Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- DOĞUM ƏYRĐLƏRĐ
- DOĞUM ĐNDEKSĐ
- DOĞUMUN NÖVBƏLĐLĐYĐ
- DOĞUMUN SAYI
- DOĞUMUN YEKUN ƏMSALI
- DOĞUMLARIN SIXLIĞI
- DOKTORANTURA
DOĞUM ƏMSALLARI
– doğum səviyyəsinin ölçüləridir, diri doğulan uşaqların sayının müvafiq əhali sayına nisbəti kimi müəyyən edilir. Demoqrafik proseslərin digər intensivlik əmsalları kimi, doğum əmsalları da ümumi, xüsusi (kişi və qadın) və fərdi (yaş, kumulyativ və s.) əmsallara bölünür. Daha çox yayılmış ümumi doğum əmsalı aşağıdakı kimi hesablanır: 1000
⋅ ⋅ = P T N n
burada T – dövr (il); P – dövrün ortasına əhalinin sayı (orta illik əhali); N – bu dövrdə doğulan uşaqların sayı promille ilə ifadə olunur (‰). B.Urlanis və V.A.Borisov tərəfindən təklif olunmuş təxmini qiymət şkalası üzrə 16‰-dən az olan ümumi əmsallar aşağı, 16-dan 24‰-dək – orta, 25-dən 29‰-dək ortadan yuxarı, 30-dan 39‰-dək – yüksək, 40‰ və daha yuxarı – çox yüksək
sayılır. Ümumi
doğum əmsalının kəmiyyəti təkcə
doğum prosesinin intensivliyindən yox, həmçinin əhalinin yaş-cins və nikah strukturundan da asılıdır. Buna görə də o, doğum səviyyəsi haqda təxmini təsəvvür verir. Xüsusi doğum əmsalı (F) – doğulanların sayının (N) reproduktiv yaşda (adətən 15–49 yaş) olan qadınların sayına nisbətidir, (doğum səviyyəsi aşağı olan ölkələrdə 15–44 yaş (W): 1000
⋅ ⋅ = W T N F
Ümumi əmsal xüsusi ilə aşağıdakı nisbətdə bağlıdır: k F n ⋅ = , burada k – bütün əhali tərkibində 15–49 yaşda olan qadınların payıdır. Xüsusi əmsalın kəmiyyəti 15–49 yaşda olan qadınların yaş strukturundan asılıdır. 15 yaşda doğum səviyyəsi minimaldır, 20 və 30 yaş arasında maksimuma çatır, 50 yaşa çatanda isə doğum səviyyəsi yox dərəcəsinə enir. Xüsusi doğum əmsalı bəzən kişilər üçün də hesablanır – (F
) doğulanların sayının (N) 15–49 yaşda olan kişilərin sayına nisbət kimi (M): 1000
⋅ ⋅ = M T N F M
Adi xüsusi doğum əmsalı daha yüksək olur, çünki 15–49 yaşda kişilər daha yüksək ölüm səviyyəsi ilə qadınlara nisbətən az olurlar. Kişilər üçün yaş intervalı bəzən 15–54, yaxud 15–59 götürülür. Çünki kişilərin reproduktiv yaşının yuxarı həddi çox şərtidir. Belə hallarda kişilər və qadınlar üçün xüsusi əmsallar müqayisə olunmazdır. Doğum səviyyəsinin daha dəqiq ölçüləri fərdi əmsallardır. Çox vaxt doğumun yaş əmsalları götürülmüş F
, yəni x-dən x+y–1 yaş daxil olmaqla (N
), analarda doğumların sayı bu yaşda qadınların orta sayına nisbəti (
+ / ) ilə tətbiq olunur: 1000 /
/ ⋅ ⋅ = + + + y x x y x x y x x W T N F
Kişilər üçün doğumun yaş əmsallarını hesablamaq üçün doğulanlar atanın yaşı
üzrə bölüşdürülməlidir. Adətən belə məlumatlar olmur və müvafiq olaraq göstəricilər nadir hallarda hesablanır. Doğumun yaş
əmsallarının kəmiyyətləri nikahda olan m x C x-yaşda qadınların payından və nikah və nikahdankənar doğumun səviyyəsindən (F m və
s x F
müvafiq) asılıdır, buna görə də ) 1 ( m x s x m x m x x C F C F F − + ⋅ = . Bu əmsal il ərzində doğumların orta sayını xarakterizə edir, y il üçün isə, yəni bütün yaş intervalı ərzində doğum y dəfə çox olur. y dəfə artırılmış yaş əmsalı y y x x F + / yaş intervalında doğum əmsalı adlanır və y x x y y x x F y F + + ⋅ = / /
bərabərdir. Ümumi nəsilvermə əmsalı (F yek ) bütün yaş intervallarında doğumun yaş əmsalının cəminə, yaxud reproduktiv dövrün sonuna doğumun kumulyativ əmsalına bərabərdir.
130
∑ ∑ − = = + − = = + ⋅ = = =
x x y x x y x x y y x x kum yek F y F F F 50 15 / 50 15 / 50
1-illik intervalları üzrə: ∑ = = + = 49 15 1 / x x x x yek F F . Ümumi nəsilvermə əmsalı doğum səviyyəsinin daha dəqiq ölçüsüdür. Çünki hipotetik nəsildə bütün ömrü boyu bir qadına düşən doğumların orta sayını hər yaşda mövcud doğum səviyyələrini saxlayaraq ölümdən və
yaş tərkibinin dəyişməsindən asılı olmayaraq xarakterizə edir. 4,0-dən yuxarı olan ümumi nəsilvermə əmsalları yüksək, 2,15-dən az olan isə aşağı hesab olunur. 1-illik yaş intervallarında hesablanmış ümumi nəsilvermə əmsalı əhalinin yaş strukturundan asılı deyil, lakin ona nikah səviyyəsi təsir göstərir. Nikah strukturunun təsirini çıxartmaq üçün nikahda doğum əmsalı (F m ), yəni nikahda doğulanların sayının (N
) 15–49 yaşlı ərdə olan qadınların (
) sayına nisbəti tətbiq edilir: 1000 ⋅
= m m m W T N F
Analoji olaraq, nikahdankənar doğum əmsalı (F s ),
yəni qeydə alınmamış nikahdan doğulanların sayının (N s ) ərdə olmayan 15–49 yaşdakı qadınların sayına (
) nisbəti kimi hesablanır: 1000 ⋅
= s s s W T N F
Əgər nikahdankənar doğumların sayı nikahda olmayan reproduktiv yaşda olan qadınların hissəsindən asılıdırsa, buna görə doğumun dəqiq xarakteristikasını verə bilmir. Nikahdan kənar doğum əmsalı isə ərdə olmayan qadınlarda nəsilvermə intensivliyini düzgün xarakterizə edir. Anada uşaq doğumunun növbəliliyi (n i ) üzrə
doğum əmsalı – i növbəliliyində doğumların sayının (N i ) əhalinin orta sayına (P) nisbətidir: 1000 ⋅
= P T N n i i
Ümumi doğum əmsalı bütün doğum növbəlilikləri üzrə əmsalların cəminə bərabərdir: k k i i n n n n n i + + + = = ∑ = = ... 2 1 1 , burada k – son doğumun növbəliliyidir. Belə bölgünü daha dəqiq qiymətləndirmək üçün çox vaxt ailənin artması ehtimalı (a n ) hesablanır. Fərdi əmsallardan başqa, bir əlamət üzrə (ananın yaşı, onun nikahlıq vəziyyəti, uşaq doğumunun növbəliliyi və s.) mövcud məlumatlar olduqda, bir neçə əlamətlər üzrə aşağıdakı şəxsi əmsallar: nikah və nikahdankənar doğumun yaş əmsalları, nikahın davametmə müddəti üzrə və doğum növbəliliyi üzrə nikahda doğum əmsalı, ana və atanın yaşlarının uyğun gəlməsi üzrə nikahda doğum əmsalı və s. hesablana bilər. Bu əmsallardan hər biri hesablanarkən, dərhal bir neçə struktur amillərin təsiri çıxarıldığına görə, onlar ailələrin demoqrafik əxlaqının qiymətli xarakteristikaları kimi qəbul olunurlar. Eyni zamanda, bu xarakteristikaların çoxluğu ümumiləşdirilmiş göstəricini müəyyən etməyə çətinlik törədir. Buna görə, doğum prosesini dərindən öyrənmək üçün qarşılıqlı əlaqədə olan göstəricilər sistemi tətbiq olunur. Bütün doğum əmsallarının təhlili demoqrafik vəziyyəti düzgün qiymətləndirmək və demoqrafik
– nəsildə yaşdan, nikahın sürəkliliyindən, intergenetik intervaldan asılı olaraq, uşaq doğma tezliyinin qrafik təsviridir. Doğumun öyrənilməsi və əyani təsəvvürü metodlarından biridir. Doğum
əyrilərinin müəyyən etmə sahəsi reproduktiv dövr, yaxud bu dövr hüdudlarında nikahın sürəkliliyi ilə məhdudlaşır. Bir qayda olaraq, doğum əyrilərinin kəmiyyəti 1 il, yaxud 5 il aralarında verilir; ilin hissələri, yaxud
aylarından intergenetik intervaldan asılı olaraq, doğum əyrilərinin qurulduğu zaman istifadə olunur. Yaşdan asılı olaraq, qadınların (kişilərin) bütün nikah vəziyyətləri üçün ümumi doğum cədvəlində f x (x+k funksiyası) ümumi doğum əyrisinin kəmiyyəti reproduktiv dövrdən kənarda bütün yaşlarda 0-dır. Yaş
artdıqca funksiyanın kəmiyyəti əvvəl kəskin artır, sonra isə rəvan 0-dək aşağı düşür. Bu əyri 20–30 yaşda qadınlar üçün və bir qədər böyük yaşlarda kişilər üçün bir maksimuma malik olur; onun forması mühüm dərəcədə doğumun səviyyəsindən və hər yaşda nikahda olanların payından asılıdır. Kiçik fertil yaşlarında nikahda olanların payı nikahda yaş doğumunun əyrisinə güclü təsir göstərir. Əhalidə bu pay yüksək olduqda, nikahda doğum təxminən 20 yaşda maksimuma çatır; aşağı olduqda isə maksimum 20 yaşadək olur, bəzən 600–700 faiz kəmiyyətinə çatır, bundan sonra doğum əyrilərinin tədricən 50 yaşa yaxın 0- a yönələrək aşağı düşür (daha aşağı doğum zamanı – daha erkən yaşlarda). Bu doğum əyrilərində maksimumların yerləşməsi onunla bağlıdır ki, cavan yaşlarında nikahda olanlar arasında erkən nikah ənənəsi olan əhalidə yeniyetmələrə xas nəsilvermə qabiliyyəti aşağı olan qadınların payı yüksəkdir; erkən nikah bağlayanların arasında gec nikaha girən əhalidə nikahdan əvvəl döllənmə gedən şəxslərin payı yüksəkdir. Nikahdankənar doğum əyrisinin səviyyəsi və xarakteri nikahın, nikahda və nikahdankənar doğumun
131
müəyyənləşdirilməsindən qəbul
olunmuş meyarlardan, həmçinin nikahdankənar doğumun cəmiyyət tərəfindən pislənilməsi dərəcəsindən asılıdır. Adətən o, bir maksimuma malikdir. Doğum əyrilərinin analitik ifadələri yoxdur. Buna görə də, adətən rəqəm növündə verilir. Onlar doğumun bu və ya digər bölgüsü olduğundan (nisbi, bəzən isə mütləq rəqəmlərdə), onları təsvir etmək üçün istənilən bölgü xarakteristikaları – hesabi orta (məsələn, uşaq doğulduğu zaman ananın orta yaşı, yaxud nikahın orta müddəti), moda, mediana, kvartil, müxtəlif variasiya göstəricilərindən istifadə edilir. Doğum əyrilərini qurmaq üçün zəruri olan informasiya uçotun səhvlərini, yaxud hadisələrin sayının təsadüfi enib qalxmasını (az sayda müşahidə zamanı) əks etdirə bilər. Bununla əlaqədar olaraq, doğum əyrilərinin düzləşdirmə zərurəti yaranır. Bunun üçün ümumi qəbul olunmuş metodlar yoxdur, çox vaxt doğum əyrilərinin müxtəlif sahələri başqa-başqa funksiyalara yaxınlaşdırılır. Eyni metodla verilmiş 5-illik intervallardan birillik intervallara doğum əyrilərinin interpolyasiya edilməsi üçün də istifadə olunur.
onun etalon (standart) kimi qəbul edilmiş səviyyəsi ilə müqayisədə əks etdirən göstəricilər sistemidir. Ümumi doğum Đ f , nikahdan doğum Đ g , nikahdan kənar doğum Đ h və kəbinin strukturu Đ m
indekslərini özündə birləşdirir və aşağıdakı düsturla hesablanır:
∑ = x x f f W B I , ∑ = x m x m g f W B I ,
∑ ∑ = x x x m x m f W f W I , ∑ = x U x U h f W B I
burada B – doğumun ümumi sayını; B m - nikahlı doğumun sayını, B U - qeyri-nikahlı doğumun sayını; W x – x yaşında qadınların sayını; m x W - x
yaşında ərdə olan qadınların sayını; f x – standart kimi qəbul edilmiş nikahlı doğumun sayını;
- x yaşında ərdə olmayan qadınların sayını göstərir. Doğum indeksləri arasında aşağıdakı əlaqə vardır: ) 1 ( m h m g f I I I I I − + =
DOĞUMUN NÖVBƏLĐLĐYĐ (doğumun ardıcıllığı) – doğulanın xarakteristikasıdır, anada uşağın hansı sıra sayı ilə doğulduğunu göstərir. Doğumun növbəliyi qadında bütün doğumlara, yalnız həmin (çox vaxt birinci) nikahda və bütün ər-arvadlıq həyatında fərqləndirilir. Adətən yalnız diri doğumlar nəzərə alınır. Onların sırasına təkcə diri doğumla nəticələnən hamiləliklər deyil, həm də ölü doğumla və abortla bitənlər daxildir. Adətən çoxdöllü (əkiz, üçəm) və s. doğumlar hesabına doğumun növbəliliyi çox olur, çünki onlar bir-bir doğumların sayına daxil edilir. Demoqrafik təhlildə doğumun növbəliliyi real və hipotetik koqortada qadınların doğulduğu il üzrə, yaxud nikahlı koqortada bütün doğumların məcmusuna nisbətən baxılır. Doğumun növbəliyi koqortada uşaq doğumu prosesini xarakterizə edən mühüm əlamət kimi çıxış edir. Doğumun növbəliliyi “Anada həmin uşaq hansı sıra sayı ilə doğulub?” sualı verilməklə; siyahıyaalmada və müşahidələr zamanı “Neçə uşaq doğub?” sualı ilə, yaxud ananın bütün doğumları növbəlik qaydasında yazılmaqla nəzərə alınır. Birinci sualın köməyi ilə məlumatların alınması həmin ildə doğulanları doğumun növbəliliyi üzrə bölüşdürməyə imkan verir. Bu göstəricilər qadının son doğum sayı haqda təsəvvür yaratmır. Ən dəqiq nəticələr il ərzində həmin növbəliklə doğumların sayını bir uşaq az doğmuş həmin yaşda olan qadınların sayı ilə müqayisə etdikdə alınır (məlumatlar siyahıyaalma materialından götürülür), yəni ailənin artması ehtimalları hesablandıqda. Bu xarakteristikalar xüsusi doğum
Bu
cədvəllər əsasında həmin koqortadakı qadınların doğum saylarına görə bölüşdürülməsi və hər doğumun növbəliliyi üzrə uşağın doğulması zamanı ananın orta yaşı hesablanır.
olaraq, nikahın doğumların sayına görə və hər doğumun növbəliliyi üzrə uşağın doğulması zamanı nikahın orta müddəti hesablanır.
məcmusu olan əhalini təşkil edən, insanların məcmusunda uşaq doğumu prosesidir. Đnsanların doğum potensialı qabiliyyəti sosial normalarla tənzimlənən həyatın bərpa tərzi kimi ifadə olunur. Doğumun xüsusiyyəti və səviyyəsi mövcud informasiya və konkret vəzifələrdən asılı olaraq formalaşdırılan göstəricilər sistemi ilə ölçülür. Doğumun sayı doğum əmsalı ilə ölçülür. Daha geniş təhlilə imkan verən sistem doğum cədvəllərində verilmiş əmsallardır. Son zamanlar doğum indeksi daha geniş yayılmışdır və onun nisbi səviyyəsi bir neçə vahidlə ölçülür. Uşaq doğumunun və demoqrafiya siyasətinin aparılması üçün əhalinin siyahıyaalınması və ya xüsusi müşahidələr vasitəsilə alınmış
aşağıdakı göstəricilər mühüm əhəmiyyət kəsb edir:
qadınların doğulmuş uşaqların sayına görə 132
bölgüsü; uşaqların orta sayı; ailələrin artması ehtimalı və s. Doğumun əlavə xüsusiyyətlərini doğum təqvimi – bütün və ya müəyyən vaxtda uşaq doğumuna görə qadınların orta yaşı, nikahın orta davametmə müddəti, intergenetik və protogenetik intervallardır. DOĞUMUN YEKUN ƏMSALI – yaşa görə doğum əmsallarının cəmidir, yəni müvafiq yaş həddində olan qadınların hər bir yaşına aid edilən qadınların yaşı üzrə doğulanların sayıdır. Doğum intensivliyinin ölçüsü (adətən hipotetik nəsil üçün) əhalinin yaş tərkibindən birbaşa asılı deyildir.
– vaxt vahidində doğumların sayıdır. Doğumların illik sıxlığı
bərabərdir, N – t ildə doğulmuş uşaqların sayıdır. X-yaşda həmin vaxtda yaşayanların sayı x-il bundan əvvəl doğulanların sayından asılı olduğu üçün, doğumların sıxlığı əhalinin təkrar istehsalı rejiminin vacib xarakteristikasıdır. Demoqrafik təhlildə doğumların sıxlığına N(t) – aramsız vaxt funksiyası kimi baxılır və sonsuz kiçik vaxt kəsiyində dt doğumların sayı onun uzunluğuna bölünür. Stasionar əhali modelində doğumların sıxlığı daimidir, stabil əhalidə eksponensial dəyişir.
səviyyəsi olmaqla, elmi
və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və
elmi dərəcələrin yüksəldilməsini təmin
edir. Doktorantların hazırlanması
olaraq əyani formada aparılır və onun müddəti üç ildən artıq olmamalıdır. Statistika elm sahələri üzrə doktorantların sayını, onların qəbulu və buraxılışını (o cümlədən dissertasiya müdafiəsi ilə), həmçinin yaş, cins strukturunu öyrənir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling