Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
86 bilirsiniz ki! – o, ümidsizcəsinə səsləndi. – Aleksey İvanoviç, Aleksey İvanoviç! Qapıya doğru gedə-gedə mən yenidən qızğın şəkildə narahat olmamağı xahiş elədim, söz verdim ki, hər şey yaxşı və gözəl olacaq, sonra isə çıxmağa tələsdim. Bəzən ruslar xaricdə həddən artıq qorxaq olurlar, onlara nə deyəcəklərindən, necə baxacaqlarından, bax, bununmu, yoxsa bununmu yaxşı olub-olmayacağından həddən artıq qorxurlar, bir sözlə, özlərini elə bil, konsertdə saxlayırlar, xüsusən vacib adam adına iddialı olanlar. Onlardan ötrü ən istənilən biri – qabaqcadan müəyyən olunmuş yanlış fikrə əsaslanan, kölə kimi əməl elədikləri birdəfəlik müəyyən olunmuş forma var – otellərdə, gəzintilərdə, yığıncaqlarda, yollarda… Amma general ağzından qaçırtdı ki, onun bütün bunlardan başqa hansısa xüsusi vəziyyəti var, o özünü necə olur olsun “xüsusi saxlamalıdı”. Elə ona görə də belə qəfildən ağciyərliklə həm qorxdu, həm də mənimlə danışıq tərzini dəyişdi. Mən bunu nəzərə aldım və qeyd elədim. Əlbəttə, o, sabah axmaqlıqdan hansısa hakimiyyət orqanına www.vivo-book.com 87 müraciət eləyə bilərdi, buna görə də doğrudan da ehtiyatlı olmalıyıq. Bununla belə, mən heç də öz generalımı incitmək istəmirdim; amma indi Polinanı acıqlandırmaq fikrindəydim. Polina özü mənimlə qəddar rəftar elədi, özü məni belə axmaq yola yönəltdi, bununçün də onu elə bir vəziyyətə çatdırmaq istəyirdim ki, dayanmağı məndən şəxsən xahiş eləsin. Mənim məktəblisayaq hərəkətim, nəhayət, onu gözdən sala bilərdi. Bundan başqa məndə bəzi hiss və arzular formalaşmışdı: əgər mən, məsələn, onun qarşısında özbaşına yox olaramsa, bu, heç də o demək deyil ki, adamların qarşısında islanmış cücəyəm, təkcə baron “məni dəyənəklə vurmayacaq”. Bütün bunları ələ salmaq, həm də vəziyyətdən yaxşı çıxmaq istəyirdim. Qoy baxsınlar. Yəqin o, qalmaqaldan qorxub məni təzədən səsləyəcək. Səsləməsə də, hər halda görəcək ki, mən islanmış toyuq deyiləm… (Heyrətamiz xəbərdi: elə indicə dayəmizdən eşitdim ki, pilləkəndə rastlaşdığım Marya Filippovna bu gün axşam qatarıyla tək-tənha Karlsbada, əmisi qızının yanına gedib. Bu nə işdi belə? Dayə deyir, o, çoxdan hazırlaşırdı; ancaq |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling