Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
22 yanında soyunan o qədim imperatriça kimi baxırdı. Bəli, o, dəfələrlə məni adam saymamışdı… Amma onun mənə tapşırığı vardı – nə olur olsun, ruletkada udmalıydım. Fikirləşməyə vaxtım yox idi: təcili nəyə görə və necə udmaq lazımlıydı, elə hey haqq-hesab eləyən bu başda hansı yeni mülahizələr doğulmuşdu? Üstəlik, bu iki həftə ərzində, görünür, saysız-hesabsız yeni faktlar artmışdı, bu faktlardan hələ xəbər tutmamışdım. Bütün bunları tapmaq, hər şeyin canına varmaq lazımlıydı, həm də mümkün qədər tez. Amma indi hələlik vaxt yox idi: ruletkaya getmək lazımıydı. II FƏSİL Boynuma alıram, bu xoşuma gəlmirdi; baxmayaraq, qərara gəlmişdim ki, oynayacağam, amma heç də başqaları üçün oynamağa başlamaq niyyətində deyildim. Bu hətta məni bir qədər çaşdırmışdı, oyun zallarına da çox dilxor www.vivo-book.com 23 ovqatla girdim. Mənə orda ilk baxışdan heç nə xoş gəlmədi. Bütün dünyanın və daha çox bizim rus qəzetlərinin felyetonlarındakı bu yaltaqlığa dözə bilmirəm; o qəzetlərdə demək olar, hər yaz felyetonçular iki şey barədə söhbət açırlar: birincisi, Reyn üzərindəki şəhərlərin oyun zallarındakı dəbdəbə bolluğundan, ikincisi, guya masaların üstündə yığılan qızıl tığlarından. Axı buna görə onlara pul vermirlər ki; elə-belə, sadəcə, təmənnasız yarınmaq ucbatından söhbət açırlar. Bu uçuq-sökük zallarda heç bir cah-calal yoxdu, qızılsa, nəinki masaların üstündə tığ vurmur, əksinə nadir hallarda gözə dəyir. Əlbəttə, nə vaxtsa, mövsüm davam eləyəndə, qəfildən qəribə bir adam, ya ingilis, ya da bu yay olduğu kimi, asiyalı, türk peyda olur və birdən-birə uduzur, yaxud çoxlu pul udur; qalanlarsa elə hey xırda quldenlərlə oynayırlar, orta hesabla masanın üstündə həmişə çox az pul olur. Oyun zalında indicə (ömrümdə ilk dəfə), hələ bir müddət oynamamağı qət eləmişdim. Üstəlik də kütlə məni sıxırdı. Bununla belə əgər tək olsaydım, onda elə fikirləşirəm, tezliklə çıxıb gedərdim, oyuna başlamazdım. Boynuma alıram, ürəyim çırpınırdı və |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling