Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
44 məhz nədən ötrü belə lazımdı və məhz nə qədər udmaq lazımdı? Mən hər halda, bunun sadəcə puldan ötrü gərək olduğunu təsəvvür eləyə bilmirdim. Burda, əlbəttə, pul hansısa xüsusi məqsəd üçün belə tez lazımdı. O, aydınlaşdırmağa söz verdi və mən yola düşdüm. Oyun zallarında dəhşətli basırıq vardı. Onlar nə qədər həyasız, necə də acgözdülər. Mən ortaya soxulub düz nəzarətçinin yanında durdum; sonra iki və üç əsginaz qoya- qoya cəsarətsizcəsinə oyunu sınaqdan keçirməyə başladım. Bununla belə, müşahidə eləyə-eləyə sezirdim; mənə elə gəldi ki, öz-özlüyündə hesablamaların az əhəmiyyəti var, heç də bir çox oyunçuların verdikləri diqqətə layiq deyil. Onlar qrafalara bölünmüş kağızlarla otururlar, zərbələri qeyd eləyirlər, hesablayırlar, gələcək şansları üzə çıxarırlar, güvənirlər, nəhayət, pul qoyurlar və nəhayətdə, elə bizim kimi, hesabsız oynayan sadə adamlar kimi uduzurlar… …Amma buna baxmayaraq, bir nəticə çıxartdım: doğrudan da, təsadüfi şanslar müddətində heç sistem də olmasa, bununla belə hansısa qayda var, – bu da əlbəttə, çox qəribədi. Məsələn, olur ki, on iki orta rəqəmlərdən sonra on www.vivo-book.com 45 iki axırıncı rəqəm gəlir; zərbə tutaq ki, iki dəfə bu son on iki rəqəmin üzərinə düşüb, yenə on iki orta rəqəmə keçir, dalbadal üç-dörd dəfə orta rəqəmləri vurur, yenidən son on iki rəqəmin üzərinə adlayır, orda iki dəfədən sonra birinciyə keçir, birincini bir dəfə vurur, təzədən orta rəqəmlərə üç zərbəyə qayıdır – saat yarım, yaxud iki saat ərzində beləcə davam eləyir. Bir, üç və iki; bir, üç və iki. Bu, çox maraqlıdı. Bəzən gün, yaxud səhər belə keçir, məsələn, qırmızı qarayla əvəz olunur və əksinə, demək olar, hər cür qaydasız-filansız dəqiqəbaşı elə dəyişir, dalbadal iki, yaxud üç zərbədən artıq qırmızının, ya da qaranın üzərinə düşmür. Sonrakı günsə, yaxud sonrakı axşam dalbadal yalnız qırmızı olur, məsələn, olur ki, iyirmi iki dəfədən artıq dalbadal o çıxır, müəyyən vaxt ərzində, məsələn, bütöv gün ərzində beləcə, dəyişmədən davam edir. Mənə bu barədə oyun masalarının yanında bütün səhəri dayanan, amma özü bir dəfə də pul qoymayan mister Astley çox şeylər izah elədi. Mənə gələndəsə, çox tezliklə olanımın hamısını uduzdum. Dərhal birbaşa cüt rəqəmə iyirmi fridrixsdör qoydum, uddum və beləliklə, iki, yaxud üç dəfə yenə uddum. Mənə |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling