Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet27/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   23   24   25   26   27   28   29   30   ...   183

 

DEMOQRAFĐK  HADĐSƏLƏRĐN  CARĐ 

UÇOTU

  (əhalinin  təbii  adlanan  hərəkətinin 

cari  uçotu)   –  doğum,  ölüm,  nikah  və  boşanma 

halları,  bu  hadisələrin  baş  verməsi  haqqında 

məlumatların  toplanmasıdır.  Məqsəd  –  əhalinin 

sayı  və  tərkibi  (doğum  və  ölüm  nəticəsində  daim 

dəyişən) 

haqqında 

məlumatın, 

həmçinin 

demoqrafik 

proseslərin 

xarakteristikalarının 

müntəzəm  alınmasıdır.  Demoqrafik  hadisələrin 

cari  uçotunun  spesifikası  ondan  ibarətdir  ki, 

demoqrafik hadisələr hüquqi rəsmiləşmədən sonra 

müşahidə oluna bilir, çünki onların hər biri hüquqi 

əhəmiyyətə  malikdir.  Cari  qeydiyyat  olmadıqda, 

yaxud  pis  təşkil  olunduqda,  analoji  məlumatlar 

bəzən  retrospektiv  əhalinin  siyahıya  alınması

yaxud  müşahidəsi  zamanı  alınır  (məsələn, 

siyahıyaalmadan qabaqkı  il  ərzində ailədə  doğum 

və ölənlərin sayı haqda). 

XX  əsrin  ortalarından  inkişaf  etmiş  ölkələrin 

çoxunda demoqrafik hadisələrin cari uçotu xüsusi 

dövlət  orqanlarında,  yaxud  səhiyyə  orqanlarında 

məcburi qeydiyyatı kimi mövcuddur.  

Azərbaycan 

Respublikasında 

demoqrafik 

hadisələrin  cari  uçotu  vətəndaşlıq  vəziyyəti 

aktlarının  dövlət  qeydiyyatına  əsaslanır.  Uşağın 

doğulması haqda qeydiyyat uşağın doğulduğu yer 

üzrə,  yaxud  valideynlərinin  (yaxud  onlardan 



 

107


birinin)  yaşadığı  yer  üzrə  doğum  evindən 

(xəstəxanadan)  verilmiş  arayış  əsasında  aparılır. 

Nikahda  olan  ata  və  ana  onların  birinin  ərizəsinə 

əsasən 


valideynlər 

kimi 


yazılır. 

Nikahda 


olmadıqda,  uşağın  anası  haqda  qeydiyyat  onun 

ərizəsi  əsasında,  atası  haqda  qeydiyyat  –  ata  və 

ananın  birgə  ərizəsi,  yaxud  məhkəmə  qərarı  üzrə 

yazılır. 

Doğum 

haqda 


aktda 

aşağıdakılar 

göstərilir:  cinsi,  doğulduğu  tarix  və  yer,  anadan 

doğulmuş  neçənci  uşaqdır,  bir  döllü,  yaxud 

çoxdöllü  doğumda,  diri,  yaxud  ölü,  həmçinin 

valideynlərin  doğulduğu  tarix,  yaşı,  milliyyəti, 

təhsil  səviyyəsi,  iş  yeri,  vəzifəsi,  yaxud  yaşamaq 

üçün  vəsait  mənbəyi,  onların  daimi  yaşadığı  yer 

və  orada  yaşadığı  müddət,  nikahlarının  qeydiyyat 

tarixi və atası haqda qeydiyyatın əsası. 



Ölümün  qeydiyyatı  ölənin  yaşadığı  yer  üzrə  və 

ölüm  haqda  həkim  şəhadətnaməsinin  əsasında 

ölümün baş verdiyi yer üzrə aparılır. Ölüm haqda 

aktda  ölüm  tarixi,  yeri  və  səbəbi,  ölənin  cinsi, 

doğulduğu  tarix  və  yer,  yaşı,  nikahlıq  vəziyyəti, 

təhsil  səviyyəsi,  milliyyəti,  harada  və  hansı 

vəzifədə  işləmiş,  yaxud  yaşamaq  üçün  vəsait 

mənbəyi,  daimi  yaşayış  yeri  və  orada  yaşadığı 

müddət,  1  yaşadək  ölənlər  üçün  isə  –  ananın 

müvafiq 


xarakteristikaları, 

həmçinin 

sayca 

neçənci uşaqdır və özünün yaşı göstərilir. 



Nikahın  qeydiyyatı  nikaha  girənlərin  birinin 

yaşadığı  yer  üzrə  Ədliyyə  Nazirliyinin  müvafiq 

orqanlarına  verdiyi  birgə  ərizə  əsasında  və  ərizə 

verildiyi gündən bir aydan tez olmayaraq aparılır. 

Nikaha  girmək  üçün  nikaha  girən  şəxslərin 

qarşılıqlı  razılığı  və  onların  nikah  yaşına  çatması 

tələb olunur.  

Boşanmanın 

qeydiyyatı 

ər-arvadın, 

yaxud 


onlardan  birinin  yaşadığı  yer  üzrə  müvafiq 

qeydiyyat  orqanına  ərizəsi  əsasında,  yetkinlik 

yaşına  çatmamış  uşaqlar  olduqda,  yaxud  ər-arvad 

arasında  mübahisə  olduqda,  məhkəmənin  qərarı 

ilə  yazılır.  Nikah  ər-arvadın  bir  tərəfli  ərizəsi  ilə 

də  ləğv  edilə  bilər,  əgər  o  biri  tərəf  ruhi  xəstəlik 

və  s.  bu  kimi  hallar  nəticəsində  məhkəmə 

tərəfindən iş bacarığı olmayan, itkin düşmüş və 3 

ildən  az  olmayan  müddətə  azadlıqdan  məhrum 

olunmuşdursa.  Đstənilən  halda,  yalnız  nikahın 

pozulması haqda aktın qeydə alındığı andan nikah 

pozulmuş hesab olunur.  

Aktlar  iki  nüsxədən  ibarət  yazılır.  Birinci  nüsxə 

qeydiyyat orqanlarının arxivinə, ikinci isə statistik 

işləmələr üçün yerli statistika orqanlarına verilir. 

 

DEMOQRAFĐK 

HADĐSƏLƏRĐN 

SIX-

LIĞI

  –  insanların  müəyyən  məcmusunda  vaxt 

vahidində  baş  verən  demoqrafik  hadisələrin 

sayıdır.  Demoqrafik  proseslərin  öyrənilməsində 

onların  vaxta  görə  intensivliyini  ölçmək  üçün 

tətbiq olunur. 

Demoqrafik 

təhlildə 

demoqrafik 

prosesin 

intensivliyinə  koqortanın  (nəslin)  sayından  və 

demoqrafik  hadisələr  (doğum,  ölüm  və  s.) 

götürülmüş  vaxtdan  asılı  olan  dəyişən  kəmiyyət 

kimi  baxılır.  Əgər  baxılan  vaxt  kəsiri  0  (sıfır) 

olarsa,  onda demoqrafik hadisələrin sıxlığı həmin 

koqortada (nəsildə) olacaq. 



t

E

D

t

lim


0

=



 

burada  E  –  hadisələrin  sayı,  t  –  vaxtdır.  Bununla 

həm  təqvim  vaxtı,  həm  də  koqortanın  öz  vaxtı 

başa düşülür (məsələn, yaş). 

Konkret  demoqrafik  tədqiqatlarqa  demoqrafik 

hadisələrin  sıxlığı  demoqrafik  hadisələrin  vaxta 

görə bölüşdürülməsinin xarakteristikasında, yaxud 

yaşa  görə  vaxt  intervalları  qeyri-bərabər  olduğu 

halda 

hadisələrin 



sayı 

vaxt 


intervalının 

kəmiyyətinə bölünməklə hesablanır. 



 

DEMOQRAFĐK 

HƏRƏKƏT

 

(statistik 

registrdə)  –  vahidin  registrə  yazılması  və  ya 

registrdən  çıxarılması,  yaxud  vahidlər  arasında 

əlaqənin  yaradılması  və    kəsilməsi  əks  olunan 

hadisələrin nəticəsidir. 



 

DEMOQRAFĐK  ĐNDEKSLƏR

  –  bir  əhali 

qrupunda  etalon  (standart)  kimi  qəbul  olunan 

digər  əhaliyə  nisbətən  demoqrafik  proseslərin 

intensivliyini  xarakterizə  edən  göstəricilərdir. 

Ərazi  üzrə  müqayisələr  zamanı  demoqrafik 

proseslərin  sosial  və  iqtisadi  əlamətlərə  görə 

fərqlənməsinin  təhlilində  tətbiq  olunur.  Hər  bir 

ümumi  demoqrafik  əmsal  xüsusi  əmsalların  əhali 

sayının müvafiq payına vurma hasilinin cəmi kimi 

təqdim  oluna  bilər.  Əgər  öyrənilən  əhalidə 

prosesin intensivliyinin ümumi əmsalı  





=



x

x

m

S

m

standart  kimi  qəbul  olunan 

əhali üçün analoji əmsal isə  



=

0

0



0

x

x

m

S

m

(burada 


0

x

S

 

və 



x

 

–  müvafiq 



strukturlar, 

0

x



m

 və 


0

m

 – müvafiq xüsusi əmsallar) 

olarsa,  onda  əmsallar arasındakı  nisbəti  aşağıdakı 

kimi göstərmək olar:  



s

i

I

I

m

m

=



0

, burada   







=

0



x

x

x

i

m

S

m

S

I

– intensivlik indeksi, 





=



0

0

0



x

x

x

x

s

m

S

m

S

I

isə – strukturun indeksidir. 

Đntensivlik  indeksinin  məxrəc  və  surətinə  eyni 

əhalinin  strukturu  daxildir.  Buna  görə  də,  indeks 

hadisələrin  real  sayının  həmin  əhalinin  hipotetik 

sayına  nisbətidir.  Belə  etalon  (standart)  əmsallar 



 

108 


kimi  bəzən  bütün  öyrənilən  qruplar  üzrə  ən  tipik, 

yaxud  orta,  maksimum  götürülür.  Đntensivlik 

indeksinin  Đ

i   

standart  qəbul  edilmiş  əhali  üçün 

ümumi 

əmsalına 



(m

0

hasili 



demoqrafik 

əmsalların  standartlaşdırılmasının  dolayı  metodu 

ilə  standartlaşmış  əmsala  bərabərdir.  Bu  prinsipə 

əsaslanan  indekslər  daha  geniş  yayılmışdır  və 

doğumda 


nikah 

strukturunun, 

nikahda 

və 


nikahdankənar doğumun intensivliklərinin təsirini 

müqayisə  etməyə  imkan  verir.  Doğum  indeksi 

doğumların  real  sayının  (N)  hipotetik  sayın 

nisbətinə  bərabərdir,  hər  yaşda  olan  (S



x

)  qadınlar 

həmin  sayda  olduqda  və  doğumun  maksimum 

xüsusi yaş əmsallarında (F



x

):  


=



x

x

f

F

S

N

I

  Nikahda  doğum  indeksi  də 

oxşar qaydada hesablanır:  



=

x

m

x

m

g

F

S

N

I

burada N



m 

– nikahda doğumların 

sayı, 

m

x

S

–  nikahda  olan  x  yaşda  qadınların 

sayıdır.  

Nikahdankənar doğum indeksi: 



=



x

m

x

m

h

F

S

N

I

,  burada 



m

N

–  nikahdan  kənar 

doğulanların sayı, 

m

x

S

– nikahda olmayan x yaşda 

qadınların  sayıdır.  N=N

m

+N

m

  və  S



x

=S

m

+S

m

 

olduğundan,  doğum  indeksləri  arasında  aşağıdakı 



nisbət mövcuddur: 

(

)



m

h

m

g

f

I

I

I

I

I



+

=



1

,  burada  I



m

  –  nikah 

strukturu 

indeksidir, 

nikahda 

doğulanların 

hipotetik  sayının  bütün  doğulanların  hipotetik 

sayının nisbətinə bərabərdir:  





=

x



x

x

m

x

m

F

S

F

S

I



 



DEMOQRAFĐK 

ĐNFORMASĐYANIN 

MƏNBƏLƏRĐ

  –  əhali  və  demoqrafik  proseslər 

haqqında  məlumatların  cari  nəşrləridir.  Əhatə 



dərəcəsi (dünya, region, ölkə və ya onun hissələri 

–  rayon,  ərazi,  yaxud  ayrıca  yaşayış  məntəqəsi), 



milli 

mənsubiyyəti 

(milli 


və 

beynəlxalq), 



məlumatların  xarakteri  (vaxta  görə  əhalinin  sayı 

və  tərkibi,  hər  bir  dövr  üçün  demoqrafik 

hadisələrin 

xarakteristikaları, 

demoqrafik 

proseslərin 

qarışıq 

xarakteristikaları), 

məlumatların  aid  olduğu  dövr  (tarixi-demoqrafik, 

retrospektiv, 

cari, 

demoqrafik 



proqnozlar), 

məlumatların  əldəetmə  növü  (rəsmi  nəşrlər, 

xüsusi 


tədqiqatların 

materialları), 



nəşrin 

xarakteri  (xüsusi,  ümumi  tipli)  üzrə  fərqlənirlər. 

Đnformasiyanın  dolğun  və  dəqiqliyi  baxımından, 

demoqrafik  informasiyanın  mənbələrini  ilkin  – 

toplanmış  statistik  məlumatların  işlənməsi  və 

müqayisəsinin  bilavasitə  nəticələrini  və  onların 

əsasında  hesablama  yolu  ilə  alınan  göstəriciləri 

olan  və    ikinci  –  ilkin  məlumatlar  üzrə  

qiymətləndirmə  və  müxtəlif  növ  hesablamaların 

nəticələri  olan  mənbələrə  bölmək  çox  vacibdir. 

Bəzən  demoqrafik  informasiyanın  mənbələrinə 

həmçinin  illik  müşahidə,  yaxud  demoqrafik 

hadisələrin  uçot  sənədləri  aid  edilir.  Demoqrafik 

hadisələri  izah  etmək  üçün  başqa  mənbələrdən: 

birbaşa  kəmiyyət  məlumatlarını  əks  etdirməyən 

ədəbi,  sənədli,  qanunvericilik  aktlarından  və  s. 

istifadə olunur. 

Ölkələrin  əksəriyyətində  demoqrafik  informasiya 

əhalinin  siyahıyaalmaları,  demoqrafik  hadisələrin 



cari  uçotu  və  əhalinin  müşahidələri  vasitəsilə 

statistika  xidmətlərində  toplanır.  Bu  məlumatlar 

demoqrafik  informasiyanın  əsas  mənbələrini 

təşkil  edir.  Đlkin  demoqrafik  informasiyanın 

mənbələrinin  başqa  növü  qeyri-hökumət  (elmi-

tədqiqat,  layihə,  ictimai  və  s.)  təşkilatları 

tərəfindən 

aparılan 

seçmə 

müşahidələrin 



nəticələridir.  Onlar  ancaq  əhalinin  ayrı-ayrı 

qruplarını  əhatə  edir,  lakin  seçmənin  düzgün 

təşkili  zamanı  demoqrafik  hadisə  haqqında 

qiymətli  məlumatlar  verə  bilir.  Đkinci  (təkrar) 

informasiya  ilkin  məlumatlar  əsasında  yerinə 

yetirilmiş,  yaxud  qeyri-demoqrafik  məqsədlər 

üçün toplanmış materiallar üzrə tədqiqat işlərində 

olur.  


Demoqrafik 

informasiyanın 

mənbələrində 

məlumatların  konkret  məzmunu  qəbul  olunmuş 

müşahidə 

və 


məlumatların 

işlənməsi 

proqramlarında  və  bəzi  hallarda  beynəlxalq 

sazişlərdə  dünya,  yaxud  regional  səviyyədə 

nizama  salınmasından  (məsələn,  BMT,  Avropa 

Şurası 


və 

başqa 


beynəlxalq 

təşkilatlar 

çərçivəsində)  asılıdır.  Bu  zaman  məlumatların 

təkcə  məzmunu  qeyd  edilmir,  həm  də    müəyyən 

dərəcədə 

informasiyanın 

dövriliyi, 

əsas 


anlayışları,  kateqoriya  və  metodları  şərtləndirilir. 

Bu 


da 

beynəlxalq 

müqayisələr 

zamanı 


məlumatların müqayisəsini asanlaşdırır.  

 

DEMOQRAFĐK  QOCALMA



  -  əhalinin 

ümumi  sayında  ahıl  (yaşa  dolmuş)  və  qocaların 

payının  artmasıdır.  Demoqrafik  qocalmanın 

səbəbi  əhalinin  təkrar  istehsalının  xarakterində 

uzun  sürən  (uzunmüddətli)  dəyişikliklər  hesab 

olunur.  Doğumun  azalması  nəticəsində  uşaqların 

nisbi  sayının  tədricən  ixtisara  düşməsi  ilə  bağlı 

baş  verən  “aşağıdan”  qocalma,  uşaqların  sayının 

zəif  artmasına  nisbətən  qocalıq  yaşlarında  olanlar 

arasında  ölümün  azalması  nəticəsində  qoca 

adamların  sayının  artması  ilə  müşahidə  olunan 

“yuxarıdan”  qocalma  fərqləndirilir.  Bu  terminlər 

(anlayışlar)  əhalinin  yaş  strukturunun  qrafik 


 

109


təsviri  (yaş  piramidası)  ilə  bağlıdır.  Demoqrafik 

qocalmaya  müxtəlif  səviyyədə  ayrı-ayrı  yaş 

qruplarına toxunan əhalinin  miqrasiyası və yaxud 

gənclərin  böyük  hissəsinin  müharibədə  həlak 

olması  da  səbəb  ola  bilər.  Demoqrafik  qocalığın 

qiymətləndirilməsi 

üçün 

müxtəlif 



qocalıq 

əmsallarından  istifadə  edilir  ki,  onlar  arasında  da 

daha çox istifadə edilənlər aşağıdakılardır:  

1) 


;

100


60

60

×



=

+

S



S

W

 2) 


100

65

65



×

=

+



S

S

W

 

Burada: S



60+

 və S


65+

 - 60 yaş və yuxarı, 65 yaş və 

yuxarı  (qocalığın  başlanğıcı)  yaşlarında  olan 

adamların  sayını;  S  isə  əhalinin  ümumi  sayını 

göstərir. 

Azərbaycan 

Respublikasında 

əsasən 


1-ci 

göstəricidən  istifadə  edilir.  BMT-nin  nəşrlərində  

65  yaş  qocalığın  başlanma  dövrü  hesab  olunur. 

Əhalinin 

qocalığının 

müəyyən 


edilməsində, 

həmçinin  hər  100  nəfər  yaşlıya  düşən  qocaların 

sayı;  1  qocaya  düşən  yaşlıların  sayı;  1  qocaya 

düşən  uşaqların  sayı  və  s.  göstəricilərdən  də 

istifadə  edilir.  BMT  təsnifatına  əsasən,  65  və 

yuxarı  yaş  həddində  olan  əhalinin  sayı  7%-dən 

yuxarı olduqda, əhali qoca sayılır. 

 

DEMOQRAFĐK METODLAR

 – demoqrafik 

proseslərin, bütövlükdə əhalinin struktur və təkrar 

istehsalının  öyrənilməsinin  xüsusi  üsullarının 

məcmusudur.  Bir  sıra  elmlər  üçün  sosial-iqtisadi 

və  təbiət  hadisələrinin  öyrənilməsində  ümumi 

olan  kəmiyyət  metodlarından  fərqli  olaraq, 

demoqrafik 

metodların 

əsasını 


demoqrafik 

yekunları  əhalinin  təkrar  istehsalına  tətbiqində  – 

əhalinin  sayını,  yaxud  koqortanı  artıran  (doğum, 

nikah)  və  onu  azaldan  (ölüm,  boşanma) 

demoqrafik  hadisələrə  görə  öyrənilməsi  üsulları 

təşkil  edir.  Hadisələrin  sayının  vaxtdan  və 

əhalinin  sayından,  yaxud  müəyyən  demoqrafik 

vəziyyətdə  olan  insanların  sayından  asılılığı  bu 

kəmiyyətlərin  demoqrafik  proseslərin  müxtəlif 

intensivlik  göstəricilərini  hesablamaq  yolu  ilə 

müqayisə  oluna  bilməsini  tələb  edir.  Demoqrafik 

hadisələr 

fasiləsiz 

baş 


verir 

və 


onların 

intensivliyinə  koqortanın  yaş  funksiyası,  yaxud 

hər hansı demoqrafik vəziyyətdə qalma vaxtı kimi 

–  demometrik  adlanan  funksiya  kimi  baxılır. 

Demoqrafik  metodların  mühüm  hissəsini  belə 

funksiyaların  kəmiyyət  göstəricilərinin  təqdim  və 

təhlil  üsulları  təşkil  edir.  Demoqrafik  proseslərin 

(doğum, ölüm, nikah, boşanma) intensivliyi nəslin 

müxtəlif  mərhələlərində  müxtəlifdir.  O  həm 

verilmiş  nəslin  tarixindən,  həm  də  onun  yaşadığı 

müasir  şəraitdən  asılıdır.  Bu  isə  demoqrafik 

funksiyaları  analitik  şəkildə  təqdim  etməyi 

çətinləşdirir  və  demoqrafik  proseslərin  rəqəmli 

modellərinin  həmin  prosesin  intensivliyini,  nəslin 

həyatı boyunca kəmiyyət dəyişikliyini xarakterizə 

edən  demoqrafik  cədvəllər  şəkilində  yayılmasını 

şərtləndirir. 

Demoqrafik 

proseslər 

üçün 


təkcə 

onların 


fasiləsizliyi  deyil,  həm  də  insan  nəslinin 

dəyişməsinin fasiləsizliyi səciyyəvidir. Buna görə 

də,  əhalidə  hər  anda  müxtəlif  yaşda  olan  nəsillər 

mövcuddur.  Demoqrafik  proseslərin  ya  real 

nəsillərdə həmyaşıdların bütün həyatı boyu, ya da 

hipotetik 

nəsillərdə 

müasirlərin 

demoqrafik 

proseslərin yaş intensivliyi şəraitində həmin anda, 

yaxud  dövrdə  ömrünü  yaşayanlarda  öyrənmək 

mümkündür.  Müvafiq  olaraq  uzununa  (şaquli)  və 



eninə (ufuqi) təhlil metodları tətbiq olunur. 

Demoqrafik  proseslərin  tərkib  hissələri  olan  bəzi 

hadisələr  yalnız  müəyyən  yaşlarda  (məsələn, 

doğum),  yaxud  müəyyən  olunmuş  yaşdan  tez 

olmayaraq 

(məsələn, 

nikaha 

daxil 


olmaq) 

mümkündür.  Bu  zaman  bütün  demoqrafik 

proseslərin intensivliyi  cins  və  yaş  üzrə  fərqlənir. 

Buna  görə  də,  əhalidə  və  onun  qruplarında 

hadisələrin  sayı  əhalinin  cins-yaş  strukturundan 

asılıdır  və  demoqrafiyada  buna  əhali  sayının 

dəyişməsinin  vacib  komponenti  kimi  baxılır. 

Bununla  əlaqədar  olaraq,  demoqrafik  əmsalların 



standartlaşdırılması 

metodları 

(onlar 

göstəricilərin müqayisəsində strukturdakı fərqlərin 



təsirinə  istisna  imkanı  vermişdir),  həmçinin 

demoqrafik  proseslərin  və  strukturların  qarşılıqlı 

təsirinin  öyrənilməsi  metodları  yayılmışdır.  Yaş 

strukturunun  demoqrafik  hadisələrə  və  proseslərə 

təsirini  və  müxtəlif  yaşların  əhalinin  sayının  və 

tərkibinin  dəyişməsində  qeyri-bərabər  rolunu 

nəzərə  almaq  cəhdləri  potensial  demoqrafiya 

metodlarının  işlənməsinə  gətirib  çıxarmışdır.  Bu 

metoda  əsasən  ayrı-ayrı  yaş  qruplarının  əhalinin 

sayı  və  tərkibinin  dəyişməsinə  töhfəsi  insanların 

sayı  ilə  deyil,  gələcək  ömrün  insan-il  sayı  ilə 

ölçülür. 

Demoqrafik  prosesləri  əyani  göstərmək  üçün 

müxtəlif qrafik metodlar – demoqrafik şəbəkəyaş 



piramidası və s. tətbiq olunur. 

 

DEMOQRAFĐK 

MƏCMULAR

 

– 

demoqrafik 



proseslərin 

təhlili, 

cədvəllərin 

qurulması  və  digər  hesablamalarda  ayrılan  insan 

qrupları 

və 


onların 

həyatında 

baş 

verən 


demoqrafik  hadisələrdir.  Demoqrafik  hadisələrə 

(məsələn,  nikaha  daxil  olma,  uşağın  doğulması, 

ölüm)  demoqrafik  təhlildə  müəyyən  demoqrafik 

vəziyyətdə  olan  (nikahda  olan,  nikahda  olmayan, 

yaxud ümumiyyətlə istənilən vəziyyətdə yaşayan) 

insanlarla  baş  verən  hadisələr  kimi  baxılır.  Bu 

zaman onlar üç zaman (vaxt) koordinata malik ola 

bilər:  insanın  verilmiş  demoqrafik  vəziyyətə 

girməsinin  təqvim  tarixi  (məsələn,  doğum  günü, 

nikah bağlaması günü), hadisənin baş vermə anına 


 

110 


onun 

bu 


vəziyyətdə 

qalmasının 

uzunluğu 

(məsələn,  yaş,  nikahın  davamiyyəti)  və  hadisənin 

başlanmasının təqvim tarixi (məsələn, ölüm tarixi, 

boşanma  tarixi).  Đnsanların  nəslində  demoqrafik 



proseslərin sürətini ölçən bu və digər demoqrafik 

hadisənin (doğumun, nikahın, ölümün) tezliyi belə 

hadisələrin  sayının  belə  hadisələrin  baş  verə 

biləcəyi insanların sayı ilə tutuşdurulması yolu ilə 

müəyyən edilir. Buna müvafiq olaraq, hadisələrin 

məcmusu  (ölüm,  boşanma  hadisəsi)  və  əhali 

məcmusu – müəyyən demoqrafik vəziyyətdə olan 

insanlar  qrupu  (məsələn,  yaşayanlar,  nikahda 

olanlar)  fərqləndirilir.  Demoqrafik  hadisələr 

nəticəsində 

insanların 

bir 


hissəsi 

verilmiş 

vəziyyətdən 

digərinə 

keçdiyi 

üçün, 


belə 

hadisələrin  sayına  həm  də  demoqrafik  vəziyyətin 

həmin  prosesin  təsiri  altında  dəyişməsi  hallarının 

sayı  kimi  (ölüm  nəticəsində  məcmudan  çıxmaq 

daxil olmaqla) baxıla bilər. 

Demoqrafik  məcmular  haqda  təsəvvürlər  XVIII 

əsrin  ikinci  yarısında  ölümün  yaşdan  asılılığının 

öyrənilməsi ilə əlaqədar yaranmışdır. 

Demoqrafik  təhlildə  ən  çox  nəzəri  və  praktiki 

əhəmiyyətli  hadisələrin  beş  növ  məcmusu 

mövcuddur: 

göstərilən 

koordinatların 

cüt 


birləşməsi ilə yaranan üç növ məcmu və bütün üç 

koordinatlarla 

müəyyən 

edilmiş 


elementar 

adlanan məcmunun iki növü.  



Hadisələrin  birinci  məcmuları  hər  hansı  dövrdə 

bu  vəziyyətə  düşmüş  insanların  hər  hansı 

vəziyyətdə  qalma  uzunluğunun  müəyyən  kəsiyi 

ərzində  onlarda  baş  vermiş  hadisələri  əhatə  edir. 

Hadisələrin  ikinci  məcmuları  hər  hansı  dövrdə 

bu  vəziyyətə  düşmüş  insanların  təqvim  vaxtının 



hər  hansı  intervalı  ərzində  onlarda  baş  vermiş 

hadisələri  əhatə  edir.  Hadisələrin  üçüncü 



məcmuları 

təqvim 

vaxtının 

hər 

hansı 

intervalında  insanların  həmin  vəziyyətdə  qalma 

uzunluğunun  müəyyən  kəsiyində  baş  vermiş 

hadisələri  əhatə  edir.  Hadisələrin  elementar 



məcmuları bütün üç koordinatlarla – müşahidənin 

təqvim  vaxtı,  həmin  vəziyyətə  düşmə  vaxtı  və 

onda  qalma  uzunluğu  ilə  müəyyən  edilən 

hadisələri əhatə edir.  

Əhalinin  məcmuları  –  müvafiq  demoqrafik 

vəziyyətdə olan və bu vəziyyətə müəyyən təqvim 

dövrü  ərzində  daxil  olmuş  insanlar  qrupudur 

(məsələn,  eyni  bir  ildə  doğulmuş,  yaxud  eyni 

vaxtda nikah bağlamışlar). Dövr kimi bir il, yaxud 

beş  il  qəbul  olunur.  Đki  növ  belə  məcmular 

fərqləndirilir. 

Əhalinin birinci məcmuları – verilmiş vəziyyətdə 

qalma uzunluğunun dəqiq qiymətə çatmış insanlar 

qrupudur.  Əhalinin  ikinci  məcmuları  verilmiş 

vəziyyətdə hər hansı təqvim anına çatmış insanlar 

qrupudur. 

Demoqrafik 

məcmular 

haqda 


təsəvvürlərin 

demoqrafik  təhlildə  böyük  əhəmiyyəti  var.  Onlar 

arasında  sıx  əlaqə  demoqrafik  hadisələrin 

ehtimallarının 

və 


demoqrafik 

əmsalların 

hesablanmasının 

və 

demoqrafik 



şəbəkələrin 

qurulmasının  əsasında  durur,  eninə  təhlil  və 



uzununa  təhlil  metodları  demoqrafik  məcmular 

haqqında  təsəvvürlər  və  onların  öyrənilməsinə 

əsaslanır. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling