Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
84 çatdırdı ki, mən indicə onu az qala duelə çağırmışam. Fransız ucadan qəhqəhə çəkdi. – Amma barona əyilmək fikrində deyiləm, – tam soyuqqanlılıqla, m-r De-Qriyenin gülüşündən qətiyyən pərt olmadan davam elədim. – Beləliklə də, general, bu gün baronun şikayətlərini dinləməyə razı olub, öz-özünüzü bütün bu hadisənin iştirakçısı yerinə qoyduğunuza görə, sizə elan eləməyi özümə şərəf bilirəm ki, sabah səhərdən gec olmayaraq, barondan mənimlə haqq-hesabı olduğu halda, başımın üstündən başqa bir şəxsə müraciət eləməyinin səbəblərinin formal şəkildə izahını öz adımdan tələb eləyərəm. Əvvəlcədən hiss elədiyim şey baş verdi. General bu yeni axmaqlığı eşidib həddən artıq qorxdu. – Necə, doğrudanmı, siz hələ bu lənətə gəlmiş işi davam etdirmək istəyirsiniz? – O səsləndi. – Siz mənim başıma nə oyun açırsınız! Cəsarət eləməyin, cəsarət eləməyin, hörmətli cənab, yoxsa sizə and içirəm!.. Burda da müdiriyyət var… mən də… mən… bir sözlə, mənim rütbəmlə… elə baron da. … sizi tutarlar, burdan polislə www.vivo-book.com 85 çıxararlar ki, dəlilik eləməyəsiniz! Bunu başa düşürsünüz? – hiddətdən doğan cəsarət onu çulğasa da, hər halda, həddən artıq qorxmuşdu. – General, – ondan ötrü dözülməz sakitliklə cavab verdim, – dəlilikdən əvvəl dəliliyə görə həbsə almaq olmaz. Mən hələ baronla öz haqq-hesabımı çəkməmişəm, sizə də hələ qəti məlum deyil ki, bu işə hansı formada, hansı əsaslarla başlamaq istəyirəm. Yalnız ağlıma gələn, guya, azad iradəm üzərində hökmü olan bir şəxsin himayəsi altında olmağım ehtimalını aydınlaşdırmaq istəyirəm. Əbəs yerə belə həyəcanlanıb, narahat olursunuz. – Allah xatirinə, Allah xatirinə, Aleksey İvanoviç, bu mənasız niyyətinizi bir kənara qoyun! – General qəfildən özünün hiddətli danışıq tərzini dəyişib, hətta əllərimdən yapışıb mızıldandı. – Hə, təsəvvür eləyin ki, bundan nə çıxacaq? Yenə xoşagəlməz şeylər! Razılaşın ki, mən burda özümü xüsusi tərzdə saxlamalıyam, xüsusilə indi! Xüsusilə indi!.. Oh, siz bilmirsiniz, mənim vəziyyətimi bilmirsiniz!.. Burdan gedəndə, yenidən sizi öz evimə qəbul eləməyə hazıram. Mən indi ancaq belə, hə, bir sözlə, – axı səbəblərini |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling