Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet34/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   30   31   32   33   34   35   36   37   ...   183

DOLAYI 

XƏRCLƏR

 

– 



“dərhal” 

bölüşdürülməsi  mümkün  olmayan  xərclərdir. 

Onlar 

verilmiş 



məhsulun 

dəyərinə 

daxil 

edilməzdən 



əvvəl 

aralıq 


hesablamaların 

aparılmasını tələb edir. 

 

DOLAYI  VERGĐLƏR

  –  mal  və  xidmətlərin 

qiymət 


və 

ya  tariflərinə  əlavədir.  Malın 

mülkiyyətçisi və ya xidmət göstərən şəxs verginin 

ödəyicisi  sayılmır.  Belə  ki,  sonda  onun  ödəyicisi 

bu  mal  və  xidməti  onun  maya  dəyərindən  artıq 

olan qiymətə alan istehlakçı olur. 

Nəzəri  cəhətdən  birbaşa  vergidən  qaçmaq  olmaz, 

dolayı vergidən isə mal və xidmətin alınmasından 

imtina etməklə qaçmaq olar. 

 

DOMEN



  –  internet  şəbəkəsində  domen  adlar 

fəzasının sahəsidir. 

Domen ad dedikdə, domenin simvolik adı nəzərdə 

tutulur.  Domen  ad  bir  domen  daxilində  istənilən 

hərf  və  rəqəm  birləşməsi  ola  bilər.  Domenin  tam 

adı  nöqtə  ilə  ayrılmış  bütün  domenlərin 

adlarından 

təşkil 


olunur 

və 


internetdə 

yerləşdirilmiş  hər  hansı  veb-saytın  ünvanını 

göstərir. 

Domen  -  sadə  dildə  desək,  saytın  ünvanıdır, 

məsələn, 

www.microsoft.com

.  Domenlər  birinci, 

ikinci və üçüncü səviyyəli olurlar. 

Birinci  səviyyəli  domen  bir  vahiddən  ibarətdir  - 

www.com. 

Đkinci  səviyyəli  domenə  isə 

www.sayt.com

  növlü 

ünvanlar daxildir, məsələn, 

www.microsoft.com

   


Üçüncü 

səviyyəli 

domenə 

isə 


www.sayt.hostinq.com

 növlü ünvanlar daxildir. 

Saytların  rəqəm  şəklində  verilmiş  ĐP  ünvanlarını 

yadda  saxlamaq  çox  çətin  olduğundan,  DNS 

sistemi  vasitəsi  ilə  bu  ünvanlar  domen  adlar  ilə 

əvəz  olunur.  Beləliklə,  domen  ad  –  istənilən 

Đnternet  istifadəçisinin  sayta  müraciətinə  şərait 

yaradan ünvandır. 

 

DOMNA  SOBASININ  FAYDALI  HƏC-

MĐNDƏN  ĐSTĐFADƏ  ƏMSALI

  –  qara 

metallurgiyada 

texniki-iqtisadi 

göstəricidir. 

Sobanın  nominal  metr-sutkalıq  işinin  əridilmiş 

çuqunun miqdarına bölünməsi ilə müəyyən edilir. 

Nominal 

metr-sutkaların 

kəmiyyəti 

domna 


sobasının faydalı həcminin m

3

-lə nominal sutkaya 



(sobanın təqvim vaxt fondu minus onun soyuq boş 

dayanmaları)  vurulması  ilə  müəyyən  edilir. 

Domna  sobasının  faydalı  həcmindən  istifadə 

əmsalı  nə  qədər  kiçik  olursa,  domna  sobasından 

bir o qədər yaxşı istifadə edilir.  

 

DOTASĐYA



  -    (xərclərini  ödəmək  üçün 

idarələrə, müəssisələrə və ya təşkilatlara dövlət 

tərəfindən  verilən  yardım  -  pul)  –  əgər 

məhsulun  istehsalına  və  satışına  çəkdikləri 

xərcləri  əldə  edilən  gəlir  ödəmirsə,  geri 

qaytarılmamaq  şərti  ilə,  dövlət  hakimiyyəti  və 

idarəetmə orqanları tərəfindən itkilərini tam və ya 

qismən  ödəmək  üçün  fiziki  və  hüquqi  şəxslərə, 

həmçinin əhalinin ayrı-ayrı qruplarına  verilən pul 

vəsaitidir.  Dotasiya  büdcə  və  müəssisənin  öz 

ehtiyatları (öz işçilərinə verilən dotasiya) hesabına 

verilir.  Qeyri-səmərəli  fəaliyyətli  müəssisələrə 

dotasiyaların 

verilməsindən 

imtina 

edilməsi 



nəticəsində  dotasiyaların  həcmi  tədricən  azalır. 

Dotasiya əsasən bir sıra fəaliyyət növlərinə (kənd 



 

133


təsərrüfatı)  və  əhalinin  sosial  cəhətdən  müdafiə 

olunmayan qrupuna kömək kimi verilir. 

 

DOU  JONS  ĐNDEKSĐ

  –  ABŞ-ın  65  ən  stabil 

və 


etibarlı 

şirkətlərinin 



səhmlərinin 

orta 


qiymətinin 

gündəlik 

hesablanan 

indeksidir. 

Qiymətlər  Nyu-York  fond  birjasının  bağlanma 

anındakı  qiymətlərə  uyğun  olur.  Hesablama  üçün 

baza  1920-ci  il  hesab  edilir.  Dou  Jons  indeksinin 

dinamikası  ümumilikdə  ABŞ-ın  nominal  ümumi 



milli məhsulunun dinamikasını əks etdirir.  

 

DÖLÜN 



ÖLÜMÜ 

– 

hamiləliyin 



9-cu 

həftəsindən  başlayaraq,  doğum  anınadək  insan 

orqanizminin  tələf  olmasıdır.  Döllərin  ölüm 

göstəricisi  faizlə  ifadə  olunur  və  aşağıdakı 

düsturla  hesablanır:  hamiləliyin  28  həftəsinədək 

biixtiyar  uşaqsalmaların  sayı  bölünsün  biixtiyar 

uşaqsalmaların sayı + ölü doğulanların sayı + diri 

doğulanların sayı, vurulsun 100. 

Hamiləliyin  ilk  27  həftəsi  ərzində  döl  yaşamağa 

az qabil hesab olduqda, həyat əlamətləri olmayan 

ölü 

dölün 


ananın 

orqanizmindən 

tamam 

qovulması  və  ya  çıxarılması  uşaqsalma,   yaxud 



biixtiyar  abort,  hamiləliyin  28  həftəsindən  sonra 

isə – ölü doğulmuş adlanır. 

Döllənmədən 

embrionun 

bətndaxili 

inkişaf 


prosesi  orta  hesabla  280  sutka  (10  mehtab  ayı) 

davam edir və üç dövrə bölünür: ilkin (1-ci inkişaf 

həftəsi), embrion (2–8 inkişaf həftəsi) və döl (9-cu 

həftədən  hamiləliyin  başa  çatmasınadək).  Erkən 

dölün  ölümü  (9–21  həftə),  orta  (22–27  həftə)  və 

gec  (28  həftə  və  daha  gec)  hamiləlik  müddətləri 

fərqləndirilir. Hamiləliyin ən erkən müddətlərində 

(12  həftəyədək)  uşaqsalma  nəticəsində  hər  nəslin 

itkiləri  ən  yüksəkdir.  Sonra  onlar  tədricən  aşağı 

düşür. 


Hamiləliyin 

erkən, 


orta 

və 


gec 

müddətlərində  dölün  ölümünün  nisbəti  təxmini 

15:3:1-ə  bərabərdir.  Lakin,  hamiləliyin  erkən 

müddətlərində  embrionların  və  döllərin  məhv 

olunması  hallarının  uçotu  və  bunun    tamamilə 

dürüst statistikasının aparılması çətindir. 

Həyat  tsiklinin  müxtəlif  mərhələlərində  nəslin 

döllənmiş 

insan 

ömrünün 


ölümü 

bütöv 


qabiliyyətinin  vacib  xarakteristikalarından  biridir. 

Ətraf 

mühitin 

müxtəlif 

zəhərli 

amilləri, 

valideynlərin  irsi  və  əldə  edilmiş  xəstəlikləri 

döllənmiş  ömürlərin  təxminən 

5

1

  hissəsinin 



məhvinə,  dönməz  patologiyaya  gətirib  çıxarır. 

Onlarda  12–15%  biixtiyar  abortlar,  1–2%  ölü 

doğumlar, 

4–8% 


– 

irsi 


xəstəliklərlə 

və 


eybəcərliklərlə  olan  uşaqlar  təşkil  edir.  Onların 

çoxu  doğulduqdan  sonra  müxtəlif  müddətlərdə 

ölür, yaxud uşaqlıqdan əlil olur. 

 

DÖVLƏT  BANKI

  –  1919-cu  il  mart  ayının  7-

də 


Azərbaycan 

Demokratik 

Respublikası 

Hökumətinin  qərarı  ilə  Azərbaycan  Dövlət 

Bankının  (Mərkəzi  Bankın)  təşkil  edilməsi  təklifi 

bəyənilmiş və onun nizamnaməsinin hazırlanması 

Maliyyə  Nazirliyinə  tapşırılmışdır.  16.09.1919-cu 

ildə  ölkə  parlamenti  Maliyyə  Nazirliyinin  kredit 

şöbəsi  tərəfindən  hazırlanmış  Azərbaycan  Dövlət 

Bankının Nizamnaməsini təsdiq etmişdir. 1919-cu 

il  sentyabrın  30-da  isə  Azərbaycan  Dövlət 

Bankının təntənəli açılışı olmuş və həmin gündən 

etibarən fəaliyyətə başlamışdır. 1919-cu il noyabr 

ayının  9-da  Dövlət  Bankının  Gəncə  bölməsi, 

sonralar 

isə 


digər 

regionlarda 

bölmələri 

açılmışdır.  

Azərbaycan  Dövlət  Bankının  əsas  məqsədi  pul 

dövriyyəsini  asanlaşdırmaq,  ticarət,  sənaye  və 

kənd  təsərrüfatı  sahələrinə  yardım  etmək,  habelə 

pul  sistemini  möhkəmlətməkdən  ibarət  olan 

hökumət  idarəsi  idi.  Pul  nişanlarının  emissiyası 

səlahiyyətləri də Dövlət Bankına mənsub idi.  

Müstəqillik  qazanıldıqdan  sonra  Azərbaycan 

Respublikası  Prezidentinin  1992-ci  il  11  fevral 

tarixli  fərmanı  ilə  Dövlət  Bankının,  keçmiş  SSRĐ 

Sənaye-Tikinti  Bankının,  SSRĐ  Aqrar-Sənaye 

Bankının  Azərbaycan  Respublikası  bankları 

bazasında  Azərbaycan  Respublikasının  Milli 

Bankı yaradılmışdır. 

1992-ci 


il 

dekabrın 

1-də 

Azərbaycan 



Respublikasının 

Milli 


Məclisi 

"Azərbaycan 

Respublikasının  Milli  Bankının  Nizamnaməsinin 

təsdiq  edilməsi  haqqında"  qərar  qəbul  etmişdir. 

1992-ci 

il 


avqustun 

7-də 


"Azərbaycan 

Respublikasında  banklar  və  bank  fəaliyyəti 

haqqında"  Azərbaycan  Respublikasının  Qanunu 

ilə  yanaşı,  "Azərbaycan  Respublikasının  Milli 

Bankı  haqqında"  Qanun  da  qəbul  olunmuşdur.

 

1996-cı  il  iyunun  10-da  qanun  yeni  redaksiyada 



qəbul 

edilmişdir. 

Yeni 

bank 


qanunları 

respublikanın  bank  sisteminin  qabaqcıl  dünya 

bank təcrübəsinə yiyələnməsində və etibarlı kredit 

təşkilatlarının yaradılmasına imkan yaratdı.  

18 

mart 


2009-cu 

il 


tarixində 

keçirilmiş 

“Azərbaycan  Respublikasının  Konstitusiyasına 

əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında” 

Azərbaycan 

Respublikası 

Referendumunun 

yekunlarına  uyğun  olaraq,  Milli  Bank  Mərkəzi 

Bank adlandırılmışdır. 

 

DÖVLƏT  BORCU



  –  daxili  və  xarici  dövlət 

borcundan  ibarət  olmaqla,  ölkənin  təxirəsalınmaz 

sosial-iqtisadi  xərclərinin  və  büdcə  kəsirinin 

maliyyələşdirilməsi  üçün  qəbul  edilən,  ölkə 

hökumətinin  hüquqi  və  fiziki  şəxslərə,  habelə 

xarici  dövlətlərə  müvafiq  faiz  ödənilməklə 

qaytarılmalı olan,  milli  və xarici  valyuta ilə ifadə 

edilmiş borc öhdəlikləridir.  Azərbaycanda dövlət 

borcunun  mütləq  və  nisbi  həddini  Milli  Məclis 

qarşıdakı  maliyyə  ilinin  büdcəsi  ilə  eyni  vaxtda 



 

134 


təsdiq 

edir. 


Dövlət 

borcuna 


hökumətin 

sərəncamında olan bütün aktivlərlə təminat verilir.  

Dövlət  borcu  aşağıdakı  formalarda  ola  bilər: 

hökumətin  aldığı  kreditlər,  hökumətin  adından 

buraxılan  qiymətli  kağızlar  şəklində  olan  dövlət 

istiqrazları  və  hökumətin  təminat  verdiyi  digər 

borc öhdəlikləri. 

Dövlət  borcu  ötən  illərdən  qalan  və  yeni  yaranan 

borcdan ibarətdir. 

Dövlət  borcu  qısamüddətli,  ortamüddətli  və 

uzunmüddətli borc öhdəlikləri şəklində ola bilər. 

 

DÖVLƏT  BÖLMƏSĐ  (SEKTORU)

  –  (I)  

iqtisadiyyatın  dövlət  orqanları  tərəfindən  idarə 

edilən və dövlət mülkiyyətində olan hissəsidir; 

(II) - dövlətin inzibati idarələri və müəssisələrinin 

kompleksidir. 

Müəssisənin bölgüsü Mülkiyyət Növləri Təsnifatı 

əsasında həyata keçirilir. 

  

DÖVLƏT 

BÜDCƏSĐ

 

– 

müvafiq 


icra 

hakimiyyəti  orqanları  vasitəsi  ilə  dövlətə  məxsus 

funksiyaların  yerinə  yetirilməsini  təmin  etmək 

üçün  lazım  olan  pul  vəsaitinin  qanunla  müəyyən 

olunmuş  qaydada  yığılması  və  xərclənməsi 

sistemidir. 

Dövlət 

büdcəsinin 



gəlirləri 

ümumdövlət  vergiləri,  rüsumlar  və  məcburi 

ödənişlər hesabına (muxtar  respublikanın  və  yerli 

büdcəyə daxil olan hissə çıxılmaqla) yaranır.  

Dövlət 

büdcəsinin 



xərcləri 

aşağıdakı 

əsas 

istiqamətlər  üzrə  həyata  keçirilir:  ümumdövlət 



sosial  proqramlarının  maliyyələşdirilməsi;  sosial 

və  iqtisadi  infrastrukturların  maliyyələşdirilməsi 

(buraya  hərbi  xərclər,  hüquq-mühafizə,  dövlət 

hakimiyyəti 

və 

idarəetmə 



orqanlarının 

saxlanmasına 

çəkilən 

xərclər 


daxildir); 

dövlətdaxili 

vəzifələrin 

yerinə 


yetirilməsinə 

çəkilən  xərclər;  xarici  iqtisadi  fəaliyyətə  çəkilən 

xərclər;  elmin  maliyyələşdirilməsinə  çəkilən 

xərclər və s. Büdcə ili yanvar ayının 1-dən dekabr 

ayının  31-dək  olan  bir  illik  dövrdür.  Dövlət 

büdcəsinin  kassa  icrası  büdcə  gəlirlərinin  daxil 

olmasını  və  xərclərinin  büdcə  təsnifatına  uyğun 

olaraq  xəzinədarlıq  vasitəsilə  ünvanlı  istifadəsini 

təmin edən icra mexanizmidir. 



Azərbaycanda  büdcə  təsnifatı  dövlət  büdcəsinin, 

Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinin, 

yerli 

büdcələrin 



və 

büdcədənkənar 

dövlət 

fondlarının 



gəlirlərinin, 

xərclərinin 

və 

maliyyələşmə mənbələrinin funksional, iqtisadi və 



digər prinsiplər əsasında qruplaşdırılmasıdır. 

 

DÖVLƏT  BÜDCƏSĐ  KƏSĐRĐNĐN  MA-



LĐYYƏLƏŞDĐRĐLMƏSĐ

  –  kəsiri  ödəmək 

üçün  borc  vəsaitlərinin  mənbə  kimi  dövlət 

tərəfindən 

cəlb 

edilməsidir. 



Maliyyələşmə 

formaları 

bunlardır: 

dövlət 


öhdəliklərinin 

buraxılışı  və  yerləşdirilməsi;  ölkənin  mərkəzi 

bankından,  digər  banklardan  və  beynəlxalq 

maliyyə  təşkilatlarından  alınan  borclar;  dövlət 

hakimiyyətinin digər səviyyələrindən və ya dövlət 

qeyri-büdcə  fondlarından  və  xarici  dövlətlərdən 

alınan  borclar.  Maliyyələşdirmə  formalarına  həm 

də  büdcə  hesablarındakı  vəsait  qalıqlarının 

dəyişməsi 

və 


dövlətin 

Maliyyə 


Nazirliyi 

tərəfindən idarə olunan qızıl-valyuta ehtiyatlarının 

dəyişməsi daxildir. 

 

DÖVLƏT  BÜDCƏSĐNĐN  KƏSĐRĐ



  –  dövlət 

büdcəsinin  xərclər  hissəsinin  gəlir  hissəsindən 

artıq olmasıdır. Dövlət büdcəsinin kəsirləri dövlət  

öhdəliklərinin buraxılması və əhali və müəssisələr 

arasında yerləşdirilməsi ilə tənzimlənir.  

 

DÖVLƏT  EHTĐYATI

  –  dövlətin  maddi 

sərvətlər  ehtiyatıdır.  Bu  sərvətlər  dövlətin 

səfərbəredici  ehtiyatlarının,  fövqəladə  halların 

nəticələrinin ləğvində birinci növbəli işlərin təmin 

edilməsini;  sənayenin  və  təsərrüfatın  müxtəlif 

sahələrinə,  idarə,  müəssisə  və  təşkilatlara  dövlət 

yardımı  göstərilməsini;  daxili  bazarda  tələblə 

təklif  arasında  disporsiyanın  yarandığı  halda 

xammalın  mühüm  növləri  ilə  yanacaq-enerji 

ehtiyatları  ilə  təchizatın  müvəqqəti  pozulması 

zamanı  iqtisadiyyatı  sabitləşdirmək  məqsədilə 

dövlət  tərəfindən  kömək  edilməsini;  humanitar 

yardım  göstərilməsini  və  bazara  tənzimedici  təsir 

edilməsini nəzərdə tutur.  

   

DÖVLƏT ELMĐ MƏRKƏZĐ

 – nadir təcrübə-

eksperimental  avadanlıqlarına  və  yüksək  ixtisaslı 

kadrlara,  beynəlxalq  aləmdə  tanınmış  elmi-

tədqiqatların nəticələrinə malik olan ayrı-ayrı elmi 

təşkilatlara, müəssisələrə, ali təhsil müəssisələrinə 

hökumətin  qərarı  ilə  verilən  statusdur.  Belə 

təşkilatlara  dövlət  əhəmiyyətli  obyektlər  kimi 

baxılır  və  onların  fəaliyyəti  xüsusi  formalarla 

kompleks  dövlət  təminatında  olur.  Təşkilata 

Dövlət  Elmi  Mərkəzi  statusu  verilməsi  onun 

təşkilati-hüquqi  formasında  dəyişikliklərə  səbəb 

olmur.  Dövlət  Elmi  Mərkəzinin  fəaliyyəti 

müvafiq  qaydada  təsdiq  edilmiş  işlər  proqramına 

uyğun olaraq həyata keçirilir.  

Dövlət  Elmi  Mərkəzinin  fəaliyyətinin  statistik 

müşahidəsi  elmin  büdcə  maliyyələşdirilməsi 

statistikası  çərçivəsində  həyata  keçirilir  (“Elm  və 

innovasiya  statistikası”na  bax).  O,  Dövlət  Elmi 

Mərkəzinin 

proqramlarının 

maliyyələşdirmə 

həcmini,  həmçinin  elmin  sahələrini,  işləri  (“Elmi 

tədqiqatlar  və  işləmələr”ə  bax),  sosial-iqtisadi 

məqsədlər  üzrə  xərclərin  növünü  (“Elmi  tədqiqat 



və  işləmələrə  ayrılan  xərclər”ə  bax),  habelə  elmi 

tədqiqat  və  işləmələrlə  məşğul  olan  heyətin  sayı 

və tərkibini əhatə edir. 


 

135


DÖVLƏT  FUNKSĐYALARININ  OPTĐ-

MALLAŞDIRILMASI

  –  özündə  ictimai 

prioritetlərin  təminatını,  ilk  növbədə  insan 

potensialının  inkişafı  nöqteyi-nəzərindən  onların 

məqsədəuyğunluğunun  təhlilini  nəzərdə  tutur. 

Praktiki 

olaraq, 

istənilən 

müdiriyyətin 

funksiyalarının  real  yığımı,  bir  qayda  olaraq, 

optimallıqdan  kənarda  qalır.  Adətən,  əvvəlki 

struktur  quruluşundan  irsi  olaraq  qalan  elə 

əhəmiyyətli  sayda  dövlət  vəzifələri  var  ki, 

dövlətin,  iqtisadiyyatın  və  cəmiyyətin  indiki 

inkişafı  əvvəllər  vacib  sayılan  bu  vəzifələrin 

lazımsızlığını labüd edir. Lakin bürokrat idarəçilər 

öz 

səlahiyyətlərini 



qoruyub 

saxlamaq 

və 

genişləndirmək 



məqsədilə, 

nəinki 


lazımsız 

vəzifələri  ləğv  edir,  hətta  oxşar  vəzifələrin 

meydana  çıxmasına  şərait  yaradırlar.  Bu,  bir 

tərəfdən  müdiriyyət  arasında  narazılığa,  konfliktə 

gətirib  çıxarır,  eyni  zamanda  müəyyən  edilmiş 

məqsədlərə  çatmaq  ehtimalını  çətinləşdirir.  Digər 

tərəfdən  isə,  səmərəsiz  və  özünü  doğrultmayan 

nəticələr  birbaşa  və  dolayı  məsrəflərə  gətirib 

çıxarır.  Bu  vəziyyəti  nəzərə  alaraq,  dövri  olaraq 

dövlət  tərəfindən  nəzarət  həyata  keçirilməli, 

aktuallaşdırılması  labüd  olan  lazımsız  və  oxşar 

dövlət  vəzifələrinin  ixtisar  edilməsi  təklifi  irəli 

sürülməli  və  bu  vəzifələrin  dövlət  səviyyəsində 

bölüşdürülməsi 

variantına 

baxılmalıdır. 

Bu 

prosesə  insan  inkişafını  nəzərə  alan  vətəndaş 



cəmiyyəti  təşkilatlarının  cəlb  olunması  daha 

vacibdir. 

Vəzifələrin paylaşdırılmasını təhlil etdikdə nəzərə 

almaq  lazımdır  ki,  vətəndaş  cəmiyyəti  təşkilatları 

müəyyən  dövlət  vəzifələrini  öz  üzərilərinə  götürə 

bilərlər.  Özünü  tənzimləmə  sisteminin  inkişafı 

nəinki  iqtisadi  sahələrdə,  insan  inkişafı  ilə  bağlı 

olan  digər  sahələrdə,  təhsildə,  səhiyyədə  və 

mədəniyyət sahəsində də mümkündür. 

 

DÖVLƏT  XĐDMƏTĐ

  –  ümumi  qanunvericilik 

qaydalarına  uyğun  olaraq,  idarə  edilməsi  həyata 

keçirilən ictimai-faydalı fəaliyyət növüdür. Dövlət 

hakimiyyəti  dövlət  sferasında  əhaliyə  xidmətin 

təşkilinə  cavabdeh  hesab  edilir,  lakin  onun 

tərəfindən  göstərilən  xidmətlərin  xarakterindən 

(bazar  və  ya  qeyri-bazar)  asılı  olaraq,  xidmətlər 

inzibati  idarələr,  dövlət  müəssisələri,  şəxsi 

müəssisə və firmalar tərəfindən də göstərilə bilər.  



 

DÖVLƏT 

ĐDARƏETMƏ 

BÖLMƏSĐ 

(SEKTORU) 

–      qanunvericilik,  məhkəmə  və 

icra  hakimiyyəti  orqanlarının,  sosial  təminat 

fondlarının  və  onların  nəzarət  etdikləri  qeyri-



kommersiya  təşkilatlarının  məcmusudur.

 

Dövlət 



idarəetmə 

bölməsinin 

əsas 

funksiyaları 



cəmiyyətə  və  ya  ev  təsərrüfatlarına  əmtəələrin 

çatdırılmasının  və  xidmət  göstərilməsinin  təşkil 

edilməsi və bu xidməti vergiqoyma vəsaitlərindən 

və  ya  digər  gəlirlərdən  maliyyələşdirməkdən; 

transferlər  yolu  ilə  gəlir  və  maddi  nemətlərin 

yenidən 

bölüşdürülməsindən; 

qeyri-bazar 

xidmətlərinin  istehsalından  ibarətdir.  Dövlət 

idarələri  bölməsinə  mərkəzi  və  yerli  səviyyələr 

daxildir. 



 

DÖVLƏT  ĐDARƏETMƏ  ORQANLARI 

BÖLMƏSĐ

  -  aşağıdakı  institusional  rezident 

vahidlər qruplarından ibarətdir: 

a)  mərkəzi,  regional  və  yerli  səviyyələrdə 

idarəetmə orqanlarının bütün vahidlərindən; 

b)  hər  bir  idarəetmə  səviyyəsində  bütün  dövlət  

sosial təminat fondlarından; 

c)  dövlət  vahidləri  tərəfindən  nəzarət  edilən  və 

əsasən  maliyyələşdirilən  bütün  qeyri-kommersiya 

təşkilatlarından.  

Hətta 


bütün 

səhmləri 

dövlət 

vahidlərinin 



mülkiyyəti 

olan 


dövlət 

korporasiyaları  bu 

bölməyə  daxil  edilmir.  Bura  həmçinin  dövlət 

vahidlərinin 

mülkiyyətində 

olan 


və 

onun 


tərəfindən  nəzarət  olunan  kvazikorporasiyalar  da 

daxil 


edilmir. 

Lakin 


dövlət 

vahidlərinin 

mülkiyyətində  olan  və  kvazikorporasiya  hesab 

olunmayan 

qeyri-korporativ 

müəssisələr 

bu 

vahidlərin ayrılmaz bir hissəsidir və buna görə də 



dövlət  idarəetmə  orqanları  bölməsinə  daxil 

edilməlidir. 



 

DÖVLƏT  ĐDARƏETMƏ  ORQANLARI-

NIN  APARATI

  –  qanunvericilik,  icraedici, 

məhkəmə  hakimiyyəti  orqanlarında  və  digər 

dövlət  orqanları  sistemlərinin  aparatında  məşğul 

olan  işçilərin  məcmusudur.  Azərbaycanda  dövlət 

idarəetmə 

orqanlarının 

aparatının 

tərkibinə 

aşağıdakılar  daxildir:  mərkəzi  və  yerli  orqanların 

aparatı. 

 

DÖVLƏT  ĐDARƏETMƏSĐNĐN  REGĐO-

NAL  ORQANLARI

  –  dövlət  idarəetməsinin 

regional 

orqanlarının 

alt 


bölmələri 

ayrıca 


institusional  vahidlər  hesab  edilən  idarəetmənin 

dövlət orqanlarından və dövlət idarələri tərəfindən 

nəzarət  olunan  və  əsasən  onlar  tərəfindən 

maliyyələşdirilən 

qeyri-kommersiya 

təşkilatlarından ibarətdir. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   30   31   32   33   34   35   36   37   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling