Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Empirik məlumatların işlənməsi və təhlili
- DEPOZĐT
- DESKRĐPTORE (ingiliscə: teq)
DEMOQRAFĐYA STATĐSTĐKASI (ƏHA- LĐ STATĐSTĐKASI) – əhalinin və ya onun qruplarının say tərkibini, yerləşməsini və təkrar istehsalını xarakterizə edən məlumatların toplanması, işlənməsi, şərh edilməsi və təhlilinin statistik metodları ilə məşğul olan sosial-iqtisadi statistika sahəsidir. Demoqrafiya statistikası ifadəsi həmçinin əhali və demoqrafik proseslər üzrə say məlumatlarının məcmusunu, bəzən isə məlumatların toplanması, işlənməsi və təhlilinin praktiki fəaliyyətini ifadə edir. Demoqrafiya statistikası əhalinin və demoqrafik hadisələrin (doğum, ölüm, nikah və boşanma) statistik müşahidə metodlarını, xüsusilə əhalinin siyahıyaalınmasının keçirilməsi və əhalinin müşahidələri metodlarını, demoqrafik hadisələrin cari uçotu və miqrasiyanın uçotu metodlarını, məlumatların ümumiləşdirilməsi və qruplaşdırılması qaydalarını, ölçülmə qaydalarını, intensivliyin müqayisəsini və demoqrafik proseslərin səbəblərinin öyrənilməsini işləyib hazırlayır. Tarixən demoqrafiya statistikası çərçivəsində digər
qeyri-statistik (xüsusilə demoqrafik) metodlar, o cümlədən demoqrafik cədvəl şəklində verilən demoqrafik funksiyaların təhlili, əhalinin təkrar istehsalı qaydalarının ümumiləşdirilmiş göstəricilərinin və əhalinin riyazi modellərinin qurulması qaydaları inkişaf etmişdir. Demoqrafiya statistikasında əhaliyə insanların məcmusu kimi baxılır ki, bu da onlarda baş verən demoqrafik hadisələrin (onların sayı və tərkibi dəyişir) təsiri altında daim dəyişir. Bu hadisələrin tezliyi, adətən onların bu və ya digər əhali qrupunda müəyyən dövr ərzində sayının həmin qrupun öz sayına, yaxud həmin dövr ərzində qrup tərəfindən yaşanmış insan-il sayına nisbəti, yəni demoqrafik əmsallarla ifadə olunur. Demoqrafiya statistikası üçün zəruri olan bütün məlumatlar müxtəlif növ əhali uçotu yolu ilə alınır. Ənənəvi olaraq, əhalinin vəziyyətinin uçotu və hərəkətinin uçotu ayrılır, sonuncu doğumun və ölümün uçotuna (əhalinin təbii hərəkəti) və yaşayış yerlərinin dəyişməsi hallarının uçotuna (əhalinin mexaniki hərəkəti) bölünür. Əhali hərəkətinin hər iki növünün sosial təbiəti var, ona görə birincini çox vaxt əhalinin təkrar istehsalı, ikincini isə onun miqrasiyası adlandırırlar. Buna baxmayaraq, statistika praktikasında və elmi ədəbiyyatlarda ənənəvi terminlərdən də istifadə olunur. Ölkənin, yaxud onun regionlarının əhalisinin vəziyyəti haqqında, yəni əhalinin sayı və onun cins, yaş, nikah vəziyyəti və digər əlamətlərə görə bölüşdürülməsi mərkəzləşdirilmiş qaydada müəyyən vaxta bütün ölkə üçün vahid proqram üzrə keçirilən əhalinin siyahıya alınması əsasında əldə olunur və onlar əhali vəziyyətinin, sanki, dərhal fotoşəkilini verir. Əhalinin təkrar istehsalı, təbii
hərəkəti haqqında, yəni demoqrafik hadisələrin sayı haqqında məlumatlar xüsusi təşkil olunmuş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı yolu ilə alınır; həmçinin əgər məlumatların toplanmasında insanın, yaxud ailənin həyatındakı keçmiş hadisələr xüsusilə qeyd edilirsə, onları əhalinin siyahıya alınması, müşahidəsi zamanı da əldə etmək mümkündür. Ayrı-ayrı ərazilərin əhalisi miqrasiya nəticəsində də dəyişir. Yaşayış yerinin dəyişməsi faktları cari qaydada köçüb getdikdə, yaxud siyahıyaalma zamanı keçmişdə yaşayış yerinin dəyişdirilməsi haqqında sualın köməyi ilə əldə olunur. Bəzi ölkələrdə daimi siyahılar, yəni əhali registrləri aparılır və onlarda ailələrdə baş verən bütün demoqrafik hadisələr və müvafiq dəyişiklik başlandığı andan göstərilir. Əhali və demoqrafik hadisələr haqqında məlumatları həmçinin müntəzəm, yaxud epizodik seçmə müşahidələrdən alırlar. Mikrosiyahıyaalma tipində olan seçmə müşahidələr əhalinin təkrar istehsalının daha dərindən öyrənilməsi üçün məlumatlar almaq məqsədi güdür. Bir qayda olaraq, demoqrafik göstəricilər təkcə bütün ölkə üçün deyil, həmçinin şəhər və kənd əhalisi, ayrı-ayrı ərazilər və hətta yaşayış məntəqələri üçün hesablanır. Onların dəqiqliyi resurs və hadisələrin məcmusunun kəmiyyətindən asılıdır. Buna görə də, kiçik ərazilər və ərazi qrupları üçün o, kiçik ola bilər. Demoqrafiya statistikası alınan göstəricilərin dəqiqliyinin 115
xüsusi qiymətləndirmə metodlarını işləyib
hazırlayır. Əhalinin siyahıyaalmaları 5 il, yaxud 10 ildən bir, demoqrafik hadisələrin cari qeydiyyatı isə fasiləsiz aparılır. Halbuki onun məlumatları (doğum və ölüm haqqında yaş və cins üzrə) adətən ildə 1 dəfə ümumiləşdirilir. Bu, siyahıyaalma məlumatlarının üstünə il ərzində doğulanları gəlməklə, hər yaşda ölənləri çıxıb və bu ili yaşamış insanları sonrakı yaşa keçirməklə, hər il əhalinin sayının və cins-yaş tərkibinin ilin əvvəlinə (bəzən – ilin ortasına) cari qiymətlərini almağa imkan yaradır. Ayrı-ayrı ərazilər üçün analoji yolla miqrasiya nəticəsində əhalinin dəyişməsi nəzərə alınır: gələnlər üstə gəlir, gedənlər isə çıxılır. Siyahıyaalma (yaxud
cari qiymətləndirmə nəticələri) üzrə əhalinin sayı, cins-yaş tərkibi və gələcəkdə nəzərdə tutulmuş doğum və ölüm səviyyələri haqda məlumatlara əsasən əhalinin gözlənilən sayı və cins-yaş tərkibi hesablanır. Demoqrafiya statistikasının məlumatları sosial- iqtisadi təhlildə və demoqrafiya ilə əhalinin təkrar istehsalının qanunauyğunluqlarının, digər elmlərlə insanların ictimai həyatlarında baş verən müvafiq amil və qanunauyğunluqların öyrənilməsində tətbiq olunur. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan Respublikasında da əhali haqqında məlumatlar əsasən dövlət statistika orqanlarında toplanır və işlənilir. Məlumatların yığılması və işlənməsindən başqa,
onun funksiyalarına həmçinin demoqrafik təhlilin elementləri, demoqrafik cədvəllərin hesablanması, əhalinin sayının və cins-yaş tərkibinin cari hesablamaları, əhalinin perspektiv hesablanması da daxildir. Demoqrafiya statistikasının məlumatları xüsusi bülletenlərdə, statistik və illik demoqrafik məcmuələrdə nəşr edilir. DEMOQRAFĐYADA STATĐSTĐK ME- TODLAR
– demoqrafik proseslərin və hadisələrin müşahidəsi, təsviri və kəmiyyət təhlili üsullarının statistikası prinsiplərinə əsaslanan məcmudur. Tarixən əhalinin statistik uçotu obyektlərindən biri olmuşdur və onunla əlaqədar olaraq,
statistika onda
kütləvi hadisələrin kəmiyyətcə öyrənilməsi metodları haqda elm kimi inkişaf etmişdir. Buna görə də, demoqrafiyada statistik metodların çoxu ümumi statistika metodları, başqaları isə kəmiyyət təhlili obyekti kimi əhalinin spesifikasına uyğun dəyişərək
Müasir demoqrafiyada statistik metodlar əsasən dörd istiqamətdə: əhali və demoqrafik proseslər haqda məlumat almaq üçün, natamam məlumatlar üzrə onların rekonstruksiyası daxil olmaqla; məlumatların işlənməsi və demoqrafik prosesləri statistik təsvir
etmək üçün;
demoqrafik qanunauyğunluqların və sosial-demoqrafik əlaqələrin təhlili üçün; demoqrafik proseslərin xarakteristikalarını ümumiləşdirmək və əhalinin təkrar istehsalının və hərəkətinin bəzi toplu göstəricilərini hesablamaq üçün tətbiq olunur. Statistik müşahidə konkret rəqəmli nəticələr verir, onlar da demoqrafik vəziyyəti təsvir etmək - demoqrafik proseslərin qanunauyğunluqlarını müəyyən etmək üçün əsasdır. Bu səbəbdən, demoqrafiyada statistik metodların sayına belə məlumatların alınması yolları, məsələn, əhalinin siyahıyaalınması, demoqrafik hadisələrin cari uçotu, əhalinin müşahidələrinin keçirilməsi və s. metodlar daxildir. Empirik məlumatların işlənməsi və təhlili üçün statistik metodların tətbiqi demoqrafik hadisələrin təsadüfi dəyişənlər kimi, demoqrafik proseslərin isə ehtimal olunan proseslər kimi şərhinə əsaslanır. Hər bir demoqrafik hadisə həm ümumi, həm də xüsusi təsadüfi səbəblərin təsiri altında baş verir. Çoxlu ardıcıl gələn hadisələrdən ibarət olan demoqrafik prosesdə bu səbəblər dəyişir. Bu zaman təsadüfi səbəblər hadisəyə xas olan qanunauyğunluğu üzə
çıxararaq qarşılıqlı dəyişməyə meyl edir. Kütləvi demoqrafik məlumatları emal və təhlil etmək üçün tətbiq olunan metodlar – interval
belə sıraların üç növü fərqləndirilir: əhalinin özünün bu və ya digər əlamətləri üzrə interval sıraları (əhalinin yaş və cins üzrə bölüşdürülməsi); bəzi insanlar qrupunun interval sıraları (ailələrin, yaxud
məskənlərin böyüklüyə görə bölüşdürülməsi); demoqrafik hadisələrin bölgü sıraları (doğumların ananın yaşına, yaxud boşanmanın – nikahın
müddətinə görə
bölüşdürülməsi). Bu intervalları təsvir və təhlil etmək üçün nisbi kəmiyyətlər sistemi tətbiq olunur – intervalın ümumi xarakteristikasını verən (orta kəmiyyətlər), onun formasını təsvir edən (orta mövqeli, yaxud kvantilli) və sıranın dəyişmə dərəcəsini xarakterizə edən (müxtəlif variasiya ölçüləri). Demoqrafik prosesləri təsvir və tədqiq etmək üçün adətən əhalinin bu və ya digər qruplarında demoqrafik hadisələrin tezliyini xarakterizə edən nisbi kəmiyyətlər hesablanır – demoqrafik
asılı olmayan ehtimalları. Demoqrafik proseslərin ümumi intensivlik göstəricilərinin öyrənilməsi əhalinin strukturunun və onun ayrı-ayrı hissələri arasında göstəricilərin fərqlərinin təhlili ilə tamamlanmalıdır. Əhali strukturunun demoqrafik proseslərin xarakteristikasına təsirini öyrənmək
116
üçün demoqrafik əmsalların standartlaşdırılması kimi xüsusi üsullar tətbiq olunur. Demometrik funksiyalar demoqrafiyada geniş kəmiyyət sinfini təşkil edir, vaxt keçdikcə, yaxud bu və ya digər demoqrafik vəziyyətdə olma müddəti keçdikcə, bu və ya digər demoqrafik proseslərin intensivliyinin dəyişməsini xarakterizə edir.
Əhali tərkibinin ətraflı xarakteristikasını almaq, demoqrafik proseslərin meyl və amillərini öyrənmək üçün
bəzi ölkələrdə (məsələn, Hindistanda) demoqrafik hadisələr haqda cari məlumatları alma üsulu kimi statistik müşahidənin
bütün ölkə əhalisi üzrə reprezentativ olan əhalinin bəzi hissəsi seçilir. Xüsusi seçmə üsulları işlənir. Demoqrafik statistikada seçmə
metodunun spesifikası insanların yuva xarakterinə malik məskunlaşma xüsusiyyətləri ilə müəyyən olunur (insanlar yaşayış məntəqələrində, onların daxilində isə evlərdə, mənzillərdə cəmləşir). Bu isə çoxpilləli seçmənin tətbiqini əsaslandırır. Əhalinin müxtəlifliyi tipik, yaxud təbəqələrə ayrılmış seçimi nəzərdə tutur. Ərazilərin seçmə metodları böyük əhəmiyyətə malikdir. Seçmə müşahidədən dəqiq məlumatlar almaq üçün seçmə
Demoqrafik proseslər arasında əlaqələrin öyrənilməsi və başlıca olaraq, demoqrafik proseslərin bu və ya digər sosial-iqtisadi amillərdən asılılığının öyrənilməsi demoqrafiyada statistik metodların tətbiqinin inkişaf etmiş sahəsidir. Bunun üçün müxtəlif korrelyasiya modelləri işlədilir. Korrelyasiyanın tətbiqi zamanı yalnız əlaqənin sıxlığı ölçülür; səbəb-nəticə asılılığın xarakterini açmağa imkan vermir və onun müəyyən edilməsi nəzəri demoqrafik təhlilin vəzifəsi olaraq qalır. Demoqrafik proseslərin göstəricilərinin, xüsusən ölüm səviyyələri oxşar olan bir sıra ərazilər üçün ölüm cədvəlləri göstəricilərinin nümunəvi ölüm cədvəllərinin qurulması korrelyasiya asılılığının ölçülməsinə əsaslanır. Analoji üsullar nümunəvi nikah və doğum cədvəllərinin tərtibi üçün də tətbiq olunur. Lakin korrelyasiya təhlili qarşılıqlı əlaqələrin mürəkkəb xarakteri və alınan
nəticələrin interpretasiyasındakı çətinliklərlə bağlı
demoqrafiyada geniş tətbiqini tapmamışdır. DEMOMETRĐYA (yunan. démos – xalq və metréō – ölçürəm) – demoqrafik proseslərin ölçülməsi, demoqrafiyada riyazi
metodların tətbiqidir. Termin 1966-cı ildə Đsveç alimi X.Xürenius tərəfindən “riyazi demoqrafiya” anlayışına sinonim kimi təklif olunmuşdur. 1969- cu ildə Avstriya demoqrafı V.Vinklerin eyni adlı kitabının çıxması ilə “demometriya” termini yayılmışdır. Kitabda müəllif demometriyanı geniş şərh edir, ona həm riyazi demoqrafiyanın özünü, həm də demoqrafik modelləri və demoqrafik əmsalları almaq üçün nəzəriyyəni daxil edərək göstərir ki, demometriya ilə demoqrafiyanın müqayisəsi sosiologiya və
sosiometriyanın, psixologiya və psixometriyanın və s.
müqayisəsinə oxşardır. DENOMĐNASĐYA (kağız pulun qiymətinin dəyişdirilməsi) – ölkədə pul tədavülünün qaydaya salınması, uçot və
hesablaşmaların asanlaşdırılması məqsədilə köhnə pul nişanlarının müəyyənləşdirilmiş nisbətlərdə yeniləri ilə əvəz edilməsi yolu ilə
milli pul
vahidlərinin iriləşdirilməsidir. Bu nisbətlərlə də əmtəə və xidmətlərin qiymətləri, tariflər, əmək haqları, pensiyalar, bank hesablarında pul vasitələrinin qalıqları, ölkənin bütün iqtisadi subyektlərinin balansları hesablanır. Denominasiya nəticəsində valyuta kursunun dəyişməsi və pul kütləsinin nominal azalması halları baş verir. Denominasiyaya çox zaman texniki təminatın (pul nişanlarının çapı, müxtəlif əsginaslar arasında zəruri qarşılıqlı əlaqəyə əməl olunması, iri nominallı dəyişdirmə sikkələrinin (xırda pul sikkələrinin) hazırlanması) mürəkkəbliyi (xüsusilə də inflyasiya şəraitində) səbəb olur. 2006-cı il yanvarın 1-i tarixindən “Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş, həmin qanuna uyğun olaraq, göstərilən tarixədək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il yanvarın 1-dən 1 manata bərabər tutulmuşdur. DEPOPULYASĐYA (frans. dépopulation – əhalinin azalması) – hər hansı bir ölkənin və ya regionun əhalisinin mütləq sayının sistematik azalması (nəslin pozulması) əhalinin aşağı təkrar istehsalı nəticəsində baş verir, sonra gələn nəsillər sayca əvvəlki nəsillərdən az olur. Depopulyasiya dedikdə, bəzən demoqrafik böhranın təzahür formalarından biri
başa düşülür. Depopulyasiyanın təzahürü kimi, ölüm saylarının doğum saylarını davamlı olaraq üstələməsi, doğumun intensivliyinin aşağı düşməsi və ölümün artması, yaş strukturundakı qeyri-mütənasiblik, miqrasiyaların, müharibələrin və digər ekstremal və böhran hadisələrinin nəticəsi ola bilər. Depopulyasiya əhalinin təkrar istehsalı üzrə göstəricilər sistemi, o cümlədən əhalinin təkrar istehsalının netto-əmsalı ilə xarakterizə olunur (onun kəmiyyəti uzun müddət ərzində vahiddən aşağı olur).
117
DEPOZĐT – 1) hər hansı bir şirkətə və yaxud şəxsə mənsub olan, müəyyən edilmiş və ya tələb olunan vaxta qədər bank-kredit müəssisələrində saxlanılmağa verilmiş pul vəsaitləri və qiymətli kağızlardır; 2) hüquqi və ya fiziki şəxslərin bankdakı əmanətləridir. Təcili depozitlər, tələb olunan vaxta qədər depozitlər, şərti depozitlər, xərclənmə qrafikli depozitlər bir-birindən fərqlənirlər. Əmanətlərin saxlanması müddətindən və digər şərtlərdən asılı olaraq, depozitlər bank tərəfindən ödənilir. Depozitlər kreditlərin verilməsinə, investisiyaya və digər məqsədlərə yönəldilən bankın borc fondunun yaradılması mənbəyi hesab olunur; 3) alıcı tərəfindən müvafiq əmtəəni özü üçün ehtiyatda saxlamaq məqsədilə ödənilmiş əmtəənin qiymətinin bir hissəsidir. Müqavilənin şərtlərindən asılı olaraq, satınalma baş tutmadığı halda, depozit qaytarılan və qaytarılmayan ola bilər; 4) alınmış əmtəənin dəyərinin hissə-hissə ödənilməsi barədə müqaviləyə əsasən ilkin ödənilmiş məbləğdir. Adətən, alıcı tərəfindən əmtəələri idarə etmək hüququ aldığı andan ödənilir; 5) kreditora verilməsi üçün borclu tərəfindən məhkəməyə ödənilən pul məbləğidir (və ya qiymətli kağızdır)) DEPOZĐT SERTĐFĐKATI – kredit
müəssisələrinin özündə pul vəsaitlərinin depozitə qoyulmasını, əmanətçinin (hüquqi şəxsin) depozit və faiz götürmə hüquqlarını təsdiqləyən yazılı şəhadətnaməsidir. Depozit sertifikatı iki yerə: pul sertifikatı təqdim edildikdə müəyyən məbləğin götürülməsinə hüquq verən tələb olunan vaxta qədər olan depozit və əmanətin götürülmə vaxtı və çatacaq faizin miqdarı göstərilən təcili depozit sertifikatlarına bölünür.
və onlarla bağlı hüquqların uçotu funksiyalarını həyata keçirən təşkilatdır.
- dəyəri bazis aktivlərinin dəyərinə
görə
müəyyənləşdirilən, təcili
sövdələşmələr bazarında dövr edən
təcili sazişlərdir. Başqa sözlə,
törəmə qiymətli kağızlardır, birja aktivinin bu qiymətli kağız əsasında olan qiymətinin dəyişməsi ilə bağlı baş verən əmlak
hüququnun (öhdəliklərinin) ifadəsinin sənədləşdirilməmiş formasıdır. Derivativlərin tədavülünün əsas məqsədi müvafiq aktivlərin qiymətlərinin dəyişməsindən gəlir əldə etməkdən ibarətdir.
kodlaşdırılmanın əsas elementi kimi, HTML standartında qəbul olunmuş işarələrdir.
– korrelyasiya əmsalının kvadratıdır (qoşa, fərdi və ya çoxluq); reqressiyanın xətti bərabərliyinə aid olan,
arqumentlərin təsiri ilə izah olunan, nəticəli əlamətlərin dispersiyasının payını xarakterizə edir. Bu halda determinasiya əmsalı korrelyasiya nisbətinin kvadratı ilə üst-üstə düşür. DEVALVASĐYA – inflyasiya, tədiyyə balansının defisiti (kəsiri), pul dövriyyəsinin pozulması nəticəsində digər ölkələrin valyutası ilə müqayisədə bir ölkənin valyutasının dəyişmə məzənnəsinin birdəfəlik aşağı düşməsi, qiymətdən düşməsidir. Devalvasiya zamanı ixrac olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling