Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ELMĐ TƏŞKĐLAT – 1)
- ELMĐN MADDĐ-TEXNĐKĐ BAZASI
- ELMĐN MADDĐ-TEXNĐKĐ VƏ TƏCRÜ- BƏ BAZASININ STATĐSTĐKASI
- ELMĐ-TEXNĐKĐ FƏALĐYYƏT
- Elmi-texniki təhsil və kadr hazırlığı
- ELMĐ-TEXNĐKĐ KADRLAR
ELMĐ TƏDQĐQATLARA VƏ ĐŞLƏMƏ- LƏRƏ XƏRCLƏR – elmi tədqiqatların və işləmələrin yerinə yetirilməsinə çəkilən faktiki xərclərin pul
formasında ifadəsidir. Elmi tədqiqatlar və işləmələr müntəzəm həyata keçirilən bütün işləri əhatə edir və tədqiqatlar prosesində əldə edilən və təcrübədə təsdiq olunmuş biliklərə əsaslanan xərclərdir. Onlar yeni materialların, cihazların, məmulatların, yeni 159
texnologiyaların, sistemlərin və xidmətlərin istehsalı və ya onların keyfiyyətinin daim yaxşılaşdırılması məqsədi ilə həyata keçirilir. Maliyyələşmə mənbəyindən asılı olmayaraq, təşkilatların öz gücü ilə yerinə yetirdiyi daxili elmi tədqiqat və işləmələrin uçotuna statistikada xüsusi
diqqət yetirilir. Onların bazasında müqavilələr üzrə kənar təşkilatlar tərəfindən yerinə yetirilmiş xərcləri təkrar uçota (hesaba) almadan, ölkədə
bütövlükdə, sahələrdə, regionlarda, elmin bölmələrində elmi tədqiqatlara və işləmələrə xərclərin aqreqasiya edilmiş qiymətləndirilməsini əldə etmək olar. Daxili xərclərin tərkibində aşağıdakılara baxılır: cari xərclərə, o cümlədən əməyin ödənilməsinə (əvəzedicilərsiz elmi tədqiqatları və işləmələri yerinə yetirən işçilərin və vətəndaş-hüquqi xarakterli müqavilə üzrə işləyənlərin əmək haqqı ayrılmaqla), sosial ehtiyaclara ayırmalara, işin maya dəyəri hesabına avadanlıqların alınmasına xərclərə və digər maddi xərclərə (kənardan alınan xammalın, materialların, komplektləşdirici məmulatların, yarımfabrikatların, yanacaq, enerji, istehsal xarakterli iş və xidmətlərin və s. dəyəri), digər cari xərclərə; əsaslı xərclərə, o cümlədən torpaq sahələrinin alınmasına, tikintiyə və ya binaların alınmasına, əsas fondların tərkibinə daxil edilən avadanlıqların alınmasına və s. Fraskati rəhbərliyinin (dərsliyinin) tövsiyələrinə uyğun
olaraq, cari
xərclərin tərkibindən amortizasiya ayırmaları çıxılır. Çünki onlar (kapital qoyuluşu ilə cəmlənməsi) xərclərin ikiqat hesablanmasına gətirib çıxara bilər. Elmi- tədqiqatların və işləmələrin daxili xərcləri elm sahələri (“Elm sahələri”nə bax), maliyyələşmə mənbələri (“Elm və innovasiyanın maliyyələşmə mənbələri”nə bax) və sosial-iqtisadi məqsədlər (“Elmi tədqiqatların və işləmələrin sosial-iqtisadi məqsədləri”nə bax) bölgüsündə uçota alınır. Elmi-tədqiqatlara və işləmələrə daxili cari xərclər iş növləri üzrə (əsaslı, tətbiqi tədqiqatlar, işləmələr (“Elmi tədqiqatlar və işləmələr”ə bax), həmçinin iqtisadi fəaliyyətin konkret növlərində (sahələrində) istifadə üçün elmi tədqiqatların və işləmələrin (məhsulların, texnoloji proseslərin, idarəetmə sistemlərinin və s.) nəticələrinin təyin edilmə meyarlarına görə məhsul və xidmət növləri üzrə qruplaşdırılır. Sonuncuların siyahısı və ətraflı tərkibi iqtisadi fəaliyyət növləri və məhsul növləri təsnifatlarına uyğun olaraq müəyyənləşdirilir. Statistika daxili xərclərdən başqa, xarici xərcləri də, yəni hesabat verən müəssisələrlə müqavilələr üzrə kənar təşkilatların yerinə yetirdikləri elmi tədqiqatlar və işləmələrin dəyərini də öyrənir. Ölkədə elmi
tədqiqatların və
işləmələrin miqyasının ümumiləşdirici statistik göstəriciləri kimi mütləq ifadədə və ümumi daxili məhsula faizlə nisbi ifadədə hesabat ili ərzində (xaricdən maliyyələşmə daxil edilməklə, xaricdən edilən ödəmələr istisna olmaqla) milli ərazidə onların yerinə yetirilməsinə çəkilən ümumi daxili xərclər çıxış edir.
işləmələrdə nailiyyət üçün son məqsədlərdir. Elmi tədqiqatların və
işləmələrin sosial-iqtisadi məqsədlərinin təsnifləşdirilməsi elmin inkişafında toplanmış prioritetləri qiymətləndirmək üçün nəzərdə tutulmuşdur (“Elm
texniki siyasətin formalaşdırılmasında əhəmiyyətli alət kimi xidmət edir. Azərbaycanda statistika elmində təsnifləşdirmə dövlətin elmi-texniki siyasətindən irəli gələn vəzifələrə uyğun tərtib edilir, Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatı və Avrostatın tövsiyələrinə uyğundur (“Elm və
Elmi tədqiqatların və işləmələrin sosial-iqtisadi məqsədlərinin tərkibində aşağıdakılar ayrılır: 1. Đqtisadiyyatın inkişafı: 1.1. Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq; 1.2. Enerjinin istehsalı, paylanması və səmərəli istifadəsi; 1.3. Sənaye, o cümlədən: 1.3.1.
Sənayenin iqtisadi səmərəliliyinin və
texnoloji səviyyəsinin yüksəldilməsi; 1.3.2. Qeyri-enerji minerallarının hasilatı və emalı; 1.3.3. Kimya sənayesi; 1.3.4. Avtomobil və digər nəqliyyat vasitələrinin istehsalı; 1.3.5. Elektron sənayesi, radio,
televiziya və rabitə üçün avadanlıqlar istehsalı; 1.3.6. Proqram təminatı vasitələrinin işlənib hazırlanması; 1.3.7.
Elektrik maşın
və aparatlarının istehsalı; 1.3.8. Cihazların istehsalı; 1.3.9. Digər maşın və avadanlıqların istehsalı; 1.3.10. Paltar, toxuculuq və dəri məmulatlarının istehsalı; 1.3.11. Qida məhsulları və içkilərinin istehsalı; 1.3.12. Sənayenin digər sahələri; 1.4. Tikinti; 1.5. Nəqliyyat; 1.6. Rabitə; 1.7. Şəhər və kənd
yaşayış yerlərinin infrastrukturu və
planlaşdırılması; 1.8. Xidmət sahəsi; 2. Sosial məqsədlər; 2.1. Ətraf mühitin qorunması; 2.2. Əhalinin sağlamlığının qorunması; 2.3. Sosial inkişaf və ictimai strukturlar; 3. Elmin ümumi inkişafı; 4. Yer və atmosferin tədqiqi və istifadəsi; 5. Kosmosun dinc məqsədlər üçün istifadəsi; 6. Müdafiə. Elmi tədqiqatların və işləmələrin sosial-iqtisadi məqsədlər üzrə işlərin bölüşdürülməsi statistikada konkret
elmi araşdırma və tədqiq
etmə layihələrinin bilavasitə məqsədli təyinatı meyarı üzrə həyata keçirilir. Ayrı-ayrı məqsədlərin tərkibinin müəyyənləşdirilməsi üçün iqtisadi 160
fəaliyyət, məhsul və xidmət növləri təsnifatlarında istifadə olunur.
digər sahəsinə aid olmasından, təşkilati-hüquqi formasından və
mülkiyyət növündən asılı olmayaraq, əsas fəaliyyət kimi elmi tədqiqatlar və işləmələr yerinə yetirən, ya da tərkibində əsas fəaliyyəti elmi tədqiqatların və işləmələrin yerinə yetirilməsi hesab edilən bölməyə malik olan təşkilatdır (idarədir, müəssisədir). Statistika müşahidəsi təcrübəsində elmi tədqiqatların və işləmələrin yerinə yetirilməsinə görə hesabat vahidi kimi həmişə sərbəst balansda olan və hüquqi şəxs
hüquqlarında olan
təşkilatlar (idarələr, müəssisələr) çıxış edirlər. Əgər elmi- tədqiqatların və işləmələrin yerinə yetirilməsi hesabat verən təşkilatın əsas fəaliyyətidirsə, onda o həm hesabat vahidi, həm də müşahidə vahidi hesab edilir. Əks halda, müşahidə vahidi kimi, təşkilatın tərkibində olan, əsas funksiyası elmi tədqiqatlar və işləmələr olan ixtisaslaşmış bölmələr hesab edilir. Fraskatinin rəhbərlik üçün tövsiyələrinə uyğun olaraq, statistikada elmi təşkilatların aşağıdakı təsnifləşməsi nəzərdə tutulur: elmin sektorları və təşkilati əlamətləri üzrə birləşmiş təşkilatların tipləri, yerinə yetirilən işlərin xüsusiyyəti və ixtisaslaşması və s. Elmin dövlət sektoruna (ali təhsildən başqa) nazirlik və mərkəzi idarələrin (Azərbaycan Milli Elmlər Akademiyası və sahə akademiyaları daxil edilməklə) elmi təşkilatları aid edilir. Sahibkarlıq sektoruna – (ali təhsildən başqa) sahə elmi- tədqiqat institutları, konstruktor, layihə- konstruktor, texnoloji təşkilatlar, layihə və layihə- axtarış təşkilatları, sənaye müəssisələri, təcrübə mərkəzləri və digərləri daxildir. Ali təhsil sektoruna – universitetlər və digər ali təhsil müəssisələri, ali təhsil müəssisələrinin və ya Təhsil Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları (mərkəzləri); ali məktəblərin və ya Təhsil Nazirliyinin tabeliyində olan konstruktor və layihə-konstruktor təşkilatları; ali təhsil müəssisələrinin tabeliyində olan klinikalar, hospitallar, digər tibbi təşkilatlar aiddir. Gəlirsiz xüsusi
sektoru özündə
könüllü elmi
və professional cəmiyyətləri və assosiasiyaları; ictimai təşkilatları; xeyriyyəçilik fondlarını və digərlərini birləşdirir; 2) təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, fəaliyyət göstərən hüquqi şəxs, habelə əsas elmi və (və ya) elmi-texniki fəaliyyəti elmi işçilərin hazırlığını həyata keçirən elmi işçilərin birliyidir.
– elmi
tədqiqat və işləmələr sferasında istifadə edilən vasitə və əmək əşyalarının kompleksidir. Elmin maddi-texniki bazası ölkənin elmi potensialının (əmək, maliyyə və informasiya ehtiyatları ilə yanaşı) vacib tərkib hissəsi sayılır, həm də elmi tədqiqat və işləmələrin nəticəliliyinə səbəb olur. Elmi tədqiqat və işləmələrin əsas fondları (vasitələri) elmin maddi-texniki bazasının vacib hissəsini təşkil edir. Bu əsas fondlara elmi təşkilatların və onların təcrübə bazalarının balansında olan və onların əsas fəaliyyətlərində istifadə edilən bina və tikililər; ötürücü qurğular; maşın və avadanlıqlar, o cümlədən təcrübə-sınaq qurğuları (elmi tədqiqat gəmiləri, radioteleskoplar və s.), elmi cihazlar, avtomatlaşdırma vasitələri, hesablama texnikası və s; nəqliyyat vasitələri; alətlər, inventarlar və s. daxildir.
BƏ BAZASININ STATĐSTĐKASI – elm və innovasiya statistikasının bölməsidir, elmi tədqiqat və işləmələrin vəziyyətini, kəmiyyət və keyfiyyət xarakteristikasını, maddi-texniki vasitələrin inkişaf və istifadə səviyyəsini, onların nəticələrinin təcrübə-eksperimental yoxlanmasını öyrənir. Elmin təcrübə bazası statistikası ayrıca sahə kimi, elmi təşkilatların təcrübə bazalarının ilk dəfə 1983-cü ildə keçirilmiş birdəfəlik müayinəsindən sonra inkişaf etməyə başlamışdır. Statistika elmin təcrübə
bazasının təşkilat strukturu və mövcudluğunu; eksperiment, təcrübə işlərinin keçirilməsi üçün xüsusi avadanlıqlar daxil edilməklə, istehsal təchizat parkını, onun yaş strukturunu; təcrübənin aparılma yerinin, sahəsinin, binasının ölçüsü və vəziyyətini; təcrübə bazası işinin, eyni zamanda eksperiment, təcrübə işlərinin ümumi həcmi və tərkibini; təcrübə- eksperiment istehsalının səmərəliliyini, eyni zamanda işçilərin miqdar və qruplaşdırma göstəricilərini xarakterizə edən məlumatların yığılması, işlənməsi və təhlilini həyata keçirir. Elmin təcrübə bazası ilə təminatının təhlili həm sifarişçi tərəfindən, həm də təcrübə, eksperiment işlərini həyata keçirən tərəfindən həyata keçirilir. Elmi təcrübə bazaları statistikasının daha sonrakı inkişafı elmin maddi-texniki baza statistikası çərçivəsində 1989 və 1992-ci illərdə keçirilən birdəfəlik müayinələrlə bağlıdır. Statistikada elmi təşkilatların əsas
fondlarının və
dövriyyə vəsaitlərinin həcmi və strukturunu; elm texnikaları və alətlərinin son dərəcə ətraflı təsnifləşdirilməsi ilə texniki vasitələrin tərkibini, yaş strukturunu və avadanlığın texniki
səviyyəsini; texniki
vasitələrdən, eyni zamanda, idxal olunmuş və bahalı
avadanlıqlardan istifadəni; elm təşkilatlarının bina ilə təmin edilməsini (“Elmin maddi-texniki bazası” və “Elmin təcrübə bazası”na bax) xarakterizə edən göstəriciləri hazırlayır. 161
ELMĐN SAHƏLƏRĐ – elmi tədqiqat və işləmələri həyata keçirən
elmi fənlərdir. Müayinələrin konkret tədqiqat obyektlərinin və alimlərin maraq dairələrinin, onların kooperasiyalarının təşkilati formalarının, dövri elmi və digər nəşrlərinin, müvafiq profillər üzrə kadrların hazırlanması sisteminin mövcudluğu ilə xarakterizə olunur. Elmin sahələrinin təsnifatı, onların
tədqiqat (predmet), metodoloji və
funksional əlamətləri üzrə qurulur və iyerarxik (aşağının yuxarıya tabeliyi) quruluşa malikdir: elmin sahələri (I səviyyə); elmin fəaliyyət növləri (II səviyyə); elmi ixtisaslar (III səviyyə). Statistikada elmin sahələrinin təsnifatının əsası YUNESKO-nun tövsiyələri hesab edilir (“Elm və innovasiya statistikası üzrə beynəlxalq standartlar”a bax). Ona uyğun olaraq, elmi fənlərin ümumi məcmusunun tərkibində elmin 6 iri sahəsi ayrılır: təbiyyat, texniki tibbi, kənd
Statistika göstəricilərinin elmi sahələr və elmi ixtisaslar üzrə qruplaşdırılması üçün “Elmi işçilərin ixtisas nomenklaturası”ndan (siyahısından) istifadə edilir. Qeyd olunan nomenklaturanı beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə, ölkə statistikasında elmin daha iri sahələri üzrə elmin fəaliyyət növləri təsnifatı tətbiq olunur. Təbiyyat elmlərinə aiddir: riyaziyyat, mexanika, fizika, astronomiya, kimya, əczaçılıq kimyası, biologiya elmləri, psixofiziologiya; geologiya-mineralogiya elmləri; iqtisadi, sosioloji və siyasi coğrafiyadan başqa coğrafi elmlər. Texniki elmlərə texniki elmlər, bina və tikililərin arxitekturası daxildir. Tibbi elmlərə tibb elmi, əczaçılıq kimyasından başqa, digər əczaçılıq elmləri aid edilir. Kənd təsərrüfatı elmlərinə kənd təsərrüfatı elmləri, kənd təsərrüfatının iqtisadiyyatı, baytarlıq elmləri aiddir. Đctimai elmlərə, kənd təsərrüfatının iqtisadiyyatından başqa, iqtisadi elmlər, hüquq elmləri, pedaqoji elmlər, psixoloji elmlər (psixofiziologiyadan başqa), sosioloji elmlər; siyasi elmlər; digər ictimai elmlər: iqtisadi, sosioloji və siyasi
coğrafiya, həmçinin şəhərsalma, rayon
planlaşdırılması, yaşayış
yerlərinin landşaft arxitekturası və
planlaşdırılması daxil edilir. Humanitar elmlərə - tarix, fəlsəfə və filologiya elmləri, incəsənət, arxitekturanın tarixi və nəzəriyyəsi, arxitektura abidələrinin bərpası aiddir.
texnikanın bütün sahələrində elmi-texniki biliklərin yaradılması, inkişafı, yayılması və tətbiqi ilə sıx bağlı olan sistemli fəaliyyətdir. Elmi-texniki fəaliyyət anlayışı YUNESKO tərəfindən işlənib hazırlanmışdır, elm və texnika statistikasında beynəlxalq standartların baza kateqoriyası hesab edilir.
YUNESKO-nun tövsiyələrinə uyğun olaraq, elmi-texniki fəaliyyət statistikanın obyekti kimi, onun 3 növünü əhatə edir: a) elmi tədqiqatlar və işləmələr; b) elmi- texniki təhsil və kadrların hazırlığı; c) elmi- texniki xidmətlər. Elmi-texniki təhsil və kadr hazırlığı özündə ixtisaslaşdırılmış qeyri-universitet ali təhsil və hazırlığını; universitet dərəcəsinə aparan ali təhsil və hazırlığı; aspirant və sonrakı (növbəti) təhsili; alim və mühəndislərin təşkil olunmuş fasiləsiz hazırlığını birləşdirən fəaliyyət kimi müəyyənləşdirilir. Fəaliyyətin bu növləri Təhsilin Beynəlxalq Standart Təsnifatının əsasən 5 və 6-cı dərəcələrinə uyğun gəlir.
və işləmələrlə əlaqədar və elmi-texniki biliklərin yaradılması, yayılması və tətbiq edilməsinə kömək edən fəaliyyət başa düşülür. Elmi-texniki xidmətlər elmi təşkilatlarda qeyri-əsas fəaliyyət növü kimi, ya da bu məqsəd üçün yaradılmış sərbəst təşkilatlar (elmi-texniki informasiya institutları, kitabxanalar, arxivlər, muzeylər və s.) tərəfindən həyata keçirilə bilər. Statistika elmi- texniki xidmətlərə elmi-texniki məlumatlar sahəsindəki fəaliyyəti; muzeylərin, botanika və zoologiya bağlarının və sairin elmi-texniki fəaliyyətini; elmi-texniki ədəbiyyatların tərcüməsi, təshihi və nəşrini; axtarışları (geoloji, hidroloji, topoqrafik, meteoroloji və s.); faydalı qazıntıların kəşfiyyatını (axtarışını); sosial-iqtisadi hadisələrə dair
məlumatların toplanmasını; sınaqdan keçirməni, standartlaşdırmanı, metrologiyanı, keyfiyyətin yoxlanmasını; konkret layihələrin hazırlanması və həyata keçirilməsi üzrə (elmi tədqiqatlar və işləmələrdən, istehsal xarakterli mühəndis xidmətlərindən başqa)
müştərilərə məsləhətlərin verilməsini; patent- lisenziya fəaliyyətini aid edir.
statistikada ölkədə yaşayan, elm və texnika sahəsində 3 dərəcəni qurtarmış təhsilə malik olan (Təhsilin Beynəlxalq Standart Təsnifatı üzrə) və yaxud belə təhsilə malik olmayan, lakin yerinə yetirilməsi üçün adətən ətraflı ixtisas tələb olunan elmi-texniki fəaliyyətlə məşğul olan şəxslərin məcmusu kimi müəyyənləşdirilir. Bu kateqoriya tədqiqatçılar və ya texniklər kimi işləmək üçün zəruri ixtisasa malik olan (“Elmi tədqiqatlarla və işləmələrlə məşğul heyət”ə bax), yəni müvafiq ali və orta ixtisas təhsil səviyyəsinə və yaxud bunun üçün lazımi peşəkarlıq təcrübəsinə malik olan şəxsləri əhatə edir.
Kanberri təlimatına (dərsliyinə) uyğun olaraq (“Elm və innovasiya
162
elmi-texniki kadrlar ixtisas (təhsil) səviyyəsinə, elmin sahələrini (“Elmin sahələri”nə bax) peşələrə, məşğulluq kateqoriyaları (işsizlər və iqtisadiyyatda məşğul olmayanlar daxil edilməklə), fəaliyyət növləri, regionlar, cinslər, yaşlar və
milli mənsubiyyətinə görə təsnifləşdirilir. Bundan əlavə, kadrların gəlməsi (təhsil müəssisələrinin buraxılışlarının hesabına tamamlanma daxil edilməklə, mənbələr üzrə) və getməsinə də (istiqamətlər üzrə, o cümlədən xaricə)
baxılır. Elmi-texniki kadrların, iqtisadiyyatın və sosial sferanın inkişafında əhəmiyyətli rol oynamasını nəzərə alaraq, müasir dövrdə bu kadrların mövcudluğu və hərəkəti üzərində kompleks statistik müşahidənin aparılması zərurəti yaranmışdır. Müşahidə obyekti elmi-texniki kadrların mövcudluğu, formalaşma mənbələri, çevikliyi, miqrasiyası, həyat səviyyəsi olmalıdır ki, bu da elm və innovasiya, əmək və məşğulluq, təhsil,
əhali və
sosial-iqtisadi statistikanın digər sahələrinin statistikası üzrə işlərin əlaqələndirilməsini nəzərdə tutur.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling