Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet20/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   16   17   18   19   20   21   22   23   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
40 
zövqlə geyinir. Ayaqları və əlləri heyrətamizdi. Səsi boğuq 
kontraltodu
21
. Hərdənbir qəhqəhə çəkər, bu zaman bütün 
dişlərini göstərər, amma adətən dinməzcə və həyasızcasına 
baxır – hər halda, Polinanın və Marya Filippovnanın 
yanında belədi (Qəribə şayiədi: Marya Fillipovna Rusiyaya 
çıxıb gedir.). Mənə elə gəlir, m-lle Blanche-nin heç bir 
təhsili yoxdu, bəlkə hətta ağıllı da deyil, amma buna 
baxmayaraq, şübhəli və bicdi. Mənə elə gəlir, hər halda, 
onun həyatı macərasız deyil. Əgər hamısını belə desək, onda 
markiz heç də onun qohumu deyil, anasısa, anaya oxşamır. 
Ancaq məlumat var ki, birgə getdiyimiz Berlində o, anasıyla 
bir neçə xeyirli tanışlıqlar qurub. Markizin özünə gələndəsə, 
baxmayaraq ki, markiz olduğuna indiyədək şübhə eləyirəm, 
amma bizdəki, məsələn, Moskvadakı və Almaniyanın bəzi 
yerlərindəki 
kimi abırlı cəmiyyətlərə məxsusluğunu 
deyəsən, şübhə altına qoya bilmərəm. Bilmirəm, o, Fransada 
nə olan şeydi? Deyirlər, onun şatosu
22
var. Fikirləşirdim ki, 
21
alçaq qadın səsi
22
fransızca chateau – qəsr


www.vivo-book.com 
41 
bu iki həftədə çox sular axacaq, amma hələ də yəqin 
bilmirəm ki, m-lle Blanche-ylə generalın arasında qəti bir 
söz olubmu? Ümumiyyətlə, indi hər şey bizim 
vəziyyətimizdən, daha doğrusu, generalın onlara çoxlu pul 
göstərib-göstərməyəcəyindən asılıdı. Əgər, məsələn, xəbər 
gəlsə ki, nənə ölməyib, onda əminəm, m-lle Blanche dərhal 
ilim-ilim itər. Amma necə qeybətçi olduğum özümə də 
təəccüblü və gülməli görünür. Oh, bütün bunların 
hamısından necə də zəhləm gedir! Hər şeyi və hamını necə 
də məmnuniyyətlə atıb gedərdim. Amma Polinadan əl çəkə 
bilərəmmi, onun ətrafı barədə casusluq etməyə bilərəmmi? 
Casusluq, əlbəttə, yaramazlıqdı, ancaq bunun mənə nə dəxli 
var! 
Dünən və bu səhər mister Astley də mənə maraqlıydı. 
Hə, əminəm ki, o, Polinaya vurulub! Sevginin təsirləndirdiyi 
utancaq, xəstəhal əxlaqlı adamın baxışlarının bəzən nə qədər 
hisslər ifadə elədiyi, həm də o adamın məhz sözləri və 
baxışlarıyla nəsə deməkdən, yaxud ifadə eləməkdən çox, 
əlbəttə, ölüb yerə girməyə razı olduğu bir vaxtda maraqlı, 
gülməlidi. Mister Astley gəzintilərdə bizimlə çox tez-tez 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   16   17   18   19   20   21   22   23   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling