Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet41/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   37   38   39   40   41   42   43   44   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
82 
istəyəcəkdi. Siz başa düşürsünüzmü, məni hansı təhlükəyə 
məruz qoymusunuz, hörmətli cənab? Mən, mən barondan 
üzr istəməyə məcbur edildim, ona söz verdim ki, siz 
ləngimədən, elə bu gündənetibarən mənim evimdən 
uzaqlaşdırılacaqsız… 
– Lütfən, lütfən, general, icazənizlə, ifadə elədiyiniz 
kimi, sizin evinizdən uzaqlaşdırılmağımı o özü qəti tələb 
elədi? 
– Yox, amma mən özümözümü onun bu istəyini yerinə 
yetirməyə borclu saydım və şübhəsiz ki, baron razılıq aldı. 
Biz ayrıldıq, hörmətli cənab! Siz məndən qalan bu dörd yüz 
frixsdörünüzü, üstəlik, burdakı hesabdan dörd florin 
almalısınız. Bu pul, bu da haqq-hesab kağızı; bunları 
yoxlaya bilərsiniz. Əlvida! Bundan sonra mən sizi tanımaq 
belə 
istəmirəm. 
Sizdən 
başağrısından, xoşagəlməz 
hərəkətlərdən özgə bir şey görməmişəm. Mən bu saat 
xidmətçini çağıraram, ona deyərəm ki, sabahdan sizin 
oteldəki xərcləriniz daha mənlik deyil.


www.vivo-book.com 
83 
Mən pulu, karandaşla haqq-hesab yazılmış kağızı 
götürdüm, generala təzim elədim və ona tamamilə ciddi 
tərzdə dedim: 
– General, iş belə qurtara bilməz. Çox təəssüflənirəm 
ki, 
siz 
baron 
tərəfindən 
xoşagəlməz hərəkətlərlə 
üzləşmisiniz, amma bağışlayın məni, bunun günahkarı siz 
özünüzsünüz. Hansı haqla mənə görə barona cavab verməyi 
öz üzərinizə götürmüsünüz? Mənim sizin evin adamı 
olmağım ifadəsi nə deməkdi? Mən sizin evinizdə yalnız 
müəlliməm, yalnız. Sizin oğlunuz deyiləm, himayənizdə 
yaşamıram, buna görə də mənim hərəkətlərimə görə cavab 
verə bilməzsiniz. Mən özüm – hüquqi cəhətdən səlahiyyətli 
adamam. İyirmi beş yaşım var, universitet namizədiyəm, 
zadəganam, sizə tamamilə yad adamam. Yalnız bircə sizin 
ləyaqətinizə sonsuz hörmətim elə indicə sizdən üzr istəmək, 
mənim əvəzimdə cavab verdiyiniz barədə hesabat tələb 
eləmək tələbimin qabağını alır. 
General elə heyrətlənmişdi ki, əllərini qoymağa yer 
tapmırdı.Sonra birdən fransıza müraciət elədi, tələsik ona 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   37   38   39   40   41   42   43   44   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling