Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet46/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   42   43   44   45   46   47   48   49   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
92 
hesaba alacaq, vos appointements
30
. Axı bu kifayət qədər 
əlverişlidi, elə deyilmi? 
Mən ona tamamilə sakitcə etiraz etdim ki, bir qədər 
səhv eləyir; ola bilər ki, baron məni qovmasın, əksinə, qulaq 
assın, onu qəbul eləməyimi istəsin, güman ki, sonra gəlib 
öyrənməyə çalışsın: bütün bu işləri məhz necə görəcəyəm? 
– İlahi, əgər general belə maraqcıldısa, şübhəsiz, sizin 
nə edəcəyinizi öyrənmək də pis olmayacaq? Bu, o qədər 
təbiidir ki! 
Mən izah eləməyə başladım, o isə yayxanıb başını bir 
qədər yana – mənə tərəf əyib, sifətində gizlədə bilmədiyi 
kinayəli ifadəylə qulaq asmağa başladı. Ümumiyyətlə, 
özünü həddən artıq yekəxana aparırdı. Mən bütün qüvvəmlə 
müqavimət göstərməyə çalışırdım ki, məsələyə ciddi 
nöqteyi-nəzərdən baxıram. İzah elədim ki, baron generala 
məndən, general nökərindən şikayətləndiyi kimi müraciət 
elədiyindən, məni yerimdən məhrum elədi. İkincisi, özünü 
30
əlahəzrət – frans.


www.vivo-book.com 
93 
müdafiə qabiliyyəti olmayan, danışmağa da dəyməyən adam 
kimi 
etinasızlıq 
göstərdi. 
Əlbəttə, 
mən 
özümü 
ədalətsizcəsinə incidilmiş adam sayıram: lakin yaş fərqini, 
cəmiyyətdəki mövqeyini və sairəni (gülməyimi zorla 
saxladım) başa düşərək, üzərimə üstəlik, yeni arsızlığı 
götürmək, daha doğrusu, barondan birbaşa tələb etmək, 
yaxud ona razılıq təklif eləmək istəmirəm. Bununla yanaşı 
özümü ona, xüsusilə də baronessaya üzrxahlığımı 
çatdırmaqda tamamilə haqlı sayıram. Xüsusən, ona görə ki, 
doğrudan da, axır vaxtlar özümü xəstə, kefsiz, necə deyərlər, 
fantastik və sair hiss eləyirəm. Ancaq baron generala 
dünənki xoşagəlməz müraciətlə, generalın məni yerimdən 
məhrum eləməsi üçün inad göstərməklə, məni elə bir 
vəziyyətə qoyub ki, indi mən ona və baronessaya 
üzrxahlığımı çatdıra bilmərəm. Çünki hər ikisi yəqin 
fikirləşəcəklər ki, öz yerimi geri almaq üçün qorxumdan üzr 
istəməyə gəlmişəm. Bundan belə çıxır ki, mən indi barondan 
əvvəlcə özünün mənim qarşımda ən ölçülü-biçili ifadələrlə 
üzr istəməyini tələb eləməyə məcburam. Məsələn, deyə bilər 
ki, o, heç də məni incitmək istəmirmiş. Nə vaxt ki baron 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   42   43   44   45   46   47   48   49   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling