Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet34/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   30   31   32   33   34   35   36   37   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
68 
– Siz qorxaq deyilsiniz? – qəfildən məndən soruşdu. 
– Bilmirəm, bəlkə də qorxağam. Bilmirəm… bu haqda 
çoxdan fikirləşməmişəm. 
– Əgər mən sizə desəm, bu adamı öldürün, onu 
öldürərsinizmi? 
– Kimi? 
– Mən kimi istəsəm. 
– Fransızı? 
– Sual verməyin, cavab verin – mən kimi göstərsəm. 
Bilmək istəyirəm, bayaq ciddimi deyirdiniz? – O, cavabı elə 
qəti və səbirsizliklə gözləyirdi ki, nəsə mənə qəribə gəldi. 
– Nəhayət, deyin görüm, burda nə baş verir axı! – 
qışqırdım. – Nədir, məndən qorxursunuz yoxsa? Mən özüm 
burdakı qarmaqarışıqlıqları görürəm. Siz bu iblisə – 
Blanche-yə ehtirasa mübtəla olmuş, müflisləşmiş və ağlını 
itirmiş adamın qızlığısınız; sonrasa – bu fransız, sizə öz sirli 
təsiriylə… bax, indi də mənə bu cür… ciddi sual verirsiniz. 
Ən azı, xəbərim olsun; yoxsa işə qarışıb nəsə edərəm. 
Yaxud məni səmimiyyətə layiq görməkdən utanırsınız 
bəyəm, siz məndən utana bilərsiniz? 


www.vivo-book.com 
69 
– Sizinlə heç də o haqda danışmıram, sizə sual 
vermişəm, cavab gözləyirəm. 
– Şübhəsiz ki, öldürərəm, – qışqırdım. – Bircə kimisə 
öldürməyi əmr eləyin; amma bəyəm, bunu bacararsınız… 
bəyəm bunu əmr eləyərsiniz? 
– Bəs nə fikirləşirsiniz, sizə rəhmim gələcək? Əmr 
eləyərəm, özüm də qıraqda qalaram. Buna dözərsinizmi? 
Yox ey, sizlik deyil! Əlbəttə, əmrə görə öldürəcəksiniz də, 
sonrasa sizi göndərməyə cəsarət elədiyimə görə, məni də 
öldürməyə gələcəksiniz.
Bu sözləri eşidəndə elə bil, nəsə beynimə vurdu. 
Əlbəttə, onda da onun sualını yarızarafat, məni cinləndirmək 
üçün dediyini zənn edirdim; amma hər halda, həddən artıq 
ciddi danışırdı. Bununla belə, heyrətləndim ki, o, niyə belə 
dedi, guya mənim üzərimdə hansısa hüquqa malikdi, mənim 
üzərimdəki bu hökmranlıqla razılaşıb açıq-aşkar deyir: 
“Ölümə get, mənsə, kənarda qalacağam”. Bu sözlərdə nəsə, 
həyasız, çılpaq bir şey vardı və məncə, həddən artıq 
dözülməziydi. Bəs necə olsun, bundan sonra mənə necə 
baxacaq? Bu artıq köləlik və heçlik həddini keçdi, bütün 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   30   31   32   33   34   35   36   37   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling