Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- DĐSKET – “
- DĐSKONTETMƏ ƏMSALI (DĐSKONT- EDĐCĐ VURUQ)
- DĐSKONTLAŞDIRICI VURUQ – “Yerdəyişmə əmsalına” bax. DĐSKONTLAŞDIRMAQ
- DĐSKRĐMĐNANT TƏHLĐL
- DĐSPANSERLƏŞDĐRMƏ (dispanserlər vasitəsilə görülən sağlamlıq tədbirləri)
- DĐSPERSĐYANIN TƏHLĐLĐ
- DĐSTRĐBYUTOR
- DĐVERSĐFĐKASĐYA (latınca diversio – kənarlaşma, dəyişmə)
- DĐVĐDENT (müəssisə şəriklərinin qoymuş olduqları kapitala görə aldıqları gəlir) – (I)
- DOĞULDUĞU YER (doğuşların cari uçotunun məlumatlarının işlənməsində)
DĐNAMĐKA SIRASI (DĐNAMĐKĐ SIRA) –
müəyyən statistik göstəricinin və ya sıranın səviyyələri adlanan çoxluq vahidi əlamətinin xronoloji ardıcıl qiymətləridir. Hər bir səviyyə müəyyən ana (anlı dinamika sırası) və ya vaxt intervalına (intervallı dinamika sırası) aiddir. Dinamika sırasının səviyyəsi mütləq, nisbi və ya orta kəmiyyətlə xarakterizə oluna bilər. Đntervallı dinamika sırasına öyrənilən dövri fasiləsiz (tam dinamika sırası) və ya fasilələrlə (natamam
125
dinamika sırası) əhatə olunan səviyyələr daxildir. Anlı dinamika sıraları həmişə natamam olur. Dinamika sırası baxılan obyektin və onun ayrılıqda xüsusiyyətlərinin inkişaf prosesinin öyrənilməsi və say xarakteri üçün mühüm məlumatdır. Dinamika sıralarının ardıcıl səviyyələrinin bir-birindən fərqi inkişafın səbəb və şərtlərinin kompleksi ilə izah olunur. Bu fərq tərkib elementlərinə görə statistik üsulla düzülə bilər. Tərkib elementləri: dəyişiklik meylləri və ya
təsiri altında dinamika sırasının rəvan artması və ya azalması; dövri enib-qalxmalar – dövri dəyişən amillərin təsiri altında
dinamika sırası
səviyyələrinin artıb və azalmalarının müəyyən vaxt intervalları ilə müntəzəm təkrarlanması, məsələn, ilin fəsillərinin, günəşin fəallığının dövrəsinin dəyişməsi; enib-qalxmalar zamanı təsadüfi paylanmalar – obyektin əsas inkişaf səbəbləri ilə əlaqədar olmayan amil
və vəziyyətlərin təsiri altında səviyyələrin qeyri- müntəzəm dəyişməsidir.
alınmasında istifadə olunan və diri doğulmuş uşaqların sayını göstərən anlayışdır. Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirmələrinə görə, diri doğulma, hamiləliyin müddətindən asılı olmayaraq, dölləmə məhsulunun ana orqanizmindən tam qovulması və xaric
edilməsidir. Bu zaman döl nəfəs alır, göbək ciyəsinin kəsilməsindən və ya ciftin ayrılmasından asılı olmayaraq, digər həyat əlamətləri, yəni ürək döymə, göbək ciyəsinin pulsasiyası və ya əzələlərin ixtiyari hərəkəti kimi təzahür edir. Statistika baxımından doğuşların təhlil edilməsi nəticəsində, müəyyən vaxt ərzində müvafiq ərazidə doğulanların ümumi sayı (diri və ölü doğulanlar ayrı-ayrılıqda) haqqında məlumat əldə edilir. Diri doğulanlar üçün onların cinsi, ananın yaşı, doğum sırası, doğulduğu ay, ananın ailə vəziyyəti, yaşayış yeri (kənd və ya şəhər) üzrə bölgüsü haqqında məlumatlar da hesablanır. Doğum
səviyyəsini səciyyələndirmək üçün, mütləq kəmiyyətlərlə yanaşı, nisbi göstəricilər də tətbiq edilir. Doğumun ümumi əmsalından daha geniş istifadə edilir.
(veksellərin uçotu) – 1) bank praktikasında: bank tərəfindən veksellərin uçota alınması vaxtı tutulan, vekselin məbləği ilə ödəmə vaxtı çatanadək onun alınmasına bank tərəfindən ödənilən məbləğ arasındakı fərqi göstərən uçot faizidir. Mərkəzi Bank tərəfindən kommersiya veksellərinin yenidən
uçota alınmasında kredit müəssisələrindən yığılan diskontlar rəsmi uçot tarifi hesab olunur; 2) təcili valyuta sövdələşmələrində valyuta və əmtəə riskləri praktikasında – nağd əməliyyatlar zamanı valyuta
kurslarında güzəştlərdir; əmtəələrin qiymətlərində əvvəlcədən müəyyən olunmuş güzəştlərdir; 3) fond birjaları praktikasında – qiymətli kağızların nominalı ilə onların birja kursları arasında olan (sonuncunun aşağı olduğu halda) fərqdir; 4) forvard kursu ilə valyutaların təcili tədarükü zamanı mövcud olan kurs arasındakı müxtəliflikdir.
faizlərin hesablanmasında istifadə edilən termindir. Vaxtın bir dövrü üçün q=(1+r) -1 , vaxtın n dövrü üçün q n =(1+r) -n olur, burada r – diskontun normasıdır.
VURUQ – “Yerdəyişmə əmsalına” bax.
- vaxtın müxtəlif anlarına aid olan xərclərin və nəticələrin qiymətlərinin qeyri-bərabərliyini araşdırmaq məqsədilə tez-tez maliyyə
və iqtisadi hesablamalarda tətbiq olunan əməliyyatlardır. Müxtəlif dövrlərin kəmiyyətlərinin tutuşdurulması və müqayisəsi üçün istifadə edilir, məsələn, diskontlaşdırıcı vuruq (diskontlaşdırma əmsalı) kimi.
– çoxölçülü müşahidələrin təsnifləşdirilməsinin statistik metodlarının çoxölçülü məcmusudur. Fərz edək ki, müşahidənin nəticəsi olan k ölçülü χ = (χ 1 , χ 2 , ..., χ k )
təsadüfi vektor hesab edilir. Müşahidə olunan X vektorunun qiyməti üzrə obyektin π
ί = 1,2, ..., l çoxluqlarından birinə aid
olmasına dair
qayda
müəyyənləşdirilməsi tələb olunur. Diskriminasiya (bərabərsizlik) qaydası, π
obyektindən seçilmiş π
çoxluqları və
p i
ehtimalları haqqında aprior (fərz olunan) optimal məlumatlar əsasında, müəyyən prinsiplərə uyğun seçilir. Adətən, fərqləndirmə məsələsində seçilmiş nöqtələr çoxluğunu daha yaxşı bölən, obyekti xarakterizə edən əlamətlər vektorundan, onlardan xətti funksiyaya, diskriminant funksiyasından hipermüstəviyə keçir. Əlamət vektorlarının normal paylanması (bu paylanmanın parametrləri haqqında məlumat olmadıqda) daha
çox öyrənilmişdir.
126
Diskriminasiya funksiyasında paylanmanın naməlum parametrləri onların ən yaxşı qiymətləri ilə əvəz edilir. Diskriminasiya qaydaları həqiqətə uyğunluğa əsaslanır.
sağlamlığın vəziyyətinə, aktiv
dinamik müşahidəyə və xəstəliklərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsinə əsaslanan əhaliyə tibbi xidmətin göstərilməsi metodudur. Əhalinin dispanserləşdirilməsi haqqında məlumatlar
tərəfindən öyrənilir. Dispanserləşdirmə göstəriciləri aşağıdakılardan ibarətdir: xəstəliklərin ayrı-ayrı növləri üzrə dispanser müşahidəsi ilə əhatə olunma faizi (dispanser müşahidəsində duranların sayının burada olanların ümumi sayına olan nisbətidir); dispanser müşahidəsinin səmərəliliyi (sağalması ilə əlaqədar uçotdan çıxarılanlar, faizlə; dispanser müşahidəsində olanlar arasında cari ildə səhhəti kəskinləşməyənlərin sayı, faizlə).
ölçülməsinin statistik metodudur. Nəticə əlamətləri ilə faktor əlamətləri arasında əlaqələrin strukturunu müəyyənləşdirir. Əlaqənin ölçülmə məsələsinin həlli, Y nəticə əlamətinin müşahidə olunan qiymətlərinin Y-nin dəyişməsini şərtləndirən ümumi
ortadan kənarlaşmalarının kvadratları cəminə əsaslanır.
vasitəçisidir; 2) anbarlara malik olan, əmtəələrin alqı-satqısı ilə məşğul olan iri topdansatış təşkilatıdır. Əmtəələri satın alır, öz adından və öz vəsaiti hesabına satır. Bəzən öz mütəxəssisləri vasitəsilə əmtəələrin texniki müşayiətini həyata keçirir. Đstehsalçı ilə distribyutor arasında bağlanmış müqavilə bəzən qarışıq xarakter daşıyır və özündə franşizm öhdəliyini əks etdirir.
(latınca diversio – kənarlaşma, dəyişmə) -
konyunkturasının, rəqabətin, iqtisadi münasibətlərin dəyişməsinin təsiri ilə istehsalda baş
verən dəyişikliklərdir. Aşağıdakılar fərqləndirilir: 1) istehsalın diversifikasiyası – tez- tez yalnız bir məhsulun istehsalına əsaslanan birtərəfli istehsal strukturundan geniş nomenklaturalı məhsul buraxan
çoxprofilli istehsala keçid. Bunun nəticəsində diversifikasiya olunmuş müəssisələr ümumilikdə dar
ixtisaslaşmış müəssisələrlə müqayisədə daha sabit və rəqabətə davamlı olurlar. Belə ki, onlar yeni fəaliyyət sferasına daxil olur,
buraxılan məhsulların çeşidlərini genişləndirirlər; 2) məhsulların diversifikasiyası – müasir bazar iqtisadiyyatı şərtlərində rəqabət mübarizəsinin formalarından biridir. Đstehsalda eyni bir
məhsulun modifikasiyalarının sayının əhəmiyyətli dərəcədə olması ilə ifadə olunur. Baxmayaraq ki, bu, məhsulun bahalaşmasına səbəb olur və ancaq konkret istehlakçıların maraqlarına cavab verir. Məhsulun keyfiyyət xarakteristikası dəyişmədiyi halda, yalnız onun dizaynının, qablaşdırılmasının və s. dəyişdirilməsi mümkündür və bu, zahiri diversifikasiyadır. Buna baxmayaraq, bazarda belə mallar təzə kimi və daha yüksək qiymətə təklif
olunur; 3)
kapital qoyuluşunun diversifikasiyası – investisiya riskini azaltmaq üçün investorun kapitalının müxtəlif qiymətli kağızlar arasında bölüşdürülməsidir; 4)
marketinqin diversifikasiyası, istehsalı əsas
fəaliyyətlə bağlı olmayan, yeni məhsullar (iş, xidmət)
bazarında müəssisənin fəaliyyət sferasının genişləndirilməsinə yönəldilmiş marketinq strategiyasının növüdür.
(müəssisə şəriklərinin qoymuş olduqları kapitala görə aldıqları gəlir) – (I) - səhmlər üzrə gəlirdir. Adətən, ildə 1-4 dəfə ödənilir. Cəlb edilmiş dividentlər imtiyazlı
dividentlər şirkətlərin işlərinin nəticəsindən və onun gəlirlərinin (vergilər ödəndikdən sonra) – yenidən
kapital qoyma
və dividentlərin ödənilməsinə bölüşdürülməsi nisbətlərindən asılı olaraq dəyişir. Divident pulla, səhmlərlə və ya digər formalarda ödənilə bilər.
korporasiyanın sərəncamına verilməsi nəticəsində qazanılan hüquqa görə mülkiyyətdən əldə etdikləri gəlir formasıdır. Səhmlərin buraxılması yolu ilə səhmdar kapitalının artması maliyyə vəsaitlərinin artmasının alternativi hesab edilir. Borc kapitalının əksinə olaraq, səhmdar kapital monetar mənada təsbit edilmiş öhdəlikləri artırmır və korporasiyanın səhmdarlarına təsbit edilmiş və ya əvvəlcədən müəyyənləşdirilmiş gəliri vermir. (III) – şirkətlərin partnyorlar tərəfindən bölüşdürülən gəlirləridir.
BƏRABƏR TUTULAN, ƏLDƏ OLUNAN GƏLĐRLƏR – şirkətlər üzrə paylaşdırılan dividentlər və digər gəlirlər, istehsal fəaliyyətinin nəticələri nəzərə alınmaqla, müşahidə olunan vahidin qismən şəxsi mülkiyyəti hesab edilən səhmdar kapitaldır. Faizlər və
onlara bərabərləşdirilən əldə olunan gəlirlər qısamüddətli və uzunmüddətli depozitlərə, istiqrazlardan olan gəlirlərə, müvafiq istiqrazlardan əldə olunan faizlərə və cari debitor hesabları üzrə borclara,
127
kommersiya kreditlərinə aid edilir. Valyuta bazarındakı əməliyyatlardan olan gəlirlər də bura daxil edilir.
YER
cari uçotunun məlumatlarının işlənməsində) – bir qayda olaraq, doğuş yerindən və ya doğuşun qeydiyyat yerindən asılı olmayaraq, ananın daimi yaşadığı yerdir (“Yaşayış yeri”nə bax).
– nəsli təşkil
edən insanlar məcmusunda, yaxud nəsillər məcmusunda uşaq doğumu prosesidir. Doğumla ölümün qarşılıqlı əlaqəsi əhalinin təkrar istehsalını təşkil edir. Müasir demoqrafiya ondan çıxış edir ki, doğumun səviyyəsi və xarakteri cəmiyyətin sosial-iqtisadi strukturundan asılıdır, onun qanunauyğunluqları isə tarixi xarakter daşıyır. Doğumun bioloji əsası – insanın nəsli təkrar istehsal etmək qabiliyyətidir (döllənmə, uşağı bətnində saxlama). Törəmə qabiliyyəti – uşaq doğumunun potensial imkanı qadınlar məcmusunun reproduktiv əxlaqı nəticəsində reallaşır. Həyat tərzi çərçivəsində uşaqlar ailənin iqtisadi və sosial fəaliyyəti üçün vacib olan sosial rol oynayırlar. Həyat tərzi, ailənin strukturu və funksiyaları ilk növbədə cəmiyyətin sosial-iqtisadi quruluşu ilə bağlıdır və tarixin gedişində dəyişir. Tarixən reproduktiv əxlaqı tənzimləyən sosial normalar da dəyişir. Bir nəslin insanlarının reproduktiv əxlaqı törəmə qabiliyyəti dövrü ərzində real əhalinin doğumunu müəyyən edir. Müəyyən vaxt ərzində əhalidə doğumun eyni vaxtda yaşayan nəsillərin reproduktiv əxlaqından asılıdır. Maksimum mümkün olan doğumun səviyyəsi törəmə qabiliyyəti səviyyəsinə görə
qiymətləndirilir. XX
əsrin 70-ci
illərinin ortalarınadək demoqrafiyaya aid ədəbiyyatlarda “doğum” və “törəmə qabiliyyəti” anlayışları arasında dəqiq fərq qoyulurdu və sinonim kimi işlədilirdi. Təbii doğumun səviyyəsi orta hesabla ayrı-ayrı əhali və
insanlar qrupları üzrə qiymətləndirilirdi. Təbii doğumun maksimum qiyməti kimi adətən qutteritlərin (ABŞ) dini sektasının koqortalarından biri üçün götürülən orta qiymət götürülür və o, 12,44 təşkil edir; V.A.Borisovun təbii doğumun
hipotetik minimumu 20–49 yaş intervalı üçün 7,95-ə bərabərdir. Bu qiymətlər doğum indekslərinin qurulması zamanı etalon kimi götürülür. Real doğumun səviyyəsi həmişə təbiidən aşağıdır, çünki hər hansı əhalidə uşaq doğumunun bilərəkdən məhdudlaşdırılması olmasa da, burada qadınların bir hissəsi nikahda olmur. Nikah institutlarında və onun müxtəlif cəmiyyətlərində yayılmasında fərqlər böyükdür və buna görə də doğumun haqqında məlumatların müqayisəsi natamamdır, lakin nikahda olanlarda doğum həmişə nikahda olmayanlara nisbətən çoxdur. Nikahdankənar doğulan uşaqların sayı bir çox ölkələrdə cüzidir. Doğumun səviyyəsinə bilavasitə təsir göstərən və onun potensial mümkün olan doğum səviyyəsindən fərqini müəyyən edən amillərin kompleks təsvirini Bonqaartsın modeli üzrə qurulmuş indekslər sistemi verir. Doğumun ölçülməsi əmsallar sistemi və doğum cədvəllərinin köməyi
ilə aparılır. Onların seçilməsi konkret ölçülmə
məqsədlərindən, doğumun xüsusiyyətlərindən və mövcud olan informasiyadan asılıdır. Ölçülərin çoxunun
əsasında qadının
yaşından, onların
nikah vəziyyətindən, nikahın müddətindən və artıq doğulmuş uşaqların sayından asılı olaraq, uşaq doğumunun tezliyindəki fərqləri nəzərə almaq, yaxud kənarlaşdırmaq cəhdi durur. Doğumun ölçüləri arasında xüsusi yeri, bu prosesi xarakterizə edən insanlar arasında aparılan xüsusi sorğular zamanı uşaqların ideal, arzuladığı və gözlədiyi saylar haqqında alınan təsəvvür və niyyətləri kəmiyyətcə qiymətləndirməklə, bu prosesi xarakterizə edən göstəricilər tutur. Doğumun
tənzimləməsinin statistik göstəricilərinin qurulması metodologiyası milli və beynəlxalq səviyyələrdə əhalinin müxtəlif sosial- mədəni qruplarında demoqrafik siyasətin effektivliyinin qiymətini almaq üçün işlənir. Doğum
haqqında informasiya demoqrafik statistikanın müxtəlif mənbələrindən alınır:
əhalinin siyahıyaalınması, doğumların xüsusi idarələr tərəfindən cari uçotu, əhalinin seçmə müşahidələri. Đnformasiya mənbələrinin xüsusi qrupunu arxiv materialları təşkil edir. Onlardan tarixi demoqrafiyanın xüsusi metodları ilə keçmiş dövrlərdəki doğumun xarakteristikaları alınır. Cəmiyyətin sosial-iqtisadi müxtəlifliyi doğumun aşağı
düşməsi dövründə onun xeyli
diferensiasiyasını törətmişdir ki, bu da doğum səviyyəsini savad, təhsil səviyyəsi, qadınların məşğulluğu, gəlir, ixtisas və s. kimi əlamətlərlə əks əlaqədə təzahür etdirir. Ailənin yaşadığı, yaxud ər-arvadın doğulduğu yerlərin tipi və ölçüləri doğumun səviyyəsi ilə əks əlaqədə olduğu təsdiq olunmuşdur. Doğumun diferensiasiya xarakteri və onun miqyası təkcə cəmiyyətin sosial-iqtisadi və mədəni müxtəlifliyi ilə deyil, həm də yeni reproduktiv əxlaq tipinə keçid prosesinin mərhələsindən, azuşaqlılığa göstərişlərin yayılmasından və uşaq doğumuna nəzarətin effektivlik dərəcəsindən asılıdır.
– müəyyən qadınlar çoxluğunda uşaq doğmaq tezliyinin və digər xüsusiyyətlərinin vaxt ərzində dəyişməsini
128
göstərən ədədlərin nizamlanmış sırasıdır. Real və ya fərz olunan koqortda doğumun ədədi modelidir. Doğum
cədvəlləri, yaranmış demoqrafik strukturlardan asılı olmayaraq, doğum prosesinin tam təsvirini verir, müxtəlif məskunlarda və bir məskunda doğumun bilavasitə müqayisəsini dinamikada verməyə, prosesin daxili qanunauyğunluğunu aşkara çıxarmağa imkan verir; əhalinin proqnoz say hesabında tətbiq olunur. Ümumi
doğum cədvəlləri doğum ardıcıllığının uçota alınmaması ilə, xüsusi doğum cədvəlləri isə doğum ardıcıllığının uçotu ilə qurulur. Cədvəllərin hər iki tipi ya yaşa görə doğumun dəyişməsini göstərməklə bütün qadınlar üçün, ya da ərdə olan qadınlar üçün nikah davamiyyətindən asılı olaraq doğumu xarakterizə etmək üçün (nikahın məhsuldarlıq cədvəli) hesablanır. Ümumi doğum cədvəlləri dolğun və qısa olur, müvafiq olaraq bir illik və beş illik və ya daha böyük yaş intervalı və ya nikah davamiyyəti ilə qurulur. Ümumi doğum
cədvəllərində göstəricilərin bir hissəsi, demoqrafik proseslərdən asılı olmayaraq, doğum səviyyəsini, bir hissəsi isə ölüm nəzərə alınmaqla doğum səviyyəsini xarakterizə edir. Xüsusi doğum cədvəlləri, doğulan uşaqların sayı nəzərə alınmaqla, doğumu xarakterizə edir və iki növdə olur, şkala kimi yaş və ya əvvəlki doğumdan sonra keçən interval götürülür. Ümumi doğum cədvəlləri adətən şkaladan və 10 000, yaxud 100 000 nəfərə hesablanan 6 əsas göstəricidən ibarətdir. Qısa doğum cədvəllərində yaş şkalası, yaxud nikahın uzunluğu şkalanın addımının R qiyməti ilə tamamlanır. Birinci göstərici – doğumun yaş əmsalı f
, ikinci – doğumun kumulyativ əmsalıdır: ∑ ⋅ = x k x x x k f F 15 / ; onun son sətirdəki qiyməti ümumi nəsilvermə əmsalıdır. Üçüncü göstərici – x/x+R y a ş intervalında qızların doğulduğunun orta sayıdır və
x k x x k x x k f δ ϕ ⋅ ⋅ = + + / /
bərabərdir, burada δ x – həmin yaşda doğulanlar arasında qızların payıdır. Dördüncü göstərici – x -
∑ + = Φ
k x x x 15 / ϕ
onun son sətirdə qiyməti – əhalinin təkrar istehsalının brutto-əmsalıdır. Beşinci və altıncı göstəricilər doğumu stasionar əhalidə xarakterizə edir – x- yaşında qızların doğulmasının orta sayı v ə bu göstəricinin kumulyatıdır; son sətirdə əhalinin təkrar istehsalının netto-əmsalını göstərir. Ümumi doğum
cədvəllərinin əlavə
göstəricilərindən ən çox analitik əhəmiyyətə y - yaşa qadınların diri uşaqlarının orta sayı malikdir: ∫ ∑
+ ⋅ ≈ ⋅ − ⋅ = y x y k x x y L f dx x y l x f S 15 / ) ( ) (
burada L y-x – iki cinsdə olan stasionar əhalinin sayıdır. Bundan əlavə, doğum cədvəllərinin məlumatları üzrə uşağın doğulduğu zaman ananın orta yaşı hesablanır: ∑ ∑ + ⋅ = ω ω 15 15 2 x x f f k x f x
burada ω - uşaq doğumunun son yaşıdır (reproduktiv dövrün yuxarı sərhədi). Nikahda olan qadınlar üçün ümumi doğum cədvəllərində bütün qadınlar üçün olan doğum cədvəllərindəki eyni əsas göstəricilər var. Ölüm əvəzi burada nikahın möhkəmliyi qəbul olunur və hesablamaq üçün məlumatlar ölüm cədvəllərindən deyil, nikahın pozulması cədvəllərindən götürülür. Son göstəricilər kimi, nikahın brutto-törəmə qabiliyyəti və nikahın netto-törəmə qabiliyyəti çıxış edir. Buna görə də, belə cədvəllər nikahların törəmə qabiliyyəti cədvəlləri adlanır. Xüsusi doğumun cədvəllərində doğumu doğulmuş uşaqların sayı nəzərə alınmaqla xarakterizə edilir və bu, iki növdə ola bilər, şkala kimi yaş (yaxud ərdə olanlar üçün nikahın müddəti) götürüldükdə; əvvəlki doğumdan sonra (t) keçmiş interval. Cədvəllər hissələrə bölünür, onların hər biri uşaqların müəyyən növbəliliklə doğulması qanunauyğunluqlarını təsvir edir, hər bir hissəyə öz növbəsində eyni göstəricilər sistemi daxildir. Xüsusi doğum cədvəllərində əsas göstəricilər: şkalanın W
nöqtəsinədək sonrakı uşağı doğmamaq ehtimalı; şkalanın həmin intervalında bu intervalın başlanmasınadək doğmamışlar üçün sonrakı uşağı doğmaq ehtimalı ft/t+1,n; şkalanın həmin intervalında əvvəlki uşağı doğanların hamısı üçün sonrakı uşağı doğma ehtimalı (N t/t+1,n ). Bu göstəricilər aşağıdakı nisbətlərdə olur:
, 1 / 1 , 1 , 1 + − − + − = n t t n t n t t f W N , 1 / 1 , , 1 / + − + ⋅ =
Şkala kimi
yaş, yaxud
nikahın müddəti
götürüldüyü halda, W t,n – şkalanın t anına n-dəfə doğma ehtimalı kimi interpretasiya olunur. Bu zaman:
n t t n t n t t f W N , 1 / 1 , , 1 / + − + ⋅ = , 129
∑ ∑ − − + − = 1 0 1 0 1 , , , t t n t n t n t N N W . Sonrakı uşağı doğmaq
ehtimalı yekun
göstəricilərdir ∑ ∑ − = ω ω 0 1 , 0 , n t n t n N N a
və verilmiş növbəlilikdə uşağın doğulması zamanı orta yaşdır (nikahın orta uzunluğudur). 5 , 0 0 , 0 , + ⋅ = ∑ ∑ ω ω n t n t n N t N t
Real nəsillər üçün xüsusi doğum cədvəllərinin qurulmasının çıxış göstəriciləri N t,n -dir, burada t – müvafiq şkaladır, hipotetik nəsil üçün isə – f
. Hipotetik nəsil üçün
göstəricilər cədvəlin hesablanmasında qəbul olunmuş şkaladan (yaş, nikahın müddəti, yaxud əvvəlki doğum anından interval) asılı olaraq fərqlənir. Bütövlükdə doğum cədvəlləri nisbətən nadir hallarda qurulur, çox vaxt yalnız onların ayrı-ayrı göstəriciləri hesablanır.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling