Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet26/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   22   23   24   25   26   27   28   29   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
52 
şeyə görə yox, namuslu olduqları üçün satıblar – qurbanın 
özü onu qurban verdiklərinə görə sevinirsə, bu artıq idealdı. 
Bəs sonra nə olacaq? Böyük oğula da asan deyil: onun orada 
Amalhen kimi ürəkdən vurulduğu biri var, – amma 
evlənmək olmaz, ona görə ki, hələ yetərincə qulden 
toplanmayıb. Onlar da abırla və səmimi qəlbdən gözləyirlər, 
təbəssümlə də qurban gedirlər. Amalheninsə artıq yanaqları 
sallanıb, quruyub gedir. Nəhayət, iyirmi ildən sonra sərvət 
artıb, quldenlər namusla və səxavətlə yığılıb. Fater qırxyaşlı 
böyük oğluna və otuzbeşyaşlı Amalhenə xeyir-dua verir… 
Bu zaman ağlayır, əxlaq dərsi verir və ölür. Böyük oğlunun 
özü səxavətli faterə çevrilir və yenə eyni əhvalatı başlayır. 
Təxminən əlli, yaxud yüz ildən sonra birinci faterin oğlu 
artıq doğrudan da böyük kapital toplayır, öz oğluna verir, o 
da öz oğluna, o da öz oğluna ötürür, beş-altı nəsildən sonra 
baron Rotşildin özü, ya da Hoppe və Komp, yaxud bunlara 
bənzər kimsə çıxır. Hə, möhtəşəm mənzərə deyilmiş: 
yüzillik, yaxud ikiyüzillik irsi əmək, dözüm, namusluluq, 
xarakter, mətanət, haqq-hesab, evin damında leylək! Artıq 
nə istəyirsiniz, axı burda ali heç nə yoxdu, onların özləri də 


www.vivo-book.com 
53 
bu nöqtədən dünyanı və günahkarları mühakimə, daha 
doğrusu, azacıq özlərinə oxşamayanları edam edirlər. Hə-ə, 
bax, məsələ nədədi: mən daha yaxşısını, yəni russayağı dava 
salmaq, yaxud ruletkada müflis olmaq istəyirəm. Mənə pul 
mənim özüm üçün lazımdı, özümü nəyləsə kapitala gərəkli 
və əlavə hesab eləmirəm. Bilirəm ki, həddən artıq səhv 
buraxdım, amma qoy elə belə olsun. Mənim inamım belədi. 
– Bilmirəm, sizin dediyinizdə həqiqət çoxdumu, – 
general fikirli-fikirli qeyd elədi, – amma yəqin bilirəm ki, 
siz dözülməz dərəcədə şit oyuna başlayıbsınız, sizə yalnız 
bircə damcı özünüzü unutmağa imkan verərlər… 
Adəti üzrə o, sözünü axıracan demədi. Əgər bizim 
general nə haqdasa, adi gündəlik söhbətdən heç olmasa, bir 
damcı vacib şeylər barədə danışmağa başlayırdısa sözünü 
heç zaman bitirmirdi. Fransız gözlərini azca bərəldib 
etinasızlıqla qulaq asırdı. O mənim danışdığımdan demək 
olar, heç nə anlamadı. Polina qəribə, özündənrazı 
etinasızlıqla baxırdı. Elə görünürdü ki, o, bu dəfə təkcə mən 
dediklərimi yox, masa arxasında deyilənlərin də heç birini 
eşitmədi.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   22   23   24   25   26   27   28   29   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling