Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
30 Yaramaz doğrudan da, çox iyrənc oynayır. Mən hətta o fikirdən də uzaq deyiləm ki, burda masanın yanında çoxlu ən adi oğurluqlar baş verir. Masaların başında və ayağında oturan, banklara nəzarət eləyən, uduşları verən xidmətçilərin işi həddən artıq çoxdu. Üstəlik də, bunların çox hissəsi fransızlardı. Yeri gəlmişkən, mən heç də burada qumarı təsvir etməkdən ötrü müşahidə aparıb, göz qoymuram; gələcəkdə özümü necə aparmağı bilməkdən ötrü özümçün uyğunlaşıram. Mən gördüm ki, məsələn, kiminsə əlinin masanın arxasından uzanıb sizin uduzduğunuzu götürməsindən adi bir şey yoxdu. Mübahisə başlayır, tez-tez səs-küy düşür, buyur, itaətlə sübut elə, şahidlər axtarıb tap ki, uduş sənindi! Əvvəlcə bütün bu şeylər məndən ötrü cəfəngiyat idi: yalnız birtəhər başa düşürdüm və fərqləndirirdim ki, pullar saya, tək və cütə, rəngə görə qoyulur. Bu axşam Polina Aleksandrovnanın pullarından yüz quldenlə oynamağı qət elədim. Oyuna özümdən ötrü girməməyim barədə fikir əl- ayağımı soyudurdu. Duyğu həddən artıq xoşagəlməziydi, ondan canımı mümkün qədər tez qurtarmaq istəyirdim. www.vivo-book.com 31 Mənə elə gəlirdi ki, Polina üçün başlamaqla öz xoşbəxtliyimə xələl gətirmirəm. Məgər, elə həmin saat mövhumata yoluxmadan qumar masasına toxunmaq olmaz? Ondan başladım ki, beş fridrixsdör, daha doğrusu, əlli qulden çıxarıb cüt rəqəmə qoydum. Çarx fırlandı, on üç çıxdı, – mən uduzdum. Yalnız birtəhər əl çəkmək, çıxıb getmək üçün qəribə xəstə duyğuyla qırmızıya daha beş fridrixsdör qoydum. Qırmızı çıxdı. Qırx fridrixsdör alıb, bundan nə çıxaracağını bilmədən, on iki orta rəqəmə iyirmi fridrixsdör qoydum. Mənə üçqat artıq pul verdilər. Beləliklə, on fridrixsdörümdən qəfildən səksən fridrixsdör yarandı. Hansısa qeyri-adi, qəribə duyğudan halım elə pisləşdi, çıxıb getməyi qərara aldım. Mənə elə gəldi ki, əgər öz xeyrimə oynasaydım, heç də belə oynamazdım. Amma səksən fridrixsdörün hamısını bir dəfə də cüt rəqəmə qoydum. Bu dəfə dörd çıxdı; mənə daha səksən fridrixsdör saydılar və yüz altmış fridrixsdörün bütün qalığını götürüb Polina Aleksandrovnanı axtarmağa getdim. Onlar hələ də hardasa, parkda gəzişirdilər. Onunla yalnız şam yeməyi arxasında görüşə bildim. Bu dəfə fransız |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling