Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet21/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   17   18   19   20   21   22   23   24   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
42 
qarşılaşır. O, şübhəsiz, bizə qoşulmaq arzusundan ölə-ölə 
şlyapasını çıxarır və yanımızdan ötüb keçir. Əgər onu dəvət 
eləyirlərsə, o saat imtina eləyir. İstirahət yerlərində, 
vağzalda, musiqi dinləyəndə, yaxud fəvvarənin qarşısında, o 
artıq mütləq haradasa, bizim skamyamızın yaxınlığında 
dayanır, harada olsa da, parkdamı, meşədəmi, yaxud 
Şlangenberqdə – yalnız gözlərini qaldırmaq, ətrafına 
baxmaq bəs eləyər ki, yaxın cığırda, ya da kolluğun o 
tərəfində mister Astleyin bir əzası görünsün. Deyəsən, o 
mənimlə xüsusi danışmaq üçün girəvə axtarır. Bu gün səhər 
qarşılaşdıq və bir-birimizə bir-iki söz atdıq. Hələ “salam” 
deməmiş, o, sözünə belə başladı: 
– A, mademoiselle Blanche!.. mən belə qadınları çox 
görmüşəm, mademoiselle Blanche kimi qadınları! 
O, mənalı-mənalı mənə baxıb susdu. Bununla nə demək 
istəyirdi, bilmirəm, çünki mənim: “Bu nə deməkdi?” 
sualıma gülüb başını bic-bic tərpətdi və əlavə elədi: “Heç, 
elə-belə. Mademoiselle Pauline çiçəkləri çox sevir?” 
– Bilmirəm, heç bilmirəm, – cavab verdim. 


www.vivo-book.com 
43 
– Necə? Siz bunu da bilmirsiniz? – gülə-gülə təkrar 
elədim. 
– Hm, bu ağlıma xüsusi bir fikir salır. – O, başını 
tərpətdi və yoluna davam elədi. Bu zaman görkəmindən 
razılıq yağırdı. Biz onunla çox pis fransız dilində danışırıq.
IV FƏSİL
Bu gün gülməli, yaramaz, sarsaq günüydü. İndi gecə 
saat on birdi. Öz otağımda oturub xatırlayıram. Hər şey 
ondan başladı ki, səhər Polina Aleksandrovna üçün oynamaq 
məqsədilə ruletkaya getmək məcburiyyətində qaldım. Mən 
onun bütün yüz altmış fridrixsdörünü götürdüm, amma iki 
şərtlə: birincisi – mən yarısına oynamaq istəmirəm, daha 
dəqiq desəm, əgər udsam, özümə heç nə götürməyəcəyəm, 
ikincisi – axşam Polina mənə aydınlaşdıracaq ki, udmaq ona 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling