Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- 1-ci qrup.
- 2-ci qrup.
- DEMOQRAFĐK ƏMSALLARIN STAN- DARTLAŞDIRILMASI
- ikili standartlaşdırma
DEMOQRAFĐK ƏMSALLAR – bir neçə kəmiyyət tiplərinin ümumi adıdır; əhalinin, onun strukturunun, ayrı-ayrı demoqrafik proseslərin və bütövlükdə əhalinin təkrar istehsalının müxtəlif adda xarakteristikalarının nisbətini ifadə edir. Demoqrafik əmsallar növündə belə nisbətlərin kəmiyyətcə ifadəsinə zərurət ondan irəli gəlir ki, demoqrafik hadisələrin (doğum, ölüm və s.) mütləq rəqəmləri əhalinin (yaxud koqortanın) sayından, əhalinin bu və ya digər qruplarının (ərdə olan qadınların, bu və ya digər yaşda olan şəxslərin və s. sayı) mütləq rəqəmləri isə qrupun daxil olduğu əhalinin bütün sayından asılıdır. Buna görə də, müxtəlif əhali, yaxud müxtəlif vaxt dövrü üçün mütləq rəqəmlərin birbaşa müqayisəsi həqiqi nisbətləri təhrif edə bilər. Növündən asılı olmayaraq, bütün demoqrafik əmsallar bu və ya digər kəmiyyətlərin əhalinin, yaxud onun hər hansı bir hissəsinin sayına, koqortanın sayına, yaxud demoqrafik hadisələrin ümumi sayına nisbətidir. Onlar buna görə hesablanır ki, bu kəmiyyətlər əhalinin, yaxud müqayisə bazası kimi qəbul olunmuş başqa qrupun sayından asılı olmasın və beləliklə, onlar müqayisə edilən şəklə salınsın. Müxtəlif adda kəmiyyətlərin nisbi rəqəmlərlə hesablanması yolu demoqrafik təhlil praktikasına XIX əsrin əvvəlindən daxil olmuşdur. Müxtəlif növ demoqrafik əmsallar demoqrafik metodikaların qırılmaz hissəsi, onların
hesablanması isə – statistik-demoqrafik təhlilin standart üsulu olmuşdur. Demoqrafik əmsallar dünya statistika praktikasında demoqrafik hadisələrin tezliyinin düzgün ölçülməsi, demoqrafik proseslərin, həmçinin əhali və onun qruplarının strukturunu, zaman və məkanda onların dəyişməsini öyrəndikdə, təsvir və təhlil etmək üçün, yəni başlıca olaraq müxtəlif növ müqayisələr üçün geniş tətbiq olunur. Ümumi qəbul olunmuş və beynəlxalq statistika təşkilatları tərəfindən tövsiyə edilmiş göstəricilərdən başqa, bir çox demoqrafik əmsallar ayrı-ayrı demoqrafik tədqiqatlarda verilir və bu da onların sayını xeyli artırır. Bəzi xarakteristikalar demoqrafik əmsallar adını daşımır, lakin hesablanma üsuluna görə əmsaldır. Digərləri isə əmsal adlandırılsa da, başqa mahiyyətə malikdirlər. Statistikada qəbul olunmuş
göstəricilərin təsnifatına görə, demoqrafik əmsallar nisbi kəmiyyətlərdir və onlar üçün qəbul olunmuş qaydalara uyğun hesablanır: müxtəlif adda kəmiyyətlər tutuşdurulduqda, nəzərə almaq
lazımdır ki, onlar bir vaxt dövrünə, eyni ərazinin əhalisinə aid olsun, eyni əsaslar üzrə ayrılan eyni əhali qrupuna aid olsun. Məlumatlar müxtəlif mənbələrdən alınarkən onların müqayisə edilməsi təkcə zamana və əraziyə görə deyil, həmçinin hər mənbənin əhatə etdiyi əhali kateqoriyasının müəyyən etmə metodologiyasına, qəbul olunmuş qruplaşmanın məzmununa aid müqayisə də vacibdir. Demoqrafik əmsalların ifadə üsulları hər birinin mümkün olan kəmiyyət diapazonundan, tələb olunan dəqiqlikdən, təsvir və təhlil məntiqindən asılı olaraq, fərqlənir. Adətən onlar vahidlər, faiz, yaxud promil (hər 1000 nəfərə) ilə ifadə olunur. Demoqrafik əmsalların ümumi qəbul olunmuş sistemi və təsnifatı olmasa da, onlar iki böyük sinfə ayrılır: “A” – əhalinin dəyişmə (hərəkət)
əmsalları; “B” – struktur əmsalları. “A” sinfinin göstəriciləri müəyyən intensivliklə keçən fasiləsiz proses kimi, əhalinin təkrar istehsalı haqqında təsəvvürü əks
etdirir. Đntensivliyin nəzəri ölçüsü demoqrafik prosesin gücüdür, yaxud əhalinin artma gücüdür. Yəni əhali sayının, yaxud koqortanın sonsuz kiçik vaxt intervalında – koqortanın təqvim, yaxud özəl vaxtında (yaşı, nikah müddəti və s.) dəyişmə ehtimalıdır. Əhalinin artma intensivliyini, yaxud demoqrafik prosesin intensivliyinin ümumiləşdirilmiş xarakteristikasını vaxt intervalında gücün orta kəmiyyəti olan əmsal verir: 103
∫ ∫ = dt S dt S k t t t t t 0 0 µ (1) burada S
– t anına əhalinin, yaxud koqortanın sayı, µ
Əmsalın sürəti (0, t) vaxt intervalında həmin növdən olan hadisələrin sayıdır (əhalinin artdığı insanların sayı, doğumların, ölümlərin sayı), məxrəci isə əhali, yaxud koqortanın bu intervalda yaşadığı ümumi vaxtdır. Demoqrafik əmsalların belə interpretasiyası qəbul olunub. Əhalinin artımı öyrənildikdə µ t artma gücü kimi, verilmiş prosesin təsiri altında koqortanın dəyişməsi öyrənildikdə – müvafiq demoqrafik prosesin gücü kimi başa düşülür (“Demoqrafik cədvəllər”ə bax). Real məlumatlar üzrə intensivlik əmsalının hesablanmasının öz xüsusiyyətləri var. Vaxt intervalı kimi onun bütöv və rahat müddəti – adətən il götürülür. Demoqrafik əmsalların məxrəcində orta illik əhali, yaxud həmin ildə əhalinin və ya koqortanın yaşadığı adam-ilin sayı olur, bu şərtlə ki, il ərzində əhalinin sayı bərabər dəyişsin. Aid olduğu dövr göstərilmədən təqdim olunan əmsallar illikdir. Demoqrafik əmsalların kəmiyyəti aşağıdakı düsturla hesablanır:
(2) burada H – verilmiş növdən olan hadisələrin sayı, yaxud əhalinin artımı; S – orta əhali; T – dövrün uzunluğu, illərdə. Keçmiş SSRĐ və bəzi digər ölkələrin statistika praktikasında demoqrafik əmsalların məxrəcində orta illik əhali rolunda ilin əvvəlinə keçirilmiş əhalinin siyahıyaalınması məlumatları üzrə əhalinin, yaxud onun qruplarının sayı çıxış edirdi. Belə hallarda hadisələrin sayı adətən 2 illik (bir il siyahıyaalmadan qabaq və bir il ondan sonra), surətində isə onların cəminin yarısı götürülür. Beləliklə, əmsallar ilə gətirilmiş olur, lakin onların kəmiyyəti prosesin orta intensivliyini 2 il üçün xarakterizə edir. Ancaq əksər hadisələrdə Demoqrafik əmsalın məxrəci kimi, ilin ortasına olan əhalinin sayı, yaxud ilin ortasına yaxın keçirilmiş siyahıyaalmanın məlumatları qəbul olunur. “A” sinfi. Bu sinifdə aşağıdakıları xarakterizə edən demoqrafik əmsalların növləri ayrılır: 1) demoqrafik hadisələrin təsiri altında onu artıran (doğum, həm də gəlmələr), yaxud azaldan (ölüm, həm də getmələr) daima dəyişən insanların məcmusu kimi bütövlükdə əhalinin dəyişmə sürəti; 2) əhalidə və koqortalarda demoqrafik hadisələrin intensivliyi; 3) bir nəslin digərləri ilə əvəz olunması dərəcəsi. 1) Əhalinin dəyişmə sürətlərinə dair əmsallar əhalinin artma əmsallarını (əhalinin sayının vaxtın iki anına, iki tarixə nisbəti) və əhalinin artım əmsallarını (əhalinin sayının vaxtın iki anına, iki tarixinə fərqidir, yəni mütləq artımın illik əhaliyə nisbətidir) artımın mənbələrindən asılı olmayaraq əks etdirir. Miqrasiyaya məruz qalan əhali üçün, məsələn, ölkənin ayrı-ayrı hissələri üçün, yaxud intensiv xarici miqrasiyası olan ölkələr üçün əmsallar hesablanarkən əhalinin müxtəlif artma mənbələri nəzərə alınır. Bu halda, ənənəvi olaraq ümumi artım əmsalı (orta illik əhaliyə bölünən ümumi artım), təbii artım əmsalı (təbii artım, yəni doğum və ölüm sayının fərqi orta illik əhaliyə bölünür) və miqrasiya artımı əmsalı (miqrasiya artımı, yəni gələnlər və gedənlərin sayının fərqi orta illik əhaliyə bölünür); üç göstəricidən birincisi qalan ikisinin cəbri cəminə bərabərdir. 2) Demoqrafik proseslərin intensivlik əmsalları iki qrupa
ayrılır və
bütövlükdə əhalidə
və koqortalarda (nəsillərdə) bu proseslərin getməsini xarakterizə edir. Birinci qrupa ənənəvi olaraq ayrı-ayrı demoqrafik proseslərin (doğum, ölüm, nikah, boşanma) təbii artım əmsalları; ikinci qrupa koqortalarda müvafiq göstəricilər daxildir. 1-ci qrup. Əhalinin komponentlərini qiymətləndirmək üçün düsturda (1) olduğu qaydada, aşağıdakılar hesablanır:
əhaliyə sayı), ölümün ümumi əmsalı (il ərzində ölənlərin 1000 nəfər əhaliyə sayı), bəzən isə həmçinin gəlmələrin əmsalı və getmələrin əmsalı. Bu qaydada həmçinin nikahın ümumi əmsalı (il ərzində nikahların 1000 nəfər əhaliyə sayı) və boşanmanın ümumi əmsalı (il ərzində boşanmaların 1000 nəfər əhaliyə sayı) hesablanır. Bu göstəricilərdən bütün əhalidə
gedən proseslərin xarakteristikasını yalnız
ölüm əmsalları verir, çünki bütün insanlar ölür. Ümumi əmsallara əsaslanan nəticələr vəziyyəti düzgün xarakterizə etməyə bilər, çünki onlar əhalinin yaş strukturundan və prosesin keçmişdə intensivliyindən asılıdır. Müəyyən mühitdə bu və ya digər hadisələrin tezliyini xarakterizə edən, yəni yalnız müvafiq hadisəni törədə bilən əhalinin hissəsinə tətbiq olunan
intensivlik prosesini ölçən
bütün əhalinin deyil, yalnız bu hadisələri törədə bilən hissələrinin orta illik sayına nisbəti kimi hesablanır; doğum üçün doğulanların sayının reproduktiv yaşda olan qadınların sayına nisbəti, nikah üçün – nikaha daxil olanların sayının nikahda olmayan nikah qabiliyyətli yaşda olan şəxslərin sayına nisbəti, boşanma üçün – boşanmaların sayının nikahda olanların, yaxud mövcud nikahların sayına nisbətidir. Xüsusi əmsalların ümumi təsviri:
104
F H f = (3) burada F – həmin növ hadisəni törədən əhali qrupunun sayıdır. Ümumi və xüsusi əmsallar aşağıdakı nisbətlə bağlıdır: d f S F ⋅ = (4) f – xüsusi əmsal, d – bütün əhalinin sayında həmin qrupun payıdır. Lakin əhalinin həmin qrupunun hüdudlarında da onun müxtəlif hissələrində demoqrafik hadisələrin tezliyi eyni deyil və xüsusi əmsallar buna görə həmin qrupun tərkibindən asılıdır. Bu isə hadisələrin sayının əhalinin qrupu hissəsində bu hissənin orta (adətən orta illik) sayına nisbəti kimi fərdi əmsalların hesablanmasını zəruri etmişdi. Məsələn, uşaq doğumunun tezliyi nikahda olan və olmayan qadınlarda çox fərqlənir və müvafiq məlumatlar olduqda, nikahda doğulmuş və nikahdankənar doğulmuş uşaqların müvafiq sayının ərdə olan və ərdə olmayan qadınların orta sayına nisbəti kimi nikahda doğum əmsalı və nikahdan kənar doğum əmsalı hesablana bilər. Əhalinin istənilən hissəsi üçün tələb olunan məlumatlar olduğu halda, fərdi əmsallar hesablana bilər. Onlar hadisələrin tezliyini daha dəqiq qiymətləndirir. Lakin, bütün
əhali üçün
hadisələrin tezliyini bir rəqəmlə ifadə etməyə imkan vermədiyi üçün, əlverişli deyil. Fərdi əmsallarla xüsusi əmsallar aşağıdakı nisbətlə bağlıdır: ∑ ∑
∑ ∑ = = = = i i i i i i i i i i i i d f F F f F H F H f (5) burada f
–
qrupda ayrı-ayrı hissələrin sayları; ∑ =
i i i F F d / – qrupda i-hissəsinin payı, cəmləmə isə
bütün ayrılmış hissələrə (
F i i = ∑ ; ∑ = i i H H ) yayılır. Sonda ümumi əmsal aşağıdakı hasil kimi təqdim olunur
∑ =
i i d f d k (6) Ümumi, xüsusi və fərdi əmsalların qarşılıqlı əlaqəsi artım əmsallarının komponentlərə ayırma metoduna əsaslanır. Ümumi və xüsusi əmsallar, (6) düsturundan göründüyü kimi, əhalinin müxtəlif qruplarında hadisələrin tezliyindən, həmçinin əhali tərkibində bu qrupların nisbətindən çox asılıdır. Müqayisə olunan əhalinin, yaxud əhali
qruplarının tərkibində güclü fərqlər, həmçinin eyni əhalinin tərkibində müxtəlif vaxt dövrlərində dəyişikliklər olduğu halda, ümumi əmsallar hadisələrin tezliklərinin nisbətləri haqda yanlış təsəvvür verir və onların müqayisəsi düzgün olmayan nəticələrə gətirib çıxara bilər. Onlar yalnız prosesin ümumi xarakteristikası üçün yararlı və bəzən “kobud” adlandırılır. Əmsallar zaman və məkan üzrə müqayisə edildikdə, əhali tərkibinin təsirini istisna etmək üçün
standartlaşdırılmış adlanan
əmsallar hesablanır (“Demoqrafik
bax).
Bu zaman
“standart” kimi qəbul olunmuş əmsal eyni struktur şəraitində verilmiş və
standart əhali
xarakteristikaların nisbətini ifadə edən kəsrə bölünür
(“Demoqrafik indekslər”ə bax).
Əmsalların standartlaşdırılması təkcə ümumi və xüsusi əmsallar üçün deyil, həmçinin şəxsi əmsallar üçün aparıla bilər. O, əmsalın səviyyəsini dəyişdirir, lakin onların
təhlil imkanlarını genişləndirir. Adi əmsalların standartlaşdırılmış əmsallarla müqayisəsi standartlaşdırma zamanı istisna olunmuş struktur amilinin ümumi və xüsusi
intensivlik əmsallarının kəmiyyətinə təsirini ölçməyə imkan verir. Bu yolla çox vaxt ən əhəmiyyətli olan yaş tərkibindəki fərqlərin təsiri tədqiq olunur, lakin bu üsul əhalinin tərkibində digər əlamətlərə görə fərqlərin təhlili üçün də tətbiq oluna bilər. 2-ci qrup. XX əsrin ortalarından demoqrafik təhlildə demoqrafik proseslərin koqortada intensivlik əmsalları daha çox yayılırdı. Onlar koqortada demoqrafik hadisələrin onun öz vaxtında (yaşında, nikah müddətində və s.) tezliyini xarakterizə edən göstəricilər sırasıdır; hər əmsalın məxrəci kimi adətən koqortanın çıxış (ilkin) sayıdır. Çox vaxt təhlildə bu və ya digər prosesin koqortalar üçün doğulduğu il üzrə (nəslin), yaşa dolduqca onların dəyişməsi üzrə intensivlik əmsalları hesablanır: ölüm üçün – doğulduğu vaxtdan başlayaraq, nikah dövrü və uşaq doğumu üçün – koqortada bu hadisənin başlanması mümkün olduğu yaşdan başlayaraq (adətən 6 yaşdan). Başqa əlamətlərlə birləşdirilən koqortalar üçün göstəricilər müvafiq hadisənin başlanması anından hesablanır, məsələn, nikah koqortalarında doğum üçün – nikaha daxil olma anından. Təhlil metoduna görə, real və hipotetik koqortalarda intensivlik əmsalları fərqləndirilir. Birinci halda bəzən hadisələrin gətirilmiş sayları hesablanır və əmsalın əsası kimi koqortanın çıxış sayı qəbul olunur (məsələn, nikahın t il uzunluğunda boşanmaların gətirilmiş saylarının t il əvvəl bağlanmış nikahların sayına nisbəti). Hipotetik koqortalar üçün əmsallar 1-ci qrup şəxsi əmsallara müvafiqdir və bu da hipotetik nəsillərdə
105
proseslərin təhlilindən müxtəlif nəsillərdən ibarət faktiki əhaliyə keçməyə imkan verir. Koqorta əmsallarını cəmləmək olar.
Ümumiləşdirmə dərəcəsinə görə, koqoratlar üçün fasiləli (interval), kumulyativ (toplanmış) və yekun əmsallar fərqləndirilir: fasiləli əmsallar koqortanın yaşadığı vaxt intervalında hadisələrin nisbi sayına (məsələn, 20–24 yaşlarda doğumların sayı), kumulyativ – koqortada mövcud olduğu vaxtda baş vermiş hadisələrin nisbi sayına (məsələn, 25 yaşa doğumun sayı), yekun – koqortada həmin prosesin fəaliyyət göstərə bilən dövrün sonuna, fəaliyyətinin yekununa (məsələn, qadınlarda reproduktiv dövrün sonuna doğumların nisbi sayı) ölçülür. Ümumi nəsilvermə əmsalı daha çox istifadə olunur. Prosesin adekvat əks olunması baxımından, faktiki və cədvəl
intensivlik əmsalları fərqləndirilir. Faktiki demoqrafik əmsallar koqortası təkcə verilmiş prosesin deyil, həmçinin digər proseslərin, o cümlədən miqrasiyanın təsiri altında dəyişməsi prosesinin intensivliyini əks etdirir. 3) Bir nəslin digəri ilə əvəz olunması dərəcəsini xarakterizə edən əmsallar, yaxud əhalinin təkrar
doğum və ölümün təsiri altında dəyişməsinin ümumi ölçüsüdür. Onlar həm hipotetik, həm də real əhali üçün hesablana bilər. Nəsillərin əvəz olunma dərəcəsinin əhalinin artması ilə əlaqəsini
Birinci – yüklənmə göstəriciləri əhalinin ayrı-ayrı hissələrinin öz aralarında və əhalinin digər hissələri arasında nisbətləri öyrənir. Məsələn, cinslərin say nisbətləri (1000 qadına düşən kişilərin sayı), demoqrafik yük, həmçinin uşaqlı olma əmsalı (indeksi). Bu sinifdən olan ikinci əmsal növü bu və ya digər əhali qruplarında müəyyən əlamətlərə malik olan insanların (yaxud hadisələrin) payını xarakterizə edir. Məsələn, məşğulluq əmsalı – verilmiş yaş və cinsdən olan şəxslər arasında məşğuliyyəti olan şəxslərin sayı (əmək ehtiyatları öyrənildikdə tətbiq olunur) və s. Bu növ göstəricilərə ailəlik əmsalı da – 1000 nəfərə ailələrin sayı (ailənin orta kəmiyyəti göstəricisinə əks olan kəmiyyət) aiddir. Bu növ
göstəricilər prosesin intensivlik xarakteristikası kimi tətbiq olunur (müəyyən yaşda olan analarda doğulmuş uşaqların payı, yaxud ümumi doğum sayında ilk uşaqların payı) ki, bu da düzgün deyil. Çünki bu əmsalların səviyyəsi əhalinin strukturundan xeyli asılıdır.
(standartlaşdırma metodu) – demoqrafik əmsalların müqayisəsi zamanı
struktur fərqlərin təsirinin aradan
qaldırılması üsuludur. Ümumi əmsalların kəmiyyətinə əhalinin yaşı, cinsi, nikah vəziyyəti, nikahın müddəti, təhsil səviyyəsi və s. üzrə tərkibinin xüsusiyyətləri təsir göstərdiyi üçün, ümumi əmsalların müqayisəsi aparılan əhalidə, yaxud əhali qruplarında bu və ya digər demoqrafik proseslərin intensivliyindəki fərqlər haqda düzgün təsəvvür yaranmır. Buna görə də, ümumi əmsallar birbaşa yox, ilkin təshihdən, yaxud standartlaşmadan sonra müqayisə edilir. Bu zaman prosesin intensivlik göstəriciləri və müəyyən əhalinin strukturu standart kimi qəbul olunur və müqayisə olunan hər bir əhali üçün indeks hesablanır. Bu indeksi standart üçün ümumi əmsala vuraraq, müqayisə olunan əhalilər üçün standartlaşdırılmış əmsallar alınır və onlarda əhalinin strukturunun fərdi xüsusiyyətləri aradan götürülmüş olur. Demoqrafik əmsalların standartlaşdırılması metodu ilk dəfə XIX əsrin ortalarında ingilis statistiki U.Farr tərəfindən ölüm əmsallarının müqayisəsi zamanı tətbiq edilmişdir. Bu metod ölümün
öyrənilməsində geniş
yayılmışdır, həmçinin nadir hallarda doğumun, nikahın və digər proseslərin təhlilində də tətbiq olunur. Ondan həm ərazi üzrə, həm də vaxta görə müqayisələr zamanı istifadə olunur. Əhalinin yaş tərkibindəki fərqlərin təsirini aradan götürmək məqsədilə, ölüm əmsalını hesablamaq üçün
demoqrafik əmsalların standartlaşdırılmasının tətbiq olunmasına baxaq. Standartlaşdırılmış əmsalın ümumi düsturu: I m m i st ⋅ = 0
burada ∑ ∑ = x x x x x S m S m 0 0 0 0
– yaş
əmsallarında orta
əmsala bərabər
(m x =M x /S x ) standartın ümumi əmsalı, ölçülmüş S x
rəqəmləri, yaxud x yaşda insanların payı, I isə – standartlaşdırma indeksidir. Hesablama üsullarından asılı olaraq, I düz, dolayı və əks
metodları fərqləndirilir. Standartlaşdırmanın düz metodundan ilk dəfə Böyük Britaniyanın bəzi şəhərlərinin əhalisinin ölüm əmsallarını müqayisə etdikdə istifadə edilmişdir. Bu üsulda ∑ ∑
∑ ∑ ∑ = = 0 0 0 0 0 0 0 0 :
x i x x x x x x i x x m S m S S m S S m S I
burada t nişanı – müqayisə olunan əhali üçün göstəricidir, 0 – standart üçündür; burada və sonra cəmləşdirmə x-in bütün qiymətləri üzrə aparılır. Göstərilən halda ölüm əmsallarının müqayisəsi
106
onun yaş ölüm göstəricilərinin, əhalinin yaş bölgüsünə cavab verən eyni çəkilər üzrə ölçülməsi yolu ilə, standart kimi qəbul olunmuş və aşağıdakına bərabərdir:
∑ = = i x x i st m S I m m 0 0 Düz üsulla standartlaşdırmaq üçün, müqayisə olunan əhali qruplarının yaş göstəriciləri və standart əhalinin (standartın) yaş strukturu olmalıdır. Düz üsulla standartlaşdırılmış ölüm əmsalı təsadüfən öyrənilən əhalidə böyük xüsusi çəkiyə malik yaş üçün ölüm əmsalının təsiri altında və standartın yaş strukturunda xeyli xüsusi çəkiyə malik ola bilər. Demoqrafik əmsalların standartlaşdırılmasının dolayı üsulu
bundan qaçmağa imkan verir. Standartlaşdırmanın dolayı metodu ilk dəfə XIX əsrin ortalarında Farr tərəfindən tətbiq edilmişdi. Bu üsulda ∑ ∑ ∑ ∑ ∑ ∑ ⋅ ⋅ = ⋅ ⋅ = 0 0 : x i x i x i x i x x i x i x i x i x m S m S S m S S m S I
yəni verilmiş əhalinin ölüm göstəriciləri standart kimi qəbul olunmuş, həmin əhalinin yaş bölgüsü üzrə ölçülmüş əhali üçün olan göstəricilərlə müqayisə olunur. Müqayisə olunan qrupların standartlaşdırılmış ölüm əmsalları bərabərdir: ∑ ∑
⋅ ⋅ = 0 0
i x i x i x i st m S m S m m
Kəsrin məxrəci “ölümlərin gözlənilən sayı” adlandırılır; onu göstərir ki, verilmiş əhalidə hər bir yaşdakı şəxslərin ölümü standartda olduğu kimi olsaydı, nə qədər ölümlər olardı. Bu metod müqayisə edilən əhalinin yaş strukturu haqda məlumatlar, həmçinin standartın yaşlar üzrə ölüm göstəriciləri olduqda tətbiq edilir. Əgər müqayisə olunan əhali üçün yaşlar üzrə ölənlərin sayı (M i x ) məlumdursa, lakin onların yaş tərkibi haqda məlumat yoxdur, amma standartın yaşlar üzrə ölüm əmsalı məlumdursa (m 0 x ), onda standartlaşdırmanın ə k s metodu
(“əhalinin gözlənilən sayı” metodu) tətbiq oluna bilər. Belə ki,
olduqda, onda S x =M x /m x
standartlaşdırma indeksini aşağıdakı kimi vermək olar: ∑ ∑ = i x x i x S m M I : 0 burada kəsrlərin cəmi “əhalinin gözlənilən sayı”dır. Müqayisə olunan əhalinin standartlaşdırılmış ölüm əmsalları ∑ ∑ = =
x i x i st S M d I m m : 1 0
bərabər olacaq, burada d=m 0 x :m 0 . Müqayisə olunan əhalilərin strukturları öz aralarında iki və daha çox əlamətlər üzrə fərqləndiyi halda ikili standartlaşdırma metodu tətbiq oluna bilər. Bu zaman standartlaşdırma bir əlamət
üzrə aparılır, sonra isə
alınmış standartlaşdırılmış əmsallar digər əlamət üzrə standartlaşdırılır. Standartlaşdırılmış əmsallar müstəqil əhəmiyyətə malik deyil, çünki istənilən halda standartdan asılıdır; onlar yalnız müqayisə üçün yararlıdır. Standartın seçilməsi təkcə standartlaşdırılmış əmsalların özünə deyil, həmçinin onlar arasında fərqlərin kəmiyyətinə təsir göstərir. Buna görə də, standart kimi müqayisə olunan əhalinin yaş strukturlarına ən yaxın yaş strukturu olan əhali seçilməlidir. Praktikada standart kimi bütün müqayisə olunan əhalinin orta yaş tərkibi, yaxud hər hansı üçüncü əhalinin yaş bölgüsü qəbul oluna bilər. Doğum
əmsallarının müqayisəsində standartlaşdırma metodu statistika təcrübəsində ilk dəfə S.A.Novoselski tərəfindən təsvir olunub. Onun inkişafına Amerika demoqrafı A.Koul tərəfindən təklif olunan indekslər sistemi xidmət edir. Koulun
indekslər sistemi
doğumun öyrənilməsi zamanı demoqrafik əmsalların standartlaşdırılmasının dolayı metodunun tətbiqinin özünəməxsus nümunəsidir (“Demoqrafik indekslər”ə bax). Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling