Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
26 hətta ehtiram xüsusilə çirkin hərəkətiydi. Bax, buna görə də burada hansı oyunun mauvais genr 16 adlandığı və hansının abırlı adamdan ötrü yolverilən olduğu kəskin fərqləndirilib. İki oyun var, biri centlmen 17 oyunu, digərisə plebey 18 oyunu, tamahkar oyun, hər cür yaramazların oyunu. Burada bu ciddi şəkildə fərqləndirilib və həmin fərqlər mahiyyətcə eyni alçaqlıqdı! Centlmen, məsələn beş, yaxud on luidor 19 , nadir hallarda daha çox qoya bilər; burası da var ki, əgər çox varlıdısa, min frank da qoya bilər, amma məhz bu oyun üçün, yalnız bir əyləncə üçün, məhz uduş, yaxud uduzma prosesinə baxmaq üçün; bununla belə, uduşun özüylə qətiyyən maraqlanmamalıdı. O udub, məsələn, ucadan gülə bilər, ətrafındakılardan kiməsə öz iradını bildirə, hətta yenə pul qoya bilər və yenə pulu ikiqat artıra bilər, ancaq yalnız 16 pis tərzdə – frans. 17 burjua əxlaqı nöqteyi-nəzərindən alicənab, tərbiyəli adam 18 əsilzadə olmayan 19 Fransada qədim qızıl pul www.vivo-book.com 27 maraq üçün, udmaq naminə, plebey arzusundan yox. Bir sözlə, bütün bu oyun masalarına ruletkalara və trente et quarante-lərə 20 yalnız onun zövq alması üçün düzəldilmiş əyləncə kimi baxmalıdı. Əsası tamahdan və tələdən qoyulmasına, qurulmasına hətta heç şübhələnməməlidi. Əgər ona məsələn, elə görünsəydi ki, bütün qalan oyunçular da, quldenin üzərində əsən bütün bu yaramazlar da elə onun özü kimi varlılar, centlmenlərdi, yalnız təkcə əyləncəyə və marağa görə oynayırlar, hətta çox-çox pis olmazdı. Bu həqiqəti tamamilə bilmək, adamlara günahsız nəzər salmaq, əlbəttə, fövqəladə kübarlıq olardı. Mən bir çox anacığazların on beş-on altı yaşlı bakirə və zərif missləri öz qızlarını irəli necə itələdiklərini, onlara bir neçə qızıl pul verib necə oynamaq lazım gəldiyini öyrətdiklərini görürdüm. Xanım udurdu, yaxud uduzurdu, mütləq gülümsünürdü, çox razı halda uzaqlaşırdı. Bizim general ləyaqət və vüqarla masaya yaxınlaşdı; nökər ona stul vermək üçün az qala irəli atılmışdı, amma o, 20 otuz və qırx – frans. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling