsə, onda vaxt vahidinə 

gətirilmiş  dəyişiklik  ehtimalı  aşağıdakı  kimi 

olacaq: 

t

P

E

t

P

P

P

P

t

t

t

t

t

t

=



=



+

 



Əgər hadisələrin sayına koqortanın sayı kimi arası 

kəsilməyən vaxt funksiyası şəklində baxılsa, onda 



∆t→0  dəyişmə  ehtimalı  demoqrafik  prosesin 

qüvvəsi olur və aşağıdakı düsturla ifadə olunur: 



t

t

t

t

t

dt

t

t

P

t

P

dt

P

dP

dt

P

P

P

)

(



=

=



=

+



µ

 

burada d – diferensial nişanı, P





(t) – vaxta görə P

t

 

törəmə  funksiyasıdır.  Əgər  surətdə  əhalinin  artım 



kəmiyyəti götürülübsə, onda analoji düstur doğum 

və  ölümlərin  təsiri  altında  əhalinin  artması  üçün 

də ədalətlidir. 

Demoqrafik təhlildə koqortaya adətən demoqrafik 

prosesin  (məsələn,  ölümün)    təsiri  altında  azalan 

kimi baxılırsa, P

t+∆t

<P

t

 və ∆t – mənfi kəmiyyətdir. 

Adətən 

prosesin 



intensivliyi 

müsbət 


kəmiyyətlərdə  ifadə  edilir  və  buna  görə  son 

olaraq: 


t

t

P

t

P

)

(



=



µ

 olur. 


DEMOQRAFĐK  PROSESLƏRĐN  CARĐ 

UÇOTU (ƏHALĐNĐN TƏBĐĐ HƏRƏKƏTĐ-

NĐN CARĐ UÇOTU)

 – demoqrafik proseslərin 

baş  verdiyi  anda  olan  qeydiyyatıdır  (doğum, 

ölüm,  nikah  və  boşanmalar).  Onlar  haqqında 

məlumat  bazası  kimi,  bir  qayda  olaraq,  səhiyyə 

sistemi  ilə  bağlı  olan  vətəndaşlıq  vəziyyəti 

aktlarının  qeydiyyatı  götürülür.  Uçotun  ilkin 

sənədləri,  vətəndaşlıq  vəziyyəti  aktlarının  ikinci 

nüsxələri  olur  və  onlarda  faktiki  hadisənin 

təsdiqlənməsindən başqa, bu hadisənin baş verdiyi 

şəxslər  haqqında  məlumatlar  da  olur.  Bu 

xarakteristikaların uçotu, verilən hadisəni əhalinin 

bu  və  ya  digər  sosial-demoqrafik  qrupuna  və  ya 

digər  məkan  və  zamana  aid  etməyə  imkan  verir. 

Bu  hadisələr  haqqında  statistik  məlumatları 

demoqrafik  proseslərin  cari  uçotu  (əhalinin  təbii 

hərəkəti)  materiallarının  işlənməsi  yolu  ilə  əldə 

edirlər. 



 

DEMOQRAFĐK  SĐYASƏT

  -  əhalinin  təkrar 

istehsalı  proseslərinin  tənzimlənməsi  sferasında 

dövlət  orqanlarının  və  digər  sosial  institutların 

məqsədyönlü  siyasətidir.  Đstənilən  digər  siyasi 

fəaliyyətlərdə  olduğu  kimi,  demoqrafik  siyasətin 

strukturu  da  özündə  iki  əsas  və  qarşılıqlı  əlaqəli 

komponenti  birləşdirir:  məqsədin  sisteminin 

müəyyənləşdirilməsini  və  şərhini  və  onlara  nail 

olunması  üçün  vasitələrin  reallaşdırılmasını

Demoqrafik  siyasətin  məqsəd  və  vəzifələri  siyasi 

proqramlarda  və  bəyannamələrdə,  indikativ  və 

direktiv  planlarda,  hökumətin  və  digər  icra 

orqanlarının  strateji  məqsədli  proqramlarında  və 

operativ  planlarında,  qanunvericilik  və  digər 

hüquqi  aktlarda,  siyasi  tədbirlərin  yenilərinin 

aparılmasının  müəyyənləşdirilməsi  və  mövcud 

olanların 

inkişaf 


etdirilməsi 

qərarlarında 

formalaşdırılır. 

Demoqrafik siyasətin obyektləri ölkənin bütün və 

ya 

ayrı-ayrı 



regionlarının 

əhalisi, 

sosial-

demoqrafik  qruplar,  əhali  koqortaları,  müəyyən 



tip  ailələr  və  ya  həyat  dövrəsinin  mərhələləri  ola 

bilər. 


Demoqrafik 

siyasətin 

əsas 

istiqamətlərinə 



daxildir:  uşaqlı  ailələrə  dövlət  köməyi,  ailə 

öhdəliklərinin  yerinə  yetirilməsi  ilə  fəal  peşəkar 

fəaliyyətin 

birləşdirilməsi 

üçün 

şəraitin 



yaradılması, 

xəstələnmənin 

və 

ölümün 


azaldılması,  həyatın  davamlılığının  artırılması, 

əhalinin 

keyfiyyət 

xarakteristikasının 

yaxşılaşdırılması, 

miqrasiya 

proseslərinin 

tənzimlənməsi  və  s.  Bu  istiqamətlər  sosial 

siyasətin 

aşağıdakı 

əsas 

sferaları 



ilə 

razılaşdırılmalıdır: 

məşğulluq, 

gəlirlərin 

tənzimlənməsi,  təhsil  və  səhiyyə,  peşə  hazırlığı, 

mənzil  tikintisi,  xidmət  sferasının  inkişafı, 



 

113


əlillərin, 

ahılların 

və 

əmək 


qabiliyyəti 

olmayanların sosial təminatı. 

Demoqrafik  siyasət,  bir  qayda  olaraq,  müxtəlif 

kompleks  tədbirlər  vasitəsilə  həyata  keçirilir: 

iqtisadi, inzibati-hüquqi, tərbiyəvi və təbliğatçılıq. 

 

DEMOQRAFĐK  ŞƏBƏKƏ

  –  insanların  və 

onların həyatındakı hadisələrin məcmusunu təsvir 

etmək üçün qrafik quruluşdur; nəsildə demoqrafik 

proseslərin  əsas  xarakteristikalarını  hesablamaq 

və  onların  zamana  görə  keçməsini  təhlil  etmək 

üçün  nəzərdə  tutulur.  Demoqrafik  məcmular 

arasında 

həndəsi 

yolla 


məntiqi 

nisbətləri 

əsaslandırmaq, 

bəzi 


bilavasitə 

müşahidə 

olunmayan  kəmiyyətlərin  (məsələn,  insanların 

dəqiq yaşda sayı) rəqəmlə alınması üçün və eninə 

təhlil,  uzununa  təhlil,  həmçinin  demoqrafik 

şəbəkələr 

hesablanarkən 

hesablamanı 

yüngülləşdirmək üçündür. 

Demoqrafik  şəbəkə  demoqrafik  proseslərin  həm 

real,  həm  də  hipotetik  nəsildə  təsvirini,  həmçinin 

əhalinin, 

yaxud 


müxtəlif 

nəsillərin 

nümayəndələrindən  olan  əhali  qrupunun  müasir 

tərkibinin  formalaşması  haqda  təsəvvür  yaradır. 

Bununla,  müxtəlif  nəsillərdə  keçmişdə  baş  verən 

demoqrafik  dəyişikliklərinin,  əhalinin  müasir 

tərkibinə  təsirinin  başa  düşülməsi  yüngülləşir. 

Onun  qurulma  prinsipləri  əhalinin  miqrasiyası

əhalinin  sosial  mobilliyi,  onun  sağlamlığının 

dəyişməsi  və  s.  bu  kimi  sosial  proseslərin 

öyrənilməsi üçün tətbiq oluna bilər. 

 

DEMOQRAFĐK  ŞƏRAĐT



  –  demoqrafik 

proseslərin,  əhalinin  tərkibi  və  müəyyən  bir 

vaxtda,  çox  zaman  bu  və  ya  digər  ildə 

yerləşməsinin  vəziyyətidir.  Adətən  bütövlükdə 

ölkə,  yaxud  onun  ayrı-ayrı  hissələri  (regionları) 

üzrə baxılır. Bir-birini dəyişən demoqrafik şəraitin 

ardıcıllığı  əhalinin  təkrar  istehsalı  və  əhalinin 

yerləşdirilməsinin  əsas  qanunauyğunluqlarının 

ifadəsidir.  Demoqrafik  şəraitin  öyrənilməsi  üçün 

informasiya  bazası  əhalinin  siyahıyaalınması

seçmə 

müşahidələri, 



həmçinin 

demoqrafik 

hadisələrin 

cari 

uçotu 

məlumatlarıdır. 

Demoqrafik  şərait  müxtəlif  demoqrafik  təhlil 

metodları  ilə  və  müxtəlif  göstəricilər  sisteminin 

köməyi  ilə  öyrənilir.  Böyük  həcmdə  əhalinin 

miqrasiyası  olan  ölkələrdə,  yaxud  regionlarda 

demoqrafik  şərait  tədqiq  edildikdə  miqrantların  

gəlmə  və  getməsinin  əhalinin  sayı  və  tərkibinin 

dəyişməsinə təsiri nəzərə alınmalıdır.  

Demoqrafik şəraitin əsas təhlil prinsipləri: hər bir 

ölkədə,  yaxud  regionda  spesifik  üzə  çıxan  sosial-

iqtisadi  amillərin  təsirinin  tədqiq  edilməsi; 

demoqrafik 

proseslərin 

intensivliyinin 

nisbi 

dəyişməsinin  və  struktur  amillərinin  keçici 



təsirinin aşkar edilməsi; informasiya mənbələri və 

təhlil 


metodlarından 

kompleks 

istifadədən 

ibarətdir. 

Demoqrafik  proseslərin  və  əhalinin  tərkibinin 

müasir 


vəziyyəti 

keçmişdə 

 

baş 


vermiş 

demoqrafik hadisələrdən çox asılıdır. Belə ki, hər 

il  doğum  və  ölümlərin  sayına  xeyli  təsir  göstərən 

əhalinin  yaş  strukturu  müxtəlif  tarixi  hadisələrin 

təsiri  altında  bir  çox  illər  ərzində  formalaşır. 

Tarixi  inkişafın  xüsusiyyətlərindən  müxtəlif  əhali 

qruplarında  mövcud  olan  demoqrafik  göstərişlər 

və  demoqrafik  əxlaq  da  asılıdır.  Buna  görə  də, 

demoqrafik  şərait  və  onun  dəyişmə  imkanları 

öyrənilərkən  bu  amillərlə  şərtlənən  demoqrafik 

proseslərin  inersiyası,  onların  inkişafının  başlıca 

meylləri nəzərə alınmalıdır. 

 

DEMOQRAFĐK  TƏHLĐL

  (yunanca  analysis 

–  ayırma,  parçalama)  –  insan  nəslinin  və  onun 

amillərinin  dəyişməsi  prosesinin  öyrənilməsidir. 

Tədqiqat obyektlərinə görə  - doğum, ölüm, nikah 

və  nikahın  pozulması,  əhalinin  təkrar  istehsalının 

və  bütövlükdə  artımının,  həmçinin  ailənin  həyat 

dövrünün,  bəzən  əhalinin  miqrasiyasının  təhlili; 

əhatə  dərəcəsinə  görə  –  demoqrafik  proseslər, 

əhalinin  strukturu  və  artımı  arasında  kəmiyyət 

nisbətlərinin  vaxta  görə,  adətən  xüsusi  riyazi  və 

demoqrafik  metodlarının  köməyi  ilə  öyrənilməsi, 

bu  proseslərə  və  strukturlara  sosial-iqtisadi, 

sosial-psixoloji,  ekoloji  və  digər  amillərin 

təsirinin  təhlili  ayrılır.  Əhalinin  vaxta  görə 

dəyişməsinə  yanaşmadan  asılı  olaraq,  uzununa 

təhlil    (koqortanın  həyatında  müxtəlif  dövrlərdə 

baş  verən  demoqrafik  hadisələrin  tezliklərinin 

öyrənilməsi)  və  eninə  təhlil  (bu  tezliyin  müxtəlif 

koqortalarda,  lakin  eyni  bir  təqvim  dövründə 

öyrənilməsi) fərqləndirilir.  



 

DEMOQRAFĐK  YÜK

  –  qeyri-məhsuldar 

əhalinin  cəmiyyətə  (iqtisadiyyata)  düşən  yükünü 

göstərən xarakteristikadır. Yuxarı yaş qruplarının 

müxtəlif 

nisbətlərdə 

sayı 


müəyyənləşdirilir: 

uşaqlar  (0-14  yaş),  ahıl  və    qocalar  (kişilər  62, 

qadınlar 

isə 


57 

yaş 


və 

yuxarı), 

əmək 

qabiliyyətlilər  (kişilər  15-61,  qadınlar  15-56). 



Bilavasitə qiymətləndirmək üçün əhali qruplarının 

məhsuldar  və  qeyri-məhsuldar  nisbətləri  tətbiq 

olunur.  Demoqrafik  yük  hesablamalarının  real 

nisbətə  yaxınlığı  bu  qrup  əhalinin  ictimai 

istehsalda 

iştirak 


səviyyəsindən 

asılıdır. 

Demoqrafik 

yükün 


aşağıdakı 

göstəriciləri 

fərqləndirilir:  uşaq  və  qocaların  ümumi  sayının 

əmək  qabiliyyətli  adamların  sayına  olan  nisbəti; 

qocaların  və  ya  uşaqların  sayının  böyüklərin 

(birinci  nisbət  qocalığa  görə  pensiya  fondlarının 

hesablanması  praktikasında  tətbiq  olunur)  sayına 

olan nisbəti; qocaların və uşaqların sayının nisbəti 

(əsas  etibarilə  əhalinin  qocalma  səviyyəsinin 


 

114 


qiymətləndirilməsinə  xidmət  edir,  amma  nadir 

hallarda istifadə edilir). 

Demoqrafik  yük  konsepsiyasını  ilk  dəfə  1913-cü 

ildə  K.Balodis  yazmışdır.  Sonralar  demoqrafik 

yük  göstəricilərinin  hesablanması  əhalinin  artan 

qocalma  prosesi  ilə  şərtlənirdi  və  bu  şəraitdə 

demoqrafik  yük  onun  iqtisadi  nəticələri  ilə 

əlaqələndirilirdi.  Đriləşdirilmiş  yaş  qruplarının 

müxtəlif  təsnifatları  təklif  olunurdu:  20–59  yaş, 

15–64 yaş və s. 

Đstehsalın  və  istehlakın  yaş  normaları  əsasında 

uşaqların  və  qocaların  saxlanmasına  bir  əmək 

qabiliyyətliyə  və  digər  orta  xərclərin  iqtisadi 

hesablamaları 

aparılır. 

Macar 


demoqrafı 

E.Valkoviçin  işləri  sayəsində  demoqrafik  yükün 

hesablanması əhalinin istehsal və istehlakı iqtisadi 

xarakteristikalarının  sistemli  izahına  və  buradan 

isə 

“nəsillərin 



rentabelliyi” 

göstəricilərinə 

transformasiya 

olmuşdur. 

Đqtisadi 

yaş 


piramidalarının  müvafiq  metodiki  aparatı  işlənib 

hazırlanmışdır. Beləliklə, demoqrafik yük iqtisadi 

yüklənmə  ilə  sıx  bağlıdır  və  onun  öyrənilməsi 

iqtisadi  demoqrafiyanın  inkişafının  başlanğıcını 

qoymuşdur. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   24   25   26   27   28   29   30   31   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling