Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
50 Mən gülürdüm, onları acıqlandırmağı həddən artıq istəyirdim. – Mən alman bütünə baş əyməkdənsə, bütün həyatımı qırğız çadırında köçəri kimi yaşamağı daha çox istəyərdim, – qışqırdım. – Hansı bütə? – general artıq acıqlanmağa başlayaraq bağırdı. – Sərvət yığmağın alman üsuluna. Mən bura uzun müddətə gəlmişəm, amma buna baxmayaraq, hər halda, burada sezdiklərim, sınaqdan keçirdiklərim mənim tatar mənşəyimi hiddətləndirir. Allah haqqı, belə səxavətli adamları istəmirəm! Mən burada artıq dünən on verst ətrafı dolaşa bildim. Hə, eynən əxlaq dərsi verən şəkilli alman kitabçalarında olduğu kimidi: buranın hər yerində hər evdə özlərinin faterləri 23 var: dəhşətli dərəcədə səxavətli və qeyri- adi dərəcədə doğrucul. Həm də elə doğruculdular ki, onlara yaxınlaşmaq belə qorxuludu. Yaxınlaşmağa qorxduğum doğrucul adamlardan zəhləm gedir. Hər bu cür faterin ailəsi 23 fater – vater – ata, alm. www.vivo-book.com 51 və onların hamısı axşamlar ucadan ibrətamiz kitablar oxuyurlar. Evlərin üzərində cökə və şabalıd ağacları xışıldayır. Günəşin qürubu, evin damında leylək və hər şey qeyri-adi dərəcədə poetik, riqqət doğurandı… – Acığınıza gəlməsin, general, icazə verin, mən daha təsirli şeylər danışım. Mən özüm rəhmətlik atamın da cökə ağacının altında, bağçada axşamlar ucadan mənə və anama bu cür kitablar oxuduğunu xatırlayıram… Axı, mən özüm bu barədə lazım olan kimi mülahizə yürüdə bilərəm. Hə, bütün buradakı bu cür, faterin tam köləliyində və itaətində olan ailələr kimi. Hamı öküz təki işləyir, hamı cuhud təki pul yığır. Tutaq ki, fater artıq nə qədərsə qulden toplayıb, böyük oğluna ümid edir, yəni ki, ona torpaqcığazını vermək istəyir; buna görə də qızlarına cehiz vermirlər, onlar da qarıyıb qalırlar. Elə bunun üçün də kiçik oğullarını ya köləliyə, ya da ki, pul müqabilində əsgərliyə satırlar, pulu isə evdəki kapitala qatırlar. Düzdü, bu, burda baş verir; mən sorğu-sual eləmişəm. Bütün bunlar başqa şeydən yox, namuslu, həddən artıq namuslu olmaqdan törəyir; o qədər namusludular ki, satılmış kiçik oğul da inanır ki, onu başqa |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling